Məhkəmə qərarları › İş №2(107)-702/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-702/2022

27.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-702/2022 27.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı notariat ofisinə və Cavabdeh1 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X15 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı notariat ofisinə və Cavabdeh1 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(033)-29/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,04 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarına əsasən X7 və X9 mülkiyyətinə verilmişdir. 05 may 2005-ci il tarixli vəsiyyətnamələrə əsasən X7 (2-V-86 reyestr nömrəli vəsiyyətnamə) və X16 (2-V- 87 reyestr nömrəli vəsiyyətnamə) Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş 2,04 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin özlərinə məxsus 1,02 ha və 1,02 ha hissəsini İddiaçı vəsiyyət etmişlər. X16 19 dekabr 2009-cu il tarixli reyestrdə 2V/163 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnamə ilə Zaqatala rayonu Fındıqlı kəndində yerləşən fərdi yaşayış evini (hal-hazırda yaşadığı), həyətyanı torpaq sahəsini, pay torpağını Cavabdeh1içə vəsiyyət etmişdir. X7 18 sentyabr 2009-cu il tarixdə, X16 isə 25 oktyabr 2010-cu ildə vəfat etmişlər. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən tərtib olunmuş 19 dekabr 2009-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə iddiaçı və cavabdehlər məhkəmə baxışı iclasına gəlməmiş, lakin cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu Gözəl İsgəndərova məktubla müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki iş üzrə iddiaçı və cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə Zaqatala rayonu, Car kəndində yaşayır. 2005-ci il tarixdə Zaqatala rayonu, Fındıqlı kəndində mərhum X13 və Nina Lisenkovaya məxsus torpaq sahəsini almaq qərarına gəlmişlər. 2005-ci il tarixdə X7 və bir neçə şahidlərin iştirakı ilə akt tərtib olunaraq aralarında müqavilə bağlanmışdır. Daha sonra 05 may 2005-ci il tarixdə X16 və Nina Lisenkova vəsiyyətnamə tərtib edərək özlərinə məxsus Dövlət aktında qeyd olunan torpaq sahələrini ona vəsiyyət etdiyinə dair Zaqatala rayon Notariat Kontorunda vəsiyyətnamələr tərtib olunmuşdur. 2020-ci il tarixdə Cavabdeh1 cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinin notariusu və üçüncü şəxs İddiaçı qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək 25 oktyabr 2010-cu ildə vəfat etmiş X10 miras qalmış DƏDRX-də 12 mart 2020-ci ildə ********** nömrə ilə qeydə alınmış və Zaqatala rayonu, Fındıqlı kəndində yerləşən 2.02 ha torpaq sahəsinin X14 məxsus hissəsi üzərində vəsiyyət üzrə və Zaqatala rayonu Fmdıqlı kəndində yerləşən Reus Ninanın adına yazılmış 15 noyabr 1996-cı il tarixli 190 saylı qeydiyyat vəsiqəsində göstərilmiş 2 otaqlı xüsusi mənzil üzərində ona qanun üzrə vərəsəlik hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala rayon Məhkəməsinin 2(033)-122/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Həmin vəsiyyətnamədən 2020-ci il tarixdə tərəf məhkəməyə müraciət edən vaxtı məlumatı olmuşdur. Cavabdeh1 2009-cu il tarixli vəsiyyətnamənin mövcudluğundan heç bir məlumat verməmiş, fındıq bağından hal-hazırki vaxta qədər istifadə etmişdir. İddiaçının bu vaxta qədər heç bir məlumat verməməsi İddiaçı da vəsiyyətnamənin qanuni-olub olmaması ilə bağlı əsaslı şübhələr yaratmışdır. 19 dekabr 2009-cu il tarixli vəsiyyətnamədəki vəsiyyət qoyan X9 imzası ilə 05 may 2005-ci il tarixdəki vəsiyyətnamədəki imzalar arasında heç bir oxşarlıq yoxdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 çıxış edərək göstərdi ki, iddia ərizəsində qeyd edilənləri müdafiə edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 çıxış edərək bildirdi ki, Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən X7 və X9 mülkiyyətində olmuş 2,04 ha torpaq sahəsi, Fındıqlı kəndində yerləşən yaşayış evi, həyətyanı torpaq sahəsi 19 dekabr 2009-cu il tarixli vəsiyyətnamə əsasında X16 tərəfindən hüquqlarını müdafiə etdiyi Cavabdeh1 vəsiyyət edilmişdir. X16 25 oktyabr 2010cu ildə, X7 isə 18 sentyabr 2009-cu il tarixdə vəfat etmişlər. Zaqatala Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 25 oktyabr 2010-cu ildə vəfat etmiş X10 miras qalmış 2,02 ha torpaq sahəsinin X14 aid hissəsi üzərində vəsiyyət üzrə və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən Reus Ninanın mülkiyyətində olmuş 15 noyabr 1996- cı il tarixli 190 saylı qeydiyyat vəsiqəsində göstərilmiş 2 otaqlı xüsusi mənzil üzərində isə qanun üzrə vərəsəlik hüququ verilmişdir. İddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,04 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarına əsasən X7 və X9 mülkiyyətinə verilmişdir. 05 may 2005-ci il tarixli vəsiyyətnamələrə əsasən X7 (2-V-86 reyestr nömrəli vəsiyyətnamə) və X16 (2-V-87 reyestr nömrəli vəsiyyətnamə) Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 200ci il tarixli 82 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş 2,04 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin özlərinə məxsus 1,02 ha və 1,02 ha hissəsini İddiaçı vəsiyyət etmişlər. X16 19 dekabr 2009-cu il tarixli reyestrdə 2V/163 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnamə ilə Zaqatala rayonu Fındıqlı kəndində yerləşən fərdi yaşayış evini (hal-hazırda yaşadığı), həyətyanı torpaq sahəsini, pay torpağını Cavabdeh1içə vəsiyyət etmişdir. Vəsiyyətnamə xüsusi texniki vasitələrdən istifadə edilməklə şahidlər X4 və X1 iştirakı ilə Zaqatala rayon 2 saylı Dövlət Notariat kontorunda tərtib edilmiş və notarius Gözəl İsgəndərova tərəfindən təsdiq edilmişdir. X16 25 oktyabr 2010-cu ildə vəfat etmiş və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(033)-122/2021 nömrəli qətnaməsi ilə DƏDRX-də 12 mart 2020-ci ildə ********** nömrə ilə qeydə alınmış və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,02 ha torpaq sahəsinin ona aid hissəsi üzərində Cavabdeh1 vəsiyyət üzrə vərəsəlik hüququ verilmişdir. İddiaçı X9 adından olan 19 dekabr 2009-cu il tarixli 2V/163 saylı vəsiyyətnamənin onun tərəfindən imzalanmadığını və həmin vəsiyyətnamənin qanuniliyi ilə bağlı şübhələrinin olduğunu qeyd edərək 19 dekabr 2009- cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin əsassız olduğunu bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1812 nömrəli 24 yanvar 2022-ci il tarixli ekspert rəyi ilə X9 adından olan 19 dekabr 2009- cu il tarixli 2V/163 saylı reyestrlə qeydə alınmış vəsiyyətnamədə “İmza" qrafasındakı imzanın - tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə X16 tərəfindən və həmin imzanın X9 imzasına oxşadılmaqla icra olunub-olunmaması haqında rəy vermək mümkün olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki ümumiyyətlə sözügedən mübahisəli daşınmaz əmlakın hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan da görünür ki, İddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb edilən 19 dekabr 2009- cu il tarixli 2V/163 nömrəsi ilə reyestrlə qeydə alınmış vəsiyyətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş şərtlərə riayət edilməklə tərtib edilmiş, yəni vəsiyyətnamə tarix göstərilməklə, xüsusi texniki vasitələrin köməyi ilə, 2 şahidin iştirakı ilə tərtib edilmiş və Zaqatala 2 saylı Dövlət Notariat Kontorunun notariusu G.İsgəndərova tərəfindən təsdiq edilmişdir. Sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulmuşdur, işdə iştirak edən hər bir tərəf istinad etdiyi hallarin məvcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Məhkəmə isə mövcud sübutlar əsasında işi mahiyyəti üzrə həll etməli və qətnamə qəbul etməlidir. Məhkəmə qeyd edir ki, 19 dekabr 2009-cu il tarixli 2V/163 nömrəsi ilə reyestrlə qeydə alınmış vəsiyyətnamə tərtib edildiyi məqamda X9 fəaliyyət qabiliyyətli şəxs olmaması ilə bağlı məhkəmə qərarı olmamış və onun öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməməsi və öz iradəsini aydın ifadə edə bilməməsi ilə bağlı hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Eyni zamanda həmin vəsiyyətnamənin X16 tərəfindən imzalanmasını şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş və bu halı məhkəmə araşdırması zamanı da müəyyən etmək mümkün olmamışdır. Ona görə də həmin vəsiyyətnamənin etibarsız əqd olması qənatinə gəlinməsi mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin dəlilləri ilə razılaşmaq olmaz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. İddia təmin edilmədiyindən və ekspertizanın aparılması İddiaçı tərəfindən tələb edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(033)-29/2022 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı notariat ofisinə və Cavabdeh1 qarşı Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən tərtib olunmuş 19 dekabr 2009-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədikləri 10 (on) manatın özünə aid edilməsi, İddiaçı 100 (bir yüz) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi (Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4.) qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152, 337, 1133, 1167, 1168, 1179, 1180, 1190, 1220, 1221 və 1225-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan aktdan görünür ki, X7 xx.xx.2002- ci il tarixdə mülkiyyətlərinə verilmiş 2,04 ha fındıq bağını birdəfəlik olaraq İddiaçı bağışlamışdır. İş materiallarında olan 05 may 2005-ci il tarixli vəsiyyətnamələrdən görünür ki, Zaqatala rayonu Fındıqlı kəndində yerləşən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarına əsasən X7 və X9 mülkiyyətinə verilmiş 2,04 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X7 (2-V-86 reyestr nömrəli vəsiyyətnamə) və X16 (2-V-87 reyestr nömrəli vəsiyyətnamə) tərəfindən hər birinə düşən 1,02 ha və 1,02 ha hissəsini İddiaçı vəsiyyət etmişlər. İş materiallarında olan şahidlər X4 və X1 iştirakı ilə Zaqatala Dövlət Notariat Kontorunda 19 dekabr 2009-cu il tarixdə tərtib edilmiş, notarius G.İsgəndərova tərəfindən təsdiq edilmiş və 2V/163 reyestrlə qeydə alınmış vəsiyyətnamədən görünür ki, vəsiyyət edən X8 məxsus olan və gələcəkdə məxsus olası Zaqatala rayonu Fındıqlı kəndində fərdi yaşayış evini (hal-hazırda yaşadığı), həyətyanı torpaq sahəsini, pay torpağını Cavabdeh1içə vəsiyyət etmişdir. İş materiallarında olan hal-hazırda qanuni qüvvəsini almamış Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(033)-122/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 25 oktyabr 2010-cu ildə vəfat etmiş X10 miras qalmış DƏDRX-də 12 mart 2020-ci ildə ********** nömrə ilə qeydə alınmış və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,02 ha torpaq sahəsinin X14 aid hissəsi üzərində vəsiyyət üzrə və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən Reus Ninanın mülkiyyətində olmuş 15 noyabr 1996-cı il tarixli 190 saylı qeydiyyat vəsiqəsində göstərilmiş 2 otaqlı xüsusi mənzil üzərində isə qanun üzrə vərəsəlik hüququ verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1812 nömrəli 24 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə əsasən bildiririk ki, ekspertizaya təqdim olunmuş X9 adından olan 19 dekabr 2009- cu il tarixli 2V/163 saylı reyestrlə qeydə alınmış vəsiyyətnamədə “İmza" qrafasındakı imzanın tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə X16 tərəfindən və həmin imzanın X9 imzasına oxşadılmaqla icra olunub-olunmaması haqında rəy vermək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 2005-ci il tarixdə Zaqatala rayonu, Fındıqlı kəndində mərhum X14 və Nina Lisenkovaya məxsus torpaq sahəsini almaq qərarına gəldim. 2005-ci il tarixdə X11 və bir neçə şahidlərin iştirakı ilə akt tərtib olunaraq aralarında müqavilə bağlandı. Daha sonra 05 may 2005-ci il tarixdə X16 və Nina Lisenkova vəsiyyətnamə tərtib edərək özlərinə məxsus Dövlət aktında qeyd olunan torpaq sahələrini ona vəsiyyət etdiyinə dair Zaqatala rayon Notariat Kontorunda vəsiyyətnamələr tərtib olundu. 2020-ci il tarixdə Cavabdeh1 cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinin notariusu və üçüncü şəxs İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 oktyabr 2010-cu ildə vəfat etmiş X10 miras qalmış DƏDRX-də 12 mart 2020-ci ildə ********** nömrə ilə qeydə alınmış və Zaqatala rayonu, Fındıqlı kəndində yerləşən 2.02 ha torpaq sahəsinin X14 məxsus hissəsi üzərində vəsiyyət üzrə və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən Reus Ninanın adına yazılmış 15 noyabr 1996-cı il tarixli 190 saylı qeydiyyat vəsiqəsində göstərilmiş 2 otaqlı xüsusi mənzil üzərində ona qanun üzrə vərəsəlik hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala rayon Məhkəməsinin 2(033)-122/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Həmin vəsiyyətnamədən 2020-ci il tarixdə tərəf məhkəməyə müraciət edən vaxtı məlumatı olmuşdur. Cavabdeh1 2009-cu il tarixli vəsiyyətnamənin mövcudluğundan heç bir məlumat verməmiş, o, 2021-ci ilə qədər istifadə etmiş. İddiaçının bu vaxta qədər heç bir məlumat verməməsi onda vəsiyyətnamənin qanuni-olub olmaması ilə bağlı əsaslı şübhələr yaratmışdır. 19 dekabr 2009-cu il tarixli vəsiyyətnamədəki vəsiyyət qoyan X9 imzası ilə 05 may 2005-ci il tarixdəki vəsiyyətnamədəki imzalar arasında heç bir oxşarlıq yoxdur. Lakin, məhkəmə iddia ərizəsində qeyd etdiyi hala hüquqi qiymət verməmişdir. Məhkəmə vəsiyyətnamədəki imza ilə bağlı xətşünaslıq ekspertizası keçirilməsinə dair qərar qəbul etmişdir. Ekspertiza rəyində qeyd olunur ki, ekspertiza tədqiqat üçün yalnız 1 ədəd fərdi uçot vərəqəsinin kserosurətindəki imzası təqdim olunduğundan müqayisəedici tədqiqat zamanı müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını tapıb qiymətləndirmək mümkün deyildir. Odur ki, həmin imzanın X16 tərəfindən və həmin imzanın X9 imzasına oxşadılmaqla icra olunubolunmaması haqqında rəy vermək mümkün olmamasına dair rəyində qeyd vermişdir. Mərhumun vəfatından 11 il müddət keçmiş, belə olan təqdirdə mərhuma məxsus imza nümunələrinin əldə olunması mümkün olmamışdır. Hesab edir ki, həmin qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamış eyni zamanda maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Vəsiyyətnamədəki imza ilə fərdi uçot vərəqəsinindəki imzaların bir birinə uyğun olmaması aydın şəkildə görünür. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(033)- 29/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və İddiaçı iddiasının təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdehlər Zaqatala rayonu 2 saylı notariat ofisinin nümayəndəsi və Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Zaqatala rayonu 2 saylı notariat ofisinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 nümayəndəsi Vəkil1 məhkəmə kolelgiyasının əvvəlki iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 378.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülkiyyətçinin (vəsiyyət edənin) ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin üçüncü hissəsində təsbit olunmuş mülkiyyət hüququndan irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir Həmin Məcəllənin 337.4-cü maddəsinin tələbindən görünür ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci madddəsində müəyyən eilmişdir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin 1188-ci maddəsinə əsasən vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Həmin Məcəllənin 1190-cı maddəsinə əsasən vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Tarixin göstərilməməsi vəsiyyətnamənin etibarsızlığına yalnız vəsiyyətnamənin tərtibi, dəyişdirilməsi və ya ləğvi zamanı vəsiyyət edənin fəaliyyət qabiliyyətli olmasına dair şübhələrin aradan qalxmadığı, habelə bir neçə vəsiyyətnamənin olduğu halda səbəb olur. Həmin Məcəllənin 1220-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; notariat orqanına ərizə verməklə; vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə həmişə dəyişdirə və ya ləğv edə bilər. Həmin Məcəllənin 1221-ci maddəsinə əsasən sonradan tərtib edilmiş vəsiyyətnamə ilə ləğv edilən vəsiyyətnamə sonradan tərtib edilmiş vəsiyyətnamənin ərizə vermək yolu ilə ləğv edildiyi halda da bərpa oluna bilməz. Həmin Məcəllənin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Həmin Məcəllənin 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qərarlar: “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(033)-29/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində vəsiyyətnarnədəki imza ilə fərdi uçot vərəçjəsındəki imzaların, eyni zamanda 19 dekabr 200S-cu il tarixli vəsiyyətnarnədəki vəsiyyət qoyan X12 imzası ilə 05 may 2005-ci il tarixdəki vəsiyyətnar ədəki imzaların bir birinə uyğun olmamasım aydın şəkildə görünməsi və məhkəmənin qeyd etdiyi hala hüquqi qiymət verməməsi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəz nin 4/1812 nömrəli 24 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 'Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanunun 12-ci maddəsinə əsasən bildiririk ki, ekspertizaya təqdim olunmuş X12 adından olan 19 dekabr 2009- cu il tarixli 2V/163 saylı reyestrlə qeydə alınmış vəsiyyətnamədə "İmza" qrafasındakı imzanın - tədciqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə X18 tərəfindən və həmin imzanın X12 imzasına oxşadılmaqla icra olunub-olunmaması haqında rəy vermək mümkün deyildir. Azərbaycan Respublikası Müikı Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan və iddiaçının qeyd etdiyi nal sübut edilə bilmədiyindən, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1220-ci maddəsinin tələbinə əsasən sonrakı vəsiyyətnamə əvvəlki vəsiyyətnaməni iəğv etdiyindən məhkəmə kollegiyası belə qənaətə gəlir ki hazırki ş üzrə Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən tərıib olunmuş 19 dekabr 2009-cu ıl tarıxii vəsiyyətnamənin etibarsız hesab olunması üçün əsaslar yoxdur və birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyinəzorndən qanuni və əsaslı mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından İddiaçı tərəfindən verilmiş apellyasiya şİKayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(033)-29/2022 nömrəii qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apeliyəsiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(033)-29/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxsiər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Məlikov Vəzırxan Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar