Məhkəmə qərarları › İş №2(107)-69/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-69/2022

02.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-69/2022 02.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh1 nümaynədəsi və vəkili X13 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və maraqlı şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "çıxarışın etibarsız hesab olunması və vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsindən İddiaçı nümayədəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsi ilə (X49) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və maraqlı şəxs Qəbələ regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə qarşı “Çıxarışın etibarsız hesab olunması və vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və maraqlı şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "çıxarışın etibarsız hesab olunması və vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qanunsuz və əsassız əldə olunmuş Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş 26.09.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunması və mərhum anasından miras qalmış Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsi 39 ünvanındakı əmlaka vəsiyyətnamə üzrə 2/1 hissədə miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 02 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən əldə olunmuş Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş 26.09.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın qismən, yəni daşınmaz əmlakın növü – fərdi yaşayış evi və daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) – 79.7 hissəsində etibarsız olunması və mərhum anasından miras qalmış Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsi 39-kı daşınmaz əmlak olan tikililər (birmərtəbəli, iki otaqlı, iki aynabəndli ev, təndir evi, hamam, mal tövləsi və digər əmlaklar) üzərində vəsiyyətnamə üzrə 2/1 hissədə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X15 xx.xx.1962-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra, 1980-cı ildən 1986-cı ilə kimi Azərbaycan Neft və Sənaye Universitetində ali təhsil almışdır. 1988-ci ildə X20 ilə nikaha daxil olmuş və soyadını Həsənova kimi qeyd etdirmiş və həmin evlilikdən iki övladı olmuşdur. Valideynləri – X12 1924-cü ildə anadan olmuş və 15.06.1981-ci ildə ürək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. X3 1927-ci ildə anadan olmuş və 20.06.1991-ci ildə insult, hipertoniya xəstəliyindən Qəbələ şəhərində vəfat etmişdir. Ailədə 7 övlad olmuşlar. Bacısı – X21 02.03.1950-ci ildə anadan olmuş və 02.10.2019-cu il tarixdə vəfat etmişdir. Qardaşı – X26 18.02.1952-ci ildə anadan olmuş və 18.04.2008-ci ildə vəfat etmişdir. X4 11.02.1953-cü ildə anadan olmuş və ha-hazırda yaşayır. X5 05.06.1956-cı ildə anadan olmuş və hal-hazırda yaşayır. X6 28.09.1958-ci ildə anadan olmuş və 15.03.1995-ci il tarixdə vəfat etmişdir. X2 07.03.1964-cü ildə anadan oluş, hal-hazırda yaşayır. X12 vəfat etikdən sonra atasının adına olan əmlaklar X3nın adına keçmiş və 03.05.1989-cu il tarixdə Qəbələ rayon Notariat kontorunda vəsiyyətnamə tərtib olunmuş, həmin vəsiyyətnaməyə əsasən vəfat edəcəyi gündə ona məxsus birmərtəbəli, iki otaqlı, iki aynəbədli evini, təndir evini, hamamı, mal tövləsini və digər əmlaklarını qızlarına, yəni X10 və bacısı, X11 bərabər şəkildə vəsiyyət etmişdir. Anası vəfat etdiyi gündən sonra ona məxsus yaşayış evi, 0.07 ha torpaq sahəsi və digər tikililər miras qalmışdır. Həmçinin, o, valideynlərinə məxsus evdə yaşadığı zaman və ailə qurduqdan Bakı şəhərində yaşadıqdan sonra da bir övlad kimi anasına baxmış, xəstələndikdə müalicəsini, vəfat etdikdə dəfn xərclərini, yas mərasimini təşkil etmiş və sağlığında da ən sevimli övladı olmuşdur. Anası vəfat etdikdən sonra isə yaşadıqları evə hər il gedərək bir müddət ailəsi ilə birlikdə orada yaşamışdır. Hal-hazırda da məişət və mebel əşyaları oradadır. Lakin bir neçə ay bundan əvvəl ona məlum olmuşdur ki, anasından qalmış ünvan 5-da miras əmlakı vəsiyyətnamə ilə vəsiyyət olunan digər bacısı Cavabdeh1 özünü və digər ailə üvlərini Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına ümumi birgə mülkiyyət əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 26.09.2019-cu il tarixdə, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarış əldə etmişdir. Onun isə sənədləşmədən xəbəri olmamışdır. Ona görədə də hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına qanunsuz əldə olunmuş Çıxarış etibarsız hesab olunaraq ləğv edilməli və mərhum anasından qalan miras əmlaka vəsiyyətnamə əsasında mülkiyyət payı müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib iddianın təmin edilməsi barədə (iddianın həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla) qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi, cavabdehlər Cavabdeh5 və Cavabdeh2 etibarnamə üzrə nümayəndələri Vəkil1 Nemət qızı məhkəmə iclasında iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, çıxarışın verilməsinə əsas Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə olmuşdur. Həmin şəhadətnamə işlənərkən yaşayış evi göstərilmiş və həmin sənədlər əsasında da tərəflər çıxarış almışdır. İddiaçı isə həmin hüquqmüəyənedici sənədi mübahisələndirməmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İş üzrə cavabdehlər Cavabdeh3, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və maraqlı şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh3, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin və maraqlı şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndələri məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Ona görə də məhkəmə işə, Cavabdeh3, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin və maraqlı şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Həmin qətnаmədən İddiaçı nümayədəsi və vəkili Vəkil2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayədəsi və vəkili Vəkil2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qəbələ rayon məhkəməsinin (X49) 2(025)-65/2021 saylı 02.04.2021-ci il tarixli qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Qəbələ rayon məhkəməsi (X49) işin hallarına düzgün qiymət verməmiş, tətbiq edilməli qanunu tətbiq etməmiş, tətbiq edilməməli qanunu isə tətbiq etmişdir. Belə ki, İddiaçı X12 15.06.1981-ci ildə vəfat etmişdir. X29 vəfat etikdən sonra onun adına olan əmlaklar iddiaçının X3nın adına keçmişdir. 03.05.1989-cu il tarixdə Qəbələ rayon Notariat kontorunda vəsiyyətnamə tərtib olunmuş, həmin vəsiyyətnaməyə əsasən, X16 vəfat edəcəyi gündə ona məxsus birmərtəbəli, iki otaqlı, iki aynəbədli evini, təndir evini, hamamı, mal tövləsini və digər əmlaklarını qızlarına, yəni iddiaçı Həsənova (Hacıyeva) Mehriban Çərkəz qızına və bacısı cavabdeh X11 bərabər şəkildə vəsiyyət etmişdir. İddiaçının X3 20.06.1991-ci ildə vəfat etmişdir. Anası vəfat etdiyi gündən sonra ona məxsus yaşayış evi, 0.07 ha torpaq sahəsi və vəsiyyətnamədə qeyd olunmuş digər tikililər miras qalmışdır. İddiaçı anasının dəfn xərclərini, yas mərasimini təşkil etmişdir. Anası vəfat etdikdən sonra iddiaçı vəsiyyətnamədə qeyd olunmuş miras qalmış evdə uzun müddət ailəsi ilə birlikdə yaşamışdır. Hal-hazırda da iddaçıya məxsus məişət və mebel əşyaları vəsiyyətnamədə qeyd olunmuş miras qalmış evdədir. Beləliklə, iddiaçı Həsənova (Hacıyeva) Mehriban Çərkəz qızı 03.05.1989 cu il tarixli vəsiyyətnamədə qeyd olunmuş miras əmlakını faktiki olaraq qəbul etmişdir. Lakin buna baxmayaraq Qəbələ rayon məhkəməsi (X49) əsassız olaraq, iddiaçının mübahisəli əmlaka dair iddia qaldırmağa müvafiq subyektiv hüquqa malik olmamsı bərədə qanunsuz nəticəyə gəlmişdir. Bundan başqa, Qəbələ rayon məhkəməsi (X49) tamamilə qanunsuz olaraq qeyd etmişdir ki, 03.05.1989-cu il tarixli vəsiyyətnamədə qeyd olunmuş miras əmlakın iddiaçının anasının xüsusi mülkiyyətində olmuş miras əmlak olmasına dair hüquqmüəyyənedici (mülkiyyətin məxsusluğuna və statusuna dair) sənəd yoxdur. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən vəkil Nümayəndə ünvanlanmış 13 noyabr 2020-ci il tarixli, **********20 nömrəli məktubda göstərilmişdir ki, X18 adına Qəbələ şəhəri ərazisində 29.11.1962-ci il tarixli fərdi yaşayış evinə aid texniki pasport tərtib edilmişdir, lakin, həmin əmlak dekabr 1988-ci il tarixli texniki pasporta əsasən X8 adına keçmişdir. Hal-hazırda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid X8 adına tərtib edilmiş inventar nömrəsi 406- 1/204 olan "A" və "B" tikililəri üçün 1988-ci il tarixli texniki pasport vardır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən əldə olunmuş Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş 26.09.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın qismən, yəni daşınmaz əmlakın növü - fərdi yaşayış evi və daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) - 79.7 hissəsində etibarsız olunması və iddiaçının mərhum anasından miras qalmış Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsi 39-kı daşınmaz əmlak olan tikililər (birmərtəbəli, iki otaqlı, iki aynabəndli ev, təndir evi, hamam, mal tövləsi və digər əmlaklar) üzərində iddiaçının 2/1 hissədə vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümaynədəsi və vəkili X24 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, nümayədəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi və maraqlı şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı nümayədəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Apellyasiya Məhkəməsinin 2 mart 2022-ci il tarixli 2(107)-69/2022 nömrəli “Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsinin “Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş 26.09.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunması” tələbinə dair hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş 26.09.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunmasına aid hissəsində iş üzrə icraata xitam verilməsi ilə bağlı” qərardadı nəzərə alınmaqla, Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsi Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsi 39 ünvanındakı əmlaka vəsiyyətnamə üzrə 2/1 hissədə miras payının müəyyən edilməsinə dair iddianın rədd olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.İş materiallarında olan Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən 27 fevral 2015-ci il tаrixdə verilmiş RX seriyаlı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxаrışın surətindən müəyyən olunur ki, Cavabdeh1 adına ünvan 3 ünvanda, 0,07 ha torpaq sahəsində ümumi sahəsi 79.7 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reystrində 40 nömrəli reyestr kitabının 56ci vərəqində qeydiyyata alınmışdır. Mülk onunla birgə Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətindədir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 02 sentyabr 2020-ci il tarixdə verilmiş 82/69 nömrəli “Ölüm haqqında” arayışdan görünür ki, X19 02 iyun 1991-ci il tarixdə Qəbələ şəhərində “insult, hiperrtoniya” xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 02 sentyabr 2020-ci il tarixdə verilmiş 83/69 nömrəli “Ölüm haqqında” arayışdan görünür ki, X29 07 iyun 1981-ci il tarixdə Bakı şəhəri Səbail rayonunda “ürək çatmamazlığı”ndan vəfat etmişdir. İş materiallarında olan JN-1114F, kod 40601004 saylı «Torpağın mülkiyyətəverilməsinə dair şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə Qəbələ şəhərində X17, Cavabdeh3, X25 və X28 ümumi birgə mülkiyyətinə 0,07 həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Vəkil1 Nemət qızına ünvanlanmış 23 oktyabr 2020-ci il tarixli, **********96 nömrəli məktubda göstərilmişdir ki, Cavabdeh1 və digərlərinin ümumibirgə mülkiyyətində olan ünvan 5 ünvanında 0,07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi (q/n-********** olan 26.09.2019-cu il tarixli çıxarış) Qəbələ rayon AİK-nın 26.02.2001-ci il tarixli 03 saylı qərarına əsasən 4 (dörd) nəfərin adına tərtib edilmiş oktyabr 2002-ci il tarixli JN 1114F kod 40601004 olan “torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə” əsasında qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən vəkil Nümayəndə ünvanlanmış 13 noyabr 2020-ci il tarixli, **********20 nömrəli məktubda göstərilmişdir ki, X18 adına Qəbələ şəhəri ərazisində 29.11.1962-ci il tarixli fərdi yaşayış evinə aid texniki pasport tərtib edilmişdir, lakin, həmin əmlak dekabr 1988-ci il tarixli texniki pasporta əsasən X8 adına keçmişdir. Hal-hazırda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid X8 adına tərtib edilmiş inventar nömrəsi 406- 1/204 olan “A” və “B” tikililəri üçün 1988-ci il tarixli texniki pasport vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 148.2, 152.1, 178.1 və 182.1-ci maddələrinə, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə isə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Birinci instansiya məhkəməsi iddiaçının “Çıxarışın qismən, yəni daşınmaz əmlakın növü – fərdi yaşayış evi və daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) – 79.7 hissəsində etibarsız hesab olunması” tələbi ilə bağlı aşağıdakıları qeyd etmişdir: Belə ki, iddiaçı iddia tələbində göstərir ki, anasından qalmış ünvan 5-da miras əmlakı vəsiyyətnamə ilə vəsiyyət olunan digər bacısı Cavabdeh1 özünü və digər ailə üzvləri Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına ümumi birgə mülkiyyət əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 26.09.2019-cu il tarixdə, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarış əldə etmişdir. Onun isə sənədləşmədən xəbəri olmamışdır. Ona görə də hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına qanunsuz əldə olunmuş Çıxarış etibarsız hesab olunaraq ləğv edilməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 və digərlərinin ümumi birgə mülkiyyətində olan ünvan 5 ünvanında 0,07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi (q/n-********** olan 26.09.2019-cu il tarixli çıxarış) anasının ölümündən 10 (on) il sonra Qəbələ rayon AİK-nın 26.02.2001-ci il tarixli 03 saylı qərarına əsasən 4 (dörd) nəfərin adına tərtib edilmiş oktyabr 2002-ci il tarixli JN 1114F kod 40601004 olan “torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə” əsasında qeydiyyata alınmışdır. Göründüyü kimi, JN-1114F, kod 40601004 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə Qəbələ şəhərində X17, Cavabdeh3, X25 və X28 ümumi birgə mülkiyyətinə 0,07 həyətyanı torpaq sahəsi və onun üstündə yerləşən fərdi yaşayış evi verilmişdir. Həmin şəhadətnamə əsasında X17, Cavabdeh3, X25 və X9 əldə etmişlər. İddiaçının qeyd etdiyi kimi şəhadətnamədə mərhum X3nın adı olmamışdır. Belə ki, həmin X1 adı ola da bilməzdi. Çünki qeyd olunan sənəd N.D.Hacıyevanın ölümündən on il sonra cavabdehlərin birgə mülkiyyətinə verilmişdir. Bu səbəbdən iddiaçının sənədləşmənin ondan xəbərsiz edilməsi barədə qeyd etdikləri həqiqəti əks etdirə bilməz. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən əldə olunmuş Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş 26.09.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın qismən, yəni daşınmaz əmlakın növü – fərdi yaşayış evi və daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) – 79.7 hissəsində etibarsız olunması ilə bağlı məhkəmə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid X8 adına tərtib edilmiş inventar nömrəsi 406-1/204 olan “A” və “B” tikililəri üçün 1988-ci il tarixli texniki pasport olsa da, (baxmayaraq ki, iddiaçı tərəfindən belə bir Texniki Pasport məhkəməyə təqdim olunmamışdır.) həmin texniki pasport iddiaçının anasının xüsusi mülkiyyətində olmuş miras əmlak olmasına dair hüquqmüəyyənedici (mülkiyyətin məxsusluğuna və statusuna dair) sənəd deyildir. Həmçinin çıxarışın verilməsinə əsas Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə olmuşdur. Həmin şəhadətnamədə də yaşayış evi göstərilmiş və həmin sənədlər əsasında da tərəflər çıxarış almışdır. İddiaçı tərəf isə həmin Şəhadətnaməni heç vaxt mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən əldə olunmuş Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş 26.09.2019cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın qismən, yəni daşınmaz əmlakın növü – fərdi yaşayış evi və daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) – 79.7 hissəsində etibarsız olunması hissəsində təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; yəni hazırkı iş üzrə iddiaçının anasının mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi fərdi yaşayış evi və daşınmaz əmlak olan digər tikililərin (təndir evi, hamam, mal tövləsi və digər əmlaklar) iddiaçının anasına məxsusluğu müəyyən edilməmişdir. İddiaçının, o cümlədən Cavabdeh1 X3 20.06.1991-ci ildə vəfat etmişdir. Tərəflərdən heç biri həmin dövrdə vərəsəliklə bağlı notariat kontoruna və ya məhkəməyə müraciət etməmişlər. Qeyd olunan torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin ilkin sənədləşdirilməsi 26.02.2001-ci il tarixdə Cavabdeh1 müraciəti əsasında həyata keçirilmiş və ona ailə üzvləri ilə birlikdə qeyd olunan daşınmaz əmlaka dair Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-1114F, kod 40601004 saylı «Torpağın mülkiyyətəverilməsinə dair şəhadətnamə» verilmiş, onlar sonradan həmin Şəhadətnamənin əsasında qeyd olunan daşınmaz əmlaka dair 26.09.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarış almışdılar. Qeyd olunan hüquqmüəyyənedici sənədlərdə X7 daşınmaz əmlaka hüququna dair hər hansı bir qeyd olmamışdır. Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı hazırkı tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki onun anası, yəni X16mübahisəli fərdi yaşayış evi və daşınmaz əmlak olan digər tikililərin (təndir evi, hamam, mal tövləsi və digər əmlaklar) üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Düzdür, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid X8 adına tərtib edilmiş inventar nömrəsi 406-1/204 olan “A” və “B” tikililəri üçün 1988-ci il tarixli texniki pasport vardır. Lakin həmin texniki pasport iddiaçının anasının xüsusi mülkiyyətində olmuş miras əmlak olmasına dair hüquqmüəyyənedici (mülkiyyətin məxsusluğuna və statusuna dair) sənəd deyildir. Eləcə də yuxarıda qeyd olunan Şəhadətnamədə də həmin Texniki pasportla bağlı hər hansı bir qeyd aparılmamışdır. Mübahisəsi gedən fərdi yaşayış evi və daşınmaz əmlak olan digər tikililərin (təndir evi, hamam, mal tövləsi və digər əmlaklar) iddiaçının X3nın mülkiyyətində olması müəyyən edilməmişdir, ona görə də çıxarışın etibarsız hesab olunması, iddiaçının vərəsəlik hüququnun təmin edilməsi və vərəsəlik payının müəyyən edilməsi yolverilməzdir. Çünki, iddianın təmin olunması cavabdehlərin mülkiyyətçi olaraq qanunla qorunan və qorunmasına dövlət tərəfindən təminat verilən hüquqlarırın pozulmasına səbəb olacaqdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi bütövlükdə iddianı əsaslı saymayıb, onun təmin edilməməsi qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şəki Apellyasiya Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(107)-1274/2021 nömrəli qərardadına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən 24 yanvar 2022-ci il tarixli məktubla göndərilmiş mütəxəssis rəyində göstərilmişdir ki, mülki işin araşdırılması məqsədi ilə Şəki Layihə Tədqiqat İdarəsinin mütəxəssisləri, Qəbələ Bələdiyyəsinin nümayəndəsi, iddiaçı tərəfin nümayəndəsinin (bacısı) iştirakı ilə 30.09.2021-ci il tarixdə Qəbələ şəhəri V.Qəhrəmanov adına küçədə yerləşən mübahisə predmeti olan torpaq sahəsinə baxış keçirmiş və GPS aləti vasitəsi iiə ölçü işləri aparmışlar. Kameral qaydada mərkəzin elektron kadastr bazasına, naturada aparılmış ölçü işlərinə və iş üzrə təqdim olunmuş sənədlərə əsasən araşdırma zamanı məlum olmuşdur ki,

1. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-cil İİ tarixli 03 saylı qəran ilə Qəbələ şəhəri (ismayıl Bəy Qutqaşıni təsərrüfatı) ərazisində aparılmış islahat məlumatlarına əsasən mübahisə predmeti olan torpaq sahəsinin 0,07 ha hissəsi JN-1114 F nömrəiı torpağa mülkiyyət hüququna dair şəhadətnamə ile Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətinə verilmişdir (yerquruluşu planı 1).

2. İddiaçının nümayəndəsi tərəfindən göstərilmiş cavabdehlərin faktiki istifadəsində olan naturada ölçülmüş 0,1568 hektar torpaq sahəsinin 0,07 hektar hissəsi JN1114F nömrəli şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********67- 10301 nömrəli çıxarış ilə cavabdehiər Cavabdeh1, Cavabdeh5 Ramız qızı, Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir, qalan 0,0866 hektar hissəsi Qəbələ bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. (yerquruluşu planı 2,3,4). Keçmiş ünvan 2 ünvanı ilə hazırki ünvan 7yası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən iddia tələbinin Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsi 39 ünvanındakı əmlaka vəsiyyətnamə üzrə 2/1 hissədə miras payının müəyyən edilməsinə dair hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı nümayədəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Apellyasiya Məhkəməsinin 2 mart 2022-ci il tarixli 2(107)-69/2022 nömrəli “Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsinin “Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş 26.09.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunması” tələbinə dair hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş 26.09.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunmasına aid hissəsində iş üzrə icraata xitam verilməsi ilə bağlı” qərardadı nəzərə alınmaqla, Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsi Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsi 39 ünvanındakı əmlaka vəsiyyətnamə üzrə 2/1 hissədə miras payının müəyyən edilməsinə dair iddianın rədd olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı nümayədəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Şəki Apellyasiya Məhkəməsinin 2 mart 2022-ci il tarixli 2(107)-69/2022 nömrəli “Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsinin “Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş 26.09.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunması” tələbinə dair hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş 26.09.2019cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunmasına aid hissəsində iş üzrə icraata xitam verilməsi ilə bağlı” qərardadı nəzərə alınmaqla, Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsi Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsi 39 ünvanındakı əmlaka vəsiyyətnamə üzrə 2/1 hissədə miras payının müəyyən edilməsinə dair iddianın rədd olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar