Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-665/2023 06.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Təkzib, şərəf və ləyaqətinin müdafiəsi, mənəvi ziyan) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Cavabdeh, Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(039)-118/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları
1. İddiaçı Cavabdeh qarşı «vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Yevlax rayon Polis şöbəsinə və kirayə yaşadığı Yevlax şəhəri, Qarayev küçəsində yaşayan qonşularının yanında onun şərəf və ləyaqətini alçaldan məlumatların təkzib etmək üçün cavabdehə bir vəzifə olaraq üzərinə qoyulması və məcbur olunması; Cavabdeh vurulmuş mənəvi zərərə görə 50000 manat miqdarında pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o əvvəllər Yevlax şəhəri Qarayev küçəsində kirayə yaşayırdı. Cavabdeh sələmçi (faizə pul verən) kimi 2015-ci ildən tanıyır. Belə ki, əri avtoqəza törətdiyi üçün 2016-cı ilin aprel ayında Məleykədən sələmə 4700 manat pul götürmüşdür. Məleykəyə götürdüyü sələm müqabilində hər 100 manata 15 manat sələm ödəməli idi. Odur ki, o, 2016-cı ildən 2019-cu ilin sentyabr ayına kimi hər ay Məleykəyə sələm faizi olaraq 500-800 manat pul ödədi. 2019-cu ilin sentyabr ayında yaşadığı evi satıb Məleykəyə bir dəfəyə 10000 manat pul ödədi. Həmin borcun 5000 manat hissəsi əsas borca, 5000 manatı isə sələmə hesablandı. O, Məleykədən aldığı 4700 manat sələm pul müqabilində 2016-cı ildən 2020-ci ilin iyul ayına qədər 20000 manat pul ödəmişdir. Sonuncu dəfə də Məleykəyə 400 manat pul vermişdir. Məleykədən sələmə aldığı 4700 manat pulu artıqlaması ilə qaytarmışdır. Lakin buna baxmayaraq Məleykə ondan əl çəkmədi və onu müxtəlif üsul və vasitələrlə şantaj edərək, evinə gəlib səs-küy salaraq borcun ödənildiyini, lakin sələmin qaldığını bildirərək, daha artıq pul verməyə sövq etmək istədi. Yəni Məleykə onun hesabına əsassız varlanmaq istədi. Lakin o Məleykəyə kəskin şəkildə bildirdi ki, ona olan sələm borcunu tamamilə ödəyib qurtarmışdır. Bundan sonra Məleykə onu barəsində Yevlax rayon Polis şöbəsinə şikayət edərək guya onun tərəfindən onun sepi və 1500 manat pulun sumkasından oğurlandığını bildirmişdir. Bundan sonra onu Polis şöbəsinə dəvət etdilər və orada izahat verərək Məleykənin yazdıqlarının şər və böhtan olduğunu bildirdi. Hətta dəfələrlə onun mobil telefonuna ona təhqiredici mesajlar yazmağa başladı. Həmin mesajlara cavab vermədiyi üçün onun barəsində yaşadıqları Yevlax şəhəri Qarayev küçəsində kirayə yaşadığı yerdə təhqir edici, şərəf və ləyaqətini, hətta namusunu alçaldacaq məlumatlar yaymışdır və yaymaqda da davam edir. Bir neçə dəfə Məleykəyə bu hərəkətlərinə son qoymasını tələb etsə də, o daha da irəliyə gedərək telefonuna şərəf və ləyaqətini alçaldacaq ifadələr yazır. Cavabdehin hərəkətləri nəticəsində o arzuolunmaz vəziyyətə düşmüşdür. Xüsusilə onun bu hərəkətləri nəticəsində onun ailəsi küçələrə çıxa bilmir. Hər kəs ona Məleykənin etdiklərini və danışdıqlarını deyirlər. Bütün bunlardan pisixoloji sarsıntılar keçirir, nəyin ki, o hətta İİ Vətən Müharibəsi iştrakçısı olan oğlu da bu yalan, şər və namusunu alçaldan sözlərdən dəhşətli dərəcədə psixoloji zərbələr alır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İddiaçı ona məhkəmə qətnaməsi əsasında borcu var. Əlavə olaraq Səidəyə 1500 manat pul və 13 qram çəkidə boyunbağı vermişdir. Lakin Səidə nə qızılı nə də boyunbağını qaytarmamışdır. Buna görə ona zəng etmiş və mesajlar yazmışdır. Səidə zənglərə cavab vermədiyi və müxtəlif bəhanələr gətirdiyi üçün əsəbləşərək məcburən mesajlar yazaraq artıq sözlər işlətmişdir. İddia ərizəsinə şəkilləri əlavə edilmiş mesajları o yazmışdır. Hətta evinə də getmiş və aralarında mübahisə olmuşdur. Bu barədə polisə şikayət olunmuşdur. O Səidənin şərəf və ləyaqətinə toxunmamışdır.
5. Şahid qismində dindirilən X5 birinci instansiya məhkəməsinin məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Səidə onun xalası qızıdır. O müharibə vaxtı Səidə gilə qonaq gedəndə görmüşdür ki, Məleykə Səidəni söyüb təhqir edir. Bu barədə şikayət etmək üçün Səidəni polis şöbəsinə aparmışdır.
6. Şahid qismində dindirilən X3 birinci instansiya məhkəməsinin məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Səidə ilə qonşuluqda yaşayır. Belə ki, Səidəni atası evinə kirayəyə buraxmışdır. Bir gün qonşular ona zəng etdilər ki, Səidəni söyüb təhqir edirlər. Getmişdir ki, Məleykə Səidəni nalayiq ifadələrlə təhqir edir. Qonşular da narazı idi ki, mütəmadi olaraq mübahisə olur. Sahə müvəkkilini çağırmışdır. Sonradan Səidə şikayət etmək üçün polisə getmişdir. Məleykənin Səidəyə yazdıqları mesajları da görmüşdür.
7. Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(039)-118/2023 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçının kirayə yaşadığı Yevlax şəhəri, Qarayev küçəsində yaşayan qonşularının yanında onun şərəf və ləyaqətini alçaldan məlumatların təkzib etməklə, İddiaçı barəsində şərəfini və ləyaqətini ləkələyən şər və böhtan xarakterli məlumatlar yayması nəticəsində ona vurulmuş mənəvi zərərə görə kompensasiya olaraq cavabdehdən 1000 (bir min) manat pulun alınıb İddiaçı verilməsi, İddiaçı şərəfi və ləyaqəti ləkələyən şər və böhtan xarakterli məlumatların təkzib edilməsi üsulunun Cavabdeh tərəfindən iddiaçının kirayə yaşadığı Yevlax şəhəri, Qarayev küçəsində yaşayan qonşularının yanında onun şərəf və ləyaqətini alçaldan məlumatların təkzib etmək yolu ilə müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Cavabdeh pulu qaytarmadığı üçün Cavabdeh İddiaçı nalayiq ifadələr əks etdirən mesajlar yazmışdır. Həmçinin pulu tələb etmək məqsədi ilə İddiaçı evinə gedərkən, mübahisə zamanı həqiqəti əks etdirməyən nalayiq ifadələr işlətmişdir. Bundan başqa Yevlax RPŞ-nə 1500 manat pulunun və boyunbağısının geri qaytarılmaması barədə şikayət etmişdir. Cavabdeh izahat verərkən, Səidə zənglərə cavab vermədiyi və müxtəlif bəhanələr gətirdiyi üçün əsəbləşərək məcburən mesajlar yazaraq artıq sözlər işlətdiyini bildirmişdir. İddiaçı məhkəməyə müraciət edərək, barəsində yayılmış məlumatların təkzib edilməsi və mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir. Lakin cavabdeh məhkəməyə yayılmış məlumatların həqiqət olmasına dair hər hansı bir sübut təqdim etməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə hansı məlumatların vətəndaşın şərəf və ləyaqəti ləkələdiyini şərh edərkən, həmin məlumatların vətəndaş barəsində əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması halını qiymətləndirməlidir.
10. Məhkəmə qeyd etmişdir ki, şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir.
11. Məhkəmə qeyd etmişdir ki, şərəf dedikdə-şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbət ictimai qiyməti ifadə edir və şərəf, şəxsin obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin şəxsə olan münasibətini müəyyənləşdirir. Şəxsin ictimaimənəvi və ictimai-əxlaqi statusu məhz onunla müəyyən edilir. Şərəf şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, hər bir halda şəxsin cəmiyyətdə tutduğu mövqeyə təsir göstərir.
12. Ləyaqət isə şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Ləyaqət, şərəflə sıx surətdə bağlı olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir.
13. Şərəf və ləyaqət biri-biri ilə qarşılıqlı bağlı olan elə meyarlardır ki, bu meyarlar əsasında şəxsin şəxsiyyətinə mənəvi qiymət verilir. Fərq yalnız ondadır ki, şərəf mənəvi qiymətləndirmənin xarici, ləyaqət isə daxili meyarlarını özündə ehtiva edir.
14. Hər bir şəxsin şərəf və ləyaqət hüquqlarını, əgər həmin hüquqlar pozularsa, müdafiə etmək hüququ vardır. Müdafiə hüququ dedikdə-hüquq sahibinə (hüquq daşıyıcısına, səlahiyyətli şəxsə) öz pozulmuş şərəf və ləyaqət hüquqlarını bərpa etmək məqsədilə hüquqqoruyucu xarakterli tədbirlər tətbiq olunması üçün verilən imkan başa düşülür.
15. Məhkəmə qeyd etmişdir ki, şərəf və ləyaqətin müdafiəsi barədə iddialara baxılarkən ilk növbədə müəyyənləşdirməlidir ki, yayılmış məlumatlar şəxsin şərəf və ləyaqətini ləkələyirmi və yayılmış məlumatlar ləkələyici xarakterə malikdirmi. Ləkələyici məlumatlar dedikdə məlumatı yaymış şəxs tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqi-mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya şəxsin şərəf və ləyaqətini alçaldır, şəxsi nüfuzdan salır.
16. Bundan başqa, şərəf və ləyaqətin müdafiə olunmasının üçüncü şərti-yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmamasından, yəni onların doğru olmamasından ibarətdir. Həm də yayılmış ləkələyici məlumatlar əsassız, uydurma və yalan xarakterə malik olmalıdır. Yalnız bu şərt mövcud olduqda şərəf və ləyaqət alçalır, pozulur və onlara zərər dəyir. Yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmaması dedikdə-ilk növbədə ümumiyyətlə, mövcud olmayan hallar (faktlar) barəsində yayılan informasiya başa düşülür.
17. Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlinmişdir ki, hətta yayılma halı olmadan da ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar alçaldıcı, nüfuzdan salan, ağır cinayətlərdə ittiham edən ifadələrin ona bildirilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması əsası ilə keçirdiyi iztirab və sarsıntının əvəzi olaraq məhkəmə qaydasında mənəvi zərərin tutulmasını istisna etmir.
18. Məhkəmə hesab etmişdir ki, iş materiallarının olan iddiaçı barəsində ünvanlanmış müraciətlərdəki söz və ifadələrin ləyaqəti ləkləyən məlumat olması açıq-aşkar bəllidir və fakt ortada olduğu və hamıya bəlli olduğu bir halda bunun üçün əlavə sübuta, xüsusi biliyə malik ekspertin rəyinə ehtiyac yoxdur.
19. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan mənəvi zərərlə bağlı məbləği həddən artıq çox hesab edərək bildirir ki, iddiaçı həmin məbləğin vurulmuş mənəvi zərərə uyğun olduğunu əsaslandıra bilməmiş və cavabdehin həmin məbləği ödəmək iqtidarında olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
20. Məhkəmə cavabdehin ailə və əmlak vəziyyətini, ona qarşı irəli sürülmüş tələbi ödəmək iqtidarında olduğuna dair işdə sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını ağlabatan məbləğdə, yəni 1000 (bir min) manat məbləğində müəyyən etməyi məqsədə uyğun hesab etmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, Yevlax rayon Polis şöbəsinə onun şərəf və ləyaqətini alçaldan məlumatların təkzib etmək üçün cavabdehə bir vəzifə olaraq üzərinə qoyulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının şərəf və ləyaqətinə toxunan hər hansı bir müraciətlə Yevlax rayon Polis şöbəsinə müraciəti olmamışdır.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.2, 23.4, 23.6-cı maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarı, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2,4.1, 77.1 88 106.1, 218.3, 217.4-cü, maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamədən narazı qalan İddiaçı və Cavabdeh apellyasiya şikayəti vermişlər.
24. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunan, mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən faktiki hallar məhkəmə tərəfindən araşdırılmamışdır:
25. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan mənəvi zərərlə bağlı məbləğ həddən artıq çoxdur, iddiaçı həmin məbləğin vurulmuş mənəvi zərərə uyğun olduğunu əsaslandıra bilməmiş və cavabdehin həmin məbləği ödəmək iqtidarında olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə cavabdehin ailə və əmlak vəziyyətini, ona qarşı irəli sürülmüş tələbi ödəmək iqtidarında olduğuna dair işdə sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını ağlabatan məbləğdə, yəni 1000 (bir min) manat məbləğində müəyyən etməyi məqsədə uyğun hesab etmişdir. Halbuki, cavabdehin onun şərəf və ləyaqətini alçaltması nəticəsində keçirtdiyi mənəvi iztirabın, cəmiyyət arasında haqsız olaraq yaşadığı utanc hissinin, şərəf və ləyaqətinin alçaldılmasının qarşılığı 1000 manat olmamalıdır.
26. Məhkəmə qətnamədə Yevlax Rayon Polis şöbəsinə iddiaçının şərəf və ləyaqətini alçaldan məlumatların təkzib etmək üçün cavabdehə bir vəzifə olaraq üzərinə qoyulması hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin iddiaçının şərəf və ləyaqətinə toxunan hər hansı bir müraciətlə Yevlax rayon Polis şöbəsinə müraciəti olmamışdır. Qeyd edir ki, qətnamədə vurğulanmışdır ki, iş materialında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-in TB-in 04 dekabr 2020-ci il tarixli qərarının surətindən məlum olur ki, tərəflər şikayət ərizələri ilə Yevlax RPŞ-nə müraciət etmişdir. Toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh məhkəmədə izahat verərkən bildirmişdir ki, “ Səidə zənglərə cavab vermədiyi və müxtəlif bəhanələr gətirdiyi üçün əsəbləşərək məcburən mesajlar yazaraq artıq sözlər işlətmişdir” həmçinin qətnamədə vurğulanmışdır ki, cavabdeh iddiaçıya, yəni ona qarşı Yevlax RPŞ-nə 1500 manat pulun və boyunbağısının geri qaytarılması barədə şikayət vermiş, Cavabdeh izahat verərkən Səidə zənglərə cavab vermədiyi və müxtəlif bəhanələr gətirdiyi üçün əsəbləşərək məcburən mesajlar yazaraq artıq sözlər işlətdiyini bildirmişdir. Məhkəmənin bütün bu yuxarıda qeyd etdiklərini qətnamədə vurğulamasına baxmayaraq bu hala cavabdehin barəsində şərəf və ləyaqətinə toxunan hər hansı bir müraciətlə Yevlax rayon Polis şöbəsinə müraciəti olmamışdır kimi qiymət verərək bu halı nəzərə almaması tamamilə əsasızdır. Belə ki, cavabdehin Yevlax polisinə etdiyi şikayətdəki halların (1500 manat pulun və boyunbağısının geri qaytarılması barədə) öz təsdiqini tapmaması onun şərəf və ləyaqətini alçaldan başlıca haldır. Çünki bu şikayətdə qeyd edilənlər onun şərəf və ləyaqətini alçaldan məlumatlardır.
27. Aşağıda qeyd olunanlarla əsasən qətnamənin qanunsuz və əsassız olması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir.
28. Belə ki, cavabdehin Yevlax Rayon Polis şöbəsinə ünvanladığı onun şərəf və ləyaqətini alçaldan, həqiqətə uyğun olmayan (1500 manat pul və qızıl boyunbağını qaytarmamağı barədə) şikayət tələbi öz əksini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Lakin məhkəmənin əsassız olaraq qətnamədə cavabdehin barəsində şərəf və ləyaqətinə toxunan hər hansı bir müraciətlə Yevlax rayon Polis şöbəsinə müraciəti olmamışdır kimi qiymət verərək bu halı nəzərə almaması məhz bu əsasdan da iddianın cavabdehin üzərinə Yevlax rayon Polis şöbəsinə onun şərəf və ləyaqətini alçaldan məlumatların təkzib etmək üçün üzərinə bir vəzifə olaraq qoyulması hissəsinin rədd edilməsi tamamilə əsassızdır.
29. Onun təsdiqini tapmamış, cavabdehin şər və böhtan xarakterli polis şöbəsinə ünvanlandığı şikayət əsasında məruz qaldığı psixoloji əzab, mentalitet dəyərlərlərə uyğun olmadan rayon yerində polis şöbəsinə çağırılmağı, polis şöbəsində izahat verərkən keçirtdiyi sarsıntı, cavabdehin onun barəsində yaydığı və gəlib onu kirayə yaşadığı evdə söyməsi ictimaiyyət arasında onun şərəf və ləyaqətimi alçaldaraq, ona dərin mənəvi iztirab və sarsıntı vermişdir. Qeyd edir ki, cavabdehdən mənəvi ziyana görə tələb etdiyi məbləğ onun keçirtdiyi mənəvi sarsıntı və mənəvi iztirabı əvəz edə bilməz. Odur ki, məhkəmənin mənəvi zərərə görə cüzi miqdarda, yəni 1000 manat kompensasiya miqdarını müəyyən etməsi, keçirtdiyi mənəvi iztirabın xarakterinə, cavabdehin təqsirlilik dərəcəsinə, işin hallarına uyğun deyildir.
30. Məhkəmə cavabdehin hərəkətləri nəticəsində çəkdiyi mənəvi iztirabların əvəzinin ödənilməsi tələbi üzrə ədalətli nəticəyə gəlməmişdir.
31. Cavabdehin Yevlax Rayon Polis şöbəsinə onun şərəf və ləyaqətini alçaldan, həqiqətə uyğun olmayan (1500 manat pul və qızıl boyunbağını qaytarmamağı barədə) şikayət tələbinin doğru olmaması Yevlax Rayon Polis şöbəsinin cinayət işinin rədd edilməsi barədə qərar ilə öz təsdiqini tapır. Cavabdehin polis şöbəsinə ünvanlandığı şikayət ərizəsindəki məlumatların şərəf və ləyaqətimi ləkələməsi məlumatın əxlaqi prinsiplər, yaxud ayrı-ayrı şəxslər arasında barəsində mənfi rəy yaratması, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilməsinə dələlət edir, cavabdeh tərəfindən həqiqəti əks etdirməyən şikayət ərizəsinin Yevlax Polis şöbəsinə ünvanlaması onun yayılmasını göstərir. Lakin məhkəmə tərəfindən bu qeyd etdiyi hallara qiymət verilməmiş, əsassız olaraq iddiansının cavabdehin üzərinə Yevlax rayon Polis şöbəsinə mənim şərəf və ləyaqətimi alçaldan məlumatların təkzib etmək vəzifəsinin qoyulması hissəsinin rədd edilməsi qərara alınmışdır.
32. Cavabdehin barəsində Yevlax rayon Polis şöbəsinə ünvanlandığı həqiqəti əks etdirməyən, yalan və şər xarakterli, onun şərəf və ləyaqətini alçaldan şikayət ərizəsi əsasında cinayət işinin rədd edilməsi qərara alınmış, bu qərar məhkəməyə təqdim edilsə də, bu qərara, cavabdehin bu şikayət tələbi ilə bağlı izahatına obyektiv qiymət verilməmişdir. Onun barəsində təsdiqini tapmamış, cavabdehin şər və böhtan xarakterli polis şöbəsinə ünvanlandığı şikayət əsasında məruz qaldığı mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib hallar nəzərə alınmadan, cavabdehdən onun xeyrinə mənəvi zərərə görə kompensasiya olaraq cuzi miqdarda, yəni 1000 manat pulun alınıb verilməsi qərara alınmışdır.
33. Odur ki, Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(039)-118/2023 saylı qətnaməsinin dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
34. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Səyidə İbrahimova vətəndaşın şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi zərərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun müraciəti əsasında heç bir əsas və səbəb olmadan məhkəmə üzərinə 1000 manat pul tələbinin ödənilməsinin, şərəf və ləyaqəti alçaldan məlumatın təkzib edilməsini ortaya qoymuşdur. Məhkəmə qətnaməsində onun cavabdehin ləyaqətini, şərəfini alçaldan hansı sözünün mövcud olduğunu, bu sözlərinin ləyaqəti alçaldan sözlər olduğunu məhkəmə müəyyən etməmişdir. Qətnamənin qət etdiyi hissəsi ümumi formal fikirlərdir. Şəxsin ləyaqətinin nədə pozulduğu qeyd edilməmişdir. O şəxsin ləyaqətini alçaldan hansı məlumatları yaymışdır ki, bu məlumatlar açıq-aşkar onu nüfuzdan salıb? İşdə hansı əsaslı sübut vardır ki, burada ləyaqəti alçaldan fikirlər onun tərəfindən yayılıb.
35. Hörmətli Məhkəmə Şəxs onu aldadıb, evini satdırıb. Pulunu isə əri ilə birlikdə dağıdaraq onu küçələrdə qoyub. Onun şəxsin evinə gedərək ondan aldığı pulunu istəmişdir. Həmin pulu dəfələrlə istəmişdir. Ona yalvarmışdır. Qapısında ağlamışdır, ərinə yalvararaq pulunun verilməsini istəmişdir. Verməyəndən sonra məhkəməyə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddiası təmin edilib. Ondan ona məxsus olan 63000 manat olan borcunun alınıb ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bu gün şəxs müxtəlif bəhanələrlə pulunu ödəməyərək gizlənməkdədir. Barəsində şər və böhtan ataraq Yevlax Rayon Məhkəməsində şərəf və ləyaqətə dair iddia qaldıraraq ona qarşı 1000 manat iddiasını təmin etmişdir. Bu iddia həm gülünc, həm də biyabırçılıqdır. Borcunu vermək əvəzinə şayə və böhtanı ilə bu iddianı qaldırıb təmin etdirib. İddiasında ona verməli olan borcunu şişirdərək qeyd edib. Bu hala məhkəmə qiymət verib. 63000 manat pulun ona qaytarılması qeyd edilib. Şəxsin şahidləri məhkəmədə ifadə verib. Onun bu şəxsi nə vaxt, hansı gün, harada döyməyi, təhqir etməyi, hansı söyüşləri etməyi, hansı sözünün təhqir olması, onu harada görməsi qeyd edilməyib. Bu insanlar hansı sözünün təhqir olduğunu, kimə dediyini, hansı ifadələrində əks etdirib. Formal olaraq şahidlərin ifadləri əks etdirilib. Bu şəkildə qətnamə çıxarıla bilməz. Bu qadının yəni, iddiaçının onunla qərəzli olmasını məhkəmə qeyd etməmişdir. İddiaçı onunla qərəzlidir. Çünki Ağdaş İcra və Probasiya Şöbəsi onun barəsində qətnamənin icra edilməməsi ilə bağlı tədbirlər görür. Şəxs axtarılır. Qətnamənin icrasından yayınır. Onun başını qatmaq üçün hazırki tələblə çıxış edib. Məhkəmə isə onun əsassız mövqeyini onun iştirakı olmadan bir iddiada təmin edib.
36. O, bu əsassız və əhəmiyyəti olmayan tələbin təmin edilməsini məhkəmə ədalətsizliyi hesab edir. Hesab edir ki, bütün bunlar tam və hərtərəfli qaydada araşdırılacaqdır.
37. Məhkəmə Prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə qərar qəbul edərkən AR CPM-nın 200-cü maddəsinin tələblərini pozmuşdur. Həmin normaya əsasən qətnamənin qərar hissəsində şərəf və ləyaqətinin pozulmasını özündə əks etdirən həqiqi məlumatın nədən ibarət olması hansı məlumatın təsbiq edilməsi, məlumatın təsbiq edilmə üsulunun və qaydasını təsbitin mətninin nədən ibarət olduğunu qeyd etməmişdir. Bundan başqa şərəf və ləyaqətin ləkələnməsini təsdiq edən əlamətin olub-olmamasını müəyyənləşdirmək üçün xüsusi biliyə malik olan mütəxəssis işəcəlb edilməmişdir.Şərəf və ləyaqət nədə ifadə olunub ki, bu qətnamədə əks olunmayıbdır. O bu şəxsin ləyaqətini və şərəfini nədə alçaltmışdır? Ona bəlli deyildir. Məhkəmə onun iştirakını təmin etmədən əleyhimə qərar qəbul etmişdir. Bununla da iki proseslə bu əsassız tələbi təmin edərək ədalətsiz olmuşdur. Bu səbəbdəndə ciddi prosessual pozuntu etmişdir.
38. Məhkəmə hazırki işi obyektiv araşdırmamışdır. Bütün bunlar onun nəticəsidir ki, qeyri obyektiv qərar qəbul edilmişdir. O əsassız olaraq həm 1000 manat mənəvi zərərin ödənməsini həmdə ona məlum olmayan sözləri təkzib etməyi üzərinə qoymuşdur. O buna kimi bu şəxsə hansı mənəvi zərəri vurduğumu müəyyən edə bilmir. Həmçinin şəxs özü aldığı mənəvi zərərin nədən ibarət olduğunu əsaslandırmamışdır.
39. Birinci instansiya Məhkəməsi işi obyektiv araşdırmadığından işin nəticəsi real olmamışdır. Ona görə də məhkəmənin qət hissəsinin nədən ibarət olması, nəticəni təsvirlə uyğunsuzluğu əsassız qərarın qəbuledilməsidir.
40. Məhkəmə müəyyən edilmiş faktlardan, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İşin faktiki halları araşdırılmamış onun iştirakı olmadan əleyhinə qərar qəbul etmişdir.
41. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, İş № 2(039)-118/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul ediməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
42. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək özünün apellyasiya şikayətinin təmin edilməsini, Yevlax rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, İş № 2(039)-118/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul ediməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
43. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi-vəkili Vəkil Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, İş № 2(039)-118/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul ediməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
44. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə İddiaçı kollegiyanın iclasına gəlməmiş, lakin göndərdiyi teleqramında məhkəmə iclasına səhhəti ilə əlaqədar gələ bilmədiyi üçün iclasın başqa vaxta təyin edilməsini xahiş etsə də məhkəmə kollegiyasının iclasında üzrlü səbəblərdən iştirak edə bilməməsinə dair hər hansı bir sənəd göndərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikası Konstitusiyasının; 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır.
46. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
48. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində həqaqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır.
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
50. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(039)-118/2023 saylı qətnaməsini qismən mübahisələndirərək, qətnamənin dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)- 118/2023 saylı qətnaməsini tam mübahisələndirərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul ediməsini xahiş etmişdir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Cavabdehin apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq yoxlayır.
53. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(039)-118/2023 saylı qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, tərəflərin verdikləri apellyasiya şikayətləri qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(039)-118/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi mənəvi zərərin tutulması hissəsində qismən təmin edilməlidir.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
56. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh olan borcunu qaytarmadığı üçün Cavabdeh İddiaçı məzmununda nalayiq ifadələr olan mesajlar yazmışdır. Bundan başqa Yevlax RPŞ-nə 1500 manat pulunun və boyunbağısının geri qaytarılmaması barədə şikayət etmiş və İddiaçı yaşadığı ünvana gəldikdə Cavabdeh ilə aralarında mübahisələri yaranmışdır. Həmçinin Cavabdeh birinci instansiya məhkəməsində izahat verərkən, Səidə zənglərə cavab vermədiyi və müxtəlif bəhanələr gətirdiyi üçün əsəbləşərək məcburən mesajlar yazaraq artıq sözlər işlətdiyini bildirmişdir.
57. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşaraq, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
58. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin dəlilləri üzrə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.
59. Qeyd edilməlidir ki, məhkəmə hansı məlumatların vətəndaşın şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələdiyini şərh edərkən, həmin məlumatların vətəndaş barəsində əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması halını qiymətləndirməlidir.
60. Apellyasiya məhkəməsi qeyd edir ki, şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir.
61. Yuxarıda sadalanan mülki qanunvericiliyin normalarına görə, şərəf və ləyaqət şəxsi xarakterli qeyri-əmlak hüquqları hesab edilir. Onlar səlahiyyətli şəxsin, yəni həmin hüquq sahibinin, hüquq daşıyıcısının şəxsiyyətini fərqləndirməyə yönəlir. Şərəf və ləyaqət hüquqları, bir qayda olaraq, onunla xarakterizə olunur ki, həmin hüquqlar şəxsiyyətin özündən ayrılmaz olur, özgənikiləşdirilmir.
62. Kollegiya qeyd edir ki, şərəf dedikdə-şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbət ictimai qiyməti ifadə edir və şərəf, şəxsin obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin şəxsə olan münasibətini müəyyənləşdirir. Şəxsin ictimaimənəvi və ictimai-əxlaqi statusu məhz onunla müəyyən edilir. Şərəf şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, hər bir halda şəxsin cəmiyyətdə tutduğu mövqeyə təsir göstərir. Ləyaqət isə şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Ləyaqət, şərəflə sıx surətdə bağlı olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir. Şərəf və ləyaqət biri-biri ilə qarşılıqlı bağlı olan elə meyarlardır ki, bu meyarlar əsasında şəxsin şəxsiyyətinə mənəvi qiymət verilir. Fərq yalnız ondadır ki, şərəf mənəvi qiymətləndirmənin xarici, ləyaqət isə daxili meyarlarını özündə ehtiva edir. Hər bir şəxsin şərəf və ləyaqət hüquqlarını, əgər həmin hüquqlar pozularsa, müdafiə etmək hüququ vardır. Müdafiə hüququ dedikdə-hüquq sahibinə (hüquq daşıyıcısına, səlahiyyətli şəxsə) öz pozulmuş şərəf və ləyaqət hüquqlarını bərpa etmək məqsədilə hüquqqoruyucu xarakterli tədbirlər tətbiq olunması üçün verilən imkan başa düşülür.
63. Kollegiya qeyd edir ki, nəzərə almaq lazımdır ki, şəxs barəsində məlumatların yayılması faktı- şərəf və ləyaqətin müdafiə şərtlərindən biridir. Başqa sözlə, şərəf və ləyaqətin müdafiəsi barədə iddianın təmin edilməsi üçün şəxs barədə məlumatlar yayılmış olmalıdır. Məlumatın yayılması dedikdə-onların üçüncü şəxslərin nəzərinə çatdırılması və həmin şəxslərə bildirilməsi başa düşülür. Burada söhbət şəxsin şərəf və ləyaqətini pozan məlumatların bir neçə şəxsə və ya çoxsaylı şəxslərə bildirilməsindən gedir. Məlumatın heç olmazsa, hər hansı üçüncü şəxsə çatdırılması məlumatın yayılması sayılır. Ona görə də məlumatın bir nəfər şəxsə bildirilməsi onun yayılmayacağını istisna etmir.
64. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, şərəf və ləyaqətin müdafiəsi barədə iddialara baxılarkən ilk növbədə müəyyənləşdirməlidir ki, yayılmış məlumatlar şəxsin şərəf və ləyaqətini ləkələyirmi və yayılmış məlumatlar ləkələyici xarakterə malikdirmi. Ləkələyici məlumatlar dedikdə məlumatı yaymış şəxs tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqi-mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya şəxsin şərəf və ləyaqətini alçaldır, şəxsi nüfuzdan salır.
65. Məhkəmə kollegiyası qeyd edir ki, şərəf və ləyaqətin müdafiə olunmasının növbəti şərti-yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmamasından, yəni onların doğru olmamasından ibarətdir. Həm də yayılmış ləkələyici məlumatlar əsassız, uydurma və yalan xarakterə malik olmalıdır. Yalnız bu şərt mövcud olduqda şərəf və ləyaqət alçalır, pozulur və onlara zərər dəyir. Yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmaması dedikdəilk növbədə ümumiyyətlə, mövcud olmayan hallar (faktlar) barəsində yayılan informasiya başa düşülür.
66. Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlinir ki, hətta yayılma halı olmadan da ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar alçaldıcı, nüfuzdan salan, ağır cinayətlərdə ittiham edən ifadələrin ona bildirilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması əsası ilə keçirdiyi sarsıntının əvəzi olaraq məhkəmə qaydasında mənəvi zərərin tutulmasını istisna etmir.
67. Hazırki iş üzrə mülki iş materiallarına əlavə edilən mobil telefondakı mesajların mətnlərindən görünür ki, orada “Ay qəhbə” və sair bu kimi mübahisəsiz qaydada nalayiq xarakterli ifadələr işlədilmişdir.
68. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin Cavabdeh məhkəmədə izahat verərkən Səidəyə mesajlar yazaraq artıq sözlər işlətməsini deməsi, məhkəmənin bu qeyd etdiklərini qətnamədə vurğulamasına baxmayaraq bu halı nəzərə almamasının əsasız olmasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, iddiaçı həmin halı iddia ərizəsində qeyd etməsinə, cavabdeh həmin halı məhkəmə iclasında etiraf etməsinə, beləliklə cavabdeh tərəfindən iddiaçının ləyaqətinin alçaldılması öz təsdiqini tapmasına baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya məzmununda açıq-aşkar nalayiq ifadələrin yer aldığı mesajların göndərilməsinə görə ləyaqətinin alçaldılması ilə bağlı iddiaçının xeyrinə mənəvi zərərin tutulması məsələsini müzakirə etməmişdir.
69. İddiaçının apellyasiya şikayətinin cavabdehin ona qarşı Yevlax RPŞ-nə 1500 manat pulun və boyunbağısının geri qaytarılması barədə şikayətdəki halların öz təsdiqini tapmamasının onun şərəf və ləyaqətini alçaldan başlıca hal olması, bu şikayətdə qeyd edilənlərin onun şərəf və ləyaqətini alçaldan məlumatlar olması, cavabdehin şər və böhtan xarakterli polis şöbəsinə ünvanlandığı şikayət əsasında məruz qaldığı psixoloji əzab, mentalitet dəyərlərlərə uyğun olmadan rayon yerində polis şöbəsinə çağırılmağı, polis şöbəsində izahat verərkən sarsıntı keçirtməsi, cavabdehin polis şöbəsinə ünvanlandığı şikayət ərizəsindəki məlumatların şərəf və ləyaqətini ləkələməsi, məlumatın əxlaqi prinsiplər, yaxud ayrı-ayrı şəxslər arasında barəsində mənfi rəy yaratması, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilməsinə dələlət etməsi, cavabdeh tərəfindən həqiqəti əks etdirməyən şikayət ərizəsinin Yevlax Polis şöbəsinə ünvanlamasının onun yayılmasını göstərməsi, lakin məhkəmə tərəfindən bu qeyd etdiyi hallara qiymət verilməməsi, əsassız olaraq iddiasının cavabdehin üzərinə Yevlax rayon Polis şöbəsinə onun şərəf və ləyaqətini alçaldan məlumatların təkzib etmək vəzifəsinin qoyulması hissəsinin rədd edilməsinin qərara alınmasına dair dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı qərarının 4-cü bəndinə göstərilmişdir ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi qaydasında baxıla bilər.
70. Kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi cinayət işinin başlanılmasının rədd edilməsinə dair Yevlax rayon X4 Bölməsinin təhqiqatçısının qəbul etdiyi 04 dekabr 2020-ci il tarixli qərarında cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini ləkələyəcək məlumatların işlədilməsi, məlumatlardan kütləvi informasiya vasitəsində istifadə olunması halı müəyyən edilməmiş, iddiaçı özü də bununla bağlı heç bir fikir ifadə etməmişdir.
71. İddiaçının apellyasiya şikayətinin cavabdehin gəlib onu kirayə yaşadığı evdə söyməsi ictimaiyyət arasında onun şərəf və ləyaqətini alçaldaraq, ona dərin mənəvi iztirab və sarsıntı verməsi, cavabdehdən mənəvi ziyana görə tələb etdiyi məbləğin onun keçirtdiyi mənəvi sarsıntı və mənəvi iztirabı əvəz edə bilməməsi, məhkəmənin mənəvi zərərə görə cüzi miqdarda, yəni 1000 manat kompensasiya miqdarını müəyyən etməsinin keçirtdiyi mənəvi iztirabın xarakterinə, cavabdehin təqsirlilik dərəcəsinə, işin hallarına uyğun olmamasına dair dəlili, cavabdehin həmin məsələyə dair müvafiq dəlilləri ilə əlaqəli və bağlı olduğundan məhkəmə kollegiyası ilk öncə həmin məsələ üzrə cavabdehin dəlillərinin qiymətləndirilməsini zəruri hesab edir.
72. Belə ki, cavabdehin apellyasiya şikayətinin məhkəmə qətnaməsindən onun cavabdehin ləyaqətini, şərəfini alçaldan hansı sözünün mövcud olduğunu, bu sözlərinin ləyaqəti alçaldan sözlər olduğunu məhkəmənin müəyyən etməməsi, onun bu şəxsi nə vaxt, hansı gün, harada təhqir etməyi, hansı söyüşləri etməyi, hansı sözünün təhqir olması, onu harada görməsinin qeyd edilməməsi, qətnamənin qərar hissəsində şərəf və ləyaqətinin pozulmasını özündə əks etdirən həqiqi məlumatın nədən ibarət olmasının, hansı məlumatın təsdiq edilməsi, məlumatın təsdiq edilmə üsulunun və qaydasını təsbitin mətninin nədən ibarət olduğunun qeyd edilməməsi, onun bu şəxsin ləyaqətini və şərəfini nədə alçaltması, əsassız olaraq həm 1000 manat mənəvi zərərin ödənməsini həmdə ona məlum olmayan sözləri təkzib etməyin üzərinə qoyulmasına dair dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin onun barəsində qonşularının yanında nə kimi ifadələr işlətməsi barədə, yəni həmin ifadələrin konkret hansı sözlərdən ibarət olması barədə heç bir fikir ifadə etməmiş, birinci instansiya məhkəməsi də bunu tərəflərlə aydınlaşdırmamışdır.
73. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işlədilən ifadənin nə olmasını müəyyən etmədən, işlədilən ifadənin şərəf və ləyaqəti ləkələyən, təkzibə ehtiyacı olan ifadə olub-olmamasına qiymət verilməli olmasını diqqətə almadan, həmin ifadələrə görə cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 1000 manat pulun tutulmasını və Yevlax şəhəri Qarayev küçəsində yaşayan qonşuların yanında onun şərəf və ləyaqətini alçaldan məlumatların təkzib edilməsini qət etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
74. Bu baxımdan iddiaçının apellyasiya şikayətinin 1000 manat kompensasiya miqdarının müəyyən edilməsinin keçirtdiyi mənəvi iztirabın xarakterinə, cavabdehin təqsirlilik dərəcəsinə, işin hallarına uyğun olmamasına dair dəlili özü-özlüyündə əsassızdır.
75. Cavabdehin Yevlax şəhəri Qarayev küçəsində yaşayan qonşuların yanında nə kimi ifadələrin işlədildiyi müəyyən edilmədiyindən, cavabdehin iddiaçıya göndərdiyi mesajların mətnlərindəki ifadələrin isə nalayiq xarakterli olmasının müəyyən edilməsi üçün əlavə olaraq xüsusi bilik tələb edilmədiyindən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin şərəf və ləyaqətin ləkələnməsini təsdiq edən əlamətin olub-olmamasını müəyyənləşdirmək üçün xüsusi biliyə malik olan mütəxəssisin işə cəlb edilməməsinə dair dəlilini əsaslı hesab etmir.
76. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin onun iştirakı olmadan əleyhinə qərar qəbul etməsinə dair dəlilini də əsassız hesab edərək qeyd edir ki, işdə olan bildirişlərdən, cavabdehin mobil telefonuna göndərilmiş SMS mətnindən göründüyü kimi cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, 13 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında isə cavabdeh şəxsən iştirak edərək iddia tələbinə dair izahatını vermiş, sonuncu, yəni 22 fevral 2023-cü il tarixdə keçiriləcək məhkəmə iclasına dəvət edilməsinə dair bildirişi şəxsən imzalayaraq qəbul etmiş, lakin Cavabdeh 22 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmişdir.
77. Belə olan halda məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin tutulmalı olmasında doğru nəticəyə gəlsə də, həmin zərərin göndərilmiş mesajların məzmunundakı nalayiq ifadələrin işlədilməsinə görə iddiaçının ləyaqətinin alçaldılması, nəticədə mənəvi sarsıntıya məruz qalmasına görə deyil, yanlış olaraq cavabdehin iddiaçının kirayə yaşadığı Yevlax şəhəri, Qarayev küçəsində yaşayan qonşularının yanında onun şərəf və ləyaqətini alçaldan məlumatları yayması ilə əlaqələndirmişdir.
78. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
79. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
80. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlinməmiş, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(039)-118/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia cavabdeh tərəfindən mesajların göndərilməsi ilə iddiaçının ləyaqətinin alçaldılmasına görə, mənəvi zərərin tutulması hissəsində qismən təmin edilməlidir.
81. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulmalı mənəvi zərərin məbləğinin 1000 manat həddində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir.
82. Buna görə də Cavabdeh vurulmuş mənəvi zərərə görə 1000 manat miqdarında pul tutularaq İddiaçı ödənilməli, əsaslı olmadığından iddia tələbi qalan hissələrdə təmin edilməməlidir.
83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(039)-118/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia mənəvi zərərin tutulması hissəsində qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi zərərə görə 1000 manat miqdarında pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, iddiaçı, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.