Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-683/2025 09.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik borcunun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: elektrik borcunun silinməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X2 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik borcunun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 7 fevral 2025-ci il tarixli, 2(033)-490/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cücüyev X4 rayonu, Car kəndi Taxtalar ünvanında yaşayır. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Zaqatala şəhəri, Car kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacın giriş xəttini kəsib, sayğacdan kənar bir başa xəttə qoşularaq kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar xx.xx.2024-ci il tarixli, R370926 saylı akt tərtib olunmuşdur. Həmin akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx.xx.2024-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə ümümilikdə 548.55 manat itirilmiş enerji hesabatı aparılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Azərişıq ASC tərəfindən onun hesabına qalıq borc kimi yazılmış 585 manat 93 qəpik pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o İddiaçı ünvan 2 ünvanında fərdi yaşayış evi vardır. Həmin evə qanuni qaydada elektrik enerjisi çəkilmişdir. Elektrik enerjisindən qanuni qaydada istifadə olunaraq haqqı vaxtlı-vaxtında ödənilir. İstifadə edilən elektrik enerjisinin miqdarı quraşdırılmış və plomblanmış elektrik SMART sayğacı ilə ölçülür. xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilatın nümayəndələri gəlib sayğaca baxış keçirərək, 585,93 manat məbləğində elektrik borcu yazmışlar. Cavabdeh təşkilat xx.xx.2024-cü il tarixli 370926 nömrəli akt yazaraq qanunsuz və əsassız elektrik borcu yazmışlar. Tərəflərindən sayğaca heç bir müdaxilə olunmamışdır. Həmin borcu cavabdeh təşkilatın nümayəndələri suni olaraq yaratmışlar.
4. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə etiraz edərək etirazı onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh “Azərişsq" ASC-yə qarşı “qanunsuz olaraq yazılmış 585.93 manat borcunun hesabından silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Zaqatala rayonu, Car kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC- nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00068 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları A.Bayramov və B.Abdullayev tərəfindən Zaqatala rayonu Car kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Gaydalarfna uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik sayğacının giriş xəttini zədəiəyərək kənar xətt vasitəsilə birbaşa şəbəkəyə qoşulmaqla X1 etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydalarının 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixli, R370926 saylı akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, R370926 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 60 gün üçün 0.08 manatla 400 kvt.s (dəyəri 32.00 manat), 0.09 manatla 200 kvt.s (dəyəri 18.00 manat) və 0.13 manatla 3835 kvt.s (dəyəri 498.55 manat) toplamda 548.55 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən videoçəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan videoçəkilişdə açıq aşkar öz əksini tapır. “EEİQ”-nın 8.17-1. istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1 -ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EEİQ"-nın 8.17-2. istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8 17-1 -ci bəndlərində nəzərdə tutulan hallara 'yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği bərədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.Həmin qaydaların 7.11 -ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır". İddiaçı iddia tələbində silinəcək məbləği 585.93 manat göstərmişdir. Bildiririk ki, iddiaçıya qeyd olunan akt əsasında 548.55 manat hesabat aparılmış, yerdə qalan 37.38 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Yuxanda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Zaqatala rayonu Car kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2024-cü il tarixli R370926 saylı akt “EEİQ"-nın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin abonenti olmaqla ünvan 1 ünvanında yaşayır. İddiaçının ünvan 3aqatala EŞ-nin enerji satış bazasında İddiaçı adına **********00068 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları A.Bayramov və B.Abdullayev tərəfindən Zaqatala şəhəri, Car kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacın giriş xəttini kəsib, sayğacdan kənar bir başa xəttə qoşularaq kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-ci il tarixli, R370926 saylı akt tərtib olunmuşdur. xx.xx.2024-ci il tarixli, R370926 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx.xx.2024-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 60 gün üçün 0.08 manatla 400 kvt.s, dəyəri 32 manat 0.09 manatla 200 kvt.s dəyəri 18.00 manat və 0.13 manatla 3835 kvt.s dəyəri 498.55 manat məbləğində ümümilidə 548.55 manat itirilmiş enerji hesabatı aparılmışdır. Saygac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə öz əksini tapmışdır. Baxış zamanı abonentin elektrik sayğacının giriş xəttini kəsərək bir başa xəttə qoşulub, kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydalarının 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-ci il tarixli, R370926 saylı akt tərtib olunmuşdur. xx.xx.2024-ci il tarixli, R370926 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx.xx.2024-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 60 gün üçün 0.08 manatla 400 kvt.s, dəyəri 32 manat 0.09 manatla 200 kvt.s dəyəri 18.00 manat və 0.13 manatla 3835 kvt.s dəyəri 498.55 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Həmin akt üzrə xx.xx.2024-cü il tarixə 498,55 manat və 18 manat və aktın yeni tarifi üzrə 32 manat olmaqla cəmi 585,93 manat borc yazılmışdır. İddiaçı 585,93 manat borcun silnməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir, iddia tələbinin rədd edilməsini xahiş edir.
6. İşdən də göründüyü kimi, tərtib edilmiş aktla İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacının giriş xəttindən kənar xəttin qoşulduğu aşkarlanmış və xx.xx.2024-cü il tarixli akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmişdir.
7. Bundan başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı mənzildən bayırda quraşdırılmışdır. İddiaçının həmin sayğaca nəzarət etmək imkanı yoxdur. Həmçinin mübahisələndirilən akt tərtib edilən zaman "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən abonentə məlumat verilməmiş, onun iştirakı təmin edilmədən əməkdaşlar tərəfindən akt tərtib olunmuşdur. Həmin akt iddiaçı tərəfindən imzalanmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən sonradan iddiaçı tərəfindən elektrik sayğacından kənar aparılmış xətt üzrə hesablanma aparılaraq dəymiş ziyan hesablanmışdır.
8. İddiaçının məhkəmə iclasında verdiyi izahatından da görünür ki, o, xx.xx.2024-ci il tarixli akt üzrə hesablanmış 585,93 manatı mübahisələndirir. İş materiallarından da görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinə verilən elektrik enerjisinin hesablanması üçün nəzərdə tutulmuş sayğac üzrə hesablamanın aparılmasına əsaslardan biri kimi elektrik enerjisi istifadəçisinin fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacından kənar sayğacın giriş xəttinə birbaşa qoşularaq X1 etdiyi göstərilmişdir.
9. Qanunvericiliyin tələblərindən də görünür ki, elektirik enerjisinin istifadə edilməsi üçün abonentlə elektrik enerjisinin verilişini təmin edən təşkilat arasında alqı-satqı müqaviləsi bağlanılmalı, abonent tərəfindən elektrik enerjisinin istifadə qaydaları pozulduqda elektrik enerjisinin verilişini təmin edən təşkilat tərəfindən məişət abonentinin və 2 nəfər hal şahidinin iştirakı ilə müvafiq akt tərtib olunmalıdır. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Hazırki işdə olan aktdan da görünür ki, xx.xx.2024-ci il tarixli 370926 nömrəli akt tərtib olunarkən yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Belə ki, akt abonentin və iki nəfər hal şahidinin iştirakı olmadan tərtib edilmişdir.
10. Bundan başqa, «Elektrik enerjisidən istifadə Qaydaları»nın 8.32-ci bəndindən görünür ki, hesablaşma sayğacın qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara görə, məişət abonenti, o vaxt məsuliyyət daşıyır ki, mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud piləkən meydançasında deyil, bilavasitə məişət abonentinin yaşadığı mənzilin daxilində quraşdırılmış olsun. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla elektrik sayğacında müdaxilə izlərinin olması, elektrik sayğacından kənar xəttin aparılmasına görə iddiaçının mülki məsuliyyət daşıması sübuta yetirilmədiyindən və xx.xx.2024-ci il tarixli 370926 nömrəli akt qanunvericiliyə uyğun tərtib edilmədiyindən iddia təmin edilməlidir.
11. Zaqatala Rayon Məhkəməsinin 7 fevral 2025-ci il tarixli, 2(033)-490/2025 nömrəli qətnaməsi ilə (hakim Zərifə Məmmədova) iddia təmin olunmuş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı barəsində tərtib etdiyi xx.xx.2024-ci il tarixli 370926 nömrəli akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 585,93 (beş yüz səksən beş manat doxsan üç qəpik) manat borcun hesabından silinməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən «Elektrik enerjisidən istifadə Qaydaları»nın 1.2, 4.1, 8.20, 8.32 və 8.33-ci bəndlərinə istinad etmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış ******* nömrəli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi X5 Cəmiyyəti Zaqatala Elektrik Şəbəkəsinin rəisi tərəfindən təsdiq edilmiş 05 dekabr 2024-cü il tarixli 370926 nömrəli akt ünvan 1 ünvanında abonent İddiaçı haqqında çıxarış
14. Qətnаmədən nаrаzı qаlаn cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamədə sübut kimi istinad edilən mənbələrdən biri aktdır. İzahlı lüğətə görə akt dedikdə, hüquqi qüvvəyə malik olan, yoxlama nəticəsində müəyyən edilən bir faktın, bir hadisənin təsdiqi üçün tərtib edilmiş rəsmi sənəd, yazı, protokol və s. başa düşülür. Akt hər hansı bir iş və hadisəni qanuniləşdirib hüquqi sənəd statusu verməkdir. xx.xx.2024-cü il tarixdə Zaqatala rayonu, Car kəndində X3 yaşadığı fərdi yaşayış evində giriş xəttini zədələyərək bir başa qoşulmaqla kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Yuxarda qeyd olunanlar əsasında R370926 saylı akt tərtib olunmuşdur. Həmçinin bununla bağlı məhkəməyə videoçəkiliş diski təqdim edilmişdir. Həmin videoçəkiliş diskində iddiaçının sayğaca müdaxilə edərək elektrik enerjisini taladığı açıq aşkar görünür.
16. Məhkəmə qətnaməsini əsaslandıran zaman “X1 Qaydaları”nın 8.33-cü bəndinə istinad etmişdir (hal şahidlərinin iştirakı təmin edilməmişdir). “X1 Qaydaları”nın 8.33-cü bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmiş və “X1 Qatdaları”nın 8.17 və 8.17-2 bəndləri ilə əvəz edilmişdir. Mübahisələndirilən R370926 saylı akt xx.xx.2024-cü il tarixdə tərtib edildiyindən “X1 Qatdaları”nın 8.17 və 8.17-2 bəndlərinə uyğun tərtib edilmişdir. Göründüyü kimi, qətnamədə istinad olunan hüquq norması ləğv edilmişdir.
17. Həmçinin iddiaçıya qeyd olunan akt əsasında 548.55 manat hesabat aparılmış, yerdə qalan 37.38 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Lakin iddia tam təmin edilmiş və 585.93 manat məbləğin silinməsi qət edilmişdir.
18. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 7 fevral 2025-ci il tarixli, 2(033)- 490/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 7 fevral 2025ci il tarixli, 2(033)-490/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «X1 qaydaları»: 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir(göndərməlidir).
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
26. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 7 fevral 2025-ci il tarixli, 2(033)- 490/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı tam təmin edərkən gəldiyi nəticə ilə iddiaçının abonent koduna yazılmış 37.38 manat borcun silinməsinə aid hissədə razılaşmır, həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
28. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.27, 8.32 və 8.33-cü bəndləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmiş və “X1 Qaydaları”nın 8.17-1 və 8.17-2 bəndləri yaradılmışdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
29. Göründüyü kimi, cavabdehin apellyasiya şikayəti bu qətnamənin 16-cı bəndində göstərilmiş dəlillərə aid hissədə əsaslıdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyindən ləğv edilməlidir.
30. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti bu qətnamənin 15ci bəndində göstərilmiş dəlillərə aid hissədə əsaslı deyil və iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin hissədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, 11 aprel 2023-cü il tarixində yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Həmin Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qanun 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmişdir. R370926 saylı Akt xx.xx.2024-ci il tarixdə tərtib edildiyindən həmin akta əsasən cərimənin hesablanması qeyd edilən yeni qanuna uyğun həll edilməlidir. Hazırki iş üzrə isə xx.xx.2024-ci il tarixli R370926 saylı Aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aidiyyəti quruma, və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. Cavabdeh tərəf də bu barədə kollegiyaya heç bir sübut və ya dəlil təqdim etməmişdir. Göstərilənlərə əsasən, MPM-in 81-ci maddəsinə görə, hazırki halda cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həmin cərimə məbləğini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır. Ona görə də, həmin akta əsasən hesablanmış 548.55 manat cərimə silinməsi hissəsində iddia təmin edilməlidir.
31. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, apellyasiya şikayəti bu qətnamənin 17-ci bəndində göstərilmiş dəlillərə aid hissədə əsaslıdır. Belə ki, İddiaçı tələbində 585.93 manat borcun silinməsini xahiş etmiş, məhkəmə isə iddianı tam təmin etmişdir. Halbuki, xx.xx.2024-ci il tarixli R370926 saylı Akta əsasən 548.55 manat cərimə hesablanmışdır. Qalan 37.38 manat borcun silinməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilə bilməz.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən düzgün maddi hüquq normaları tətbiq olunmadığına görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 7 fevral 2025-ci il tarixli, 2(033)-490/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərtib etdiyi xx.xx.2024-ci il tarixli R370926 nömrəli akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 548,55 (beş yüz qırx səkkiz manat əlli beş qəpik) manat borc İddiaçı **********00068 saylı abonent hesabından silinməli, iddia tələbi qalan 37.38 manat borcun silinməsi hissəsində təmin edilməməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 7 fevral 2025-ci il tarixli, 2(033)-490/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərtib etdiyi xx.xx.2024-ci il tarixli R370926 nömrəli akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 548,55 (beş yüz qırx səkkiz manat əlli beş qəpik) manat borc İddiaçı **********00068 saylı abonent hesabından silinsin. İddia tələbi qalan - 37.38 manat borcun silinməsi hissəsində təmin edilməsin. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.