Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-711/2021 08.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 iştirakı ilə, iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-588/2020 nömrəli qətnaməsindən iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızının və Qurbanova (Saramanova) Adilə Əsildar qızının nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-588/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı Balakən rayon Notariat Kontorunda bağlanmış JN 439 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmiş, hazırkı iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilmişdir. İşin halları İddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon Notariat Kontorunda bağlanmış JN 439 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızı iddialarını onunla əsaslandırmışlar ki, Balakən rayonu Qullar kəndində aparılan torpaq islahatı nəticəsində ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli, 05 saylı qərarı ilə 0,59 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinə JN 439 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı hazırlanmışdır. Həmin torpaq sahəsinin 0.50 ha hissəsi nənələri X8 məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin arxasında yerləşir. xx xxxxxx 2006-cı ildə nənələri X8 məxsus olmuş 0.15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən evi anası Şahid Balakən rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla, Cavabdeh1 satmışdır. Həmin torpaq sahəsinə bitişik olan 0.50 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini isə cavabdeh onlardan müvəqqəti istifadə etmək üçün xahiş etmiş, imkanı olanda alacağını bildirmişdir. Onların (iddiaçıların) məlumatı olmadan JN 439 (KOD ********) olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0.59 ha torpaq sahəsindən 0.50 ha hissəsini valideynləri Cavabdeh1 satmışlar. 2020-ci ilin mart ayında onların bundan məlumatları olmuşdur. Sonradan notariat orqanı tərəfindən surəti onlara verilərkən məlum olmuşdur ki, bağlandığı tarixi məlum olmayan torpaq alqı-satqı müqaviləsi Şahid, X11 və X19 ilə X28 arasında 0.50 ha torpaq sahəsinə dair bağlanılmışdır. Həmin müqavilə ilə guya Etibar Alqayev onlara məxsus olan torpaq sahəsinə dair 4000 manat pul ödəmişdir. Bağlandığı tarix bəlli olmayan alqı-satqı müqaviləsinə onlar imza etməmişlər və onların bundan məlumatları olmamışdır. Həmin alqı-satqı müqaviləsi həm qanunvericiliyin tələblərinə zidd bağlanmış, həm də hazırkı iş üzrə iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, JN 439 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Şahid, X11, X19, X21 və X12 0.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh2 öz səlahiyyətlərindən sui-istifadə edərək, onlara və ailə üzvlərinə məxsus olan torpaq sahəsini iddiaçıların məlumatı və razılığı olmadan öz mülahizəsinə əsasən Şahid, X11 və X19 arasında hər birinə 0.17 ha torpaq payı ayırmaqla 0.50 ha hissəsini X1. Həmin vaxt onlar yetkinlik yaşına çatmamışlar və belə olduğu halda Cavabdeh2 ən azından qəyyumluq və himayə orqanının razılığını almalı idi. Buna görə də Balakən rayon Notariat Kontorunda bağlanmış JN 439 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızının və Qurbanova (Saramanova) Adilə Əsildar qızının nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçılar tərəfindən mübahisələndirilən torpaq sahəsi xx xxxxxx 2006-cı il tarixdə X13, Şahid və X20 tərəfindən rəsmi olaraq notarial qaydada alqısatqı müqaviləsi ilə ona satılmışdır. O, torpaq sahəsinə görə iddiaçı Şahid qardaşına 9000 ABŞ dolları və 4000 manat pul ödəmişdir. Alqı-satqı müqaviləsindən sonra mülkiyyətçilər həmin torpaq sahəsinin Dövlət Aktını ona vermişlər və həmin torpağa dair JN 439 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ondadır. Göstərilən torpaq sahəsinin alınması ilə bağlı alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilmişdir. X13 və Şahid həmin torpaq sahəsindən onun çıxarılması barədə iddia qaldırmış, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə bu iddia təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçıların iddiasını əsassız hesab edir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırkı işə Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərimşdir ki, xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsində olan imza ona məxsusdur, həmçinin həmin müqaviləni notariusda atası Əsildar və anası Pirdas imzalamışlar. Həmin vaxt onun 18 yaşı tamam olmuşdur. Cavabdeh1 torpaq sahəsinin pulunu dayısı Abdulhəmidə verdiyini demiş, lakin dayısı tərəfindən ona, atası Əsildar və anası Pirdasa pul verilməmişdir. Həmin vaxtdan 0,50 ha torpaq sahəsi Cavabdeh1 sahiblik və istifadəsindədir. Birinci instansiya məhkəməsinin iclasında şahid dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 0.50 ha torpaq sahəsinin Cavabdeh1 satılması barədə xx xxxxxx 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsində imza ona aiddir, həmçinin həmin müqaviləni əri Əsildar və oğlu Ədalət imzalamışlar. Onlar müqaviləni imzalamaq üçün notariusa getmiş və müqaviləni notariusda imzalamışlar. Lakin onlara 4000 manat pul verilməmişdir. Həmçinin Cavabdeh1 onlara vermək üçün həmin pulu qardaşı Abdulhəmidə verməsini desə də, həmin pul Abdulhəmid tərəfindən onlara verilməmişdir. Qardaşı Abdulhəmid vəfat etmişdir. Onun evi satmasından xəbəri olmuş, lakin pay torpaq sahəsini satmasından xəbəri olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-588/2020 nömrəli 2(039)-724/2019 nömrəli qətnaməsindən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhəkəməsi, yuxarıda sadalanan qərarı qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən düzgün tətbiq etməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, eyni zamanda məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyildir. İşlə bağlı qeyd edir ki, iddiaçılara və onların ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli 05 saylı qərarı ilə 0.59 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinə JN 439 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. Həmin torpaq sahəsinin 0.50 ha hissəsi nənəsi X8 məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin arxasında yerləşir. xx xxxxxx 2006-cı ildə iddiaçıların nənəsi X8 məxsus olmuş 0.15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən evi iddiaçıların anası Şahid Balakən rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla Cavabdeh1 satmışlar. Həmin torpaq sahəsinə bitişik olan 0.50 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini isə cavabdeh iddiaçıların anasından müvəqqəti istifadə etmək üçün xahiş etmiş, imkanı olanda alacağını bildirmişdir. İddiaçılara sonradan məlum olmuşdur ki, JN 439 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.59 ha torpaq sahəsindən 0.50 ha hissəsini guya valideynləri Cavabdeh1 satmışlar. 2020-ci ilin mart ayında onların bundan məlumatı olmuşdur. Sonradan notariat orqanı tərəfindən bağlandığı tarixi məlum olmayan torpaq alqı-satqı müqaviləsinin surəti onlara verilərkən məlum olmuşdur ki, Şahid, X13 və X19 ilə X28 arasında 0.50 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilə ilə guya Etibar Alqayev onlara məxsus olan torpaq sahəsinə görə 4000 manat pul ödəmişdir. Bağlandığı tarix bəlli olmayan alqı-satqı müqaviləsinə onlar imza etməmişlər və onların bundan məlumatı olmamışdır. Həmin alqısatqı müqaviləsi həm qanunvericiliyin tələblərinə zidd bağlanmış, həm də hazırkı iş üzrə iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, Cavabdeh2 öz səlahiyyətlərindən sui-istifadə edərək onlara və ailə üzvlərinə məxsus olan torpaq sahəsini iddiaçıların məlumatı və razılığı olmadan öz mülahizəsinə əsasən Şahid, X11 və X19 arasında hər birinə 0.17 ha torpaq payı ayırmaqla 0.50 ha hissəsini X1. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, Balakən Rayon Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən, sübutlara düzgün hüquqi qiymət verməmiş, əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, bağlandığı tarix və nömrəsi bəlli olmayan alqı-satqı müqaviləsi iddiaçılar tərəfindən mübahisələndirilsə də, həmin notariat işi məhkəmə tərəfindən tələb edilərək yoxlanılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ümumiyyətlə xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsindən məlumatı olmadığını, belə bir müqaviləyə imza atmadığını və notariat konturuna getmədiyini bildirmiş, Cavabdeh1 də X9 notariat kontorunda olmadığını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid isə Balakən rayonu Qullar kəndində aparılan torpaq islahatı nəticəsində ailə üzvlərinə Balakən rayon Aqrar islahat komissiyasının xx xxxxx 1998-ci il tarixli 05 saylı qərarı ilə 0.59 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verildiyini, qeyd edilən torpaq sahəsinə JN 439 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlandığını, həmin torpaq sahəsinin 0.50 ha hissəsinin anası X8 məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin arxasında yerləşdiyini, xx xxxxxx 2006-cı ildə anası X8 məxsus olmuş 0.15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən evi Balakən rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla Cavabdeh1 satdığını, həmin vaxt ona və əri Əsildar Saramanova notarius tərəfindən bir neçə müqaviləyə imza etdirildiyini. 0.50 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin Ehtibar Həmzətova satılması barədə ona notariusda izah verilmədiyini, lakin həmin müqaviləyə imza atdığını, ona təqdim olunan alqı-satqı müqaviləsinin yalnız anası X14 məxsus olmuş 0.15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən evin alqısatqısı ilə bağlı olduğu izah edilmişdir. Özü xx xxxxxx 2006-cı ildə heç bir notariat orqanına getməmişdir. Bu məsələnin Balakən rayon Notariat Kontoru, Cavabdeh1 və qardaşı X4 arasında qurulmuş bir oyun olduğunu, həmin müqavilə əsasında ona və ailə üzvlərinə heç bir məbləğdə pul verilmədiyini, iddiaçıların bundan məlumatı və xəbəri olmadığını, anasına məxsus olan evin arxasında yerləşən onlara məxsus 0.50 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin isə cavabdehin onlardan müvəqqəti istifadə etmək üçün xahiş etdiyini, imkanı olanda alacağını bildirdiyini, qardaşı Abdulhəmidin isə onlara torpağı istifadə etmək üçün Ehtibara verməsinə etiraz etməmələrini xahiş etdiyini bildirmişdir. Şahid eyni zamanda X9 da notariat kontoruna getmədiyini bildirmişdir. Lakin məhkəmə şahidlərin ifadələrini iddianın rədd edilməsinə əsas olması üçün təhrif etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-588/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)- 588/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyərək, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-588/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan JN-439 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli, 05 saylı qərarı ilə Balakən rayonu Qullar kəndi ərazisindən X15, Şahid, X20, X21 və X12 0.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan notarial qaydada təsdiq olunmuş xx xxxxxx 2006-cı il tarixli torpaq alqısatqı müqaviləsindən görünür ki, X15, Şahid və X3 rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli, 05 saylı qərarı ilə JN-439 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Balakən rayonu Qullar kəndində yerləşən ümumi sahəsi 0.50 ha olan torpaq sahəsini 4000 manata Cavabdeh1 satmışlar. İşdə olan xx xxxxxx 2006-cı il tarixli müqavilədən görünür ki, X4, Şahid və X2 rayon DNK-nin xx.xx.2005-ci il tarixli 2V-231 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi və Balakən TİB-nin xx.xx.2006-cı il tarixli arayışına əsasən onlara məxsus olan Balakən rayonu Qullar kəndində yerləşən 1936-cı ildə tikilən, divar çaydaşı, üstü keramit, yaşayış sahəsi 45 kv.m, ümumi sahəsi 45 kv.m-dən ibarət yaşayış evini 9000 ABŞ dolları, yəni 8000 manata Cavabdeh1 satmışlar. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-79/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamənin əsaslandırıcı hissəsində Balakən rayonu Qullar kəndində yerləşən mübahisəli 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli qərarı ilə X13, Şahid, X20, X21 və X10 ümumi birgə mülkiyyətinə verilməsi, xx xxxxxx 2006-cı il tarixdə həmin torpaq sahəsinin X13, Şahid və X20 tərəfindən notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 4000 manata Cavabdeh1 satılması və məhkəmə-xətşünaslıq ekspertizasının xx xxx 2019-cu il tarixli, 8623 nömrəli rəyi ilə xx xxxxxx 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsində və 4Ə-19 nömrəli notariat işinin 2-ci vərəqində olan xx xxxxxx 2006-cı il tarixli Torpaq alqı-satqı müqaviləsində «İMZALAR» qrafasında «1.» rəqəmi qarşısındakı imzanın X13 tərəfindən icra olunması, ekspertizaya təqdim edilmiş mülki işin 74-cü vərəqəsində olan xx xxxxxx 2006-cı il tarixli Torpaq alqı-atqı müqaviləsində və 4-Ə-19 nömrəli notariat işinin 2-ci vərəqəsində olan xx xxxxxx 2006-cı il tarixli Torpaq alqı-satqı müqaviləsində «İMZALAR» qrafasında "2." rəqəmi qarşısındakı imzanın Şahid tərəfindən imza olunması faktları müəyyən edilib, bu faktlara məhkəmə tərəfindən hüquqi qiymət verilməklə iddiaçılar Şahid və Əslidar Saramanovun Cavabdeh1 qarşı hazırkı işdə mübahisə predmeti olan Balakən rayonu Qullar kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2555/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar Şahid və X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-79/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddianın əsassız olması barədə qənaətini belə əsaslandırmışdır ki, qanunda birgə mülkiyyətin subyekti tərəfindən birgə mülkiyyətdə olan əşya üzərində sərəncam verilərkən (əqd bağlanarkən) birgə mülkiyyətin digər iştirakçısı yetkinlik yaşına çatmayan şəxs olduqda istənilən halda qəyyumluq və himayə komissiyasının (onun nümayəndəsinin) mütləq iştirakı və mütləq qaydada həmin komissiyanın razılığının alınması nəzərdə tutulmamışdlır. Digər tərəfdən, xx xxxxxx 2006cı il tarixli əqd bağlanarkən iddiaçıların qanuni nümayəndələri olan valideynləri həmin əqdə imza etmiş və Mülki Məcəllənin 222-ci maddəsinin tələbinə əsasən iddiaçıların da razılığının olması ehtimalı ilə çıxış etmişlər və iddiaçıların valideynlərinin və qardaşı Ədalət Saramanovun ümumi birgə mülkiyyətdə olan 0.50 ha torpaq sahəsi ilə bağlı belə sərəncam vermək hüquqları olmuşdur. Həmçinin sənədin - notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin düzlüyü və tamlığı prezumpsiyasına istinad olunmaqla həmin 0.50 torpaq sahəsinin alqı-satqısı ilə bağlı cavabdeh tərəfindən müqavilədə qeyd olunan pul məbləği ödənilmiş, həmin torpaq sahəsi cavabdehin qanuni sahiblik və istifadəsinə keçmiş, cavabdehin həmin torpaq sahəsinə titul sahibliyi yaranmışdır və 14 ildir ki, həmin torpaq sahəsi cavabdehin qanuni sahiblik və istifadəsindədir. Yəni alqı-satqı zamanı qanunun tələblərinə əməl edilmiş və qanunun tələbləri və tətbiqi təcrübəsi nöqteyinəzərindən iddiaçıların hüquqları pozulmamışdır. Bu xüsusda o da qeyd edilməlidir ki, iddiaçılar torpaq sahəsinə münasibətdə pozulması ehtimal olunan hüquqlarının bərpası üçün torpaq sahəsinin alqı-satqı pulunu alan şəxs (və ya şəxslərə) qarşı kompensator tələb irəli sürə bilərlər. Yuxarıda göstərildiyi kimi, cavabdeh həmin torpaq sahəsinin vicdanlı alıcısıdır və onun hüquqlarının müdafiə olunması vacib əhəmiyyət daşıyır. Bundan başqa, cavabdehin həmin torpaq sahəsini birgə mülkiyyətin digər iştirakçılarından qanuni yolla alması və bu torpaq sahəsinin cavabdehin qanuni sahiblik və istifadəsində olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Bundan başqa, həmin vaxt qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin bu prosesə cəlb olunmaması, bu komissiyasının razılığının alınmaması cavabdehin günahı üzündən baş verməmiş və bu hal iddiaçıların qanuni nümayəndələri olan valideynləri onların qanuni təmsilçiləri kimi əqdin bir tərəfi olduqları və iddiaçıların hüquqlarını müdafiə etdikləri halda qanunda əqdin etibarsızlığına səbəb olan hal kimi nəzərdə tutulmamışdır. Digər tərəfdən, sözügedən əqdin bağlanmasına qəyyumluq və himayə komissiyasının razılığının alınmaması heç bir halda vicdanlı alıcı olan cavabdehi həmin torpaq sahəsinə olan hüquqlarından məhrum etməyə əsas yarada bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı Balakən rayon Notariat Kontorunda bağlanmış JN 439 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-79/2019 nömrəli qətnaməsindən göründüyü kimi, Balakən rayonu Qullar kəndində yerləşən mübahisəli 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli qərarı ilə X13, Şahid, X20, X21 və X10 ümumi birgə mülkiyyətinə verilmiş, xx xxxxxx 2006-cı il tarixdə həmin torpaq sahəsi X13, Şahid və X20 tərəfindən notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 4000 manata Cavabdeh1 satılmışdır. İddiaçılar Şahid və X5 alqı-satqı müqaviləsindəki onlara aid imzaları mübahisələndirmələri ilə əlaqədar təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin müqavilədəki imzalar X15 və Şahid məxsusdur. Ona görə də məhkəmə iddiaçılar Şahid və X5 Cavabdeh1 qarşı Balakən rayonu Qullar kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddialarını təmin etməmişdir. Göründüyü kimi, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)- 79/2019 nömrəli qətnaməsi Cavabdeh1 Balakən rayonu Qullar kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanuni mülkiyyətçisi kimi tanıyan qanuni qüvvəyə minmiş məhkəmə aktıdır. İş materiallarından məlum olur ki, Cavabdeh1 mübahisəli 0.50 ha torpaq sahəsini vicdanlı (alıcı) əldə edəndir. Belə ki, işdə olan xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsindən də göründüyü kimi, X15, Şahid və X3 rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli, 05 saylı qərarı ilə JN-439 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Balakən rayonu Qullar kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.50 haolan torpaq sahəsini 4000 manata Cavabdeh1 satmışlar. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin birbirinə olan inamının da azalmasına gətirib çıxarardı”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə ...” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. JN-439 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından göründüyü kimi, mübahisə predemti olan 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansını bağlanmasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Mülki Məcəllənin 222.3-cü maddəsinə əsasən, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, fəziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən, bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin - valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. X13, Şahid Sabanhacıyov qızı və X20 xx xxxxxx 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsini bağlayaraq ümumi birgə mülkiyyətdə olan 0.50 ha torpaq sahəsini Cavabdeh1 satarkən onların birgə mülkiyyətdə olan bu torpaq sahəsinə dair sərəncamçılığının bütün mülkiyyətçilərin, o cümlədən iddiaçıların razılığı ilə həyata keçirilməsi, yəni iddiaçıların da bu əqdə razılıq verməsi ehtimal olunur. Əqd bağlanarkən iddiaçılar hələ yetkinlik yaşına çatmayan olmuşlar, lakin qanunvericilik onlara məxsus əmlaka sərəncam verilməsinə dair əqdin onların əvəzindən qanuni nümayəndələri olan valideynləri tərəfindən bağlanmasına yol vermişdir. Beləliklə də, Mülki Məcəllənin 222.3-cü maddəsinin tələblərinə uyğun olaraq birgə mülkiyyətin mülkiyyətçiləri olan X13, Şahid Sabanhacıyov qızı və X20 ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqd bağlamış, bu zaman X13 və Şahid Sabanhacıyov qızı həm də iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızının qanuni nümayəndələri qismində çıxış etmiş və qanuni nümayəndələrə dair hüquqlarından istifadə etmişlər. İşdən görünür ki, iddia predmetini təşkil edən xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmışdır. İş üzrə iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızının alqı-satq müqaviləsi bağlanmasından yetkinlik yaşına çatmalarından (mülki hüquq fəaliyyət qabiliyyətləri yaranmasından) sonra da xəbərləri olmaması və 2020-ci ilin mart ayında həmin müqavilənin bağlandığından xəbər tutmaları inandırıcı və ağlabatan görünmür. İddiaçıların bu məzmunda dəlilləri qeyri-səmimi məlumat kimi qəbul olunmalıdır. Bu xüsusda qeyd edilməlidir ki, sözügedən müqavilə bağlanarkən iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızının həqiqətən də müvafiq olaraq 14 və 16 yaşları olmuş, lakin iddiaçıların hər ikisi hazırkı iddianı qaldırmazdan müvafiq olaraq 12 və 10 il əvvəl yetkinlik yaşına çatmışlar (mülkihüquqi fəaliyyət qabiliyyətləri yaranmışdır). İddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızı mübahisə predmeti olan torpaq sahəsini Cavabdeh1 satmış X15 və Şahid qızları və X9 bacılarıdır, ona görə də iddiaçıların keçən 10-12 il müddət ərzində bu alqı-satqı müqaviləsindən məlumatlı olmamaları, qeyd olunan torpaq sahəsindən Cavabdeh1 istifadə etdiyini, torpaq sahəsinin onun sahiblik və istifadəsində olduğunu bilməmələri mümkün deyildir. Belə vəziyyətdə iddiaçıların onların əmlakını qanunsuz özgəninkiləşdirənlərdən pozulmuş hüquqlarının bərpasını, bu mümkün olmadıqda isə onlara dəymiş zərərin ödənilməsini tələb etmək hüquqları vardır. İddiaçılar birgə mülkiyyətdəki onların payının qanunsuz özgəninkiləşdirildiyini iddia edirlərsə, onda iddianı birgə mülkiyyətdə olan əmlaka onların rəyini və mənafeyini nəzərə almadan sərəncam vermiş digər mülkiyyətçilərə qarşı irəli sürə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140 və 182-ci maddələrinin mənasına görə isə əmlakı özgəninkiləşdirən onun mülkiyyətçisi olmadığı, əldə edənin isə bunu bilmədiyi hallarda əldə edən “vicdanlı alıcı”, yaxud “vicdanlı sahib” hesab olunur. Əgər əldə edən özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmadığını bilmişsə və ya bilməli idisə, o, “vicdansız əldə edən” hesab olunur. Artıq qeyd edildiyi kimi, Cavabdeh1 mübahisəli torpaq sahəsini vicdanlı əldə edən olmuşdur. Ona görə də iddiaçıların mübahisəli daşınmaz əmlaka iddia etdikləri hər hansı hüquqlarının pozulması halı alqı-satqı müqaviləsi üzrə vicdanlı tərəf qismində çıxış etmiş cavabdehin hüquqlarının pozulması hesabına aradan qaldırlıa bilməz və iddiaçılar onlara vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı əmlakı satanlara qarşı ayrıca iddia qaldırmaqla mübahisə aça bilərlər. İddiaçıların tələbi mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllədə əqdlərin etibarsızlığı üçün əsaslar nəzərdə tutulmuşdur ki, həmin əsaslar mövcud olduğu və müvafiq müddətlər daxilində iddia verildiyi halda bağlanmış əqd etibarsız sayıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Mülki Məcəllənin 340-cı maddəsində uydurma və yalan əqdlərin etibarsızlığı, Mülki Məcəllənin 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, Mülki Məcəllənin 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Mülki Məcəllənin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının əsasları və şərtləri nəzərdə tutulmuşdur. İş üzrə iddiaçılar mübahisələndirdikləri xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanun normalarında nəzərdə tutulan əsas və şərtlərin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişlər. Digər tərəfdən, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal (əqdin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması) istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, qanunvericilik əqdin etibarsızlığını mübahisələndirmək üçün kəsici müddət müəyyən etmişdir; maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə ...” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə müddətin keçməsi ilə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçılar yetkinlik yaşa çatdıqları 10 ilə yaxın bundan əvvəldən onların mülkiyyət hüquqlarını pozan hesab etdikləri alqı-satqı müqaviləsinin bağlanmasını bilmişlər (yaxud bilməli idilər). Bunu bildikləri və ya bilməli olduqları vaxtdan isə 1 il ərzində həmin müqavilənin etibarsızlığını mübahisələndirə bilərdilər. Həmin müddət ötürüldüyündən iddiaçılar əslində hazırkı iddianı qaldırmaq hüququnu çoxdan itirmişlər və onların artıq mövcud olmayan hüquqları müdafiə oluna bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızının iddiasının təmin edilməməsinə dair qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızının və Qurbanova (Saramanova) Adilə Əsildar qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-588/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızının və Qurbanova (Saramanova) Adilə Əsildar qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-588/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-711/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-711/2021
08.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver