Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-72/2024 22.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018ci il tarixli 2V-127 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və sair” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, kəsici müddət) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası kakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X16 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh1 və Xəlilova (Bayramova) Zülfidə Kamil qızının nümayəndəsi, həçinin vəkili Nümayəndə2 iştirakı ilə, İddiaç İddiaçı cavabdehlər Cavabdeh1, X44 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3 və Xəlilova (Bayramova) Zülfidə Kamil qızına qarşı “Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018-ci il tarixli 2V-127 reyestr nömrəli "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və sair” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(019)-187/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, X44 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018-ci il tarixli 2V-127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab olunması, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018-ci il tarixli 2V127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab olunması, 16 mart 2018-ci 11 tarixli 2V-127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin ləğv olunması, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022ci il tarixli **********71- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə X21 11 avqust 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikah dövründə 08 iyul 2007-ci il tarixdə X28, 13 iyun 2009-cu il tarixdə X26 və xx.xx.2011-ci il tarixdə isə X33 adlı 3 övladları anadan olmuşdur. X17 xx.xx.2001-ci il tarixdə vəfat etmiş X8 Balakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. X19 vəfat etdikdən sonra mərhumdan miras qalmış fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini iddiaçının həyat yoldaşı X21 idarə etmiş və faktiki sahibliyi həyata keçirmişdir. X4 başqa övladı olmamış, yeganə vərəsəsi X21 olmuşdur. İddiaçının həyat yoldaşı X21 03 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra birgə nikah dövründə anadan olmuş övladları azyaşlı olduqları və iddiaçı həmin vaxt həbsdə olduğu üçün uşaqlar İsmayıllı rayonu Lahıc kəndində iddiaçının valideynlərinin himayəsində yaşamışlar. İddiaçı hal-hazırda övladları ilə birlikdə Bakı şəhərində yaşayır. İddiaçı və övladları hər il bayram ərəfələrində Balakən şəhərinə gələrək mərhumların məzarını ziyarət edirlər. Sonuncu dəfə 2022-ci ilin sentyabr ayında Balakənə gələrkən məlumatları olmuşdur ki, X7ndan miras qalmış evə və torpaq sahəsinə Cavabdeh1 vərəsəlik açdırmış və miras əmlakları tamamilə öz adına rəsmiləşdirmişdir. Məsələni aydınlaşdırmaq üçün Cavabdeh1 ilə danışıqlar aparılmış, sonuncu əmlakın artıq öz adına rəsmiləşdirdiyini bildirmiş və əmlakı verməkdən imtina etmişdir. Torpaq sahəsinin necə və hansı əsaslar əsasında rəsmiləşdirilməsini aydınlaşdırmaq üçün Balakən rayon Asan Xidmət Mərkəzinin Notariat Ofisinə vəkil sorğusu ilə müraciət olunmuş və notariat ofisi tərəfindən mərhum X8 miras qalmış əmlaklara açılmış vərəsəlik işində olan bütün sənədlər əldə olunmuşdur. Notariat Ofisindən əldə olunmuş sənədlərdən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş mərhum X8 miras qalmış əmlaklara 16 mart 2018-ci il tarixdə Cavabdeh1 olunun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notariat Ofisinə Balakən rayon Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən 2018-ci ilin yanvar ayında 71 saylı arayış verilmişdir. Həmin arayışa əsasən müəyyən olunur ki, 11 noyabr 2001-ci il tarixdə vəfat etmiş X9 vərəsələri yalnız mərhumun qardaşları qeyd olunmuşdur. Arayışda qeyd olunmuş mərhumun qardaşlarından yalnız Cavabdeh1 təsərrüfatda qeydiyyatda olmağı yazılmışdır. Daha sonra tərəfindən Balakən rayon Mahamalar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə vəkil sorğusu göndərilərək, 11 noyabr 2001-ci il tarixdə vəfat etmiş X9 vərəsələri barədə məlumatın verilməsi xahiş olunmuşdur. Balakən rayon Mahamalar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli 804 saylı arayışda qeyd olunur ki, 11 noyabr 2001-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi X22 olmuşdur. İcra nümayəndəliyi tərəfindən verilmiş 104 saylı arayışda qeyd olunur ki, mərhumə X22 03 noyabr 2017-ci ilədək Mahamalar kəndində azyaşlı övladları ilə birlikdə yaşamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, mərhum X8 miras qalmış fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini 03 noyabr 2017-ci il tarixədək iddiaçının mərhum həyat yoldaşı X21 idarə etmişdir. Yuxarıda qeyd etdiyi icra nümayəndəliyi tərəfindən müxtəlif tarixlərdə verilmiş arayışlar biri-biri ilə ziddiyyət təşkil edir. Belə ki, 2018-ci il tarixli arayışda X4 vərəsəsi Cavabdeh1 göstərilmiş, 2022-ci il tarixdə vəkil sorğusuna verilmiş cavabda isə X21 göstərilmişdir. Görünür ki, İcra nümayəndəliyi tərəfindən müxtəlif məzmunlu arayışların verilməsi nəticəsində vərəsəlik hüququndan iddiaçı və 3 azyaşlı övladı məhrum olmuşlar. 03 noyabr 2017-ci il tarixdə vəfat etmiş X12 1-ci növbədə vərəsələri iddiaçı və 3 azyaşlı övladlarıdır. Mülki iş üzrə Cavabdeh1 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və verilmiş şəhadətnamə əsasında hüquqlarını DƏDRX-də qeydiyyata alması qanunsuzdur. Bunun üçün 16 mart 2018-ci il tarixdə Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən verilmiş 2V-127 saylı reyestr nömrəsi ilə qeydə alınan “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab olunmalı və onun əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmalıdır. Eyni zamanda həmin əmlak qanunsuz olaraq xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi bağlandığından həmin bağışlama müqaviləsi ləğv olunmalı, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarış ləğv olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 25 aprel 2023-cü il tarixli, 2(019)- 187/2023 saylı qətnaməsi ilə, iddianın təmin edilməməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; X19 Cavabdeh1 bacısı olmuşdur. Rəfiqə Xəlilova 11 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. X9 ölümündən sonra Balakən rayonu Mahamalar kəndində 0.08 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 82.40 kv.m olan fərdi yaşayış evi, 0.14 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi miras qalmışdır. X2 qalmış mirası Cavabdeh1 faktiki qəbul edərək idarə etmiş, mərhumə Rəfiqə Xəlilovaya məxsus torpaq sahəsində abadlıq işləri görmüş, əkib becərmiş, məhsulunu toplamış, mərhumənin dəfn xərclərini çəkmiş, ev köhnə olduğundan onu təmir etdirməklə abadlaşdırmış və bununla da mirası faktiki qəbul etdiyini nümayiş etdirmişdir. Rəfiqə Xəlilovanın ölümündən sonra orada Cavabdeh1 yaşamış, Cavabdeh1 2003-cü ildə isə Cavabdeh2 ilə evlənmişdir və hazırkı günədək orada yaşayırlar. X9 ölümündən sonra ona məxsus olmuş təsərrüfatda Cavabdeh1 qalmışdır. X9 qızı olmuş X24 Cavabdeh1 atası X23 məxsus olmuş Balakən rayonu Mahamalar kəndində yerləşən 1918-ci ildə tikilmiş fərdi yaşayış evində yaşamış, həmin təsərrüfatda 0.25 ha həyətyanı torpaq sahəsi, 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 1918-ci ildə tikilmiş fərdi yaşayış evi omuşdur. X24 2006-cı ilədək özünə məxsus 0.25 ha torpaq sahəsində yerləşən evdə yaşamış, xx.xx.2006-cı ildə rəsmi nikahla İsmayıllı rayonu Lahıc qəsəbə sakini İddiaçı ilə evlənmiş, rəsmi nikahlarından üç övladları olmuşdur. Xatirə İsmayılzadə 03 noyabr 2017-ci ildə vəfat etmişdir. 2018-ci ilin yanvar ayında Cavabdeh1 müraciəti əsasında Balakən rayon Notariat Kontorunda mərhum bacısı X9 adına qeydə alınmış 0.0883 ha torpaq sahəsi və onun üzərində yerləşən 82.40 kvm-dən ibarət fərdi yaşayış evinə dair mərhumdan ona çatacaq paya dair vərəsəlik işi açılmışdır. Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsinə X9 adına DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən 16 mart 2018-ci il tarixdə verilmiş 2V-127 saylı reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsinə Cavabdeh1 adına DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 adına qeydiyyata alınmış Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsi Balakən rayon Notariat Kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən həyat yoldaşı Cavabdeh2 bağışlanmışdır. xx.xx.2022-ci il tarixdə isə sözügedən fərdi yaşayış evi və torpaq sahəsi **********7110301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmaqla ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin təhqiqatı zamanı o da müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsində X24 heç vaxt yaşamamışdır. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən JN 1157A KOD 40108018 olan torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə əsasında X17 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh1 atası Abdulməcid Xəlilovdan qalmış, Xatirə isə həmin torpaqda yerləşən evdə yaşamışdır. Balakən rayonu Mahamalar kəndində yerləşən Xatirənin yaşadığı 0.25 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1918-ci ildə tikilmiş fərdi yaşayış evini 10 avqust 2016-cı ildə Xatirə İsmayılzadə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Şahin Məcidzadəyə satmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsinin təhqiqatı zamanı müəyyən edilmişdir ki, Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən xx.xx.2001-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlaklarla bağlı vərəsəlik açılarkən Cavabdeh1 onun təsərrüfatında qeydiyyatda olması, onun mirasını faktiki olaraq qəbul etməsi müəyyən edilmiş, digər vərəsələr isə mirası nə faktiki, nə də formal-rəsmi qaydada qəbul etmədiklərindən, təsərrüfatdan ayrıldıqlarından, mirasın qəbulu üçün notariat orqanına ərizə vermədiklərindən, eyni zamanda onların miras əmlaka faktiki sahiblik etməklə qəbul etmədiklərindən onlar susmuş vərəsə hesab edilmiş və miras əmlakdan digər vərəsələrə pay verilməmişdir. X5 xx.xx.2001-ci il tarixdə vəfat etmiş X9 birinci növbəli vərəsəsi olsa da, anası Rəfiqə Xəlilovadan qalmış mirası qəbul etmədiyindən Mülki Məcəllənin 1263-cü maddəsinə əsasən miras onu qəbul etmiş sonrakı növbənin vərəsəsi olan Rəfiqə Xəlilovanın qardaşı Cavabdeh1 adına keçirilmişdir. Lakin iddiaçı mərhum həyat yoldaşının onun anasından miras qalmış əmlakları qəbul etdiyini, onun birinci növbə vərəsə olduğunu olduğunu bildirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı sözügedən miras əmlakla bağlı ləğvini tələb etdiyi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın qanunsuz və əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəis) bu vəzifə iddiaçının üzərinə düşür. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iş materiallarına əsasən 16 mart 2018-ci il tarixli 2V-127 reyetsr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması barədə qanunda nəzərdə tutulmuş hüquqi əsaslar və faktiki hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********7110301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışa əsasən Cavabdeh2 mülkiyyət hüquqları vardır və onun mülkiyyət hüquqları qanunla qorunur. Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun notarial qaydada bağlandığından məhkəmədə onun ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İşdəki sübutlara əsasən Cavabdeh2 mülkiyyət hüquqlarına müdaxilə edilməsi üçün qanunda göstərilmiş hallar və əsaslar isə mövcud deyildir. Cavabdeh2 mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı reyestrin tamlığı və düzlüyü prezumpsiyası qüvvədədir və məhkəmə bu mülkiyyət hüquqlarının qeydiyyatının və çıxarışının etibarsızlığı üçün əsas görmür. İşdəki sübutlardan birmənalı görünür ki, iddia predmetini təşkil edən Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmış və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqlar əsaslı olaraq qeydə alınmışdır. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab etmişdir ki, Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018-ci il tarixli 2V-127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab olunması, 16 mart 2018-ci 11 tarixli 2V-127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin ləğv olunması, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməməli, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1262, 1263, 1243.1, 1243.2, 1243.3, 1133.1, 1133.2, 1145, 139.1, 139.3, 140, 146.1, 146.2, 152.1, 152.5, 157.2, 213.1, 213.2, 213.6, 214.1, 223.2, 1151.1, 1157-1.1, 1157-1.2, 1159.1, 1159.1.1, 1255, 1256, 1261, 1268.1, 1269, 1272, 1274, 1276, 1291, 1321.1, 1321.2, 1322, 324.1, 329.1, 334.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339, 354.1, 354.2, 421.1, 421.2, 149.2-ci maddələri, Notariat haqqında Azərbaycan Respublikası Qanununun 55, 59-cu maddələri, Azərbaycan Respublikası Konstitusiyanın 12, 13, 60 və 29-cu maddələri, İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsi, Daşınmaz əmlakın dövlət reyesri haqqında Azərbaycan Respublikası Qanununun 2, 4.1, 22.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X7 mərhum anasına məxsus əmlakı idarə etmişdir. Bunu mülki iş materialına əlavə edilmiş arxiv arayışı və icra nümayəndəliyi tərəfindən verilmiş arayış təsdiq etmişdir. Hər iki arayış məhkəmə tərəfindən nəzərə alınmamışdır. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qeyd olunan maddənin tələbi cavabdehə qanun üzrə vərəsəlik şəhadətnaməsi verən notarius tərəfindən pozulmuş, məhkəmə tərəfindən pozuntu halı nəzərə alınmamışdır. Əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd edir ki, mərhumun yeganə vərəsəsi X22 03 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. X27 3 övladı və əri vərəsədir. Qanunvericiliyin yuxarıda qeyd olunan mövqeyindən aydın olur ki, əvvəllki növbənin vərəsələri, yəni İsmayılzadə Xatirənin vərəsələri mövcud olmadığı təqdirdə Cavabdeh1 miras əmlakdan pay verilə bilərdi. Lakin X25 vərəsələri sağ olduqları üçün Cavabdeh1 qanun üzrə vərəsəlik şəhadətnaməsi verilə bilməzdi. X7 mirasın qəbulundan imtina etməmiş, imtina notariat orqanında rəsmiləşdirilməmişdir. Bunun üçün miras sonrakı növbənin vərəsələrinə keçə bilməz. Qeyd edir ki, məhkəmə qərarında sübut növü olaraq işin hallarını tam araşdırmamış, mülki iş materiallarına əlavə edilən, Balakən arxiv idarəsinin və icra nümayəndəliyi tərəfindən verilmiş arayışları nəzərə almamışdır. Qeyd edir ki, mülki iş üzrə məhkəmə sübutları tam araşdırmamışdır. İlk öncə onu qeyd edir ki, vəkil sorğusu ilə Balakən rayon Asan Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət olunmuş, X2 miras qalmış əmlakın necə və hansı əsaslar əsasında rəsmiləşdirilməsini aydınlaşdırmaq və notariat ofisi tərəfindən mərhum X8 miras qalmış əmlaklara açılmış vərəsəlik işində olan bütün sənədlər əldə olunmuşdur. Notariat işindən görünür ki, Notariat ofisinə Balakən rayon Mahamalar inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2018-ci ilin yanvar ayında 71 saylı arayış verilmişdir. Həmin arayışa əsasən müəyyən olunmuşdur ki, 11 noyabr 2001-ci il tarixdə vəfat etmiş X9 vərəsələri yalnız mərhumun qardaşları qeyd olunmuşdur. Arayışda qeyd olunmuş mərhumun qardaşlarından yalnız Cavabdeh1 təsərrüfatda qeydiyyatda olmağı yazılmaqla notariat ofisi tərəfindən Cavabdeh1 mirası qəbul etməsi nəticəsinə gəlinmişdir. Notariat ofisindən vərəsəlik işi əldə olunduqdan sonra Balakən rayon Mahamalar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə vəkil sorğusu göndərilərək 11 noyabr 2001-ci il tarixdə vəfat etmiş X9 vərəsələri barədə məlumatın verilməsi xahiş olunmuşdur. Balakən rayon Mahamalar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi vəkil sorğusuna verilmiş 19 sentyabr 2022-ci il tarixli 804 saylı arayışda qeyd edir ki, 11 noyabr 2001-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi X18r. Vərəsəlik işində olan arayış (2018-ci il tarixli Cavabdeh1 Rəfiqə Xəlilovanın təsərrüfatında olmasına dair arayış) və Mahamalar İcra nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli arayışlar biri-biri ilə ziddiyyət təşkil etdiyi üçün arayışlar arasında olan ziddiyətə izah verilməsi üçün icra nümayəndəliyinə sorğu göndərilmişdir. Cavabda bildirilmişdir ki, X1 sakini olmuşdur və 11 noyabr 2001-ci ildə vəfat etmişdir. Mərhumə vəfat etdikdən sonra ona məxsus təsərrüfatda qızı X22 qeydiyyatda olmuşdur. X22 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. X22 vəfat etdikdən bir müddət sonra dayısı Cavabdeh1 tərəfindən 2018-ci ildə bacısı mərhumə X13 vərəsə açılması barəsində icra nümayəndəliyinə müraciət olunmuşdur. Müraciətə əsasən, X9 yeganə övladı X14 olması barədə Balakən rayon Notariat Ofisinə təqdim etmək üçün arayış tərtib olunaraq tərəfimizdən Cavabdeh1 verilmişdir. Balakən rayon Notariat Ofisinin rəhbərliyi tərəfindən icra nümayəndəliyi ilə əlaqə yaradılaraq Rəfiqə Xəlilovanın yeganə varisinin X22 olması və onun xx.xx.2017-ci il tarixdə vəfat etdiyinə görə 2-ci dərəcəli varislərinin yazılması lazım olduğunu, 2-ci dərəcəli varisləri ana, atası vəfat etdiyinə görə qardaş və bacıları haqqında arayışın tərtib olunaraq təqdim olunmasının vacibliyi bildirilmişdir. Bunun üçün 2018-ci ilin yanvar ayında qardaş və bacılardan ibarət arayış tərtib olunaraq aidiyyatı üzrə təqdim olunmuşdur. Buradan görünür ki, cavabdeh icra nümayəndəliyi ilə əlbir olaraq Rəfiqə Xəlilovanın yeganə vərəsəsinin Cavabdeh1 olması göstərməsi miras əmlaka vərəsəlik işi açaraq miras əmlakı Cavabdeh1 adına rəsmiləşdirmək, sonuncuda öz növbəsində adına rəsmiləşdirilmiş əmlakı həyat yoldaşı Cavabdeh2 adına bağışlamaqla mərhumə İsmayılzadə Xatirənin yeganə vərəsələrini mirasdan məhrum etmək məqsədi daşımışdır. İcra nümayəndəliyi tərəfindən verilmiş və mülki iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, təsərrüfatbaşına kitablar arxiv idarəsinə verilmişdir. Təsərrüfatbaşına kitablar arxiv idarəsinə verilsə də, İcra nümayəndəliyi tərəfindən Cavabdeh1 arayış verilərək sonuncunu mərhumə Rəfiqə Xəlilovanın təsərrüfatında qeyd etməsini məhkəmə araşdırmamışdır. İcra nümayəndəsinin X42 vəfat etdikdən sonra onun təsərrüfatını qardaşı Cavabdeh1 idarə etməsi, dəfn xərclərini ödəməsi və arayışda qeyd olunan digər məlumatları bilməsi qeyri mümkündür. Çünki həmin dövrlərdə Ş.Mahamaxanov icra nümayəndəsi vəsifəsində işləməmiş, arayışda qeyd etdikləri həqiqəti əks etdirə bilməz (qətnamədə qeyd olunan arayışa münasibət bildirilməmişdir). Eyni zamanda Cavabdeh1 2022-ci ildə miras barədə arayış tələb etmiş, icra nümayəndəliyi tərəfindən 2001-ci ilə aid məlumatların icra nümayəndəliyində olmadığını, Balakən rayon Dövlət Arxiv İdarəsinə təqdim edildiyi üçün mümkün olmadığı bildirilmişdir. İcra nümayəndəliyi tərəfindən 2001-ci ilə dair məlumatların icra nümayəndəliyində saxlanılmadığı təqdirdə Cavabdeh1 Rəfiqə Xəlilovanın təsərrüfatında göstərməsi bir daha icra nümayəndəliyi tərəfindən Cavabdeh1 adına verilmiş arayışların əsassız və qanunsuz olmasını təsdiq edir. Mülki iş materiallarına Cavabdeh1 ilə Cavabdeh2 arasında olan “Bağışlama müqaviləsi” əlavə olunmuşdur. Həmin bağışlama müqaviləsinə əlavə olunmuş 2018-ci il aprel tarixli 343 nömrəli arayışdan görünür ki, fərdi yaşayış evində X28, X26 və X33 qeydiyyatda olmuşlar. Arayışın qeyd hissəsində yazılır. Cavabdeh1 həyat yoldaşı ilə birgə ayrı təsərrüfatda olub. Görünür ki, mərhumə X9 təsərrüfatında X21 və onun 3 azyaşlı övladları qeydiyyatda olmuş və təsərrüfat onlar tərəfindən idarə olunmuşdur. Məhkəmənin mötəbər sübut qismində qəbul etdiyi icra nümayəndəliyi tərəfindən notariat ofisinə vərəsəlik işi üçün verilmiş Cavabdeh1 X9 təsərrüfatında olmasına dair arayış həqiqəti əks etdirməməklə yanaşı, yuxarıda da qeyd etdiyi kimi miras əmlaka qanunsuz və heç bir əsas olmadan sahiblənmək məqsədi daşımışdır. Görünür ki, İcra nümayəndəliyi tərəfindən müxtəlif məzmunlu arayışların verilməsi nəticəsində vərəsəlik hüququndan iddiaçı və 3 azyaşlı övladı məhrum olmuşlar. Məhkəmə tərəfindən icra nümayəndəliyinin bir-birinə zidd arayışların verilməsini araşdırmamış, icra nümayəndəliyi tərəfindən cavabdehin adına verilmiş arayışları sübut qismində qəbul etmişdir. İcra nümayəndəliyi tərəfindən vəkil sorğusuna verilmiş arayışlara və Balakən Arxiv idarəsindən verilmiş arayışa ümumiyyətlə qətnamədə münasibət bildirilməmişdir. Balakən rayon Arxiv idarəsinin 02 fevral 2023-cü il tarixli arayışından görünür ki, X11 təsərrüfatbaşı kitabdan çıxarışda 1996-2000-ci illər üzrə X20 və X30, 2001-2005-ci illər üzrə X20-vəfat edib karandaşla qeyd edilib, təsərrüfatda X30 qalmışdır. Eyni zamanda Cavabdeh1 məhkəmədə vermiş olduğu izahatda bildirmişdir ki, evi bacısının adına özü almışdır. Bacısı və bacısı qızı vəfat etdiyi üçün miras əmlak ona qalmalıdır. O 2003-cü il tarixdən həmin evdə yaşamağa başlamışdır. Məhkəmədə şahid qismində dəvət etdiyimiz şəxs Şahid2 izahatı qətnamədə tam əksini tapmamışdır. Şahid2 izahatında bacısı vəfat etdikdən sonra X25 miras əmlaka faktiki sahiblik etməsini, evdə yaşamasını, Cavabdeh1 ailə qurduqdan sonra həmin evdə yaşadığını bildirmişdir. Lakin qətnamədə qeyd olunan izahat öz əksini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq, onlar, məhkəmə kollegiyasından Balakən Rayon Məhkəməsinin 2(019)-187/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini və Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(019)-187/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Xəlilova (Bayramova) Zülfidə Kamil qızının nümayəndəsi, həçinin vəkili Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(019)-187/2023 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh X44 Xidmət Mərkəzində Notariat Ofisi və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarı; “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Notariat haqqında Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-ci maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun: 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator apellyasiya şikayətinin təmin edilməsini və Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(019)-187/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(019)-187/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(019)-187/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı sözügedən miras əmlakla bağlı ləğvini tələb etdiyi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın qanunsuz və əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəis) bu vəzifə iddiaçının üzərinə düşür. İş materiallarına əsasən 16 mart 2018-ci il tarixli 2V-127 reyetsr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması barədə qanunda nəzərdə tutulmuş hüquqi əsaslar və faktiki hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırılmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmamışdır. Ona görə də qətnamə ləğv edilməli, yeni qətnamə ilə iddia rədd edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, X19 Cavabdeh1 bacısı olmuşdur. Rəfiqə Xəlilova 11 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. X9 ölümündən sonra Balakən rayonu Mahamalar kəndində 0.08 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 82.40 kv.m olan fərdi yaşayış evi, 0.14 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi miras qalmışdır. 2018-ci ilin yanvar ayında Cavabdeh1 müraciəti əsasında Balakən rayon Notariat Kontorunda mərhum bacısı X9 adına qeydə alınmış 0.0883 ha torpaq sahəsi və onun üzərində yerləşən 82.40 kvm-dən ibarət fərdi yaşayış evinə dair mərhumdan ona çatacaq paya dair vərəsəlik işi açılmışdır. Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsinə X9 adına DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən 16 mart 2018-ci il tarixdə verilmiş 2V-127 saylı reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsinə Cavabdeh1 adına DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 adına qeydiyyata alınmış Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsi Balakən rayon Notariat Kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən həyat yoldaşı Cavabdeh2 bağışlanmışdır. xx.xx.2022-ci il tarixdə isə sözügedən fərdi yaşayış evi və torpaq sahəsi **********7110301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmaqla ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, X7 mərhum anasına məxsus əmlakı idarə etmişdir. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. X7 mirasın qəbulundan imtina etməmiş, imtina notariat orqanında rəsmiləşdirilməmişdir. Bunun üçün miras sonrakı növbənin vərəsələrinə keçə bilməz. Qeyd edir ki, məhkəmə qərarında sübut növü olaraq işin hallarını tam araşdırmamış, mülki iş materiallarına əlavə edilən, Balakən arxiv idarəsinin və icra nümayəndəliyi tərəfindən verilmiş arayışları nəzərə almamışdır. Qeyd edir ki, mülki iş üzrə məhkəmə sübutları tam araşdırmamışdır. Kollegiya hesab edir ki, iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Normada müəyyən edilmiş 2 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X44 Xidmət Mərkəzinin Notariat Ofisinin 31 yanvar 2024-cü il tarixli, 148 nömrəli arayışından görünür ki, mərhum X8 qardaşı Cavabdeh1 xx.xx.2018-ci il tarixdə 2V-127 reyestr nömrəsi ilə verilmiş vərəsəlik şəhadətnaməsinin və ona əlavə edilmiş sənədlərin surəti Zaqatala rayon Vəkil bürosunun sorğusu əsasında 8 sentyabr 2022-ci il tarixdə iddiaçının vəkili Nümayəndə1 təqdim edilmişdir. Eyni zamanda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə 2V-127 reyestr nömrəsi ilə verilmiş vərəsəlik şəhadətnaməsinin və ona əlavə edilmiş sənədlərin surətini 8 sentyabr 2022-ci il tarixdə almışdır. Göründüyü kimi, iddiaçının vəkili Nümayəndə1 xx.xx.2018-ci il tarixdə 2V-127 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətinin ona göndərilməsi ilə bağlı Balakən regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmişdir. İddiaçının vəkili Nümayəndə1 xx.xx.2018-ci il tarixdə 2V-127 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətini 8 sentyabr 2022-ci il tarixdə almışdır. Bu da onu göstərir ki, həmin vaxt iddiaçı və onun vəkili həmin şəhadətnamənin mövcudluğundan artıq xəbərdar idi. İddiaçı 17 mart 2018-ci il tarixdə verilmiş 2V-127 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin mövcudluğundan 8 sentyabr 2022-ci il tarixdə xəbərdar olduğundan, 21 noyabr 2022-ci il tarixdə hazırki iddia ilə Balakən Rayon Məhkəməsinin müraciət etməsi halları öz əhəmiyyətini itirir. Çünki, iddiaçı hazırki məzmunda iddia ilə məhkəməyə 21 noyabr 2022-ci il tarixdə iddia versə belə, həmin vaxtda artıq qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülmüşdür. “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyrimüəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasının qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən, qeyd olunan müddət hüququnun itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu baxımdan, vərəsəlik hüququ haqqında şəhadətnamənin etribarsızlığı barədə iddia tələbinin mahiyyəti üzrə əsaslılığı yoxlanılmamışdan əvvəl, iddiaçının əqdi mübahisələndirmək hüququnu müddətlər nöqteyi-nəzərindən itirib ititrməməsi müəyyən olunmalıdır. Kollegiyanın qənaətinə görə, məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Halbuki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifəsi yalnız haqların (hüquqların) təsdiq olunmaqla qorunmasını təmin etməkdir (MPM.m.2.1.). İndi bir haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq, sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Buna görə də, iddia müddətlərinin ötürülmüş olmasını məhkəmələr öz-özlüyündən nəzərə ala bilmədikləri halda, heç kim irəli sürməsə də iş materiallarından kəsici müddətlərin ötürülüməsinin məlum olduğu hallarda məhkəmə bunu nəzərə almağa məcburdur. Əks halda məhkəmə olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni mənafeyini hüquqa zidd bir şəkildə pozmuş olar. İddia müddətlərinin ötürülməsi iddiaçının iddia tələbinin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirmir (MM.m.3 83)325. Halbuki kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfin kəsici müddətin ötürülməsi nəticəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ da aradan qalxdığına görə, iddia tələbi Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018-ci il tarixli 2V-127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab olunması barədə tələbi təmin edilə bilməz. Kollegiya iddia tələbinin Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasını, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin ləğv olunmasını, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbləri həmin hissədə də təmin edilə bilməz. Belə ki, Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış Cavabdeh1 adına verilmiş 16 mart 2018-ci il tarixli 2V-127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında verilmişdir. Yəni, nə qədər ki, həmin şəhadətnamə qüvvədədir, onun əsasında verilmiş çıxarış da ləğv edilə bilməz. Eyni zamanda, kollegiya qeyd edir ki, 03.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin ləğv olunması, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022ci il tarixli **********71- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması barədə iddia tələbləri də təmin edilə bilməz. Belə ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə, dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamlığına dəlalət edir. Bundan başqa, kollegiya iddia tələbinin xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi hissəsi ilə də razılaşmır. Belə ki, xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında verildiyindən və həmin bağışlama müqaviləsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi və apellyasiya şikayəti əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(019)-187/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(019)-187/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-72/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-72/2024
22.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver