Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-68/2020 25.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, iddiаçı İddiaçı Bank ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiаçı İddiaçı Bank ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Kərimova (Abdullayeva) Nigar Bəhlul qızı, Cavabdeh1 Sərxan oğlu və Cavabdeh6 qızına qarşı xx xxxx 2014cü il tarixli, **********01914 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmentinə tutmanın yönəldilməsi tələbinə dаir mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(075)-35/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı «İddiaçıBank» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, xx.xx.2014-cü il tarixli **********01914/1 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus olan Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli **********01914 №-li Kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC İddiaçı Bankı qarşısında 14647,71 (on dörd min altı yüz ABŞ dolları 71 sent) ABŞ dolları məbləğində əsas borc, 5307,73 (beş min üç yüz yeddi ABŞ dolları 73 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi hesablanmış 26,16 (iyirmi altı ABŞ dolları 16 sent) ABŞ dolları məbləğində penya, cəmi 19 981,60 (on doqquz min doqquz yüz səksən bir ABŞ dolları 60 sent) ABŞ dolları və xx.xx.2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı “İddiaçı Bank”ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra fərdi yaşayış evində yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Kərimova (Abdullayeva) Nigar Bəhlul qızı, Cavabdeh1 Sərxan oğlu və Cavabdeh6 qızı, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin sonrakı ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 26 000 (iyirmi altı min) manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan xx.xx.2019-cu il tarixdə İddiaçı Bank ASCtəqdim edilmiş iddia ərizəsinin 1-ci bəndi üzrə məhkəməyə “tələbin həcminin artırılması haqqında” ərizə təqdim edərək, xx.xx.2014-cü il tarixli **********01914/1 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli **********01914 №-li Kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı BankASC qarşısında 14647,71 (on dörd min altı yüz qırx yeddi ABŞ dolları 71 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) dərəcəsi hesablanmış 7085,79 (yeddi min səksən beş ABŞ dolları 79 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 2278,53 (iki min iki yüz yetmiş səkkiz ABŞ dolları 53 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 26,16 (iyirmi altı ABŞ dolları 16 sent) ABŞ dolları məbləğində penya, cəmi 24038,19 (iyirmi dörd min otuz səkkiz ABŞ dolları 19 sent) ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi il hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulmasıbarədəqətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin sonradan İddiaçı Bank ASC təqdim edilmiş iddia ərizəsinin 4-cü bəndi üzrə məhkəməyə “tələbin həcminin azaldılması haqqında” ərizə təqdim edərək, ipoteka predmetinin ilkin satış qiymətinin “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, Ç96 nömrəli rəyində göstərilən 25000 (iyirmi beş min) manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(075)-35/2019 nömrəli (hakim C.İmanov) qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli **********01914/1 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 25 000 (iyirmi beş min) manata açıq hərracda satılması, Şəki şəhəri, H.Sarabski küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin satışından əldə olunan vəsait hesabına xx.xx.2014-cü il tarixli **********01914 №-li Kredit müqaviləsi üzrə borc məbləği olan 14 647,71 (on dörd min altı yüz qırx yeddi ABŞ dolları 71 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, xx.xx.2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) dərəcəsi hesablanmış 7 085,79 (yeddi min səksən beş ABŞ dolları 79 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 26,16 (iyirmi altı ABŞ dolları 16 sent) ABŞ dolları məbləğində penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclər İddiaçı Bank ASC-nin xeyrinə tutulması, iddianın qalan hissələrdə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayəti verərək, birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırmışdır ki, xx xxxx 2014-cü il tarixdə İddiaçı Bank ASC ilə Cavabdeh2 arasında **********01914 saylı kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında İddiaçı BankASC-nin tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh1 ilə İddiaçı Bank ASC arasında bağlanmış xx xxxx 2014-cü il tarixli **********01914/1 saylı Sonrakı ipoteka müqaviləsinin şərtlərinə görə İddiaçı Bank ASC-yə Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinə ipoteka hüququ verilmiş, onun qeydiyyatı xx xxxx 2014-cü il tarixli, seriya RX ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyin icrasını təmin etmədiyindən iddianı müdafiə edir. xx xxxx 2014-cü il tarixli **********01914/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılması və xx xxxx 2014cü il tarixli **********01914 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 İddiaçı Bank ASC qarşısında 14647,71 (on dörd min altı yüz qırx yeddi ABŞ dolları 71 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) dərəcəsi hesablanmış 7085,79 (yeddi min səksən beş ABŞ dolları 79 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi ilə hesablanmış 2278,53 (iki min iki yüz yetmiş səkkiz ABŞ dolları 53 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 26,16 (iyirmi altı ABŞ dolları 16 sent) ABŞ dolları məbləğində penya, cəmi 24038,19 (iyirmi dörd min otuz səkkiz ABŞ dolları 19 sent) ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % (iyirmi faiz) dərəcəsi il hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı Bankının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Kərimova (Abdullayeva) Nigar Bəhlul qızı, Cavabdeh1 Sərxan oğlu və Cavabdeh6 qızı, onların ailə üzvləri və digər şəxslər yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 25000 (iyirmi beş min) manat məbləğində təyin edilməsini, həmçinin yaranmış əsas, faiz, penya, digər borcların və çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən İddiaçı Bank ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa izahatında göstərmişdir ki, əgər ipoteka dəyərinin məbləği mövcud borcu ödəməyəcəyi halda, gələcəkdə qalıq borc tələbi ilə məhkəməyə müraciət edəcəklər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(075)-35/2019 nömrəli qətnaməsi qanunsuz və əsassızdır, ona görə ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, qanunvericilik düzgün tətbiq edilməmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyəti olan bütün faktiki halları sübut etməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki məhkəmə iddianı qismən təmin etməklə kreditorun maraqlarını əsas tutmuşdur. Birinci instаnsiyа məhkəməsində işə baxılarkən keçirilmiş qiymətləndirmə ilə Cavabdeh1 məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 25000 manat müəyyən edilmişdir. Ancaq işdə olan ipoteka müqaviləsindən görünür ki, tərəflər müqavilə bağlayarkən həmin evin bazar qiymətini 30000 manat müəyyənləşdirmişlər. Ona görə də evin qətnamədə göstərilən qiyməti cavabdehlərin fikrincə real qiymət deyildir. Hesab edir ki, onun evinin qiyməti daha bahadır. Ona görə də yenidən qiymətləndirmə keçirilməsini xahiş etmişlər. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafə edərək, sonda Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(075)- 35/2019 nömrəli qətnaməsinin qismən ləğv olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək, sonda ədalətli qərar verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apelyasiya şikayətini müdafiə edərək, sonda ədalətli qərar verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı Bank ASC-nin nümayəndəsi Tağıyev Elnur Məmməd oğlu apelyasiya şikayətinə etiraz edərək, sonda ekspert rəylərinə uyğun yeni qətnamə çıxarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayətinin dəlillərindən göründüyü kimi qətnamə Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 25000 manat müəyyən edilməsinə dair hissədə, ipoteka predmetinin ilkin satış qiymətinin təkrar ekspertiza keçirilməklə müəyyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsində mübahisələndirilmişdir. Qətnamənin digər hissəsi mübahisələndirilmir. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yalnız bu hədd daxilində işə baxılmalı və qətnamə bu hissədə yoxlanılmalıdır. Qətnamənin digər hissəsi barədə isə araşdırma aparılmır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx xxxx 2014-cü il tarixli, **********01914 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında İddiaçı Bank ASC tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. xx xxxx 2014-cü il tarixli, **********01914/1 saylı Sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 borc öhdəliklərinin təmini üçün ASC İddiaçı Bankına Cavabdeh1 Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin bazar qiyməti 30000 manat, likvid dəyəri 26000 manat müəyyən edilmişdir. xx xxxx 2014-cü il tarixli, seriya RX 0423731nömrəli çıxarışdan görünür ki, ipotekaqoyan Cavabdeh1 arasında xx xxxx 2014-cü il tarixli **********01914/1 saylı Sonrakı ipoteka müqaviləsinin şərtlərinə görə İddiaçı Bank ASC-nin xeyrinə Cavabdeh1 Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. İddiaçı Bank ASC tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxxxx 2016cı il tarixli 280, 279, 281 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizələrdən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişinin surətindən görünür ki, Cavabdeh1 Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair ASC İddiaçı Bankının ərizəsi DƏDRX-nin 12 saylı Ərazi idarəsində xx xxxxx 2016-cı il tarixdə qeydiyyata alınmışdır. xx xxxxx 2016-cı il tarixli 280 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin surətindən görünür ki, Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh2 və Cavabdeh1 izah edilmişdir. AZ-İİ 866179 və AZ-İİ 306554 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh1 Sərxan oğlu və Cavabdeh6 qızı uyğun olaraq 2009 və 2012-ci il tarixdə anadan olmaqla azyaşlıdırlar. «xxxx» MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş Ç-96 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 25000 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qimətləndirmə fəaliyyətinin obyekti sayılır və hər bir şəxsin öz əmlakını qiymətləndirmək hüququ vardır. Məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır) əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Ona görə də apelyasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apelyasiya qaydasında baxılarkən, ilk növbədə ipoteka predmetinin hazırkı vaxta olan real bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməklə və ya müstəqil qiymətləndirici dəvət etməklə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmasına hüquqi qiymət verilməlidir Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmış və yenidən əmlakların qiymətləndirilməsini təşkil etmişdir. Apelyasiya icraatı zamanı təyin edilmiş "xxxx" MMC-nin xx xxxxxx 2020-ci il tarixli, LF 02 nömrəli qiymətləndirmə rəyindən müəyyən olunur ki, Cavabdeh1 məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin hazırkı real bazar qiymət 28000 manat, likvid qiyməti isə 25000 manat müəyyən edilmişdir. Apelyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 9/1441 nömrəli rəydən müəyyən olunur ki, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx xxxx 2014-cü il tarixli, **********01914 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh2 xx.xx.2017-ci il tarixə (iddia verilən gün) banka olan borcu 20.194,37 ABŞ dolları məbləğində və xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) banka olan borcu 22.108,98 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2017-ci il tarixə: əsas borc üzrə------------------ 15.980,98 ABŞ dolları. faiz borcu üzrə------------------ 4.213,39 ABŞ dolları xx.xx.2018-ci il tarixə: əsas borc üzrə------------------ 15.980,98 ABŞ dolları faiz borcu üzrə------------------ 6.128,00 ABŞ dolları İş materiallarından göründüyü kimi Cavabdeh2 ilə İddiaçı Bank ASC arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, **********01914 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh2 cərimə hesablanmır. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, xx xxxx 2014-cü il tarixdə İddiaçı Bank ASC ilə Cavabdeh2 arasında **********01914 saylı kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında İddiaçı BankASC-nin tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh1 ilə İddiaçı Bank ASC arasında bağlanmış xx xxxx 2014-cü il tarixli **********01914/1 saylı Sonrakı ipoteka müqaviləsinin şərtlərinə görə İddiaçı Bank ASC-yə Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinə ipoteka hüququ verilmiş, onun qeydiyyatı xx xxxx 2014-cü il tarixli, seriya RX ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298-ci mаddəsinə görə girov qoyulmuş əşyаnın sаtılmаsı nəticəsində götürülmüş məbləğdən, tutmаnın həmin əşyаyа yönəldilməsinə və onun sаtılmаsınа çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdаn sonrа, girov qoyаnın tələbləri ödənilir, qаlаn məbləğ girov qoyаnа verilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpotekа hаqqındа” Qаnunun 1.0.6-cı mаddəsinə görə ipotekа hüququ borclu əsаs öhdəliyi icrа etmədikdə, ipotekа sаxlаyаnın ipotekа predmetinə tutmаnın yönəldilməsi hüququdur. Həmin Qаnunun 34.1.1-ci mаddəsinə görə ipotekа predmetinə tutmаnın yönəldilməsi hüququnun əsаslаrındаn biri əsаs öhdəliyin, yаxud onun bir hissəsinin vаxtındа icrа olunmаmаsıdır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317.1-ci mаddəsinə görə əgər borclu təminаt vаsitəsi ipotekа olаn tələbin ödənilməsini ləngidirsə, ipotekа sаxlаyаn dаşınmаz əşyаnın sаtılmаsını tələb edə bilər. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 39.1-ci mаddəsinə əsasən ipotekа sаxlаyаn ipotekа müqаviləsi üzrə tələbinin ödənilməsi üçün iddiа ilə məhkəməyə mürаciət edə bilər. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsaasında qeydə alınmalıdır. Həmin Qanunun 41.1-ci mаddəsinə əsаsən məhkəmənin qərаrı əsаsındа tutmа yönəldilməsi proseduru məhkəmə icrаçısı tərəfindən həyаtа keçirilir və ipotekа predmeti hərrаcdа sаtılır. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 39.3.3-cü mаddəsinə əsаsən məhkəmənin qərаrındа ipotekа predmetinin ilkin sаtış qiyməti göstərilməlidir. İlkin sаtış qiyməti ipotekа qoyаnlа ipotekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа, mübаhisə olduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət qismən əsaslıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin xx xxxxxx 2020-ci il tarixli, LF 02 nömrəli qiymətləndirmə rəyindən müəyyən olunur ki, Cavabdeh1 məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin hazırkı real bazar qiymət 28000 manat, likvid qiyməti isə 25000 manat təşkil edir. Apelyasiya şikayətinin digər dəlilinə, yəni faiz borcunun yüksək qiymətləndirilməsinə gəldikdə isə kollegiya qeyd edir ki, cavabdehlər qətnamə ilə müəyyən olunmuş faiz borcunun tutulmasını mübahisələndirmişdir. Apelyasiya icraatı zamanı əsas, faiz və cərimə borcunun düzgün hesablanıbhesablanmaması barədə məhkəmə-mühasibastlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 9/1441 nömrəli rəydən müəyyən olunur ki, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx xxxx 2014-cü il tarixli, **********01914 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh2 xx.xx.2017-ci il tarixə (iddia verilən gün) banka olan borcu 20.194,37 ABŞ dolları məbləğində və xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) banka olan borcu 22.108,98 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2017-ci il tarixə: əsas borc üzrə 15.980,98 ABŞ dollar, faiz borcu üzrə 4.213,39 ABŞ dolları xx.xx.2018-ci il tarixə: əsas borc üzrə 15.980,98 ABŞ dollar, faiz borcu üzrə 6.128,00 ABŞ dollar. Məhkəmə kollegiyası faiz borcunu müəyyən edərkən xx.xx.2018-ci il tarixə hesablanmış faizi ona görə əsas götürür ki, iddiaçı tərəfindən iddia tələbinin artırılmasına dair ərizə verilərkən cavabdeh tərəf xəbərdar edilmiş və bununla bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər (xx xxxxx 2019-cu il tarixli məhkəmə iclas protokolu. mülki iş İİ cild səhifə 219-220.) Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən bu dəlillər də qismən əsaslı olduğundan kredit müqaviləsi üzrə faiz borcu məbləği hissəsində qətnamənin dəyişdirilməsi üçün əsasdır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər əsassızdır. Belə ki, cavabdeh onun tərəfindən ödənilmiş ödənişlərin əsas borcdan həddən artıq az silindiyini bildirsə də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya apelyasiya şikayətinə münasibətdə əlavə olaraq onu da qeyd edir ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilələrdə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Müqavilənin predmetini xarici valyuta, yəni ABŞ dolları təşkil etdiyindən cavabdeh həmin valyutanın məzənnəsinin dəyişə biləcəyi riskini bilməli idi. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil edir, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də qaytarmaq hüququ vardır. Ona görə də, kredit borcunun ödəniş gününə mövcud olan məzənnə üzrə ödənilməsinin qət edilməsi düzgün olmuşdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(075)-35/2019 nömrəli qətnaməsi ipoteka predmetinin dəyərinə, həmçinin borcun faiz hissəsinə münasibətdə dəyişdirilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nа аid edilməli və məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndаn alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(075)-35/2019 nömrəli qətnaməsi “ipoteka predmeti olan Cavabdeh1 məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin hаzırkı real bazar qiymətinin 25.000 manat müəyyən edilməsi” və faiz borcunun məbləği hissələrində dəyişdirilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus Şəki şəhəri, H.Sarabski küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 46 kv.m yaşayış, 34 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80 kv.m təşkil edən 26A nömrəli fərdi yaşayış evinin hazırkı likvid qiyməti 25000 manat həddində müəyyən edilsin. Faiz borcunun məbləği 6.128,00 (altı min yuz iyirmi səkkiz) ABŞ dollar müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 200 manat cavabdehlərdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-68/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-68/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver