Məhkəmə qərarları › İş №2(107)-689/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-689/2022

18.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-689/2022 18.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və DƏDRX 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1, Cavabdeh2nə və DƏDRX 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(046)-36/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı3, X5, İddiaçı2, İddiaçı1 ilə Cavabdeh1l arasında 03.03.2017-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Abdullayevə Gülxar] Bahadur qızı, X5, İddiaçı2, İddiaçı1 onlara xüsusi mülkiyyət hüququ əsasında məxsus olan! Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsini 4000 manata Cavabdeh1 satmışlar. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış - Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair 03.03.2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 adına verilmiş Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılaraq boş vəziyyətdə onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddianı müdafiə edərək göstərmişlər ki, onun və digər iddiaçıların mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsini Cavabdeh1 satmaq barədə 4.000 manata razılaşsalar da, alqı-satqı zamanı cavabdeh onları aldatmış, onlara çatası 4.000 manatı verməmişdir. Bununla bağlı Göyçay rayon İHBnın Potu kəndi üzrə nümayəndəsi Nizami Vəliyevə zəng edərək bildirmiş, az sonra sonuncu bizə zəng edib əmin etmişdir ki, “Məqsədlə danışdı, 2- 3 saatdan sonra sizin pulunuzu çatdıracaq, arxayınlıqla müqaviləni imzalayın” deməsindən sonra Məqsədə inanaraq 4.000 manatı almadığımız halda 03.03.2017-ci il tarixli müqaviləyə imza etmişik. Bu hal, xususat və ya fakt bizdən başqa təmamilə kənar rəsmi şəxs Nizami Vəliyevin həm Göyçay rayon prokurorluğunda aparılan araşdırma zamanı verdiyi izahatı, həm də bizim “müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəmiz” üzrə birinci instansiya məhkəmə iclasında verdiyi şahid ifadəsi ilə təsdiqini tapmışdır. Hansı ki, həmin sübut növü sözügedən iddia tələbi üzrə bütün məhkəmə aktlarında mötəbər sübut növü kimi qeyd edilib. Cavabdeh1 alqı-atqı zamanı bizə 4.000 manatı verməməsi onun özünün Göyçay rayon Prokurorluğunda aparılan araşdırma zamanı verdiyi izahatı ilə də təsdiqini tapıb. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2(107)- 3017/2018 saylı qətnaməsindən 6-cı səhifəsinin 4-cü abzasında şərh edilən sübut növündən görünür ki, "alqı-satqı olduqdan sonra Kamil Avdullayevin ona olan 2030 manat pulunu həmin torpaqla əvəz etdiyini, bu barədə razılaşdıqlarını, daha sonra torpağın sənədlərini götürüb evinə gəldiyini” göstərmişdir.Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər iddiaçılara məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçılar məhkəmə baxışında iştirak etməmişdir. Cavabdeh Göyçay rayon xüsusi notariusu X9 izahat verərək göstərmişdir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 notariat kontoruna müraciət edərək mülkiyyətlərində olan Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsini Cavabdeh1 4000 manata satmaq istədiklərini bildirmişlər.Onların müraciəti təmin edilmiş, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və tərəfindən təsdiq edilmişdir. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilə üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləği beş min beş yüz manatdan artıq olmadığından vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinin dəyərini tam şəkildə cavabdehdən aldıqlarını, bununla bağlı hər hansı bir mübahisənin olması barədə ona məlumat verməmişlər. Alqı-satqı müqaviləsi tərəflərin həqiqi iradə ifadəsinə uyğun olduğu üçün tərəfindən təsdiq edilmişdir. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 notariat kontoruna müraciət edərək mülkiyyətlərində olan Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsini Cavabdeh1 4000 manata satmaq istədiklərini bildirmişlər. Tərəflər arasında Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 aldığı torpaq sahəsinin dəyərinin, yəni 4000 manat pulun 2030 manat hissəsini ona borclu olduqları pulla əvəzləşdirdiyini, qalan hisəssini isə qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Bundan sonra tərəflər arasında sözügedən torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi ilə bağlı mübahisə yaranmış, hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Cavabdeh1 qarşı 03.03.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı əsaslı hesab etsə də, apellyasiya və kassasiya instansiya məhkəməsi iddianı əsaslı hesab etməmiş, buna səbəb kimi isə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə zəmin yaradan hər hansı halın olmadığını göstərmiş, eləcə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-7092/2019 saylı 13.11.2019-cu il tarixli qərarında hazırki əqd üzrə torpağın dəyərinin ödənilməməsi və ya müqavilə bağlanan vaxt ödənilməməsi əqdin etibarsızlığı üçün deyil, pulu ödəmək vəzifəsi daşıyan şəxsin həmin torpağın dəyərini ödəməməsi sübuta yetirildiyi halda, müqavilənin ləğvi və ya müqavilə üzrə pulun ödənilməsi tələbinin irəli sürülməsi üçün əsas ola biləcəyini göstərmişdir. Bundan sonra iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçılar Azərbaycan Republikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh1 təklif ünvanlayaraq Göyçay rayon Potu kəndində yerləşən 1.69 ha torpaq sahəsinə dair bağlanmış 03.03.2017-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsini bildirmiş, 10 gün müddət ərzində təklifə münasibət bildirilməsi xahiş olunmuşdur. Cavabdeh1 iddiaçılar tərəfindən ona ünvanlanmış təklifi 08.06.2020-ci il tarixdə alsa da, 10 gün müddət ərzində təklifə qarşı münasibət bildirməmişdir. İddiaçı1 Göyçay rayon prokurorluğuna müraciəti əsasında toplanmış HK-1- 316 saylı rədd materialında olan Cavabdeh1 izahatında o, İddiaçı3, İddiaçı2, İddiaçı1 ilə 2017-ci ilin mart ayında Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair alqısatqı etmək üçün notariat kontoruna gəldiklərini, həmin vaxt torpaq onun adına keçirildiyini, buna görə 800 manat xərci çıxdığını, alqı-satqı olduqdan sonra İddiaçı1 ona olan 2030 manat pulunu həmin torpaqla əvəz etdiyini, bu barədə razılaşdıqlarını, daha sonra torpağın sənədlərini götürüb evə gəldiyini göstərmişdir. İşin hallarından görünür ki, mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin dəyərini yəni, 4000 manat pulu sonunculara ödənilməmiş, bununla da götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Göyçay Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(046)-36/2022 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, Cavabdeh1 ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında bağlanmış - Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair 03.03.2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 adına verilmiş Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinə dair X10 ilə X6 arasında bağlanmış Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixli (4 Ə-1035 reyestrlə təsdiqlənmiş) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Komitəsi yanında DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən cavabdeh X3 adına verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, Cavabdeh1 Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsindən çıxarılması, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 423 və 567-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Məhkəməyə təqdim edilmiş 03.03.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçılar İddiaçı1, İddiaçı2, X5 və İddiaçı3 mülkiyyətlərində olan Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsini 4000 manata Cavabdeh1 satmışlar. Məhkəməyə təqdim edilmiş Şəki Apellyasyiya Məhkəməsinin 2(107)-3017/2018 saylı 19.12.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sübutlardan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dovlət Komitəsi yanında Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsi 10.03.2017-ci il tarixdə mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. X2, X5, İddiaçı2, İddiaçı1 ilə Cavabdeh1l arasında 03.03.2017-ci ildə bağlanmış alqısatqı müqaviləsinə əsasən Abdullayevə Gülxar] Bahadur qızı, X5, İddiaçı2, İddiaçı1 onlara xüsusi mülkiyyət hüququ əsasında məxsus olan! Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsini 4000 manata Cavabdeh1 satmışlar. İddiaçı1 Göyçay rayon prokurorluğuna müraciəti əsasında toplanmış HK-1-316 saylı rədd materialında olan Cavabdeh1 izahatında o, İddiaçı3, İddiaçı2, İddiaçı1 ilə 2017-ci ilin mart ayında Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair alqısatqı etmək üçün notariat kontoruna gəldiklərini həmin vaxt torpaq onun adına keçirildiyini, buna görə 800 manat xərci çıxdığını, alqı-satqı olduqdan sonra İddiaçı1 ona olan 2030 manat pulunu həmin torpaqla əvəz etdiyini, bu barədə razılaşdıqlarını, daha sonra torpağın sənədlərini götürüb evə gəldiyini göstərmişdir. Məhkəməyə təqdim edilmiş Ali Məhkəmənin 2(102)-7092/2019 saylı 13.11.2019-cu il tarixli qanuni qüvvəsin almış məhkəmə qərarı ilə müəyyən edilmiş hallardan görünür ki, hazırki əqd üzrə torpağın dəyərinin ödənilməməsi və ya müqavilə bağlanan vaxt ödənilməməsi əqdin etibarsızlığı üçün deyil, pulu ödəmək vəzifəsi daşıyan şəxsin həmin torpağın dəyərini ödəməməsi sübuta yetirildiyi halda, müqavilənin ləğvi və ya müqavilə üzrə pulun ödənilməsi tələbinin irəli sürülməsi üçün əsas ola bilər. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hazırki iş üzrə məhkəmə qərar qəbul edərkən, Göyçay rayon Prokurorluğunda toplanmış HK-1-316 saylı rədd materialına istinad edərək, qeyd etmişdir ki, guya Cavabdeh1 orada izahat verərək, 2017-ci il mart ayında Göyçay rayon Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair alqı-satqı etmək üçün notariat kontoruna gəldikləri həmin vaxt torpaq onun adına keçirildiyini, buna görə 800 manat xərci çıxdığını, alqı-satqı olduqdan sonra İddiaçı1 ona olan 2030 manat pulunu həmin torpaqla əvəz etdiyini, bu barədə razılaşdıqlarını, daha sonra torpağın sənədlərini götürüb gəldiyini göstərmişdir. Lakin, məhkəmə Cavabdeh1 tərəfindən qeyd edilən izahatları təhrif etmiş, düzgün qiymətləndirilməmişdir. Beləki, cavabdeh məhkəmədə və prokurorluq orqanında bildirmişdir ki, həmin torpağa görə ödəniş tam şəkildə edilmişdir. Belə olmasaydı iddiaçılar adı çəkilən alqı-satqı müqaviləsinin bağlanmasına razı olmazdılar. İndiki halda isə məhkəmə verilmiş izahatları iddiaçının xeyrinə təhrif edərək mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. İddiaçılarla cavabdeh arasında mübahisə, iddiaçıların Cavabdeh1 əlavə pul almaq, yəni əsassız varlanmaq xarakteri daşıyır. Buna görə də, Cavabdeh1 əsassız məhkəmə mübaisələrinə cəlb etmişlər. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(046)- 36/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 27 yanvar 2022ci il tarixli 2(046)-36/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh DƏDRX 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X4 izahat verərək qanuni qərar qəbul edilməsini xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı3, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 213.6-ci maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qərarlar: “M.Xocalıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09.07.2014-cü il tarixli Qərarında qeyd olunur ki, “MPM-in 82.3-cü maddəsinin mənasına görə tərəflərin əvvəlki məhkəmə prosesində malik olduqları prosessual statusdan (iddiaçı və ya cavabdeh qismində) asılı olmayaraq, onların iştirakı ilə qəbul edilmiş və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar mübahisələndirilmir və yenidən sübut edilmir. Bu əsasa görə də, Konstitusiya Məhkəməsi hesab etmişdir ki, apelyasiya və kassasiya instansiyaları məhkəmələri MPM-in 82.3-cü maddəsini tətbiq etməmiş, mübahisəli torpaq sahəsinin M.Xocalıyevin qanuni istifadəsində olması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən bunu sübut etməkdən azad olunan hal kimi qiymətləndirməmişlər. C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06.06.2014-cü il tarixli Qərarında da qeyd olunur ki, “Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qərarda həmçinin, qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz, bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasmı yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli Qərarında da qeyd olunur ki, “Azərbavcan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırdmış, qiymətləndirilmiş, tələbin və (və va) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” “M.Əzizovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 aprel 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 273-cü mаddəsinə əsаsən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(046)-36/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin onun izahatlarını təhrif etməsi, düzgün qiymətləndirməməsi, torpağa görə pulu tam şəkildə ödəməsi, iddiaçıların məqsədinin ondan əlavə pul almaqla əsassız varlanmaq olması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyator birinci instansiya məhkəməsinin iclas protokoluna onun izahatlarının təhrif olunması barədə qeydlər verməmiş, mübahisəli alqı-satqı müqaviləsi üzrə torpağın pulunu ödəməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmiş və bununla da, iddiaçıların əsassız varlanmaq niyyətlərinin olmasını sübut edə bilməmişdir. Baxmayaraq ki, həmin hissədə sübut etmə yükü onun üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2915/2019 saylı 18.04.2019-cu il tarixli məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X5 və İddiaçı3 mülkiyyət hüququ ilə özlərinə məxsus olan Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsini 03.03.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özlərinin iradə ifadəsi və könüllü istəklərinə uyğun qaydada 4.000 manata Cavabdeh1 satmış, cavabdeh də həmin torpaq sahəsini almışdır. Məhkəmə araşdırması zamanı həmçinin qeyd edilən müqavilə bəndləri öyrənilərkən müqavilə tərəfləri arasında alqısatqının predmeti olmuş torpaq sahəsi və onun dəyərinin ödənilməsi isə bağlı əlavə heç bir şərt göstərilməmişdir. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçılar və cavabdeh arasında Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair 03.03.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsi iddiaçılar tərəfindən 4.000 manata cavabdehə satılmış, 10 mart 2017-ci il tarixdə həmin torpaq sahəsinə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddaçılardan İddiaçı1 cavabdehin müqavilə dəyərini ödəmədiyini və müqavilə bağlamazdan əvvəl də həmin məbləği ödəmək niyyətinin olmadığını, onları aldadaraq əmlaklarını ələ keçirdiyini bildirərək hüquq mühafizə orqanlarına müraciət etmişdir. İddiaçı1 müraciəti əsasında Göyçay rayon Prokurorluğunda araşdırılma aparılmış, Cavabdeh1 izahat verərək İddiaçı1 ona 2.030 manat borcu olduğunu, həmin pulu torpaq sahəsi ilə əvəz etdiyini və onların bu barədə razılaşdıqlarını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2915/2019 saylı 18.04.2019-cu il tarixli məhkəmə qərarı hal-hazırda qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Eləcə də, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılımış, qiymətləndirilmiş tələbin (və ya etirazların) predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, hazırki iş üzrə iddia tələbi Cavabdeh1, Cavabdeh2nə və DƏDRX 16 saylı Ucar Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılaraq boş vəziyyətdə iddiaçılara təhvil verilməsi barədə olduğu halda, Göyçay Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(046)-36/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilərkən qətnamənin nəticə hissəsində Cavabdeh1 ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında bağlanmış - Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair 03.03.2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 adına verilmiş Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsindən çıxarılması ilə yanaşı 4-cü və 5-ci abzaslar hazırki işə aid olmayan “Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinə dair X10 ilə X6 arasında bağlanmış Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixli (4 Ə-1035 reyestrlə təsdiqlənmiş) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”, “Əmlak Məsələləri Komitəsi yanında DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən cavabdeh X3 adına verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi” kimi iki artıq cümlə yazılmışdır ki, həmin hissə qətnamədən xaric edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyаsı hesаb edir ki, Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(046)-36/2022 nömrəli qətnaməsi qətnamənin nəticə hissəsində səhvən yazılmış “Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinə dair X10 ilə X6 arasında bağlanmış Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixli (4 Ə-1035 reyestrlə təsdiqlənmiş) alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, Əmlak Məsələləri Komitəsi yanında DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən cavabdeh X3 adına verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarış ləğv edilsin” cümlələri çıxarılmaqla dəyişdirilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdrilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(046)-36/2022 nömrəli qətnaməsi qətnamənin nəticə hissəsində səhvən artıq yazılmış hazırki işə aidiyyəti olmayan “Göyçay rayonu Xəlitli kəndində yerləşən 2.30 ha torpaq sahəsinə dair X10 ilə X6 arasında bağlanmış Göyçay rayon DNK tərəfindən 27 oktyabr 2006-cı il tarixli (4 Ə-1035 reyestrlə təsdiqlənmiş) alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, Əmlak Məsələləri Komitəsi yanında DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən cavabdeh X3 adına verilmiş reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan çıxarış ləğv edilsin” cümlələri çıxarılmaqla dəyişdirilsin. Qətnamə mübahisələndirilən hissədə dəyişdrilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar