Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-696/2025 17.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, qüvvə) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı “Azəriqaz" İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(014)-214/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 6451.60 manat borcun yarandığını iddia edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu Maşad küçəsində Cavabdeh məxsus mənzilində alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********04580 saylı qaz hesabında ödənilməmiş 7099.06 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Cavabdeh məxsus **********04580 saylı qaz hesabında olan 7099.06 manat borc məbləğinin xx.xx.2022-ci il tarixə olan ödənilməmiş 648 (altı yüz qırx səkkiz) manat hissəsi üzrə 2022ci ilin dekabr ayında İddiaçı tərəfindən borc tələbi üzrə Ağdaş rayon Məhkəməsində iddia qaldırılmış və Ağdaş rayon Məhkəməsi tərəfindən xx.xx.2023- cü il tarixli e-2(014)- 328/2023 saylı Qətnamə çıxarılmışdır. Hal-hazırda tələb olunan 6451.06 (altı min dörd yüz əlli bir manat altı qəpik) manat məbləğində borc isə xx.xx.2022- ci il tarixdən sonrakı və bu günədək olan dövr ərzində Cavabdeh məxsus **********04580 saylı qaz hesabında yaranan 6451.06 manat borc isə müxtəlif dövrlərdə (2073.60 m+ 449.28 m+ 961.92 m+ 535.68 m+ 455.04 + 132.48 = 6451.06 m) təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranan borc məbləğidir və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 2073.60 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş şəhəri Maşad küçəsində yerləşən mənzilində xx.xx.2023-cü il tarixdə istismardan açılan G-4 markalı1502AZ**********28 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı1502AZ**********28 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, qaz sayğacından əvvəl, sayğaca qədər olan xətdən rezin boru vasitəsilə, sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyriqanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii X6nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m orta günlük iş rejimi 24 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 17280 m (və ya 2073.60 manat) həcmində müəyyən edilmişdir. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 449.28 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş şəhəri Maşad küçəsində yerləşən mənzilində istismarda olan G-4 markalı **********035 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zaman0ı 9.02.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı**********035 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, qaz sayğacından əvvəl, sayğaca qədər olan xətdən rezin boru vasitəsilə, sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii X6nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m orta günlük iş rejimi 24 saat hesabat müddəti 39 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-ninxx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 3744 m (və ya 449.28 manat) həcmində müəyyən edilmişdir. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 961.92 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş şəhəri Maşad küçəsində yerləşən mənzilində istismarda olan G-4 markalı **********035 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİnin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 8.07.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı **********035 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, qaz sayğacından əvvəl, sayğaca qədər olan xətdən rezin boru vasitəsilə, sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii X6nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m orta günlük iş rejimi 12 saat hesabat müddəti 167 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-ninxx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8016 m (və ya 961.92 manat) həcmində müəyyən edilmişdir. İddia tələbində göstərilən, digər qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 535.68 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş şəhəri Maşad küçəsində yerləşən mənzilində hazırda istismarda olan G-4 markalı **********035 nömrəli qaz sayğacından kənar qeyriqanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı **********035 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, qaz sayğacını istismardan açaraq rezin boru vasitəsilə, həmin qaz xəttindən sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii X6nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m orta günlük iş rejimi 12 saat hesabat müddəti 93 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 4464 m (və ya 535.68 manat) həcmində müəyyən edilmişdir. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 455.04 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş şəhəri Maşad küçəsində yerləşən mənzilində istismarda olan G-4 markalı **********035 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2024-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı **********035 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, qaz sayğacından əvvəl, sayğaca qədər olan xətdən rezin boru vasitəsilə, sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii X6nın pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m orta günlük iş rejimi 12 saat hesabat müddəti 79 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 3792 m (və ya 455.04 manat) həcmində müəyyən edilmişdir. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 132.48 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş şəhəri Maşad küçəsində yerləşən mənzilində istismarda olan G-4 markalı **********035 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİnin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2024-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı **********035 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, qaz sayğacından əvvəl, sayğaca qədər olan xətdən rezin boru vasitəsilə, sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii X6nın pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m orta günlük iş rejimi 12 saat hesabat müddəti 23 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 1104 m (və ya 132.48 manat) həcmində müəyyən edilmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ağdaş rayonu Maşad küçəsində yaşayan Cavabdeh məxsus mənzilində alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********04580 saylı qaz hesabında ödənilməmiş 7099.06 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Cavabdeh məxsus **********04580 saylı qaz hesabında olan 7099.06 manat borc məbləğinin xx.xx.2022- ci il tarixə olan ödənilməmiş 648 (altı yüz qırx səkkiz) manat hissəsi üzrə 2022-ci ilin dekabr ayında İddiaçı tərəfindən borc tələbi üzrə Ağdaş rayon Məhkəməsində iddia qaldırılmış və Ağdaş rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli e-2(014)-328/2023 saylı Qətnamə çıxarılmışdır. Hal-hazırda tələb olunan 6451.06 (altı min dörd yüz əlli bir manat altı qəpik) manat məbləğində borc isə xx.xx.2022-ci il tarixdən sonrakı və bu günədək olan dövr ərzində Cavabdeh məxsus **********04580 saylı qaz hesabında yaranan 6451.06 manat borc isə müxtəlif dövrlərdə (2073.60 m+ 449.28 m+ 961.92 m+ 535.68 m+ 455.04 + 132.48 = 6451.06 m) təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranan borc məbləğidir. Bundan sonra İddiaçı tərəfindən 21 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və həmin tələbnaməyə əsasən qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 günlük iş rejimi 12 saat hesabat müddəti 23 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı 1104 m3 (və ya 132.48 manat) həcmində, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinə əsasən qaz buraxma qabiliyyəti 4 m3 günlük iş rejimi 24 saat hesabat müddəti 39 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı 3744 m3 (və ya 449.28 manat) həcmində, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinə əsasən, qaz buraxma qabiliyyəti 4 m3 günlük iş rejimi 12 saat hesabat müddəti 167 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı 8016 m3 (və ya 961.92 manat) həcmində, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinə əsasən, qaz buraxma qabiliyyəti 4 m3 günlük iş rejimi 12 saat hesabat müddəti 93 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı 4464 m3 (və ya 535.68 manat) həcmində, 22 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinə əsasən, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 günlük iş rejimi 12 saat hesabat müddəti 79 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı 3792 m3 (və ya 455.04 manat) həcmində, 21 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinə əsasən, qaz buraxma qabiliyyəti 4 m3 günlük iş rejimi 12 saat hesabat müddəti 23 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı 1104 m3 (və ya 132.48 manat) həcmində müəyyən edilmişdir. Lakin kənar xəttin konkret olaraq hansı tarixdən quraşdırıldığını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iş materiallarında inzibati xəta haqqında iş üzrə icraata başlanılması, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsinə dair sənəd yoxdur.
5. Ağdaş Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(014)-214/2025 nömrəli qətnaməsi ilə (hakim Aygün Mürsəlova) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.2, 567, 598.1, 598.4, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X6»na, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşin materiallarında olan 12 dekabr 2022-ci il tarixli, ******* saylı təbii X6nın pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Ağdaş şəhəri, Maşad küçəsində yerləşən mənzilində sayğacdan kənar qanunsuz birləşmə aşkar olunmuşdur. İşin materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 günlük iş rejimi 24 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı 17280 m3 (və ya 2073.60 manat) həcmində müəyyən edilmişdir. İşin materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 günlük iş rejimi 24 saat hesabat müddəti 39 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı 3744 m3 (və ya 449.28 manat) həcmində müəyyən edilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii X6nın pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Ağdaş şəhəri, Maşad küçəsində yerləşən mənzilində sayğacdan kənar qeyri-qanuna birləşmə aşkar olundu. Abonent mənzil daxili cihazlara baxış keçirməyə imkan verilməmişdir. İşin materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 günlük iş rejimi 12 saat hesabat müddəti 167 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı 8016 m3 (və ya 961.92 manat) həcmində müəyyən edilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii X6nın pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Ağdaş şəhəri, Maşad küçəsində yerləşən mənzilində paylayıcı xətdən qeyri-qanuni birləşmə aşkar olunmuşdur. İşin materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 günlük iş rejimi 12 saat hesabat müddəti 93 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı 4464 m3 (və ya 535.68 manat) həcmində müəyyən edilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii X6nın pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Ağdaş şəhəri, Maşad küçəsində yerləşən mənzilində sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunmuşdur. İşin materiallarında olan İddiaçı 22 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 günlük iş rejimi 12 saat hesabat müddəti 79 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı 3792 m3 (və ya 455.04 manat) həcmində müəyyən edilmişdir. İşin materiallarında olan 19 yanvar 2024-cü il tarixli ******* saylı təbii X6nın pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Ağdaş şəhəri, Maşad küçəsində yerləşən mənzilində küçə xəttindən rezin boru vasitəsi ilə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsini aşkar olunmuşdur. İşin materiallarında olan İddiaçı 21 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 günlük iş rejimi 12 saat hesabat müddəti 23 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı 1104 m3 (və ya 132.48 manat) həcmində müəyyən edilmişdir. İşin materiallarında olan 21 fevral 2024-cü il tarixli ******* saylı təbii X6nın pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh yaşadığı Ağdaş şəhəri, Maşad küçəsində yerləşən mənzilində sayğacdan kənar küçə xəttindən plastik boru vasitəsi ilə əlavə xətt çəkərək təbii qazdan qeyri-qanuni istifadə edilməsini aşkar olunmuşdur. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli e-2(014)-328/2023 saylı qiyabi qətnamənin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh 648 manat pul, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq İddiaçı İB xeyrinə ödənilməsi qət edilmişdir. İşin materiallarına əlavə edilmiş 10 fevral 2023-cü il tarixli, **********04580 saylı abonent saldosundan məlum olur ki, Cavabdeh 2024-cü ilin oktyabr ayı üzrə qalıq və aktlardan borcu 7099.06 (yeddi min doxsan doqquz manat altı qəpik) manat borc hesablanmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 84.52 (səksən dörd manat əlli iki qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 1.20 (bir manat iyirmi qəpik) qəpik bank xidmət haqqı tutulmuşdur.
8. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi itrilmiş qazın bərpası barədə tərtib edilmiş aktların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aidiyyəti quruma və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi barədə əsası ilə tələbin rədd edilməsi düzgün olmamışdır. Çünki “X6”nın 6.5-ci bəndində eyni zamanda istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməsi də tənzimlənmişdir. Hazırkı mübahisədə iddiaçı tərəf cavabdehin təqsirinin sübut olunması ilə bağı icraatı inzibati orqanda yox məhkəmə orqanlarında aparmaqdadır. Başqa sözlə istehlakçının müxtəlif dövrlərdə mütəmadi olaraq sayğacdan kənar qoşulma etməklə qazın talanmasında təqsirinin olması təkcə inzibati orqana müraciət edilməklə sübut edilməsi şərtləndirilməmişdir, əksinə məhkəmə orqanlarında da istehlakçının təqsiri sübut olunduğu halda artıq iddiaçı tərəfin tələb etmə hüququ ortaya çıxmış olur. Həmçinin zərənin hesablanmasında xüsusi diqqət yetirilimiş müddətlər nəzərə alınmaqla hesabatının aparılmasına yəni aşkar edilmiş sayğacdan kənar qoşulma dövrü nəzərə alınmaqla hesabat aparılmışdır. Belə ki, “X6”nın 6.5-3-cü bəndində istehlakç aparılmışdır. Belə ki, “Qazdan istifadəQaydaları”nın 6.5-3-cü bəndində istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin hesablanması tənzimlənmişdir. Lakin bununla belə birinci instansiya məhkəməsi zərərlə bağlı iddia tələbini rədd etməsi bu tip neqatif hallarının qarşısının alınmasına maneələr yaratmaqdadır və son nəticədə dövlət əmlakın mühüm zərər dəyməkdədir. Bu qənaət eyni zamanda cavabdeh tərəfindən gələcəkdə eyni pozuntulara yol verilməməsi üçün çəkindirici (xəbərdaredici) təsiri olmamasına şərait yaradır. CavabdehOqtay oğlununqazın talanmasında təqsirli olması və hesabatın aşkar edilən kənar qoşulma müddətində aparılması“X6”nın 6.5-1-ci bəndi və 6.5-3-cü bəndinə uyğun olaraq təsdiq olunduğundan İddiaçı cavabdehə qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə çıxış etməsi qanuni və əsaslı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
10. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(014)- 214/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumun Cavabdeh tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir.
13. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “Azəriqaz" İB-nin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək Ağdaş Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(014)-214/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumun Cavabdeh tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın həmin vaxt qüvvədə olan: 6.5-ci bəndlərinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-3-cü bəndinin tələbinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. İddiaçı Ağdaş Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(014)-214/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən iddianın hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 180 gün, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 39 gün, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 167 gün, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 93 gün, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 79 gün, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 23 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Qeyd edilən aktlar əsasında dəymiş zərərin hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa məhkəmə hesab edir ki, hazırki iş üzrə isə xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2024-cü il tarixli ******* saylı, xx.xx.2024-cü il tarixli ******* saylı aktların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aidiyyəti quruma və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. İddiaçı tərəf də bu barədə məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə görə, hazırki halda İddiaçı həmin cərimə məbləğini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır
22. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
23. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(014)-214/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(014)-214/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.