Məhkəmə qərarları › İş №2(107)-742/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-742/2023

12.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-742/2023 12.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxslər X2 və X5 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi, ləğv, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxslər X2 və X5 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(025)-73/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Qəbələ Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(025)-73/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxslər X2 və X5 qarşı “vərəsəlik hüququ haqqında Şəhadətnamənin və DƏDRdən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-163A kod 40666648 saylı Şəhadətnaməyə əsasən mərhumlar X6 və X7 mülkiyyətində olub, miras qalmış 0.49 ha həyətyanı torpaq sahəsinə Qəbələ "ASAN" xidməti notariusu tərəfindən X3 və X1 adına verilmiş vərəsəlik hüququ haqqında 10 06.2022-ci il tarixli Şəhadətnamənin,X4 adına ƏMDK DƏDKRX HDQHƏDR-dən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(025)-73/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxslər X2 və X5 qarşı “vərəsəlik hüququ haqqında Şəhadətnamənin və DƏDR-dən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən xx.xx.2023-cü il tarixdə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-501/2023 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(025)-73/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyrimümkün hesаb edilmişdir. xx.xx.2023-cü ildə Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(025)- 73/2023 nömrəli qərardadından İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət məhkəməyə elektron sistem vasitəsi ilə daxil olmuşdur. Həmin mülki iş məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-73/2023 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(025)-73/2023 nömrəli qətnaməsindən İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya şikayətinin İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə geri qaytarılması qərara alınmışdır. xx.xx.2023-cü ildə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılması halını üzürlü hesab edilməsini , buraxılmış müddətin bərpa edilməsi haqqında qəradad qəbul edilməsini və apellyasiya şikayətini Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(025)-73/2023 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(025)-73/2023 nömrəli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş “prosessual müddətin bərpa olunmasına dair” ərizənin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(025)-73/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti İddiaçı vəkili və nümayəndəsi Nümayəndə geri qaytarılması qərara alınmışdır. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Qəbələ Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(025)-73/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(025)- 73/2023 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(025)-73/2023 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilməli, apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçının nümayəndəsi olsa da, onun razılığı olmadan şikayət vermək hüququ yoxdur. İddiaçı xx.xx.2023-cü il tarixli qəradadı şəxsən aldıqdan sonra həmin qəradaddan şikayət verməyi barədə ona tapşırıq vermişdir. Onun şəxsi kabinetinə gəlmiş qəradadın mətni ilə A.Rəşad tanış olabilməmişdir ona görə ki, iddiaçı Qəbələdə, o isə Bakı şəhərində yaşayır. Məhz A.Rəşadın özünün qəradadı rəsmi qaydada aldıqdan sonra qəradaddan şikayət vermə müddəti çərçivəsində müddətin bərpası barədə ərizənin verilməsi normal hal kimi qəbul edilməlidir. Mülki işin materiallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023cü il tarixli, 2(025)-73/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü ildə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən, xx.xx.2023-cü il tarixdə isə İddiaçı tərəfindən poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Sonuncular tərəfindən Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(025)-73/2023 nömrəli qətnaməsindən verilmiş ilk apellyasiya şikayəti 2 mart 2023-cü ildə, yəni iddiaçıya münasibətdə apellyasiya şikayəti verilməsi müddətinin bitməsindən 12 gün, onun nümayəndəsi, vəkilinə münasibətdə isə 7 gün öncə verilmişdir. Apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-501/2023 nömrəli qərardadı 3 aprel 2023-cü ildə iddiaçıya, 6 aprel 2023-cü ildə isə onun nümayəndəsi, vəkilinə rəsmi qaydada verilmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti xx.xx.2023cü il tarixdə məhkəməyə elektron sistem vasitəsilə göndərilmişdir. Göründüyü kimi, iddiaçı tərəf apellyasiya şikayətinin 2 saylı əlavəyə uyğun olmadığını bildikləri andan iddiaçıya münasibətdə 4 gün, onun nümayəndəsi, vəkilinə münasibətdə isə 1 gün sonra apellyasiya şikayətini nöqsanları aradan qaldırmaqla vermişlər. Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(025)-73/2023 nömrəli qətnaməsi iddiaçı tərəfə rəsmi qaydada verildikdən 7 aprel 2023-cü ilədək keçən müddət iddiaçı tərəfin təqsiri olmadığından, müddətin ötürülməsi üzrlü hesab edilməlidir. Göstərilənlərə əsasən İddiaçı şikayətini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır; apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(025)-73/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(025)-73/2023 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(025)-73/2023 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilməli, apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi şikаyətə bаxıb qərаrdаdı tаm və yа qismən ləğv edib, yаxud dəyişib işi birinci instаnsiyа məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(025)-73/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(025)-73/2023 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilsin. Apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar