Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-7/2023 29.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbləri (açar sözlər: qanunsuz tikilinin sökülməsi, qanunsuz tikilidə olan pəncərələrin bağlanması, torpağın naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru X1 etibarnamə üzrə nümayəndəsi, eyni zamanda iş üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunsuz tikilidə olan pəncərələrin bağlanması tələbinə dair” ilk və Cavabdeh İddiaçı qarşı “torpağın naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tаrixli, 2(075)-7/2020 saylı qətnaməsindən İddiaçı, Cavabdeh və qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru X3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2(107)- 131/2019 saylı qətnaməsinin surətindən görünür ki, Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə əsasən Şəki şəhəri, M.Cabbarov küçəsində yerləşən 11/23 saylı fərdi yaşayış evi X10 (½ hissə) və Cavabdeh (½ hissə) ümumi paylı mülkiyyətinə verilmişdir.
2. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2(107)- 131/2019 saylı qətnaməsinin surətindən görünür ki, 15 sentyabr 2006-cı il tarixli, 4Ə-1/133 saylı bağışlama müqaviləsi ilə “bağışlayan” X6 şəhəri, M.Cabbarov küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 54 kv.m yaşayış, 108.6 kv.m köməkçi sahə və 162.6 kv.m ümumi sahədən ibarət üçotaqlı mənzilin ½ hissəsini nəvəsi “bağışlanan” İddiaçı bağışlamışdır.
3. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 04 oktyabr 2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Şəki şəhəri, M.Cabbarov küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.0 kv.m yaşayış, 108.6 kv.m köməkçi sahədən ibarət 11 (23) nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı - ½, Cavabdeh - ½ adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2(107)- 131/2019 saylı qətnaməsinin surətindən görünür ki, Şəki Rаyоn Məhkəməsinin 06 sentyabr 2018-ci il tаrixli, 2(075)-3317/2018 saylı qətnаməsinə əsаsən iddiаçı Cavabdehlər İddiaçı və Şəki şəhəri 1 saylı Dövlət Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi bаrədə iddiаsı rədd edilmişdir.
5. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2(107)- 131/2019 saylı qətnaməsinin surətindən görünür ki, Şəki Rаyоn Məhkəməsinin 06 sentyabr 2018-ci il tаrixli qətnaməsi iddiaçı Cavabdehnа münаsibətdə dəyişdirilmədən, оnun apellyasiya şikayəti isə təmin edilmədən sаxlаnmışdır.
6. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzi tərəfindən verilmiş 06 noyabr 2018-ci il tarixli, 21714 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən, mülki iş materiallarında olan sənədlərə və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ilə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin arasındakı çay daşından hörülmüş sərhəd hasarının üzərində və ona bitişik vəziyyətdə inşa olunmuş tikililərin və hasarın üzərindəki iddiaçıya məxsus həyətə baxan pəncərənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Qərardadın ikinci sualı üzrə tədqiqat obyektlərinin qonşuların və digər şəxslərin əmlakları, həyat və sağlamlığı üçün təhlükə yaradıb-yaratmaması, qonşuların və digər şəxslərin hüquqlarının hər hansı formada pozub-pozmaması məsələsi hüquq xarakter daşıdığından və ekspertin həll etdiyi məsələlər dairəsində olmadığından, göstərilən fakt son nəticədə məhkəmə tərəfindən müəyyən oluna bilər. Qərardadın üçüncü sualı üzrə ekspertiza tədqiqatına təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin hər hansı hissəsinin ünvan 1 ünvanında yaşayan İddiaçı tərəfindən tutularaq istifadə olunması müəyyən edilmir. Qərardadın dördüncü sualı üzrə Şəki şəhəri, M.Cabbarov küçəsində yerləşən 11/23 nömrəli fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən Cavabdeh aid ½ hissəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər mülki iş materiallarında olmadığından və əlavə olaraq ekspertiza tədqiqata təqdim olunmadığından tədqiq olunan 11/23 saylı fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən cavabdehə aid ½ hissənin naturada ayrılmasının mümkün olub-olmamasının müəyyən edilməsinə dair tədqiqat aparılması mümkün deyildir. Tədqiqatın dəyəri 100 manat təşkil edir.
7. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzi tərəfindən verilmiş 09 dekabr 2019-cu il tarixli, 20899 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mütəxəssis rəyi təqdim edilmədiyindən qoyulmuş sual üzrə tədqiqat aparılmadı. Qərardadın ikinci sualı üzrə Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” KLİ-nun mühəndisi X11 tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun tikilməmişdir. Qərardadın üçüncü sualı üzrə Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” KLİ-nun mühəndisi X11 tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən Cavabdeh tərəfindən inşa edilmiş iddia predmeti olan tikili çay daşından hasarın üstündə inşa olunduğundan bişmiş kərpicdən hörülmüş divarın deformasiyaya uğramasını (yəni qismən çölə doğru qabarması) əsas tutaraq tikintinin vəziyyətini qəzalı hesab oluna bilər. ünvan 1 ünvanında tikilmiş fərdi yaşayış evinə və onun həyətyanı sahəsinə tikilinin dağılması zərər dəyə bilər. Tədqiqatın dəyəri 50 manat təşkil edir.
8. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin mühəndis-inventerlaşdırıcısı Süleyman Məmmədov tərəfindən verilmiş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə keçirilmiş baxışın nəticələrinə dair 08 dekabr 2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qanuni torpaq sahəsi 600 m2 olmaqla, İddiaçı və Cavabdeh adlarınadır. Torpaq sahəsi faktiki olaraq çay daşından hörülmüş divarla iki hissəyə bölünmüşdür. Hər payçıya ½ hissə düşdüyündən payçıların hərəsinin mülkiyyətinə 300 m2 torpaq sahəsi düşür və hər iki tərəfdə qanuni 300 m2 torpaq sahəsi yerləşir. Eyni zamanda faktiki həyətyanı sahə ümumilikdə 1085 m2 olduğundan hər iki tərəfə zəbt torpaq sahəsi düşür. Zəbt torpaq sahəsinin İddiaçı aid hissədə 257 m2, Cavabdeh aid hissədə 228 m2 müəyyən olunur.
9. İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Şəki şəhəri, Məmməd Cabbarov küçəsində yerləşən 11(23) nömrəli fərdi yaşayış evinin ona məxsus olan hissəsində aparılmış qanunsuz tikilinin sökülməsi və qanunsuz tikilidə olan pəncərələrin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh vermiş olduğu qarşılıqlı iddia ərizəsində ünvan 3 fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin ona aid ½ hissəsinin real naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı ilk iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 15 sentyabr 2006cı il tarixdə mərhum nənəsi X5 şəhəri, M.Cabbarov küçəsində yerləşən 11/23 saylı evin ½ hissəsini ona bağışlamışdır. Bununla bağlı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 04 oktyabr 2006-cı il tarixdə MH seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin fərdi yaşayış evinin digər ½ hissəsi Cavabdeh mülkiyyətindədir. Cavabdeh 2018-ci il tarixdə ona qarşı bağışlama müqaviləsinin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2(075)-3317/2018 saylı qətnaməsi ilə iddia tələbi ilə rədd edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2(107)-131/2019 saylı qətnaməsi ilə şikayət təmin edilmədən, Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Fərdi yaşayış evi və həyətyanı sahə cavabdehlə aralarında hasarla bölünmüşdür. Cavabdeh hasarın özünə aid olan hissəsində tikdiyi tikilinin damının 2 m-lik hissəsi ona məxsus olan hissəsinə keçmişdir. Eyni zamanda həmin qanunsuz tikilidə olan pəncərənin biri onun birbaşa həyətyanı sahəsinə, digəri isə onun çöl qapısının qabağına açılır. Bundan əlavə cavabdeh tərəfindən aparılmış qeyri-qanuni tikinti onun darvazasının sol tərəfinin tamamilə tutulmasına gətirib çıxarmışdır. Bu hal isə darvazanın normal hərəkətinə və onun evinə avtomobil daxil olmasına ciddi əngəllər yaradır. Cavabdeh tərəfindən aparılmış qanunsuz tikili aralarında olan hasarın ona tərəf olan hissəsində aparılmışdır. Bu isə tikinti normalarına uyğun olmamaqla onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Belə ki, cavabdeh tərəfindən tikilmiş qanunsuz tikili darvazanın normal hərəkətinə, ona məxsus həyətə avtomobil, zəruri hallarda təcili tibbi yardım, yanğınsöndürən və s. kimi avtomobil və texnikanın daxil olmasına ciddi əngəlllər yaradır. Buna görə də dövlət tərəfindən qorunan konstitusion hüquqlarının bərpası və müdafiəsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Cavabdeh qarşılıqlı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 21 sentyabr 2007-ci il tarixdə MH seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Şəki şəhəri, M.Cabbarov küçəsində yerləşən 11/23 saylı fərdi yaşayış evinin ½ hissəsi onun, digər ½ hissəsi İddiaçı mülkiyyətindədir. Lakin hazırkı vaxtadək fərdi yaşayış evi real bölgü əsasında bölünməmişdir. Paylı mülkiyyətçi İddiaçı ilə aralarında razılıq əldə olunmadığından paylı mülkiyyətdə olan əmlakda payının ayrılaraq çıxarışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
13. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ilk iddia tələbini müdafiə edərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh qarşılıqlı iddianı müdafiə etdiyini bildirmişdir. İlk iddiaya münasibət bildirərək qeyd etmişdir ki, tərəfindən iddiaçıya məxsus hər hansı torpaq sahəsində qanunsuz tikili aparılmamışdır. İlk iddianı tamamilə əsassız hesab edir. Odur ki, məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli qərardadı ilə arşılıqlı iddia tələbinin «ünvan 3 fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh aid ½ hissəsinə ayrıca reyestrdən çıxarışın verilməsi» hissəsi üzrə icraata xitam verilmişdir.
16. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) 07 yanvar 2020-ci il tаrixli, 2(075)-7/2020 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, ünvan 3 ünvanda yerləşən İddiaçı məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə Cavabdeh məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın İddiaçı adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilmiş «A» literli yaşayış evindən çöl darvazayadək olan hissəsinin sökülməsi, İddiaçı adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasporta əsasən İddiaçı və Cavabdeh mülkiyyətlərində olan daşınmaz əmlakın sərhədində Cavabdeh tərəfindən inşa edilmiş çay daşından olan hasarda İddiaçı məxsus fərdi yaşayış evinin həyətinə baxan, «A» literli yaşayış evindən çöl darvazayadək olan hissədə yerləşən 1 ədəd pəncərənin bağlanması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilən ünvan 3 daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin planına əsasən inventar nömrəsi 10864 olan, şimaldan 1370, cənubdan 1710 sayla işarələnmiş sərhədlər daxilində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi, zəbt edilmiş sahə istisna olmaqla, tərəflərin faktiki istifadələrində olan paylarına uyğun söküntüdən sonrakı vəziyyətdə naturada ayrılaraq Cavabdeh mülkiyyətinə verilməsi, qarşılıqlı iddia tələbinin «ünvan 3 fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh aid 1/2 hissəsinə ayrıca reyestrdən çıxarışın verilməsi» hissəsində xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli qərardadının nəzərə alınması, 5 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, 150 (bir yüz əlli) manat ekspertiza xərcinin ½ hissəsi, yəni 75 manatın İddiaçı, ½ hissəsi, yəni 75 manatın isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
17. İlk iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 3 ünvanda yerləşən İddiaçı məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə Cavabdeh məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın İddiaçı adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********5410301 reyestr nömrəli texniki pasportda göstərilmiş «A» literli yaşayış evindən çöl darvazayadək olan hissəsi sökülməli və həmin hissədə yerləşən 01 (bir) ədəd pəncərə bağlanmalıdır.
18. Qarşılıqlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilən ünvan 3 daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin planına əsasən inventar nömrəsi 10864 olan, şimaldan 1370, cənubdan 1710 sayla işarələnmiş sərhədlər daxilində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi, zəbt edilmiş sahə istisna olmaqla, tərəflərin faktiki istifadələrində olan paylarına uyğun söküntüdən sonrakı vəziyyətdə naturada ayrılaraq Cavabdeh mülkiyyətinə verilməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 146.3, 157.2, 157.4, 178.1, 180.1, 180.2, 180.3, 180.4, 213.1, 213.2, 220.1, 220.2, 220.3 və 238.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 106.1-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1 və 111-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Həmin qətnamədən İddiaçı, Cavabdeh və qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru X3 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətlərinin dəlilləri
21. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətanamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün halların aydınlaşdırılmaması yolu ilə qəbul edildiyindən qətnamədə göstərilmiş nəticələri işin faktiki hallarına uyğun gəlmir. Belə ki, qanunsuz tikilinin üzərində olan pəncərələrin sökülməsini tələb etsə də, məhkəmə həmin pəncərələrdən yalnız birinin bağlanılmasını təmin etmişdir. Halbuki işdə olan foto şəkillərdən göründüyü kimi qanunsuz tikilinin üzərində birdən artıq pəncərə vardır. Bununla yanaşı cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikili həyətinin giriş darvazasının sol tərəfini tamamilə bağlamışdır. Bu səbəbdən də darvazanın sol qapısını normal açmaq mümkün deyil. Hətta o, gələcəkdə darvazanı dəyişə bilmək imkanından da məhrum olmuşdur. Əgər buna cəhd etsə qanunsuz tikilisinə ziyan vurmuş olacaqdır. Digər tərəfdən qanusuz tikilinin dam örtüyünün darvazasına tərəf olan çıxıntısı o qədər böyükdür ki, yağan yağış, buz, qar bir başa darvazanın qarşısına tökülür ki, bu da oradan istifadə edənlərin həyatı üçün birbaşa təhlükədir və maneə törədir. Hesab edir ki, qanunsuz tikilinin dam örtüyünün çıxıntısı ona mane olmayacaq səviyyədə azaldılmalıdır. Bu səbəbdən də hesab edir ki, iddia tələbi tam təmin edilməlidir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tаrixli, 2(075)-7/2020 saylı qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən 21 sentyabr 2007-ci il tarixdə MH seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Şəki şəhəri, M.Cabbarov küçəsində yerləşən 11/23 saylı fərdi yaşayış evinin ½ hissəsi onun, digər ½ hissəsi İddiaçı mülkiyyətindədir. Lakin birinci instansiya məhkəməsi qətnaməsində ½ hissədə torpağı bölsə də, həmin torpaq sahəsi cəmi 0.13 hektardır. Lakin həmin torpağın 0.10 hektarı onundur. 30 noyabr 2018-ci il tarixli 1436 nömrəli Arxiv arayışında da qeyd edilmişdir ki, Şəki Təsərrüfatlararası cins mal qara müəssisəsinə təhvil verilmiş, 01 yarvar 1975-ci il Qışlaq kənd Kirov adına kolxoz tərəfindən tərtib edilmiş “Qaytanlanmış torpaq” kitabına əsasən 338-ci sırada Cavabdeh torpağının cəmi 0.10 ha olması qeyd edilmişdir. Bundan əlavə Şəki rayonu Kolxozlararası Yemçilik birliyinin Qaytanlanmış torpaq kitabına da onun istifadəsində 0.10 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq torpağı iki bərəbər hissəyə bölmüş və torpağın bir hissəsini zəbt torpaq sahəsi kimi qeyd etmişdir. Həmçinin torpağı ½ hissədə naturada bölərkən onun mülkiyyətində olan fərdi yaşayış evinin 16 kv.m hissəsi cavabdehin tərəfinə düşür. Onun hazırda istifadəsində olan mülkün bir otağından əlindən zorla alınmış həmin otağa qapı yeri də vardır. Paylı mülkiyyətin məhkəmə qərarı ilə bölgüsü zamanı tərəflərə ½ hissə verilmişdir. Lakin bugunə qədər onun istifadəsində 1/3 hissədir, 2/3 hissə cavabdehin istifadəsindədir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iki dəfə ekspertiza keçirilmiş və ekspertlər tərəfindən iki əsassız və qanunsuz ekspert rəyləri verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nn 12 saylı Şəki Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı Süleyman Məmmədov tərəfindən verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxışın nəticələrinə dair 08 dekabr 2017-ci il mütəxəssis rəyirdə qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qanuni torpaq sahəsi 600 m2 olmaqla, İddiaçı və X4 adlarınadır. Torpaq sahəsi faktiki olaraq çay daşından hörülmüş divarla iki hissəyə bölünmüşdür. Hər payçıya hissə düşdüyündən payçıların hərəsinin mülkiyyətinə 300 m2 torpaq sahəsi yerləşir. Eyni zamanda faktiki həyətyanı sahə ümumilikdə 1085 m2 olduğundan hər iki tərəfə zəbt torpaq sahəsi düşür. Zəbt torpaq sahəsinin İddiaçı aid hissədə 257 m2 Cavabdeh aid hissədə 228 m2 müəyyən olunur. Buradan da aydın şəkildə görünür ki, rəsmi sənədlərlə hesablandıqda iddiaçının istifadəsində olan torpaq sahəsinin 257 m2 zəbt torpaq sahəsidir və onun həmin torpaq sahəsinin sərhəddində inşa edilmiş tikili ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ belə yoxdur. Belə olan halda birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq iddiaçının iddia tələbini qismən təmin etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tаrixli, 2(075)-7/2020 saylı qətnaməsinin ilk iddia tələbinin təmin edilən hissəsində və qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru X3 tərəfindən verilmiş apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, ilk iddia tələbində sökülməsi tələb edilən bina ona məxsus Maraqlı şəxs inzibati binasıdır. Həmin tikili daha öncələr fərdi yaşayış evi olmuş, daha sonra isə Cavabdeh tərəfindən təsis edilmiş Maraqlı şəxs inzibati kimi fəaliyyət göstərmişdir. Hazırda da həmin tikili Maraqlı şəxs inzibati binasıdır və bu xüsusat firmanın nizamnaməsi ilə təsdiq edilir. Həmin tikilini inşa etmək üçün Şəki şəhər XDS İcraiyyə Komitəsi 13 aprel 1989-cu il tarixli qərarı ilə buna icazə vermişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 23 yanvar 2020-ci il tarixli arayışdan da görünür ki, uçot baza məlumatlarına əsasən Maraqlı şəxs xx.xx.1994-cü il tarixdə 12690 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış, xx.xx.2005-ci il tarixdə isə ********** VÖEN ilə vergi orqanlarında uçota alınmışdır. Uçot baza məlumatlarında müəssisənin hüquqi ünvanı kimi “AZ 5500, ŞƏKİ RAYONU, H.SULTANOV ev 11" (hazırkı M.Cabbarov 11) qeyd edilmişdir. Həmçinin hazırda həmin tikili Cavabdeh deyil “Səxavət-CO" Şirkətinin inzibati binası olduğundan iddia tələbi qanunsuz olaraq Cavabdeh qarşı yönəldilmişdir. İddia “Səxavət- CO" Şirkətinə qarşı qaldırılmalı idi. Həmin binada Maraqlı şəxs tərəfindən “Xəngəl” yarımfabrikatı və digər xəmir məmulatlarının istehsalı ilə məşğul olur. Bütün bu xüsusatları birinci instansiya məhkəməsi nəzərə almamışdır. Birinci instansiya məhkəməsi Maraqlı şəxs qanunsuz və əsassız olaraq cavabdeh qismində işə cəlb etməmişdir. Bundan əlavə işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 dekabr 2019-cu il tarixli, 20899 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” KLİ-nun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlahiyə” KLİ-nun mühəndisi X11 tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun tikilməmişdir. Yuxarıda da qeyd etdiyi kimi, Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1dən qüvvəyə minmişdir. Lakin iddiaçının sökülməsini tələb etdiyi tikililər həmin məcəllənin təsdiq edilməsindən 20 il öncə inşa edilmişdir. Ona görə də həmin tikililərin ekspert tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadığının müəyyən edilməsi tamamilə qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tаrixli, 2(075)- 7/2020 saylı qətnaməsinin ilk iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilərək ilk iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru X1 etibarnamə üzrə nümayəndəsi, eyni zamanda iş üzrə Cavabdeh özü və qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru X3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tаrixli, 2(075)-7/2020 saylı qətnaməsinin ilk iddia tələbinin təmin edilən hissəsində və qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
25. İddiaçı qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru X3 tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz ərizəsi vermişdir. Həmin etiraz ərizəsində qeyd edilmişdir ki; ...məhkəmənin nəzərinə çatdırır ki, özünü «baş direktor» adlanan Mətanət Firudinbəyovanın qətnamənin şirkətin maraqlarına toxunmasını iddia etməsi cəfəngiyatdır, iş üzrə qətnamənin icrasını uzatmaq və «yaddan çıxarmaq» kimi sərsəm məqsədlər güdür. «Baş direktor» apellyasiya şikayətində bildirir ki, Şəki şəhəri. M.Cabbarov küçəsində yerləşən 11 saylı ev ona məxsus Maraqlı şəxs inzibati binasıdır və bu səbəbdən iddiaçının iddiası Cavabdeh qarşı yox, şirkətə qarşı qaldırılmalı idi. Amma, «Baş direktor» bu evin ona məxsus olması barədə heç bir sənəd-sübut təqdim etməmiş və evin onun nizamnaməsində inzibati bina kimi qeyd edildiyinə istinad etmişdir. Halbuki, mübahisəli evin kimin mülkiyyətində və istifadəsində olması məhkəmədə araşdırılmış və bundan sonra qətnamə və qərardad qəbul olunmuşdur. Digər tərəfdən qəbul olunmuş qətnamə evin şirkətin inzibati firması kimi fəaliyyətinə heç bir təsir göstərmir. Ev binanın qeydiyyatı məqsədi ilə nizamnamədə qeyd olunur. Bundan başqa «Baş direktor» iddia etmişdir ki, güya evdə xəmir məhsullarının istehsalı ilə məşğuldur. Halbuki Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 14.3-cü maddəsinə əsasən yaşayış sahələrində sənaye istehsalının yerləşdirilməsinə yol verilmir. Məhkəmənin nəzərinə xüsusi olaraq çatdırır ki, hazırkı mübahisənin 11 saylı evə heç bir aidiyyəti yoxdur. Mühahisə edilən hissə özbaşına tikilidir və 11 saylı evə qanunsuz olaraq əlavə edilmişdir. Məhz bunu əsas gətirərək məhkəmə tikilinin qanunsuz hissəsinin sökülməsini qət etmişdir.
26. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən İddiaçı özünün vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh və maraqlarına toxuanan şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tаrixli, 2(075)-7/2020 saylı qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru X3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı teleqramla məhkəməyə müraciət edərək səhhətində yaranmış problemlərlə əlaqədar hazırkı məhkəmə iclasının başqa vaxta təxirə salınmasının xahiş etmişdir. İddiaçı səhhətində yaranmış xəstəliyi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, lakin xəstəliyini təsdiq edən hər hansı sübut (tibbi sənəd) məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası iddiaçının hazırkı məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə gəlməyən şəxslərin iştirakı olmadan işə baxmağa haqlıdır. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının və qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru X1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətlərinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
30. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
31. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın təmin edilməyən hissəsində, cavabdeh və qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru X3 isə birinci instansiya məhkəməsinin qətnaməsini qismən, ilk iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin isə təmin edilməyən hissələrində mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissələrdə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
32. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
33. Maddə 29. Mülkiyyət hüququ
İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
34. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
35. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır.
36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
38. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
39. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
40. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
41. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
42. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
43. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
44. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
45. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
46. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
47. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
48. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
53. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
54. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
56. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
57. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirilmədən saxlaya bilər.
58. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
59. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Maraqlı şəxs maraqlarına toxunduğundan şirkət tərəfindən verilmiş apellyasiya şikayəti də mümkün hesab edilmişdir.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı, Cavabdeh və qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tаrixli, 2(075)-7/2020 saylı qətnaməsi baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
62. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
63. Müəyyən edilmişdir ki, Şəki şəhəri, M.Cabbarov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.0 kv.m yaşayış, 108.6 kv.m köməkçi sahədən ibarət 11 (23) nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı – ½, Cavabdeh – ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə Cavabdeh məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə Cavabdeh tərəfindən bişmiş kərpicdən hörülmüş divar tikilmiş, həmçinin iddiaçının həyətinə baxan pəncərə açılmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin tikilinin və hasarın üzərindəki iddiaçıya məxsus həyətə baxan pəncərənin bağlanmasını məhkəmədən xahiş edir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsində payının naturada ayrılaraq ayrıca çıxarışın verilməsini tələb edir.
64. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir.
65. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh tərəfindən inşa edilmiş İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ilə ona məxsus torpaq sahəsinin arasındakı çay daşından hörülmüş sərhəd hasarının üzərində, ona bitişik vəziyyətdə inşa olunmuş tikililər və hasarın üzərindəki iddiaçıya məxsus həyətə baxan pəncərə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun inşa olunmadığından qanunsuz tikilidir. Bundan başqa, Cavabdeh tərəfindən inşa edilmiş iddia predmeti olan tikili çay daşından hasarın üstündə inşa olunduğundan, bişmiş kərpicdən hörülmüş divar deformasiyaya uğradığından (yəni qismən çölə doğru qabardığından) qəzalı vəziyyətdədir. Cavabdeh tərəfindən inşa edilmiş tikili və həmin tikilinin qeyd edilən mübahisəli pəncərələri bir mülkiyyətçi kimi iddiaçının öz mülkiyyətində olan əmlakdan sərbəst istifadəsinə maneçilik yaradır. Bu isə qanunla yol verilməz hesab edilir. Odur ki, ilk iddia qismən təmin edilməli, ünvan 3 ünvanda yerləşən İddiaçı məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə Cavabdeh məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın İddiaçı adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********5410301 reyestr nömrəli texniki pasportda göstərilmiş «A» literli yaşayış evindən çöl darvazayadək olan hissəsi sökülməli və həmin hissədə yerləşən 01 (bir) ədəd pəncərə bağlanmalıdır.
66. Birinci instansiya məhkəməsi ilk iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə Cavabdeh məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın müəyyən hissəsi və mübahisə predmeti olan digər 01 (bir) ədəd pəncərə İddiaçı adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilmiş «A» literli yaşayış evinin hüdudları xaricindədir. Odur ki, İddiaçı həmin hissədə tikilinin sökülməsi mübahisələndirmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Odur ki, əsassız olduğundan ilk iddia qalan hissədə təmin edilməməlidir.
67. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşır.
68. Daha sonra, birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzi tərəfindən verilmiş 06 noyabr 2018-ci il tarixli, 21714 saylı ekspert rəyinə əsasən Şəki şəhəri, M.Cabbarov küçəsində yerləşən 11/23 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh aid ½ hissəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər mövcud olmadığından Cavabdeh aid ½ hissənin naturada ayrılmasının mümkün olub-olmamasının müəyyən edilməsinə dair tədqiqat aparılması mümkün olmamışdır. Lakin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin mühəndisinventerlaşdırıcısı Süleyman Məmmədov tərəfindən verilmiş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə keçirilmiş baxışın nəticələrinə dair 08 dekabr 2017-ci il tarixli mütəxəssis rəyi ilə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qanuni torpaq sahəsinin 600 m2 olmaqla payçıların hərəsinin mülkiyyətinə 300 m2 torpaq sahəsi düşdüyü və hər iki tərəfdə qanuni 300 m2 torpaq sahəsi yerləşdiyi müəyyən edilmişdir. Mübahisə predmeti olan əmlak Cavabdeh istifadəsində olduğundan iddia tələbi qismən əsaslıdır. Odur ki, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilən ünvan 3 daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin planına əsasən inventar nömrəsi 10864 olan, şimaldan 1370, cənubdan 1710 sayla işarələnmiş sərhədlər daxilində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi, zəbt edilmiş sahə istisna olmaqla, tərəflərin faktiki istifadələrində olan paylarına uyğun söküntüdən sonrakı vəziyyətdə naturada ayrılaraq Cavabdeh mülkiyyətinə verilməlidir.
69. Apellyasiya instansiyası məhkəməsi bu hissədə də birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
70. Birinci instansiya məhkəməsi ilk iddia tələbi ilə bağlı həmin nəticəyə gələrkən iş üzrə alınmış ekspert rəylərini mötəbər sübut kimi qəbul etmişdir.
71. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəylərini tədqiq edərək, məhkəmə araşdırması zamanı həmin rəylərdə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylələ razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyləri sübut kimi qəbul edilməlidir.
72. Ekspert rəyləri işin hallarına uyğun gəldiyindən cavabdehin və qətnamə maraqlarına toxunan şəxsin apellyasiya şkayətlərinin ekspert rəylərinin qanunsuzluğu ilə bağlı dəlilləri əsassızdır.
73. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin sonuncunu əsl cavabdeh, yəni Maraqlı şəxs ilə əvəz edilməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Maraqlı şəxs maraqlarına toxunsa da, Cavabdeh həmin iş üzrə ilk iddiaya cavab verməli şəxs olmuşdur.
74. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinin tələbinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.
75. Göründüyü kimi, qanun əsl olmayan tərəfin əvəz edilməsinə yalnız iddiaçının yazılı razılığı ilə həm də məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər yol verilir.
76. Odur ki, cavabdehin və qətnamə ilə maraqlarına toxunan şəxsin apellyasiya şikayətlərinin həmin dəlilləri əsassızdır.
77. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ilk iddia üzrə mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdehin bəyanının əksinə, iddia müddətinin tətbiqi ilə bağlı iş materiallarında sonuncunun yazılı ərizəsi yoxdur. Halbuki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
78. Eyni zamanda o da qeyd edilməlidir ki, Mülki Məcəllənin 384.0.4-ci maddəsinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
79. Şəki İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(116)-424 saylı qərarı ilə iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********99 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ünvan 4 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət resyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qərar iddiaçı Cavabdeh tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilsə də yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
80. Belə olan halda cavabdehin vermiş olduğu apellyasiya şikayətinin Qışlaq kənd Kirov adına kolxoz tərəfindən tərtib edilmiş “Qaytanlanmış torpaq” kitabına əsasən mübahisə predmeti olan torpaq sahəsinin 0.10 hissəsinin Cavabdeh məxsus olması barədə dəlili də əsassızdır.
81. Məhkəmə kollegiyası qətnamə ilə maraqlarına toxunan şəxsin apellyasiya şikayətinin tikilinin Cavabdeh deyil, “Səxavət-CO" Şirkətinin inzibati binası olması barədə dəlili ilə əlaqədar qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, mübahisə predmeti olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən binanın (fərdi yaşayış evinin) ½ hissəsi Cavabdeh mülkiyyətindədir.
82. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur.
83. Beləliklə birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə gəldiyi nəticəni işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun şəkildə əsaslandırmışdır.
84. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
85. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tаrixli, 2(075)-7/2020 saylı qətnaməsi baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı, Cavabdeh və qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tаrixli, 2(075)-7/2020 saylı qətnaməsi baxılmış apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov