Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-708/2020 27.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(033)-1079/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxx 2019-cu il tаrixli 2(033)-1079/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxslər Zaqatala rayon 2 saylı Dövlət Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 sayı X8rşı mirasın qəbulu faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçı və ya İddiaçı1 və İddiaçı2) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) və üçüncü şəxslər Zaqatala rayon 2 saylı Dövlət Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 sayı X15 (bundan sonra üçüncü şəxs və ya Zaqatala rayon 2 saylı Dövlət Notariat Ofisi, DƏDRX-in 18 saylı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, mərhum ataları X3 miras qalmış əmlaklar barədə mirasın qəbul edilmə faktının müəyyən edilməsi, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu tərəfindən tərtib və təsdiq olunaraq verilmiş xx xxxxxx 2016-cı il tarixli 2V-373 say ilə reyestrdə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçıların nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçıların ataları X14 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Onun dəfn xərclərini onlar çəkərək onun dəfn mərasimini təşkil etmişlər. Onun vəfatından sonra Zaqatala rayonu Mosul kəndində yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Ataları vəfat edənədək həmin evi və həyətyanı torpağı onlara vəsiyyət etmişdir. Sadəcə olaraq həmin vəsiyyətini şifahi olaraq demişdir. Atalarının ikinci nikahdakı arvadı Cavabdehdır. Ataları vəfat etməmişdən əvvəl vəsiyyət etmişdir ki, onun ikinci arvadı Cavabdeh vəfat edənədək ondan miras qalmış evdə yaşayacaq, lakin həmin ev və torpaq onların olacaqdır. Atalarının vəfatından sonra da Cavabdeh ilə bu qaydada razılaşmışlar. Belə ki, onların atalarından miras qalmış evi və torpağı faktiki olaraq qəbul etmişlər, lakin onların razılığı ilə Cavabdeh həmin evdə yaşamağa buraxılmışdır. Lakin Cavabdeh onların etimadından istifadə edərək evdə yaşaması ilə razılaşmayaraq onların xəbəri olmadan notariusa müraciət edərək evi və həyəti öz adına keçirmək üçün vərəsəlik şəhadətnaməsi almışdır. Notarius da öz növbəsində onların vərəsə olduqlarını bildiyi halda cavabdeh vərəsəlik şəhadətnaməsi alarkən onları vərəsəliyə dəvət etməmiş və vərəsələr arasında mübahisəsinin olub-olmamasını araşdırmamışdır. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia əsaslıdır. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh izahatında bildirmişdir ki, o, X14 ilə 1995-ci ildə qeyri-rəsmi olaraq evlənib X5 Zaqatala rayonu Mosul kəndində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinə gəlin köçmüşdür. xx xxxxxx 2005-ci il tarixdə isə Zaqatala RİHB-ın Mosul ərazi nümayəndəliyində rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından uşaqları olmamışdır. X14 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. O, gəlin köçdükdən hal-hazıradək həmin evdə yaşayır. Tahir Əliyev rəhmətə getdikdən sonra həmin fərdi yaşayış evində yaşamaqla mirası qəbul etmiş, Zaqatala rayonu 2 saylı Notariat Kontoruna şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Ona Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu tərəfindən tərtib və təsdiq olunaraq xx xxxxxx 2016-cı il tarixli 2V-373 say ilə reyestrdə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra isə Zaqatala rayonu Mosul kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi çıxarışla onun adına rəsmiləşdirilmişdir. Hazırda həmin fərdi yaşayış evi və torpaq sahəsi onun mülkiyyətindədir. Ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyə uyğun qaydada verilmişdir. O da torpaq sahəsini və fərdi yaşayış evini xx xxxxxxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində çıxarışla rəsmiləşdirmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 izahatında Cavabdeh izahatında göstərdiyi xüsusatları təsdiq edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, iddiaçılar onun əmisi qızlarıdır. İddiaçılar Bakı şəhərində yaşayır. X2 rəhmətə getməmişdən qabaq ağır xəstə olmuşdur. Onun bacısı Elnarə Əliyeva əmisi qızlarına atalarının xəstə olması barədə zəng edərək demişdir. Zəng etdikdən sonra İddiaçı1 və İddiaçı2 Zaqatala rayonu Mosul kəndində yerləşən əmisi Tahir Əliyevə məxsus olmuş evə atalarını görmək üçün gəlmişlər. Bir gün qaldıqdan sonra çıxıb yenidən Bakı şəhərinə getmişlər. Ondan bir müddət sonra əmisi rəhmətə getmişdir. Yas mərasimində ancaq 3 və 40 mərasimlərində əmisinin qızları da iştirak etmişlər. Yas mərasimində sonra isə onlar yenidən çıxıb getmişlər. Mübahisəli evdə hal-hazırda əmisinin arvadı Cavabdeh yaşayır. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X6 şahid X4 göstərdiyi xüsusatları təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, iddiaçıların ancaq yas mərasimində bir dəfə iştirak etdiklərini görmüşdür. Yas qurtardıqdan sonra isə iddiaçılar ona məxsus evdə qalmışdır. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X11 şahid X4 göstərdiyi xüsusatları təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, yas mərasimindən sonra iddiaçılar kəndə gəlməmiş, gəlmiş olsalar belə onları orada görməmişdir. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş Kərimova Gözəl Ramazan qızı ifadə verərək göstərmişdir ki, o, Cavabdeh qardaşı qızıdır. Bibisi Solmaz X1 ilə eşitdiyinə görə 1995-ci ildə qeyri rəsmi olaraq evlənib onun yaşadığı evə gəlin köçmüşdür. xx xxxxxx 2005-ci il tarixdə isə Zaqatala RİHB-nın Mosul ərazi nümayəndəliyində rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından uşaqları olmamışdır. Bibisi, evləndikdən sonra X5 Zaqatala rayonu Mosul kəndində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinə gəlin köçmüşdür. X14 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Bibisi o vaxtdan hal-hazıradək həmin evdə yaşayır. Lakin iddiaçılar ataları rəhmətə getdikdən sonra həmin evdə yaşamamışdır. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş X7 şahid Kərimova Gözəl Ramazan qızının göstərdiyi xüsusatları təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, o, Cavabdeh qonşusudur. Onun əri X14 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Onun yas mərasimi zamanı bütün günlər həmin mərasimdə iştirak etmiş, lakin iddiaçıları ancaq bir gün həmin yas mərasimində görmüşdür. Sonradan iddiaçılar çıxıb getmiş, onlar həmin evə gəlməmiş və orada yaşamamışlar. Cavabdeh o vaxtdan halhazıradək həmin evdə yaşayır. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(033)-1079/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(033)-1079/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(033)-1079/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı1, İddiaçı2, onların nümayəndəsi Vəkil1 və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, Zaqatala rayon 2 saylı Dövlət Notariat Ofisi və DƏDRX-in 18 saylı X19 nümayəndəsinin iştirakını təmin etməmişdir. Zaqatala rayon 2 saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu və DƏDRX-in 18 saylı Ərazi İdarəsi məhkəmə kollegiyasına ərizə göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. AzərbaycanRespublikasınınMPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli 2V-373 say ilə reyestrdə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 2015ci il tarixdə vəfat etmiş X5 vərəsəsi arvadı Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X9 verilmiş **********6010301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Mosul kəndində yerləşən ümumi sahəsi 47,8 kv/m olan fərdi yaşayış evi və 0,1105 ha torpaq sahəsindən ibarətdir. Zaqatala rayonu VVADQ şöbəsi tərəfindən xx xxxxxxxx 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 033688 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 ilə X12 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 59 nömrə ilə xx xxxxxxxx 2005-ci il tarixdə qeyd edilmişdir. Zaqatala RİHB-nın Mosul ərazi nümayəndəliyi tərəfindən xx xxxxxx 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 203459 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 ilə Cavabdeh arasında xx xxxxxx 2005-ci il tarixdə nikah bağlanmış, bu barədə nikah bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə həmin tarixdə qeyd edilmişdir. Zaqatala RİHB-nın Mosul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 718723 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx xxxxxx 2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 nömrə ilə xx xxxxxx 2015-ci il tarixdə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxxxx 2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Mosul kəndində yerləşən 0,1105 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və ümumi sahəsi 47,80 kv.m. olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala rayon Mosul bələdiyyəsinin xx xxxxxxxx 2019-cu il tarixli 140 nömrəli arayışından görünür ki, Cavabdeh mərhum əri X9 məxsus JN-648 saylı dövlət aktına əsasən 0,485 ha və JN-464 saylı şəhadətnaməyə əsasən 0,11 ha həyətyanı torpaq sahəsi vardır. Əri mərhum X14 rəhmətə gedəndən sonra varisi Cavabdeh torpaq və əmlak vergisini özü ödəyir. Zaqatala Rayon İcra Hakimiyyəti Mosul kənd inzibati ərazi dairəsinin xx xxxxxx 2019-cu il tarixli 592 nömrəli arayışından görünür ki, mərhum X14 vəfat etdiyi günədək, yəni xx.xx.2015-ci ilədək Zaqatala rayon Mosul kəndində qeydiyyatda olduğu evdə yaşamışdır. Mərhum vəfat etdikdən sonra Cavabdeh, İddiaçı1 və İddiaçı2 adlı varisləri qalmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(033)-698/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Zaqatala rayon 2 saylı Dövlət Notariat Ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İşin həqiqi hаllаrındаn görünür ki, iddia üç hissədən - mirasın qəbulu faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsindən ibarətdir. İşin həqiqi hаllаrındаn görünür ki, Tahir Əliyev ilə X12 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 59 nömrə ilə xx xxxxxxxx 2005-ci il tarixdə qeyd edilmişdir. Tahir Əliyev ilə Cavabdeh arasında xx xxxxxx 2005-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə həmin tarixdə qeyd edilmişdir. Cavabdeh evləndikdən sonra X18 rayonu Mosul kəndində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Tahir Əliyev xx xxxxxx 2015-ci il tarixdə ölmüşdür. Tahir Əliyev rəhmətə getdikdən sonra Cavabdeh həmin fərdi yaşayış evində yaşamaqla mirası qəbul etmiş və Zaqatala rayonu 2 saylı Notariat Kontoruna şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Ona Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu tərəfindən tərtib və təsdiq olunaraq xx xxxxxx 2016-cı il tarixli 2V-373 say ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra isə Zaqatala rayonu Mosul kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xx xxxxxxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində çıxarışla Cavabdeh adına rəsmiləşdirilmişdir. Birininci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmişdir. Birininci instansiya məhkəməsi iddianın mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras əmlak iddiaçılar tərəfindən faktiki qəbul olunmamışdır. Bu fakt iş üzrə tərəflərin izahatları, şahidlərin ifadələri və Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-698/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçılar mirasın qəbul etmə faktının qəbul edilməsini tələb etməkdə haqlı deyildir. İddianın dəlilləri iddianın bu hissədə təmin olunması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki iş üzrə hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instasiya məhkəməsi iddia tələbini həmin hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 307.2.9-cu maddəsinə əsasən məhkəmələr mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin: 1193-cü mаddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı mаddəsinə görə, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1134.1-cü mаddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. 1160-cı mаddəsinə görə, əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. 1145 və 1146-cı mаddələrinə əsаsən, mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. 1243.1-ci mаddəsinə əsаsən, mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Birininci instansiya məhkəməsi iddianın xx xxxxxx 2016-cı il tarixli 2V-373 say ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin cavabdehə verilməsinə dair 3 il öncə verilmiş şəhadətnamənin etibarsız olunması barədə tələb əsassızdır, çünki həmin şəhadətnamənin etibarsız hesab olunması üçün işdə hər hansı bir əsas mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı hesab edilərək təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki iş üzrə hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instasiya məhkəməsi iddia tələbini həmin hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin gerçək halından görünür ki, Cavabdeh xx xxxxxx 2015-ciil tarixdə vəfat etmiş Tahir Əliyevin mirasın açıldığı vaxt birinci növbəli vərəsəsi olmuşdur. O, əri Tahir Əliyev vəfat edənədək onun yanında onun evində yaşamış, onu dəfn etmişdir. Ərinin vəfatından sonra indiyədək onun evində yaşayır, ondan miras qalmış bütün əmlakları faktiki olaraq miras kimi qəbul edib bu günədək idarə edir. Tahir Əliyev vəfat etdikdən sonra Zaqatala rayonu 2 saylı Notariat Kontoruna şəhadətnamə verilməsi üçün müraciət etmiş, ona Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu tərəfindən tərtib və təsdiq olunaraq xx xxxxxx 2016-cı il tarixli 2V-373 say ilə reyestrdə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında DƏDRX-in 18 saylı X15 müraciət etmiş, ona ******* nömrəli çıxarış verilmişdir. Həmin çıxarış əsasında torpaq sahəsi və fərdi yaşayış evi onun adına rəsmiləşdirilmişdir. İddiaçılar isə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamışlar. İddiaçı tərəf qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmasının əsaslarından biri kimi istinad edir ki, cavabdeh tərəfindən pay hüququna malik digər vərəsələrin olması halı notariat orqanından gizlədilmiş, notariusun mirasda pay hüququ olan şəxslərin dairəsi yoxlanılmamışdır. Kollegiya qeyd edir ki, bu halın nəticədə miras qoyanın övladlarının miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq hüquqlarının pozulması kimi qiymətləndirilməsi qanuna uyğun deyildir. Belə ki, vərəsəliyin tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün iddiaçı qanunla müəyyən olunmuş müddətdə və qaydada notariat kontoruna müraciət etməli və ya miras əmlakı faktik qəbul etməli idi. Hər iki əsas işin müəyyən olunmuş halları ilə sübut olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə оlаn ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 xx xxxxxx 2015-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh X5 vərəsəsidir. Kollegiya hesab edir ki, Tahir Əliyev xx xxxxxx 2015-ci ildə öldüyündən və miras həmin tarixdə açıldığından hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Belə ki, 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1159.1.1, 1159.1.2 və 1159.1.3-cü maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Birininci instansiya məhkəməsi iddianın şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tələbin bu hissəsi ilk tələbdən dоğаn törəmə tələbdir, ilk tələb əsаslı оlsа və təmin edilmiş оlsаydı, tələbin bu hissəsi də əsаslı оlа bilərdi. Qeyd оlunаn çıxarış cavabdehə verilərkən Mülki Məcəllənin, həmçinin digər qаnunvericilik аktlаrının tələbləri pоzulmаmışdır. İddiаçının bu dəlilləri də əsаssızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(033)-1079/2019 nömrəliqətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(033)-1079/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-708/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-708/2020
27.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver