Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-726/2020 14.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunsuz tikilidə olan pəncərələrin bağlanması” tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı “torpağın naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxx 2020-ci il tarixli 2(075)- 7/2020 nömrəli qərardadı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «torpağın naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin «ünvan 1 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh aid 1/2 hissəsinə ayrıca reyestrdən çıxarışın verilməsi» hissəsinə xitam verilmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxx 2020-ci il tarixli 2(075)- 7/2020 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ünvan 1 saylı ünvanda yerləşən İddiaçı məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə Cavabdeh məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın İddiaçı adına verilmiş xx xxxx 2007-ci il tarixli **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilmiş «A» literli yaşayış evindən çöl darvazayadək olan hissəsinin sökülməsi, İddiaçı adına verilmiş xx xxxx 2007-ci il tarixli **********54-10301 reyestr nömrəli texniki pasporta əsasən İddiaçı və Cavabdeh mülkiyyətlərində olan daşınmaz əmlakın sərhədində Cavabdeh tərəfindən inşa edilmiş çay daşından olan hasarda İddiaçı məxsus fərdi yaşayış evinin həyətinə baxan, «A» literli yaşayış evindən çöl darvazayadək olan hissədə yerləşən 01 (bir) ədəd pəncərənin bağlanılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı adına verilmiş xx xxxx 2007-ci il tarixli **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilən ünvan 1 saylı daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin planına əsasən inventar nömrəsi 10864 olan, şimaldan 1370, cənubdan 1710 sayla işarələnmiş sərhədlər daxilində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi, zəbt edilmiş sahə istisna olmaqla, tərəflərin faktiki istifadələrində olan paylarına uyğun söküntüdən sonrakı vəziyyətdə naturada ayrılaraq Cavabdeh mülkiyyətinə verilməsi, qarşılıqlı iddia tələbinin «ünvan 1 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh aid 1/2 hissəsinə ayrıca reyestrdən çıxarışın verilməsi» hissəsində xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının nəzərə alınması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 nömrəliqərardadındanilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 nömrəli qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsni xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 nömrəli digər qərardadı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 nömrəli qərardadından Cavabdeh verdiyi şikayət müzakirə olunması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-7/2020 saylı qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə məhkəmə aidiyyəti qaydalarını kobud şəkildə pozaraq qarşılıqlı iddia ərizəsinə hissəvi xitam verməkdə düzgün hüquqi nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində 1/2 hissədə torpağı bölsə də, həmin torpaq sahəsi cəmi 0.13 hektardır və həmin torpağın 0.10 hektarı 1975-ci il tarixli arxiv sənədlərinə istinadən onun adınadır. Lakin birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq torpağı iki bərəbər hissəyə bölmüş və torpağın bir hissəsini zəbt torpaq sahəsi kimi qeyd etmişdir. Torpaq 1/2 hissədə naturada bölünərkən onun mülkiyyətində olan fərdi yaşayış evinin 16 kv.m. hissəsi cavabdehin tərəfinə düşür. Onun hazırda istifadəsində olan mülkün bir otağından əlindən zorla alınmış həmin otağa qapı yeri də vardır. Paylı mülkiyyətin məhkəmə qərarı ilə bölgüsü zamanı tərəflərə 1/2 hissə verilmişdir. Lakin bugunə qədər onun istifadəsində 1/3 hissədir, 2/3 hissə cavabdehin istifadəsindədir. Belə ki, o qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “torpağın naturada ayrılaraq ayrıca çıxarışın verilməsi”ni xahiş etmişdir. Qanunvericiliyin tələbinə görə də torpağın naturada ayrılması tələbinə dair iddiaların umumi məhkəmələrə aiddir. Bilindiyi kimi torpaq sahəsi də naturada ayrıldıqdan sonra ayrılmış sahəyə çıxarış verilməlidir. Belə olan halda birinci instansiya məhkəməsinin onun iddia tələbini həmin hissədə xitam verməsi və həmin iddia tələbinə İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsi baxımından yanaşılması düzgün deyil. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Lakin hazırkı vəziyyətdə naturada böünmə nəticəsində bölünmüş əraziyə çıxarışın verilməsindən söhbət gedir və iddia ərizəsi verilərkən ərazi bölünməmişdir, o, bununla bağlı çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edə bilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili X1 izahatlarında şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)- 07/2020 nömrəliqərardadının ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şəki şəhəri Məmməd Cabbarov küçəsində yerləşən 11(23) nömrəli fərdi yaşayış evinin ona məxsus olan hissəsində aparılmış qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və qanunsuz tikilidə olan pəncərələrin bağlanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şəki şəhəri, Məmməd Cabbarov küçəsində yerləşən 11(23) nömrəli fərdi yaşayış evinin ona məxsus olan hissəsində aparılmış qanunsuz tikilinin sökülməsi və qanunsuz tikilidə olan pəncərələrin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində ünvan 1 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin ona aid 1/2 hissəsinin real naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-7/2020 nömrəli qərardadı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «torpağın naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin «ünvan 1 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh aid 1/2 hissəsinə ayrıca reyestrdən çıxarışın verilməsi» hissəsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi bununla bağlı mövqeyini belə əsaslandırmışdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci madəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəlləsinin 2.2.3-cü madəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarının İİİ bölməsinin İ bəndinə əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları, 31.1.4-ci bəndinə əsasən isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarələri inzibati orqan hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 6.1-ci bəndinə əsasən,torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin plenum qərarının 15.4-cü bəndinə əsasən, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «torpağın naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin «ünvan 1 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh aid 1/2 hissəsinə ayrıca reyestrdən çıxarışın verilməsi» hissəsində Şəki Rayon Məhkəməsində deyil, Şəki İnzibati Məhkəməsində baxılmalıdır.” Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi verməkdə məqsədi sözügedən ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin özünə aid olan hissəsinin naturada ayrılması və bundan sonra həmin daşınmaz əmlakların ona aid olan hissəsi üzərində mülkiyyət hüquqlarının Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsindən ibarətdir. Bununla bağlı iddiaçı, həmin daşınmaz əmlaklar naturada bölündükdən sonra özünə aid olan hissənin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi barədə müvafiq daşınmaz əmlakın dövlət reyestri orqanına müraciət etməli, əgər daşınmaz əmlakın dövlət reyestri orqanı tərəfindən onun müraciətindən imtina edilərdisə, bundan sonra həmin orqanın üzərinə öhdəlik qoyulması haqqında iddia ilə müvafiq məhkəməyə müraciət etməli idi. Cavabdeh isə göstərilənlərə riayət etmədən qeyd olunan tələblə birbaşa məhkəməyə qarşılıqlı iddia ərizəsi vermişdir ki, buda qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbаycаn Respublikаsı MPM-in 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qə r а r а а l d ı : Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh şikаyəti təmin edilməsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-726/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-726/2020
14.05.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver