Məhkəmə qərarları › İş №2(107)-735/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-735/2023

22.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-735/2023 22.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" ASC 6 nömrəli Regional Sukanal İdarəsinə qarşı “artıq hesablanmış pulun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: artıq hesablanmış pulun silinməsi tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC 6 nömrəli Regional Sukanal İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" ASC 6 nömrəli Regional Sukanal İdarəsinə qarşı “artıq hesablanmış pulun silinməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(033)-177/2023 saylı qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası "xxxx" ASC 6 nömrəli Regional Sukanal İdarəsi X7 tərəfindən İddiaçı qanunsuz olaraq yazılmış 300,55 manat artıq hesablanmış pulun silinməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanında yaşayır və evində sudan istifadə edir. Evə qanuni qaydada su çəkilmişdir. Sudan qanuni qaydada istifadə edərək haqqı vaxtı-vaxtında ödənilmişdir. İstifadə olunan suyun miqdarı plonblanmış su sayğacı ilə ölçülmüşdür. Cavabdeh təşkilatın işçiləri İddiaçı qanunsuz olaraq 300,55 manat artıq pul yazmışlar. İddiaçı Zaqatala Rayon Sukanal Sahəsinə həmin ünvanın su borcuna dair rəsmi hesabat blankının təqdim edilməsi barədə ərizə ilə müraciət etmişdir. Su borcunun hansı vaxtdan yarandığı, hansı qanuna əsasən yarandığı və hansı sayğaca əsasən hesablandığının həmin hesabatda göstərilməsini xahiş etmişdir. "xxxx" ASC 6 nömrəli Regional Sukanal İdarəsi X4 xx.xx.2022-ci il tarixli, 308 saylı cavabı ilə bildirilmişdir ki, əsassız olaraq borc yazılmışdır. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(033)-177/2023 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddianın təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı barəsində tərtib etdiyi və **********363 abonent kodlu abonent kartı məlumatlarında 2017-ci ilin iyun ayı üzrə akta əsasən hesablanmış borc qismində qeyd edilmiş 300,55 (üç yüz manat əlli beş qəpik) manatın İddiaçı hesabından silinməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin abonenti kimi müqavilə bağlanılmadan özü yaşadığı ünvan 1 ünvanında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən göstərilən xidmətlərdən istifadə etmişdir. İddiaçı ilə cavabdeh arasında Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan (iddiaçı tərəfindən imzalanmamış) müqavilə 01 iyun 2017-ci il tarixdə bağlanmış və həmin müqavilə əsasında iddiaçıya məxsus mənzildə xx.xx.2018-ci il tarixdə suölçən cihaz quraşdırılaraq abonent kodu təqdim edilmişdir. Həmin tarixədək verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq hesablanmışdır. İddiaçı mənzilində istifadə etdiyi suyun və axıdılmış tullantı sularının dəyərini vaxtı-vaxtında ödədiyi halda, ona 2017-ci ilin iyun ayı üzrə akt əsasında çirkab sularının axıdılmasına görə 324,90 manat borc hesablanmışdır. Cavabdeh tərəf qeyd etmişdir ki, İddiaçı cavabdeh tərəfindən göstərilən xidmətlər müqabilində suölçən cihaz vasitəsi ilə hesablanmış ödənişləri ödəmiş və onun xx.xx.2022-ci il tarixə suölçən cihaz quraşdırılana qədər yığılmış 300,55 qəpik qalıq borcu vardır. İddiaçı iddia ərizəsi ilə müraciət edərək 300,55 manat borcun hesabından silinməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Göründüyü kimi, İddiaçı silinməsini tələb etdiyi borc ona məxsus ünvan 1 ünvanında suölçən cihaz quraşdırılanadək hesablanmış borc məbləğidir. Cavabdeh tərəfindən təqdim edilmiş abonent kartından görünmüşdür ki, abonent İddiaçı hesabına yazılmış 324,90 manat borc məbləği 2017-ci ilin iyun ayı üzrə müəyyən edilmişdir. İş materiallarından görünmüşdür ki, cavabdehin nümayəndəsi çıxışında müqavilə bağlandıqda iddiaçı X1 əvvəlki dövrlərdə su və çirkab xidmətindən müqaviləsiz istifadəyə görə akt tərtib olunduğunu bildirmişdir. Həmin akta əsasən 333,9 manat borc hesablandığını qeyd etməklə, yalnız iddiaçı barədə məlumatları əks etdirən abonent kartını təqdim etməklə və orada 2017-ci il iyun ayında iddiaçının borcuna dair aktın tərtib edilməsi barədə qeydin əlavə edilməsi ilə kifayətlənmişdir. Borcun yaranmasına əsas olmuş akt və iddiaçının su təchizatı müəssisəsinin razılığı olmadan sudan və tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə etməsinə dair sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən Cavabdeh ASC-nin 6 nömrəli X9 İdarəsi tərəfindən təqdim edilmiş və **********363 nömrəli abonent barədə olan abonent kartı məlumatlarında qeyd edilmiş 2017-ci il üzrə aktda İddiaçı tərəfindən hər hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsi müəyyən edilə bilməmişdir. Məhkəmə isə mövcud olmayan və məhkəməyə təqdim edilməmiş həmin akt əsasında ziyan vurulmasının hesablanmasını qanuni hesab etməmişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, Cavabdeh ASC-nin tələb etdiyi zərərin hesablanması barədə qərarın (aktın) əsaslı olduğuna dair halları sübut etmək vəzifəsi bu qərarı qəbul etmiş orqanın üzərinə düşür. Lakin iş üzrə cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bu qeyd edilənlər isə İddiaçı tərəfindən Cavabdeh ASC tərəfindən göstərilən xidmətdən qeyri-qanuni istifadə edilməsini şübhə altına almışdır. Göstərilən həmin halların şübhə deyil əsaslı və ağlabatan olması isə cavabdeh tərəfindən hər hansı bir qaydada sübut edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilərək Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı barəsində tərtib etdiyi və **********363 abonent kodlu abonent kartı məlumatlarında 2017-ci ilin iyun ayı üzrə akta əsasən hesablanmış borc qismində qeyd edilmiş iddia tələbindən kənara çıxmadan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq 300,55 manat İddiaçı hesabından silinməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2, 560.1, 560.2-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.9.3, 3.1.1, 7.4, 8.6 və 8.7-ci bəndləri, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30, 67.1 və 72-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 37381181 saylı, xx.xx.2017-ci il tarixli müqavilə əsasında içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq abonent istifadə etdiyi içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərinə uyğun sayğac olmadıqda və ya nasaz olduqda isə qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydalara əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödəyir. Belə ki, iddiaçıya məxsus ünvana 21 fevral 2018-ci il tarixdə CSS-20 markalı su sayğacı quraşdırılmışdır. İddiaçının istifadə etdiyi xidmətlərin dəyəri həmin sayğacın göstəricisinə əsasən hesablanmışdır. İddiaçı ünvan 1 ünvanında yaşayır və evində sudan istifadə etmişdir. Evə qanuni qaydada su çəkilmişdir. İstifadə olunan suyun miqdarı plomblanmış su sayğacı ilə ölçülmüşdür. Borc tərəflər arasında mövcud olmuş mülki hüquq münasibətindən irəli gələn öhdəliklərin iddiaçı tərəfindən pozulmasının nəticəsində yaranmışdır. Qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq məhkəmə onların həmin dəlillərini qiymətləndirməmişdir. Mülki iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı və cavabdeh arasında müqavilə münasibətləri əvvəlcədən olmuş, lakin 2017-ci il tarixdən başlayaraq tərəflər arasında yeni müqavilə bağlanmışdır. İddiaçı cavabdehlə onun arasında 2017-ci ilədək olan dövrdə onların arasında mülki hüquq münasibətlərinin olmamasını mübahisələndirməmişdir. Belə ki, həmin tarixədək tərəflərin arasında mülki dövriyyənin olması, tərəflərin üzərinə müvafiq öhdəliklərin (suyun verilməsi, çirkab sularının axıdılması və hər ay ödəməli olan vəsaitin ödənilməsi) olması və həmin münasibətdən irəli gələn mülki dövrüyyənin olması iş üzrə mübahisəsiz haldır. Mülki iş materiallarından görünmüşdür ki, cavabdeh iddiaçını lazımi keyfiyyətdə və həcmdə su ilə təmin etmiş, çirkab sularının axıdılması ilə bağlı müvafiq tədbirlər görmüşdür. Suyun və çirkab sularının axıdılmasının hesablanması “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli “X3 təsdiq edilməsi haqqında” 262 nömrəli qərarına əsasən aparılmışdır. İddiaçı içməli su və çirkab sularının axıdılması ilə bağlı 2017-ci ilədək ona hesablanmış ödənilməli olan məbləği ödəmədiyindən Cavabdeh ASC-nin 6 nömrəli Regional Sukanal İdarəsi X7 (əvvəlki adı: "xxxx" MMC X7) tərəfindən iddiaçı barəsində akt tərtib edilmiş və həmin akta əsasən 333,90 (manat) borc hesablanmışdır. Bununla bağlı iddiaçıya rəsmi məktubda ünvanlanmışdır. Hesab etmişdir ki, mülki iş materialları ilə müəyyən edilmiş halları məhkəmə müəyyən etməsinə baxmayaraq mülki iş üzrə düzgün nəticəyə gəlməmiş, tərəflər arasında yaranmış münasibətləri düzgün müəyyən edə bilməmiş, iddiaçının 2017-ci il tarixədək olan müddəti mübahisələndirmədiyini, iddiaçının mübahisələndirmədiyi 2017-ci il tarixədək borcunun olub-olmamasına hər hansı sübutunun olmasını və ya olmamasını həll etmədən iddia tələbini əsassız olaraq təmin etmişdir. Qeyd edilənləri nəzərə alaraq Zaqatala Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, e-2(033)-177/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC 6 nömrəli Regional Sukanal İdarəsinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini və Zaqatala Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, e-2(033)-177/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqrına baxmayaraq İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdirlər. İddiaçının vəkili həmçinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək apellyasiya şikayətinin təmin edilməməsini və işə iddiaçının və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.9.3-cü bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi onunla müqavilə bağlanılmadıqda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) onun vəzifəsidir. Həmin Qaydaların 3.1.1-ci bəndinin əsasən, su təchizatı və kanalizasiya müəssisəsi su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz qoşulma hallarını aşkar etdikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır. Həmin Qaydaların 4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin Qaydaların 6-cı bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 67.1-ci maddəsində göstərilir ki, bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Həmin Qanunun 72-ci maddəsinə əsasən, bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(033)-177/2023 saylı qətnaməsinin tamamilə ləğv olunması, iddiaçının iddiasının təmin olunmamasına dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(033)-177/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin abonenti kimi müqavilə bağlanılmadan özü yaşadığı ünvan 1 ünvanında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən göstərilən xidmətlərdən istifadə etmişdir. İddiaçı ilə cavabdeh arasında Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan (iddiaçı tərəfindən imzalanmamış) müqavilə 01 iyun 2017-ci il tarixdə bağlanmış və həmin müqavilə əsasında iddiaçıya məxsus mənzildə xx.xx.2018-ci il tarixdə suölçən cihaz quraşdırılaraq abonent kodu təqdim edilmişdir. Həmin tarixədək verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq hesablanmışdır. İddiaçı mənzilində istifadə etdiyi suyun və axıdılmış tullantı sularının dəyərini vaxtı-vaxtında ödədiyi halda, ona 2017-ci ilin iyun ayı üzrə akt əsasında çirkab sularının axıdılmasına görə 324,90 manat borc hesablanmışdır. Cavabdeh tərəf qeyd etmişdir ki, İddiaçı cavabdeh tərəfindən göstərilən xidmətlər müqabilində suölçən cihaz vasitəsi ilə hesablanmış ödənişləri ödəmiş və onun xx.xx.2022-ci il tarixə suölçən cihaz quraşdırılana qədər yığılmış 300,55 qəpik qalıq borcu vardır. İddiaçı iddia ərizəsi ilə müraciət edərək 300,55 manat borcun hesabından silinməsini tələb etmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, İddiaçı ünvan 1 ünvanında yaşayır və evində sudan istifadə edir. Evə qanuni qaydada su çəkilmişdir. İstifadə olunan suyun miqdarı plomblanmış su sayğacı ilə ölçülmüşdür. Borc tərəflər arasında mövcud olmuş mülki hüquq münasibətindən irəli gələn öhdəliklərin iddiaçı tərəfindən pozulmasının nəticəsində yaranmışdır. Qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq məhkəmə onların həmin dəlillərini qiymətləndirməmişdir. Mülki iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı və cavabdeh arasında müqavilə münasibətləri əvvəlcədən olmuş, lakin 2017-ci il tarixdən başlayaraq tərəflər arasında yeni müqavilə bağlanmışdır. İddiaçı cavabdehlə onun arasında 2017-ci ilədək olan dövrdə onların arasında mülki hüquq münasibətlərinin olmamasını mübahisələndirməmişdir. Belə ki, həmin tarixədək tərəflərin arasında mülki dövriyyənin olması, tərəflərin üzərinə müvafiq öhdəliklərin (suyun verilməsi, çirkab sularının axıdılması və hər ay ödəməli olan vəsaitin ödənilməsi) olması və həmin münasibətdən irəli gələn mülki dövrüyyənin olması iş üzrə mübahisəsiz haldır. Mülki iş materiallarından görünmüşdür ki, cavabdeh iddiaçını lazımi keyfiyyətdə və həcmdə su ilə təmin etmiş, çirkab sularının axıdılması ilə bağlı müvafiq tədbirlər görmüşdür. Suyun və çirkab sularının axıdılmasının hesablanması “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli “X3 təsdiq edilməsi haqqında” 262 nömrəli qərarına əsasən aparılmışdır. İddiaçı içməli su və çirkab sularının axıdılması ilə bağlı 2017-ci ilədək ona hesablanmış ödənilməli olan məbləği ödəmədiyindən Cavabdeh ASC-nin 6 nömrəli Regional Sukanal İdarəsi X7 (əvvəlki adı: "xxxx" MMC X7) tərəfindən iddiaçı barəsində akt tərtib edilmiş və həmin akta əsasən 333,90 (manat) borc hesablanmışdır. Bununla bağlı iddiaçıya rəsmi məktubda ünvanlanmışdır. Hesab etmişdir ki, mülki iş materialları ilə müəyyən edilmiş halları məhkəmə müəyyən etməsinə baxmayaraq mülki iş üzrə düzgün nəticəyə gəlməmiş, tərəflər arasında yaranmış münasibətləri düzgün müəyyən edə bilməmiş, iddiaçının 2017-ci il tarixədək olan müddəti mübahisələndirmədiyini, iddiaçının mübahisələndirmədiyi 2017-ci il tarixədək borcunun olubolmamasına hər hansı sübutunun olmasını və ya olmamasını həll etmədən iddia tələbini əsassız olaraq təmin etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, İddiaçı silinməsini tələb etdiyi borc ona məxsus ünvan 3 ünvanında suölçən cihaz quraşdırılanadək hesablanmış borc məbləğidir. Cavabdeh tərəfindən təqdim edilmiş abonent kartından görünür ki, abonent İddiaçı hesabına yazılmış 324,90 manat borc məbləği 2017-ci ilin iyun ayı üzrə müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi çıxışında müqavilə bağlandıqda iddiaçı X1 əvvəlki dövrlərdə su və çirkab xidmətindən müqaviləsiz istifadəyə görə akt tərtib olunduğunu bildirmişdir. Həmin akta əsasən 333,9 manat borc hesablandığını qeyd etməklə, yalnız iddiaçı barədə məlumatları əks etdirən abonent kartını təqdim etməklə və orada 2017-ci il iyun ayında iddiaçının borcuna dair aktın tərtib edilməsi barədə qeyd əlavə edilməsi ilə kifayətlənmişdir. Borcun yaranmasına əsas olmuş akt və iddiaçının su təchizatı müəssisəsinin razılığı olmadan sudan və tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə etməsinə dair sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh ASC-nin 6 nömrəli X9 İdarəsi tərəfindən təqdim edilmiş və **********363 nömrəli abonent barədə olan abonent kartı məlumatlarında qeyd edilmiş 2017-ci il üzrə aktda İddiaçı tərəfindən hər hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsi müəyyən edilə bilməmişdir. Məhkəmə isə mövcud olmayan və məhkəməyə təqdim edilməmiş həmin akt əsasında ziyan vurulmasının hesablanmasını qanuni hesab etməmişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, Cavabdeh ASC-nin tələb etdiyi zərərin hesablanması barədə qərarın (aktın) əsaslı olduğuna dair halları sübut etmək vəzifəsi bu qərarı qəbul etmiş orqanın üzərinə düşür. Lakin iş üzrə cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bu qeyd edilənlər isə İddiaçı tərəfindən Cavabdeh ASC tərəfindən göstərilən xidmətdən qeyri-qanuni istifadə edilməsini şübhə altına alır. Göstərilən həmin halların şübhə deyil əsaslı və ağlabatan olması isə cavabdeh tərəfindən hər hansı bir qaydada sübut edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(033)-177/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(033)-177/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar