Məhkəmə qərarları › İş №2(107)-685/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-685/2023

10.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-685/2023 10.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsi və Cavabdeh2 qarşı nümunəvi kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: nümunəvi kirayə müqaviləsinin etibarsız hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili X11 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsi və Cavabdeh2 qarşı nümunəvi kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(014)- 1291/2022 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. “Fövqaladə üçlüyün” 20 fevral 1931-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 babaları X3 əmlakı, o cümlədən evi müsadirə olunmuş, özü isə beş il müddətinə Qazaxıstana sürgün edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 10 aprel 1990-cı il tarixli qərardadı ilə “fövqəladə üçlüyün” həmin qərarı ləğv edilmiş və ona bəraət verilmiş, o cümlədən əmlak müsadirəsinə aid olan hissəsi ləğv edilmişdir. Ağdaş rayon İcra hakimiyyəti başçısının 08 iyul 1992-ci il tarixli 218 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında olan yaşayış evi X3 şəxsi mülkiyyətinə qaytarılmışdır. Bundan sonra, qanun üzrə vərəsəlik hüququ ilə iddiaçıların atası mərhum X12 verilmişdir. X2 da vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 19 may 1995-ci il tarixində iddiaçıların, yəni İddiaçı1 və İddiaçı2 ixtiyarına keçmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsi və Cavabdeh2 qarşı nümunəvi kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, sovet diktaturasının ötən əsrin 30-cu ilərinin repressiyası nəticəsində “Fövqaladə üçlüyün” 20 fevral 1931-ci il tarixli qərarı ilə babaları X3 əmlakı, o cümlədən evi müsadirə olunmuşdur. Özü isə beş il müddətinə Qazaxıstana sürgün edilmişdir. O, sürgün həyatına alışa bilməmiş və 1934-cü ildə orada vəfat etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 10 aprel 1990-cı il tarixli qərardadı ilə “fövqəladə üçlüyün” həmin qərarı ləğv edilmiş və ona bəraət verilmişdir. O cümlədən, əmlak müsadirəsinə aid olan hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 337-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bəraət hökmü çıxarmış məhkəmə tərəfindən əmlak müsadirəsinin taleyi də həll olunur. Əgər şəxsə bəraət verilərsə, hər şey öz əvvəlki vəziyyətinə qaytarılır və vətəndaşın hüquqları bərpa olunur. Ağdaş rayon İcra hakimiyyəti başçısının 08 iyul 1992-ci il tarixli 218 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında olan yaşayış evi X3 şəxsi mülkiyyətinə qaytarılmışdır. Bundan sonra qanun üzrə vərəsəlik hüququ ataları mərhum X12 verilmişdir. X2 da vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 19 may 1995-ci il tarixində onların yəni İddiaçı1 və İddiaçı2 ixtiyarına keçmişdir. Bəraətdən qabaq onların evinin bir otağında Nəbiyevlər ailəsi yaşayıblar (gün doğan tərəfdə), evin gün batan tərəfində isə uşaq bağçası yerləşir. Bu ev qardaşı ilə ona aid olduğu üçün bu ev onların ümumi mülki sayılır. 1992-ci ildə ev onlara qaytarılandan səkkiz ay sonra onlar uşaq bağçasını evlərindən çıxarmışlar, gün doğan tərəfdə isə bir otaqda da X9 və onun ailə üzvləri yaşayırdılar. Ona görə də, onlar uşaq bağçasını evlərindən çıxaranda fikirləşmişlər Nəbiyevlər də özləri üçün nəsə edəcəklər ki, onlar çöldə qalmasınlar. Əvəzində isə Nəbiyevlər onlara hər gün bir ismarıc göndərməyə başlamışdırlar ki, onlar buradan heç bir yerə çıxan deyil, bəs bu evi onlara dövlət verib, indi də onları oradan dövlət çıxarmalıdır. Sonradan ona məlum olmuşdur ki, X9 onlara məxsus yaşadıqları Ağdaş şəhəri əvvəllər Q.Əsgər küçəsi 15 saylı evə 01 yanvar 1970-ci il tarixli 356 saylı nümunəvi kirayə müqaviləsi əldə etmişdir. Ancaq ona məlum olduğuna görə həmin müqavilə saxta olmaqla heç bir yerdə qeydiyyatda yoxdur. Bundan başqa həmin müqavilənin saxta olması onunla müəyyən olunur ki, müqavilənin forması kiril əlifbası ilə çap olunduğu halda orada olan mətnlər latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmış və müqaviləyə latın qrafikalı əlifba ilə möhür vurulmuşdur. 1970-ci ildə isə Azərbaycan Respublikasında latın əlifbası işlənməmişdir. Bundan başqa, qeyd olunanlara əsasən həmin evin mülkiyyətçisi onlar olduğu üçün 01 yanvar 1970-ci il tarixli, 356 saylı nümunəvi kirayə müqaviləsi etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən, Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsi ilə X9 arasında bağlanmış 01 yanvar 1970ci il tarixli, 356 saylı ünvan 7 saylı evə (Mehdi Hüseynzadə küçəsi ev 13) dair nümunəvi kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

4. İddiaçı1n (eyni zamanda İddiaçı2 nümayəndəsi) məhkəməyə iddia ərizəsinin dəyişdirilməsinə dair ərizə ünvanlayaraq, bildirmişdir ki, Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsisinə və Cavabdeh2 qarşı nümunəvi kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddia ərizəsində texniki səhv edərək cavabdehin adı Cavabdeh2 əvəzinə X20 olaraq, ünvanı da ünvan 4n 8 qeyd edilmişdir. İddia ərizəsində dəqiqləşmə apararaq iddia ərizəsində cavabdehin adına düzəliş edilərək cavabdehi Cavabdeh2 olaraq, ünvanını da ünvan 5kəmə iclasında İddiaçı1 (eyni zamanda İddiaçı2 nümayəndəsi) iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin rədd edilməsini xahiş etdi.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Ağdaş şəhəri, M.Hüseynzadə küçəsi 11 ünvanında yerləşən evin onların babalarına geri qaytarılmalı olmasına dair hər hansı sənəd və ya qanun norması mövcud deyil. Əksinə 01 yanvar 1970-ci il tarixli, 356 saylı Nümunəvi kirayə müqaviləsi ilə X8, həmçinin onun ailə üzvü olan hazırkı iş üzrə Cavabdeh2 həmin ünvanda yaşamaq hüquqlarının olması müəyyən olunmuşdur.

8. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında Ağdaş şəhəri əvvəllər Q.Əsgər küçəsi 15 saylı evin kimə məxsus olması ilə əlaqədar mübahisə yaranmışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 ünvan 7 saylı evin onların vərəsəsi olduğu şəxsə qaytarılmalı olmasına dair hər hansı sübut mövcud deyil.

9. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsi və Cavabdeh2 qarşı nümunəvi kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir.

10. Ağdaş Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(014)-1291/2022 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsi və Cavabdeh2 qarşı nümunəvi kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

11. İşin materiallarında olan 30 iyul 1970-ci il tarixli, № 356 saylı nümunəvi müqavilədən görünür ki, X14, Cavabdeh2 və X13 ünvan 7 ünvanında ümumi sahəsi 35 kv.m. olan yaşayış mənzili istismara verilmişdir.

12. İşin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Sədrinin xx.xx.2022-ci il tarixli, 2(102)-92KS/22 saylı məktubundan görünür ki, qeyd edilən X3 barəsində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət Kollegiyası tərəfindən çıxarılmış 10 aprel 1990-ci il tarixli 2 n 7-246 nömrəli qərardadının surəti məhkəmənin arxivində aşkar edilməmişdir.

13. Qətnаmədən nаrаzı qаlаn İddiaçı1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, “Fövqəladə üçlüyün” 20 fevral 1931-ci il tarixli qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 10 aprel 1990-cı il tarixli qərardadı olması barədə birinci instansiya məhkəməsinə mötəbər sübutlar təqdim etmələrinə baxmayaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Sədrinin xx.xx.2022-ci il tarixli, 2(102)-92KS/22 saylı məktubuna istinad edərək haqlı iddia tələbinin rədd edilməsi qəbul edilməzdir. Həmçinin, müqavilənin saxta olması onunla müəyyən olunur ki, müqavilənin forması kiril əlifbası ilə çap olunduğu halda orada olan mətnlər latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmış və müqaviləyə latın qrafikalı əlifba ilə möhür vurulmuşdur. 1970-ci ildə isə Azərbaycan Respublikasında latın əlifbası işlənməmişdir.

15. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(014)- 1291/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və onun nümayəndəsi və vəkili X17 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

18. Cavabdeh Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsinin nümayəndəsi və digər Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

19. 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR (Respublikası) Mülki Məcəlləsi: 44-cü maddəsinə əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş e`lan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 530-cu maddəsinə əsasən aşağıdakılar vərəsə ola bilərlər:  qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar;  vəsiyyət üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər.

20. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan SSR (Respublikası) Mənzil Məcəlləsi: 4-cü maddəsinə əsasən mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir:  dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu);  kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (içtimai mənzil fondu);  mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu);  vətəndaşların şəxsi mülkiyyətində olan yaşayış evləri (fərdi mənzil fondu). 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. 10-cu maddəsinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. 19-cu maddəsinə əsasən dövlət və ictimai mənzil fondunun istismarı üçün təsərrüfat hesabı əsasında fəaliyyət göstərən mənzil-istismar təşkilatları yaradılır. Mənzil-istismar təşkilatları mənzil fondunun qorunmasını və ondan lazımınca istifadə olunmasını, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsini təmin edir, habelə yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlama qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına nəzarət edirlər. 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə kirayəçi — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini kirayə müqaviləsinə uyğun olaraq istifadə edilir. 53-cü maddəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli kələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(014)- 1291/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən ümumilikdə gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, məhkəmə heç bir maddi hüquq normasına istinad etməməkdə, həmçinin iddianın rədd edilməsi əsasını müəyyən edərkən səhvə yol vermişdir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxdığından və heç bir maddi hüquq normasına istinad etmədiyindən, eyni zamanda iddianın rədd edilmə əsasını səhv müəyyən etdiyindən Ağdaş Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(014)-1291/2022 nömrəli qətnaməsi ləğv edilməli, işə mahiyyəti üzrə baxılaraq yeni qətnamə ilə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə uyğun olaraq hazırki mübahisə həll edilərkən 10 aprel 1990-cı ilədək dövr ərzində qüvvədə olmuş Azərbaycan SSR (Respublikası) Mülki Məcəlləsi və Azərbaycan SSR (Respublikası) Mənzil Məcəlləsi tətbiq olunmalıdır.

26. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni iddiaçılar İddiaçı2 və İddiaçı1 Ağdaş şəhəri, M.Hüseynzadə küçəsi 11 ünvanında yerləşən evin onların babalarına geri qaytarılmalı olmasına dair hər hansı sənəd və ya qanun norması mövcud olmaması ilə əsaslandırmışdır.

27. Surətləri mülki işin 48-50 və 53-cü vərəqlərində olan və əsilləri apellyasiya baxışı zamanı kollegiya tərəfindən əldə edilmiş məktub və arayışlardan görünür ki, X6 Azərbaycan SSR X16 20 fevral 1931-ci il tarixli protokoluna əsasən, Azərbaycan SSR CMnin 72 (anti-sovet təbliğatı), 73 (əks-inqilabi fəaliyyət), 90 (vergi mükəlləfiyyətinin yerinə yetirilməsindən imtina olunması) maddələri i!ə təqsirli bilinərək 5 il müddətinə ailəsi ilə birlikdə Qazaxıstan SSR-ə sürgün edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 10 aprel 1990-cı il tarixli qərarına əsasən tərkibində cinayət məsuliyyəti olmadığına görə Ş.Mehbalıyev barədə işə xitam verilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İddiaçı1 ünvanladığı 10 mart 2017-ci il tarixli 16/3/32-c-15 nömrəli məktubunda göstərilmişdir: “X6 1875-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. O, 14 iyul 1930-cu ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən həbs edilmişdir. Həbs zamanı onun ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: - həyat yoldaşı - Mina, 40 yaşında; - oğlu - Nuru, 25 yaşında. Ş.Mehbalıyev Azərbaycan SSR X16 20 fevral 1931-ci ıl tarixli protokoluna əsasən, Azərbaycan SSR CM-nin 72 (anti-sovet təbliğatı), 73 (əks-inqilabi fəaliyyət), 90 (vergi mükəlləfiyyətinin yerinə yetirilməsindən imtina olunması) maddələri i!ə təqsirli bilinərək 5 il müddətinə ailəsi ilə birlikdə Qazaxıstan SSR-ə sürgün edilmişdir. Ş.Mehbalıyev sürgün müddətində 23 iyul 1931-ci il tarixdə vəfat etmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 10 aprel 1990-cı il tarixli qərarına əsasən tərkibində cinayət məsuliyyəti olmadığına görə Ş.Mehbalıyev barədə işə xitam verilmişdir. Xahişinizi nəzərə alaraq, Ş.Mehbalıyevə bəraət verilməsi haqqında qərardadın və ölümü haqqında arayışın kserosurətlərini ünvanınıza göndəririk.” Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 10 aprel 1990-cı il tarixli qərarının surəti həmin məktuba əlavə edilmişdir. Həmçinin surəti mülki işin 54-cü vərəqində olan Ağdaş rayon İcra hakimiyyəti başçısının 08 iyul 1992-ci il tarixli 218 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında olan yaşayış evi X3 şəxsi mülkiyyətinə qaytarılmışdır. Həmin vaxt qüvvədə olmuş Azərbaycan SSR (Respublikası) Mülki Məcəlləsinin 532ci maddəsinə əsasən 17 iyul 1992-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə ünvan 1 ünvanında olan yaşayış evi X3 vərəsəsi (oğlu) X1. (bax: 19-cu bənd) Həmin vaxt qüvvədə olmuş Azərbaycan SSR (Respublikası) Mülki Məcəlləsinin 537ci maddəsinə əsasən 19 may 1995-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X10 vərəsələri İddiaçı1 və İddiaçı2 keçmişdir. (bax: 19-cu bənd) İddiaçılar İddiaçı2 və İddiaçı1 Ağdaş şəhəri əvvəllər Q.Əsgər küçəsi 15 saylı evin onların babalarına geri qaytarılmalı olmasına və həmin evin kimə məxsus olmasına dair sənədlərin və məhkəmə qərarının olması sübut olunur və birinci instansiya məhkəməsi həmin sənədlərin olmaması ilə bağlı gəldiyi nəticədə haqlı olmamışdır.

28. Məhkəmə kollegiyası hazırki iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxaraq aşağıdakıları qeyd edir. X6 Azərbaycan SSR X16 20 fevral 1931-ci il tarixli protokoluna əsasən, Azərbaycan SSR CM-nin 72 (anti-sovet təbliğatı), 73 (əks-inqilabi fəaliyyət), 90 (vergi mükəlləfiyyətinin yerinə yetirilməsindən imtina olunması) maddələri ilə təqsirli bilinərək 5 il müddətinə ailəsi ilə birlikdə Qazaxıstan SSR-ə sürgün edildikdən sonra onun mülkiyyətində olan Ağdaş şəhəri, M.Hüseynzadə küçəsi 11 ünvanında yerləşən ev müsadirə edilərək həmin vaxt qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlət mənzil fonduna keçmişdir. Həmin vaxt qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 48 və 51-ci maddələri əsasında mənzil istismar kontoru ilə X9 arasında 30 iyul 1970-ci il tarixli, № 356 saylı nümunəvi kirayə müqaviləsi bağlanmışdır. Bu qətnamənin 20-ci bəndində göstərilmiş həmin vaxt qüvvədə olmuş maddi hüquq normalarının tələbindən də göründüyü kimi, 30 iyul 1970-ci il tarixli, № 356 saylı nümunəvi kirayə müqaviləsi həmin vaxt qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun bağlanılmışdır və etibarsız hesab olunması üçün heç bir əsas aşkar edilmir.

29. Kollegiya iddia ərizəsində və apellyasiya şikayətində göstərilmiş “həmin müqavilənin saxta olmasının müqavilənin forması kiril əlifbası ilə çap olunduğu halda orada olan mətnlərin latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmış və müqaviləyə latın qrafikalı əlifba ilə möhür vurulmuş olması, halbuki 1970-ci ildə isə Azərbaycan Respublikasında latın əlifbası işlənməməsi” barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, mülki işin 6-9-cu vərəqlərində yer alan 30 iyul 1970-ci il tarixli, № 356 saylı nümunəvi kirayə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, müqavilə trafaret mətnli blankda hazırlanmış, həm blankın trafaret mətnləri, həm də əl yazısı ilə yazılmış mətnlər həmin vaxt Azərbaycan Respublikasında istifadə olunan kiril əlifbası ilə yazılmışdır. Müqavilənin son vərəqinin arxa üzündə vurulmuş möhür isə müqavilənin əsli ilə düz olmasının təsdiq olunması məqsədilə vurulmuş möhürdür və latın qrafikasında olmasının səbəbi həmin möhürün müqavilənin tərtib olunduğu vaxt deyil, surəti çıxarıldığı vaxt vurulmuş olmasıdır. Müqavilənin surətində müqavilə tərtib olunan zaman vurulmuş təsdiqetmə möhürləri mövcuddur və müqavilənin tərtib olunduğu kiril qrafikasındadır.

30. Kollegiya qeyd edir ki, hal-hazırki vəziyyətdə 30 iyul 1970-ci il tarixli, № 356 saylı nümunəvi kirayə müqaviləsinin etibarsız hesab olunması üçün heç bir qanuni əsas yoxdur və iddiaçılar mülkiyyət hüquqlarının bərpa edilməsini müvafiq icra hakimiyyəti orqanından tələb edə bilər. Həmçinin, mülki işin materiallarının 64-65-ci vərəqlərində olan məktublardan görünür ki, Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən X5 başqa mənzillə təmin edilməklə mübahisəli mənzildən çxarılması üzrə tədbirlər görülür.

31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(014)-1291/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsi və Cavabdeh2 qarşı nümunəvi kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(014)-1291/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsi və Cavabdeh2 qarşı nümunəvi kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar