Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-701/2021 04.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(039)-1220/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) xx xxxxxx 2020-cu il tarixli 2(039)-1220/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı tərtib edilmiş akt əsasında müəyyən edilmiş 1668 (bir min altı yüz altmış səkkiz) manat məbləğin borc olaraq üzərindən silinməsi tələbinə dair iddiası təmin edilərək Cavabdeh əməkdaşları tərəfindən İddiaçı əsassız hesablanmış 1668 (bir min altı yüz altmış səkkiz) manat borcun silinməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh) qаrşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı tərtib edilmiş akt əsasında müəyyən edilmiş 1668 manat məbləğin borc olaraq üzərindən silinməsi» tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə mürаciət edərək cavabdehin Cavabdeh Tərtər X5 İdarəsi tərəfindən tərtib edilmiş ******* saylı akt əsasında əsassız olaraq yazılmış 1668 manat borc məbləğinin üzərindən silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X4 xx.xx.2020-ci il tarixdə vəfat etdiyi üçün iddiaçı özü əsassız olaraq üzərlərinə qoyulmuş 1668 manat borc məbləğinin silinməsi haqqında məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdeh orqanın X7 sahəsi ilə iddiaçının mərhum həyat yoldaşı arasında bağlanmış təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında (əhali üçün) müqaviləyə əsasən iddiaçı istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii qazla təmin edilmiş, sərf etdiyi təbii qaza görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtlıvaxtında poçt vasitəsi ilə cavabdeh orqanın hesabına ödəmişdir. Cavabdeh əməkdaşları tərəfindən xx xxxxx 2018-ci il tarixli aktla sayğacdan əlavə xətt aşkar edildiyinə görə onlara 1668 manat cərimə yazılmışdır. Doğrudur, tərəflərindən qanunsuzluğa yol verilərək qaz sayğacından əvvəl xəttə boru əlavə edilmişdir. Lakin Cavabdeh əməkdaşları təbii qaz xəttinin sayğacına və xəttin özünə ardıcıl olaraq nəzarət etdiklərinə görə bu müddət cəmi dörd gün davam etmişdir. Halbuki, əməkdaşlar tərəfindən həmin müddət 178 gün yazılaraq əsassız olaraq onların üzərinə 1668 manat borc məbləği qoyularaq həmin məbləğin ödənilməsi onlardan tələb olunur. Bu isə yolverilməzdir. Çünki cavabdehin əməkdaşları tərəfindən mütəmadi olaraq qaz xəttinə və sayğaca baxış keçirilmişdir. Əgər gerçəkdən 178 gün müddətində boru xəttinə sayğacdan kənar müdaxilə olsaydı, bu hal əvvəldən aşkar olunardı. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(039)-1220/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Cavabdeh apellyasiya şikayəti verərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020cu il tarixli 2(039)-1220/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilinə gedən qaz xəttinə vizual baxış keçirilərkən sayğacdan kənar qaz xəttinə qoşularaq təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Qeyd edilən faktla bağlı Cavabdeh» İB-nın Tərtər X5 İdarəsinin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, iddiaçıya 8340 m3 yəni, 1668 manat itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Yevlax Rayon Məhkəməsi qətnaməsində İddiaçı məxsus qaz sayğacına müdaxilə halı aşkar olunduğu üçün itirilmiş qaz sərfiyyatının hesablandığını göstərmişdir. Halbuki, İddiaçı fərdi evinə quraşdırlmış qaz sayğacında heç bir müdaxilə halı aşkar olunmamış və dövlət yoxlamasına göndərilməmişdir. İddiaçı həyat yoldaşının küçə qaz xəttinə qoşularaq qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi aşkar olunmuşdur. Həmin aktda iddiaçının əri Malik Əliyev faktı təsdiq edərək imza etmişdir, (akt və foto əlavə olunur) Bu səbəbdən 1668 manat məbləğində itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin Yevlax Rayon Məhkəməsi tərəfindən 1668 manat məbləğin silinməsi barəsində qətnamə qəbul edilmişdir. Bu səbəbdən qanunvericiliyin tələblərinə uyğun olaraq qətnamə ləğv edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, nümayəndəsi və vəkili X1 məhkəmə iclasına gəlməmişlər, Cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh nümayəndəsi məhkəmənin elektron ünvanına ərizə göndərərək xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclası olduğu üçün hazırki təyin edilmiş məhkəmə iclasında edə bilməyəcəklərini, məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Cavabdeh» İB-nın Tərtər X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx xxxxx 2018-ci il tarixli Aktdan görünür ki, Cavabdeh nümayəndələri tərəfindən istehlakçı İddiaçı mənzilinə quraşdırılmış Elestr-G4 markalı qaz sayğacına baxış keçirilən zaman, sayğacdan kənar əlavə xətt aşkar edilmiş və xətt ləğv edilmişdir. Həmin Akt ilə dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi tələb olunmuşdir. Aktı Tərtər X5 İdarəsinin beş nəfər əməkdaşları və həmin vaxt abonent olmuş iddiaçının mərhum əri Malik Əliyev öz imzaları ilə təsdiq etmişlər. Abonentin saldosundan görünür ki, 2018-ci ilin sentyabr ayının sonuna iddiaçının **********00000 nömrəli abonent koduna 1668.0 manat borc yazılmışdır. Cavabdeh İB-nin Tərtər X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxx 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar əlavə xətt aşkar edildiyi üçün iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 8340 kub metr müəyyən edilmiş və iddiaçı tərəfindən sayğaca görə dəymiş ziyanın ödənilməsinin təmin edilməli olması göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(039)- 1220/2020 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı və həmin qətnamə ilə iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni qətnamədə onunla əsaslandırmşdır ki, “ İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyət divarından çöl tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. İddiaçı tərəfindən qaz sayğacından kənar əlavə xəttən istifadə etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Sayğac quraşdırılan zaman Cavabdeh əməkdaşları kənar xəttin mövcudluğunu yoxlamalı idilər. Eyni zamanda tərtib olunmuş aktlara abonentin imza etməməsi barədə imtina aktı mülki işə əlavə edilməmişdir. Bundan başqa qanunsuz əlavə xəttin kim tərəfindən çəkilməsi halı cavabdeh orqanın əməkdaşları tərəfindən tam araşdırılmamışdır. İddiaçıya 1668 manat cərimə hesablanmışdır. ... “Qazdan istifadə qaydaları”nın” tələblərinə uyğun olaraq sayğacın işləməməsinin istehlakçının, hazırkı halda İddiaçı təqsiri üzündən baş verməsi sübut olunmalıdır ki, bunun nəticəsində akt əsasında ona cərimə hesablansın. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, istehlakçı İddiaçı yaşadığı ünvanda sayğaca baxış keçirilən zaman sayğacın plasmast qapağına müdaxilən halı aşkar edilmişdir. Laborator müayinəsi zamanı isə yerində müayinə zamanı aşkar edilməyən qüsur, sayğacın hesablama mexanizminin qapağının yan tərəflərdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması qeyd edilmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda qeyd edilənlər işin gerçək halları ilə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən оlunmuşdur ki, 2018-ci ilin aprel ayında Cavabdeh İB Tərtər X5ı idarəsinin nümayəndələri iddiaçının yaşadığı mənzilə quraşdırılmış qaz sayğacına və qaz xəttinə baxış keçirən zaman iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacından kənar əlavə xəttin olması və abonent tərəfindən istifadə etməsi aşkar edilmiş, xətt ləğv edilmiş, bu barədə akt tərtib edilərək Aktı Tərtər X5 İdarəsinin beş nəfər əməkdaşları və həmin vaxt abonent olmuş iddiaçının mərhum əri Malik Əliyev öz imzaları ilə təsdiq etmişlər. Göründüyü kimi, Akt abonent tərəfindən də imzalanmışdır və birinci instansiya məhkəməsinin tərtib olunmuş akta abonentin imza etməməsi barədə qeyd etməsi işin gerçək vəziyyətinə uyğun deyildir. Habelə, iddia ərizəsində iddiaçı “Cavabdeh əməkdaşları tərəfindən xx xxxxx 2018-ci il tarixli aktla sayğacdan əlavə xətt aşkar edildiyinə görə onlara 1668 manat cərimə yazıldığını, doğrudan da tərəflərindən qanunsuzluğa yol verilərək qaz sayğacından əvvəl xəttə boru əlavə etdiklərini, lakin Cavabdeh əməkdaşları təbii qaz xəttinin sayğacına və xəttin özünə ardıcıl olaraq nəzarət etdiklərinə görə bu müddətin (sayğacdan kənar olaraq əlavə xətdən istifadə edilməsi) əslində cəmi dörd gün davam etməsini, halbuki, əməkdaşlar tərəfindən həmin müddətin 178 gün yazılaraq əsassız olaraq onların üzərinə 1668 manat borc məbləği qoyularaq həmin məbləğin ödənilməsinin onlardan tələb olunması”nı göstərmişdir. Göründüyü kimi, iddiaçı sayğacdan kənar olaraq əlavə xətt aşkar edildiyinə görə onlara 1668 manat cərimə yazıldığını bildirir. Birinci instansiya məhkəməsi isə həm iddiaçı tərəfindən qaz sayğacından kənar əlavə xəttən istifadə edilməsinə görə ona cərimə yazıldığını göstərir, qətnamənin digər hissəsində isə istehlakçı İddiaçı yaşadığı ünvanda sayğaca baxış keçirilən zaman sayğacın plasmast qapağına müdaxilə halının aşkar edilməsini, laborator müayinəsi zamanı isə yerində müayinə zamanı aşkar edilməyən qüsur, sayğacın hesablama mexanizminin qapağının yan tərəflərdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olmasının qeyd edilməsini göstərir. Hansı ki, birinci instansiya məhkəməsinin sayğacda qüsur aşkar edilməsi ilə bağlı göstərdikləri işin gerçək hallarına tamamilə zidd olmaqla başqa işə aiddir. Ona görə də məhkəmə kollegiyası həmin qeyd olunanlarla bağlı araşdırma aparmağa lüzum görmür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə görə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1.1-ci bəndinə görə, istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən, məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. 6.7-ci bəndinə görə, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın tam təmin edilməsini qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. İşdə olan Cavabdeh İB-nin Tərtər X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxx 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 8340 kub metr müəyyən edilmiş və iddiaçı tərəfindən sayğaca görə dəymiş ziyanın ödənilməsinin təmin edilməli olması göstərilmişdir. Həmin ziyan aşağıdakı kimi hesablanmışdır: Qaz işlədicilərindən PQ-4 qaz pilətəsinin qış mövsümündə maksimal saatlıq sərfi 1.2 m3/saat, orta günlük iş rejimi - 6 saat, hesabat müddəti 178 gün, yay mövsümündə maksimal saatlıq sərfi 1.2 m3/saat, orta günlük iş rejimi -4 saat, hesabat müddəti 2 gün, qəbul edilməklə, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi - 18 saat, hesabat müddəti 178 gün qəbul edilməklə, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi - 18 saat, hesabat müddəti 178 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. (1.2x6x178)+(1.2x4x2)=1291.2 0.8x18x178=2563.2 m3 1.4x18x178=4485.6 m3 Cəmi: 8340 m3 Cavabdeh tərəf iddiaçı tərəfindən 178 gün ərzində qazdan qeyri-qanuni istifadəyə görə cəmi 8340 m3 sərfiyyatın olması qənaətinə gəlmişdir. Bu isə hər ay üçün 1390 m3 qaz sərfiyyatı, o cümlədən 6 ay üçün hesablanmış 1668 manatın 1/6 hissəsi olmaqla, hər ay üçün 278 manat əlavə sərfiyyat deməkdir. Abonentin saldosunda 2017-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları, 2018-ci ilin yanvar, fevral və mart aylarında 0 m3 sərfiyyat hesablanmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, bu 8 ay ərzində istehlakçı tərəfindən sayğaca edilmiş müdaxilə cavabdehin nümayəndələri tərəfindən aşkar edilərək əlavə tədbirlər görülməli idi. Belə ki, Cavabdeh İB-nin Tərtər X5 İdarəsinin əməkdaşları (nəzarətçilər) mütəmadi olaraq qaz xəttinə və sayğaca baxışlar keçirir, hər ayda bir neçə dəfə sayğacın göstəricilərini çıxarıb istehlakşıya təqdim edərək sərf edilmiş qazın dəyərinin ödənilməsini tələb edirlər. Lakin cavabdehin nümayəndələri tərəfindən həmin müdaxilə aşkar edilməmiş, 8 ay keçdikdən sonra iddiaçıya sayğacdan kənar əlavə xətdən istifadə edilməsi əsası ilə 178 gün ərzində qazdan qeyri-qanuni istifadəyə görə cəmi 8340 m3 sərfiyyatın olması qənaətinə gələrək 1668 manat cərimə hesablanmışdır. Kollegiyanın qənaətinə görə iddiaçı tərəfindən 178 gün ərzində sayğacdan kənar əlavə xətdən istifadə edilməsinin cavabdehin nümayəndələri tərəfindən aşkar edilməməsi ağlabatan deyil. İddiaçı tərəfindən sayğacdan kənar əlavə xətdən istifadə edilməsi müddətinin 90 gün götürülməsi reallığa uyğun olmaqla müəyyən dərəcədə ağlabatandır. Belə olan halda edilən müdaxilə 90 gün götürülərək hesablandlqda aşağıdakı kimi hesablanmalıdır: (1.2 x 6 x 90)+(1.2x4x2)=657.6 0.8x18x178=1296 m3 1.4x18x178=2268 m3 Cəmi: 4221.6 m3 Kollegiya hesab edir ki, iddiaçıya əsassız hesablanmış qazın dəyəri 4221.6 m3 hesablandıqda iddiaçının abonent saldosundan (4221.6 m3 x 0.20 =844,32) 844,32 manat borc silinməlidir. Kollegiyaya görə, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə səhvə yol vermişdir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(039)-1220/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00000 nömrəli abonent koduna yazılmış 4221.6 kub metr təbii qazın dəyəri olan 844.32 (səkkiz yüz qırx dörd manat 32 qəpik) manat məbləğin silinməsi qət edilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli 2(039)-1220/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxx 2018-ci il tarixli ******* saylı Akt əsasında müəyyən edilmiş 1668 (bir min altı yüz altmış səkkiz) manat məbləğin borc olaraq üzərindən silinməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********0000 nömrəli abonent koduna yazılmış 4221.6 kub metr təbii qazın dəyəri olan 844.32 (səkkiz yüz qırx dörd manat 32 qəpik) manat məbləği silinsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-701/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-701/2021
04.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver