Məhkəmə qərarları › İş №2(107)-723/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-723/2022

28.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-723/2022 28.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin Cavabdeh2 alınaraq ona qaytarılması tələbi barədə iddiası, Cavabdeh2 İddiaçı qarşı borc məbləğlərinin ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(054)-3/2022 nömrəli qətnaməsindən iş üzrə avabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 10.08.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 25.000 manat və 14.000 ABŞ dolları məbləğində borc pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 11 mart 2022-ci il tarixli, 2(054)- 3/2022 nömrəli qətnaməsi ilə İddiaçı ilk iddia tələbinin qismən təmin edilməsi, Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsinə dair İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 10.08.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 0,5708 hektar torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 31.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi, 0,5708 hektar torpaq sahəsi Cavabdeh1 alınaraq İddiaçı qaytarılması, torpaq sahəsinin dəyəri kimi ödənilmiş 17.000 manat İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi, İddiaçı iddia tələbinin digər hissədə təmin edilməməsi, Cavabdeh2 qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 11.000 manat tutularaq Cavabdeh2 ödənilməsi, Cavabdeh2 qarşılıqlı iddia tələbi 25.000 manat məbləğin qalan 14.000 manatdan ibarət hissəsi və 14.000 ABŞ dolları məbləğində borc pulun İddiaçı tutulmasına dair hissədə təmin edilməməsi, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilən 10 manat dövlət rüsumu məbləğinin iddiaçının özünə aid edilməsi, Cavabdeh2 tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilən 30 manat dövlət rüsumu məbləğinin cavabdehin özünə aid edilməsi, iş üzrə cəmi 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qətnamənin hər iki iddia tələbinə aid hissələrdə eyni vaxtda icra edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avabdehlər Cavabdeh1 və Cavabdeh2 Oğuz Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(054)- 3/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Mülki işin materialları araşdırılarkən poçt zərfindən (i/m İİİ cild, səh. 180) müəyyən olundu ki, cavabdehlər sözügedən qətnamədən apellyasiya şikayətini 15 aprel 2022-ci il tarixdə poçt şöbəsinə təqdim etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, həmin tarixdə cavabdehlər tərəfindən kağız daşıyıcıda, yazılı formada imzalanmış apellyasiya şikayəti skan edilərək elektron kabinetə yüklənmişdir. Lakin məhkəmə kollegiyası apellyatorların diqqətinə çatdırır ki, bu hal özü-özlüyündə apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməsi kimi qiymətləndirilə bilməz. Çünki elektron kabinet vasitəsi ilə verilmiş apellyasiya şikayəti həmçinin elektron imza ilə imzalanmalı, apellyasiya şikayətinin elektron qaydada verilməsinin xüsusi şərtlərinə əməl edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. Oğuz Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun qaydada (elektron qaydada) verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Oğuz Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(054)-3/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Oğuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar