Məhkəmə qərarları › İş №2(107)-664/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-664/2023

24.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-664/2023 24.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsinə qarşı “mirasın qəbulu müddətinin uzadılması, vərəsəliyin açılması və miras qalan əmlakdan düşən payın verilməsi tələbi”nə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(024)- 263/2021 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş maraqlı şəxs kimi tanınma barədə ərizəsinin təmin edilməməsi və apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Qax Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(024)-263/2021 saylı qərardadından Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsinə qarşı “X3 aid 0.065 ha torpaq sahəsinə dair və X1 adına paylı mülkiyyətidə olan Qax rayonu Zərnə kəndində yerləşən JN-0085 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.99 ha əkin sahəsindən X5 aid hissəsinə qanunla müəyyən edilmiş mirasın qəbul etmə müddətinin buraxılmasının səbəblərini üzrlü hesab edərək mirasın qəbulu müddətinin uzadılması, vərəsəliyin açılması və miras qalan əmlakdan tam payın müəyyən olunaraq mülkiyyətinə verilməsinə dair tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(024)-263/2021 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək onun hazırki iş üzrə maraqlı şəxs kimi tanınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(024)-263/2021 saylı qərardadı ilə Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə2 ərizəsi təmin edilməmiş və ona geri qaytarılmışdır Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə2 həmin qərardaddan şikayət vermişdir. Qax Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(024)-263/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qax Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(024)- 263/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci insansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 05 saylı qərarına əsasən X12 və X1 ümumibirgə mülkiyyətinə 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. X12 xx.xx.1997-ci ıl tarixdə vəfat etmişdir, X6 isə xx.xx.2009-cu il tarixdə Zaqatala rayonu, Aşağı Tala kəndində vəfat etmişdir. xx.xx.2012-ci il tarixdə Qax rayonu, Zərnə kəndində yerləşən X7 miras qalmış torpaq sahəsinə dair Qax rayon Dövlət Notariat Kontorunda vərəsəlik açılmış, X9 vərəsəsi X4 qanun üzrə X8 şəhadətnamə verilmişdir. X3 düşən əmlaka dair vərəsəlik işi açıq saxlanmışdır Mülki işin materiallarından göründüyü kimi X9 vərəsəsi Qax rayonu Zərnə kəndində yaşayan qızı Maraqlı şəxs çatacaq həmin şəhadətnamə verilən əmlak Qax rayonu Zərnə kəndində yerləşən Qeydiyyat nömrəsi ******* saylı Çıxarışa əsasən verilmiş 0.065 ha torpaq sahəsindən ibarətdir. xx.xx.2012-ci il tarixdə Maraqlı şəxs vərəsəlik şəhadətnaməsi 0.13 ha torpaq sahəsinin X11 məxsus olan hissəsinə-0.65 ha torpaq sahəsinə verilmişdir. Hazırki iddia tələbi isə həmin 0.13 ha torpaq sahəsinin X3 məxsus olmuş 0.65 ha hissəsi ilə bağlıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin işdə iştirakının əsasını məhkəmə qətnaməsinin onların tərəflərdən biri ilə olduğu huquq münasibəti ilə bağlı hüquq və vəzifələrinə təsir etməsinin mümkünlüyü təşkil edir. Onlar tərəflərdən biri ilə hər hansı maddi hüquq münasibətində olur, lakin bu münasibətlər məhkəmə baxışının predmetini təşkil etmir və məhkəmənin mübahisə ilə bağlı qətnaməsi bu şəxslərin birinə münasibətdə hüquq və vəzifələrinə təsir edə bilər. Hazırkı iş üzrə mübahisəli miras əmlakdan X4 çatmalı olan pay onun tərəfindən rəsmi qaydada qəbul edilmiş, ona bununla bağlı X8 Şəhadətnamə və həmin Şəhadətnamə əsasında Dövlət reyestrindən Çıxarış verilmişdir. Belə olan halda Maraqlı şəxs məxsus payla bağlı heç bir mübahisə mövcud deyildir və hazırki işin nəticəsinin ona məxsus paya və sonuncunun həmin pay üzərindəki hüquqlarına heç bir təsiri olmayacaqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Maraqlı şəxs şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, o, xx.xx.2012-ci il tarixli həmin şəhadətnaməni məhkəmədə mübahisələndirməməklə həmin hüququnu itirmişdir. Maraqlı şəxs X3 məxsus olmuş 0.65 ha hissəyə heç bir hüququ mövcud deyildir. Maraqlı şəxs heç bir hüququnun olmadığı torpaq sahəsini 25 il faktiki olaraq istifadə etməsi hazırki işin nəticəsinə maraqlı olduğunu hesab etməyə əsas verəcək hal deyildir. Ərizəçinin şikayətinin dəlilləri əsassızdır və qanuni və əsaslı qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Qax Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(024)-263/2021 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(024)-263/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(024)-263/2021 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar