Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-731/2022 18.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair mülki iş üzrə (Açar sözlər: cərimənin götürülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair mülki iş üzrə cərimənin götürülməsinə dair vəsatətin təmin edilməməsi barədə Şəki Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(075)-13/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi 28 oktyabr 2020-ci il tarixdə məhkəməyə daxil olmuş, iş üzrə sonuncu məhkəmə iclası 18 oktyabr 2021-ci il tarixə, saat 09:40-a təyin edilmişdir. Həmin məhkəmə iclasında Cavabdeh şifahi vəsatət verərək mülki işin aidiyyəti üzrə baxılması üçün Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul edilmiş, qərardadın surəti poçt vasitəsi ilə mülki proses tərəflərinə göndərilmişdir. Cavabdeh Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadından narazı qalmış, onun şikayəti 21 oktyabr 2021- ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş, 22 oktyabr 2021-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Lakin şikayət ərizəsi MPM-nin yeni redaksiyada olan müvafiq tələblərinə riayət edilməklə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadı ilə Cavabdeh verdiyi şikayətin geri qaytarılması qərara alınmış, qərardadın surəti poçt vasitəsi ilə cavabdehə göndərilmişdir. Həmin qərаrdаddаn iş üzrə Cavabdeh şikаyəti 03 noyabr 2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş, Şəki Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadı ilə Cavabdeh verdiyi şikayətin geri qaytarılması qərara alınmış, qərardadın surəti poçt vasitəsi ilə cavabdehə göndərilmişdir. Cavabdeh Şəki Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadından narazı qalmış, onun şikayəti 10 noyabr 2021- ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı, Şəki Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı və Şəki Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadları ləğv edilmiş, mülki işin məhkəmə baxışı 06 dekabr 2021-ci il tarixə, saat 11:00-a Şəki Rayon Məhkəməsinin binasına təyin edilmişdir. 06 dekabr 2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh 28 sentyabr 2021-ci il tarixli “mülki işin ərazi aidiyyəti üzrə yaşadığı ünvana göndərilməsi” barədə vəsatətinə baxılaraq vəsatətin təmin edilməməsi haqqında qərardad çıxarılmış, qərardadın surəti poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. Cavabdeh Şəki Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadından narazı qalmış, onun şikayəti 17 dekabr 2021- ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(075)-148/2021 saylı qərardadından Cavabdeh verdiyi şikayət müzakirə olunması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(107)-298/2022 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(075)- 148/2021 saylı qərardadı tam, 20.12.2021-ci il tarixli qərardadı isə qismən-“şikayətin təmin olunmaması” hissəsində ləğv edilmiş və mülki iş Mülki Prosessual Məcəllənin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Qərarının tələbləri baxımından sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə Şəki Rayon Məhkəməsinə qaytarılmışdır. Şəki Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(075)-13/2022 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinəgöndərilməsi haqqında qərardad qəbul edilmiş, qərardadın surəti poçt vasitəsi ilə mülki proses tərəflərinə göndərilmişdir. Cavabdeh 03 mart 2022-ci il tarixdə məhkəməyə vəsatət göndərərək Şəki Rayon Məhkəməsinin 21.02.2021-ci il tarixli qərardaddından kassasiya şikayəti verməsi üçün ona dövlət hesabına vəkilin ayrılmasını xahiş etmişdir. Vəsatətə 04 mart 2022-ci il tarixdə baxılaraq Cavabdeh “kassasiya şikayəti verə bilməsi üçün dövlət hesabına pulsuz vəkilin yardımından faydalanması barədə” 03 mart 2022-ci il tarixli vəsatətinin təmin edilməməsi haqqında 2(075)-13/2022 saylı qərardad çıxarmış, qərardadın surəti poçt vasitəsi ilə cavabdehə göndərilmişdir. Cavabdeh 05 mart 2022-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 04.03.2022-ci il tarixli qərardadının ləğv edilərək “Şəki Rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli qərardadından kassasiya şikayəti verə bilməyi üçün dövlət hesabına pulsuz vəkilin yardımından faydalanmağı barədə” vəsatətinin təmin edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(075)-13/2022 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2(075)-13/2022 saylı qərardadı ləğv edilərək vəsatətə baxılması ilə bağlı məhkəmə iclası 14 mart 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Həmin məhkəmə iclasında vəsatətə baxılaraq Cavabdeh “kassasiya şikayəti verə bilməsi üçün dövlət hesabına pulsuz vəkilin yardımından faydalanması barədə” 03 mart 2022-ci il tarixli vəsatəti təmin edilməmişdir. Həmçinin, Cavabdeh işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törətdiyindən, o cümlədən dəfələrlə açıqaşkar əsassız vəsatət və ya şikayətlər verdiyindən 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Cavabdeh 17 mart 2022-ci il və 18 mart 2022-ci il tarixlərdə məhkəməyə eyni məzmunlu vəsatətlər göndərərək barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun 2.2-ci maddəsinin tələblərinə zidd olaraq təyin edilmiş 300 manat cəriməninin götürülməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(075)-13/2022 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə Cavabdeh “cərimənin götürülməsi”nə dair 17 mart 2022-ci il və 18 mart 2022-ci il tarixli vəsatətlərinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Şəki Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(075)-13/2022 saylı qərardadından narazı qalmış, onun şikayəti 04 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, Şəki Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(075)-13/2022 saylı qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Şəki Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(075)-13/2022 saylı qərardadından eyni məzmunlu şikayəti 05 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, Şəki Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(075)-13/2022 saylı qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Şəki Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(075)-13/2022 saylı qərardadından eyni məzmunlu şikayəti 08 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur Şəki Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(075)-13/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(075)- 13/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
120. Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. 126.1. Məhkəmə cərimələri bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda məhkəmə tərəfindən qoyulur. 127.1. Üzərinə cərimə qoyulmuş şəxs, cərimə qoymuş məhkəmədən qərardadı aldıqdan sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasını xahiş edə bilər. 174.5. Məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. 47.1. İşdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi işin hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, Cavabdeh qanunvericiliklə ona verilmiş prosessual hüquqlarından sui-istifadə etmişdir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, İnternet Vergi İdarəsinin internet səhifəsindən çıxarılmış vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlardan göründüyü kimi İddiaçı MMC (VÖEN **********) hüquqi şəxs, Cavabdeh (VÖEN **********) vergi ödəyicisi olmaqla, əvvəlki fəaliyyət istiqaməti “taksi fəaliyyəti”, hazırkı fəaliyyət istiqaməti “şəxsi maşınların sürücü ilə icarəsi” olmaqla, fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir. Həmçinin, iddia tələbinin predmetini Cavabdeh taksi fəaliyyəti ilə məşğul olmaq üçün “Daxili lizinq müqavilə”si ilə İddiaçı MMC-dən sifariş etdiyi avtomobilə dəymiş ziyan təşkil edir. Belə olduğu halda tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması Şəki Kommersiya Məhkəməsinə verilməlidir. Lakin Cavabdeh əsassız şikayətlər və vəsatətlər verməklə işin mahiyyəti üzrə baxılmasına süni maneələr yaradır. Göründüyü kimi cavabdehin işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətməsi ilə bağlı qeyd edilən hərəkətləri məhkəmə aparatının vaxtının əsassız yerə alınmasından və maddi resursların boş yerə xərclənməsindən başqa bir şey deyildir ki, bu da qanunla qadağandır. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(075)-13/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(075)-13/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(075)-13/2022 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov