Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-737/2020 27.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2305/2019 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan tərəfindən ona əsassız hesablanmış 1575.10 (min beş yüz yetmiş beş manat 10 qəpik) manat cərimə borcunun silinməsi və yeni sayğacın dəyərinin cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax RayonMəhkəməsinin (hakim Ruslan Əlizadə)xx xxxxxxx 2019-cu il tarixli 2(039)-2305/2019nömrəliqətnaməsi ilə iddia təmin edilərək Cavabdeh əməkdaşları tərəfindən İddiaçı əsassız hesablanmış 1575.10 manat borcun silinməsi, yeni quraşdırılmış sayğacların dəyərinin cavabdehə aid edilməsi qət edilmişdir. Həmin qətnamədənCavabdeh apellyasiya şikayəti vermiş, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2305/2019 nömrəli qərardadı ilə qətnamədən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin Cavabdehnə qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2305/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(039)-2305/2019 saylı qətnaməsindən Cavabdeh Tərtər X4 İdarəsi tərəfindən müddət ötürülmədən apellyasiya şikayəti verilmişdir. Belə ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(039)-2305/2019 saylı qətnaməsi Cavabdeh Tərtər X4 İdarəsinə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 360-cı maddəsinin tələblərinə uyğun olaraq xx xxxxxxx 2019-cu il tarixli 2(039)-2305/2019 saylı qətnamədən apellyasiya şikayəti verilməsi müddəti ötürülməmişdir. Yevlax RayonMəhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-2305/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İddaçı İddiaçı məhkəməyə teleqram göndərərək xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Cavabdeh nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2305/2019 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsı MPM və ya MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmin Məcəllənin 360-cı mаddəsinə əsаsən, аpelyаsiyа şikаyəti məhkəmə qətnаməsi rəsmi qаydаdа verildiyi gündən 1 аy müddətində verilir. İş materiallarından görünür ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(039)-2243/2019 nömrəli qətnaməsinin surəti cavabdehin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İşdə olan cavabdehin apellyasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən apellyasiya şikayəti xx.xx.2019-cu il tarixdə tərtib edilmiş, mədaxil qəbzinə əsasən həmin şikayətlə məhkəməyə müraciət üçün xx.xx.2019-cu il tarixdə dövlət rüsumu ödənilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər sırasında poçt reyestri də vardır ki, həmin reyestrə görə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər xx.xx.2019-cu il tarixdə poçta təqdim edilmişdir (lakin reyestrdə poçt şöbəsinin möhürü yoxdur). Apellyasiya şikayətinin üzərindəki daxil olma qeydiyyatından isə görünür ki, həmin sənədlər Yevlax Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Birinci instansiya məhkəməsinin qərardadında qeyd olunur ki, apellyasiya şikayətinin xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərilməsinə dair Cavabdeh şikayətə sübut əlavə etməmişdir. Halbuki, cavabdeh apellyasiya şikayətinə poçt reyestri əlavə etmişdir və həmin reyestrə görə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər xx.xx.2019-cu il tarixdə poçta təqdim edilmişdir. Reyestrdə poçt şöbəsinin möhürünün olmaması həmin sənədin mötəbərliyini şübhə altında qoya bilər. Lakin birinci instansiya məhkəməsi qeyd edilən poçt reyestrinin qəbuledilən olub-olmamasına və nəyə görə sübut kimi qəbul etməməsinə münasibət bildirməmişdir. Digər tərəfdən, əgər sözügedən sənədlər poçt vasitəsilə göndərilməmişsə, onda həmin sənədlərin məhkəməyə hansı yolla daxil olması aydınlaşdırılmalı, bilavasitə (əl ilə) təqdim olunduğu halda bu məlumat qərardadda əksini tapmalı və həmin məlumatı təsdiq edən sübutlara istinad edilməli idi. Göründüyü kimi, apellyasiya şikayətinin xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə məhkəməyə göndərilməsinə dair Cavabdeh İB-in iddiası ilə razılaşmayan birinci instansiya məhkəməsinin hakimi qərardadda razılaşmamasının səbəblərini əsaslandırmamış, buna dair mötəbər sübutlara istinad etməmişdir. Belə olduğu halda məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşır və apellyasiya şikayətinin cavabdeh tərəfindən xx.xx.2019cu il tarixdə poçt vasitəsilə məhkəməyə göndərildiyini ağlabatan hesab edir. MPM-in 129.3-cü maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh İB tərəfindən Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(039)-2305/2019 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmişdir. Ona görə də məhkəmə kollegiyаsı hesаb edir ki, cavabdehin şikayəti təmin olunаrаq iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2305/2019 nömrəli qərardadı ləğv edilməli və apellyasiya şikayəti apellyasiyanın mümkünlüyünün yoxlanılması üçün qəbul edilməlidir. Azərbаycаn Respublikаsı MPM-in 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etsin. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən on gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2305/2019 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(039)-2305/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiyanın mümkünlüyünün yoxlanılması üçün qəbul edilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-737/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-737/2020
27.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver