Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-725/2021 01.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Gözəl İsgəndərovanın notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayətin geri qaytarılmasına dair Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(033)-247/2021 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zaqatala Rayon 2 saylı Notariat Ofisinin notariusu Gözəl İsgəndərovanın xx xxxxxx 2020-ci il tarixli 1194 nömrəli qərarı ilə Ərizəçi mərhum əri X2 qalmış bütün mirasa, digər vərəsələrin də payı daxil olmaqla, yeganə vərəsə kimi vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Ərizəçi məhkəməyə Azərbaycan Respublikası MPM-nin 305.1.8-ci maddəsinə uyğun olaraq ərizə ilə müraciət edərək, notariusun sözügedən qərarının ləğv olunmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) xx xxxxxx 2021-ci il tarixli, 2(033)-247/2021 nömrəli qərardadı ilə Zaqatala rayon 2 saylı Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli qərarından Ərizəçi tərəfindən verilmiş şikayət geri qaytarılmış, Ərizəçi mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək və ya qərardaddan İnzibati məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. Ərizəçi qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, notariat hərəkətlərin aparılmasından imtina edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli 1194 nömrəli qərarı ilə Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu Gözəl İsgəndərova ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir. Həmin qərarı mübahisələndirmək üçün Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayəti geri qaytarılmışdır. Həmin qərardadda ona notariusun hərəkət və hərəkətsizliyindən şikayətlərin inzibati məhkəməyə verilməsi izah edilmişdir. Lakin Notariat haqqında qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə notariat kontorunun … yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı qərarının 8-ci bəndinə əsaəsn Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2011ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Məlumat üçün bildirir ki, o, miras əmlakla bağlı notariusa müraciət etmişdir. Notarius tərəflər arasında mübahisə olması ilə bağlı imtina məktubu vermişdir. Bununla bağlı o, bir dəfə maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduğunda görə iddia icraatı qaydasında müraciət etmişdir. Zaqatala rayon məhkəməsinin 2(033)-769/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən X1 miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 157,8 kv.m. olan fərdi yaşayış evinə, həmin evin yerləşdiyi 0,1644 ha olan torpaq sahəsinin mərhum X3 aid hissəsinə və Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,5058 ha torpaq sahəsinin mərhum X3 aid hissəsinə mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamənin icrası ilə bağlı notariusa müraciət etmişdir. Notarius bundan imtina etmişdir. Ona görə də,, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(033)- 247/2021 nömrəli qərardadının ləğv edilərək şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş edir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(033)-247/2021 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(033)-247/2021 saylı qərardadından iş üzrə şikayət verən Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq Ərizəçi və maraqlı şəxs Zaqatala rayon 2 saylı Notariat Ofisi (nümayəndəsi) məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(033)-247/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilmədiyindən geri qaytarılmalıdır. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası MPMnin 305.1.8-ci maddəsinə əsasən xüsusi icraat qaydasında notariusun qərarından şikayət verilərkən şikayət verən şəxs ərizəçi kimi barəsində şikayət verilən şəxs ilə maraqlı şəxs kimi göstərilməli olduğu halda buna əməl edilməmişdir. Birinci instansiya məhkəməsi izah etmişdir ki, əgər notariusun hərəkət və hərəkətsizliyindən şikayət verilirsə həmin şikayət inzibati məhkəməyə verilməlidir. Yəni belə bir şikayətə ümumi məhkəmədə baxıla bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şikayət geri qayatrılmalı, mübahisənin həlli ilə bağlı sözügedən qərardan inzibati məhkəməsinə şikayət vermək və ya tələblərə əməl edilməklə məhkəməyə xüsusi icraat qaydasında baxılması üçün ərizə ilə müraciət etmək hüququnun olması şikayət verən şəxsə izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Ərizəçi maraqlı şəxs Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Gözəl İsgəndərovanın notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayətin geri qaytarılması barədə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(033)-247/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikаyət təmin edilməsin. Ərizəçi maraqlı şəxs Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu Gözəl İsgəndərovanın notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayətin geri qaytarılmasına dair Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(033)-247/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-725/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-725/2021
01.03.2021 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver