Məhkəmə qərarları › İş №2(107)-698/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-698/2020

12.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-698/2020 12.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1951/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1951/2019 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin edilmiş, Cavabdeh 5112 manat kompensasiya və 500 manat vəkil haqqı tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, VTB Bank müştəri xidmətləri idarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi barədə qərardad; Azərbaycan Respublikası Maliyyə X3 tərəfindən ona hesablanmış 5112 manat kompensasiya məbləğinin, 822.42 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın, ümumilikdə 10934.42 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X12 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, iddia tələbi üzrə VTB Bank ASC-ni üçüncü şəxs qismində cəlb edilməsi barədə hissəsinin çıxarılmasını və Azərbaycan Respublikası Maliyyə X3 tərəfindən iddiaçıya hesablanmış 5112 manat kompensasiyanın, 72.42 manat maddi ziyan, 750 manat vəkilə ödənilmiş vəsait, 5000 manat mənəvi ziyanın, ümumilikdə 10934.42 manat borcun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X12 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı xx xxxx 2014-cu il tarixli, 127941- CNS-6346 nömrəli "xxxx" əsasən Bank VTB ASC-nin müştəri xidmətləri idarəsindən 36 ay müddətinə 14604 ABŞ dolları məbləğində kredit götürmüş və bu müqavilə ilə nəzərdə tutulmuş pul öhdəlikləri "ipoteka" və "zaminlik" müqavilələri ilə təmin edilmişdir. Tərəflər arasında olan kredit münasibətləri dolların məzənnəsində baş vermiş əhəmiyyətli dəyişikliklə əlaqədar daha sonra yuxarıda qeyd olunan kredit müqaviləsinə xx xxxxxx 2016-cı il tarixli 127941-CNS-6346/1 saylı əlavə razılaşma üzrə davam etdirilmişdir. Devalvasiya nəticəsində ABŞ dolların məzənnəsinin manata münasibətdə yüksəlməsi ilə əlaqədar kredit ödənişində yaranmış çətinliklərdən irəli gələn zərurətlə bağlı xx xxxx 2017ci il tarixli, AC seriyalı, 245189 nömrəli "nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə" əsasən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan "KİA Sportage" markalı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, iddiaçı avtomobili satmaq və kredit borcunu birdəfəlik bağlamaq qərarına gəlmişdir. Bu məqsədlə hazırki iş üzrə cavabdeh alıcı Cavabdeh ilə görüşərək, avtomaşının ümumi satış dəyərinin 6553 ABŞ dollarından ibarət hissəsini ondan alaraq, qalan 6253 ABŞ dollar məbləğini isə xx xxxxxx 2019-cu il tarixədək cavabdeh tərəfindən iddiaçıya ödəniləcəyi barədə razılığa gəlmişlər. Bu razılaşma ilə əlaqədar iddiaçı səlahiyyətli orqanlara notarial təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli ərizə təqdim etmiş, eyni zamanda həmin gün ona nəqliyyət vasitəsini idarə etmək hüququ verən, eləcə də, diqqətsizlik edərək təkçə avtomobilə deyil, iddiaçıya məxsus bütün əmlak və hüquqlara dair xx xxxxxx 2020-ci ilədək etibarlı olan baş etibarnamə vermişdir. Bundan sonra iddiaçı cavabdehdən aldığı pulla banka olan həmin kredit borcunu bağlamış, kreditin qalan hissəsi isə cavabdehin ödəyəcəyi barədə razılığa gəlmişlər. Bununla da, avtomobilin alqı-satqısı tərəflərin razılığı ilə başa çatmışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Maliyyə X3 tərəfindən yuxarıda qeyd edilən müqavilə üzrə ödədiyi kredit məblığinə görə iddiaçıya 5112 manat məbləğində kompensasiya hesablanmış və həmin məbləğə dair ödəniş kartı alınması üçün xx xxx 2019-cu il tarixdə VTB Bankın Gənclik filialına yaxınlaşmağı barədə mobil telefon vasitəsi ilə xx xxx 2015-ci il tarixində iddiaçıya SMS (messaj) göndərilmişdir. xx xxx 2019-cu il tarixində banka zəng vuraraq, kompensasiya kartını bu gün götürə biləcəyi ilə bağlı maraqlanarkən, operator-xanım tərəfindən iddiaçıya bildirilmişdir ki, kompensasiya kartınızı yalnız SMS ilə Sizə təyin edilmiş vaxtda ala bilərsiniz. Lakin həmin gün bankla təkrar əlaqə saxlayarkən, iddiaçıya məlum olmuşdur ki, Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə mülkiyyətində olan avtomobilin sənədləşdirilməsi üçün diqqətsizlik edərək, bütün əmlak və hüquqları barədə verdiyi etibarnamədən sui-istifadə edərək, adına emissiya olunmuş kompensasiya kartını bankın bir grup vəzifəli şəxsi ilə cinayət əlaqəsinə girərək, bank tərəfindən kompensasiyanın verilməsi üçün təyin edilmiş vaxtdan (xx xxx 2019) xeyli qabaq, yəni xx xxx 2019-cu il tarixində götürməyə nail olmuşdur. Elə həmin gün cavabdehə xx xxxxxx 2017-ci il tarixində verdiyi baş etibarnamənin ləğv edilməsi barədə Notariat orqanına müraciət etmiş və göstərişi əsasına bu etibarnaməyə xx xxx 2019-cu il tarixdə xitam verilmişdir. İddiaçı banka "Whatsapp" vasitə ilə yazaraq, sözügedən etibarnamənin ləğv edilməsi və bununla bağlı cavabdehə təqdim olunmuş karta pulun yüklənməsinin dayandırılmasını xahiş etsə də, bu heç bir nəticə verməmiş, pul karta yüklənərək, həmin kart xx xxx 2019-cu il tarixdə xüsusi bir tələskənlik ilə Cavabdeh təqdim edilmişdir. Alınmış kompensasiya məbləğinin könüllü şəkildə iddiaçıya qaytarılması ilə bağlı cavabdehlə aparılan danışıqlar heç bir nəticə verməmişdir. Baş vermiş qanunsuz hərəkətləri barədə tədbir görülməsi üçün Nəsimi rayon Polis Şöbəsinə müraciət etmiş, lakin məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X14 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı kreditə avtomobil almışdır. Həmin avtomobilin kreditini ödəyə bilmədiyindən avtomobili ona satmışdır. Aralarında olan razılaşmaya görə Tamerlana 5000 ABŞ dolları pul vermişdir. 6253 ABŞ dolları isə banka ödəmişdir. Həmçinin Tamerlanla aralarında razılaşma olmuşdur ki, dolların kursu stabil olmadığından qalxsa da düşsə də və hər hansı bir ödəniş olacaqsa fərqi ona çatacaqdır. Buna uyğun olaraq Tamerlan ona Notariusda baş etibarnamə vermiş və həmin etibarnamədə bank əməliyyatlarının ararılması da qeyd edilmişdir. Krediti də banka o ödəmişdir. Tamerlana zəng edərək fərmanla bağlı bir xəbərin olub olmamasını maraqlanmışdır. Lakin Tamerlan ona heç bir xəbərin olmadığını bildirmişdir. Banka yaxınlaşaraq pulla maraqlanmış və ona bildirmişlər ki, pul hesablanıbdır. Etibarnamə təqdim edərək, kartı alıb pulu kartdan çıxartmışdır. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qeyri-qanuni və əsassız hesab edir. Məhkəmə işə birtərəfli və səhti yanaşmış, işin həqiqi hallarını hərtərəfli araşdırmamış, mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, o, İddiaçı aralarında olan razılaşmaya əsasən **-HY-*** dövlət nömrə nişanlı KİA Sportage markalı avtomobili almışdır. Maşın “VTB” bankda girovda olmuşdur. Həmin kredit borcunu iddiaçı bağlamamış avtomaşını ona satmışdır. Aralarında olan notariat qaydasında bağlanmış razılaşmaya əsasən 6.553 ABŞ dolları tərəfindən nəğd şəkildə iddiaçıya ödənilmişdir. Qalan 6.253 ABŞ dolları əlavə faizi ilə birlikdə VTB banka tərəfindən tam ödənilmişdir. Bundan sonra kredit öhdəliklərini tam yerinə yetirdiyinə görə bankdan müvafiq təmizlik arayışı alaraq maşını həyat yoldaşının mülkiyyətinə keçirmişdir. Bunlar hamısı ərizədə olan razılaşmaya əsasən həyata keçirilmişdir. O, maşını İddiaçı alan zaman o, kredit borcunu 1 ABŞ dollarının artan məzənnəsinə uyğun ödəyə bilmədiyinə görə satdığını bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsini almışdır. O, iddiaçıya 5000 ABŞ dolları nəğd şəkildə özünə, 6253 ABŞ dolları isə banka ödəmişdir. Daha sonra isə avtomobili sənədləşdirərək idarə etmişdir. Həmin məbləğlər 1 ABŞ dollarının ən yüksək həddi ilə ödənilmişdir. Tərəfindən edilmiş ödənişlərin 1 ABŞ dollarının məzənnəsinin yüksək olması nəzərə alınaraq kompensasiya ödənilməsinə dair məlum Fərmanın tələbləri ona münasibətdə də tətbiq edilmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1951/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cаvаbdeh Cavabdeh apelyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, İddiaçı bank krediti ilə aldığı avtomobilin kreditini ödəyə bilmədiyindən avtomobili ona satmışdır. Aralarında olan razılaşmaya görə Tamerlana 6553 ABŞ dolları pul vermişdir. 6909 ABŞ dolları isə banka ödəmişdir. O, Tamerlana da, banka da pulu xarici valyutada-ABŞ dollarının kursuna uyğun ödəmişdir. Tamerlana 6553 verdiyini Tamerlanınn özü notarial qaydada yazdığı ərizədə təsdiq etmişdir. Birinci instansiya məhkəməsində də Tamerlana 6553 ABŞ dolları ödədiyini bildirmişdir. Tamerlanın banka ödədiyi pulu ABŞ dolları məzənnəsi ilə ona verdiyinə və yerdə qalan pulu da hesablanmış faizi ilə bilikdə banka özü ödədiyinə görə, iki dəfə baş vermiş manatın devalvasiyası nəticəsində ziyana düşmüşdür. Tamerlan devalvasiyadan heç bir ziyan çəkməyib. Bu səbəbdən də kompensasiya məbləği özünə çatmalıdır. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1951/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cаvаbdeh Cavabdeh nümayəndəsi və vəkili X8 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1951/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi X1 apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1951/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, onun banka ödədiyi 6553 ABŞ dollarını Cavabdeh ona vermiş, avtоmоbilin qalan 6253 ABŞ dolları məbləğini isə cavabdeh tərəfindən bаnkа ödəniləcəyi barədə razılığa gəlmişlər. Bаnkа qаlаn 6253 ABŞ dolları məbləğini cаvаbdeh ödəyib. Lаkin kredit müqаviləsi məhz onun bаnk аrаsındа оlduğu üçün hesаb edir ki, qаlıq pulun cаvаbdeh tərəfindən bаnkа ödənilməsinə bаxmаyаrаq ölkə Prezidentin məlum fərmаnı əsаsındа hesаblаnmış 5112 manat məbləğində kompensasiyanı özü аlmаlıdır. Ona görə də şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1951/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)- 1951/2019 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş Asan 2 tərəfindən xx xxxx 2018-cı il tarixdə verilmiş AZE seriyalı 17888885 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1991-ci il tarixdə Şəki rayonu, Cunud kəndində anadan olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Suraxanı Hövsan yol, əsas küçə 7-ci döngə ev 37-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014cü il tarixli 127941-CNS-6346 saylı avtomobil krediti müqaviləsindən məlum olur ki, Bank VTB (Azərbaycan) ASC ilə İddiaçı arasında avtomobil krediti müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə əsasən KİA markalı Sportage markalı avtomobilin alınması üçün İddiaçı 14604 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2014-cü il tarixli 1279xx-xx-16200 saylı ipoteka müqaviləsindən (avtomobil) məlum olur ki, Bank VTB (Azərbaycan) ASC ilə İddiaçı arasında ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə əsasən KİA markalı Sportage markalı avtomobilin bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli 01 saylı dəyişiklik edilməsi barədə razılaşmadan məlum olur ki, xx xxxx 2014-cü il tarixli 1279xx-xx-16200 saylı ipoteka müqaviləsinə dəyişiklik edilmişdir. İş materiallarına əlavə edilmiş Bank VTB (Azərbaycan) ASC-nin xx xxx 2019-cu il tarixli 2047/19 saylı arayışından məlum olur ki, İddiaçı Bank VTB (Azərbaycan) ASC-dən xx xxxx 2014-cü il tarixli 127941-CNS-6346 saylı xxxx və ona bağlı xx xxxxxx 2016-cı il tarixli 127941-CNS-6346/1 saylı əlavə razılaşma üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanından irəli gələn, Azərbaycan Respublikası Maliyyə X5 tərəfindən hesablanmış kompensasiya məbləği (5112.69 manat) xx xxxxxx 2017ci il tarixli 7E-2786 reyestr nömrəli etibarnamə əsasında xx xxx 2019-cu il tarixində Cavabdeh kompensasiyanın ödənilməsi məqsədilə emissiya olunmuş kart şəkilində təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş hesabatdan məlum olur ki, İddiaçı ilə hüquqi yardım haqqında bağlanmış xx xxxx 2019-cu il tarixli 677 saylı müqavilənin 2.4 bəndinə uyğun olaraq tapşırığın icrası ilə bağlı vəkilin çəkməli oğludğu xərclər 500 manat təşkil edir. İddiaçı tərəfindən X10 ödənilmişdir. İş materiallarına əlavə edilmiş 4 saylı vəkil bürosunun GSU 275186 saylı mədaxil qəbzindən məlum olur ki, X1 hüquqi yardım üçün X10 250 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş Bank VTB (Azərbaycan) ASC-nin xx xxxxxxx 2019-cu il tarixli 9685 saylı cavabından məlum olur ki, İddiaçı xx xxxx 2014-cü il tarixdə dollarla kredit verilmişdir. Kredit xx xxxxxx 2016-cı il tairxdə bağlanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanla bağlı, məktubunuzda adı qeyd edilən İddiaçı 5112.69 AZN məbləğində AZ34VTBA**********7941AZN001 saylı cari kart manat hesabına kompensasiya ayrılmışdır. İddiaçı ayrılan kompensasiya məbləği etibarnamə əsasında Cavabdeh təqdim edilmişdir. Lakin, kompensasiya məbləğinin ayrılmasından öncə xx xxx 2019-cu il tarixində müştəri ilə məsul əməkdaş arasında telefon danışığı həyata keçirilmişdir və Cavabdeh həvalə edilən xx xxxxxx 2017-ci il tarixli 7E-2786 reyestr nömrəli etibarnamə əsasında Fərmandan irəli gələn kompensasiya məbləğinin qanuni əsaslarla əldə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan əlavə olaraq, xx xxx 2019-cu il tarixində müştəridən bu barədə ərizə əldə edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş xx xxxxxx 2017-ci il tarixli ƏN-lll 005186 saylı nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamədən məlum olur ki, İddiaçı KİA Sportage markalı ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh etibar etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş xx xxxxxx 2017-ci il tarixli ƏN-l 633531 saylı etibarnamədən məlum olur ki, İddiaçı Cavabdeh baş etibarnamə vermişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı xx xxxx 2014-cü il tarixdə avtomobil krediti və ipoteka müqaviləsi əsasənda KİA Sportage markalı avtomobili kreditə almışdır. Həmin Müqavilə əsasında İddiaçı 14604 ABŞ dolları kredit verilmiş və avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı həmin krediti ödəyə bilmədiyindən avtomobili satmaq qərarına gəlmiş və Cavabdeh ilə bu barədə razılaşmışlar. Həmin razılaşma əsasında Cavabdeh avtomobilin dəyərinin bir hissəsini İddiaçı nəğd şəkildə vermiş qalan hissəsini isə banka ödəmişdir. İddiaçı aralarında olan razılaşma əsasında Cavabdeh avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Həmçinin Cavabdeh İddiaçı tərəfindən baş etibarnamə də verilmişdir. xx xxxxxx 2019-cu il tairxdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalamışdır. Həmin fərmana əsasən xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı Azərbaycan Respublikası Maliyyə X5 tərəfindən 5112.69 manat kompensasiya hesablanmışdır. Həmin kompensasiyanı İddiaçı tərəfindən verilmiş baş etibarnamə əsasında Cavabdeh almışdır. İddia tələbini əsaslı sayan birinci instansiya məhkəməsi qətnamədə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanda kompensasiyanın kredit götürmüş fiziki şəxslərə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh pulu İddiaçı əvəzinə etibarnamə əsasında qəbul etsə də, həmin pul İddiaçı çatmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəllənin 21, 445.2.1, 445.7, 449.1, 778.1, 779.1, 782, 1096 və 1097.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni əsaslı saymır və hesab edir ki, həmin nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh iddiaçıdan kredit müqaviləsinin predmeti olmuş avtomobili satın alarkən iddiaçının banka ödədiyi məbləği ona, həmin vaxt ölkədə dolların manata olan məzənnəsi ilə nəğd şəkildə vermiş, aralarındakı razılaşmaya banka olan qalan məbləği ödəməyi isə cavabdeh özü üzərinə götürmüşdür. Yəni devalvasiya olacağı təqdirdə risk altında olan cavabdeh olmuşdur. Halbuki, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında da şərh olunmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-nin 81, 88, 217.1 və 218.1-ci maddələri). Mülki prosessual qanunvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın əsaslandırılmalıdır. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən notarial qaydada yazılmış xx xxxxxx 2017-ci il ərizənin surətindən məlum olur ki, o, ** HJ *** dövlət nömrə nişanlı KİA SPORTYAGE avtomaşınına dair Cavabdeh 6553 (altı min beş yüz əlli üç) ABŞ dolları almış, qalan 6253 (altı min iki yüz əlli üç) ABŞ dolları pul məbləğini də xx.xx.2019-cu il tarixədək Cavabdeh tərəfindən ödəniləcək. Məbləğ tam ödənildikdən sonra avtomaşının Cavabdeh adına keçirilməsinə etirazı yoxdur. Həmin xüsusatları İddiaçı həm iddia ərizəsində göstərmiş, həm də məhkəmə kollegiyasının iclasında təsdiq etmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş bank ödəniş qəbzləri ilə də qeyd olunan xüsusatlar öz təsdiqini tapır. İddiaçı xx xxxx 2014-cu il tarixli "xxxx" əsasən Bank VTB ASC-dən 14604 ABŞ dolları məbləğində kredit götürməsi, həmin kredit puluna avtomobil alması, İddiaçı bank ödənişlərinə 2015-ci ilin mart ayından başlaması, 2015-ci ilin fevral və dekabr aylarında Azərbaycan manatının devalvasiyaya uğraması,İddiaçı krediti ödəyə bilmədiyinə görə avtomobili Cavabdeh satmaq barədə onunla razılaşması, Cavabdeh bu məqsədlə İddiaçı onun banka ödəmiş olduğu 6553 ABŞ dollarını verməsi və yerdə qalan kredit məbəğinin də Cavabdeh tərəfindən banka ödənilməsi, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən, Maliyyə X5 tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə İddiaçı 5112.69 manat kompensasiya hesablanması, həmin kompensasiyanın İddiaçı tərəfindən verilmiş baş etibarnamə əsasında Cavabdeh alması işin mübahisə edilməyən hallarıdır. Avtomobilin dəyərinin ödənilməsi və cavabdeh tərəfindən bank kreditinin xarici valyuta ilə iddiaçıya və banka ödənilən hissələri ilə bağlı da tərəflər arasında mübahisə yoxdur. İddiaçı yalnız kredit müqaviləsi üzrə hesablanmış kompensasiyanın ona verilməli olmasını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Hazırkı iş üzrə yaranmış hüquq münasibətlərində iddiaçının (borclunun) banka olan öhdəliyini tam şəkildə-iddiaçının (borclunun) banka ödədiyi məbləği sonuncuya və yerdə qalan məbləği isə banka ödəməklə cavabdeh (üçüncü şəxs) ödəmişdir. Həm də ABŞ dollarının kursu ilə. Mülki Məcəllənin 431.2-ci maddəsində göstərilmişdir ki, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Qeyd edilən normanın məzmununa görə, kreditor borclunun razılığı əsasında icranı üçüncü şəxsdən qəbul edə bilər. Hazırkı işdə kredit müqaviləsi üzrə borclu (iddiaçı) əleyhinə olmadığından, kreditor (bank) üçüncü şəxsin (cavabdehin) təklif etdiyi icranı qəbul etmişdir. Məhkəmə kollegiyasının qənaətincə, iddiaçının bank qarşısında öhdəliyi tam şəkildə (iddiaçı tərəfindən banka ödənilən hissəni iddiaçıya, qalıq hissəsini banka) məhz cаvаbdeh tərəfindən bаnkа ödənildiyindən, kredit müqаviləsi iddiaçı ilə bаnk аrаsındа оlduğu üçün ölkə Prezidentinin məlum Fərmаnı əsаsındа 5112 manat məbləğində kompensasiya məbləğinin iddaçıya hesаblаnmasına baxmayaraq həmin məbləğ cavabdehə çatmalıdır. Çünki, cavabdehin həm iddiaçıya verdiyi, həm də banka ödədiyi pul xarici valyutada-ABŞ dolları ilə olmuşdur. Həmin məbləğin iddiaçıya verilməsi onun əsasız varlanması demək olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-1092.2-ci maddələrinə görə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edən şəxs əsassız varlanan şəxs (varlanmış şəxs) sayılır. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda adı çıkilən kredit müqaviləsi üzrə iddiaçının öhdəliyi cavabdehə keçdiyindən, Mülki Məcəllənin 431.3-cü maddəsinə əsasən, tələb hüququ da cavabdehə keçir. Yəni, borcun keçirilməsi baş vermişdir. Ona görə də, kredit müqaviləsi üzrə hesablanmış kompensasiya məbləğini almaq hüququ cavabdehə keçmişdir. Həmin məbləğin iddiaçı tərəfindən alınması onun əsassız varlanmasına gətirib çıxarardı. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri əsassız olmuşdur, təmin edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından mübahisəyə hüquqi qiymət verilərkən ilk növbədə sözü gedən müxtəlif maraqlar bütünlüklə aydınlsşdırılmalıdır. Nəzərə alınmalıdır ki, konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hər tərəfli və obyektiv araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apelyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. (X9rşı iş üzrə x xxxxxx 1994-cü il tarixli Qərar; Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə xx xxxxxx 2007-ci il tarixli Qərar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı özünə məxsus qoyunun cavabdehin iti tərəfindən boğularaq öldürülməsini kifayətedici aydınlıqla sübut edə bilməmiş, irəli sürdüyü həmin iddia iləbağlı hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.2-ci maddəsində göstərilmişdir ki, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1951/2019 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1951/2019 saylı qətnаməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar