Məhkəmə qərarları › İş №2(107)-733/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-733/2024

12.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-733/2024 12.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və reyestrdəki qeydin ləğv edilməsi, miras əmlakdan qanun və vəsiyyət üzrə payların müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamələrin və digər sənədlərin ləğvi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X13 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və üçüncü şəxs X14 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və reyestrdəki qeydin ləğv edilməsi, miras əmlakdan qanun və vəsiyyət üzrə payların müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli 2(019)-30/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Balakən rayonu Qazma kəndində X5 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 0,2576 ha kənd təsərrüfatı təyinatlı; reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 0,1215 ha kənd təsərrüfatı təyinatlı; reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 0,4002 ha kənd təsərrüfatı təyinatlı və reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 0,129 ha yaşayış məntəqələri təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinin X8 məxsus hissəsindən İddiaçı Ziyaviddin oğluna ½ hissədə miras hüququ tanınması ilə bağlı müvafiq olaraq xx.xx.2019-cu il tarixdə verilmiş 2V-488 reyestr nömrəli, 2V-487 reyestr nömrəli, 2V-486 reyestr nömrəli və 2V-485 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçı Ziyaviddin oğlu mərhum atası X5 ona vəsiyyətnamə qoymasına istinad etməklə mübahisəli torpaq sahələrinin bərabər bölünməməli olduğunu iddia edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi sahəsi 0,129 ha olan **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum X10 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-485 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,4002 ha olan **********1 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum X10 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-486 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,1215 ha olan **********2 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum X10 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-487 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,2576 ha olan **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum X10 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-488 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin torpaq sahələrinə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və həmin çıxarışlar əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydin ləğv edilməsi, miras əmlakın vəsiyyətnamə üzrə bölüşdürülməsi, mərhum X6 miras qalmış əmlakların 3/4 hissəsi üzrə, ümumi əmlakın isə 7/8 hissəsinin İddiaçı miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hazırda Balakən rayonu Qazma kəndi ünvanında yaşayır. Cavabdeh də X4 rayonu Qazma kəndində yaşayır, 1980-ci ildə anadan olmuş, 1990-cı ildə X3na övladlığa verilmişdir. Balakən rayon Aqrar İslahat komissiyasının 08 may 1998-ci il tarixli 08 saylı qərarı ilə X15, X28, X20 Balakən rayonu Qazma kəndi ərazisindən 0.20 ha həyətyanı torpaq sahəsi və 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə müvafiq olaraq JN 1425A KOD 40103018 olan X19 Dair Şəhadətnamə və JN 1425 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli 2(019)-286/2018 nömrəli qətnaməsinə əsasən Balakən rayonu Qazma kəndində yerləşən X12, X27, X16 ümumi birgə mülkiyyətində olan 0.20 ha həystyanı və 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/3 hissəsinə X16 payı müəyyən edilmişdir. Eyni zamanda Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci ıl tarixli 2(019)-694/2018 nömrəli qətnaməsinə əsasən Balakən rayonu Qazma kəndində yerləşən X12, X27, Xəlilov Elnu r Ziyavəddin oğlunun ümumi birgə mülkiyyətində olan 0.20 ha həyətyanı və 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X16 1/3 hissə payının naturada ayrılması qət edilmiş, həmin torpaq sahələri Elnur Xəlilova verilmiş, verilmiş sahələr üzrə cavabdeh çıxarışlar almışdır. X3 2017-ci ildə vəfat etmişdir. X2 ümumi mülkiyyət hüququ üzrə məxsus Qazma kəndində yerləşən ümumi sahəsi 0,2576 ha torpaq sahəsinə, Qazma kəndində yerləşən ümumi sahəsi 0,1215 ha olan torpaq sahəsinə, Qazma kəndində yerləşən ümumi sahəsi 0.129 ha olan torpaq sahəsinə və ümumi sahəsi 0,4002 ha olan torpaq sahəsinə ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən çıxarışlar verilmişdir. X36 özünə məxsus olan torpaq payını ona notarial qaydada bağışlamışdır. Bu torpaqlar X1 və İddiaçı ümumi mülkiyyətində olmuşdur. X17 vəfat etdiyindən Balakən rayon Dövlət Notariat Ofisi tərəfindən miras əmlaka vərəsəlik işi açılmış, miras əmlak X22 və İddiaçı arasında payları bərabər olmaqla bölünmüşdür. Bununla əlaqədar ümumi sahəsi 0,129 ha olan **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X2 çatacaq hissəsinin 1/2 hissəsi İddiaçı xx.xx.2019-cu il tarixdə 2V-485 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,4002 ha olan **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X2 çatacaq hissəsinin 1/2 hissəsi İddiaçı xx.xx.2019-cu il tarixdə 2V-486 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,1215 ha olan xx.xx.2019-cu il tarixdə **********2 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X2 çatacaq hissəsinin 1/2 hissəsi İddiaçı xx.xx.2019-cu il tarixdə 2V-487 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,2576 ha olan **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X2 çatacaq hissəsinin 1/2 hissəsi İddiaçı xx.xx.2019-cu il tarixdə 2V-488 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, sözügedən miras əmlakların digər 1/2 hissəsinə X20 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. Həmin şəhadətnamələr əsasında paylı mülkiyyət üzrə paylar müəyyənləşdirilərək ümumi sahəsi 0,2576 ha olan **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla torpaq sahəsinin 3/4 hissəsi, ümumi sahəsi 0,1215 ha olan xx.xx.2019-cu il tarixdə **********2 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin 3/4 hissəsi, ümumi sahəsi 0,4002 ha olan **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla torpaq sahəsinin 3/4 hissəsi, ümumi sahəsi 0,129 ha olan **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin 3/4 hissəsi İddiaçı adına qeydə alınmışdır. Qeyd etmək istəyir ki, X3 xx.xx.2017-ci il tarixdə ölmüş, onun ölümündən sonra Balakən rayon Notariat Ofisinin notariusu Cavabdeh2 tərəfindən miras əmlaka vərəsəlik işi açılmış, miras əmlak X32 və İddiaçı arasında payları bərabər olmaqla bölünmüşdür. Lakin X3 15 sentyabr 2005-ci il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində vəsiyyətnamə tərtib etdirərək ona məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Notariat Ofisində vərəsəlik işi açılarkən bu barədə notariusa məlumat vermişdir. Ancaq həmin vəsiyyətnaməni itirdiyinə görə və həmin vaxt notariat orqanına nüsxəsini təqdim edə bilmədiyimə görə miras əmlak bərabər hissələrdə bölünmüşdür. Hazırda həmin vəsiyyətnaməni məhkəməyə təqdim etməklə yuxarıda qeyd edilən şəhadətnamələri və çıxarışları ləğv etməklə mirasda payların yenidən müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Balakən rayon notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən ümumi sahəsi 0,129 ha olan **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X2 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-485 reyetr nömrəli qanun Üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,4002 ha olan **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X2 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçıxx.xx.2019- cu il tarixdə verilmiş 2V-486 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,1215 ha olan xx.xx.2019-cu il tarixdə **********2 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X2 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-487 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,2576 ha olan **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin X2 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-488 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, həmin şəhadətnaməyə əsasən qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və həmin çıxarışlar əsasında verilmiş qeydlər ləğv edilməli, miras əmlak vəsiyyət üzrə vərəsəlik qaydaları ilə bölüşdürülməli, mərhum X7 miras qalmış əmlakın 3/4 hissəsi İddiaçı verilməli, ümumi əmlakın isə 7/8 hissəsinin İddiaçı verilməsi müəyyən edilməlidir.

4. X36, X29 və X23 məhkəmə iclasında şahid qismində dindirilmişlər.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Balakən rayonu Qazma kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi və 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X12, X27, X16 ümumi paylı mülkiyətinə verilmiş, Balakən Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(019)-694/2018 nömrəli qətnaməsi ilə həmin 0,20 ha həyətyanı torpaq sahəsindən və 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı X16 1/3 hissə payı naturada ayrılmış, qətnamə qanuni qüvvəsini almışdır. X18 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, ondan miras qalmış əmlaka 1/2 hissədə İddiaçı Ziyaviddin oğlu, 1/2 hissədə isə X22 irs almışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-5/2022 saylı qətnaməsinə əsasən, reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X5 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14 payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X5 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,129 ha yaşayış məntəqələrinin torpaq sahəsinin X14 payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X5 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14 payına düşən 1/4 hissəsi və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X5 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14 payına düşən 1/4 hissəsi həmin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/1574 nömrəli ekspert rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılmış, naturada ayrılmış X14 1/4 hissə payından İddiaçı çıxarılması qət edilmişdir. İddiaçı mərhum atası X5 öz əmlakını ona vəsiyyət etdiyini və bu barədə vəsiyyətnamə təqdim edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. Hazırki mübahisə üzrə preyudisial xarakterə malik Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-5/2022 saylı qətnaməsi mövcuddur ki, həmin qətnamə ilə reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X5 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14 payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X5 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,129 ha yaşayış məntəqələrinin torpaq sahəsinin X14 payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X5 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14 payına düşən 1/4 hissəsi və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X5 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14 payına düşən 1/4 hissəsi həmin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/1574 nömrəli ekspert rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılmış, naturada ayrılmış X14 1/4 hissə payından İddiaçı çıxarılması qət edilmişdir. Həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində yenidən mübahisələndirilməsi istisna edildiyindən, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının mübahisələndirdiyi məsələlər artıq həll edilmişdir və bu da iddianın əsassız olması nəticəsinə gəlməyə faktoloji və hüquqi əsaslar yaradır.

7. Eyni zamanda X6 qalmış mirasla bağlı məsələlər həll edilmiş, bununla bağlı notariat kontorunda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və həmin şəhadətnamələr əsasında miras bölgüsü həyata keçirilmişdir. Həmçinin İddiaçı iddia predmetini təşkil edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür ki, həmin müddət də kəsici müddət olmaqla məhkəmə tərəfindən tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İş materiallarından görünür ki, İddiaçı həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyi vaxtdan məlumatlı olmuş, müvafiq əsas olduğunu bildiyi gündən iki ay müddətində onları məhkəmədə mübahisələndirməmiş, yalnız 03 noyabr 2022-ci il tarixdə, yəni həmin şəhadətnamələrin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddətdən çox sonra onların ləğvi tələbi ilə məhkəməyə müraciət etmiş, yəni həmin kəsici müddəti ötürmüşdür ki, bu da həmin tələb üzrə iddianın rədd olunması üçün bir əsasdır.

8. Məhkəmə, həmçinin, hesab edir ki, 0,129 ha, 0,4002 ha, 0,1215 ha və 0,2576 ha torpaq sahələrinə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və həmin çıxarışlar əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydin ləğv edilməsi üçün də heç bir faktoloji və hüquqi əsas yoxdur. Belə ki, həmin sözügedən çıxarışlar və qeyd qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmişdir. Həmin şəhadətnamələrin də ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa yuxarıda istinad olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında da preyudisial əhəmiyət daşıyan faktlar müəyyən edilmişdir ki, həmin preyudisial faktlar da hazırki tələb üçün də məcburi xarakter daşıyır və yenidən sübut oluna bilməz. Eyni zamanda həmin şəhadətnamələr, çıxarışlar və qeydin ləğv edilməsi üçün iş üzrə faktoloji və hüquqi əsaslar mövcud deyildir. Əks hal isə iş üzrə üçüncü şəxsin həmin torpaq sahələri ilə bağlı mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı ki, bu da yolverilməzdir.

9. Bundan başqa sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların və qeydin ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə preyudisial əhəmiyyət daşıyan faktlar mövcud olduğundan miras əmlakın vəsiyyətnamə üzrə bölüşdürülməsi, mərhum X6 miras qalmış əmlakların 3/4 hissəsi üzrə, ümumi əmlakın isə 7/8 hissəsinə İddiaçı miras payının müəyyən edilməsi tələbi hissəsində iddia əsassızdır və təmin olunmamalıdır.

10. Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli 2(019)-30/2024 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin olunmamış, iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı oğluna aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 140. 146, 148, 152, 178, 1145, 1159, 1255 və 1272ci maddələrinə istinad etmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Balakən rayon Qazma Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 15 sentyabr 2005-ci il tarixli vəsiyyətnamə xx.xx.2017-ci il tarixli AZ-İ seriyalı 902890 nömrəli ölüm haqqında şəhadətnamə Balakən Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(019)-694/2018 nömrəli qətnaməsi xx.xx.2019-cu il tarixli, 2V-488 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış xx.xx.2019-cu il tarixli, 2V-487 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış xx.xx.2019-cu il tarixli, 2V-486 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış xx.xx.2019-cu il tarixli, 2V-485 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış xx.xx.2019-cu il tarixli, 2V-501 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2019-cu il tarixli, 2V-504 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2019-cu il tarixli, 2V-503 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2019-cu il tarixli, 2V-502 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)- 5/2022 saylı qətnaməsi

13. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işə baxan hakim torpaq sahəsinin naturada bölünməsi ilə mirasın vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülməsi tələblərini mahiyyət üzrə eyniləşdirərək həmin məsələyə preyudisiallıq mövqeyindən yanaşmışdır. Lakin iş materialları ilə müəyyən edilir ki, hazırda tərəflər arasında yaranmış mübahisə hazırki iş üzrə iddiaçının X3nun 15 sentyabr 2005-ci il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində tərtib etdirdiyi vəsiyyətnaməyə əsaslanır və qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin ləğv edilməsi barədədir. Halbuki, birinci instansiya məhkəməsinin istinad etdiyi Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-5/2022 saylı qətnaməsi ilə baxılmış iddia tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən X14 mübahisəli torpaq sahələrində olan payının naturada ayrılması ilə bağlı olmuşdur. Göründüyü kimi, hər iki iddianın əsasları və predmetləri tamamilə fərqlidir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin əhatə dairəsinə daxil olmur.

15. İş materiallarından və tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan da məlum olur ki, X9 15 sentyabr 2005-ci il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində tərtib etdirdiyi vəsiyyətnamə Notariat Ofisində, eyni zamanda iddiaçıda olmamış və bu səbəbdən də miras əmlak vəsiyyət üzrə deyil, qanun üzrə vərəsəlik qaydasında bölüşdürülmüşdür. Sonradan iddiaçıya atası tərəfindən torpaq sahəsinin bağışlanması ilə əlaqədar vəsiyyətnamə qoyulduğundan və həmin vəsiyyətnamənin əslini iddiaçı əldə etdikdən sonra 2022-ci ilin noyabr ayında hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Buradan görünür ki, miras əmlakın iddiaçıya vəsiyyət edilməsi və bu barədə vəsiyyətnamənin mövcud olmasından iddiaçının məlumatı olmamış, həmin vəsiyyətnaməni əldə etdikdən dərhal sonra məhkəmədə iddia qaldırmışdır. Həmin vəsiyyətnamənin olmasından tərəflərin məlumatı olmamış, vəsiyyətnamənin əsaslılığı heç bir məhkəmə predmeti olmamış, əvvəllər məhkəmədə mübahisələndirilməmişdir. X1 15 sentyabr 2005-ci il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində tərtib etdirdiyi vəsiyyətnamə ondan miras qalmış əmlakın bölüşdürülməsi üçün yeni açılmış hal hesab edilməlidir. Buna görə də, məhkəmə Mülki Məcəllənin 1133.2-ci maddələrinin tələblərini pozaraq iddianı təmin etməmişdir.

16. Ona görə də, Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli 2(019)- 30/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Üçüncü şəxs X14 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli 2(019)-30/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X14 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli 2(019)-30/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrdir. 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.7-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın və ya ona dair hüquqların qeydiyyatı ərizənin daxil olduğu tarix üzrə aparılır. 148.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən isə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5-ci maddəsinə əsasən övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. İddiaçı Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli 2(019)-30/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

25. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. X17 2017-ci ildə vəfat etdikdən sonra qəbul edilmiş Balakən Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(019)-694/2018 nömrəli qətnaməsi ilə X12, X27, X14 ümumi paylı mülkiyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən və 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı X14 1/3 hissə payı mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun naturada ayrılmış, iddiaçının paylarına verilmiş torpaq sahəsindən X27 çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-5/2022 saylı qətnaməsi ilə X14 adına verilmiş 30 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında mübahisəli torpaq sahələrindən sonuncuya aid olan payların naturada ayrılması barədə tələbə baxılaraq iddia təmin edilmişdir. Həmin qətnamə ilə reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X5 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14 payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X5 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,129 ha yaşayış məntəqələrinin torpaq sahəsinin X14 payına düşən 1/4 hissəsi, reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X5 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14 payına düşən 1/4 hissəsi və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X5 və İddiaçı Ziyaviddin oğlunun ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0,4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14 payına düşən 1/4 hissəsi həmin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/1574 nömrəli ekspert rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılmış, naturada ayrılmış X14 1/4 hissə payından İddiaçı çıxarılması qət edilmişdir. Hazırda isə İddiaçı mərhum atası X5 ona vəsiyyətnamə qoymasına istinad etməklə mübahisəli torpaq sahələrinin bərabər bölünməməli olduğunu iddia edir. Halbuki belə bir tələbin təmin olunması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin şübhə altına alınmasına və hüquqi müəyyənliyin pozulmasına səbəb olardı. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin. Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair 2012-ci il 28 fevral tarixli qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Konstitusiya Məhkəməsinin Plenumu istinad edilən qərarında vurğulamışdır ki, məhkəmə aktlarından apelyasiya şikayəti verilməsi qanuni qüvvəyə minməmiş məhkəmə aktlarına yenidən baxılmasına imkan yaradır və birinci instansiya məhkəmələrində qəbul edilmiş qətnamə və qərardadların qanuniliyini və əsaslılığını yoxlamaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsinin aktlarına apelyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılması işdə iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təsdiq edilməsinin mühüm təminatı olmaqla, artıq qəbul edilmiş, lakin qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının mümkün qədər tez yoxlanılması üsuludur. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə qərarlarının stabilliyi prinsipinə riayət edilməsinə xüsusi önəm verərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 12 aprel tarixli Qərarında da göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir.

26. O da nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin haqlı olaraq qeyd etdiyi kimi, İddiaçı iddia predmetini təşkil edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür ki, həmin müddət də kəsici müddət olmaqla məhkəmə tərəfindən tətbiq oluna bilər.

27. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində yeni açılmış hallarla bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə icraat Mülki Prosessual Məcəllənin 45-ci fəslində tənzimlənmişdir. Həmin fəsildə müəyyən edilən qaydalardan ən əsası həmin Məcəllənin 433-cü bəndində göstərilir ki, həmin maddəyə görə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır. Göründüyü kimi, işə yeni açılmış hallar üzrə baxılması hazırki məhkəmə baxışının predmeti ola bilməz.

28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli 2(019)-30/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli 2(019)-30/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar