Məhkəmə qərarları › İş №2(107)-686/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-686/2022

18.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-686/2022 18.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh4–yə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı2 və Cavabdeh2 ASC-nin nümayəndəsi X15 iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh4–yə qarşı“ hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2(075)-108/2022 nömrəli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Şəki rayon məhkəməsinin 29 avqust 2012-ci il tarixli 2(075)-8/2012 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı1 arasında bağlanmış 18 noyabr 2009-cu il tarixli, AK 202/2009 nömrəli kredit müqaviləsindən irəli gələn, ödənilməmiş 30348 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 12761 manat məbləğində faizlər üzrə borc və 10000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 53109 manat məbləğində borc cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər İddiaçı1 və İddiaçı2 tutulacaq məbləğ öhdəliyinin təminətı kimi cavabdeh X7 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri X22 prospektində istifadədə olan, 0,09273 hektar torpaq sahəsində yerləşən, 193A nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 63,5 kvadrat metr ümumi, 35,2 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 32 nömrəli mənzilə cavabdeh X3 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan, 0,0844 hektar torpaq sahəsində yerləşən, 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 68,19 kvadrat metr ümumi, 45,9 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə və cavabdeh X1 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 4ndə icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasına yönəldilməsi, həmin yaşayış və qeyri-yaşayış (sex) binaları açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilən vəsait cavabdehlər İddiaçı1 və İddiaçı2 Məmməddəsən oğlunun iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə olan borclarının ödənilməsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh X7 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri X22 prospektində istifadədə olan, 0,09273 hektar torpaq sahəsində yerləşən, 193A nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 63,5 kvadrat metr ümumi, 35 2 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 32 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 30000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh X4 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri Sabit Rəhman küçəsində istifadədə olan, 0,0844 hektar torpaq sahəsində yerləşən, 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5- ci mərtəbəsində yerləşən 68,19 kvadrat metr ümumi, 45,9 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 25000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh İddiaçı3 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 4ndə icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasının hərracda ilkin satış qiyməti 30000 manat müəyyən edilməsi, iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı 900 manat məbləğində xidmət haqqı cavabdehlər X2 və İddiaçı2 müştərək qaydada alınaraq müstəqil qiymətləndirici "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. 11 sentyabr 2014-cü il tarixli, Y-272 saylı hərracın nəticələri haqqında protokolla və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə İddiaçı3 tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki şəhəri, Salman Mümtaz küçəsində icarəsində olan 0,1 ha torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kv.m ümumi, 96,4 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binası təkrar hərracda 15% endirimlə 19125 (on doqquz min bir yüz iyirmi beş) manat məbləğə hərracla Cavabdeh2 ASC-yə satılmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyriyaşayış sahəsi (sexi) ilə bağlı Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 11 sentyabr 2014-cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-272 nömrəli yekun protokolun etibarsız hesab edilməsi və həmin protokolun icrası ilə əlaqədar Şəki rayonu üzrə İcra Şöbəsi tərəfindən qəbul edilmiş bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsi, həmin sənədlər əsasında ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sexi) ilə bağlı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyətlərində olan həmin qeyri-yaşayış binasından istifadə etməyinə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, həmçinin iddiaçılarlar İddiaçı3, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, 2009-cu ildə iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə qardaşı İddiaçı1 arasında 18 noyabr 2009-cu il tarixli, AK 202/2009 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti İddiaçı1 illik faiz dərəcəsi 25 faiz olmaqla 18 ay müddətinə 40000 manat məbləğində kredit verməyi, İddiaçı1 isə 18 ay ərzində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı1 öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə digər şəxslər atası İddiaçı3, X13 və X11 arasında 18 noyabr 2009-cu il tarixdə ipoteka müqavilələri, onunla isə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən öhdəlik icra olunmadığı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin tarixdə bağlanmış AK 203/2009, AK 204/2009 və AK 205/2009 nömrəli ipoteka müqavilələrinə əsasən ipoteka müqaviləsi bağlayan yuxarıda adları sadalanan həmin şəxslər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı1 arasında bağlanmış 18 noyabr 2009-cu il tarixli, AK 202/2009 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi çıxış etmişdir. 18 noyabr 2009-cu il tarixli, AK 203/2009 nömrəli ipoteka müqaviləsinə əsasən X7 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 1 ünvanında yerləşən 32 nömrəli mənzil, 18 noyabr 2009-cu il tarixli AK 204/2009 nömrəli ipoteka müqaviləsinə əsasən X4 məxsus olan, Şəki şəhəri S. Rəhman küçəsində yerləşən bina 73-dəki 10 nömrəli mənzil, 18 noyabr 2009-cu il tarixli, AK 205/2009 nömrəli ipoteka müqaviləsinə əsasən atası İddiaçı3 məxsus olan Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası İddiaçı1 18 noyabr 2009-cu il tarixli, AK 202/2009 nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin təmin edilməsi üçün ipotekaya qoyulmuşdur. Bununla bağlı ƏMDK yanında DƏDRX tərəfindən çıxarışlar verilmişdir. İpoteka predmeti olan, X7 məxsus ev tərəflərin razılığı ilə 40000 ABŞ dolları, X4 məxsus ev tərəflərin razılığı ilə 30000 ABŞ dolları və İddiaçı3 məxsus qeyri-yaşayış binası tərəflərin razılığı ilə 30000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İddiaçı1 ilə müqavilə bağladıqdan sonra Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Həmin müqavilə üzrə İddiaçı1 borc məbləğini lazımi qaydada ödəyə bilmədiyindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti bununla bağlı məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 29 avqust 2012-ci tarixli, 2(075)-8/2012 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı1 arasında bağlanmış 18 noyabr 2009-cu il tarixli, AK 202/2009 nömrəli kredit müqaviləsindən irəli gələn, ödənilməmiş 30348 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 12761 manat məbləğində faizlər üzrə borc və 10 000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 53109 manat məbləğində borc cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınaraq iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; cavabdehlər İddiaçı1 və İddiaçı2 tutulacaq məbləğ öhdəliyin təminatı kimi cavabdeh X7 tam mülkiyyət hüquq üzrə məxsus olan, Şəki şəhəri, X22 prospektində istifadədə olan, 0.09273 hektar torpaq sahəsində yerləşən, 193A nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 63,5 kvadrat metr ümumi, 35,2 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 32 nömrəli mənzilə, cavabdeh X4 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan, 0,0844 hektar torpaq sahəsində yerləşən, 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 68,19 kvadrat metr ümumi, 45,9 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 10 nömrəli mənzilə və cavabdeh İddiaçı3 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, Salman Mümtaz küçəsində icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasına yönəlməsi və həmin yaşayış və qeyri-yaşayış (sex) binalarının açıq hərracda satış yolu ilə realizə edilməsi; satışdan əldə edilən vəsait cavabdehlər İddiaçı1 və İddiaçı2 iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə olan borclarının ödənilməsinə yönəldilməsi; ipoteka ilə yüklü edilmiş və cavabdeh X7 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, X22 prospektində istifadədə olan, 0,09273 hektar torpaq sahəsində yerləşən, 193A nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 63,5 kvadrat metr ümumi, 35,2 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 32 nömrəli mənzilin hərracda ilkin satış qiymətinin 30000 manat müəyyən edilməsi; İpoteka ilə yüklü edilmiş və cavabdeh X4 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şək şəhəri Sabit Rəhman küçəsində istifadədə olan 0,0844 hektar torpaq sahəsində yerləşən, 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 68,19 kvadrat metr ümumi, 45,9 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 25000 manat müəyyən edilməsi; İpoteka ilə yüklü edilmiş və cavabdeh İddiaçı3 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 4ndə icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasının hərracda ilkin satış qiyməti 30000 manat müəyyən edilməsi; İddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada iddiaçı Cavabdeh2 Açıq Səhmcar Cəmiyyətinin xeyrinə tutulması; İş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı 900 manat məbləğində xidmət haqqı cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınaraq müstəql qiymətləndirici "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsinin çıxarılmasına baxmayaraq, sonradan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə borcun ödənilməsi ilə bağlı aralarında razılıq əldə edilmişdir. Belə ki, qeyd edilən Şəki Rayon Məhkəməsinin 29 avqust 2012-ci tarixli, 2 (075)-8/2012 saylı məhkəmə qətnaməsi üzrə ödənilməli olan borc liziq müqaviləsinə yönəldilmişdir, yəni bununla bağlı araların lizinq müqaviləsi bağlanmışdır. Qətnamə ilə müəyyən edilmiş həmin borcun lizinq müqaviləsi üzrə ötürülməsi zamanı Məmmədhəsən Ramazan oğluna məxsus olan, Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin (sexin) ipotekadan azad ecilməsi razılaşdırılmışdır. Belə ki, qeyd edilən Şəki Rayon Məhkəməsinin 29 avqust 2012- ci tarixli, 2 (075)-8/2012 saylı məhkəmə qətnaməsi üzrə ödənilməli olan borc liziq müqaviləsinə yönəldilsə də və bununla bağlı razılıq əldə edilsə də, Şəki Rayon Məhkəməsinin 29 avqust 2012-ci tarixli, 2 (075)-8/2012 saylı məhkəmə qətnaməsi üzrə məlumatı olmadan ipotekaya qoyulmuş əmlak təkrarən borcun əvəzinə bankın adına rəsmiləşdirilmişdir. Bundan başqa Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 11 sentyabr 2014-cü il tarixdə Şəki Rayon İcra Şöbəsinin sifarişi ilə hərrac keçirilmiş və Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sex) Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti 19125 manata almışdır. Həmin hərracın nəticələrini qanunsuz hesab etmişdir. Belə ki, borclunun ipoteka ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi halda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşması etibarsızdır. Mülkiyyətimizdə olan Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sex) birbaşa Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçmişdir. Bundan başqa açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti ipoteka saxlayanla borclu arasında qarşılıqlı razılıq əsasında müəyyən edilməlidir. Bu sahədə razılıq əldə edilmədikdə qiymətləndirmə ilə məşğul olan şəxsə müraciət etməlidirlər. Hərracı keçirən şəxslər qanunun tələblərini pozaraq onların mülkiyyətində olan qeyri-yaşayış binasının həddindən artıq çox aşağı qiymətə satmışlar. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyriyaşayış sahəsini (sex) almaq hüququ yox, həmin əmlakın satılmasını tələb etmək hüququ olmuşdur. Mülkiyyətçi kimi onların hərracla bağlı məlumatları olmamışdır. Nəticədə əmlakları daha ucuz qiymətə satılmışdır. Bununla da mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Mülkiyyətlərində olan əmlakla əlaqədar hərrac ipoteka Haqqında Azərbaycan Respublikası Qanununun müəyyən edilmiş qaydalarını pozmaqla keçirilmişdir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmə üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Cavabdeh "xxxx" MMC tərəfindən yuxarıda göstərilən qanunvericilyin tələblərinə əsasən onlara hərracla bağlı bildirişlər göndərilməmişdir. Ümummiyyətlə, hərracla bağlı elanın hansı qəzetdə verilməsindən də xəbərləri yoxdur. Qanunvericiliyin tələblərinə əsasən hərracın iştirakçısı olmadıqlarına görə hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günündən gec olmayaraq dərc etdirilməli olduğu halda, hərracın baş tutmaması barədə elan qanunda nəzərdə tutulmuş müddətdə verilməmişdir. Bundan başqa elanda və bildirişdə hərracda iştirak üçün behin ödənilməsi müddəti və qaydası haqqında məlumat qeyd olunmamışdır. Bütün bunlar da qanunun tələblərinə ziddir. Bununla da mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Mülkiyyətlərində olan Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sex) ilə əlaqədar hərrac İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun müəyyən edilmiş qaydalarını pozmaqla keçirilmişdir. Bu da hərracın nəticələrinin etibarsızlığına səbəb olur. Ona görə də iddiaları təmin edilməli, cavabdeh Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 11 sentyabr 2014-cü il tarixdə keçirilmiş hərrac etibarsız hesab edilməlidir. Həmçinin bildirmişdir ki, mülkiyyətlərində olan, Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sexi) ilə bağlı Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 11 sentyabr 2014-cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y272 nömrəli yekun protokol qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinin pozulması ilə keçirilsə də, Şəki rayonu üzrə İcra Şöbəsi bu pozuntuları diqqətə almamış, icra mərhələsində icranın bir qolu olaraq aparılmış hərrac məsələsində öz hərəkətsizliyi ilə belə bir hərracın keçirilməsinə şərait yaratmış, qeyd edilən qanun pozuntuları ilə aparılmış hərracın nəticələrinə dair yekun protokolu sənəd kimi qəbul etmiş, ümumiyyətlə icra sənədinin icrası olaraq hərracın aparılma qaydasının düzgün təşkil edilməsinə nəzarət etməmiş, həmin protokol əsasında qanunsuz olaraq hüquq müəyyənedici sənədlər qəbul etmişdir. Eyni zamanda Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti da bu fürsətdən istifadə edərək, müliyyətlərində olan qeyri-yaşayış sahəsinin dolayısı yolla öz mülkiyyətinə keçirmiş və onları mülkiyyətlərində olan öz əmlaklarından istifadələrinə maneə yaradır. Sonda bütün yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 ASC-nin nümayəndəsi X8 məhkəmə iclasında göstərmişdir ki, iddiaçılar iddia ərizəsində Şəki şəhəri, S.Mumtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sex) ilə bağlı Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 11 sentyabr 2014-cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-272 nömrəli yekun protokolun etibarsız hesab edilməsi və həmin protokolun icrası ilə əlaqədar Şəki rayonu üzrə İcra Şöbəsi tərəfindən qəbul edilmiş bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsi, həmin sənədlər əsasında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Şəki şəhəri, S.Mumtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşaqış sahəsi ilə bağlı "Bank of Baku” ASC-nin adma verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyətində olan həmin qeyri-yaşayış binasından istifadə etməyinə cavabdeh "Bank of Baku'ASC tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar keçirilən hərraclar barədə onlara məlumat verilmədiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Məhkəmənin sorğuları nəticəsində məlum olmuşdur ki, saxlama müddəti ötdüyünə görə hərrac sənədləri arxivə verilmiş, daha sonra isə məhv edilmişdir. Hesab etmişdir ki, hazırki iddia təmin edilməməlidir. Belə ki, "xxxx" ASC cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, X16ma və X9 qarşı borc və borcun ipoteka predmeti olan əmlaklara yönəldilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəki rayon Məhkəməsinin 2(075)-8/2012 saylı, 29.08.2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra qətnamə könüllü icra edilmədiyindən icra və hərrac haqqında qanunvericiliyə, eləcə də "İpoteka haqqında" Azərbaycan Respublikasının müvafiq qanununlarına uyğun olaraq 11.09.2014- cü il tarixli hərracın nəticəsi haqqında protokollara və müqaviləyə əsasən "xxxx" ASC iki ipoteka predmetini, hazırkı işdə mübahisələndirilən qeyri-yaşayış sahəsini və ipoteka qoyulmuş digər bir mənzili əldə edərək öz mülkiyyətinə keçirmişdir. Göründüyü kimi Bank əmlakları qanuni qaydada əldə etmişdir. Hətta, iddiaçıların dediyi kimi hərrac prosesi qaydalar pozulmaqla keçirilsəydi belə, bunun hüquqi nəticələri və məsuliyyəti Bankın üzərinə qoyula bilməz. Bankın hərracın qanuni keçirilməsinə nəzarət imkanı yoxdur. Bank icra məmurunun təklifi ilə əmlakı əldə edərkən, həmin vaxta qədər keçirilmiş və baş tutmamış hərraclar barədə ipotekaqoyana məlumat verilib-verilməməsini yoxlamaq vəzifəsi də daşımır. Həmçinin bildirmişdir ki, əqdin etibarsızlığı üçün müddət ötürülmüşdür. Buna görə də iddiaçılar müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddətini ötürdüyündən iddia tələbi əsaslı hesab edilə bilməz. Qanunvericiliyin tələblərindən də göründüyü kimi maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə cavabdeh şəxs müvafiq hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. İddiaçılar həmin kəsici müddəti ötürmüşdür. Əvvəla iddiaçılar əmlaklarının hərracdan satılması barədə qətnamə çıxan 2012-ci ildən bəri nəyə görə hərracın olması barədə maraqlanmadıqlarını izah edə bilmirlər. Hərracın keçirildiyi 11.09.2014-cü ildən bəri iddiaçılar dəfələrlə Bankda olmuş və sözügedən qeyri-yaşayış sahəsinin və mənzilin Bankdan geri almaq üçün onlara möhlət verilməsini istəmiş, bunun şərtləri barədə müzakirələr aparmışlar. Nəticədə digər hərrac predmeti olan Şəki şəhəri, S.Rəhman küçəsi, 73 saylı binanın, 10 saylı mənzil Bank tərəfindən iddiaçıların lizinqinə verilmişdir. Necə olur ki, iddiaçıların eyni gündə keçirilmiş mənzilin hərracından xəbəri olur, amma qeyri-yaşayış sahəsinin hərracından xəbəri olmur və hərracdan 7 ildən artıq müddət keçdikdən sonra hərracın etibarsızlığı barədə iddia qaldırırlar. Digər tərəfdən iddiaçıların hərracdan xəbərləri olmuşdur. Belə ki, əsas İddiaçı2 "xxxx" ASC-nin rəhbərliyinə ünvanladığı 26.10.2021-ci il tarixli ərizəsinin məzmunundan aydın görünür ki, onun və atasının hərracdan məlumatı olmuş, lakin əşyanı əldə etmək üçün maddi imkanları olmadığından hərracda iştirak edə bilmədiklərini göstərmişlər. Deməli, iddiaçılar hərrac baş tutduğu tarixə qədər borcu bağlayaraq ipoteka predmetinin azad edilməsinə nail olmaq kimi imkanın olmasına baxmayaraq, kredit borcunu ödəməmiş və mübahisəli əmlakı satın almağa çalışmamışdır. Bankda öz növbəsində sözügedən əmlaka dair çıxarış alaraq, əmlakı vicdanlı əldə etmişdir. Lakin iddiaçılar qanunla üzərinə düşən vəzifələri icra etməməklə yanaşı, bundan sui-istifadə edərək hərrac prosesindən, həmçinin də icra prosesindən məlumatının olmadığını iddia etməkdədirlər. Həmçinin göstərmişdir ki, İddiaçı2 daxili lizinq müqaviləsini onlara məxsus olan ünvan 4ndə icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binası və ya X7 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 1 ünvanında yerləşən 32 nömrəli mənzil üzrə deyil, məhz X3 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, Sabit Rəhman küçəsində olan, 3 otaqlı 10 nömrəli mənzil üzrə bağlamışdır. Çünki, X12 İddiaçı2 işçisi olmuş onu aldadaraq əmlakını ipoteka qoymuşdur. X12 yaşlı və çox kasib insandır. Belə ki, İlbabə Məmmədova dəfələrlə banka gəlmiş və əmlakı əlindən alınacağı təqdirdə özünə qəsd edərək intihar edəcəyini bildirmişdir. Onun bu niyyətlərindən İddiaçı2 da xəbəri olmuşdur. Buna görə də İddiaçı2 gələcəkdə xoşagəlməz halla qarşılaşmaması üçün özlərinə məxsus binanı deyil, məhz İ.Məmmədova məxsus evlə bağlı bankla daxili lizinq müqaviləsi bağlamışdır. İddiaçı2 həmin lizinq müqaviləsi üzrə də öhdəliyini yerinə yetirməmiş və buna görə də hazırda həmin lizinq müqaviləsi də məhkəmə predmetidir. Sonda göstərmişdir ki, hərrac müqaviləsi 11.09.2014-cü il tarixdə bağlandığından və iddiaçıların hərracın keçirilməsindən məlumatı olduğundan iddiaçılar digər əsaslarla yanaşı həm də müddətə görə hərracın etibarsızlığını tələb etmək hüququnu itiriblər. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh4 nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, işdə olan Şəki rayon məhkəməsinin 29 avqust 2012-ci il tarixli 2(075)-8/2012 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı1 arasında bağlanmış 18 noyabr 2009-cu il tarixli, AK 202/2009 nömrəli kredit müqaviləsindən irəli gələn, ödənilməmiş 30348 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 12761 manat məbləğində faizlər üzrə borc və 10000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 53109 manat məbləğində borc cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər İddiaçı1 və İddiaçı2 tutulacaq məbləğ öhdəliyinin təminətı kimi cavabdeh X7 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri X22 prospektində istifadədə olan, 0,09273 hektar torpaq sahəsində yerləşən, 193A nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 63,5 kvadrat metr ümumi, 35,2 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 32 nömrəli mənzilə cavabdeh X3 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan, 0,0844 hektar torpaq sahəsində yerləşən, 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 68,19 kvadrat metr ümumi, 45,9 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə və cavabdeh X1 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 4ndə icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasına yönəldilməsi, həmin yaşayış və qeyri-yaşayış (sex) binaları açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilən vəsait cavabdehlər İddiaçı1 və İddiaçı2 Məmməddəsən oğlunun iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə olan borclarının ödənilməsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh X7 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri X22 prospektində istifadədə olan, 0,09273 hektar torpaq sahəsində yerləşən, 193A nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 63,5 kvadrat metr ümumi, 35 2 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 32 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 30000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh X4 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri Sabit Rəhman küçəsində istifadədə olan, 0,0844 hektar torpaq sahəsində yerləşən, 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 68,19 kvadrat metr ümumi, 45,9 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 25000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh İddiaçı3 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 4ndə icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasının hərracda ilkin satış qiyməti 30000 manat müəyyən edilməsi, iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı 900 manat məbləğində xidmət haqqı cavabdehlər X2 və İddiaçı2 müştərək qaydada alınaraq müstəqil qiymətləndirici "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi qeyd edilən qətnamədə ipoteka qoyulmuş əmlaklardan biri də hazırda mübahisələndirilən ipoteka ilə yüklü edilmiş və cavabdeh İddiaçı3 məxsus olan, ünvan 4ndə icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binası olmuşdur. Qeyd edilən əmlak 11.09.2014-cü ildə hərracdan satılmış və yekun olaraq Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçmişdir. İddiaçılar hərracın nəticələrini etibarsız hesab edir, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Əksinə Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəməyə iddiaçılardan İddiaçı2 tərəfindən 26 oktyabr 2021-ci il tarixdə Cavabdeh2 ASC-nin rəhbərliyinə ünvanlamış olduğu ərizəsini təqdim etmiş və bildirmişdir ki, iddiaçıların 2014-cü ilin sentyabr ayında keçirilən hərracdan və onun nəticələrindən xəbərləri olmuşdur. Buna görə də iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddiaçılar iddialarının əsaslılığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin məhkəmə tərəfindən Cavabdeh4-nə sorğu verilmiş və həmin təşkilat sorğunu 19.10.2021-ci il tarixdə almasına baxmayaraq məhkəmənin qeyd edilən sorğusuna cavab vermədiyindən hərracın nəticələrinin əsaslı və ya əsassız olmasını müəyyən etmək mümkün olmamışdır. Əksinə Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəməyə iddiaçılardan İddiaçı2 tərəfindən 26 oktyabr 2021-ci il tarixdə Cavabdeh2 ASCnin rəhbərliyinə ünvanlamış olduğu ərizəsini təqdim etmiş və bildirmişdir ki, iddiaçıların 2014-cü ilin sentyabr ayında keçirilən hərracdan və onun nəticələrindən xəbərləri olmuşdur. Buna görə də iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qeyd edilənin ərizənin İddiaçı2 tərəfindən yazılıb-yazılmaması aydınlaşdırılmış və İddiaçı2 həqiqətən də həmin ərizənin onun tərəfindən yazılmasını təsdiq etmişdir. İddiaçı2 həmin ərizəsində bildirmişdir ki, “o, 2009-cu ildə bankdan kredit götürərək atasına məxsus qeyri-yaşayış sahəsini və digər əmlakları ipoteka qoymuşdur. Ödəniş etməyə imkanı çatmadığı üçün kredit gecikməyə düşmüş və bank məhkəməyə müraciət etmişdir. 2014-cü ilin sentyabr ayında atası İddiaçı3 məxsus olan qeyri-yaşayış sahəsi və X4 məxsus olan evin hərracı olmuş, imkanı olmadığı üçün hərracda iştirak edib əmlakları ala bilməmişdir. Ona görə də mənzil və qeyri-yaşayış sahəsi bankın mülkiyyətinə keçmişdir. 2015-ci ildə bankla razılaşmaya əsasən bank qeyri-yaşayış sahəsinə toxunmamış, əvəzində evin birini banka vermişdir”. Məhkəmə hesab etmişdir ki, iddiaçıların Cavabdeh4-də keçirilən 11 sentyabr 2014-cü il tarixli, Y-272 saylı hərracdan və onun nəticələrindən xəbərləri olmuşdur. Hətta İddiaçı2 sonradan 03 oktyabr 2016-ci il tarixli, İ026KL16 saylı daxili lizinq müqaviləsi ilə vaxtilə onun götürmüş olduğu kredit müqaviləsi üzrə X3 məxsus olan ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 68,19 kv.m, yaşayış sahəsi 45,9 kv.m, yardımçı sahə 22,29 kv.m olan mənzillə əlaqədar onunla bank arasında lizinq müqaviləsi bağlanmışdır. Bütün bunlar onu göstərir ki, iddiaçıların ən azından 11 sentyabr 2014-cü il tarixindən hazırda mübahisələndirilən Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyriyaşayış sahəsi (sexi) ilə bağlı hərracdan xəbərləri olmuşdur. Məlum olur ki, 11.09.2014-cü ildən iddia ərizəsinin məhkəməyə daxil olduğu 28.09.2021-ci il tarixinədək 7 ildən çox vaxt keçmişdir. Göründüyü kimi qanunun mənasına görə iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları 11.09.2014-cü ildə bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüquqları olduğu halda bu hüquqdan istifadə etməyərək 7 il sonra yəni, həmin müddət keçdikdən sonra bu hüququ itirdikdən sonra məhkəməyə müraciət etmişlər. Məhkəmə hesab edir ki, 11 sentyabr 2014-cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-272 nömrəli yekun protokolun etibarsız hesab edilmədiyi halda iddia digər hissələrdə də, yəni həmin protokolun icrası ilə əlaqədar Şəki rayonu üzrə İcra Şöbəsi tərəfindən qəbul edilmiş bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsi, həmin sənədlər əsasında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyriyaşayış sahəsi (sexi) ilə bağlı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi və həmin qeyri-yaşayış binasından istifadə etməklərinə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən edilən maneələrin aradan qaldırılması hissələrində də əsaslı hesab edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 ASC-nə, Cavabdeh4-nə, Cavabdeh1, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı“ Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sexi) ilə bağlı Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 11 sentyabr 2014-cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-272 nömrəli yekun protokolun etibarsız hesab edilməsi və həmin protokolun icrası ilə əlaqədar Şəki rayonu üzrə İcra Şöbəsi tərəfindən qəbul edilmiş bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsi, həmin sənədlər əsasında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sexi) ilə bağlı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyətlərində olan həmin qeyriyaşayış binasından istifadə etməklərinə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən edilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməlidir. İddianın təmin edilməməsi nəzərə alınaraq iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu xərci onların özünə aid edilməlidir. Şəki Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2(075)-108/2022 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 ASC-nə, Cavabdeh4-nə, Cavabdeh1, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı“ Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyriyaşayış sahəsi (sexi) ilə bağlı Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 11 sentyabr 2014-cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-272 nömrəli yekun protokolun etibarsız hesab edilməsi və həmin protokolun icrası ilə əlaqədar Şəki rayonu üzrə İcra Şöbəsi tərəfindən qəbul edilmiş bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsi, həmin sənədlər əsasında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sexi) ilə bağlı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyətlərində olan həmin qeyri-yaşayış binasından istifadə etməklərinə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən edilən maneələrin aradan qaldırılması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 özlərinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 144, 146 və 337-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan Şəki rayon məhkəməsinin 29 avqust 2012-ci il tarixli 2(075)-8/2012 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı1 arasında bağlanmış 18 noyabr 2009-cu il tarixli, AK 202/2009 nömrəli kredit müqaviləsindən irəli gələn, ödənilməmiş 30348 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 12761 manat məbləğində faizlər üzrə borc və 10000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 53109 manat məbləğində borc cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər İddiaçı1 və İddiaçı2 tutulacaq məbləğ öhdəliyinin təminətı kimi cavabdeh X7 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri X22 prospektində istifadədə olan, 0,09273 hektar torpaq sahəsində yerləşən, 193A nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 63,5 kvadrat metr ümumi, 35,2 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 32 nömrəli mənzilə cavabdeh X3 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan, 0,0844 hektar torpaq sahəsində yerləşən, 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 68,19 kvadrat metr ümumi, 45,9 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə və cavabdeh X1 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 4ndə icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasına yönəldilməsi, həmin yaşayış və qeyri-yaşayış (sex) binaları açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilən vəsait cavabdehlər İddiaçı1 və İddiaçı2 Məmməddəsən oğlunun iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə olan borclarının ödənilməsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh X7 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri X22 prospektində istifadədə olan, 0,09273 hektar torpaq sahəsində yerləşən, 193A nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 63,5 kvadrat metr ümumi, 35 2 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 32 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 30000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh X4 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri Sabit Rəhman küçəsində istifadədə olan, 0,0844 hektar torpaq sahəsində yerləşən, 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5- ci mərtəbəsində yerləşən 68,19 kvadrat metr ümumi, 45,9 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 25000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş və cavabdeh İddiaçı3 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 4ndə icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasının hərracda ilkin satış qiyməti 30000 manat müəyyən edilməsi, iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı 900 manat məbləğində xidmət haqqı cavabdehlər X2 və İddiaçı2 müştərək qaydada alınaraq müstəqil qiymətləndirici "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 29 avqust 2012-ci il tarixli 2(075)-8 saylı icra vərəqəsindən görünür ki, ipoteka ilə yüklü edilmiş və cavabdeh İddiaçı3 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, Salman Mümtaz küçəsində icarəsində olan 0,1 hektar torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kvadrat metr ümumi, 96,4 kvadrat metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasının hərracda ilkin satış qiyməti 30000 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Cavabdeh1 01 oktyabr 2012-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, borclular İddiaçı1 və qeyrisindən 53109 AZN borc və 20 manat dövlət rüsumu alınaraq Cavabdeh2 ASC-nə ödənilməsi müəyyən edilmişdir. İş üzrə icraata başlanılması qərara alınmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən 05 yanvar 2022-ci il tarixdə verilmiş 27 noyabr 2013-cü il tarixli 77/2 saylı məktubdan görünür ki, cavabdehlər İddiaçı1 və İddiaçı2 tutulacaq məbləğ öhdəliyin təminatı kimi cavabdeh X7 tam mülkiyyət hüququ ilə məxsus olan, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində istifadədə olan, 0,9273 ha torpaq sahəsində yerləşən, 193 A nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 63,5 kv metr ümumi, 35,2 kv metr yaşayış sahəsindən ibarət 3 otaqlı 32 nömrəli mənzilə, cavabdeh X3 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, Sabit Rəhman küçəsində istifadədə olan 0,0844 ha torpaq sahəsində yerləşən 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5ci mərtəbədə yerləşən 68,19 kv metr ümumi, 45,9 kv metr yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə və cavabdeh İddiaçı3 tam mülkiyyət hüququ ilə məxsus olan, ünvan 4ndə icarəsində olan 0,1 ha torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kv metr ümumi, 96,4 kv metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binasına yönəldilməli və həmin yaşayış və qeyri-yaşayış (sex) binaları açıq hərracda satış yolu ilə realizə edilməlidir. Satışdan əldə edilən vəsait cavabdehlər İddiaçı1 və İddiaçı2 iddiaçı Cavabdeh2 ASC-nə olan borclarının ödənilməsinə yönəldilməlidir. Göstərilən borcun ödənilməsi üçün tələb X5 tam mülkiyyətində olan evin ilkin satış qiyməti 30000 (otuz min) manat, X3 məxsus evin ilkin satış qiyməti 25000 (iyirmi beş min) manat, İddiaçı3 məxsus olan qeyri-yaşayış (sex) binasının ilkin satış qiyməti 30000 (otuz min) manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş 11 sentyabr 2014cü il tarixli, Y-272 saylı hərracın nəticələri haqqında protokoldan görünür ki, İddiaçı3 tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki şəhəri, Salman Mümtaz küçəsində icarəsində olan 0,1 ha torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kv.m ümumi, 96,4 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binası 15% endirimlə 19125 (on doqquz min bir yüz iyirmi beş) manat məbləğə hərracla Cavabdeh2 ASC-yə satılmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş 11 sentyabr 2014cü il tarixli müqavilədən görünür ki, İddiaçı3 tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki şəhəri, Salman Mümtaz küçəsində icarəsində olan 0,1 ha torpaq sahəsində yerləşən 3 girişli, 96,4 kv.m ümumi, 96,4 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (sex) binası 15% endirimlə 19125 (on doqquz min bir yüz iyirmi beş) manat məbləğə hərracla Cavabdeh2 ASC-yə satılmışdır. İşdə olan 11 sentyabr 2014-cü il tarixli, Y-273 saylı hərracın nəticələri haqqında protokoldan görünür ki, X3 məxsus olan, ünvan 3 ünvanında yerləşən mənzil 15% endirimlə 15938 (on beş min doqquz yüz otuz səkkiz) manat məbləğə hərracla Cavabdeh2 ASC-yə satılmışdır. İşdə olan 11 sentyabr 2014-cü il tarixli müqavilədən görünür ki, X3 məxsus olan, ünvan 3 ünvanında yerləşən mənzil 15% endirimlə 15938 (on beş min doqquz yüz otuz səkkiz) manat məbləğə hərracla Cavabdeh2 ASC-yə satılmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Cavabdeh1 17 noyabr 2014-cü il tarixli, 7361/1 saylı məktubdan görünür ki, Şəki rayon məhkəməsinin 2(075)-8 saylı, 29 avqust 2012-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclular İddiaçı1 və İddiaçı2 tutulacaq məbləğ, öhdəliyin təminatı kimi X3 tam mülkiyyət hüququ üzrə məxsus olan, Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən 73 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5- ci mərtəbəsində yerləşən 10 nömrəli mənzil Cavabdeh4-nin 22 sentyabr 2014-cü il tarixli, Y-273 nömrəli protokolu ilə, borclu İddiaçı3 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 4ndə yerləşən 1 mərtəbəli qeyri-yaşayış (sex) binası Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-nin 11 sentyabr 2014-cü il tarixli, Y-272 nömrəli protokolu ilə tələbkar Cavabdeh2 ASC-yə satılmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 08 oktyabr 2021-ci il tarixdə verilmiş 15 iyul 2021-ci il tarixli reyestr nömrəsi **********78-06301 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 96,4 kv.m olan qeyriyaşayış binası Cavabdeh2 ASC-nin mülkiyyətindədir. İşdə olan İddiaçı2 tərəfindən 26 oktyabr 2021-ci il tarixdə Cavabdeh2 ASC-nin rəhbərliyinə ünvanlamış olduğu ərizəsində bildirmişdir ki, o, 2009-cu ildə bankdan kredit götürərək atasına məxsus qeyri-yaşayış sahəsini və digər əmlakları ipoteka qoymuşdur. Ödəniş etməyə imkanı çatmadığı üçün kredit gecikməyə düşmüş və bank məhkəməyə müraciət etmişdir. 2014-cü ilin sentyabr ayında atası İddiaçı3 məxsus olan qeyri-yaşayış sahəsi və X4 məxsus olan evin hərracı olmuş, imkanı olmadığı üçün hərracda iştirak edib əmlakları ala bilməmişdir. Ona görə də mənzil və qeyri-yaşayış sahəsi bankın mülkiyyətinə keçmişdir. 2015-ci ildə bankla razılaşmaya əsasən bank qeyri-yaşayış sahəsinə toxunmamış, əvəzində evin birini banka vermişdir. İmkanı olmadığı üçün bankdan xəbərsiz olsa da 2020-ci ilin mart ayında qeyri-yaşayış sahəsini “Omid” şirkətlər qrupuna icarəyə vermişdir. “Omid” şirkətlər qrupu təmir xərclərinə görə ona 2021- ci ilin noyabr ayından ona ödəniş etməyə başlayacaqdır. Hərracın ləğvi barədə iddianı vaxt qazanmaq üçün qaldırmamışdır. Əgər razılaşsalar, məhkəmə qətnaməsi üzrə borcunu hər ay 1500 manat olmaqla 2022-ci ilin sonuna kimi ödəməyi öhədəsinə götürəcəkdir. İşdə olan 22 dekabr 2021-ci il tarixli 1/2540 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində müraciətinizə aidiyyəti üzrə baxılmış və məlum olmuşdur ki, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-də keçirilmiş hərracların nəticələri haqqında yekun protokollar Milli Arxiv İdarəsinə və onun tabeliyində olan qurumlara təhvil verilməmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 06 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibnə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydasının 4-cü bəndinə uyğun olaraq, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-də yaradılmış ekspert komissiyasının üzvləri tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısnın müvafiq bəndlərinə istinad edilərək sözü gedən qurumun saxlanma müddətləri başa çatmış və əməli əhəmiyyətini itirmiş, mübahisəli istintaq və məhkəmə işləri tam yekunlaşmış sənədlərinin (o cümlədən 2014-cü ildə keçirilmiş hərracların nəticələri haqqında yekun protokolların və onlara əlavə edilmiş sənədlərin) məhv edilmək üçün ayrılması barədə 20 oktyabr 2021-ci il tarixində akt tərtib edilmişdir. Saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında akta daxil edilmiş sənədlər dövlət mühafizəsinə təhvil verilmir, adı çəkilən qaydaların 11-ci bəndinə əsasən həmin sənədlər məhv edilə və ya təkrar xammal emalı müəssisələrinə verilə bilər. Qətnаmədən nаrаzı qаlаn İddiaçı3 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 29 avqust 2012-ci tarixli, 2 (075)-8/2012 saylı məhkəmə qətnaməsi üzrə ödənilməli olan borc liziq müqaviləsinə yönəldilmişdir, yəni bununla bağlı aralarında lizinq müqaviləsi bağlanmışdır. Qətnamə ilə müəyyən edilmiş həmin borcun lizinq müqaviləsi ötürülməsi zamanı Məmmədhəsən Ramazan oğluna məxsus olan, Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin (sexin) ipotekadan azad edilməsi razılaşdırılmışdır. Qeyd edilən Şəki Rayon Məhkəməsinin 29 avqust 2012-ci tarixli, 2 (075)-8/2012 saylı məhkəmə qətnaməsi üzrə ödənilməli olan borc liziq müqaviləsinə yönəldilsə də və bununla bağlı razılıq əldə edilsə də, Şəki Rayon Məhkəməsinin 29 avqust 2012-ci tarixli, 2 (075)-8/2012 saylı məhkəmə qətnaməsi üzrə məlumatım olmadan ipotekaya qoyulmuş əmlak təkrarən borcun əvəzinə bankın adına rəsmiləşdirilmişdir. Bundan başqa Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 11 sentyabr 2014-cü il tarixdə Şəki Rayon İcra Şöbəsinin sifarişi ilə hərrac keçirilmiş və Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sex) Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti 19125 manata almışdır. Həmin hərracın nəticələrini qanunsuz hesab edir. Belə ki, borclunun ipoteka ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi halda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşması etibarsızdır. Mülkiyyətlərində olan Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (sex) birbaşa Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçmişdir. Bundan başqa açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti ipoteka saxlayanla borclu arasında qarşılıqlı razılıq əsasında müəyyən edilməlidir. Bu sahədə razılıq əldə edilmədikdə qiymətləndirmə ilə məşğul olan şəxsə müraciət etməlidirlər. Hərracı keçirən şəxslər qanunun tələblərini pozaraq onun mülkiyyətində olan qeyri-yaşayış binasının həddindən artıq çox aşağı qiymətə satmışlar. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsini (sex) almaq hüququ yox, həmin əmlakın satılmasını tələb etmək hüququ olmuşdur. Mülkiyyətçi kimi hərracla bağlı məlumatı olmamışdır. Nəticədə əmlakı daha ucuz qiymətə satılmışdır. Bununla da mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Mülkiyyətində olan əmlakla əlaqədar hərrac İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun müəyyən edilmiş qaydalarını pozmaqla keçirilmişdir. Mülkiyyətində olan, Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyriyaşayış sahəsi (sexi) ilə bağlı Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 11 sentyabr 2014-cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-272 nömrəli yekun protokol qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinin pozulması ilə keçirilsə də, Şəki rayonu üzrə İcra Şöbəsi bu pozuntuları diqqətə almamış, icra mərhələsində icranın bir qolu olaraq aparılmış hərrac məsələsində öz hərəkətsizliyi ilə belə bir hərracın keçirilməsinə şərait yaratmış, qeyd edilən qanun pozuntuları ilə aparılmış hərraıcın nəticələrinə dair yekun protokolu sənəd kimi qəbul etmiş, ümumiyyətlə icra sənədinin icrası olaraq hərracın aparılma qaydasının düzgün təşkil edilməsinə nəzarət etməmiş, həmin protokol əsasındsa qanunsuz olaraq hüquq müəyyən edici sənədlər qəbul etmişdir. Eyni zamanda, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti də bu fürsətdən istifadə edərək, müliyyətində olan qeyri-yaşayış sahəsinin dolayısı yolla öz mülkiyyətinə keçirmiş və onu mülkiyyətində olan öz əmlakından istifadəsinə maneə yaradır. Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş həmin tikilinin daha az hissəsinə əvvəlcədən çıxarış alınmış və tikilinin əsas bir hissəsi qanunsuz tikili kimi inşa edilməklə bununla bağlı müvafiq çıxarış alınmamışdır. Lakin, tam bir binanın hüquqmüəyyənedici sənədi olmadığı halda, həmin qeyri-yaşayış sahəsinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən hansı əsaslarla başqa bir hüquqi şəxsin adına sənədləşdirilməsi də məlum deyildir. Bu zaman ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən faktiki inşa edilmiş tikiliyə yerində baxış keçirilməli və tikilinin mövcud çıxarış əsasında koordinantlarının yerində olub-olmadığı dəqiqləşdirildikdən, yəni müəyyən ölçmə işləri aparıldıqdan sonra digər hərəkətlər aparıla bilərdi. Lakin, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələbləri, o cümlədən bununla bağlı müəyyən edilmiş qaydalar kobud surətdə pozulmuşdur. Ona görə də, Şəki Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2(075)-108/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X20 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2(075)-108/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçılar İddiaçı3, İddiaçı1, cavabdehlər Cavabdeh1 nümayəndəsi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi və Cavabdeh4-nin nümaynədəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qərarlar: T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Plenumun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Həmçinin Plenum qərarında qeyd edilmişdir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. (Eyni mövqe B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.03.2020-ci il tarixli Qərarının məzmununda da göstərilmişdir.) Yuxarıda sadalanan Plenum qərarları qeyd edir ki, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçı3 Şəki Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2(075)-108/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin 29 avqust 2012-ci tarixli, 2 (075)-8/2012 saylı məhkəmə qətnaməsi üzrə ödənilməli olan borcun lizinq müqaviləsinə yönəldilməsi, yəni bununla bağlı aralarında lizinq müqaviləsi bağlanması, qətnamə ilə müəyyən edilmiş həmin borcun lizinq müqaviləsinə ötürülməsi zamanı Məmmədhəsən Ramazan oğluna məxsus olan, Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin (sexin) ipotekadan azad edilməsinin razılaşdırılması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, qeyd olunanları və onların icrasını təsdiq edəcək heç bir sübut mülki işin materiallarında mövcud deyildir. Hərracı keçirən şəxslərin qanunun tələblərini pozaraq onun mülkiyyətində olan qeyriyaşayış binasını həddindən artıq çox aşağı qiymətə satmaları, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsini (sex) almaq hüququ yox, həmin əmlakın satılmasını tələb etmək hüququnun olması, mülkiyyətçi kimi hərracla bağlı məlumatının olmaması ilə bağlı göstərilənlər İddiaçı2 tərəfindən 26 oktyabr 2021-ci il tarixdə Cavabdeh2 ASC-nin rəhbərliyinə ünvanlamış olduğu ərizə ilə təkzib olunur. Belə ki, həmin ərizədə bildirilmişdir ki, o, 2009cu ildə bankdan kredit götürərək atasına məxsus qeyri-yaşayış sahəsini və digər əmlakları ipoteka qoymuşdur. Ödəniş etməyə imkanı çatmadığı üçün kredit gecikməyə düşmüş və bank məhkəməyə müraciət etmişdir. 2014-cü ilin sentyabr ayında atası İddiaçı3 məxsus olan qeyri-yaşayış sahəsi və X4 məxsus olan evin hərracı olmuş, imkanı olmadığı üçün hərracda iştirak edib əmlakları ala bilməmişdir. Ona görə də mənzil və qeyri-yaşayış sahəsi bankın mülkiyyətinə keçmişdir. 2015-ci ildə bankla razılaşmaya əsasən bank qeyriyaşayış sahəsinə toxunmamış, əvəzində evin birini banka vermişdir. İmkanı olmadığı üçün bankdan xəbərsiz olsa da 2020-ci ilin mart ayında qeyri-yaşayış sahəsini “Omid” şirkətlər qrupuna icarəyə vermişdir. “Omid” şirkətlər qrupu təmir xərclərinə görə ona 2021- ci ilin noyabr ayından ona ödəniş etməyə başlayacaqdır. Hərracın ləğvi barədə iddianı vaxt qazanmaq üçün qaldırmamışdır. Əgər razılaşsalar, məhkəmə qətnaməsi üzrə borcunu hər ay 1500 manat olmaqla 2022-ci ilin sonuna kimi ödəməyi öhədəsinə götürəcəkdir. Daha sonra, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş həmin tikilinin daha az hissəsinə əvvəlcədən çıxarış alınması və tikilinin əsas bir hissəsi qanunsuz tikili kimi inşa edilməklə bununla bağlı müvafiq çıxarışın alınmaması, lakin, tam bir binanın hüquqmüəyyənedici sənədi olmadığı halda, həmin qeyri-yaşayış sahəsinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən hansı əsaslarla başqa bir hüquqi şəxsin adına sənədləşdirilməsinin məlum olmaması barədə göstərilənlərə münasibət bildirilərək qeyd edilir ki, Azərbaycan Respublikası İpoteka haqqında Qanununun 25-ci maddəsində ipoteka qoyanın hüquq və vəzifələri müəyyən edilmişdir ki, həmin maddədə ipoteka qoyanın hüquqlarına ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildiyi hal istisna olmaqla, ipoteka qoyulmuş əşyaya sahib olmaq və təyinatına uyğun olaraq ondan istifadə etmək; ipoteka qoyulmuş əşyanı vəsiyyət etmək; bu Qanunun 30-cu maddəsinə uyğun olaraq ipoteka predmetinə sərəncam vermək; və ipoteka saxlayan ipoteka predmetinin saxlanmasını və ondan istifadə olunmasını lazımi qaydada təmin etmədikdə, ipotekaya xitam verilməsini və əsas öhdəliyin vaxtından əvvəl icrasının qəbul edilməsini məhkəmə qaydasında ipoteka saxlayandan tələb etmək daxildir. Həmin maddəyə əsasən ipoteka qoyanın ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək; ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək; ipoteka predmeti olan əşya ilə bağlı vergilər, kommunal xərclər və bu kimi digər öhdəlikləri ödəmək; ipoteka predmetinə tutma yönəldildikdə həmin əşyanı almaq istəyən şəxslərə ipoteka predmetinə yerində baxış keçirmək üçün şərait yaratmaq; bu Qanunun 30.6-cı və 38.2-ci maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayandan əsas öhdəliyin həcmi barədə arayış alaraq notariusa təqdim etmək vəzifələri vardır. Göründüyü kimi, həmin maddədə ipoteka saxlayanın razılığı alınmadan ipoteka qoyanın ipoteka predmetinin üzərində hər hansı dəyişdirmə, genişləndirmə, yenidənqurma və s işlərin aparılması hüququ yoxdur. İpoteka qoyan tərəfindən ipoteka saxlayanın razılığı olmadan ipoteka predmetində edilmiş hər hansı əlavə və dəyişikliyə görə ipoteka qoyanın ipoteka saxlayana qarşı tələb hüququ yoxdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2(075)-108/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2(075)-108/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar