Məhkəmə qərarları › İş №2(107)-665/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-665/2025

17.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-665/2025 17.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, iddiaçı Əsədоv Veys Məcid оğlunun cavabdeh Kərimоv Laçın Alim оğluna qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair 2(046)-978/2013 nömrəli mülki iş üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadından iddiaçı Əsədоv Veys Məcid оğlu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əsədоv Veys Məcid оğlunun cavabdeh Kərimоv Laçın Alim оğluna qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli 2(046)-978/2013 nömrəli qətnaməsindən iş üzrə cəlb edilməyən Əsədоv Şövqi Məcid oğlunun nümayəndəsi (vəkili) Dadaşоv Adil Qadir оğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mülki iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim İbrahim Fəttahov). Həmin qərardadla razılaşmayan iddiaçı Əsədоv Veys Məcid оğlu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadından şikayət vermiş və eyni zamanda, Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(046)- 978/2013 nömrəli qərardadından şikayət verilmə müddətinin bərpası üçün ərizə təqdim edərək, həmin qərardaddan şikayətin verilməsi üçün prosessual müddətinin bərpa edilərək, 03 aprel 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardaddan verdiyi şikayətin baxılması üçün icraata qəbul olunmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadı ilə İddiaçı Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(046)- 978/2013 nömrəli qərardadından şikayət verilmə müddətinin bərpası barədə ərizəsi təmin edilməmişdir (hakim İbrahim Fəttahov). İddiaçı Əsədоv Veys Məcid оğlu 08 may 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin qərardaddan şikayət vermiş və şikayətində Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)- 978/2013 nömrəli qərardadının ləğv edilməsini, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadından şikayət vermə müddətinin buraxılmasının üzürlü hesab edilərək müddətin bərpa edilməsini və Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadından verdiyi şikayətin icraata qəbul edilərək baxılmasının təmin olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(046)- 978/2013 nömrəli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadından iddiaçı Əsədоv Veys Məcid оğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Göyçay Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadından iddiaçı Əsədоv Veys Məcid оğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadından iddiaçı Əsədоv Veys Məcid оğlu tərəfindən verilmiş şikayət təmin edilməli, işin konkret halları və aşağıda təsvir olunanlara əsasən İddiaçı “Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadından şikayət verilmə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi” haqqında qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadı tam ləğv edilərək, İddiaçı Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(046)- 978/2013 nömrəli qərardadından şikayət verilmə müddətinin buraxılması üzürlü hesab edilərək bərpa edilməli və Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(046)- 978/2013 nömrəli qərardadından verilmiş şikayətə mahiyyəti üzrə baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya instansiyasına təqdim edilmiş 2(046)-978/2013 nömrəli mülki işdə olan sənədlərlə və eləcə də, həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, 2013-cü ildə Göyçay Rayon Məhkəməsinin icraatında olmuş 2(046)-978/2013 nömrəli mülki iş üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli 2(046)-978/2013 nömrəli qətnaməsi ilə iddiaçı Əsədоv Veys Məcid оğlunun cavabdeh Kərimоv Laçın Alim оğluna qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş və mərhum Əsədоva Nüybar Sayəddin qızından miras qalmış ünvan 1 ünvandakı evə iddiaçı Əsədоv Veys Məcid оğlunun vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, eləcə də ünvan 1 ünvandakı miras əmlakın vəsiyyət üzrə vərəsə kimi iddiaçı Əsədоv Veys Məcid оğlunun mülkiyyətinə keçirilməsi qət edilmişdir (hakim Fərhad Əfəndiyev). İş materiallarında olan və Göyçay Rayon Məhkəməsinin sədri tərəfindən təsdiq edilmiş “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” 04 mart 2024-cü il tarixli Aktdan görünür ki, Göyçay Rayon Məhkəməsinin 2013-cü ilə aid 17 bağlama mülki işləri 06 fevral 2024-cü il tarixli 6 №-li əmr əsasında yaradılmış Komissiya tərəfindən məhv edilməsi üçün seçilib ayrılmışdır. İş materiallarından görünür ki, Göyçay Rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli 2(046)-978/2013 nömrəli qətnaməsindən iş üzrə cəlb edilməyən Əsədоv Şövqi Məcid oğlunun nümayəndəsi (vəkili) Dadaşоv Adil Qadir оğlu tərəfindən 14 mart 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. Həmin apellyasiya şikayəti ilə əlaqədar 03 aprel 2025-ci ildə keçirilən məhkəmə iclasında qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(046)- 978/2013 nömrəli qərardadında qərara alınmışdır ki, “Göyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(046)-978/2013 nömrəli qətnaməsindən iş üzrə cəlb edilməyən Əsədоv Şövqi Məcid oğlunun nümayəndəsi (vəkili) Dadaşоv Adil Qadir оğlu tərəfindən verilmiş apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər” (hakim İbrahim Fəttahov). Qeyd etmək lazımdır ki, iddiaçı Əsədоv Veys Məcid оğlu Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadının qəbul edilməsi ilə nəticələnmiş məhkəmə iclasında iştirak etməmiş və onun iştirakı olmadan və iclasda müzakirəyə çıxarılan məsələyə onun münasibəti öyrənilmədən həmin qərardad qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadı məhkəmə tərəfindən iddiaçı Əsədоv Veys Məcid оğlunun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə 08 aprel 2025-ci ildə, saat 1702-də yerləşdirilməklə, ona rəsmi qaydada təqdim edilmişdir. Həmin qərardadla razılaşmayan iddiaçı Əsədоv Veys Məcid оğlu tərəfindən 18 aprel 2025-ci ildə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilmiş və həmin şikayətdə Göyçay Rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli 2(046)-978/2013 nömrəli qətnaməsindən iş üzrə cəlb edilməyən X2 nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qəbul edilmiş həmin məhkəmənin 03 aprel 2025-ci il tarixli qərardadının tam ləğv edilməsi və Nümayəndə1 apellyasiya şikayətinin ərizəçiyə qaytarılması xahiş olunmuşdur. Lakin, “şikayətin Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ünvanlanması” əsası ilə Göyçay Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli qərardadı ilə həmin şikayət geri qaytarılmış və həmin qərardad iddiaçı Əsədоv Veys Məcid оğlunun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə 22 aprel 2025-ci ildə daxil edilmişdir. Bundan sonra, iddiaçı Əsədоv Veys Məcid оğlu tərəfindən 24 aprel 2025-ci ildə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Göyçay Rayon Məhkəməsinə ünvanlanan şikayət verilmiş və həmin şikayətdə də Göyçay Rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli 2(046)-978/2013 nömrəli qətnaməsindən iş üzrə cəlb edilməyən X2 nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qəbul edilmiş həmin məhkəmənin 03 aprel 2025-ci il tarixli qərardadının tam ləğv edilməsi və Nümayəndə1 apellyasiya şikayətinin ərizəçiyə qaytarılması xahiş olunmuşdur. Lakin, bu şikayət də Göyçay Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli qərardadı ilə geri qaytarılmış və həmin qərardadda məhkəmə qərara almışdır ki, “İddiaçı nümayəndəsi vəkili Nümayəndə2 Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-978/2013 saylı qərardadından verdiyi şikayət geri qaytarılsın. İddiaçı Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-978/2013 saylı qərardadından şikayət vermə müddətinin bərpası barədə ərizə ilə Göyçay rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin”. Bundan sonra isə, iddiaçı Əsədоv Veys Məcid оğlu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadından şikayət verilmə müddətinin bərpası üçün ərizə təqdim edərək, Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadından şikayətin verilməsi üçün prosessual müddətinin bərpa edilməsini və 03 aprel 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardaddan verdiyi şikayətin baxılması üçün icraata qəbul olunmasını xahiş etmişdir. Lakin, Göyçay Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadı ilə İddiaçı “Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadından şikayət verilmə müddətinin bərpası” barədə ərizəsi təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı Əsədov X3 Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadından birinci dəfə 18 aprel 2025-ci ildə, yəni şikayət vermək üçün nəzərdə tutulan prosessual müddəti buraxmadan şikayət vermiş olsa da, birinci instansiya məhkəməsi tərəfindən həmin şikayət ““şikayətin Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ünvanlanması” əsası ilə, həmin nöqsan aradan qaldırıldıqdan sonra verilmiş ikinci şikayət isə “şikayət vermə müddətinin bərpası barədə ərizə verilməməsi” əsası ilə geri qaytarılmışdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Q. Hüseynovun şikayəti üzrə 29 iyun 2007-ci il tarixli” Qərarında göstərilir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki- Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Göyçay Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadından iddiaçı Əsədоv Veys Məcid оğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadı tam ləğv edilsin və iddiaçı Əsədоv Veys Məcid oğlunun “Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadından şikayət verilmə müddətinin bərpa edilməsi” barədə ərizəsi təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(046)-978/2013 nömrəli qərardadından iddiaçı Əsədоv Veys Məcid оğlu tərəfindən verilmiş şikayətə birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə uyğun baxılması üçün 2(046)-978/2013 nömrəli mülki iş Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd elan olunduğu andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar