Məhkəmə qərarları › İş №2(107)-744/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-744/2020

10.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-744/2020 10.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-138/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-138/2020 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddia qismən təmin edilmiş, İddiaçı azyaşlı uşaqları xx xxxxx 2012-ci il təvəllüdlü X10, xx xxxx 2013-cü il təvəllüdlü X11 və xx xxxxx 2017-ci il təvəllüdlü X8 ilə birlikdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin MKİS ilə Cavabdeh arasında xx xxxxxxxx 2012-ci il tarixdə bağlanmış 420 nömrəli xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinə əsasən Cavabdeh, İddiaçı və X1 və istifadələrinə verilmiş Şəki şəhəri, Çələbixan qəsəbəsində yerləşən, 420 nömrəli, iki otaqlı evə köçürülməsi və Cavabdeh tərəfindən edilən maneələrin ona qadağan edilməsi, iddianın həmin evdə yaşayan kənar şəxslərin çıxarılması hissəsində baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli, 2(075)-138/2020 saylı qərardadının nəzərə alınması, İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşaqlarının Şəki şəhəri ərazisində salınmış Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsində yerləşən 2 otaqdan ibarət olan 420 saylı evə köçürülmələri, həmin evdə yaşayan kənar şəxslərin çıxarılması və cavabdeh tərəfindən edilən maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)- 292/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə onun arasında xx xxxxxx 2012-ci il tarixdə Şəki şəhər İHB-nın Şorsu kəndindəki nümayəndəliyində bağlanmış 13 saylı nikahın pozulması, onların birgə nikahdan xx xxxxx 2012-ci il tarixdə anadan olmuş X10 və xx xxxx 2013-cü il tarixdə anadan olmuş X12 adlı uşaqları atası Cavabdeh himayəsində saxlanılmaları, onların birgə nikahdan anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh ondan aliment tələb etməməsinin nəzərə alınması qət edilmişdir. Lakin qətnamə çıxdığı gündən Cavabdeh xx xxxxx 2012-ci ildə anadan olmuş X14 və xx xxxx 2013-cü il tarixdə anadan olmuş X11 adlı uşaqlarını onun üstünə ataraq Rusiya Federasiyasına getmişdir. xx.xx.2017-ci il tarixdə X8 adlı bir uşaqları da anadan olmuşdur. Bundan sonra Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-381 /2018 saylı qətnaməsi ilə onun iddiası qismən təmin edilmiş, onların birgə nikahdan olmuş uşaqları xx xxxxx 2012ci il təvəllüdlü X9, xx xxxx 2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 onun yanında saxlanılması və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 80 manat olmaqla, cəmi 240 manat məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi, alimentin tutulmasının əvvəli xx xxxxx 2018-ci il tarixdən hesablanması, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İddiaçı daha sonra bildirmişdir ki, hələ birgə nikahda olduqları vaxtda yəni, xx xxxxxxxx 2012-ci il tarixdə cavabdehlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında 420 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Həmin müqaviləvə əsasən onlara Səki şəhəri ərazisində salınmış Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsində 2 otaqlı 420 nömrəli ev istifadə və sahibliklərinə verilmişdir. Həmin evə o, Cavabdeh, uşaqları X10, xx xxxx 2013-cü il tarixdə isə birgə nikahdan anadan olmuş uşaqları X2 ailə üzvləri kimi qeydiyyata alınmış və orada yaşamağa başlamışlar. Lakin nikahları pozulduqdan sonra cavabdeh onu və uşaqlarını həmin evdən iradələri ziddinə çıxarmış və Şəki rayon Sarıca kəndində yerləşən atası evinə gətirmişdir. Həmin evə isə keçmiş həyat yoldaşı tərəfindən başqa şəxslər yerləşdirilərək evi onlara kirayəyə vermişdir. Hazırda o, azyaşlı uşaqları ilə atası evində yaşayır. Atası evində uşaqların sağlam böyüməsi, inkişaf etməsi və normal yaşaması üçün heç bir şərait yoxdur. Ev çox darısqaldır, heç bir şəraiti yoxdur. O və azyaşlı uşaqları bu günədək həmin 420 saylı evdə üzürlü səbəbdən yaşamırlar. Cavabdeh onları oradan iradələri ziddinə çıxarmış, evin açarını götürmüş və onları oraya buraxmamışdır. Əlavə olaraq bildirdi ki, həmin evi kirayə kimi verilən şəxslərin kim olduqlarını bilmir. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-292/2017 saylı qətnaməsi ilə onunla İddiaçı arasında xx xxxxxx 2012-ci il tarixdə Şəki şəhər İHB-nın Şorsu kəndindəki nümayəndəliyində bağlanmış 13 saylı nikahın pozulması, onların birgə nikahdan xx xxxxx 2012-ci il tarixdə anadan olmuş X10 və xx xxxx 2013-cü il tarixdə anadan olmuş X13 adlı uşaqlarının onun himayəsində saxlanılmaları, onların birgə nikahdan anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh ondan aliment tələb etməməsinin nəzərə alınması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-381 /2018 saylı qətnaməsi ilə onların birgə nikahdan olmuş uşaqları - xx xxxxx 2012-ci il təvəllüdlü X9, xx xxxx 2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 İddiaçı yanında saxlanılması və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 80 manat olmaqla, cəmi 240 manat məbləğində alimentin ondan alınaraq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəli xx xxxxx 2018-ci il tarixdən hesablanması, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Bildirdi ki, hələ birgə nikahda olduqları vaxtda yəni, xx xxxxxxxx 2012-ci il tarixdə ona Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında 420 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Həmin müqaviləvə əsasən Səki şəhəri ərazisində salınmış Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsində 2 otaqlı 420 nömrəli ev istifadə və sahibliklərinə verilmişdir. İddiaçı da daxil olmaqla uşaqları X10, X11 ilə birlikdə həmin evə köçərək orada yaşamağa başlamışlar. Lakin sonradan iddiaçı ilə münasibətləri korlanmış və nikahları pozulduqdan sonra iddiaçı Şəki rayon Sarıca kəndində yerləşən atası evinə getmişdir. Halhazırda ikinci dəfə ailə qurmuş və Gəncə şəhəri ətrafında olan köçkünlər qəsəbəsində yaşayır. Şəki rayonunun Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsində 2 otaqlı 420 nömrəli evi isə təxminən 2 il bundan əvvəl başqa bir məcburi köçkünə satmış və əldə etdiyi məvaciblə aliment ödəmişdir. İddianı qəbul etmir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktı qəbul edilmişdir. Cavabdeh Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-138/2020 saylı qətnaməsindən аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2017-ci ildə keçmiş həyat yoldaşı İddiaçı ilə olan nikahı məhkəmə qərarı ilə pozulmuşdur. İstər Çələbixan qəsəbəsində, istərsə də Gəncə ətrafı 2 saylı qəsəbədə yaşayan insanlar şahiddirlər ki, 19 ay, yəni 2016-cı il avqust ayından 2018-ci ilin mart ayına kimi 2 övladını heç bir aliment tələb etmədən o saxlamışdır. Övladlarını saxladığı bu 19 ayda Şəki rayon Çələbixan qəsəbəsində yox, Gəncə ətrafı 2 saylı qəsəbədə 2 otaqlı ev kirayə edərək uşaqları orada saxlamışdır. Çünki ata qohumları Gəncədəki qəsəbədə yaşayırlar, uşaqları saxlamaqda ona böyük köməkləri olurdu. Buna baxmayaraq Gəncədə kirayə etdiyi evin hər 70 manat kirayə pulunu işıq, qaz və su pulunu ödəyirdi. Eyni zamanda uşaqların 19 ay sağlamlıqlarını, yeməklərini və geyimlərini özü təmin etmişdir. Şəki rayon Çələbixan qəsəbəsindəki ona aid olan 2 otaqlı evi başqa köçkün ailəyə verərək ondan 4300 manat pul almışdır. Hansı ki, həmin pulları qeyd etdiyi kimi uşaqlara sərf etmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-138/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-138/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-138/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 138/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş AZ-İİ 947408 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş durətindən görünür ki, xx xxxxx 2012-ci il təvəllüdlü X5 atası Cavabdeh, ansı isə X7r. İş materiallarına əlavə edilmiş AZ-İİİ 143342 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş durətindən görünür ki, xx xxxx 2013-cü il təvəllüdlü X6 atası Cavabdeh, ansı isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(075)-292/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2012-ci il tarixdə Şəki şəhər İHB-nın Şorsu kənd nümayəndəliyində bağlanmış 13 saylı nikahın pozulması, tərəflərin birgə nikahdan xx xxxxx 2012-ci il tarixdə anadan olmuş X10 və xx xxxx 2013-cü il tarixdə anadan olmuş X13 adlı uşaqlarının Cavabdeh himayəsində saxlanılmaları, tərəflərin birgə nikahdan anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh aliment tələb etməməsinin nəzərə alınması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-381 /2018 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahdan olan uşaqları-xx xxxxx 2012-ci il təvəllüdlü X10, xx xxxx 2013-cü il təvəllüdlü X11 və xx xxxxx 2017-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 80 manat olmaqla cəmi 240 manat məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verililməsi, alimentin tutulmasının əvvəlinin xx xxxxx 2018-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Çələbixan qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 169 nömrəli arayışdan görünür ki, xx xxxxxxxx 2012-ci il tarixdə Şəki şəhəri ərazisində salınmış Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsində 2 otaqdan ibarət olan 420 saylı evdə göstərilən tarixdə Cavabdeh, İddiaçı, X10, xx.xx.2013cü ildə birgə nikahdan anadan olmuş X11 doğulduğu tarixdən qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin MİD-nin Şəki rayonu üzrə MKİS tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 43 saylı arayışdan görünür ki, xx xxxxxxxx 2013-cü il tarixli, 420 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, 420 nömrəli 2 otaqlı yaşayəş sahəsi haqqı ödənilməklə Cavabdeh, İddiaçı və X5 istifadəsinə və sahibliyinə verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh xx xxxxxx 2012-ci il tarixdə nikaha daxil olmuş və onların bigə nikahlarından X10, X11 və X8 adında 3 övladı anadan olmuşdur. Tərəflər birgə nikahda olduğu vaxtda onlara yaşmaları üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xx xxxxxxxx 2013-cü il tarixli, 420 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Şəki şəhəri ərazisində salınmış Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsində 2 otaqdan ibarət olan 420 saylı yaşayış sahəsi haqqı ödənilməklə Cavabdeh, İddiaçı və X5 istifadəsinə və sahibliyinə verilmişdir. Bundan sonra tərəflər 2017-ci ilədək həmin evdə yaşamışlar. Sonradan tərəflər arasındakı münasibətlər korlanmış və onlar boşanmışlar. Sonda tərəflərin birgə nikahlarından doğulan uşaqları iddiaçının himayəsində saxlanılmış, hal-hazırda da onun himayəsindədir. İddiaçı hazırkı halda uşaqları ilə birlikdə ata evində yaşayır. Cavabdeh isə iddianı qəbul etməmiş, lakin, iddianı qəbul etməməsində haqlı olduğunu təsdiq edəcək hər hansı bir sübutu məhkəmələrə təqdim etməmişdir. Əksinə, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin MKİS ilə Cavabdeh arasında bağlanmış 420 nömrəli xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin 2.5-ci maddəsində razılaşdırılmışdır ki, kirayəçinin ailə üzvləri bu müqavilə üzrə kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Eyni zamanda həmin vaxt Cavabdeh İddiaçı ilə birlikdə yaşaması və onların uşaqları ilə birlikdə bir ailə olmaları nəzərə alınmış və bu səbəbdən onlara iki otaqlı ev verilmişdir. Bütün bunlar isə İddiaçı həmin evdə Cavabdeh ilə bərabər hüquq və vəzifələrə malik olmasını deməyə əsas verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbayan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiyası işin hallarını, maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı 2 iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-138/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-138/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar