Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-703/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh1 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tаrixli, 2(014)-1520/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(014)-1520/2020 saylı qətnaməsi ilə (hakim Famil Nəsibov) İddiaçı cavabdehlər Cavabdeh1 və Ağdaş rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılması tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Ağdaş rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı ilə JN-104A saylı şəhadətnamə üzrə atası X26 və nənəsi X15 ümumibirgə mülkiyyətində olmuş 0,3426 ha torpaq sahəsinin yarısına, həmçinin torpağa mülkiyyət hüququna dair JN-116 saylı 90304028 N-li Dövlət Aktı ilə X27 və atası X21 mülkiyyətinə verilmiş 0,55 ha pay torpağının yarısına mirasın qəbul etdiyi üçün bu barədə Dövlət Notariat Kontoruna qanunla müəyyən olunmuş müddətdə müraciət etmədiyini, ancaq həmin mirası miras açıldığı gündən idarə etdiyini nəzərə alaraq mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, DƏDRX-nin 17.10.2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********46 reyestr nömrəli çıxarışı ilə Ağdaş rayonu Əmirarx kəndində yerləşən 0,3426 ha torpaq sahəsi və Dövlət aktı ilə 055 ha torpaq sahəsinin bir hissəsi mərhum atası X21 mülkiyyəti olmuşdur. Atası beyinə qansızma diaqnozu ilə 23.04.2015-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra torpaq sahəsini o və ailə üzvüləri idarə etmişdir. Miras əmlakını mütamadi idarə etməklə, o, qəbul etmişdir. Anası və o, digər bacısı, yəni onlar bu əmlakı hər biri atalarının əmlakı olaraq qəbul edərək bu işlərlə bağlı qanunla müəyyən olunmuş hüquqlarından istifadə etməklə əmlakı idarə etmişlər. Torpağın mülkiyyətə verilməsinə görə JN-104A (kod ********) saylı şəhadətnamə ilə Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı ilə X22 və X26 0,3426 hektar həyətyanı torpaq sahəsi onların mülkiyyətlərinə verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-116 (kod ********) saylı Dövlət Aktına əsasən Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı ilə X22 və X26 0,55 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsi onların mülkiyyətlərinə verilmişdir. Qeyd olunan miras əmlakının bir hissəsi yəni yarısı onun atasının olmuşdur. Atası öləndən sonra miras əmlakını reallıqda o qəbul etmişdir. Əmisi tərəfindən miras əmlakına ciddi maneələr yarandığından mirası idarə etməyə qoymadığından o, bu barədə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin 31 may 2017-ci il tarixli qətnaməsi ilə əmisi X37 tərəfindən edilmiş qanunsuz hərəkətlərə son qoyulması və maneələrin aradan qaldırılması qət edilmişdir. O, bundan sonra Dövlət Notariat Kontoruna müraciət etmişlər. Ona verilmiş 1451 saylı 2019-cu il tarixli məktubla qanunun iki norması yazıldıqdan sonra mirasın qəbul edilməsi müddətinin ötürüldüyü bildirilmişdir. O, bu orqana müraciət edərək mirası idarə etdiyini, atası öldüyü gündən onu dəfn edərək yas mərasimini belə onun verdiyini Malay kəndində onun evində vəfat edərək, həmin kənd qəbiristanlığında dəfn etdiyini bildirmişdir. Qeyd olunan torpaq sahələrini də idarə etdiyini, atasının ölümündən dərhal sonra zəruri hərəkətlər etdiyini hətta müvafiq çıxarışı belə atasının adına aldığını və torpaq sahələrini idarə etdiyini bildirmişdir. Həmin orqan tərəfindən imtina edildiyindən, o, mirasın qəbul edilmə faktının müəyyən edilməsi ilə bağlı hazırda məhkəməyə müraciət etmişdir. Qeyd olunan hər iki əmlak ata mirası olduğunu, həmin mirasın bügündə onun idarə etdiyini bildirmişdir. Miras əmlakı bu gün də idarə edir. Miras əmlakını atasının vəfatından və onun dəfnindən 7 gün sonra onun vərəsəsi olaraq mirası faktiki idarə etməklə, qəbul etmişdir. Bu səbəbdən də məhkəmə müstəvisinə çıxaraq mirası qəbul etmə faktının məhkəmə qaydasında müəyyən edilməsi ilə bağlı hazırkı iddia ilə çıxış etmişdir. Ağdaş rayon Məhkəməsi ona məlumat vermədən məhkəmə prossesini keçirmiş, özünün 12.05.2020-ci il tarixli İş N2 2(014)- 667/2020 saylı qərardadı ilə ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytararaq bildirmişdir ki, ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciə etsin, çünki, ərizə MPM-in 149,150-ci maddələrinə əməl edilməmiş, yəni Göyçay rayon Notariat Ofisinin 19 noyabr 2019-cu il tarixli 1451 Ns-li məktubuna müvafiq olaraq mirasın qəbul edilməsi vaxtının uzadılması barədə ərizə ilə müraciət etməli olduğu halda, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə müracət etməyini hazırda fəaliyyət göstərdiyi üçün şəxs kimi Ağdaş rayon Notariat Ofisini göstərməli olduğu halda, Göyçay rayon Notariat Ofisinini göstərmişdir. Qeyd olunan hallarnan bağlı məhkəmə iddiasını və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Tərəfindən məhkəməyə qədər notariat orqanına müraciət edən zaman yuxanda qeyd etdiklərini X51 Nəcəflliyə cümlə-cümlə bildirmişdir. Mirası qəbul etdiyini, idarə etdiyini, bildirmişdir. Ancaq maraqlı cəhət odur ki, Dövlət Notariat Kontoru öz imtina məktubunu ona yazmış olduğu 19 noyabr 2019-cu il tarixli məktubunda konkret olaraq mirasın qəbul edilmə müddətinin ötürülməsi və müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. O, bu formada imtina məktubu almışdır. Tərəfindən mirasın qəbul edilmə müddəti ötürülməyib. Ancaq Ağdaş rayon Məhkəməsi tərəfindən mirasın qəbul edilməsi ilə bağlı ərizəsi geri qaytarıldığından, təkrar məhkəməyə müraciət etməyinin əsasları qərardadda qeyd edildiyindən, o, mirasın qəbul edilmə müddətinin uzadılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edir. Bu səbəbdən də X47 və atası X21 ümumibirgə mülkiyyətində olan ********** qeydiyyat nömrəli, 04.06.2015-ci il tarixli çıxarışla, həmçinin ********** qeydiyyat nömrəli, 17.10.2019- cu il tarixli çıxarışla 0,3426 ha və 0,55 ha torpaq sahələrinin miras əmlakı olaraq qəbul etdiyini və həmin əmlaklarla bağlı, yəni atasına aid olan hissəni faktik olaraq miras açıldığı gündən həmin miras əmlakını idarə etdiyini nəzərə alaraq Dövlət Notariat ofisinə zamanında müraciət etmədiyi üçün mirasın qəbul edilməsi vaxtının uzadılması barədə qərar qəbul edilməsini istəyir. Bu səbəbdən də Qanunvericiliyin tələbinə görə əmlakı idarə etməyə başladıqda, bununla da mirasın qəbul edilməsini qəbul etmiş sayılır. Bu baxımdan da tələbinin təmin edilməsini, məhkəmə tərəfindən onun mirasın qəbul edilməsi vaxtının ( müddətinin) uzadılması barədə qərar qəbul edilməsini istəyir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, torpaq sahəsi ona atası və nənəsindən miras qalmışdır. Faktiki olaraq torpaq sahəsini o qəbul etmişdir. Miras torpaq sahəsi ilə bağlı müvafiq qərarlar qəbul olunmuşdur. Lakin qarşı tərəf ona torpaq sahəsi üzərində hüquqlarını həyata keçirməyə mane olur, buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Torpaq sahəsi Əmirarx kəndində yerləşir. Ümumi torpaq sahəsi 34 sotdur, yarısı atasına, yarısı isə nənəsinə məxsus olmuşdur. Hazırda cavabdeh məhkəmədə iş gedə-gedə orada ev tikir. 55 sot çöl torpağıdır. Çöl torpağı boşdur, oradan heç biri istifadə etmir, boş qaldığı üçün oradan məcburi köçkünlər mal otarmaq üçün istifadə edirlər. Atasının qeydiyyatı Əmirarx kəndinə olub, ancaq Malay kəndində onunla bir yerdə yaşayıblar. Cavabdeh yalan danışır, o,atasının dəfn mərasimi üçün 90 manat xərc çəkmişdir və ona heç bir pul verilməmişdir. Qəbri də özü düzəltdirmişdir. Ona yas mərasimindən sonra cəmi 1 torba qənd verilmişdir.Cavabdeh və onun tərəfindən dindirilmiş şahidlərin ifadələri tamamilə yalandır. Belə ki, iddiaçının atasının Əmirarx kəndində evi olub, mal-qarası olub, lakin o, həmin əmlakı qəbul edib idarə etməkdə maneələrlə üzləşib və bu səbəbdən miras əmlakı idarə edə bilməmişdir. Onun Yevlaxda da anası ilə atasının birgə əldə etdikləri, tikdirdikləri evi vardır və o, hal-hazırda həmin mirası da qəbul edib idarə edir. Mirasın qəbul edilməsi üçün maneələr olduğuna görə o, rəsmi şəkildə mirası qəbul edə bilməmişdir. Hesab edir ki, iddiası əsaslıdır,odur ki,iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, Əliyev Aydın onun qardaşı olmuşdur. Aydın Yevlax şəhərindən olan bir xanımla evlənmişdir, odur ki, Yevlağa gedərək orada məskunlaşmışdır, Yevlağa gedəndə atasıgil mərhum qardaşı Aydına getməməsini söyləmişlər, lakin qardaşı Aydın Yevlağa getdi, oraya qeydiyyata düşdü, 8 il orada yaşadı, sonra qayıtdı, gəlib bacısıyla yaşadı, lakin Savad onunla birgə yaşamışdır. Aydın 1988-ci ildə Yevlaxdan qovulandan sonra yenidən gəlib kəndə qeydiyyata düşmüşdür. İddiaçı özü də yaxşı bilir ki, sənədlərdə texniki səhvlər düşüb. O, 3 ildir ki, çöl torpağında yonca əkmişdir, ancaq iddiaçı deyir ki, ora boşdur, məcburi köçkünlər həmin torpaqda mal otarırlar. Torpaq sahələrini o qəbul etmişdir, neçə illərdir ki, torpaq haqqını, su pulunu verir. O, sənəddə düşən texniki səhvlərlə bağlı heç bir orqana müraciət etməmişdir. Malaydaki evin tikilməsində də o da istirak etmişdir, qapıpencərəsini o, vermişdi, ancaq evi qardaşı tikdirmişdir. Malaydaki ev qardaşının əmlakı olmuşdur, orada qardaşı yaşamışdır. 34 sotda o ev tikdirmişdir. O, vaxt mərhum qardaşı orada 34 sotda ev tikdirmək istəmiş, bir yerdə köməkləşib ev tikmişlər, lakin onun xanımı şəhər qızı idi, kənd həyatına uyğunlaşa bilmədiyi üçün qardaşı da ona qoşulub Yevlağa getmişdir. Kəndlərində torpaq islahatı 1990-da keçirilmişdir. Onun özünün adına həyətyanı torpaq yoxdur və olmamışdır. X2 yaşamış, orada vəfat etmişdir, lakin onu Əmirarx kəndinə gətirib öz kəndlərində dəfn etmişdir, yas mərasimini də özü vermişdir. Sənəddə texniki səhv düşərək Aydının adı səhv yazılmışdır. Malay kəndində mərasim üçün pul yığılıb, xərclərini o çəkmişdi, ancaq yığılan pulu oğluna, yanı iddiaçıya vermişdir. Aydının mal-qarasını və atını şəxsən görməsə də, onların mövcudluğunu güman edir. Ata ilə oğul bir yerdə yaşadığına görə yəqin edir ki,onun mal qarası da oğula qala bilər. İddiaçı necə torpaq sahəsini qəbul etmişdir ki, neçə illərdən bəri bir dəfə də olsun torpaq sahəsinin vergisini ödəməmiş, ondan vergi pulu, su pulu tələb edilməmişdir. Bütün bunları o, ödəmişdir. Hesab edir ki, iddia əsassızdır, odur ki,iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, əmisi olan cavabdeh əmlakını nə idarə etməyə, nə onun üzərində müvafiq tədbirləri görməyə onu buraxmır. Əmisi müxtəlif formada qohumları onun yanına göndərərək hətta ona müəyyən vəsaitlər də verməyə təşəbbüs etmişdir. İlk dəfə o, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı iddia qaldırmış və bildirmişdir ki, DƏDRX-nin 17.10.2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********46 reyestr nömrəli çıxarışı ilə Ağdaş rayonu Əmirarx kəndində yerləşən 0,3426 ha torpaq sahəsi və Dövlət aktı ilə 055 ha torpaq sahəsinin bir hissəsi mərhum atası X21 mülkiyyəti olmuşdur. Atasının vəfatından sonra torpaq sahəsini o və ailə üzvüləri 1 il ərzində idarə etmişlər. Həmin miras əmlakı mütamadi idarə etməklə qəbul etmişdir. Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı ilə torpağin mülkiyyətə yerilməsinə dair JN-104A (kod ********) saylı şəhadətnamə əsasında X22 və X26 0,3426 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Eləcə də Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı ilə torpağa Mülkiyyət hüququna dair JN-116 (kod ********) saylı Dövlət Aktına əsasən X22 və X26 0,55 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Qeyd olunan miras əmlakın bir hissəsi, yəni yarısı atasınındır. Atası öləndən sonra miras əmlakı reallıqda o qəbul etmişdir. Əmisi tərəfindən miras əmlaka ciddi maneələr yarandığından o, bu barədə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin 31 may 2017-ci il tarixli qərarı ilə əmisi X37 tərəfindən edilmiş qanunsuz hərəkətlərə son qoyulması və maneələrin aradan qaldırılması qət edilmişdir. Bundan sonra o, Dövlət Notariat Kontoruna müraciət etmiş və ona verilmiş 1451 saylı 2019-cu il tarixli məktubla qanunun iki norması yazıldıqdan sonra mirasın qəbul edilməsi müddətinin ötürüldüyü bildirilmişdir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2(014)-1520/2020 saylı qətnaməsini ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətinin məzmumuna uyğun izahat verərək, şikayətin təmin edilməsini və Ağdaş Rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli, 2(014)-1520/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Ağdaş Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tаrixli, 2(014)-1520/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tаrixli, 2(014)-1520/2020 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Göyçay Rayon Notariat ofisinin X20 19 noyabr 2019-cu il tarixli notariat əməliyyatı aparılmasından 1451 nömrəli imtina məktubundan görünür ki, İddiaçı qanunvericilikdə göstərilmiş mirasın qəbul edolməsi müddətini ötürdüyündən həmin müddətin uzadılması üçün Ağdaş Rayon Məhkəməsinə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında arayışdan görünür ki, X48 23 aprel 2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X48 ilə X28 ilə 02 avqust 1975-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuş evləndikdən sonra qadın ərinin Əliyeva soyadını qəbul etmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 1977-ci ildə anadan olmuş İddiaçı valideynləri X48 ilə X23r. İş materiallarına əlavə edilmiş Ağdaş RİHB-in Güvəkənd İƏD üzrə nümayəndəliyinin 18 noyabr 2019-cu il tarixli arayışından görünür ki, X1 qeydiyytada olmasına baxmayaraq oğlu İddiaçı ilə Ağdaş rayonu Malay kəndində yaşamışdır. İş materiallarına əlavə edilmiş Ağdaş RİHB-in Güvəkənd İƏD üzrə nümayəndəliyinin 18 noyabr 2019-cu il tarixli arayışından görünür ki, mərhum X21 bu kimi vərəsələri vardır. X7,oğlu İddiaçı və qızı X39. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı daşınmaz əmlqakın dövlət reyestrindən ********** saylı 04 iyun 2015-ci il tarixli,********** saylı 17 oktyabr 2019-cu il tarixli çıxarışdan görünür ki,Ağdaş rayonu,Əmirarx kəndində yerləşən 0,3426 ha torpaq sahəsi X40 və X21 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 31 may 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı mərhum atası X16 miras qalmış yaşayış məntəqələrinin torpaqlarının və kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə istifadə olunan torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh1 tərəfindən yaradılan maneələrə son qoyulması və həmin maneələrin aradan qaldırılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, X48 1946-cı ildə anadan olmuş və 2015-ci ildə vəfat etmişdir,X40 1923-cü ildə anadan olmuş və 2012-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş Rayon Dövlət Arxivinin 18 dekabr 2019-cu il tarixli arayışından görünür ki, Ağdaş rayon Güvəkənd kənd XDSİK-in Əmirarx kəndinə aid olan 1986-1987-1988-1990-cı illərin 06 nömrəli təsərrüfatbaşına kitabın 159 nömrəli təsərrüfatı X17 adına olmaqla təsərrüfatında X40 ailə başçısı kimi,X49 həyat yoldaşı üstündən xətt çəkilmiş, 29 may 1987-ci ildə vəfat etmişdir,oğlulları X12,Cavabdeh1,gəlini X13, oğlu X48 adına 0,25 ha torpaq sahəsinin olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş Rayon Dövlət Arxivinin 18 dekabr 2019-cu il tarixli arayışından görünür ki, Ağdaş rayon Güvəkənd kənd XDSİK-in Əmirarx kəndinə aid olan 1980-1981-1982-ci illərin 05 nömrəli təsərrüfatbaşına kitabın 159 nömrəli təsərrüfatı X24 adına olmaqla təsərrüfatında X49 ailə başçısı kimi,X40 həyat yoldaşı,oğlulları X9,Cavabdeh1,gəlini X13, nəvəsi X10 adına 0,25 ha torpaq sahəsinin olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş RİHB-in Güvəkənd İƏD üzrə nümayəndəliyinin 10 fevral 2017-ci il tarixli arayışından görünür ki, X40 08 mart 2012-ci ildə vəft etmişdir. Mərhumun ölən günə bu kimi vərəsələri qalmışdır. X3,X18,X11,X41,Cavabdeh1,qızları X19 və X29. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Güvəkənd Bələdiyyəsinin 16 iyul 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Alcan oğlunun mərhum qardaşı X21 adında olan həyətyanı və pay torpaq sahələri texniki səhv ucbatından Cavabdeh1 Alcan oğlunun əvəzinə X21 adı düşmüşdür.Aparılan sorğular bunu sübuta yetirmişdir. Odur ki,kənd bələdiyyəsinin üzvləri və sədrinin ümumi qərarına görə hər iki torpaq sahələri Cavabdeh1 Alcan oğluna verilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş RİHB-in Güvəkənd İƏD üzrə nümayəndəliyinin 05 may 2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Ağdaş rayonu Əmirarx kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Ağdaş RİHB-in Güvəkənd İƏD üzrə nümayəndəliyinin 10 fevral 2017-ci il tarixli arayışından görünür ki, X40 08 mart 2012-ci ildə vəfat etmişdir, ölən günə kimi oğlu Cavabdeh1, gəlini X14, nəvələri X42,X30 və X31 ilə birgə yaşamışdır. İş materiallarına əlavə edilmiş DİN-in yaşayış yeri üzrə qeydiyyat haqında 195/2020 saylı arayışından görünür ki, X48 01 iyul 1946-cı ildə Ağdaş rayonu Əmirarx kəndində anadan olmuşdur,16 noyabr 1979-cu ildən 13 iyun 1988-ci ilə qədər Yevlax şəhəri,Əzizbəyov küçəsi ev 92-də qeydiyyatda olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, fiziki şəxs olan tərəflər əmiqardaş oğlu olmaqla qohumdurlar. Mübahisəli torpaq sahələri iddiaçının atası və nənəsindən (cavabdehin qardaşı və anasından) miras qalmışdır. İddiaçı atasından miras qalmış əmlakı qəbul etmək üçün Göyçay rayon Notariat ofisinə (həmin vaxt Ağdaş rayon Notariat ofisinin vəzifələrini icra etmişdir) müraciət etmiş, mirasın qəbulu üçün müddət ötürüldüyündən ona vərəsəlik vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək bəyan etmişdir ki, əmisi –iş üzrə Cavabdeh1 ona torpaq sahələrii üzərində hüquqlarını həyata keçirməyə mane olduğundan mirası qanunla müəyyənləşdirilmiş müddət ərzində qəbul edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlandıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-ci maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İddia tələbini əsassız hesab edərək təmin etməyən birinci instansiya məhkəməsi göstərmişdir ki, “... işin hallarından görünür ki, iddiaçı notariat ofisinə mirası qəbul etmək barədə müddəti ötürməklə müraciət etmişdir. Beləliklə, mirasın açıldığının ona bəlli olmasına və buna dair hər hansı maneənin olmamasına baxmayaraq, iddiaçı notariat kontoruna mirası qəbul etmək barədə ərizəni qanunla müəyyən edilmiş müddət ərzində verməmişdir. Notariat orqanına mirasın qəbulu barədə ərizələrin verilməməsinin üzürlü səbəbləri barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. İşin hallarından həmçinin görünür ki, iddiaçı miras əmlakı faktiki olaraq da qəbul etməmişdir. ... İddiaçı atasının vəfatından sonra mübahisəli torpaq sahəsini cavabdehin maneələri ilə üzləşdiyi üçün qəbul etdiyini, lakin idarə edə bilmədiyini bildirmiş, lakin bu barədə məhkəməyə hər hansı mötəbər bir sübut təqdim etməmişdir. Lakin məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi də hazırda cavabdeh tərəfindən istifadə edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və hesab edir ki, həmin nəticə işin həqiqi hallarına uyğun deyildir. Əvvəla, iddiaçı əmlakı faktiki olaraq qəbul etsəydi hazırkı iddia ərizəsi ilə (mirasın qəbul edilməsi vaxtının uzadılmasna dair) məhkəməyə müraciət etməzdi. İkincisi, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 31 may 2017-ci il tarixli qətnaməsini nəzərə almamışdır. Sözü gedən qətnamədən isə açıq-aşkar görünür ki, Cavabdeh1 iddiaçıya sonuncunun mərhum atası X16 miras qalmış yaşayış məntəqələrinin və kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılmasına və bununla da həmin miras əmlakı qəbul edib idarə etməsinə maneçilik törətmişdir. Göründüyü kimi, iddiaçı öz iradəsindən asılı olmayan səbəblər üzündən miras əmlakı qanunla müəyyən edilmiş müddət ərzində qəbul edə bilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının atasından miras qalmış əmlakın qəbul edilməsi üçün gecikdirilmiş müddət üzürlü sayılaraq, uzadılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci və 385.1,4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təvsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(014)-1520/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, İddiaçı mərhum atası X16 qalmış miras əmlakın qəbul etməsi vaxtı (müddəti) uzadılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(014)-1520/2020 saylı qətnаməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı mərhum atası X16 qalmış miras əmlakın qəbul etməsi vaxtı (müddəti) uzadılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-703/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-703/2021
18.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver