Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-662/2024 07.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ölmüş İddiaçı hüquqi varisi X3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı (açar sözlər: Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X11 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Cavabdehlər - Cavabdeh1 və Qədirova (Əhmədova) Gülər Hacı qızının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Ölmüş İddiaçı hüquqi varisi X3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, e-2(019)-45/2024 saylı qətnаməsindən cavabdehlər Cavabdeh1 və Qədirova (Əhmədova) Gülər Hacı qızının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan JN-1862 KOD-40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X23 görünür ki, Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X16, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə 0.36 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir.
2. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2- 212/2006 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddiası təmin edilmiş, X19 və Cavabdeh1 ilə İddiaçı arasında 1700 kvm torpaq sahəsi üzərindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir.
3. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir.
4. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li reyestr nömrəsi **********28 olan Çıxarışdan görünür ki, Balakən rayonu Qasbinə kəndində 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 20 fevral 2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh1 adına hər birinə ½ hissə olmaqla paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(107)-1841/2021 saylı qərardadından görünür ki, həmin qərardadla Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(107)-1841/2021 saylı qərardadı ləğv edilərək, iş apellyasiya baxışından çıxarılmış, mülki iş Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün birinci instansiyası məhkəməsinə qaytarılmışdır.
6. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2-212/2006 saylı qərardadından görünür ki, həmin qərardadla ilk iddia üzrə iddiaçılar Cavabdeh1 və Qədirova (Əhmədova) Gülər Hacı qızının ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılma tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh, ilk iddia üzrə iddiaçılar Cavabdeh1 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı mübahisəli torpaq sahəsindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999-cu il tarixdən bağlanmış hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 saylı qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndisi, rəisi vəzifəsini icra edən Fərman Hacıyevin verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmışdır.
7. İş materiallarında olan 09 sentyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamədən görünür ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş İddiaçı vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı X4r (AZE14694887, xx.xx.2014 - Balakən RPŞ, Fin:2M83D6D, d/t:xx.xx.1964) və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2023 tarixdə İddiaçı verilmiş **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 101.9 kv.m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.1009 ha olan torpaq sahəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi **********FM34402 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
8. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(019)-552/2022 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə ½ hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeyd və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən-0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Qədirova (Əhmədova) Gülər Hacı qızından və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X20 18 saylı Zaqatala Ərazi İdarəsindən müştərək qaydada alınıb İddiaçı ödənilməsi qət edilmişdir.
9. İş materiallarında olan Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 tərəfindən təsdiq edilmiş 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə verilən miras əmlak JN 1862 KOD 40108018 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.3557 ha torpaq sahəsindən mərhuma düşən hissəsindən ibarətdir. Miras əmlakdan mərhumun arvadı Cavabdeh1, qızı Cavabdeh2dır. Onlar miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar.
II. Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 tərəfindən verilmiş 2v-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-373/2023 saylı qərardadına əsasən İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair e-2(019)-373/2023 nömrəli mülki işin məhkəmə baxışına hazırlığın icraatı ölmüş İddiaçı hüquq varisi müəyyən edilənədək dayandırılmışdır.
12. Balakən Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, e-2(019)-373/2023 saylı qərardadı ilə X6 ölmüş İddiaçı hüquqi varisi qismində tanınmışdır.
13. İddia onunla əsaslandırmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X16, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə 0.36 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. 0.36 ha pay torpaq sahəsinə JN KOD 40108018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X19 və Cavabdeh1 onlara verilmiş 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.17 ha hissəsini istifadə edə bilmədiklərinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiklərini bildirmişlər. 23 iyul 1999-cu ildə X19 və onun həyat yoldaşı Cavabdeh1 və şahidlərin iştirakı ilə Balakən rayon Mahamalar kənd sovetində yazılı əqd bağlayaraq onlara məxsus olan 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.17 ha torpaq sahəsini İddiaçı satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Həmin tarixdən sonra torpaq sahəsi İddiaçı qanuni sahibliyində və istifadəsində olmuşdur. 2006-cı ildə hazırki iş üzrə cavabdehlər olan Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişlər. Eyni zamanda o da həmin şəxslərə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Balakən rayonu Mahamalar kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 1862 saylı Dövlət Aktında göstərilmiş 0.36 ha torpaq sahəsindən 0.17 ha torpaq sahəsinin 23 iyul 1999-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir. İşə Zaqatala Rayon Məhkəməsində baxılaraq Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı iddia tələbi təmin edilmiş Cavabdeh1 və Cavabdeh2 qarşı mübahisəli torpaq sahəsindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999-cu il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir. xx.xx.2021-ci ildə İddiaçı iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 saylı qətnaməsi qanuni qüvvəsini aldığından həmin qətnamənin icraya yönəldilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsi 13 iyul 2021-ci il tarixdə 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə icra edilməsi üçün göndərmişdir. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndisi, rəisi vəzifəsini icra edən Fərman Hacıyev tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində göstərilən 1700 kv.m torpaq sahəsi üzərindəki 20 topa fındıq bağ sahəsinin 3557,57 kv.m torpaq sahəsinin hansı hissəni əhatə etməsi qeri-müəyyən olmaqla, həmin hissəni müəyyən edən plan cizgi və ya ayrıc aktı yaxud bölgü planı qətnaməyə əlavə edilməmişdir. Bu səbəbdən qətnamənin icra edilməsi mümkün deyildir. Ona görə də Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2212/2006 saylı qətnaməsinin qismən, qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(107)-1841/2021 saylı qərardadı ilə Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(107)-1841/2021 saylı qərardadı ləğv edilərək, iş apellyasiya baxışından çıxarılmış, mülki iş Mülki Prosessual Məcəllənin 364.2ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Zaqatala Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2-212/2006 saylı qərardad ilə ilk iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılması tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı mübahisəli torpaq sahəsindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999cu il tarixdən bağlanmış hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 saylı qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin baş mühəndisi, rəisi vəzifəsini icra edən Fərman Hacıyevin verdiyi apellyasiya 2 şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilməmişdir. 2022-ci ilin aprel ayında daşınmaz əmlakın dövlət reyestri xidməti ona bildirmişdir ki, mübahisələndirilən 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 20 fevral 2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh1 adına hər birinə ½ hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş, həmin torpaq sahəsinin 0.20 ha hissəsi xx.xx.2014-cü ildə Balakən rayon Dövlət Notariat Kontorunda Cavabdeh2 və Cavabdeh1 tərəfindən 1000 (min) manata X1. Lakin daşınmaz əmlakın dövlət reyestri xidməti 20 fevral 2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh1 adına hər birinə ½ hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən həmin torpaq sahəsinin onun qanuni sahibliyində və istifadəsində olmasını və cavabdehlərlə həmin torpaq sahəsinin 0.17 ha hissəsinin alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasını nəzərə almamışlar. Hazırda qanuni sahibliyində və istifadəsində olan 0.17 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilmir. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X20 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh1 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 20 fevral 2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh1 adına hər birinə ½ hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydin və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən-0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-552/2022 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014- cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə ½ hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeyd və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən-0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-552/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər. Həmin apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. X19 xx.xx.2003-cü il tarixdə ölmüşdür. 2014cü ildə Cavabdeh2 və Cavabdeh1 xx.xx.2003-cü il tarixdə ölmüş X14 miras qalmış 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vərəsəlik açdırmış və Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 2V- 48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və həmin şəhadətnaməyə əsasən 0.3557 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsinə hər biri bərabər irs almışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014- cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə ½ hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-552/2022 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə ½ hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeyd və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən - 0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi mübahisələndirildiyindən həmin çıxarışların verilməsinə əsas olan Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi ilə bağlı məhkəmədə iddianın qaldırılması zərurəti yaranmışdır.
14. Birinci instansiya məhkəməsinin iclasında ölmüş İddiaçı hüquqi varisi X3 nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir.
15. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X16, Cavabdeh1 və X17 ümumi birgə mülkiyyətlərinə 0.36 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. 0.36 ha pay torpaq sahəsinə JN KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. 23 iyul 1999-cu ildə X19 və onun həyat yoldaşı Cavabdeh1 şahidlərin iştirakı ilə Balakən rayon Mahamalar kənd sovetində yazılı əqd bağlayaraq onlara məxsus olan 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.17 ha torpaq sahəsini İddiaçı satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Həmin tarixdən sonra torpaq sahəsi İddiaçı istifadəsində olmuşdur. 2006-cı ildə Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişlər. Eyni zamanda İddiaçı da onlara qarşı iddia ərizəsi ilə müraciət edərək, Balakən rayonu Mahamalar kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 1862 saylı Dövlət Aktında göstərilmiş 0.36 ha torpaq sahəsindən 0.17 ha torpaq sahəsinin 23 iyul 1999-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir. İşə Zaqatala rayon məhkəməsində baxılaraq Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı iddia tələbi təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 qarşı 1700 kvm torpaq sahəsi üzərindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999-cu il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir. X19 xx.xx.2003-cü il tarixdə ölmüşdür. 2014-cü ildə Cavabdeh2 və Cavabdeh1 xx.xx.2003-cü il tarixdə ölmüş X14 miras qalmış 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vərəsəlik açdırmış və Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və həmin şəhadətnaməyə əsasən 0.3557 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsinə hər biri bərabər irs almışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014-cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə ½ hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Mübahisələndirilən 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 20 fevral 2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh1 adına hər birinə ½ hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Bundan sonra həmin torpaq sahəsinin 0.20 ha hissəsini xx.xx.2014-cü ildə Balakən rayon Dövlət Notariat Kontorunda başqa şəxsə satmışlar. İddiaçı ilə aralarında 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair alqı-satqı notarial qaydada bağlanmadığından Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212-2006 saylı qətnaməsi də qanunsuzdur. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi icrası mümkün olmayan qətnamədir. Qətnamədə mübahisəli torpaq sahəsinə dair plan cizgi və ya ayrıc aktı yaxud bölgü planı əlavə edilməmişdir. xx.xx.2023-cü il tarixdə ölmüş İddiaçı qalmış miras əmlaka 09 sentyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamə verilmiş, şəhadətnamə verilmiş miras əmlak isə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 101.9 kv.m olan fərdi yaşayış evidən və ümumi sahəsi 0.1009 ha olan torpaq sahəsindən ibarətdir. Hazırda mübahisə predmeti olan torpaq sahəsi miras kütləsinə daxil deyildir. Belə olan halda mərhum İddiaçı vərəsəsi olan arvadı X2 hazırki iddia ərizəsini müdafiə etmək üçün subyektiv hüququ yoxdur. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsi işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
17. Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 11 yanvar 2024-cü il tаrixli, e-2(019)-45/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 tərəfindən verilmiş 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, hazırkı iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər X12, Cavabdeh1 və Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 müştərək qaydada alınıb ölmüş İddiaçı hüquqi varisi X5 ödənilməsi qət edilmişdir.
18. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli, 2-212/2006 nömrəli qətnaməsi ilə mübahisə predmeti olan Balakən rayonu Qasbinə kəndində yerləşən 1700 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iddiaçı ilə cavabdeh tərəf arasında alqı-satqı müqaviləsi etibarlı hesab edildiyindən və bununla da Qədirova (Əhmədova) Gülər Hacı qızı və Cavabdeh1 həmin 0.17 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını itirdiklərindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə ½ hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeyd və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən- 0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməli olduğundan çıxarışın verilməsinə əsas olan Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 tərəfindən verilmiş 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3, 19, 1133.1, 1151.1, 1157-1.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1159.1.4, 1159.1.5, 1159.1.2, 1243.2, 1243.3, 1255, 1321.1 və 1321.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 78.1, 78.1-1, 80, 81, 89.1, 89.3 və 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdehlər Cavabdeh1 və Qədirova (Əhmədova) Gülər Hacı qızının nümayəndəsi və vəkili Nümayəndə2 Balakən Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, e-2(019)-45/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olmasına dair sübut kimi torpağa mülkiyyət hüququnun dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı təqdim etməmişdir. Məhkəməsi işə baxarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin məzmunu ondan ibarətdir ki, o, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X15 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş- İddiaçı vərəsələri: ünvan 4 ünvanında qeydiyyatda olan arvadı X13 (AZE14694887, xx.xx.2014 - Balakən RPŞ, Fin:2M83D6D, d/t:xx.xx.1964) və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak; ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2023 tarixdə İddiaçı verilmiş **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 101.9 kv.m olan fərdi yaşayış evidən və ümumi sahəsi 0.1009 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi **********FM34402 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Hazırda mübahisə predmeti olan torpaq sahəsi miras kütləsinə daxil deyildir. Belə olan halda mərhum İddiaçı vərəsəsi arvadı X2 hazırkı iddia ərizəsini müdafiə etmək, üçün subyektiv hüququ yoxdur. Ona görə də mülki iş üzrə X3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş İddiaçı hüquqi varisi qismində tanına bilməz. Qeyd olunanlara əsasən Balakən Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, e-2(019)-45/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
23. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Qədirova (Əhmədova) Gülər Hacı qızının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək onun təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, e-2(019)-45/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi.
24. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
27. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
28. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
29. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
31. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
32. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
33. Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi - 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
34. Maddə 1133. Vərəsəlik anlayışı - 1133.1 Ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. - 1133.2. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır.
35. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
36. Maddə 1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir.
37. Maddə 1159.1. Əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: - 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
38. Maddə 1243.2. Mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
39. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
40. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
41. Maddə 1321.1. Vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
42. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
50. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarı; - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Qədirova (Əhmədova) Gülər Hacı qızının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, e-2(019)-45/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
57. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
58. Müəyyən olunmuşdur ki, Balakən RAİK-nin xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X16, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə 0.36 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. 0.36 ha pay torpaq sahəsinə JN 1862 KOD 40108018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. 23 iyul 1999-cu ildə X19 və onun həyat yoldaşı Cavabdeh1 şahidlərin iştirakı ilə Balakən rayon Mahamalar kənd sovetində yazılı əqd bağlayaraq onlara məxsus olan 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.17 ha torpaq sahəsini İddiaçı satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Həmin tarixdən sonra torpaq sahəsi İddiaçı istifadəsində olmuşdur. 2006-cı ildə Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həmin torpaq sahəsindən çıxarılmağını xahiş etmişlər. Eyni zamanda İddiaçı da onlara qarşı iddia ərizəsi ilə müraciət edərək, Balakən rayonu Mahamalar kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 1862 saylı Dövlət Aktında göstərilmiş 0.36 ha torpaq sahəsindən 0.17 ha torpaq sahəsinin 23 iyul 1999-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir. İşə Zaqatala Rayon Məhkəməsində baxılaraq Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı 3557.52 m2 torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı iddia tələbi təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 qarşı 1700 kvm torpaq sahəsi üzərindəki 20 topa fındıq bağının alqı-satqı müqaviləsinin 23 iyul 1999cu il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almışdır. X19 xx.xx.2003-cü il tarixdə ölmüşdür. 2014-cü ildə Cavabdeh2 və Cavabdeh1 xx.xx.2003-cü il tarixdə ölmüş X14 miras qalmış 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vərəsəlik açdırmış və Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və həmin şəhadətnaməyə əsasən 0.3557 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsinə hər biri bərabər irs almışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014-cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə ½ hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisələndirilən 0.3557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 20 fevral 2014-cü il tarixdə Cavabdeh2 və Cavabdeh1 adına hər birinə ½ hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(019)-552/2022 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə ½ hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeyd və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən - 0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Qədirova (Əhmədova) Gülər Hacı qızından və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X20 18 saylı Zaqatala Ərazi İdarəsindən müştərək qaydada alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-126/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusuna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib və qanuni qüvvəyə minənədək Balakən Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(019)-552/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə dair işin icraatı dayandırılmışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.
59. Birinci instansiya məhkəməsi iddianı təmin edərək qənaətini belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006cı il tarixli, 2-212/2006 saylı qətnaməsi ilə mübahisə predmeti olan Balakən rayonu Qasbinə kəndində yerləşən 1700 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iddiaçı ilə cavabdeh tərəf arasında alqı-satqı müqaviləsi etibarlı hesab edildiyindən və bununla da Qədirova (Əhmədova) Gülər Hacı qızı və Cavabdeh1 həmin 0.17 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını itirdiklərindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014-cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə 1/2 hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeyd və reyestr nömrəsi **********28 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən- 0.17 ha torpaq sahəsinə dair hissədə ləğv edilməli olduğundan çıxarışın verilməsinə əsas olan Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 tərəfindən verilmiş 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir.
60. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır.
61. İş materiallarından da müəyyən olunduğu kimi, X16, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.17 ha hissəsi 23 iyul 1999-cu il tarixdə sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsi əsasında Qədirova (Əhmədova) Gülər Hacı qızının atası X19 və anası Cavabdeh1 tərəfindən İddiaçı satılmış, bu barədə tərəflər arasında şahidlərin iştirakı ilə Balakən rayonu Mahamalar kənd sovetində təsdiq olunmuş 23 iyul 1999-cu il tarixli sadə yazılı müqavilə bağlanmış və torpaq sahəsinin satış pulu ödənildikdən sonra həmin 0.17 ha torpaq sahəsi İddiaçı titul sahiblyinə, yəni faktiki sahibliyinə verilmişdir. X9 öldüyündən tərəflər bu sadə yazılı formada bağlanmış alqı-satqı əqdini notarial qaydada rəsmiləşdirə bilməmişlər. Eyni zamanda X19 öldüyü üçün onun mirası (hüquqları və vəzifələri: miras aktivi və miras passivi) onun arvadı Cavabdeh1 və qızı Qədirova (Əhmədova) Gülər Hacı qızına keçmişdir. Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Qədirova (Əhmədova) Gülər Hacı qızına qarşı 1700 kv.metr (0.17 ha) torpaq sahəsi üzərində 20 topa fındıq bağ sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qarşılıqlı iddiası araşdırılmış, qiymətləndirilmiş, qarşılıqlı iddia tələbinin predmetinə aid olaraq X19 və Cavabdeh1 ilə İddiaçı arasında 1700 kv.metr (0.17 ha) torpaq sahəsi üzərində 20 topa fındıq bağ sahəsinin alqı-satqı müqaviləsi bağlanmış, yəni etibarlı hesab edilmişdir. Həmin qarşılıqlı iddia üzrə mülki işdə mərhum X16 qızı Qədirova (Əhmədova) Gülər Hacı qızı və arvadı Cavabdeh1 cavabdeh qismində iştirak etmiş və məhkəmə həmin cavabdehlərə irəli sürülmüş qarşılıqlı iddia tələbini işin müəyyən olunmuş halları əsasında hüquqi cəhətdən qiymətləndirib bu qətnaməni qəbul etmişdir. Belə olan halda qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş 0.36 ha torpaq sahəsinə aid 0.17 ha torpaq (bağ) sahəsinin İddiaçı satılması ilə bağlı X19 və Cavabdeh1 ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmasına (etibarlılığına) dair fakt hazırki tərəflər üçün preyudisial, yəni məcburi əhəmiyət daşıyır və onun hazırki iş üzrə yenidən sübut edilməsinə ehtiyac yoxdur. Belə olan halda qanunvericiliyin tələbinə əsasən həmin 0.17 ha torpaq sahəsinin İddiaçı titul sahibliyinə verilməsi, faktiki sahiblik və istifadəsində olması onun həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması üçün hüquqi fakt kimi çıxış etmişdir və edir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının həmin 0.17 ha torpaq sahəsinə hüquqları yaranmışdır və həmin qətnamə də bu hüquqların qeydə alınması üçün qanuni əsasdır. Lakin daşınmaz əmlakın dövlət reyestri orqanı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş bu faktoloji və hüquqi əsasları nəzərə almadan cavabdehlərin hər birinə ½ hissə olmaqla həmin 0.36 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə almış və sözügedən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vermişdir ki, bununla da iddiaçının həmin 0.17 ha torpaq sahəsinə yaranmış hüquqlarını pozmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2014-cü il tarixdə verilmiş Cavabdeh2 və Cavabdeh1 adına hər birinə ½ hissə olmaqla qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 tərəfindən verilmiş 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə çıxış edir. Balakən rayon Dövlət Notariusunu əvəz edən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş bu faktoloji və hüquqi əsasları nəzərə almadan cavabdehlərin hər birinə ½ hissə olmaqla miras əmlaka Cavabdeh2 və Cavabdeh1 adına hər birinə ½ hissə olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir ki, bu da qanunsuz və əsasızdır.
62. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 tərəfindən verilmiş 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir.
63. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli qətnaməsi qarşılıqlı iddia təmin edilərək X19 və Cavabdeh1 ilə İddiaçı arasında 1700 kv.metr (0.17 ha) torpaq sahəsi üzərində 20 topa fındıq bağ sahəsinin alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi işin faktiki halıdır.
64. Belə olan təqdirdə, birinci instansiya məhkəməsi əsaslı olaraq iddianı təmin etmiş, Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Cavabdeh3 tərəfindən verilmiş 2V-48 nömrəli 11 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ləğv etmişdir. Ona görə ki, cavbdehlərin birgə mülkiyyətində olan 0.36 ha torpaq sahəsinin 0.17 ha torpaq sahəsinin İddiaçı titul sahibliyinə verilməsi, faktiki sahiblik və istifadəsində olması və həmin torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsindən cavabdehlər məlumatlı olmuş, uzun illər buna etiraz etməmişlər. Hazırki vəziyyətdə isə mübahisə predmeti olan torpaq sahəsini X14 qalmış miras əmlak kimi qəbul edilərək sonradan özgəninkiləşdirilməsi iddiaçıya (hüquqi varisə) mühüm zərər yetirilməsi ilə nəticələndiyindən Mülki Məcəllənin 560.1 və 560.3.4-cü maddələrinə əsasən bu cavabdehlər tərəfindən hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir.
65. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri yalnız mülahizələrdən ibarət olduğuna görə əsassız hesab edilməlidir.
66. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisə predmeti olan torpaq sahəsi miras kütləsinə daxil olmaması səbəbli mərhum İddiaçı vərəsəsi arvadı X2 hazırkı iddia ərizəsini müdafiə etmək üçün subyektiv hüququnun olmaması barədə dəlilini əsassız sayaraq qeyd edir ki, iş materiallarından da göründüyü kimi, xx.xx.2023-ci il tarixdə vəfat etmiş İddiaçı vərəsəsi kimi arvadı X6 müəyyən edilmiş və ona bu barədə 09 sentyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 101.9 kv.m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.1009 ha olan torpaq sahəsindən ibarətdir.
67. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı olmuş mərhum İddiaçı hüquqi varisi qismində X6 tanındığından sonuncu hazırkı iddia ərizəsini müdafiə etmək üçün subyektiv hüquqa malik olmuşdur.
68. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
69. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
70. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
71. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
72. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
73. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, e-2(019)-45/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1 və Qədirova (Əhmədova) Gülər Hacı qızının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tаrixli, e-2(019)-45/2024 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov