Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-76/2023 10.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(025)-58/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin xx.xx.2006-ci il qeydiyat tarixli, ********* qeydiyyat nömrəli Seriya MH ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh adına Qəbələ rayonu, Nohurqışlaq kəndində 0.026 ha sahibkarlıq fəaliyyətli torpaq qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi Qəbələ rayon X7 Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli qərarından çıxarışla Cavabdeh ticarət obyekti tikmək üçün verilmişdir. Cavabdeh inşa etdiyi qeyri yaşayış sahəsi ticarət obyekti Qəbələ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998 -ci il tarixli 175 saylı sərəncamı ilə tikinti istismara qəbul edilmişdir. Həmin tikinti İddiaçınun Qəbələ rayonu Nohurqışlaq kəndindən keçən d-57 mm diametrli və d-159 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında yerləşir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Qəbələ rayonu Nohurqışlaq kəndindən keçən d-57 mm diametrli və d-159 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. xx.xx.2021-ci il tarixdə cavabdeh İddiaçı İB-in nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, iddia ərizəsinin "Xahiş edirəm" hissəsində cavabdehin ad, soyad, ata adı texniki səhv olaraq göstərilmədiyini və ona görə də həmin hissədə dəqiqləşmə aparılmalı olduğunu, bu səbəbdən Cavabdeh tərəfindən Qəbələ rayonu Nohurqışlaq kəndindən keçən d-57 mm diametrli və d-159 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq ”Azəriqaz” X1 istismarı İdarəsinin balansında və istismarında olan Qəbələ rayonu Nohurqışlaq kəndindən keçən d-57 mm diametrli və d-159 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərlərinin 25 (iyirmi beş) p/m. hissəsində qaz xəttinin mühafizə zonası pozaraq üzərində tikili inşa edilmiş və qaz xəttləri tikilinin qarşısına döşənmiş səkinin altına salınmşdır. ”X8” Azərbaycan Respublikasının Qanununa, “X8” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir. “Qaydalar”ın 2 nömrəli əlavəsinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 5 (beş) metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Bundan əlavə gələcəkdə insan təlafatı ilə nəticələnə biləcək hər-hansı qəza və bədbəxt hadisələrin vaxtında qarşısının alınması məqsədilə və kəmərə texniki xidmətin göstərilməsi üçün təhlükəsizlik zonasında inşa edilmiş tikililnin mühafizə zolağına düşən hissəsinin öz vəsaiti hesabına sökülməsi və ya kəmərin təhlükəsiz zonaya çıxarılması üçün texniki icra sənədlərinin hazırlanması məqsədilə Zaqatala RQİİ-nin Texniki istismar şöbəsinə müraciət edilməsi, əks təqdirdə tikililərin sökülməsi barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili təxirəsalınmadan sökülməlidir.
5. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 qeyd olunanlara uyğun izahat verərək, iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Həmçinin göstərdi ki, ekspert rəyində də cavabdehə məxsus tikilinin qaz kəmərinin mühafizəsi zonasında yerləşdiyi müəyyən edilmişdir Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı tərəfindən sökülməsi tələb edilən torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsində yerləşməklə ona məxsusdur O, mübahisəli tikintini 1998-ci ildə tikmiş, 2006-cı ildə isə torpaq sahəsini almışdır. 2012-ci ildə isə həmin yerdən qaz xətti çəkilmişdir. Əslində iddiaçı onun mülkiyyət hüquqlarını pozaraq ona məxsus torpaq sahəsindən qaz xəttini qanunsuz keçirir. Həmçinin qaz xətti ona məxsus tikilidən 4,65 metr məsafədə yerləşir. Bu hallar ekspert tərəfindən nəzərə alınmamış və ekspert tərəfindən düzgün ölçülməmişdir. Qeyd etdiyi halları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi tikili (mağaza) cavabdehin mülkiyyətinə verilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində 0.026 ha sahibkarlıq fəaliyyətli torpaq sahəsində yerləşir. Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2022-ci il tarixli 10/3127 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən, mübahisə predmeti olan tikilidən qaz xətlərinin açıqda olan hissəsinə qədər olan məsafə 3,54 metr təşkil edir və həmin tikili d-57 mm diametrli və d-159 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizəsi zonasında yerləşir.
7. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsi və «X8» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, sökülməsi tələb edilən tikili qaz kəmərinin mühafizəsi zonasında yerləşir.
8. Beləliklə, məhkəmə qeyd edir ki, sökülməsi iddia edilən tikilinin qaz kəmərinin mühafizəsi zonasında yerləşir və bu səbəbdən iddiaçının iddia tələbi təmin edilməlidir
9. Mülki Məcəllənin 180.3-cü maddəsinin 3-cü bəndi isə müəyyən edir ki, «… Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.»
10. «X8» Azərbaycan Respublikası Qanunu isə qaz kəmərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasını qadağan edir.
11. Qeyd edilməlidir ki, iddiaçı tərəfin iddia tələbində olan dəlilləri - mübahisəli tikilinin lazımi icazə alınmadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsi, həmin tikilinin sözügedən “Qaydalar”ın tələbləri pozulmaqla magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsi, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olacağı, sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağı ilə bağlı olmuşdur.
12. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh tərəfindən tikintiyə başlamazdan əvvəl məlumatlandırma icraatı qaydasında müvafiq inzibati orqana müraciət etməsi və belə müraciətin inzibati orqana daxil olması, inzibati icraat qaydasında hər hansı prossesual hərəkətlərin yerinə yetirilməsi barədə də hər hansı sübut təqdim edilməmişdir.
13. Cavabdehin inşa etdiyi tikilinin (qeyri yaşayış sahəsi) qaz kəmərinin mühafizə zonasında yerləşməsi iş materialları ilə tam təsdiq olunur. Belə ki, mübahisəli tikili (qeyri yaşayış sahəsi) yüksək təzyiqli qaz kəmərindən 3,54 metr məsafədə yerləşir.
14. Göründüyü kimi mühafizə zonasının müəyyən olunması təkcə qaz kəmərinin mühafizəsini təmin etmək üçün deyil, eyni zamanda insanların həyat və sağlamlığının qorunması, onlar üçün yarana biləcək təhlükələri istisna etmək üçün müəyyən olunmuşdur.
15. Azərbaycan Respublikası qanunları ilə mülkiyyət hüququ müdafiə olunduğu kimi, eyni zamanda insanların həyat və sağlamlığı da qorunur.
16. Sağlamlığın qorunması hüququ Azərbaycan Respublikası Konstitusiyasında (41ci maddə) insanların əsas hüquqlarından biri kimi bəyan olunmuşdur.
17. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin (qeyri yaşayış sahəsi) qaz kəmərinin mühafizə zonasında yerləşməsi onların özünün həyatı üçün ciddi təhlükə yaratdığından, mübahisənin həllinə yalnız mülkiyyət hüququnun müdafiəsi baxımından yanaşılması əsaslı sayıla bilməz. Bu baxımdan məhkəmə iddianı təmin edərkən cavabdehin və digər şəxslərin sağlamlıq hüquqlarını da nəzərə alır.
18. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının sökülməsini tələb etdiyi tikili qaz kəmərinin mühafizəsi zonasında yerləşir ki, həmin tikilinin (qeyri yaşayış sahəsi) sökülməsi cavabdehin mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
19. Qəbələ Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(025)-58/2022 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin olunmuş, Cavabdeh tərəfindən Qəbələ rayonu Nohurqışlaq kəndindən keçən d-57 mm diametrli və d-159 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa edilən tikili cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülsün və mühafizə zonasından çıxarılması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ**********0000001944, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə, “X8” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 Yanvar 2015-ci il tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»na istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
21. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin xx.xx.2006-ci il qeydiyat tarixli, ********* qeydiyyat nömrəli Seriya MH ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh adına Qəbələ rayonu, Nohurqışlaq kəndində 0.026 ha sahibkarlıq fəaliyyətli torpaqlar olaraq daşınmaz əmlakın dövlət reystrində 1 nömrəli reyestr kitabının 10-cu vərəqində qeydiyyata alınmışdır.
22. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə həmin torpaq sahəsinə dair A 208755 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir.
23. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli qeydiyat tarixli, ********** qeydiyyat nömrəli Seriya MA ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh adına Qəbələ rayonu, Nohurqışlaq kəndində 0.735 ha kənd təsərrüfatı təyinatlı torpaqlar olaraq daşınmaz əmlakın dövlət reystrində 25 nömrəli reyestr kitabının 10-cu vərəqində qeydiyyata alınmışdır
24. Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının dəlillərinə aydınlıq gətirmək məqsədilə iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 19 iyul 2022-ci il tarixli 10/3127 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən, mübahisə predmeti olan tikilidən qərardadda ekspert qarşısında qoyulmuş suallarda qeyd olunan qaz xətlərinin açıqda olan hissəsinə qədər olan məsafənin 3,54 metr təşkil etdiyini nəzərə alaraq həmin tikilinin d-57 mm diametrli və d-159 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizəsi zonasında yerləşdiyi müəyyən olunur. Qərardadın 3-cü sualının cavablandırılması tikinti ekspertinin səlahiyyətləri xaricində olduğundan həmin sual üzrə tədqiqat aparılmamışdır.
25. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
26. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qəbələ rayon X7 Rəyasət heyətinin xx.xx.1992 - cı il tarixli qərarından çıxarışdan aydın olur ki, ona Qəbələ - Vəndam yolunun Nohurqışlaq kəndinə ayrılan yolun sağındakı örüş zolağında ticarət obyekti tikmək üçün 260 kv.m torpaq sahəsi ayrılmışdır.
27. Qəbələ rayon Nohurqışlaq Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli Qəbələ rayon məhkəməsinə təqdim etmək üçün verilmiş arayışda göstərilir ki. xx.xx.1992 -ci il tarixli çıxarışa əsasən ona 260 kv.m torpaq sahəsi ayrılıb. Qəbələ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998 -ci il tarixli 175 saylı sərəncamı ilə tikinti istismara qəbul edilmişdir.
28. Hər iki sənəddən görünür ki, mübahisəli qeyri yaşayış sahəsinin inşa edildiyi torpaq sahəsi 23 07.1992.-cı ildə ona qanuni əsaslarla ayrılıb verilib. Həmin ərazidə inşa olunmuş qeyri yaşayış sahəsi ticarət obyekti xx.xx.1998-ci il tarixdə istismara qəbul edilmişdir. Məhkəməyə təqdim olunan bu sənədlərə qiymət verilməmiş və onun daşınmaz əmlak üzərində hüquqlarını ciddi şəkildə pozan qətnamə qəbul edilmişdir.
29. Həmin torpaq sahəsi 23 06.2006-cı il tarixdə Daşınmaz əmlakın dövlət reystrində 0.026 ha ölçüdə sahibkarlıq fəaliyyəti məqsədilə Reyestr nömrəsi **********32 qeydiyyat nömrəsi ********* ilə hüquq sahibi olaraq onun - Cavabdeh adına qeydə alınmışdır.
30. Mübahisəli ərazinin yanından keçən d-57 mm diametrli və d-159 mm diametrli orta təzyiqli yerüstü qaz kəməri 2012-ci il tarixdə çəkilmişdir. Yəni mübahisəli tikintinin istismara qəbulundan 14 il sonra qaz xətti çəkilib. Necə ola bilər ki, əraziyə qaz çəkilişinin planlaşdırılmasının mövcud olmadığı dövrdə alınan torpaq sahəsində təyinatına uyğun aparılan tikili hansı bədbəxt hadisələrə gətirib çıxarardı? Hesab edir ki, iddiaçı təşkilat qaz xəttini çəkilişini Nazirlər kabinetinin qərarında göstərilən mühafizə zonası məsafəsində aparmalı idi.
31. Qəbələ rayon məhkəməsinin 25.10 2021 -ci il tarixli qərardadı ilə təyin edilmş tikinti - texniki ekspertizasının xx.xx.2022 ci il tarxlı 10/3127 saylı rəyi də reallığı əks etdirmir. Rəy açıq səkildə qərəzli rəydir. Belə ki, rəydə göstərilən qaz xəttinin açıqda olan məsafəsi 3.54 metr göstərsə də, faktik ölçüsü 4.65 metr məsafədə yerləşir. Məhkəmə hazırki qətnaməni qəbul edərkən rəydə göstərilən düzgün olmayan ölçünü sübut kimi qəbul etmişdir.
32. Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi sahib olduğu əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququndan məhrum etməklə onu maddi ziyana salmışdır. 30 il ərzində tikdiyi qeyri yaşayış sahəsini - ticarət obyektini məcburi qaydada öz hesabına sökdürmək təhlükəsində qoyub.
33. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(025)- 58/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
35. İddiaçı nümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
36. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
37. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(025)-58/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
39. “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün də bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə görə isə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 180.1-ci maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
41. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
42. “X8” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.7-ci bəndində göstərilmişdir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 5 (beş) metr müəyyən edilmişdir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
45. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
46. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(025)- 58/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır.
48. Mülki Məcəllənin 180.1-ci maddəsinin dispozisiya şərtlərinə görə, hər hansı tikilinin özbaşına tikili hesab olunması bu tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq shəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi ilə şərtləndirmişdir. Torpaq Məcəlləsinin 111-ci maddəsi torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) və onun hüquqi nəticələri, “X8” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci bəndi isə mühafizə zonası dairəsində tikinti işlərinin aparılması və onun hüquqi nəticələrindən bəhs edir.
49. Cavabdehə məxsus mağaza tikilisi xx.xx.2006-ci il qeydiyat tarixli, ********* qeydiyyat nömrəli Seriya MH ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla onun mülkiyyətinə verilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində 0.026 ha sahibkarlıq fəaliyyətli torpaq sahəsində yerləşir.
50. Sözügedən mağaza tikilisinin qaz kəmərindən 3,54 metr aralı məsafədə yerləşdiyini nəzərə alaraq, mağaza tikilisinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələblərinə əsasən qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 5 (beş) metr müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilir ki, mübahisəli mağaza tikilisi xx.xx.1998-ci il tarixdə istismara qəbul edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən sökülməsi tələb edilən tikili cavabdehin adına qeydiyyata alınmış torpaq sahəsində və qaz kəmərinin çəkilməsindən 14 il öncə inşa edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən tikili qanunsuz tikili deyildir.
51. Bu kontekstdə məhkəmə hesab edir ki, mülkiyyət hüququ əsasında cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikili üzərində onun hüquqları Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi çərçivəsində “mülkiyyət” hüququ kimi qorunmalıdır.
52. Göründüyü kimi, milli və beynəlxalq qanunvericilik normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güdməsi şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir.
53. Məhkəmə kollegiyasının araşdırmaları zamanı həmçinin müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin araşdırmaları zamanı təyin edilmiş ekspertiza üzrə 19 iyul 2022-ci il tarixli 10/3127 nömrəli rəy Azərbaycan RespublikasıAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verildiyi halda, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir.
54. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(025)-58/2022 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddiası rədd edilməlidir.
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Qəbələ Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(025)-58/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən Qəbələ rayonu Nohurqışlaq kəndindən keçən d-57 mm diametrli və d-159 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat İddiaçındən tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Vəzirxan Məlikov