Məhkəmə qərarları › İş №2(107)-666/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-666/2022

14.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-666/2022 14.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli, 2(019)-808/2021 saylı qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, Layıcova (Şütüyeva) Yeganə Kamil qızı və Əzizova (Şütüyeva) Günay Kamil qızı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Xanayeva (Balayeva) Mehriban İdris qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 24 aprel 2019-cu il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(019)-808/2021 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Balakən regional «Asan xidmət» mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5 tərəfindən verilmiş 24 aprel 2019-cu il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi qət edilmişdir. Cavabdeh Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5 Balakən Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(019)-808/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Balakən Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli, 2(019)-808/2021 saylı qərardadı ilə cavabdeh Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5 vəsatətinin təmin edilməsi, cavabdeh Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5 Balakən Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(019)-808/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi qərara alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, Layıcova (Şütüyeva) Yeganə Kamil qızı və Əzizova (Şütüyeva) X6 Rayon Məhkəməsinin 2(019)-808/2021 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərardadından şikayət verərək, Balakən Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərardadını ləğv edib, cavabdeh tərəfindən verilmiş ötürülmüş prosessual müddətin bərpasından imtina barədə və apellyasiya şikayətinin qaytarılması haqda qərardad qəbul edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh Balakən regional “Asan xidmət'' mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5 məhkəmənin 26 oktyabr 2021-ci il tarixli 2(019)-808/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi müddətinin bərpa edilməsinə dair ərizə vermişdir. Balakən Rayon Məhkəməsi 13.01.2022ci il tarixdə çıxardığı qərardadı ilə cavabdehin prosessual müddətin bərpası ilə bağlı ərizəsini təmin etmiş və apellyasiya şikayətini qəbul etmişdir. Balakən Rayon Məhkəməsi 13.01.2022- ci il tarixli qərardadını maddi və prosessual hüquq normalarını pozaraq çıxarmışdır. İlk növbədə ötürülmüş müddətin bərpası məsələsinə baxan məhkəmə iş üzrə tərəflərin iştirakını təmin etməli və tərəflərini fikirlərini öyrənməlidir. Amma Balakən Rayon Məhkəməsi iddiaçılara belə xəbər verməmiş, işlə bağlı iştiraklarını təmin etməmiş və hətta buna cəhd belə etməmişdir. Dörd nəfər iddiaçıdan heç birinə bildiriş belə göndərməmişdir. Halbuki qərardadda qeyd edilmişdir ki, iddiaçılara bu haqda bildiriş göndərilmiş, onlardan heç biri iclasda iştirak etməmiş, etməmələri barədə də məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9-cu maddəsində göstərilir: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağrılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələbləriniəsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlara, sənədlər lə əsaslandırmalıdır. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Qərardadda qeyd edilir ki, İddiaçı1 məhkəmənin 26.01.2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı məhkəmə tərəfindən verilmiş sənədi 22 dekabr 2021-ci il tarixdə notariusa vermiş və icra sənədini notarius Cavabdeh5 icra vərəqəsini oxuyarkən həmin qətnamədən xəbəri olmuşdur. O, İddiaçı1 məhkəmənin verdiyi icra vərəqəsini 22 dekabr 2021-ci il tarixdə saat 10.30 radələrində notarius G. lsmayılovaya təqdim etmiş və demişdir ki, sənədi təsdiq edib, verin məhkəməyə geri aparsın. Notarius ona demişdir ki, bu sənəd onda qalasıdır, qətnaməni icra edəcək, həm də ona bildirmişdir ki, qətnamədə çoxlu pozuntular var, bəlkə şikayət verdi. Məlum olur ki, notarius çoxdan qətnaməni oxumuş, şikayət vermək yadından çıxmış, icra vərəqini görəndə həmin qətnamədə çoxlu sayda pozuntular olduğu yadına düşmüş və şikayət vermək qərarına gəlmiş, başa düşməmişdir ki, məhkəmənin 26.10.2021-ci il tarixli qətnaməsindən şikayət verilməsi ilə bağlı müddəti ötürmüşdür. Amma buna baxmayaraq qətnamədən apelyasiya şikayəti vermiş, şikayətə ötürülmüş müddətin bərpası haqda vəsatət və ya ərizə əlavə etməmiş, buna görə məhkəmə onun apellyasiya şikayətini qəbul etməmiş və 28.12.2022-ci il tarixli qərardadı ilə geri qaytarmışdır. Bundan sonra təkrar olaraq cavabdeh müdddətin bərpa edilməsi haqda ərizə ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsi müddətin bərpası ilə bağlı qərardadını qərardadın 2/3 səhifəsində qeyd etdiyi: İş materiallarından görünür ki, Balakən regional “Asan xidmət" mərkəzi Notariat X1 Balakən Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(019)-808/2021 nömrəli qətnaməsinin surətini 10.11.2021-ci il tarixdə almışdır. Lakin həmin şəxs tərəfindən və ya Balakən regional “Asan xidmət” mərkəzi notariat ofisi tərəfindən Balakən Rayon Məhkəməsinin 26.10.2021 -ci il tarixli qətnaməsinin surətinin cavabdeh Balakən regional “Asan xidmət” mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5 təqdim edilib-edilməməsi barədə heç bir məlumat yoxdur. Cavabdeh şikayət vermək müddətini üzürlü səbəbdən ötürmüşdür. Ona görə məhkəmə hesab edir ki, cavabdeh notarius Cavabdeh5 tərəfindən şikayət vermə müddəti üzürlü səbəbdən buraxılmışdır. Məhkəmənin gəldiyi bu nəticə heç bir əsasa, sənədə əsaslanmır. Məhkəmə bu qərarını öz qulluq mövqeyinə uyğun olaraq irəli sürdüyü dəlilə “qətnamənin cavabdeh olan notarius G. İsmayılovaya verilməsi haqda heç bir məlumat yoxdur” dəlili ilə çıxara bilməz. Məlum olmuşdur ki, məhkəmənin 26.10.2021-ci il tarixli qətnaməsi 10.11.2021-ci il tarixdə “Asan xidmət“mərkəzinin qarşısında yerləşən Balakən şəhər 1 saylı poçt şöbəsinin poçtalyonu tərəfindən əvvəllərdə olduğu kimi Notariat ofisinin işçisinə (X3- bu şəxs notarius Cavabdeh5 Balakən rayonunda notariat fəaliyyətinə başladığı vaxtdan 2014-cü ildən onun işçisidir) təqdim edilmiş və məktubun alınmasına dair blanka imza etdirilmişdir. Demək olar ki, iki gündən bir iş yerində olan cavabdehə işçisi tərəfindən məhkəmənin qətnaməsi təqdim edilməsin. Bu mümkün olmayan bir haldır. İstər notarius G. İsmayılova, istərsə də onun işçisi A. Mustafayeva qətnamə təqdim edildiyi vaxtdan hər hansı birinin ən azı 15-20 gün müddətində iş yerində olmamalarını (məzuniyyətdəmi, xəstəmi, işə çıxmamalarını təsdiq edən hər hansı bir sənəd) sübut edən sənədi məhkəməyə təqdim etməmişlər. Ümumiyyətlə notariat ofisinin işçiləri tərəfindən notariat ofisi ilə əlaqədar daxil olan müraciətlər notariusun iş masasının üzərinə qoyulur. Eyni zamanda məhkəmə qətnaməsi haqda məktub poçt tərəfindən kənar şöbəyə yox, eləcə notarius ofisinin işçisinə təqdim edilmişdir. Poçt öz vəzifəsini çox doğru və dürüst yerinə yetirmişdir. İddiaları ilə bağlı “24 aprel 2019-cu il tarixli vərəsəlikşəhadətnaməsinin ləğvi“ ilə bağlı olmuş 5-6 məhkəmə iclaslarının heç birində notarius Cavabdeh5 iştirak etməmiş və iddia tələbi ilə bağlı məhkəməyə heç bir etiraz belə təqdim etməmişdir. Ümumiyyətlə o, özünün qanuna zidd olaraq verdiyi vərəsəlik şəhadətnaməsinin hansı miras əmlaka açdığını belə bilməmişdir. O, bilmir ki, ölmüş şəxsin ölən gününə mövcud olmuş miras əmlakına vərəsəlik açılar. MPM-nin 133.6-cı maddəsində qeyd edilir ki, prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Qərardadın surəti poçt tərəfindən iddiaçılara 24.01.2022-ci il tarixdə təqdim edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Balakən Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli qərardadını ləğv edib, cavabdeh tərəfindən verilmiş ötürülmüş prosessual müddətin bərpasından imtina barədə və apellyasiya şikayətinin qaytarılması haqda qərardad qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarından müəyyən оlunmuşdur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Layıcova (Şütüyeva) Yeganə Kamil qızı və Əzizova (Şütüyeva) Günay Kamil qızı tərəfindən Balakən Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli, 2(019)-808/2021 saylı qərardadından şikayət verilsə də, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 10-1.3-cü maddəsindən görünür ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 396.1-ci mаddəsinə əsаsən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 397.1-ci mаddəsinə əsаsən, bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi qeyd edilən dəyişiklikləri nəzərə almamış və verilmiş şikayəti geri qаytаrmаlı оlduğu hаldа səhvə yоl verərək оnu bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 və 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından şikayəti verilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Balakən Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli, 2(019)-808/2021 saylı qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, Layıcova (Şütüyeva) Yeganə Kamil qızı və Əzizova (Şütüyeva) Günay Kamil qızı tərəfindən verilmiş şikayət Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi üçün Balakən Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsаsən, məhkəmə kоllegiyаsı Qərаrа аldı: Balakən Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli, 2(019)-808/2021 saylı qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, Layıcova (Şütüyeva) Yeganə Kamil qızı və Əzizova (Şütüyeva) Günay Kamil qızı tərəfindən verilmiş şikayət Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi üçün Balakən Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar