Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-685/2025 10.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2(014)-296/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Kreditor İddiaçı İB borclu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1157.26 (bir min bir yüz əlli yeddi manat 26 qəpik) manat borcun yarandığını iddia edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu Yuxarı Zeynəddin kəndində Cavabdeh məxsus mənzilində alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********02940 saylı qaz hesabında ödənilməmiş 2633.60 manat borc vardır, həmin borcun 1507.60 manat hissəsi ilə bağlı əvvəlki tarixdə məhkəmə icraatı aparılmış, digər 1126 manat hissəsi ilə bağlı isə hazırda cavabdehdən tutulması ilə bağlı məhkəməyə müraciət edilir. Belə ki, əvvəlki tarixdə İddiaçı İB Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbi haqqında iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehdən 2164,10 manat (1217.70 m + 854.80 m) əsas borcun və dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı İB-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(014)-975/2019 nömrəli qətnaməsi ilə İddiaçı İB-nin Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 1193 manat borc və dövlət rüsumunun tutularaq İddiaçı İB-in xeyrinə ödənilməsi, iddianın qalan hissədə (971.10 manat) rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-189/2020 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, hazırda Cavabdeh qaz hesabında olan 2633.40 manat borcun Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(014)-975/2019 nömrəli qətnaməsi ilə rədd edilən 971.10 manat, həmin qətnamədən ödənilməli olan qalıq 536.50 manat (1193 m borc – 656.50 m ödəniş = 536.50 m qalıq), hazırda iddia ərizəsində tələb edilən və əvvəlki məhkəmə qərarının təsir dairəsinə düşməyən hissə 1126 manat təşkil edir. Əvvəlki məhkəmə qərarının təsir dairəsinə düşməyən və hazırda iddia ərizəsində tələb edilən 1126 manat borc cavabdehin ünvanında iki dəfə sayğacdan kənar qoşulma ilə qanunsuz qazdan istifadə nəticəsində yaranmışdır. Belə ki, həmin ünvanda təbii X2nın pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, ümumilikdə akt əsasında 1188 manat maddi zərər qeydə alınmış və dəymiş zərərin 62 manat hissəsi ödənildiyindən qalıq məbləğ 1126 manat təşkil etmişdir. Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış borc: İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2021-ci il tarixdəCavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii X2nın pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. ARDNŞ-nin xx.xx.2011-ci il tarixli 11 nömrəli 1 saylı əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 2.5 m /saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Nəticədə itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 5400 m (və ya 540 manat) həcmində müəyyən edilmişdir. İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdəCavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii X2nın pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. ARDNŞ-nin xx.xx.2011-ci il tarixli 11 nömrəli 1 saylı əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 2.5 m /saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Nəticədə itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 5400 m (və ya 648 manat) həcmində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, cavabdeh Ağdaş rayonu Yuxarı Zeynəddin kəndində yaşayan xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1126 manat və əvvəlcədən ödənilmiş 31.26 manat dövlət rüsumun, ümumilikdə isə 1157.26 (bir min bir yüz əlli yeddi manat 26 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.
4. Cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı iddia tələbində qeyd edilənləri qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı İB-nin Zaqatala RQİİnin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. İddiaçı 04 fevral 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinə əsasən ARDNŞ-nin xx.xx.2011-ci il tarixli 11 nömrəli 1 saylı əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 2.5 m /saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Nəticədə itirilmiş qazın miqdarı Zaqatala RQİİnin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 5400 m (və ya 648 manat) həcmində müəyyən edilmişdir. Bundan başqa İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2021-ci il tarixdəCavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. İddiaçı 27 may 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinə əsasən ARDNŞ-nin xx.xx.2011-ci il tarixli 11 nömrəli 1 saylı əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 2.5 m /saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin həmin kənar xətlərin konkret olaraq hansı tarixdən quraşdırıldığını müəyyən etmək mümkün olmamışdır.
6. Ağdaş Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2(014)-296/2025 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X2»na, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşin materiallarında olan 03 fevral 2022-ci il tarixli, ******* saylı təbii X2nın pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022- ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. İşin materiallarında olan İddiaçı 04 fevral 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ARDNŞ-nin xx.xx.2011-ci il tarixli 11 nömrəli 1 saylı əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 2.5 m /saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Nəticədə itirilmiş qazın miqdarı Zaqatala RQİİnin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 5400 m (və ya 648 manat) həcmində müəyyən edilmişdir. İşin materiallarında olan 06 may 2021-ci il tarixli, ******* saylı təbii X2nın pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2021-ci il tarixdəCavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. İşin materiallarında olan İddiaçı 27 may 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ARDNŞ-nin xx.xx.2011-ci il tarixli 11 nömrəli 1 saylı əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 2.5 m /saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İşin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********02940 saylı abonent saldosundan məlum olur ki, Cavabdeh 2021-ci ilin may ayı üzrə qalıq və aktlardan borcu 540 manat borc hesablanmışdır. 2022-ci ilin fevral ayı üzrə qalıq və aktlardan borcu 648 manat borc hesablanmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur.
9. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi Nümayəndə1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və 03 fevral 2022-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 90 gün, 06 may 2021-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 90 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Qeyd edilən akt əsasında dəymiş zərərin 90 gün üçün hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Hazırki iş üzrə isə 03 fevral 2022-ci il tarixli, ******* saylı və 06 may 2021-ci il tarixli, ******* saylı Aktların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aidiyyəti quruma və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. İddiaçı tərəf də bu barədə məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə görə, hazırki halda İddiaçı həmin cərimə məbləğini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır. Mülki mübahisənin faktiki hallarından da göründüyü kimi məhkəmə çıxarmış olduğu qətnamədə iddia tələbi üzrə dəlillərə düzgün hüquqi qiymət verməmiş, araşdırmada müəyyən edilən hallar nəticəyə ziddiyyət təşkil etmişdir. Məhkəmə icraatı zamanı İddiaçıİstehsalat Birliyi məhkəməyə sübutlar təqdim edərək iddia tələbində mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh yaşadığı Ağdaş rayonu Yuxarı Zeynəddin kəndində yerləşən mənzilində istismarda olmuş qaz sayğacından müxtəlif dövrlərdə sayğacdan kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-ninZaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2021-ci il tarixdə Cavabdeh yaşadığı fərdiyaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə xx.xx.2021–ci il tarixli baxış aktı tərtib edilmiş və video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii X2nın pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq qaz sərfi 2.5 m /saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 5400 m (və ya 540 manat) həcmində dəymiş ziyan müəyyən edilmişdir. Bundan başqa CavabdehŞöyüb oğlunun yaşadığıAğdaş rayonu Yuxarı Zeynəddin kəndində yerləşənmənzilində İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı növbəti xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyriqanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii X2nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq qaz sərfi 2.5 m /saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 5400 m (və ya 648 manat) həcmində dəymiş ziyan müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi dəymiş ziyan aktlarının inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aidiyyəti quruma və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi barədə əsası ilə tələbin rədd edilməsi düzgün olmamışdır. Çünki “X2”nın 6.5-ci bəndində eyni zamanda istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməsi də tənzimlənmişdir. Hazırkı mübahisədə iddiaçı tərəf cavabdehin təqsirinin sübut olunması ilə bağı icraatı inzibati orqanda yox məhkəmə orqanlarında aparmaqdadır. Başqa sözlə istehlakçının qazın talanmasında təqsirinin olması təkçə inzibati orqana müraciət edilməklə sübut edilməsi şərtləndirilməmişdir, əksinə məhkəmə orqanlarında da istehlakçının təqsiri sübut olunduğu halda artıq iddiaçı tərəfin tələb etmə hüququ ortaya çıxmış olur. Zərərin 90 gün müddətində hesabatının aparılmasına gəlincə isə yenə “Qazdan istifadəQaydaları”nın 6.5-3-cü bəndində istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin hesablanması tənzimlənmişdir. Lakin bununla belə birinci instansiya məhkəməsi zərərlə bağlı iddia tələbini rədd etməsi bu tip neqatif hallarının qarşısının alınmasına maneələr yaratmaqdadır və son nəticədə dövlət əmlakın mühüm zərər dəyməkdədir. Bu qənaət eyni zamanda cavabdeh tərəfindən gələcəkdə eyni pozuntulara yol verilməməsi üçün çəkindirici (xəbərdaredici) təsiri olmamasına şərait yaradır. CavabdehŞöyüb oğlununqazın talanmasında təqsirli olması və hesabatın on iki ay müddətində aparılması “X2”nın 6.5-1-ci bəndi və 6.5-3-cü bəndinə uyğun olaraq təsdi q olunduğundan İddiaçı cavabdehə qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə çıxış etməsi qanuni və əsaslı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməyən hissəsində qətnaməsi ləğv edilməli və iddia tələbi həmin hissədə də təmin edilməlidir.
11. Ona görə də, İddiaçı verdiyi apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(014)-296/2025 saylı qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı "Azəriqaz" İB və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəməyə nümayəndəsini göndərməmiş, cavabdeh məhkəmə iclasına gəlməmişdir.
14. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın həmin vaxt qüvvədə olan: 6.5-ci bəndlərinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-3-cü bəndinin tələbinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. İddiaçı Ağdaş Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2(014)-296/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, , cavabdehin mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və 03 fevral 2022-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 90 gün, 06 may 2021-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 90 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Qeyd edilən akt əsasında dəymiş zərərin 90 gün üçün hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
22. Bundan başqa məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə isə 03 fevral 2022-ci il tarixli, ******* saylı və 06 may 2021-ci il tarixli, ******* saylı Aktların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aidiyyəti quruma və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. İddiaçı tərəf də bu barədə məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir.
23. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
24. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2(014)-296/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2(014)-296/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.