Məhkəmə qərarları › İş №2(107)-726/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-726/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-726/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi Məmmədrzayev Mübariz Həsən oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1951/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1951/2019 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin edilmiş, Cavabdeh 5112 manat kompensasiya və 500 manat vəkil haqqı tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, VTB Bank müştəri xidmətləri idarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi barədə qərardad; Azərbaycan Respublikası Maliyyə X2 tərəfindən ona hesablanmış 5112 manat kompensasiya məbləğinin, 822.42 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın, ümumilikdə 10934.42 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Əliyev Vasif Əli oğlu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, iddia tələbi üzrə VTB Bank ASC-ni üçüncü şəxs qismində cəlb edilməsi barədə hissəsinin çıxarılmasını və Azərbaycan Respublikası Maliyyə X2 tərəfindən iddiaçıya hesablanmış 5112 manat kompensasiyanın, 72.42 manat maddi ziyan, 750 manat vəkilə ödənilmiş vəsait, 5000 manat mənəvi ziyanın, ümumilikdə 10934.42 manat borcun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Əliyev Vasif Əli oğlu iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı xx xxxx 2014-cu il tarixli, 127941-CNS-6346 nömrəli "xxxx" əsasən Bank VTB ASC-nin müştəri xidmətləri idarəsindən 36 ay müddətinə 14604 ABŞ dolları məbləğində kredit götürmüş və bu müqavilə ilə nəzərdə tutulmuş pul öhdəlikləri "ipoteka" və "zaminlik" müqavilələri ilə təmin edilmişdir. Tərəflər arasında olan kredit münasibətləri dolların məzənnəsində baş vermiş əhəmiyyətli dəyişikliklə əlaqədar daha sonra yuxarıda qeyd olunan kredit müqaviləsinə xx xxxxxx 2016-cı il tarixli 127941-CNS-6346/1 saylı əlavə razılaşma üzrə davam etdirilmişdir. Devalvasiya nəticəsində ABŞ dolların məzənnəsinin manata münasibətdə yüksəlməsi ilə əlaqədar kredit ödənişində yaranmış çətinliklərdən irəli gələn zərurətlə bağlı xx xxxx 2017ci il tarixli, AC seriyalı, 245189 nömrəli "nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə" əsasən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan "KİA Sportage" markalı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, iddiaçı avtomobili satmaq və kredit borcunu birdəfəlik bağlamaq qərarına gəlmişdir. Bu məqsədlə hazırki iş üzrə cavabdeh alıcı Cavabdeh ilə görüşərək, avtomaşının ümumi satış dəyərinin 6553 ABŞ dollarından ibarət hissəsini ondan alaraq, qalan 6253 ABŞ dollar məbləğini isə xx xxxxxx 2019-cu il tarixədək cavabdeh tərəfindən iddiaçıya ödəniləcəyi barədə razılığa gəlmişlər. Bu razılaşma ilə əlaqədar iddiaçı səlahiyyətli orqanlara notarial təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli ərizə təqdim etmiş, eyni zamanda həmin gün ona nəqliyyət vasitəsini idarə etmək hüququ verən, eləcə də, diqqətsizlik edərək təkçə avtomobilə deyil, iddiaçıya məxsus bütün əmlak və hüquqlara dair xx xxxxxx 2020-ci ilədək etibarlı olan baş etibarnamə vermişdir. Bundan sonra iddiaçı cavabdehdən aldığı pulla banka olan həmin kredit borcunu bağlamış, kreditin qalan hissəsi isə cavabdehin ödəyəcəyi barədə razılığa gəlmişlər. Bununla da, avtomobilin alqı-satqısı tərəflərin razılığı ilə başa çatmışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Maliyyə X2 tərəfindən yuxarıda qeyd edilən müqavilə üzrə ödədiyi kredit məblığinə görə iddiaçıya 5112 manat məbləğində kompensasiya hesablanmış və həmin məbləğə dair ödəniş kartı alınması üçün xx xxx 2019-cu il tarixdə VTB Bankın Gənclik filialına yaxınlaşmağı barədə mobil telefon vasitəsi ilə xx xxx 2015-ci il tarixində iddiaçıya SMS (messaj) göndərilmişdir. xx xxx 2019-cu il tarixində banka zəng vuraraq, kompensasiya kartını bu gün götürə biləcəyi ilə bağlı maraqlanarkən, operator-xanım tərəfindən iddiaçıya bildirilmişdir ki, kompensasiya kartınızı yalnız SMS ilə Sizə təyin edilmiş vaxtda ala bilərsiniz. Lakin həmin gün bankla təkrar əlaqə saxlayarkən, iddiaçıya məlum olmuşdur ki, Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə mülkiyyətində olan avtomobilin sənədləşdirilməsi üçün diqqətsizlik edərək, bütün əmlak və hüquqları barədə verdiyi etibarnamədən sui-istifadə edərək, adına emissiya olunmuş kompensasiya kartını bankın bir grup vəzifəli şəxsi ilə cinayət əlaqəsinə girərək, bank tərəfindən kompensasiyanın verilməsi üçün təyin edilmiş vaxtdan (xx xxx 2019) xeyli qabaq, yəni xx xxx 2019-cu il tarixində götürməyə nail olmuşdur. Elə həmin gün cavabdehə xx xxxxxx 2017-ci il tarixində verdiyi baş etibarnamənin ləğv edilməsi barədə Notariat orqanına müraciət etmiş və göstərişi əsasına bu etibarnaməyə xx xxx 2019-cu il tarixdə xitam verilmişdir. İddiaçı banka "Whatsapp" vasitə ilə yazaraq, sözügedən etibarnamənin ləğv edilməsi və bununla bağlı cavabdehə təqdim olunmuş karta pulun yüklənməsinin dayandırılmasını xahiş etsə də, bu heç bir nəticə verməmiş, pul karta yüklənərək, həmin kart xx xxx 2019-cu il tarixdə xüsusi bir tələskənlik ilə Cavabdeh təqdim edilmişdir. Alınmış kompensasiya məbləğinin könüllü şəkildə iddiaçıya qaytarılması ilə bağlı cavabdehlə aparılan danışıqlar heç bir nəticə verməmişdir. Baş vermiş qanunsuz hərəkətləri barədə tədbir görülməsi üçün Nəsimi rayon Polis Şöbəsinə müraciət etmiş, lakin məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Əliyev Vasif Əli məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı kreditə avtomobil almışdır. Həmin avtomobilin kreditini ödəyə bilmədiyindən avtomobili ona satmışdır. Aralarında olan razılaşmaya görə Tamerlana 5000 ABŞ dolları pul vermişdir. 6253 ABŞ dolları isə banka ödəmişdir. Həmçinin Tamerlanla aralarında razılaşma olmuşdur ki, dolların kursu stabil olmadığından qalxsa da düşsə də və hər hansı bir ödəniş olacaqsa fərqi ona çatacaqdır. Buna uyğun olaraq Tamerlan ona Notariusda baş etibarnamə vermiş və həmin etibarnamədə bank əməliyyatlarının ararılması da qeyd edilmişdir. Krediti də banka o ödəmişdir. Tamerlana zəng edərək fərmanla bağlı bir xəbərin olub olmamasını maraqlanmışdır. Lakin Tamerlan ona heç bir xəbərin olmadığını bildirmişdir. Banka yaxınlaşaraq pulla maraqlanmış və ona bildirmişlər ki, pul hesablanıbdır. Etibarnamə təqdim edərək, kartı alıb pulu kartdan çıxartmışdır. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsini qeyri-qanuni və əsassız hesab edir. Məhkəmə işə birtərəfli və səhti yanaşmış, işin həqiqi hallarını hərtərəfli araşdırmamış, mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, o, İddiaçı aralarında olan razılaşmaya əsasən **-HY-*** dövlət nömrə nişanlı KİA Sportage markalı avtomobili almışdır. Maşın “VTB” bankda girovda olmuşdur. Həmin kredit borcunu iddiaçı bağlamamış avtomaşını ona satmışdır. Aralarında olan notariat qaydasında bağlanmış razılaşmaya əsasən 6.553 ABŞ dolları tərəfindən nəğd şəkildə iddiaçıya ödənilmişdir. Qalan 6.253 ABŞ dolları əlavə faizi ilə birlikdə VTB banka tərəfindən tam ödənilmişdir. Bundan sonra kredit öhdəliklərini tam yerinə yetirdiyinə görə bankdan müvafiq təmizlik arayışı alaraq maşını həyat yoldaşının mülkiyyətinə keçirmişdir. Bunlar hamısı ərizədə olan razılaşmaya əsasən həyata keçirilmişdir. O, maşını İddiaçı alan zaman o, kredit borcunu 1 ABŞ dollarının artan məzənnəsinə uyğun ödəyə bilmədiyinə görə satdığını bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsini almışdır. O, iddiaçıya 5000 ABŞ dolları nəğd şəkildə özünə, 6253 ABŞ dolları isə banka ödəmişdir. Daha sonra isə avtomobili sənədləşdirərək idarə etmişdir. Həmin məbləğlər 1 ABŞ dollarının ən yüksək həddi ilə ödənilmişdir. Tərəfindən edilmiş ödənişlərin 1 ABŞ dollarının məzənnəsinin yüksək olması nəzərə alınaraq kompensasiya ödənilməsinə dair məlum Fərmanın tələbləri ona münasibətdə də tətbiq edilmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)- 1951/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(107)- 698/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1951/2019 saylı qətnаməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir.. Həmin qətnamədən İddiaçı və onun vəkili Əliyev Vasif Əli oğlu kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(102)- 4864/2020 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-698/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Məmmədrzayev Mübariz Həsən oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1951/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclaslarına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclaslarına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-cı mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun düzünə və yа dolаyısı ilə mübаhisələndirilən hissəsində, şikаyət qərаrın ləğv edilməsinə yönəldildikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(102)-4864/2020 nömrəli qərarındakı göstərişlərinə əməl edərək, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1951/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Asan 2 tərəfindən xx xxxx 2018-cı il tarixdə verilmiş AZE seriyalı 17888885 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1991-ci il tarixdə Şəki rayonu, Cunud kəndində anadan olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Suraxanı Hövsan yol, əsas küçə 7-ci döngə ev 37-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixli 127941-CNS-6346 saylı avtomobil krediti müqaviləsindən məlum olur ki, Bank VTB (Azərbaycan) ASC ilə İddiaçı arasında avtomobil krediti müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə əsasən KİA markalı Sportage markalı avtomobilin alınması üçün İddiaçı 14604 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx xxxx 2014-cü il tarixli 1279xx-xx-16200 saylı ipoteka müqaviləsindən (avtomobil) məlum olur ki, Bank VTB (Azərbaycan) ASC ilə İddiaçı arasında ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə əsasən KİA markalı Sportage markalı avtomobilin bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan xx xxxxxx 2016-cı il tarixli 01 saylı dəyişiklik edilməsi barədə razılaşmadan məlum olur ki, xx xxxx 2014-cü il tarixli 1279xx-xx-16200 saylı ipoteka müqaviləsinə dəyişiklik edilmişdir. İşdə olan Bank VTB (Azərbaycan) ASC-nin xx xxx 2019-cu il tarixli 2047/19 saylı arayışından məlum olur ki, İddiaçı Bank VTB (Azərbaycan) ASC-dən xx xxxx 2014-cü il tarixli 127941-CNS-6346 saylı xxxx və ona bağlı xx xxxxxx 2016-cı il tarixli 127941-CNS- 6346/1 saylı əlavə razılaşma üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanından irəli gələn, Azərbaycan Respublikası Maliyyə X3 tərəfindən hesablanmış kompensasiya məbləği (5112.69 manat) xx xxxxxx 2017ci il tarixli 7E-2786 reyestr nömrəli etibarnamə əsasında xx xxx 2019-cu il tarixində Cavabdeh kompensasiyanın ödənilməsi məqsədilə emissiya olunmuş kart şəkilində təqdim olunmuşdur. İşdə olan hesabatdan məlum olur ki, İddiaçı ilə hüquqi yardım haqqında bağlanmış xx xxxx 2019-cu il tarixli 677 saylı müqavilənin 2.4 bəndinə uyğun olaraq tapşırığın icrası ilə bağlı vəkilin çəkməli oğludğu xərclər 500 manat təşkil edir. İddiaçı tərəfindən Əliyev Vasif Əli oğluna ödənilmişdir. İşdə olan 4 saylı vəkil bürosunun GSU 275186 saylı mədaxil qəbzindən məlum olur ki, Məmmədrzayev Mübariz Həsən oğlu hüquqi yardım üçün Əliyev Vasif Əli oğluna 250 manat ödənilmişdir. İşdə olan Bank VTB (Azərbaycan) ASC-nin xx xxxxxxx 2019-cu il tarixli 9685 saylı cavabından məlum olur ki, İddiaçı xx xxxx 2014-cü il tarixdə dollarla kredit verilmişdir. Kredit xx xxxxxx 2016-cı il tairxdə bağlanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanla bağlı, məktubunuzda adı qeyd edilən İddiaçı 5112.69 AZN məbləğində AZ34VTBA**********7941AZN001 saylı cari kart manat hesabına kompensasiya ayrılmışdır. İddiaçı ayrılan kompensasiya məbləği etibarnamə əsasında Cavabdeh təqdim edilmişdir. Lakin, kompensasiya məbləğinin ayrılmasından öncə xx xxx 2019-cu il tarixində müştəri ilə məsul əməkdaş arasında telefon danışığı həyata keçirilmişdir və Cavabdeh həvalə edilən xx xxxxxx 2017-ci il tarixli 7E-2786 reyestr nömrəli etibarnamə əsasında Fərmandan irəli gələn kompensasiya məbləğinin qanuni əsaslarla əldə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan əlavə olaraq, xx xxx 2019-cu il tarixində müştəridən bu barədə ərizə əldə edilmişdir. İşdə olan xx xxxxxx 2017-ci il tarixli ƏN-lll 005186 saylı nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamədən məlum olur ki, İddiaçı KİA Sportage markalı ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh etibar etmişdir. İşdə olan xx xxxxxx 2017-ci il tarixli ƏN-l 633531 saylı etibarnamədən məlum olur ki, İddiaçı Cavabdeh baş etibarnamə vermişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21, 445.2.1, 445.7, 449.1, 778.1, 779.1, 782.1, 782.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu madələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsində göstərilir ki, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Həmin Məcəllənin 782.2-ci maddəsinə əsasən Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu madələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən kreidt müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyixəbərdarlıqlardan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxx 2014-cü il tarixdə avtomobil krediti və ipoteka müqaviləsi əsasənda KİA Sportage markalı avtomobili kreditə almışdır. Həmin Müqavilə əsasında İddiaçı 14604 ABŞ dolları kredit verilmiş və avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı həmin krediti ödəyə bilmədiyindən avtomobili satmaq qərarında gəlmiş və Cavabdeh ilə bu barədə razılaşmışlar. Həmin razılaşma əsasında Cavabdeh avtomobilin dəyərinin bir hissəsini İddiaçı nəğd şəkildə vermiş qalan hissəsini isə banka ödəmişdir. İddiaçı aralarında olan razılaşma əsasında Cavabdeh avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Həmçinin Cavabdeh İddiaçı tərəfindən baş etibarnamə də verilmişdir. xx xxxxxx 2019-cu il tairxdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalamışdır. Həmin fərmana əsasən xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı Azərbaycan Respublikası Maliyyə X3 tərəfindən 5112.69 manat kompensasiya hesablanmışdır. Həmin kompensasiyanı İddiaçı tərəfindən verilmiş baş etibarnamə əsasında Cavabdeh almışdır. İddiaçı həmin pulların qaytarılmasını bildirsə də, Cavabdeh qaytarmaqdan imtina etmişdir. Cavabdeh məhkəmə iclası zamanı bildirmişdir ki, İddiaçı ilə aralarında razılaşma olmuşdur ki, kompensasiya hesablansa həmin kompensasiya Cavabdeh çatacaqdır. Bu səbəbdən də pulu bankdan almışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 2-ci bəndinə əsasən Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi hesаb etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5112 manat kompensasiya və 500 manat vəkil haqqı İddiaçı xeyrinə ödənilməlidir. İddianın iddianın mənəvi ziyan hissəsi mənəvi ziyana dair məhkəməyə sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Həmçinin iddianın 72.42 manat ziyan hissəsi (əldən çıxmış fayda) ilə bağlı məhkəmə qeyd etmişdir ki, əldən çıxmış fayda müqavilə üzrə borcun gecikdirməsinə görə qanunvericilikdə nəzərdə tutulmuşdur, lakin tərəflər arasında belə bir müqavilə mövcüd deyil. Habelə, 250 manatın ödənilməsinə dair iddia ərizəsinə mədaxil qəbzi əlavə olunsa da, həmin qəbzdə ödəniş etmiş şəxs İddiaçı deyil, Məmmədrzayev Mübariz Həsən oğludur. 500 manat vəkilə ödənilən pula dair iddia ərizəsinə hesabat əlavə olunmuşdur bu səbəbdən də, iddianın 500 manat vəlik haqqı hissəsi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanda kompensasiyanın ödənilməsi kredit götürmüş fiziki şəxslərə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh pulu İddiaçı əvəzinə etibarnamə əsasında qəbul etsə də, həmin pul İddiaçı çatmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh izahatında iddiaçı ilə kompensasiya hesablanacağı halda pulun ona çatmasını bildirsə də, bu hal həqiqəti əks etdirmir. Belə ki, tərəflər arasında avtomobil alqı-satqısı xx xxxxxx 2017-ci il tarixdə olmuş və həmin vaxt hər hası bir fərmanın verilməsi barədə Cavabdeh məlumatı ola bilməzdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Belə ki, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(107)-698/2020 nömrəli qətnaməsində gəldiyi nəticə ilə razılasmayan Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(102)-4864/2020 nömrəli qərarında qeyd etmişdir ki, avtomobilə dair cavabdehin adına etibarnamə verilməsi alqısatqı kimi dəyərləndirilə bilməz. Tərəflərin niyyəti məhz əmlakın alqı-satqısına yönəlmiş olsa da, ipoteka ilə yüklü edilmiş və dövlət qeydiyyatına alınmış həmin əmlaka münasibətidə hüquqi vəziyyət dəyişməmiş qalır-müqaliə tərəfi (kredit və ipoteka) iddiaçı olvei, hüquq və vəzifələr ona aid olmuşdur. Bundan başqa, cavabdeh etibarnamə ilə çıxış edərək məhz iddiaçıya hesablanmış vəsaiti götürmüşdür. Etibarnamə üçüncü şəxslər qarşısında təmsilçilik üçün verilmiş səlahiyyətdir. Etibarnamə ilə əldə edilmiş hüquqlar etibar edənə məxsusdur. Cavabdeh etibarnamə əsasında əldə etdiklərini iddiaçıya verməli idi. Eyni zamanda vəsaitin iddiaçıya verilməsi halında onun əsassız varlanması barədə məhkəmənin gəldiyi qənaət də əsaslı deyil. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1091.1-ci maddəsi o şəxsi əsassız varlanan şəxs sayır ki, o, hüquqi əsas (müqavilə əsası və ya qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. İşə baxan məhkəmələr müəyyən etmişlər ki, cavabdeh iddiaçının adından verilmiş etibarnamə ilə onun adından çıxış edərək ona hesablanmış vəsaiti götürmüşdür. Tapşırığın mahiyyətinə uyğun olaraq əldə olunan etibar edənə verilməlidir. Kompensasiyanın iddiaçıya verilməsinin onu əsassız olaraq varlandıra biləcəyi fikri düzgün deyil. Əldə olunanın iddiaçıya verilməsinin əsassız varlanma hesab edilməməsi üçün iki vacib şərt mövcuddur: 1) iddiaçı tələb olunan pulu cavabdehin əmlakı hesabına deyil, dövlət hesabına əldə etmişdir; 2) kompensasiya iddiaçıya qanuna əsasən (Fərmana uyğun olaraq) müqavilə tərəfi olaraq hesablanmışdır. Əsassız varlanmadan irəli gələn maddi hüquq normalarını cavabdehin xeyrinə tətbiq etmək üçün əsaslar ümumiyyətlə yoxdur. Çünki cavabdehin həmin vəsaiti alması üçün nə qanuni əsas və nə də müqavilə əsası mövcud olmamış, iddiaçı cavabdehi bu məqsədlə səlahiyyətləndirməmişdir. Daha öncə qeyd edilənləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(102)-4864/2020 nömrəli qərarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı hazırki iddia ilə məhkəmə müraciət etməkdə birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1951/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1951/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar