Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-730/2022 20.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X15 qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(063)-195/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Ucar rayonu, Müsüslü kəndindəki 0,1541 ha ölçüdə torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 94,4 kv.metr olan fərdi yaşayış evi RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. iddiaçı Cavabdeh uşaqları-20 yanvar 2011 -ci ildə anadan olmuş X11 və 02 may 2013-cü ildə anadan olmuş X8 ilə birlikdə həmin evdən istifadə hüququ vardır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Ucar rayonu, Müsüslü kəndində yerləşən fərdi yaşayış evindən 5000 manat kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçının oğlu X9 cavabdeh ilə 2008-ci ilin avqust ayında el adəti ilə ailə həyatı qurmuşlar. Toy mərasimi olduqdan sonra cavabdeh cehiz əmlakları ilə birlikdə iddiaçıya məxsus Ucar rayonu, Müsüslü kəndində yerləşən fərdi yaşayış evinə köçmüş, aralarında olan nikah isə 08 dekabr 2009-cu ildə qeydə alınmışdır. İddiaçının oğlu ilə cavabdehin birgə nikahlarından 2 uşaqları olmuşdur. İddiaçının oğlu Samir Cəfərov cavabdehlə bır müddət mehriban yaşasalar da sonradan aralarında olan ailə münasibətlərində dəyişiklik olmuşdur. Belə ki, heç bir əsaslı səbəb olmadan ailədə tez-tez mübahisələr düşmüşdür kı, həmin mübahisələr sonda onların nikah münasibətlərinin pozulmasına zəmin yaratmışdır. Ucar Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli qətnaməsi ilə X9 ilə cavabdeh arasında olan 08 dekabr 2009-cu il tarixli nikah pozulmuş, tərəflərin nikahından olan uşaqları Nazlının və Samirənin cavabdehin himayəsində saxlanılması qət edilmişdir. Samir Cəfərovla cavabdeh arasında olan nikah münasibətləri pozulçfjbtqd^an sonra sonuncu himayəsində olan övladları ilə bır müddət valideynlərinə məxsus evdə yaşamışdır. Bundan sonra, cavabdeh iddiaçıya və digərlərinə qarşı evə köçürülmə tələbi, barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ucar Rayon Məhkşməşinin 22 fevral 2018-ci il tarixli, 2(063)-92/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, cavabdeh himayəsində olan Nazlı və Samirə Cəfərlilərlə birlikdə iddiaçının mülkiyyətində olan Ucar rayonu, Müsüslü kəndində yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Məhkəmənin sözügedən qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Ucar Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli, 2(063)-92/2018 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, cavabdeh himayəsində olan Nazlı və Samirə Cəfərlilərlə birlikdə qeydiyatda olduğu Ucar rayonu, Müsüslü kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Hal-hazırda cavabdeh himayəsində olan övladları ilə birlikdə iddiaçının mülkiyyətində olan Ucar rayonu, Müsüslü kəndində yerləşən fərdi yaşayış evində iddiaçı ilə birlikdə yaşayırlar. Hazırda sözügedən evin bütün kommunal xidmətlərini iddiaçı ödəyir. İddiaçının bildirdiyinə görə cavabdeh iddiaçıya məxsus evdən rahat istifadə etməyinə imkan vermir və cavabdehlə bir yerdə yaşamaqları mümükün deyil. Çünki, həmin fərdi yaşayış evində hər gün mübahisələri yaranır, bu da iddiaçının öz mülkiyyətində sərbəst yaşamağına, xüsusən də, pisxologiyasının pozulmasına ciddi təsir göstərir. Ona görə də iddiaçı hesab edir ki, Mülki Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cavabdehə 5000 manat məbləğində kompensasiya ödənilməklə Ucar rayonu, Müsüslü kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. İddiaçının təklif etdiyi kompensasiya ilə cavabdeh müəyyən müddətə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövrü nəzərə aldıqda ağlabatan dövr kimi qəbul edilə bilər. Cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, cavabdehə davamlı sürətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində cavabdeh heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində cavadehə 5000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Belə ki, cavabdehin yaşadığı Müsüslü kəndi rayon mərkəzindən 25 km məsafədə yerləşir. Həmin kənd şəhər mərkəzindən uzaq məsafədə yerləşdiyi üçün evlərin bazar dəyəri, eləcədə kirayə haqqı rayon mərkəzinə, eləcə də rayon mərkəzinə yaxın digər kəndlərə münasibətdə ucuzdur. Cavabdehin yaşadığı evə oxşar şəraitdə olan evin Müsüslü kəndində 1 aylıq kirayə haqqı 50-60 manat təşkil edir. Kirayə haqqı aylıq 60 manat hesabı ilə götürüldükdə 3 il üçün 2160 manat təşkil edir. Lakin iddiaçı cavabdehin himayəsində olan nəvələrinə xatir kompensasiyanın məbləğini 5000 manat təklif edir. Mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddialara məhkəmələr tərəfindən baxılarkən, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Əlavə olaraq bildirdi ki, iddiaçı əvvəllər də cavabdehə qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə 3000 manat miqdarında kompensasiya verilməklə, himayəsinə verilmiş və 20 yanvar 2011ci il tarixdə doğulmuş X11 və 02 may 2013-cü il tarixdə doğulmuş X8 ilə birlikdə Ucar rayonu Müsüslü kəndində yerləşən mənzildə olan istifadə hüququna xitam verilməsi üçün cavabdehə 3000 manat miqdarında kompensasiya verilməklə himayəsinə 20 yanvar 2011ci il tarixdə doğulmuş X11 və 02 may 2013-ci il tarixdə doğulmuş X8 ilə birlikdə Ucar rayonu, Müsüslü kəndində yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2(063)-37/2021 nömrəli, 11 noyabr 2021 -ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin iş üzrə ekspertiza keçirilmiş və fərdi yaşayış evinin bazar dəyəri və aylıq kirayə haqqı müəyyən edilmişdir. Odur ki, qısa müddət keçdiyindən hazırkı iş üzrə ekspertiza keçirilməsinə zərurət yoxdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmiş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Ucar rayonu, Müsüslü kəndində yerləşən fərdi yaşayış evindən 5000 manat kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, iddiaçının oğlu S.Cəfərov ilə cavabdeh 2008-ci ildə ailə qurmuşlar, birgə nikahlarından iki uşaqları var, məhkəmənin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur, habelə məhkəmnin digər qətnaməsi ilə Cavabdeh iki uşağı ilə birlikdə iddiaçıya məxsus evə köçürülmələri qət olunmuşdur. İddiaçının təklif etdiyi 5000 manat kompensasiya cavabdehin başqa yerdə ev alması və ya torpaq alıb ev tikməsi üçün kifayət etmir, həmin kompensasiya yetərli deyildir. İddiaçı 10.000 manat təklif etdiyi təqdirdə cavabdeh bununla razılaşa bilər. 2021-ci ildə tərəflər arasında baxılan mülki iş üzrə evin bazar qiymətinin və aylıq kirayə haqqının müəyyənləşdirilməsi üçün ekspertiza keçirilmiş və rəy verilmişdir. Odur ki, hazırki iş üzrə evin bazar qiymətinin və aylıq kirayə haqqının müəyyən edilməsi üçün ekspertiza keçirilməsinə zərurət yoxdur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı oğlu X9 ilə Cavabdeh 2008-ci ilin avqust ayında ailə qurmuşlar, iddiaçı cavabdehin qeydiyyatda olduğu və yaşadığı Ucar rayonu, Müsüslü kəndində yerləşən evə ailə üzvü kimi köçmüşdür, nikahları isə 08 dekabr 2009-cu ildə qeydə alınmışdır. S.Cəfərov ilə Cavabdeh birgə nikahlarından 20 yanvar 2011-ci ildə Nazlı və 02 may 2013-cü ildə Samirə adlı övladları anadan olmuşlar. Ucar Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli qətnaməsi ilə X9 ilə X10 arasında olan nikah pozulmuş, uşaqların anasının himayəsində saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli, 2(107)- 865/2019 nömrəli qətnaməsi ilə Cavabdeh uşaqları Nazlı və Samirə ilə birlikdə Ucar rayon, Müsüslü kəndində yerləşən evə köçürülməsi qət edilmiş və həmin məhkəmə qətnaməsi artıq qanuni qüvvəsini almışdır. Hazırda isə iddiaçı cavabdehlə birgə yaşamaqlarının mümkün olmamasına görə cavabdehə kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə 3000 manat miqdarında kompensasiya verilməklə, himayəsinə verilmiş və 20 yanvar 2011-ci il tarixdə doğulmuş X11 və 02 may 2013-cü il tarixdə doğulmuş X8 ilə birlikdə Ucar rayonu, Müsüslü kəndində yerləşən mənzildə olan istifadə hüququna xitam verilməsi, cavabdehə 3000 manat miqdarında kompensasiya verilməklə himayəsinə verilmiş və 20 yanvar 2011ci il tarixdə doğulmuş X11 və 02 may 2013-cü il tarixdə doğulmuş X8 ilə birlikdə Ucar rayonu, Müsüslü kəndində yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(063)- 37/2021 nömrəli qətnaməsi İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən tərəflər apellyasiya şikayəti verməmişlər. Hazırda iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Ucar rayonu, Müsüslü kəndində yerləşən fərdi yaşayış evindən 5000 manat kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Hazırkı iddia üzrə cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşadığından və hazırda mülkiyyətçi-iddiaçı cavabdehin onun xüsusi mülkiyyətində olan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından müvafiq kompensasiya verilməsi yolu ilə yaşayış hüququndan istifadə hüququna xitam verilməsini tələb etdiyindən, cavabdehə müvafiq kompensasiya verilməs] yolu ilə iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, mülkiyyətçinin təklif etdiyi kompensasiya istifadəçiyə-cavabdehə,davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehə 5.000 (beş min) manat məbləğində kompensasiya ödənilməklə iddiaçının xüsusi mülkiyyətində olan Ucar rayonu, Müsüslü kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. Ucar Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(063)-195/2022 saylı qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia təmin olunmuş, Cavabdeh 5.000 (beş min) manat məbləğində kompensasiya ödənilməklə İddiaçı xüsusi mülkiyyətində olan Ucar rayonu, Müsüslü kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 228-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli və R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarlarına istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayonu, Müsüslü kəndində yerləşən ümumi sahəsi 94,4 kv.metr olan fərdi yaşayış evi və 0,1541 ha ölçüdə torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində 29 yanvar 2018-ci ildə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, X9 ilə X4 nikahı 20 may 2016-cı il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 39 nömrə ilə qeyd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli, 2(107)-865/2019 nömrəli qətnaməsi ilə İddiaçı nümayəndəsi və vəkili X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ucar Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli, 2(063)-92/2018 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, ilk iddia təmin edilmiş, iddiaçı Cavabdeh uşaqları-20 yanvar 2011 -ci ildə anadan olmuş X11 və 02 may 2013-cü ildə anadan olmuş X8 ilə birlikdə Ucar rayonu, Müsüslü kəndində yerləşən, hal-hazırda cavabdehlər İddiaçı, X3, X5, X6, X2 və X1 qeydiyyatda olduqları evə köçürülməsi və iddiaçılar İddiaçı, X7, X5, X6 və X2 Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, Ucar rayonu, Müsüslü kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh, Ucar rayonu, Müsüslü kəndində qeydiyyatdadır. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin iş üzrə qəbul edilmiş qətnamədən görünür ki, "xxxx" MMC-nin qiymətləndirmə hesabatında iddiaçıya məxsus Ucar rayonu, Müsüslü kəndində mülkiyyətdə olan 0,15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırkı bazar dəyərinin 20 000 manat və aylıq kirayə haqqının 50 manat təşkil etdiyi göstərilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi Nümayəndə2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o kompensasiyanın məbləğini ədalətsiz hesab edir. Belə ki, qətnamədən də göründüyü kimi onun nümayəndəsi iddiaçının təklif etdiyi 5000 manat kompensasiyanın onun başqa yerdə ev almağı və ya torpaq alıb ev tikməyi üçün kifayət etmədiyini, həmin kompensasiyanın yetərli olmamasını, 10.000 manat təklif edildiyi təqdirdə onun bununla razılaşa biləcəyini göstərsə də, məhkəmə 5000 manata Ucar rayonunun Müsuslu kəndindən onun 2 azyaşlı uşağıyla yaşaya biləcəyi mənzil alıb-ala bilməyəcəyi faktını aydınlaşdırmamışdır. İddiaçı izahatında göstərmişdir ki, cavabdehin yaşadığı evə oxşar şəraitdə olan evin Müsüslü kəndində 1 aylıq kirayə haqqı 50-60 manat təşkil edir, kirayə haqqı aylıq 60 manat hesabı ilə götürüldükdə 3 il üçün 2160 manat təşkil edir. Məhkəmə iddiaçının 3 il müddəti ilə bağlı mövqeyinə birbaşa münasibət bildirməsə də iddia ərizəsini təmin etməklə dolayısı ilə həmin müddəti qəbul etdiyini nümayiş etdirmişdir. Lakin niyə görə həmin müddətin məhz 3 il kimi qəbul edildiyi ona aydın deyil və həmin hal iş üçün əhəmiyyəti olsa da sübut edilməmişdir ki, həmin müddət məhz 3 il olmalıdır. Məhkəmənin onun istifadə hüququna 5.000 (beş min) manat məbləğində kompensasiya ödənilməklə xitam verməsi işin hallarına uyğun gəlmir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli, 2(107)-865/2019 nömrəli qətnaməsi ilə onun və uşaqlarının mübahisəli mənzildən istifadə hüququna hər hansı vaxt məhdudiyyəti qoyulmamışdır. Məhkəmə isə iddiaçının göstərdiyi 3 illik müddətlə dolayı olaraq razılaşaraq, onun istifadə hüququna cəmi 5.000 (beş min) manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarmışdır. Halbuki, onun və uşaqlarının mübahisəli mənzildən istifadə hüququ müddətsiz olmuşdur. Ona görə də, Ucar Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(063)-195/2022 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(063)-195/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələr). Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 228.1 -ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci il sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yanamış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adı xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Subyektlər arasında razılığın mövcudluğu münasibətlərin qanunun tələblərinə zidd olmayan qaydada qurulması üçün əsas ola bilər. Lakin razılıq olmadıqda, münasibətlərin hüquq əsasında nizamlanması zəruridir. Münasibətləri məhz hüquq münasibətləri kimi qəbul olunması üçün onları hüquq norması (normaları) vasitəsilə tənzimlənməsi tələb olunur. Bu halda belə münasibətlər biri-birindən öz strukturuna, yəni subyektlər, obyekt, subyektiv hüquq və hüquqi vəzifələrinə görə fərqlənir. Sonuncu iki element hüquq münasibətlərinin hüquqi məzmununu yaradır. Bu isə subyektlərin qanunda nəzərdə tutulan hədlər üzrə həmin qanunla təmin edilən davranış çərçivəsini müəyyənləşdirir. Həmin elementlər üst-üstə düşmədikdə hüquq münasibətlərinin eyniyyəti yaranmasa da, onların oxşarlığı mümkündür. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin qeyd edilmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini hüququnu da vermir. Həmin qərarda mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq evlə təmin etmək öhdəliyi də qoyulmur. Hətta Konstitusiya Məhkəməsinin qərarında bu müddətin nə qədər olması da müəyyən edilməmişdir. Həmçinin sadalanan normalarda istifadəçilərə kompensasiyanın məbləğini mübahisələndirmək, müəyyənləşdirmək hüququ təsbit olunmamış, hətta bu mümkün olduqda belə onun məbləğinin hansı həcmə qədər artırılmasını tələb etməsi də tənzimlənməmişdir, əksinə bu hüququn mülkiyyətçiyə məxsus olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Ucar Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(063)-195/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddiaçının izahatında cavabdehin yaşadığı evə oxşar şəraitdə olan evin Müsüslü kəndində 1 aylıq kirayə haqqı 50-60 manat təşkil etdiyi, kirayə haqqı aylıq 60 manat hesabı ilə götürüldükdə 3 il üçün 2160 manat təşkil etdiyi, məhkəmə iddiaçının 3 il müddəti ilə bağlı mövqeyinə birbaşa münasibət bildirməsə də, iddia ərizəsini təmin etməklə dolayısı ilə həmin müddəti qəbul etdiyini nümayiş etdirməsi, lakin niyə görə həmin müddətin məhz 3 il kimi qəbul edildiyinin ona aydın olmaması və həmin hal iş üçün əhəmiyyəti olsa da həmin müddətin niyə məhz 3 il olmasının sübut edilməməsi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh kompensasiya məbləğinin hesablanması üçün 3 il müddətin əsas götürülməsini mübahisələndirsə də, nəyə görə daha artıq müddət hesablanmalı olması və hansı müddətin əsas götürülməsini təklif etdiyi barədə heç bir sübut və dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində kompensasiyanın məbləğini ədalətsiz hesab etməsi, iddiaçının təklif etdiyi 5000 manat kompensasiyanın onun başqa yerdə ev almağı və ya torpaq alıb ev tikməyi üçün kifayət etmədiyi, həmin kompensasiyanın yetərli olmaması, 10.000 manat təklif edildiyi təqdirdə onun bununla razılaşa biləcəyi ilə bağlı göstərdiklərinə münasibət bildirərək Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına istinad edərək qeyd edir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini hüququnu vermir. Həmin qərarda mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq evlə təmin etmək öhdəliyi də qoyulmur. Hətta Konstitusiya Məhkəməsinin qərarında bu müddətin nə qədər olması da müəyyən edilməmişdir. Həmçinin sadalanan normalarda istifadəçilərə kompensasiyanın məbləğini mübahisələndirmək, müəyyənləşdirmək hüququ təsbit olunmamış, hətta bu mümkün olduqda belə onun məbləğinin hansı həcmə qədər artırılmasını tələb etməsi də tənzimlənməmişdir, əksinə bu hüququn mülkiyyətçiyə məxsus olması təsbit edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(063)-195/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(063)-195/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-730/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-730/2022
20.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver