Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-72/2025 06.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “kompensasiya verilməklə evdən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzil mübahisələri, kompensasiya verilməklə mənzildən çıxarılma) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi ilə, Iddiaçının vəkili vəkil2; Cavabdeh Cavabdeh və onun vəkili X9 iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları III-ЖГ seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X4 arasında ##.##.1986-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 140 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə- Paşayev, arvada - Paşayeva soyadı verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2022-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və İddiaçı qarşı uşaqları ilə birlikdə ünvan 4 ünvanda yerləşən mənzildə yaşamaq hüququnun tanınmasının müəyyən edilməsi və həmin mənzilə köçürülməsi barədə iddia tələbi rədd edilmişdir. Iddiaçı Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- ****/**** saylı ##.##.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli *(***)- ****/**** saylı qərarına əsasən, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və İddiaçı Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən verdiyi kasasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası DƏDRX-ın Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanda istifadədə olan 0.05 ha torpaq sahəsi İddiaçı ##.##.2023-cü il tarixdən tam mülkiyyətindədir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə, iddiaçı Cavabdeh cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və İddiaçı qarşı ##.##.2023-cü il tarixli *M-*** nömrəli bağışlanma müqaviləsinin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə, iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh 10000 (on min) manat kompensasiya verilməklə mülkiyyətində olan ünvan 3 № li mənzilindən istifadə hüququna xitam verilməsi, ona aid əşyaları və azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılmasını xahiş etmişdir. Sonra iddia tələbinin həcmini artıraraq 14000 (on dörd) manat kompensasiya verilməklə mülkiyyətində olan ünvan 3 № li mənzilindən istifadə hüququna xitam verilməsi, ona aid əşyaları və azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 saylı ev Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ##.##.2023-ci il tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışı ilə tam mülkiyyətindədir. Cavabdeh mübahisələndirilən ünvanda yaşamaq hüququnun tanınmasının müəyyən edilməsi və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsin ##.##.2022-ci il tarixli, 2(51)- ****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ##.##.2009-cu il tarixdə gəlin köçdüyü mənzilin mülkiyyətçisi ilə notariat qaydasında yazılı razılaşma 'bağlamadığından, onun istifadə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmadığından, həmçinin o, mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan cavabdeh İddiaçı ailə üzvü olmadığından, həmçinin hazırkı mülkiyyətçinin razılığı olmadığından, onun keçmiş ailə üzvü kimi mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququ da yaranmamışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## #### 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qərarı ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Şəxsin onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilinə yaşamaq hüququnun tanınmasının müəyyən edilməsi və həmin mənzilə köçürilməsi praktiki olaraq mümkün deyil. Şəxs iddiaçının ailə üzvü deyildir. Oğlu ilə ailə münasibətlərinə xitam verilmişdir. Oğlu ona hər ay aliment ödəyir. Cavabdehin onun mülkiyyətində yaşamağını istəmir. Uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsini qəbul etmir. Bu səbəbdən də onun uşaqları ilə birlikdə mənzilindən ona 14000 manat kompensasiya ödənməklə çıxarılmasını istəyir. Onlar bir ailə olmadığından bu şəxs oğlu üçün daim problemlər yaratdığından aralarında olan nikah münasibətləri pozulandan sonra onlar bir daha birlikdə yaşaya bilməzlər. Bundan başqa evdə oğlu və yeni ailəsi üçün müəyyən şərait yaratmalıdır. Bu səbəbdən də 14.000 manat kompensasiya verməklə cavabdeh Cavabdeh və uşaqlarının, əşyaları ilə birlikdə onun mülkiyyətində olan ünvan 3 saylı evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclası zamanı iddiaya etiraz edərək göstərdi ki, o, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə ##.##.2009-cu ildə rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan ##.##.2010-cu il təvəllüdlü X7, ##.##.2012-ci il təvəllüdlü X3, ##.##.2018-ci il təvəllüdlü X8 və ##.##.2020-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Oğlu Əli autizm xəstəsidir, uşaqlar onun himayəsindədir. O, ünvan 2 ünvanına gəlin köçmüşdür. Cavabdeh İddiaçı onun keçmiş qaynanasıdır. 2014-cü ildə Mingəçevir şəhərində torpaq sahəsi alınmış və 2015-ci ilin mart ayında həmin torpağın içərisində 3 otaqlı ev tikmişlər, istifadəyə verib evdə yaşamışlar. 2015-ci ilin sentyabr ayında o, əri və uşaqları ilə birlikdə Almaniyaya yaşamağa getmişlər. Orada xeyli qazanc, yəni pul əldə etdikdən sonra geri qayıtmışlar. 2019-cu ilin noyabr ayında Almaniyadan gəldikdən sonra yenidən həmin evin yanında ikinci evin tikintisinə başlamışlar. ## ######## 2020-ci ildən təzə evdə nikahları pozulanadək uşaqlarla yaşamışdır. Həmin ev bir mərtəbəli olmaqla, dörd otaqdan ibarətdir və 3ü yataq otağı, biri isə zaldır və onun tikintisi onun və yoldaşının vəsaiti hesabına həyata keçirilmişdir. Bundan əlavə həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs diş həkimi işlədiyi üçün həmin torpaq sahəsində ona ev formasında kabinet tikilmiş, həmçinin həmin həyətdə digər yardımçı tikililər də vardır. Onun əşyaları mübahisəli mənzil olan ünvan 1 ünvanında yerləşir. Onun başqa yaşayış yeri yoxdur. Eyni zamanda bildirir ki, azyaşlı övladı da xəstədir və onun müalicəsi Mingəçevir şəhərində mümkün deyil, ancaq Bakı şəhərində müalicə olunmalıdır. Onlar ##.##.2014-cü ildə evin pulunu qaynanasına versələr də, torpağı Rafaelə bağışlanma adı ilə vermişdi. Torpaq sahəsinin pulunu onlar versələr də, onlar həmin dövrdə xaricdə olduqlarına görə qaynanası bağışlanma müqaviləsi ilə üç övladının hər birinə ayrı-ayrı torpaq sahələri bağışlamışdır. Yuxarıda qeyd etdiyi kimi, mənzil də ər-arvad onların hesabına tikilmiş, evin sxemi olsa da, lakin bugünə kimi əri həmin evi onların öz adına keçirilməsini ləngitmişdir. Beləliklə, evin hələlik sənədləri onun bildiyinə görə yoxdur. Əgər son zamanlar tərəflər boşandıqdan sonra hər-hansı bir formada qeyri qanuni yolla Çıxarış əldə ediblərsə, onda o Çıxarışın surətini ki, məhkəməyə təqdim etsin. Bir daha vurğulayır ki, onun nikahın pozulması işi və mənzilə köçürülmə işi Ali Məhkəmədə olana qədər həmin sənədlər yox idi. Əgər olsaydı əri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin sənədləri məhkəməyə təqdim edərdi. Qeyd edir ki, cavabdehlə nikahları məhkəmə qaydasında pozularkən azyaşlı övladları onun himayəsində saxlanılmışdır. Onlar hazırda da cavabdehlə yaşayırlar. Artıq böyümüşlər, onların maddi və mənəvi təminatı, gündəlik yaşayış tələbatı da getdikcə artmaqdadır. Göründüyü kimi İddiaçı Dövlət orqanlarını aldadıb. Onların işləri Apellyasiya Məhkəməsidə onların xeyrinə qətnamə çıxardıqdan sonra gedib Ali məhkəməyə şikayət verib və bu iş gedə gedə evə Çıxarış alıb. Qeyd edir ki, Çıxarışda evin ünvanı Müşfiq Rəhimov küçəsi ev 11 E qeyd edilsə də əslində onların ünvan Müşfiq Rəhimov küçəsi ev 11 d-dir. ##.##.2014-cü ildə İddiaçı 0,05 ha torpaq sahəsini onun əri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bağışlayıb və orada öz vəsait hesabına 2 ev tikmişlər. Onların mülki işləri Şəki Apellyasiya Məhkəməsidə qurtardıqdan sonra qaynanası evi, torpağı qanunsuz yolla öz adına keçirməklə Çıxarış almışdır. O, dövlət orqanını aldatmaqla, torpağı, evi öz adına qanunsuz yolla keçirib və ona görə də həmin Çıxarış ləğv olunmalıdır. “xxxx” MMC tərəfindən verilmiş rəydən görünür ki, qiymətləndirmə yerindən asılı olaraq Mingəçevir şəhəri M.Rəhimov küçəsi 11 E, ümumi sahəsi 120 kv.m. yaşayış evinin inşa edilməsinə 29.287 manat məblğində pul vəsaiti sərf edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi (hakim: G.Quliyeva) ilə, iddia tələbi təmin edilərək, İddiaçı tərəfindən Cavabdeh 20.000 (iyirmi min) manat kompensasiya verilməklə Cavabdeh və uşaqları ##.##.2010-cu il təvəllüdlü X7, ##.##.2012-ci il təvəllüdlü X3, ##.##.2018-ci il təvəllüdlü X8 və ##.##.2020-ci il təvəllüdlü X5 şəhəri, M.Rəhimov küçəsi ev 11 E saylı torpaq sahəsində yerləşən yaşayış evindən çıxarılması və kompensasiya verilməklə yaşayış evindən çıxarılmanın eyni vaxtda icra olunması qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin həmin torpaq sahəsində inşa edilmiş yaşayış evindən çıxarkən kompensasiya almaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə torpaq sahəsinin üzərində tikilmiş yaşayış sahəsinə sərf olunan vəsait barədə alınmış mütəxəssis rəyini, cavabdehin həmin yaşayış sahəsinin inşa edilməsində iştirakını, uşaqları ilə birlikdə yaşayış evini tərk edəcəyini nəzərə alaraq 20000 manat məbləğində kompensasiya məbləği müəyyən etmişdir. Müəyyən olunan məbləğ iddiaçıya təklif olunmuşdur. Iddiaçı həmin məbləği cavabdehə kompensasiya məbləği kimi verməyə razı olmuşdur. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 135, 157, 157, 180, 425, 560, 562, 1091, 1092-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2014-cü ildə İddiaçı 0,05 ha torpaq sahəsini ərinə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bağışlayıb və onlar orada öz vəsaiti hesabına 2 ev tikiblər. Mülki iş Şəki Apellyasiya Məhkəməsində qurtardıqdan sonra qaynanası evi, torpağı qanunsuz yolla öz adına keçirtməklə Çıxarış almışdır. Qeyd edir ki, İddiaçı daşınmaz əmlakın bağışlanma müqaviləsini ##.##.2014cü ildə həm keçmiş əri ilə, həm də digər övladlarla həmin vaxt bağlamışdır. Aradan 10 il müddət keçmişdir. Adı hallanan Konstitusiya Məhkəməsinin qərarında söhbət 1 il müddətindən gedir. Ona görə də, bu müqavilə ləğv edilə bilməz və əgər ləğv edilibsə, bu qanunsuz yolla həyata keçirilmişdir. Mingəçevir şəhər Məhkəməsi isə bu işi tam araşdırmadan qanunsuz qərar qəbul etməklə, onun və azyaşlı övladlarının hüququnu pozmuşdur. Məhkəmə işə «xxxx» MMC-nin Mingəçevir şəhəri M.Rəhimova küçəsi 11 E, ümumisahəsi 120 kv m yaşayış evinin inşa edilməsinə 29,287 manat məbləğində pul vəsaiti sərf etməsinə dair rəyinə istinad edir. Işin materiallarına istinad edərkən, onlara məlum olur ki, bu mütəxəssis rəyi peşəkar mütəxəssis tərəfindən deyil, bu işə aidiyyatı olmayan qeyri-peşəkar, mütəxəssis tərəfindən verilmişdir. Əslində, Mingəçevir şəhərininin mərkəzində olan bu həyət evinin qiyməti 250-300 min manat civarındadır. Onlar tərəfindən məhkəməyə şifahi vəsatət verilmişdir. Bu iş üzrə ekspert tərəfindən qiymətləndirilmə aparılmaqla, hazırda Mingəçevir şəhərində 4 otaqlı mənzilin qiyməti müəyyən edilməklə ekspert rəyi alınmalı idi. Bildirir ki, həmin evin əsil sahibidir, ona görə ki, hər iki ev onların öz vəsaiti hesabına tikilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh və onun vəkili X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdi ki, qiymətləndirmə ilə razı deyillər, aşağı qiymətə qiymətləndirilmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili vəkil2 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq bildirdi ki, qiymətləndirmə 2024-cü ildə aparılmışdır. Işin hazırki vaxta qədər uzanmasının səbəbi isə cavabdehin məhkəmələrdə ayrı-ayrı iddialar qaldırması olmuşdur. Odur ki, nəzərə alınmasını xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. M a d d ə 3 3 . Mənzil toxunulmazlığı hüququ İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. M a d d ə 4 3 . Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. Istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. “xxxx”
17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. "Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
“X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki: “....yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir”.
«R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» ## ######## 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir kı: “....kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir”.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2016-cı tarixli Qərarında qeyd etmişdir ki: “....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Həmin qərarda Plenum qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar suiistifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə mənzildən istifadə hüququna xitam verilmə ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 10000 (on min) manat kompensasiya verilməklə mülkiyyətində olan ünvan 3 № li mənzilindən istifadə hüququna xitam verilməsi, ona aid əşyaları və azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılmasını xahiş etmişdir. Sonra iddia tələbinin həcmini artıraraq 14000 (on dörd) manat kompensasiya verilməklə mülkiyyətində olan ünvan 3 № li mənzilindən istifadə hüququna xitam verilməsi, ona aid əşyaları və azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütünlükdə yəni, iddianın təmin edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyatorlar iddia tələbinin təmin edilməməsini tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşaraq ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə daha sonra qeyd edir ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin hər hansı məqsədlə yaşayış sahəsindən yararlanması, istifadə və sahiblik etməsi və s.). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, binalar sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı və tikintinin sökülməsi zamanı isə ümumi əmlakından təyinatı üzrə istifadəsinin mümkün olmayacağı və cəkilmiş xərc həddində zərərə məruz qalacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, oxşar mübahisələrin qanuni həlli baxımından mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında ədalətli balansın təmin olunması vacib əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, şəxsin əvvəl (hətta əmlakı yüklü qəbul edən şəxsdən əvvəl mülkiyyət hüququ olan şəxsin verdiyi razılıq daxil olmaqla) verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün torpağa mülkiyyət hüququna istinadən tikilidən çıxarılmasını (məhkəmələrin göstərdiyi sahədən çıxarılmanı təmin etmək üçün sökülmə ilə bağlı işlərin görülməsi zəruridir) tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qiymətləndirmə aparılan zaman həyətdə olan digər tikilinin (üç otaqlı tikilinin) nəzərə alınmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə də əsaslı hesab edilə bilməz. Belə ki, apellyator şikayətində həmin tikilinin birgə nikah dövründə tikildiyini bu səbəbdən qiymətləndirmə aparılan zaman həmin tikilinin də nəzərə alınmasını xahiş etmişir. Kollegiya şikayətin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və İddiaçı qarşı “birgə nikah dövründə ümumi vəsait hesabına əldə olunmuş iki tikiliyə çəkilən xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hazırki işdə mübahisələndirilən tikilinin birgə nikah dövründə tikldiyini bildirərək həmin tikililərə çəkilən xərclərin əvəzinin ödənilməsi tələb etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə, iddiaçı Cavabdeh cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və İddiaçı qarşı “birgə nikah dövründə ümumi vəsait hesabına əldə olunmuş iki tikiliyə çəkilən xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş və iş üzrə tərəflər həmin qətnaməni mübahisələndirməmişlər. Hazırda qanuni qüvvəsinin almış Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsində qeyd edilmişdir ki, ...mübahisələndirilən üç otaqlı tikilinin (stomotoloji kabinet kimi istifadə edilən) tərəflərin birgə nikahı dövründə onların ümumi vəsaiti hesabına və ya onlar tərəfindən inşa edilməsi halı sübuta yetirilməmiş, bu barədə iddiaçının dəlillərinin həqiqətə uyğunluğu təsdiqini tapmamışdır. Kollegiya hesab edir ki, yuxarıda qeyd edilmiş və hazırda qanuni qüvvəsini almış qətnamə hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 16.1-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair ## ###### 2016-cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə ## #### 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə, üç otaqlı tikili (stomotoloji kabinet kimi istifadə edilən) tərəflərin ümumi vəsaiti hesabına və ya onlar tərəfindən inşa edilməmişdir. Kollegiya əlavə olaraq bildirir ki, hazırki iş üzrə cavabdeh (qanuni qüvvəsini almış işdə iddiaçı) həmin qətnamə ilə razılaşmış və ondan şikayət verməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, üç otaqlı (stomotoloji kabinet kimi istifadə edilən) tikili ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bağışlama müqaviləsinin ləğvinə dair qərarın düzgün olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə də əsaslı hesab edilə bilməz. Belə ki, apellyator şikayətində ərinə torpaq bağışlandığını daha sonra isə həmin qərarın ləğv edildiyini lakin, ləğvetmənin düzgün olmadığını bildirmişdir. Kollegiya şikayətin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçı Cavabdeh cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və İddiaçı qarşı “müqavilənin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə, iddiaçı Cavabdeh cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və İddiaçı qarşı “müqavilənin ləğvinə dair müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırda qanuni qüvvəsinin almış Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə bağışlama müqaviləsinin ləğvinin qanuni olması müəyyən edilmişdir. Belə olan halda, şikayət həmin hissədə də əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmlakın dəyəri ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə də əsaslı hesab edilə bilməz. Belə ki, “xxxx” MMC tərəfindən verilmiş rəydən görünür ki, qiymətləndirmə yerindən asılı olaraq Mingəçevir şəhəri M.Rəhimov küçəsi 11 E, ümumi sahəsi 120 kv.m. yaşayış evinin inşa edilməsinə 29.287 manat məblğində pul vəsaiti sərf edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözü gedən rəy hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yalnız bu halda və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduqda, həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə kollegiyası ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Həmçinin, “X13rşı işi üzrə” ## ###### 2010-cu il tarixli qərarında da Insan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, "Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli Qərarının 2.1-ci bəndinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələb təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin normativ sənədə görə malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən Dövlət Statistika Komitəsinin bazar qiymətlərinə, Dövlət Gömrük Komitəsinin idxal-ixrac əməliyyatları üzrə tətbiq olunan qiymətlərinə, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin, onların yerli orqanlarının bazar qiymətlərinə, Vergilər Nazirliyi və onun yerli orqanlarının bazar qiymətlərinə, digər səlahiyyətli orqanların, hüquqi və fiziki şəxslərin, o cümlədən intizamlı vergi ödəyicilərinin rəsmi məlumatlarına, kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, "Internet" sisteminin və digər mənbələrin elanları və reklam məlumatlarına, qanunvericiliklə səlahiyyətə malik olan ekspertin (mütəxəssisin) rəyinə, habelə, nəzarət qaydasında mal alqışının nəticələrinə, xronometraj qaydasında müşahidə aparılmaqla qeydə alınan qiymətlərə, bir-birindən asılı olmayan şəxslər arasında bağlanmış müqavilələr (əqdlər) əsasında onun bağlandığı günə, yaxud həmin dövrdə ərazi üzrə (rayon, şəhər) digər vergi ödəyicilərinin sənədlərində qeydə alınmış qiymətlərə, respublika daxilində, zərurət yarandıqda xarici dövlətlərin birja kotirovkaları haqqında rəsmi və ya kütləvi məlumatlarına dair mənbələrdən istifadə edilir. Nəzərə alınmalıdır ki, iş üzrə tərəfin müvafiq qiymətləndirmə rəyi ilə razı olmaması özüözlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən həmin rəylə razı olmamasını əsaslandırmalı və rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları məhkəmələrə təqdim etməlidir. Lakin qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxılarkən tərəflər həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Kollegiya əlavə olaraq qeyd edir ki, əmlakın dəyəri ilə bağlı rəy Azərbaycan Qiymətləndiricilər Palatasında qeydiyyatda olan və müvafiq şəhadətnamə almış qiymətləndirmə təşkilatı tərəfindən verilmişdir. Kollegiya qiymətlə bağlı əlavə bir məqamıda qeyd edir ki, qiymətləndirmə 2024-cü ildə aparılmışdır. Lakin, cavabdeh tərəf məhkəmələrdə ayrı-ayrı iddialar qaldırdığından iş hazırki vaxta qədər uzanmışdır. Yəni, işin 2024-cü ildən hazırki vaxta qədər uzanmasında iddiaçı tərəfin heç bir məsuliyyəti olmamışdır. Kollegiya mütəxəssis rəyini təhlil edərkən eyni zamanda qeyd ki, rəy mübahisəni tam əhatə etmiş, həmin rəyi şübhə altına alabiləcək sübutlar istər iddiaçı, istərsə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmışdir. Belə olan halda, rəy ağlabatan və hazırki real vəziyyəti əks etdirdiyi üçün mötəbər hesab edilərək sübut kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası son olaraq bildirir ki, cavabdeh tərəf qiymətin daha yüksək olduğunu təsdiq edə biləcək müvafiq sübutları (məsələn: alternativ mütəxəsis və ya ekspert rəyi, elan internet resurslarından və kütləvi informasiya vasitələrindən çıxarışlar və s.) məhkəmələrə təqdim etməmişdir. Belə olan halda kollegiya cavabdehin qeyd etdiklərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bir məqamıda qeyd edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə, iddiaçı Cavabdeh cavabdehlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və İddiaçı qarşı “birgə nikah dövründə ümumi vəsait hesabına əldə olunmuş iki tikiliyə çəkilən xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş və iş üzrə tərəflər həmin qətnaməni mübahisələndirməmişlər. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə, üç otaqlı tikili (stomotoloji kabinet kimi istifadə edilən) tərəflərin ümumi vəsaiti hesabına və ya onlar tərəfindən inşa edilməmişdir. Odur ki, qiymətləndirmə yalnız evlə bağlı aparılmaqda düzgün olmuşdur. Kollegiya daha sonra şikayətin məhkəmə vahidliyinin pozulması, kompensasiya məbləğinin az təyin edilməsi barədə dəlili üzrə isə qeyd edir ki, kompensasiya institutu elə bir institutdur ki, hər bir işdə fərdi xüsusiyyətləri özündə cəmləşdirir. Bu zaman evin dəyəri deyil, ona oxlaşr şəraitdə digər mənzillərdə müəyyən müddət daxilində yaşamaq üçün gərəkli olan vəsait nəzərə alınır ki, bu halda da Ali Məhkəmənin digər bir işi üzrə müəyyən edilmiş kompensasiya məbləğinin məhkəmə təcrübəsinin vahidliyi cəhətindən hər bir işlə eyniləşdirmək olmaz. Kompensasiya məbləğinin azlığı barədə istinada gəldikdə isə, işdən görünən odur ki, hazırki iş üzrə müəyyənləşdirilmiş kompensasiya məbləği məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmiş, əvvəl təyin edilmiş məbləğə nisbətən bu dəfə həmin məbləğ bir qədər artırılmalı olmuş, iddiaçı da məbləğin məhkəmə aktı ilə təyin edilmiş həddə artırılmasına etiraz etməmişdir. Apellyator həmin məbləğinin azlıq təşkil etməsi barədə mövqelərini subyektiv yanaşmalarından başqa digər hər hansı sübuta (məsələn: alternativ mütəxəsis və ya ekspert rəyi, elan internet resurslarından və kütləvi informasiya vasitələrindən çıxarışlar və s.) istinad etmədən əsaslandırmağa çalışmışlar. Bu xüsusat da birinci instansiya məhkəməsinin kompensasiya məbləğinin təyin edilməsi ilə bağlı düzgün hüquqi mövqe nümayiş etdirməməsi kimi qiyməyləndirilə bilməz. Məhkəmə kollegiyası xüsusilə əhəmiyyətli bir məqamıda qeyd edir ki, hazırki iş üzrə cavabdehin Mingəçevir Şəhər Məhkəməsində qaldırdığı iddia tələblərindən (tikiliyə çəkilən xərclərin əvəzinin ödənilməsi) görünür ki cavabdehində hüququ marağı müəyən miqdarda pul alaraq evi boşaltmaqdır. Beləliklə məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, cavabdehin istifadə hüquqlarının xitamı üçün verilməli olan kompensasiyanın məbləğini müəyyən etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT E T D İ:
Cavabdehin nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.