Məhkəmə qərarları › İş №2(107)-731/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-731/2024

04.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-731/2024 04.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əsildar oğlunun cavabdehlər Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 qarşı miras payının müəyyən edilməsi və sair tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras payının müəyyən edilməsi, kəsici müddət) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X12 ibarət tərkibdə İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Əsildar oğlunun cavabdehlər Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 qarşı miras payının müəyyən edilməsi və sair tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, 2(019)-70/2024 saylı qətnaməsindən İddiaçı Əsildar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Əsildar oğlu cavabdehlər Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Balakən rayonunun Mahamalar kəndində olan evini, həyətyanı torpaq sahəsini və pay torpağını İddiaçı vəsiyyət etməsi barədə Balakən rayon dövlət notariat kontorunun notariusu Z.Musayev tərəfindən təsdiq edilmiş və reyestrdə 2V- 58 nömrəsi ilə qeydə alınmış 3 aprel 2004-cü il tarixli vəsiyyətnamə üzrə miras əmlakda İddiaçı payını müəyyən etməklə onun tərəfindən mirasın qəbul edilməsinin təmin edilməsi, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən 22 iyun 2022-ci il tarixdə Cavabdeh1 mərhum X8nın mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, qeyri-yaşayış sahəsinə, torpağa və sairəyə dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X11 ləyaqətsiz vərəsə hesab edilməsi, X11 üzərinə ləyaqətsiz vərəsə və əsassız varlanmış şəxs kimi vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarması vəzifəsinin qoyulması, Balakən şəhəri, Ə.Ansuxski küçəsi (əvvəlki ünvanı Mahamalar kəndi) fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları 19 №li reyestr kitabının 71 №li vərəqində xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə X10, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə Cavabdeh1 və torpaq sahəsi ümumi birgə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışın və 13 may 2022-ci il tarixdə verilmiş **********04-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, notarius barədə xüsusi qərardadın çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil2 birinci instansiya məhkəməsinə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X2 Balakən rayonunun Mahamalar kəndində olan evini, həyətyanı torpaq sahəsini və pay torpağım İddiaçı vəsiyyət etməsi barədə Balakən rayon dövlət notariat kontorunun notariusu Z.Musayev tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-58 nömrəsi ilə qeydə alınmış 03 aprel 2004-cü il tarixli vəsiyyətnamə üzrə miras əmlakda İddiaçı payını müəyyən etməklə onun tərəfindən mirasın qəbul edilməsini təmin edilməsi, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən 22 iyun 2022-ci il tarixdə Cavabdeh1 qızma mərhum X8nın mülkiyyətində olmuş Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ünvanındakı fərdi yaşayış evinə və torpağa verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsini etibarsız hesab edilməsi, Balakən şəhəri, Ə.Ansuxski küçəsi (əvvəlki ünvanı Mahamalar kəndi) fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları 19 №li reyestr kitabının 71 №li vərəqində xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə X10, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə Cavabdeh1 və torpaq sahəsi ümumi birgə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz - əmlakın dövlət reyestrində qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışı və 13 may 2022-ci il tarixdə verilmiş 40101.3020804-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbini onunla əsaslandırılmışdır ki, o və Cavabdeh1 Əsildər qızı qardaş-bacı olmaqla, Balakən rayonunun Mahamalar kəndində yaşamış X6 və mərhum X18 birgə nikahından doğulmuş övladlarıdır. X6 və X19 21 oktyabr 1967-ci il tarixdə rəsmi nikah bağlayaraq evlənmişlər. Onlar birgə nikahda olduqları dövrdə X1 ərazisində 0.0915 ha həyətyanı torpaq sahəsi alaraq ev tikmiş və 91,8 kv.m sahədən ibarət həmin evdə yaşamışlar. X19 1976-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra X17 övladları İlqar və Könüllə birlikdə həmin evdə yaşamışlar. Cavabdeh1 1997-ci ildə ailə qurması ilə əlaqədar Balakən şəhərinə köçərək orada qeydiyyata düşmüş və ailəsi ilə birlikdə orada yaşamışdır. X8 2008-ci ilə kimi oğlu İlqarla birlikdə həmin evdə yaşamışlar. İlqar anasına qarşı övladlıq borcunu layiqincə yerinə yetirmiş, anasını maddi cəhətdən təmin etmiş və saxlamışdir. 2004-cü ildə anası ona bildirmişdir ki, evini və həyətyanı torpaq sahəsini notarial qaydada vəsiyyətnamə yazaraq ona verəcəkdir. Anasının hansı səbəbə görə belə etdiyini soruşmamış və vəsiyyətnamə ilə maraqlanmamışdır. Balakən rayon dövlət notariat kontorunun notariusu Z.Musayev tərəfindən təsdiq edilmiş və reyestrdə 2V58 nömrəsi ilə qeydə alınmış 03 aprel 2004-cü il tarixli vəsiyyətnaməyə əsasən, X3 rayonunun Mahamalar kəndində olan evini və həyətyanı torpaq sahəsini, habelə, pay torpağını İddiaçı vəsiyyət etmişdir. Həmin vəsiyyətnamədə hazırkı iş üzrə Cavabdeh1 Əsildər qızına miras payı ayrılması müəyyən edilməmişdir. İddiaçı 2008-ci ildə yaşadıqları həyətdə müasir tipli ev tikmək fikrinə düşmüş və işləyib pul qazanmaq üçün anası ilə razılaşaraq Rusiyaya getmişdir. Rusiyada qazandığı puldan anasına göndərmiş, mütəmadi olaraq Balakən şəhərinə gəlib-getmişdir. 2017-ci ildə anasına məxsus həyətyanı torpaq sahəsində özünə 78 kv.m sahəsi olan yeni bir yaşayış evi tikdirmiş və təmir etdirərək ev əşyalarını oraya yığmışdır. Mütəmadi olaraq ailə üzvlərilə gəlib orada bir müddət qaldıqdan sonra Rusiyaya qayıdıb getmişdir. Pandemiya ilə əlaqədar son 3 ildə Azərbaycana qayıda bilməmiş, anası 14 sentyabr 2020-ci ildə vəfat etmiş, lakin pandemiya səbəbindən onun hüzr mərasiminə gələ bilməmişdir. Bacısı Könüllə mütəmadi şəkildə telefon əlaqəsi saxlamış, anasının dəfn xərcləri və gündəlik qayğıları üçün ona maddi yardım etmişdir. Könül anasına məxsus yaşayış evini onun adına özəlləşdirəcəyini bildirərək ona Rusiyadan etibarnamə göndərməsini xahiş etmiş və heç nədən şübhələnmədiyindən ona Rusiyadan notarial qaydada etibarnamə tərtib edib göndərmişdir. Bundan sonra Cavabdeh1 mərhum X8ndan qalmış əmlaka - fərdi yaşayış evinə, qeyri-yaşayış sahəsinə, torpaq sahəsinə və sair əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 22 iyun 2022-ci il tarixdə ərizə ilə notariat ofisinə müraciət etmiş, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən Cavabdeh1 imzasının həqiqiliyi təsdiq edilərək şəxsiyyəti müəyyən edilmiş, ərizə reyestrdə qeyd edilərək informasiya sisteminə daxil edilmişdir. Cavabdeh1 Balakən regional “Asan xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu Cavabdeh2 ünvanladığı 22 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, o, ərizəsində DƏDRX tərəfindən 13 may 2022-ci il tarixdə verilmiş **********04-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında mərhum X8nın mülkiyyətində olmuş Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ünvanındakı fərdi yaşayış evinə, qeyri yaşayış sahəsinə, torpağa və sairəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. DƏDRX tərəfindən 13 may 2022-ci il tarixdə verilmiş **********04-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarış və **********04-10301 reyestr və ********** qeydiyyat nömrəli 18 iyul 2022-ci il tarixli çıxarış əsasında Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin 1/2 hissəsinə iddiaçı Cavabdeh1 miras payı müəyyən edilmiş, X6ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin digər 1/2 hissə miras payı açıq saxlanılmış, ümumilikdə Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi həmin 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə iddiaçı Cavabdeh1 payı müəyyən edilmişdir. 2022-ci ilin ortalarında iddiaçının bacısı Könül ona bildirmişdir ki, anasına məxsus həyətyanı torpaq sahəsindən və yeni tikilmiş evdən pay istəyir. O, yaşayış evinin və həyətyanı torpaq sahəsinin anası tərəfindən 2004-cü ildə ona vəsiyyət edildiyini bildirmiş, aralarında münaqişə yaranmış, Könül əl çəkməyəcəyini bildirmiş və mübahisə ilə ayrılmışlar. Qısa müddət sonra o, Rusiyaya getmişdir. 2023-cü ilin əvvəlində Balakən rayonuna qayıdarkən ona məlum olmuşdur ki, Könül onun Balakən rayonunda olmamasından, habelə Balakən rayon notariat ofisinin notariusu ilə yaxın münasibətlərindən istifadə edərək anasından miras qalmış evi deyil, ona məxsus yeni tikilmiş yaşayış evini 2022-ci ilin may ayında anasından miras qalmış ev kimi özəlləşdirmiş, 22 iyun 2022-ci ildə Balakən rayon notariat ofisinin notariusundan qanun üzrə vərəsəlik şəhadətnaməsi almış, qanun üzrə vərəsə kimi payının müəyyən edilməsi üçün iddia ərizəsi ilə Balakən rayon məhkəməsinə müraciət etmişdir. Balakən rayon notariat ofisinin notariusu miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi verərkən X10 03 aprel 2004-cü il tarixdə reyestrdə qeydə alınmış vəsiyyətnaməsinin olmasını araşdırmamış, vəsiyyət edən İsayeva Çikareyin ölməsi ilə əlaqədar vəsiyyətnamənin məzmunu barədə onu və maraqlı şəxs olan bacısı Könülü xəbərdar etməmiş, miras əmlaka yiyələnməsi üçün ona xəbərdarlıq etməmişdir. Balakən Rayon Məhkəməsi Könülün iddia ərizəsinin surətini və məhkəmə baxışı barədə bildirişi vəsiyyətnamə üzrə vərəsə və ya qanuni vərəsə kimi ona göndərməmişdir. Rusiyada yaşaması haqda yerli bələdiyyə orqanında və bacısı Könüldə telefon nömrəsi və ünvanı olsa da, məhkəmə bunu dəqiqləşdirməmiş, onun iştirakını təmin etmədən 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi həmin 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə iddiaçı Cavabdeh1 payını müəyyən etmişdir. Məhkəmənin qətnaməsi rəsmi şəkildə yalnız xx.xx.2023-cü ildə ona verilmişdir. Bundan sonra o, 28 yanvar 2023-cü il tarixdə notariusa gedərək X8 tərəfindən imzalanmış və notariat kontorunda reyestrdə qeydiyyata alınmış 03 aprel 2004-cü il tarixli vəsiyyətnamənin surətini əldə etmiş və Cavabdeh1 Əsildər qızına qanunsuz şəkildə vərəsəlik şəhadətnaməsi vermiş Balakən regional Asan xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu Cavabdeh2 bu barədə məlumat vermişdir. Sonuncu isə vəsiyyətnamə haqda məlumatlı olmadığını, iddiaçı Cavabdeh1 vəsiyyətnamə haqda ona məlumat vermədiyini bildirmiş və məhkəmə qərarından şikayət verməsini məsləhət görmüşdür. O, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Beləliklə də, ona məlum olmuşdur ki, bacısı Cavabdeh1 Əsildər qızı anası tərəfindən həyətyanı torpaq sahəsinin və yaşayış evinin ona vəsiyyət edilməsi haqda 3 aprel 2004-cü il tarixli vəsiyyətnamə yazılmasını bilsə də, mərhumun son iradəsinin həyata keçməsinin qarşısını almış, vəsiyyət edilmiş mirasdan özünə pay qoparmaq məqsədilə vəsiyyətnamə barədə ünvan 3 ünvanı və telefon nömrəsi barədə məhkəməni məlumatlandırmayaraq onun məhkəməyə çağırılmasını əngəlləmiş, anasına məxsus olan evə deyil, qardaşı tərəfindən tikilmiş evə mülkiyyət hüququ haqda çıxarış alaraq onu anasından qalma ev kimi təqdim etmiş və onda payı olması barədə məhkəməyə uydurma məzmunlu iddia ərizəsi verərək məhkəmə qərarı verilməsinə nail olmuşdur. İddiaçı Cavabdeh1 payının müəyyən edilməsi barədə iddia qaldırarkən və iddiasını əsaslandırarkən özünə miras əmlakdan pay müəyyən edilməsinə nail olmaq üçün əxlaqa zidd hərəkətlərə yol vermiş, iddia ərizəsinə uydurma məlumatlar daxil etmiş, Balakən şəhəri Ə.Ansuxski küçəsində mərhum anasının, habelə, onun övladları olan iddiaçı və cavabdehin ümumi birgə mülkiyyətlərindəki 0,0915 ha torpaq sahəsində mərhuma məxsus ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evi yerləşməsini, mərhumun ölümündən sonra mərhumdan qalmış miras əmlakı qanun üzrə vərəsə olaraq qəbul etməsini, nəticədə fərdi yaşayış evinin 1/2 hissədə onun adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmasını, mərhumun ölümündən sonra mərhumun yas mərasimlərini yola verməsini, miras əmlakda yaşamasını, daha sonra cavabdehlə aralarında olan münasibətlərin miras əmlaka görə pisləşməsini qeyd etmişdir. Balakən rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-820/2022 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı miras payı müəyyən edilməsi haqda iddiası təmin edilərək X6ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin 1/2 hissəsinə iddiaçı Cavabdeh1 miras payı müəyyən edilmiş, X6ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin digər 1/2 hissə miras payı açıq saxlanılmış, ümumilikdə Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi həmin 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə iddiaçı Cavabdeh1 payı müəyyən edilmişdir. X2 Balakən rayonunun Mahamalar kəndində olan 0.0915 hektarlıq həyətyanı torpaq sahəsində faktiki olaraq 2 yaşayış evi mövcud olmuşdur. Onlardan 1-i 1967-ci ildə qırmızı kərpicdən və çay daşından tikilməklə X13 məxsus 91,8 kv.m sahəyə malik köhnə yaşayış evi, digəri isə cavabdeh İddiaçı tərəfindən 2017-ci ildə tikilmiş və təmir edilmiş 78 kv.m sahəyə malik yeni yaşayış evidir. İddiaçı Cavabdeh1 Əsildər qızı qanun üzrə vərəsə kimi anasından qalma evə deyil, məhz cavabdeh İddiaçı tərəfindən 2017-ci ildə tikilmiş və təmir edilmiş 78 kv.m sahəyə malik yeni yaşayış evinin mülkiyyət hüququna dair çıxarış əldə etmiş və həmin evdən özünə pay müəyyən edilməsinə nail olmuşdur. O, bu məqsədlə anasından qalmış evə çıxarış əldə etməsini bildirərək qardaşını aldatmış, sonuncunun ona inanmasından istifadə edərək aldadıb Rusiyadan ona etibarnamə göndərməsinə nail olmuş, qardaşı tərəfindən yeni tikilmiş evə mülkiyyət hüququna dair çıxarış əldə edəcəyi haqda qardaşı İddiaçı məlumat verməmiş, qanun üzrə vərəsəlik şəhadətnaməsi alması barədə ona məlumat verməmiş, anasının miras əmlak üzrə 2004-cü ildən vəsiyyətnaməsi olmasını bildiyi halda, bu barədə notariusa və məhkəməyə məlumat verməmiş, miras əmlak barədə özünə sərf etməyən məlumatları qəsdən gizlətmiş, mərhum anasının son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, özünün qanun üzrə vərəsəliyə çağırılmasına və miras payının artırılmasına yönəlmiş hərəkətlər etmiş, özünə pay müəyyən edilməsi haqda məhkəmə baxışı keçiriləcəyi barədə qardaşına məlumat verməmiş və bununla da, ləyaqətsiz vərəsə kimi davranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat arxivi tərəfindən verilmiş 24.07.23-cü il tarixli 1357 №-li arayışa əsasən X17 tərəfindən həyətyanı torpaq sahəsinin və yaşayış evinin oğluna vəsiyyət edilməsi haqda 3 aprel 2004-cü il tarixli 2V58 reyestr nömrəli vəsiyyətnamənin ləğv edilməsinə dair qeydiyyat müəyyən edilməmişdir. Beləliklə də, miras əmlakın vəsiyyət edilməsinə dair vəsiyyətnamə qüvvədə olduğu halda, dövlət notariusu mirasın qorunmasını təmin etməmiş, mirasın açıldığı yerdə olmayan vərəsənin axtarılmasını təmin edən tədbirlər görməmiş, vərəsələri müəyyən edərək vəsiyyətnamənin məzmunu haqda onlara məlumat verməmiş, qanunsuz şəkildə qanun üzrə vərəsəlik şəhadətnaməsi verərək miras əmlakda payı olmayan vərəsənin əsassız varlanmasına şərait yaratmışdır. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, 2(019)-70/2024 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddianın qismən təmin edilməsi, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlak vəsiyyətnamə üzrə vərəsəlik qaydasında 3/4 hissədə İddiaçı miras payının, 1/4 hissədə isə Cavabdeh1 miras payının müəyyən edilməsi, 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın qismən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0915 ha həyətyanı torpaq sahəsinin X6na məxsus 1/3 hissəsi üzrə Cavabdeh1 adına qeydə alınmış 1/2 hissəsində və bu hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən alınıb İddiaçı Əsildar oğlunun xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan əsasən Balakən şəhəri, Ə.Ansuxski küçəsi (əvvəlki ünvanı Mahamalar kəndi) fərdi yaşayış evi tam X10, adına, 0.0915 ha yaşayış məntəqələrinin torpaqları isə ümumi birgə X10, Cavabdeh1 və İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən rayonu dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli vəsiyyətnaməyə əsasən X3 rayonu Mahamalar kəndində yerləşən evini və torpaq sahəsini İddiaçı Əsildar oğluna vəsiyyət etmişdir. X17 xx.xx.2020-ci ildə ölmüşdür. Onun ölümündən sonra onun iki nəfər vərəsəsi- İddiaçı və Cavabdeh1 qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən, Balakən şəhəri, Ə.Ansuxski küçəsi (əvvəlki ünvanı Mahamalar kəndi) fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları 19 №li reyestr kitabının 71 №li vərəqində xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə X10, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə Cavabdeh1 və torpaq sahəsi ümumi birgə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(019)-820/2022 saylı qətnaməsinə əsasən X6ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin 1/2 hissəsinə iddiaçı Cavabdeh1 miras payı müəyyən edilmiş, X6ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin digər 1/2 hissə miras payı açıq saxlanılmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(019)-820/2022 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə İddiaçı Əsildar oğluna təqdim edilmiş, İddiaçı Əsildar oğlu qətnamədən apellyasiya şikayəti vermiş və iş hazırda apellyasiya məhkəməsinin icraatındadır. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-525/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı şəxsin ləyaqətsiz vərəsə sayılması, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarılması, torpaq və yaşayış sahəsi üzərində mülkiyyət hüquqları əldə etməsi barədə çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi: ünvan 5 ünvanında qeydiyyatda olan qızı Cavabdeh1 miras əmlakdan 1/2 hissədə verilmiş, Şəhadətnamə verilən miras əmlak-ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2022 tarixdə X13 verilmiş **********04-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 78.50 kv/m olan fərdi yaşayış evindən ibarətdir. Miras əmlakın 1/2 hissəsinə vərəsəlik hüququ haqqına şəhadətnamə verilmədən açıq saxlanılmışdır. İddiaçı miras əmlakların ona X8 tərəfindən xx.xx.2004-cü il tarixli vəsiyyətnamə əsasında vəsiyyət edildiyini, mirasın vəsiyyətnamə əsasında bölüşdürülməsini, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, miras əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışların ləğv edilməsini xahiş edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(019)-820/2022 saylı qətnaməsinə əsasən X6ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin 1/2 hissəsinə iddiaçı Cavabdeh1 miras payı müəyyən edilmiş, X6ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin digər 1/2 hissə miras payı açıq saxlanılmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(019)-820/2022 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə İddiaçı Əsildar oğluna təqdim edilmiş, qətnamədən apellyasiya şikayəti verilmiş və qətnamə üzrə yekun nəticə verilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında o da müəyyən edilmişdir ki, X3 rayon Notariat Kontorunda xx.xx.2004-cü ildə vəsiyyətnamə tərtib edərək Balakən rayonu Mahamalar kəndi ünvanında yerləşən evini və torpaq sahəsini oğlu İddiaçı vəsiyyət etmişdir. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlak vəsiyyətnamə üzrə vərəsəlik qaydasında 3/4 hissədə İddiaçı miras payı müəyyənləşdirilməli, 1/4 hissədə isə Cavabdeh1 miras payı müəyyən edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsinin iclasında o da müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-525/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı miras qoyan X2 son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, habelə, vəsiyyət edənin 03 aprel 2004-cü il tarixdə qeydə alınmış vəsiyyətnaməsində ifadə edilmiş son iradəsinə qarşı qəsdən əxlaqsız hərəkət törətmiş X11 ləyaqətsiz vərəsə sayılması, X11 üzərinə ləyaqətsiz vərəsə kimi vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarması vəzifəsini qoyulması, Balakən şəhəri, Ə.Ansuxski küçəsi (əvvəlki ünvanı Mahamalar kəndi) fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları 19 №li reyestr kitabının 71 №li vərəqində xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə X10, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə Cavabdeh1 və torpaq sahəsi ümumi birgə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışı və 13 may 2022-ci il tarixdə verilmiş **********04-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, iddiaçı İsayev X16 regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan ən geci Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-525/2023 saylı qərardadı ilə baxılmamış saxlanılanadək xəbərdar olmuşdur. Beləliklə iddiaçı İsayev X16 regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-525/2023 saylı qərardadı ilə baxılmamış saxlanılanadək xəbərdar olduğundan, iddiaçının hazırkı iddia ərizəsi isə birinci instansiya məhkəməsinə 31 iyul 2023-cü il tarixdə elektron qaydada təqdim edildiyindən, artıq qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülmüşdür. Buna görə də Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia tələbi Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Beləliklə iddia tələbi Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 78.50 kv/m olan fərdi yaşayış evinin Cavabdeh1 adına qeydə alınmış 1/2 hissəsində və bu hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi də həmin hissədə əsassızdır. Eyni zamanda birinci instansiya məhkəməsinin iclasında o da müəyyən edildi ki, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən miras əmlak-ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2022 tarixdə X13 verilmiş **********04-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 78.50 kv/m olan fərdi yaşayış evindən ibarətdir. İddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 1133.1, 1133.2, 1178, 1222, 1224, 1224.0.1, 1224.0.2, 1224.0.3, 1272, 1145, 1151.1, 1152.2, 1159.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1159.1.4, 1159.1.5, 1159.1.2, 1243.1, 1243.2, 1243.3, 1255, 1256, 1261, 1268.1, 1269, 1274, 1276, 1291, 1321.1, 1321.2, 1322-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 78.1, 80, 81, 88, 217.4, 218.3, 119.1-ci maddəsi əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 1272-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddia tələbi - Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində, habelə 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 78.50 kv/m olan fərdi yaşayış evinin Cavabdeh1 adına qeydə alınmış 1/2 hissəsində və bu hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi hissədə təmin olunmamalıdır. Məhkəmənin gəldiyi nəticəni belə əsaslandırılmışdır ki, o, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-525/2023 saylı qərardadı ilə baxılmamış saxlanılanadək xəbərdar olduğundan, iddiaçının hazırkı iddia ərizəsi isə birinci instansiya məhkəməsinə 31 iyul 2023cü il tarixdə elektron qaydada təqdim edilməklə artıq qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülmüşdür. Habelə iddia tələbi Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli 2V- 462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 78.50 kv/m olan fərdi yaşayış evinin Cavabdeh1 adına qeydə alınmış 1/2 hissəsində və bu hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi də həmin hissədə əsassızdır. Məhkəmənin gəldiyi nəticə ilə qəti razılaşmır, hesab edir ki, məhkəmə qətnaməsi maddi hüquq normaları pozulmaqla qəbul etmişdir. Daha konkret desək məhkəmə tətbiq etməli olmayan qanunun normasını (Mülki Məcəllənin 1272-ci maddəsi) tətbiq etmişdir. Odur ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-70/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz əzirəsi göndərərək qeyd etmişdir ki, mülki iş üzrə İddiaçı Əsildar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək bildirir ki, iş materiallarından göründüyü kimi, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-525/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı miras qoyan X2 son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, habelə, vəsiyyət edənin 3 aprel 2004-cü il tarixdə qeydə alınmış vəsiyyətnaməsində ifadə edilmiş son iradəsinə qarşı qəsdən əxlaqsız hərəkət törətmiş X11 ləyaqətsiz vərəsə sayılması, X11 üzərinə ləyaqətsiz vərəsə kimi vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarması vəzifəsinin qoyulması, Balakən şəhəri, Ə.Ansuxski küçəsi (əvvəlki ünvanı Mahamalar kəndi) fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları 19 №li reyestr kitabının 71 №li vərəqində xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə X10, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə Cavabdeh1 və torpaq sahəsi ümumi birgə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışı və 13 may 2022-ci il tarixdə verilmiş **********04-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, iddiaçı İsayev X16 regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan ən geci Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)- 525/2023 saylı qərardadı ilə baxılmamış saxlanılanadək xəbərdar olmuşdur. İddiaçının hazırkı iddia ərizəsi isə birinci instansiya məhkəməsinə 31 iyul 2023-cü il tarixdə elektron qaydada təqdim edilmişdir. İddiaçı qanunla müəyyən edilmiş 2 aylıq müddəti ötürmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Göründüyü kimi, iddiaçı tərəf qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməni məlumatı olduğu vaxtdan qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirmədiyindən artıq hüququna xitam verilmiş və bu hüququ itirmişdir. Qeyd olunanları nəzərə alaraq, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Əsildar oğlu, cavabdehlər Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 məhkəmə kollegiyası iclasına gəlməmişlər. Cavabdeh1 vəkili Nümayəndə2 məhkəməyə ərizə göndərərək işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək Balakən Rayon Məhkəməsinin e-2(019)-70/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda qeyd etmişdir ki, A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşan hüquqi mövqeyinə görə kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. İddiaçı Cavabdeh1 mirası qəbulu faktı mübahisələndirmişdir. Qeyd olunanları işə baxılan zaman nəzərə almağınız xahiş olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1178-ci maddəsinə əsasən əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1222-ci maddəsinə əsasən əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar bir-birini tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Əvvəlki vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1224-cü maddəsində vəsiyyətnamənin qüvvədən düşmə əsasları göstərilmişdir: 1224.0.1. xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə; 1224.0.2. vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə; 1224.0.3. yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi, mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.1.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı; “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarı; Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun: 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin e- 2(019)-70/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, 2(019)-70/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamənin mübahisələndirilən hissəsi üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, 2(019)-70/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddia tələbinin 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı 22 iyun 2022-ci il tarixli 2V- 462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-525/2023 saylı qərardadı ilə onun əvvəlki tələbi baxılmamış saxlanılanadək xəbərdar olduğundan, iddiaçının hazırkı iddia ərizəsi isə birinci instansiya məhkəməsinə 31 iyul 2023-cü il tarixdə elektron qaydada təqdim edildiyindən, iddiaçı qanunla müəyyən edilmiş 2 aylıq müddəti ötürmüşdür. Buna görə də 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia tələbi 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 78.50 kv/m olan fərdi yaşayış evinin Cavabdeh1 adına qeydə alınmış 1/2 hissəsində və bu hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi də həmin hissədə əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri düzgün əsaslandırılmış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş, iş materiallarında olan sübutlar və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmışdır. Ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Balakən şəhəri, Ə.Ansuxski küçəsi (əvvəlki ünvanı Mahamalar kəndi) fərdi yaşayış evi tam X10, adına, 0.0915 ha yaşayış məntəqələrinin torpaqları isə ümumi birgə X10, Cavabdeh1 və İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən rayonu dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli vəsiyyətnaməyə əsasən X3 rayonu Mahamalar kəndində yerləşən evini və torpaq sahəsini İddiaçı Əsildar oğluna vəsiyyət etmişdir. X17 xx.xx.2020-ci ildə ölmüşdür. Onun ölümündən sonra onun iki nəfər vərəsəsi- İddiaçı və Cavabdeh1 qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən, Balakən şəhəri, Ə.Ansuxski küçəsi (əvvəlki ünvanı Mahamalar kəndi) fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları 19 №li reyestr kitabının 71 №li vərəqində xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə X10, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə Cavabdeh1 və torpaq sahəsi ümumi birgə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli 2V- 462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün müəyyən edilmiş 2 aylıq müddəti ötürmüşdür. Belə ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-525/2023 saylı qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı cavabdeh şəxsin ləyaqətsiz vərəsə sayılması, vərəsəlik üzrə aldıqrarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarılması, torpaq və yaşayış sahəsi üzərində mülkiyyət hüquqları əldə etməsi barədə çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi mümkün hesab edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-525/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı şəxsin ləyaqətsiz vərəsə sayılması, vərəsəlik üzrə aldıqrarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarılması, torpaq və yaşayış sahəsi üzərində mülkiyyət hüquqları əldə etməsi barədə çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, iddiaçı İsayev X16 regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan ən azı iddia ərizəsi Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-525/2023 saylı qərardadı ilə baxılmamış saxlanılanadək xəbərdar olmuşdur. Beləliklə iddiaçı İsayev X16 regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan iddiaçı ilk dəfə məhkəməyə müraciət etdiyi tarixdən yəni xx.xx.2023-cü il tarixdən məlumatlı olmuşdur. Hazırda isə iddiaçı 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə 31 iyul 2023cü il tarixdə elektron qaydada təqdim edilməklə müraciət edilmişdir. Yəni iddiaçı artıq qanunla müəyyən edilmiş 2 aylıq müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinin hazırkı işə səhv tətbiq edilməsi barədə şikayətin dəlilini əsassız sayan kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Normada müəyyən edilmiş 2 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasının qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən, qeyd olunan müddət hüququnun itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu baxımdan, vərəsəlik hüququ haqqında şəhadətnamənin etribarsızlığı barədə iddia tələbinin mahiyyəti üzrə əsaslılığı yoxlanılmamışdan əvvəl, iddiaçının əqdi mübahisələndirmək hüququnu müddətlər nöqteyi-nəzərindən itirib ititrməməsi müəyyən olunmalıdır. Kollegiyanın qənaətinə görə, məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. Halbuki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifəsi yalnız haqların (hüquqların) təsdiq olunmaqla qorunmasını təmin etməkdir (MPM.m.2.1.). İndi bir haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq, sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Buna görə də, iddia müddətlərinin ötürülmüş olmasını məhkəmələr öz-özlüyündən nəzərə ala bilmədikləri halda, heç kim irəli sürməsə də iş materiallarından kəsici müddətlərin ötürülüməsinin məlum olduğu hallarda məhkəmə bunu nəzərə almağa məcburdur. Əks halda məhkəmə olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni mənafeyini hüquqa zidd bir şəkildə pozmuş olar. İddia müddətlərinin ötürülməsi iddiaçının iddia tələbinin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirmir. Halbuki kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin etməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 78.50 kv/m olan fərdi yaşayış evinin Cavabdeh1 adına qeydə alınmış 1/2 hissəsində və bu hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi hissəsində də əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mülki iş kifayət qədər araşdırılmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddia ərizəsinə dair mübahisəni düzgün olaraq yuxarıdakı kimi həll etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, 2(019)-70/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Əsildar oğlutərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, 2(019)-70/2024 saylı qətnaməsi İddiaçı Əsildar oğlunun apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar