Məhkəmə qərarları › İş №2(107)-7/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-7/2021

23.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-7/2021 23.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evin sökülməsi, tikinti işlərinin dayandırılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı yaşayış evinə köçürmə, istifadə hüququ verilməsi və ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(039)-34/2015 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(039)-34/2015 nömrəli qətnaməsi ilə (hakim Vəzirxan Məlikov) iddia tələbi qismən təmin edilmiş, cavabdehqarşılıqlı iddiaçı Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin 54 m2 hissəsində apardığı evin həmin hissəsinin sökülməsi, işıq və su xətlərinin çəkilişinin dayandırılması, cavabdeh - qarşılıqlı iddiaçı Cavabdeh vurulmuş mənəvi zərərə görə 500 manatın alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin əsassız hesab edilərək təmin edilməməsi, cavabdeh - qarşılıqlı iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı iddia ərizəsinin rədd edilməsi və onun və ailə üzvlərinin cavabadehə məxsus ünvan 3 evə köçürülməsi, evdən istifadə hüuqunun tanınması, mebel və əşyalarının məhv edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi qət edilmişdir. İddiaçı-cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhəri, C.Kərimov küçəsi 54 saylı ünvanda Cavabdeh mülki hüquq pozuntusu (delikt) nəticəsində törətdiyi hərəkətlərinə son qoyulması, yəni qanunsuz inşa etdirdiyi yaşayış binasının qeyd – şərtsiz sökülməsi, işıq xətti və su kəməri xətlərinin çəkilişinin dayandırılması və cavabdehin ona və digər mülkiyyətçilərə vurduğu maddi və mənəvi ziyana görə ona vurulmuş 5000 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia həcminin artırılması barədə ərizə verərək, 5000 manat məbləğində maddi ziyan tələbinin və 5000 manat məbləğində mənəvi ziyan tələbi ilə bağlı, ümumilikdə 10000 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi ilə bağlı iddia tələbinin, əvvəlki tələbləri ilə birlikdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək – iddiaçı-cavabdeh İddiaçı iddia ərizəsinin rədd edilməsi və onun və ailə üzvlərinin cavabadehə məxsus ünvan 3 evə köçürülməyini, evdən istifadə hüququnun tanınması, mebel və əşyalarının məhv edilməsi nəticəsində vurulmuş ziyanın iddiaçı-cavabdeh tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı-cavabdeh İddiaçı bildirdi ki, o, Yevlax şəhəri, C.Kərimov küçəsi 54 saylı ünvanda yerləşən fərdi yaşayış evi ümumi mülkiyyət hüququ ilə ona və övladları X9, X23, X15 və X16 məxsusudur. Qeyd edilən ünvana Cavabdeh onun və habelə digər mülkiyyətçilərin razılığı olmadan qeydiyyata düşmüşdür. Hazırda isə Cavabdeh onun əvvəlki qanunsuzluq və özbaşınalığını davam etdirərək orada fərdi yaşayış evi tikdirir və yeni inşa etdirdiyi fərdi yaşayış evini onun və digər ailə üzvlərinin mülkiyyətinə daxil olan fərdi yaşayış evinə bitişik formada tikdirərək mülkiyyətçisi olaraq onların hüquq və mənafelərinə toxunur. O və ailənin digər üzvləri ünvan 1 ünvanda Cavabdeh yaşayış binası tikdirilməsinə razı olmamış, eyni zamanda dəfələrlə ona müraciət edərək inşa etdirdiyi binanın inşasının dayandırılmasını tələb etmişlər. Cavabdeh isə, onların tələblərini təmin etməmiş, əksinə onların şəxsi mülkiyyətinə daxil olan binaya xələl gətirəcək bir qaydada inşa işlərini davam etdirmişdir. Habelə həmin ünvanda onların yetişdiridyi meyvə verən ağacları məhv etmiş və qanunsuz işıq və su çəkilişi ilə məşğuldur. O, qeyd edilən iddianın özü, habelə X6, X17, X10 və X11 adından irəli surur. O, Cavabdeh hərəkətləri nəticəsində sarsıntı keçirmişdir. Odur ki, bu iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçının nümayəndəsi Nümayəndə iddiaçının izahatına oxşar izahat vermişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, iddiaçı cavabdeh İddiaçı ona qarşı verdiyi iddia ərizəsini qəbul etmir və iddia tamamilə əsasızdır. İddiaçının dedikləri tamailə yalandır. Sözü gedən mübahisəli ev onun babasından qalmış evidir. Ümumi mülkiyyət hüququ əsasında həmin evdə iki ailə uzvləri ilə illərdir ki, birlikdə yaşayır. İddiaçı saxta yollarla evi öz adına sənədləşdirdikdən sonra onunla yola getmir. O, ünvan 2 ünvanda tikdiyi evdə yaşayır. Onun ata-anası da həmin evdə qeydiyyatda olmaqla orada yaşamışlar. O, həmin evdə doğulmuşdur. Ata-anası Rusiya Federasiyasına getdikdən sonra cavabdeh onun ev əşyalarını həyətə yığmış, 7000 manat dəyərində Rumuniya istehsalı olan iki dəst mebeli, ev əşyalarını çöldə qalaraq məhv olmuşdur. Cavabdeh onu da evdən çıxarmışdır. Həmin evdə onun şəxsi əşyaları var. İddiaçı onun və ailəsinin orada yaşamasına manelər yaradır. Mənzildən istifadə hüquqlarını həyata keçirməyə imkan vermir. İddiaçı onu və ailəsini məcburi olaraq evdən çıxarmış, sonra həyətdə çadır qur yaşa dedi və o, da həyətdə ev tikmiş və orada bitmək bilmir. Onu hər gün dava – dalaşla qarşıdurmaya çəkir. Onun həmin evə dair hüquqlarının olmasına baxmayaraq evdə yaşaya bilmir. Həmin evdə yaşamaq hüququ vardır. Lakin İddiaçı cavabdeh həmin evdə yaşamağına imkan vermir. Hesab edir ki, məhkəmə onun yaşayış binasından istifadə hüquqlarının təmin olunması üçün qarşlılıqlı iddia ərzəsini qəbul edib baxmalıdır. Odur ki, iddia tələbinin rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(107)-1482/2018 saylı qətnaməsi ilə iş üzrə Yevlax Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(039)- 34/2015 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cаvаbdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli, 2(102)-257/19 saylı qərarı ilə Cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilmiş,Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 25 iyul 2018–ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdehapellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin dəlilləri və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da,həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş nəticədə Azərbaycan Respublikası MPM-nin tələbləri və ədalətli məhkəmə baxışı hüququları əhəmiyyətli dərəcədə pozulmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(039)-34/2015 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, cavabdeh, üçüncü şəxslər və inzibati orqanın nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş, iclasa gəlməməyinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(039)-34/2015 nömrəli qətnaməsi qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşə əlavə edilmiş və kolegiyanın iclasında tədqiq edilmiş: -Torpağın Mülkiyyətə verilməsini dair JN-2530A seriyalı 90101002 kodlu şəhadətnamənin surətindən görünür ki, Yevlax şəhərində X18, İddiaçı, X23, X15,X16 və X4 Aqrar İslahatlar Komissiyasının 17 fevral 2006-cı il tarixli, 10 nömrəli qərarı ilə 0,04 ha torpaq sahəsi verilmişdir -MA ******* saylı Yevlax rayonu DƏMDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Yevlax şəhəri, C.Kərimov küçəsi 54 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. - AZ-İ 318866 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 11.09.2008-ci ildə vəfat etmişdir. - nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X25 04.06.1976-cı il tarixdə rəsmi nikaha girmişlər. - 14 iyul 2014-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəf 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. - 14.07.2014-cü il tarixli, 29 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən də Yevlax şəhəri C.Kərimov küçəsi 54 ünvanında ailə üzvləri – X7, X1, X12, X19, X20, X21 və X13 ilə birlikdə yaşayır. - 14 iyul 2014-cü il tarixli qəbzdən görünür ki, cavabdeh-qarşılıqlı iddiaçı tərəf 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərzai İdarəsi tərəfindən verilmiş 03 iyun 2017-ci il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanda İddiaçı qızna məxsus olan JN- 2530A, kod-90101002 olan torpağın mülkiyyətinə verilməsinə dairşəhadətnamədə göstərilmiş 0,04 ha həyat yanı torpaq və 0,0251 ha zəbt edilmiş torpaq sahəsi hasar daxilnidə olmaqla ona məxsusudur. Cavabdeh inşa etdirdiyi yaşayış evinin 54 m2 sahəsi İddiaçı mülkiyyətindədir. 115.00 m2 tikintisi isə həmin şəhadətnamədə görünən zəbt torpağında yerləşir. Ümumilikdə 169 m2 kürsülü mişar daşından tikilmiş yaşayış evi İddiaçı həyatyanı torpaq sahəsindən sənədi olmadan qanusuz olaraq Cavabdeh tərəfindən tikintialtı sahəsi 169.50 m2 olan fərdi yaşayış evi tikilmişdir. Tikinti aparılarkən iddiaçının yəni İddiaçı evinin arxasına keçid yolu bağlanılmışıdr. Belə ki, yanğından mühafizə nəzərə alınmamışıdr. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 3 ünvanda yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışına əsasən 0,0244 ha torpaq sahəsinin istifadəçisidir. Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ona məxsus həmin torpaq sahəsinin 54 m2 hisəssini zəbt edərək orada yaşayış evi tikmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 152.1, 157.2, 1096.1 və 1096.2-ci maddələrinə və Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərzai İdarəsi tərəfindən verilmiş 03 iyun 2017-ci il tarixli rəyinə istinad etməklə belə bir nəticəyə gəlmişdir ki, Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin 54 m2 hissəsində tikinti apardığı evin həmin hissəsi sökülməli, işıq və su xətlərinin çəkilişi dayandırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə,birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin iddiaçıdan əlavə digər mülkiyyətçiləri və cavabdehin evinə su və işıq xətləri şəkmiş hüquqi şəxslər işə cəlb edilməməklə MPM 88-ci maddəsinin tələblərinə müvafiq olaraq işi tam və hərtətəfli araşdırmadan işin qeyd edilən halına hüquqi qiymət verməməklə iş üzrə düzgün nəticəyə gəlməmiş, qanunu düzgün təfsir etməmiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Belə ki, iş materiallarından da görünür ki, iddia tələbinin hüquqi əsasını iddiaçıya məxsus torpaq sahəsinin 54 m2 hissəsində apardığı evin həmin hissəsinin sökülməsi, işıq və su xətlərinin çəkilişinin dayandırılması təşkil edir. İş materiallarından göründüyü kimi Cavabdeh iddiaçı ilə yanaşı həmin mübahisəli torpaq sahəsində yerləşən Yevlax şəhəri, C.Kərimov küçəsi ev 54 mənzilində qeydiyyatdadır. İş materiallarından o da görünür ki, mübahisəli torpaq sahəsi tək İddiaçı mülkiyyətində yox, onunla birlikdə 5 nəfərin ümumi mülkiyyətindədir. Qeyd olunan mülkiyyətçilərdən olan, kollegiya tərəfindən işə 3-cü şəxs qismində cəlb olumuş Nazlı Quliyeva iddia tələbi ilə torpaq sahəsində evin bir hissəsinin sökülməsi, işıq və su xətlərinin çəkilişinin dayandırılmasına razı deyildir. Belə ki, X8 Azərbaycan Respublikası Ali Məhkəməsinə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı mülki hüquq pozuntusu nəticəsində törətdiyi hərəkətlərə son qoyulması, qanunsuz inşa etdiyi yaşayış binasının qeyd şərtsiz sökülməsi, işıq xətti və su kəməri xətlərinin çəkilməsinin dayandırılması habelə ona və digər mülkiyyətçilərə vurduğu maddi və mənəvi ziyanın əvəzi olaraq 5000(beş min) manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq onun xeyrinə tutulması tələbinə torpaq sahəsinin bir mülkiyyətçisi olaraq etiraz etdiyini bildirmişdir. Mübahisələndirilən torpaq sahəsi onun atasının torpaq sahəsi olmuşdur. Atasının ölümündən sonra həmin əmlakın yəni 0,04 ha torpaq sahəsinin 6 mülkiyyətçisi olmuş, həmin mülkiyyətçilərdən birinin də onun özü olduğunu bildirmişdir.Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə cavabdehin atasının və özünün adının hansı səbəbdən çıxarılmasını, həmçinin 2015-ci il tarixə qədər ümumi yaşadığımız fərdi yaşayış evindən Cavabdeh zorla çıxarılmasından sonra hazırki əsassız iddianın qaldırılmasını rədd etmişdir. Burada o, mübahisələndirilən torpağın mülkiyyətçilərindən biri olaraq Cavabdeh 54 kv.m torpaq sahəsindən çıxarılmasını qəbul etmir. Həmin hissə ona məxsusdur. Orada olan tikilini onun vəsaiti və razılığı ilə cavabdeh tikib. Burada o, heç kəsin torpaq sahəsini zəbt etməyib. İddia qaldırılarkən onun hüquq və maraqları pozulub. Yuxarıda qeyd edilənlərin nəzərə alınmağını, Cavabdeh heç bir torpaq sahəsini xüsusən də İddiaçı aid torpaq sahəsini zəbt etmədiyini, məhkəmə qətnaməsində qeyd edilən 54 kv.m torpaq sahəsinin ona aid olduğunu, onun mülkiyyətində olduğunu onun icazəsi və vəsaiti ilə həmin tikilinin orada tikildiyini, həmçinin həmin torpaq sahəsinin mülkiyyətçisi kimi onu nəzərə almağımızı, bu məsələlərdə məhkəmədə onun iştirakını təmin etməyi və əsassız qətnamənin ləğv olunmasını xahiş etmişdir. Göründüyü kimi, torpaq sahəsinin mülkiyyətçilərindən biri olan X22 mübahisələndirilən torpaq sahəsindən Cavabdeh çıxarılmasını qəbul etmir və sökülməsi tələb olunan tikilini onun vəsaiti və razılığı ilə cavabdeh tərəfindən tikilmişdir. Məhkəmə qətnaməsində qeyd edilən 54 kv.m torpaq sahəsinin ona aid olduğunu, onun mülkiyyətində olduğunu onun icazəsi və vəsaiti ilə həmin tikilinin orada tikildiyini ,həmçinin həmin torpaq sahəsinin mülkiyyətcisi kimi onu nəzərə almagınızı, bu məsələlərdə məhkəmədə onun iştirakını təmin etməyi və əsassız qətnamənin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mülki iş üzrə qanuni və obyektiv qərarın çıxarılması üçün Şəki Apellyasiya Məhkəməsinin 16.01.2020-ci il tarixli, 2(107)-37/2020 nömrəli qərаrdаdı ilə iş üzrə ekspert rəyinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvаlə edilmiş, rəy аlınаnаdək işin icrааtı dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq 04 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur.Həmin rəydə göstərilmişdir ki, Qərardadın birinci sualı üzrə: Yevlax şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri xidmətinin mütəxəssis rəyindən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-2530A seriyalı, 90101002 kodlu şəhadətnamədə qeyd edilən 0,04 ha torpaq sahəsi və zəbt kimi qeyd edilmiş torpaq sahəsi ilə birlikdə həmin ünvanda yerləşən ümumi torpaq sahəsinin ölçüsü 613 kv-m dir. Həmin torpaq sahəsinin zəbt kimi qeyd edilmiş hissəsi 213 kv.m-dir. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 17 kv.m olan hissəsi torpağın mülkiyyətə verilməsinə dair JN-2530A seriyalı 90101002 kodlu şəhadətnamədə qeyd edilən 0,04 ha torpaq sahəsinin sərhəddinin hüdudları daxilində, qalan hissəsi isə istifadə olunan 213 kv.m torpaq sahəsində yerləşir. Qərardadın üçüncü sualı üzrə: Yevlax şəhərində yerləşən Yevlax rayonu Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə qeyd edilən 0,04 ha həyətyanı torpaq sahəsindən X25, İddiaçı, X28, X26, X11 payına düşən torpaq sahəsi bir və X2 isə payı tək bölünməsi Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Göründüyü kimi, rəyə əsasən, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 17 kv.m olan hissəsi torpağın mülkiyyətə verilməsinə dair JN-2530A seriyalı 90101002 kodlu şəhadətnamədə qeyd edilən 0,04 ha torpaq sahəsinin sərhəddinin hüdudları daxilində, qalan hissəsi isə istifadə olunan 213 kv.m torpaq sahəsində yerləşir. Qərardadın üçüncü sualı üzrə: Yevlax şəhərində yerləşən Yevlax rayonu Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə qeyd edilən 0,04 ha həyətyanı torpaq sahəsindən X25, İddiaçı, X28, X26, X11 payına düşən torpaq sahəsi bir və X2 isə payı tək bölünməsi Məhkəmə Tikinti- X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Halbuki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərzai İdarəsi tərəfindən verilmiş 03 iyun 2017-ci il tarixli rəyinə istinad etməklə Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin 54 m2 hissəsində tikinti apardığı müəyyən etmişdir. Beləliklə məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən muəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçı İddiaçı Qafaq qızı ilə birlikdə 5 nəfərin ümumi mülkiyyətindədir .Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 17 kv.m olan hissəsi torpağın mülkiyyətə verilməsinə dair JN-2530A seriyalı 90101002 kodlu şəhadətnamədə qeyd edilən 0,04 ha torpaq sahəsinin sərhəddinin hüdudları daxilində yerləşir.Mülki iş üzrə 3-cü şəxs mülkiyyətçilərindən biri olan Nazlı Quliyeva iddia tələbi ilə torpaq sahəsində evin bir hissəsinin sökülməsi, işıq və su xətlərinin çəkilişinin dayandırılmasına razı deyildir və mübahisələndirilən torpağın mülkiyyətçilsi kimi 54 kv.m torpaq sahəsi ona aid oldugunu həmin torpaq sahəsində onun icazəsi və vəsaiti ilə həmin tikili işlərin aparılmışdır, Cavabdeh tərəfindən heç kəsin torpaq sahəsini zəbt etməyib, həmçinin mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi onu nəzərə almasını və əsassız məhkəmə qətnaməsini ləğv olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 222.1- ci maddəsinə əszasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. - 222.3-cü maddəsinə görə birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. - 223.3-cü maddəsində göstərilmişdir ki, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə dair mülkiyyətçilərindən biri olan X8 iddiaçının sahiblik və istifadə hüququnun həyata keçirilməsinin mümkünlüyünə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 222 və 223 maddələrin tələbləri baxımından hüquqi qiymət verməli olduğu halda tətbiq edilməli olan qanunu tətbiq etməməklə maddi hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə,hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmışfayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət vəya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002-ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcələləri üzrə Avropa Məhkəməsinin yuridiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyidövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericliyin müddəları nəzərə alınmaqla şəxsə mənəvi zərəı vurulması onun yaxın qohumalrının və ya iş yerinin itirməsi,fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf,ləyaqət və işgüzar nüfusunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi vəs. hallarda özünü büruzə verə bilər. Plenum qərarının 4cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvisarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum qərarının 8-ci bəndinə göstərilir ki, plenum izah edir ki, Azərbaycan Pespublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı Cavabdeh tərəfindən ona maddi zərər vurulmasını təsdiq edən sübut təqdim edə bilmədiyindən məhkəmə iddia tələbi qalan hissədə rədd edilmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh İddiaçı torpaq sahəsində tikinti işləri aparmış, iddiaçının tələbinə baxmayaraq həmin iş davam etdirilmiş, o, isə mənəvi sarsıntı keçirmiş, nəticədə ona mənəvi zərər vurmuşdur. Birinci instansiya məhkəməsi həmin mənəvi zərərin dəyərinin 500 manat müəyyən edilməsi daha ədalətlidir. Qalan hissədə isə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənəvi ziyanla bağlı gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinə dair düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə kollegiyası Cavabdeh torpaq sahəsində tikinti işləri apararaq iddiaçının tələbinə baxmayaraq həmin işi davam etdirməklə mənəvi sarsıntı keçirmiş və nəticədə ona mənəvi zərər vurduğunu müəyyən etmişdir. Halbuki, torpaq sahəsinin mülkiyyətçilərindən biri olan X22 ərizəsində cavabdeh tərəfindən mübahisələndirilən torpaq sahəsində onun vəsaiti və razılığı ilə tikinti işləri aparılmışdır. Göründüyü kimi Cavabdeh tərəfindən mübahisələndirilən torpaq sahəsində tikinti işləri aparsada, həmin tikintində işlərin görülməsi torpaq sahəsinin digər mülkiyyətçilərindən biri olan X8 razılığı və vəsaiti hesabina aparılmışdır. Belə olan halda,məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənəvi ziyanla baglı gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi mülki işin yuxarıda qeyd edilən hallarını araşdırmamış, işin faktiki halları üzrə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilməmş, əsassız olaraq iddiаçı İddiaçı qıznın cаvаbdeh Cavabdeh qаrşı torpaq sahəsinin 54 m2 hissəsində tikinti apardığı evin həmin hissəsi sökülməli, işıq və su xətlərinin çəkilişi dayandırılması və vurulmuş mənəvi zərər tələbi ilə baglı iddiasını qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh qarşılıqlı iddiaçı Cavabdeh və onun ailəsinin həmin ünvanda istifadə hüququ yalnız mülki qanunvericliyə uyğun olaraq yarana bilər ki, bu barədə o, heç bir sübut təqdim etməmişdir. Cavabdeh - qarşılıqlı iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı onun mebel və digər əşyalarını zədələməsini təsdiq edən sübut təqdim edə bilmədiyindən, qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarınınn Azərbaycan Respublikasınm Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin: - 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. - 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. - 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. -88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. - 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. - 384.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası mülki iş üzrə yekun olaraq bu nəticəyə gəlir ki, аpellyаsiyа şikаyəti qismən əsaslı olduğundan qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(039)-34/2015 nömrəli qətnaməsi qismən - cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin 54 m2 hissəsində apardığı evin həmin hissəsinin sökülməsi, işıq və su xətlərinin çəkilişinin dayandırılması, cavabdeh - qarşılıqlı iddiaçı Cavabdeh vurulmuş mənəvi zərərə görə 500 manatın alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiаçı İddiaçı cаvаbdeh Cavabdeh İbrahim oğluna qаrşı torpaq sahəsinin 54 m2 hissəsində tikinti apardığı evin həmin hissəsi sökülməli, işıq və su xətlərinin çəkilişi dayandırılması və mənəvi zərər tələbinə dair ilk iddiası əsassız olduğundan rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalı, mütəxəssis rəylərinin verilməsinə çəkilən xərclərin dəyəri olan cəmi 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) hesabına, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd edilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 392, 393, 404, 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(039)-34/2015 nömrəli qətnaməsi qismən - cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin 54 m2 hissəsində apardığı evin həmin hissəsinin sökülməsi, işıq və su xətlərinin çəkilişinin dayandırılması, cavabdeh - qarşılıqlı iddiaçı Cavabdeh vurulmuş mənəvi zərərə görə 500 manatın alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı cаvаbdeh Cavabdeh İbrahim oğluna qаrşı torpaq sahəsinin 54 m2 hissəsində tikinti apardığı evin həmin hissəsi sökülməli, işıq və su xətlərinin çəkilişi dayandırılması və mənəvi zərər tələbinə dair ilk iddiası əsassız olduğundan rədd edilsin. Qətnamə qalan hissədə hissədə dəyişdirilmədən saxlanilsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Mütəxəssis rəylərinin verilməsinə çəkilən xərclərin dəyəri olan cəmi 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) hesabına keçirilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar