Məhkəmə qərarları › İş №2(107)-662/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-662/2020

17.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-662/2020 17.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı Salahbanova Sədaqət Zakir qızının cavabdehlər Salahbanov Ümid Ayaz oğlu və Salahbanova Rəna Yadigar qızına qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticəsinin ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-266/2020 nömrəli qərdadından cavabdehlər Salahbanov Ümid Ayaz oğlu və Salahbanova Rəna Yadigar qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Salahbanova Sədaqət Zakir qızı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Salahbanova Ümid Ayaz oğlu ilə Salahbanova Rəna Yadigar qızı arasında Mingəçevir şəhəri M.Müşfiq küçəsi 11/19 saylı mənzilin bağışlanmasına dair İsmayıllı rayon Notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1094 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Salahbanova Sədaqət Zakir qızının etibarnamə üzrə nümayəndəsi-vəkili Atakişiyeva Təzəgül İsgəndər qızı qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədiylə mübahisəli mənzillə əlaqədar müəyyən hərəkətlərin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx xxxxxx 2020-ci il tarixli 2(051)-266/2020 nömrəli qərardadı ilə Mingəçevir şəhəri M.Müşfiq küçəsi 11/19 saylı evin 19 saylı mənzilinə hər-hansı notariat hərəkətlərin aparılması və sözügedən mənzilin özgəninkiləşdirilməsi qadağan olunması, Mingəçevir şəhəri M.Müşfiq küçəsi 11/19 saylı evin 19 saylı mənzilinə notariat hərəkətlərin aparılması və sözügedən mənzilin özgəninkiləşdirilməsi qadağan olunması müddətinin iddiaçı Salahbanova Sədaqət Zakir qızının cavabdehlər Salahbanov Ümid Ayaz oğlu və Salahbanova Rəna Yadigar qızına qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticəsinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə yekun qərarı qanuni qüvvəyə minənə qədər müəyyən olunması, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə və Mingəçevir Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə həvalə edilməsi qərara аlınmışdır. Cavabdehlər Salahbanov Ümid Ayaz oğlu və Salahbanova Rəna Yadigar qızı qərardaddan narazı qalaraq şikayət vermiş və şikayəti əsaslandıraraq göstərmişlər ki, qərardadı qanunsuz və əsassız hesab edirlər. Məhkəmə qərardad qəbul edərkən Salahbanova Rəna Yadigar qızının mülkiyyət və konstitusiya ilə təsbit olunmuş hüquqlarını kobud surətdə pozur. Bundan başqa Salahbanova Rəna Yadigar qızı mülkiyyətində olan mənzili satmaq və ya özgəninkiləşdirmək fikrində deyildir. Lakin, məhkəmə qabaqcadan onun bu hüquqlarının pozulması barədə qərardad qəbul etmişdir. Həmçinin Salahbanova Sədaqət Zakir qızı mənzilin özəlləşdirilməsinə razılığını bildirmiş, bu barədə etibarnamə vermiş və telefon vasitəsiylə mənzilə dair heç bir tələbinin olmadığını, mənzilin barəsində istənilən formada sərəncam verilməsinə razılıq vermişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)- 266/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın təmini tədbiri haqqında vəsatətin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-266/2020 nömrəli qərardadı ilə Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(051)-266 saylı qərardadından Salahbanov Ümüd Ayaz oğlu və Salahbanova Rəna Yadigar qızının şikayəti təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdəŞəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq iddiaçı Salahbanova Sədaqət Zakir qızı, onun nümayəndəsi və vəkili Atakişiyeva Təzəgül İsgəndər qızı, cavabdehlər Salahbanov Ümid Ayaz oğlu, Salahbanova Rəna Yadigar qızı və İsmayıllı rayon Notariat Ofisi (nümayəndəsi) məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPMnin 376.2-ci mаddəsinə əsаsən işə onlarn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-266/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin MPM-nin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün tədbirlərdən biri kimi cavabdehə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoymaq tədbiri müəyyən olunmuşdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün tədbirlərdən biri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri müəyyən olunmuşdur. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri müəyyən olunmuşdur. Həmin Məcəllənin 159.1-ci maddəsinin tələbinə görə, iddianı təmin etmək haqqında ərizə mübahisəni həll edən hakim tərəfindən daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Həmin Məcəllənin 160.1-ci maddəsinə görə iddianı təmin etmək haqqında qərardad dərhal icra edilir. Həmin Məcəllənin 163.3-cü maddəsinə görə iddianın təmin edilməsi haqqında qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddianı təmin etmə tədbiri haqqında ərizənin təmin edilməsi məqsədə müvafiqdir. Belə ki, iş materiallarından da görünür ki, cavabdehlər bundan əvvəl mənzili özgəninkiləşdirmişlər. Bundan sonraki dövr ərzində cavabdehlərin mənzili özgəninkiləşdirilməsinin və məhkəmə icraatında olan mülki mübahisənin əsassız uzadılmasının qarşısının alınması üçün Mingəçevir şəhəri M.Müşfiq küçəsi 11/19 saylı evin 19 saylı mənzilə hər-hansı notariat hərəkətlərin aparılması və sözügedən mənzilin özgəninkiləşdirilməsi qadağan olunsun. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-266/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Salahbanov Ümid Ayaz oğlu və Salahbanova Rəna Yadigar qızı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-266/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar