Məhkəmə qərarları › İş №2(107)-716/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-716/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-716/2023 21.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: ziyana görə pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli 2(024)-132/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Qax rayonu Əmircan kəndində yaşayır. Cavabdeh Qax rayonu Əmircan kəndində evi vardır. Haski cins it xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus 27 ədəd toyuğu yemişdir. Həmin itin Cavabdeh məxsus olduğu iddia edilmişdir. Sonuncu barəsində xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 290.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada 200 manat məbləğində cərimə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona vurulmuş maddi ziyana görə 324 manat pulun və iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun alınaraq özünə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, Cavabdeh iddianı qəbul etməmişdir.

4. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Qax rayonu Əmircan kəndində yaşayır. Həmkəndlisi Cavabdeh məxsus Haski cins iti xx.xx.2022-ci il tarixdə ona məxsus 27 ədəd toyuqları yemişdir. Bununla bağlı dəfələrlə o cavabdehə xəbərdarlıq etsə o ona məxsus Haski cins itinin toyuqları yemədiyni bildirmiş və heç bir pul ödəməyəcəyini, istədiyi yerə şikayət edə biləcəyini demişdir. Onun cavabdehlə heç bir ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə o məcbur qalıb Qax rayon Polis şöbəsinə müraciət etmişdir. Qax rayon PŞ-də izahatı alınmış şəxslərin ifadələrindən görünür ki, həmin it başqa şəxslərə də ziyan vurmuşdur. Cavabdeh izahatı alınan zaman hər dəfə başqa bəhanələr gətirmişdir. Hazırda 1 ədəd toyuq (çolpanın) bazar qiyməti Qax Bazar MMC-nin verdiyi məktubdan görünür ki, 11 manat təşkil edir. Bu hesabla 27 ədəd toyuq (çolpanın) 27*12=324 manat təşkil edir. Hazırda cavabdehin ona 324 (üç yüz iyirmi dörd manat) manat borcu var. Buna görə də o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh ona vurulmuş maddi ziyana görə 324 manat pulun və iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun alınaraq özünə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, onun Haski cins iti var. O burda yaşamır, arada bir həmin evə gəlib gedir. İddiaçı onu polisə şikayət edəndə onun iti orada olmamışdır. Polis tərəfindən o əsassız olaraq cərimə edilmişdir. Onun iti iddiaçının toyuqlarını yeməmişdir. İddiaçının toyuqlarını bəlkə də çaqqal və ya tülkü yemişdir. İddia tələbini qəbul etmir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Qax rayonu Əmircan kəndində yaşayır. İddiaçının həmkəndlisi Cavabdeh məxsus Haski cins it xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus 27 ədəd toyuğu yemişdir. Bununla bağlı iddiaçı Qax RPŞ-yə müraciət etmiş, araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin Cavabdeh barəsində xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 290.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada 200 manat məbləğində cərimə edilmişdir.

7. Məhkəmə araşdırması nəticəsində Cavabdeh İddiaçı vurduğu ziyanın məbləği 27*12=324 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tədqiqatı zamanı iddia tələbi iddiaçının izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, inzibati tənbeh vermə haqqında qərar və işdə olan digər mötəbər sübutlarla sübuta yetirilmişdir.

8. Qax Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli 2(024)-132/2023 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin olunmuş, Cavabdeh 324 manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

10. İş materiallarına əlavə edilmiş cinayət şinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində cinayət şinin başlanması rədd edilmiş, lakin onun əməlində Azərbaycan Respublikası İXM-nin 290.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır.

11. İş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 290.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada 200 manat məbləğində cərimə edilmişdir.

12. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, bazarda 2022-ci ilin oktyabr ayı üzrə 9-10 aylıq 1 ədəd toyuğun orta bazar qiyməti 12 manat olmuşdur.

13. İş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

14. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi onun izahatında guya onun haski cins itinin olduğunu bildirmişdir. Haski cins itinin olmasını qətiyyən o deməmişdir, görünür məhkəmə qərəzli olaraq izahatı ona əks olaraq dəyişik formada qətnamədə qeyd etmişdir. O, uzun illərdi Bakı şəhərində yaşayır. Qax rayonu Əmircan kəndində evi var, lakin həyətində it yoxdur. Hansısa sahibsiz itin İddiaçı toyuğunu yeməsinə görə o məsuliyyət daşımır.

16. Ona görə də, Qax Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli 2(024)-132/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli 2(024)-132/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. Cavabdeh Qax Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli 2(024)-132/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

25. İşin hallarından görünür ki, Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahat zamanı onun iti olduğunu etiraf etmiş, lakin iddiaçının toyuğunu onun itinin yemədiyini bildirmişdir. O, apellyasiya şikayətində isə elə bir izahat vermədiyini göstərmiş və onun ümumiyyətlə iti olmadığını bildirmişdir. Apellyatorun MPM-nin 273-cü maddəsində nəzərdə tutulmuş qaydada protokola qeyd verməklə yuxarıda göstərdiklərini təsdiq etmək imkanı olmasına baxmayaraq, o bunu etməmişdir. Həmin maddəyə görə, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.

26. Qax RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı Rəvan Bayramovun 11 noyabr 2022-ci il tarixli cinayət şinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Cavabdeh barəsində cinayət şinin başlanması rədd edilmiş, lakin onun əməlində Azərbaycan Respublikası İXM-nin 290.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Qax RPŞ-nin polis sahə rəisi Nicat Məhərrəmovun 21 noyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 290.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada 200 manat məbləğində cərimə edilmişdir.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli 2(024)-132/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli 2(024)-132/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar