Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-736/2020 26.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında müəyyən edilmiş 266,40 manat məbləğin borc olaraq üzərindən silinməsi tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(039)-2243/2019 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2243/2019 nömrəli qərardadından Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında müəyyən edilmiş 266.40 manbat məbləğin borc olaraq üzərindən silinməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 İstismar İdarəsi tərəfindən tərtib edilmiş ******* saylı akt əsasında əsassız olaraq üzərinə yazılmış 266.40 manat borc məbləğinin onun abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(039)-2243/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı adına ünvan 1 ünvanında olan evdə qazdan istifadə qaydalarının pozulmasına görə tərtib olunmuş xx xxxx 2019-cu il tarixli akt əsasında **********00000 abonent koduna hesablanmış 266,40 manat (iki yüz altmış altı manat qırx qəpik) cərimənin onun borcundan silinməsi qət edilmişdir. Cavabdeh İB-nin etibarnamə üzrə nümayəndəsi X3 qətnamədən apelyasiya şikayəti verərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(039)-2243/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim R.Ə.Əlizadə) xx xxxxxx 2019-cu il tarixli, 2(039)- 2243/2019 nömrəli qərardadı ilə Cavabdeh İB-nin apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi X1 Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2243/2019 nömrəli qərardadından şikayət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh İB-nin X6 İstismar İdarəsinə xx.xx.2019-cu il tarixdə daxil olmuş, həmin qətnamədən verilmiş apelyasiya şikayəti xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. MPM-in 360-cı maddəsinin tələbləri baxımından Məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli, 2(039)-2243/2019 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi müddəti ötürülməmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2243/2019 nömrəli qərardadının ləğv edilməsini, apelyasiya şikayətinin verilməsi müddətinin ötürülməmiş hesab edilməsini və apelyasiya şikayətinin baxılması üçün işlə birlikdə aidiyyəti üzrə göndərilməsini xahiş edir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-2243/2019nömrəli qərardadı ilə Cavabdeh İB-nin etibarnamə üzrə nümayəndəsi X2 həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2243/2019 nömrəli qərardadından verdiyi şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş Cavabdeh İB-nin nümayəndəsi və İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. İddiaçı teleqramla məhkəmə kollegiyasına müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyindən işə iştirakı olmadan baxılmasını və cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2243/2019 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilərlər. Həmin Məcəllənin 360-cı mаddəsinə əsаsən, аpelyаsiyа şikаyəti məhkəmə qətnаməsi rəsmi qаydаdа verildiyi gündən 1 аy müddətində verilir. İş materiallarında görünür ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(039)-2243/2019 nömrəli qətnaməsinin surəti cavabdehin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İşdə olan cavabdehin apelyasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən apelyasiya şikayəti xx.xx.2019-cu il tarixdə tərtib edilmiş, mədaxil qəbzinə əsasən həmin şikayətlə məhkəməyə müraciət üçün xx.xx.2019-cu il tarixdə dövlət rüsumu ödənilmişdir. Apelyasiya şikayətinə əlavə edilmiş sənədlər sırasında poçt reyestri də vardır ki, həmin reyestrə görə apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər xx.xx.2019-cu il tarixdə poçta təqdim edilmişdir (lakin, reyestrdə poçt şöbəsinin möhürü yoxdur). Apelyasiya şikayətinin üzərindəki daxilolma qeydiyyatından isə görünür ki, həmin sənədlər Yevlax Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Birinci instansiya məhkəməsinin qərardadında qeyd olunur ki, apelyasiya şikayətinin xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərilməsinə dair Cavabdeh şikayətə sübut əlavə etməmişdir. Halbuki, cavabdeh apelyasiya şikayətinə poçt reyestri əlavə etmişdir və həmin reyestrə görə apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər xx.xx.2019-cu il tarixdə poçta təqdim edilmişdir. Reyestrdə poçt şöbəsinin möhürünün olmaması həmin sənədin mötəbərliyini şübhə altında qoya bilər. Lakin birinci instansiya məhkəməsi qeyd edilən poçt reyestrinin qəbuledilən olub-olmamasına və nəyə görə sübut kimi qəbul etməməsinə münasibət bildirməmişdir. Digər tərəfdən, əgər sözügedən sənədlər poçt vasitəsilə göndərilməmişsə, onda həmin sənədlərin məhkəməyə hansı yolla daxil olması aydınlaşdırılmalı, əllə təqdim olunduğu halda bu məlumat qərardadda əksini tapmalı və həmin məlumatı təsdiqləyən sübutlara istinad edilməli idi. Göründüyü kimi, apelyasiya şikayətinin xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə məhkəməyə göndərilməsinə dair Cavabdeh İB-nin iddiasına qarşı hakimin etirazı qərardadda hər hansı sübutla əsaslandırılmamışdır. Belə olduğu halda məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşmaq, yəni apelyasiya şikayətinin cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə məhkəməyə göndərildiyini qəbul etmək məcburiyyətindədir. MPM-in 129.3-cü maddəsinə əsasən, apelyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh İB tərəfindən Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(039)-2243/2019 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi müddəti ötürülməmişdir. Ona görə də məhkəmə kollegiyаsı hesаb edir ki, cavabdehin şikayəti təmin olunаrаq iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2243/2019 nömrəli qərardadı ləğv edilməli və apelyasiya şikayəti apelyasiyanın mümkünlüyünün yoxlanılması üçün qəbul edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü maddəsinə müvafiq olaraq, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etsin. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-2243/2019 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında müəyyən edilmiş 266,40 manat məbləğin borc olaraq üzərindən silinməsi tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(039)-2243/2019 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayəti apelyasiyanın mümkünlüyünün yoxlanılması üçün qəbul edilsin. Qərаrdаd elan olunduğu andan qаnuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov.
Məhkəmə qərarları › İş №2(107)-736/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-736/2020
26.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver