Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-769/2022 02.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı “miras qalmış fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin ½ hissəsinə vərəsəliyin açılması və mülkiyyətinə verilməsi” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 15.04.2022-ci il tarixli 2(024)-33/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(024)-33/2021 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən mərhum X1 mülkiyyəti olmaqla ondan miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin 1/2 hissəsinə və mərhum X3 mülkiyyəti olmaqla ondan miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin /2 hissəsinə vərəsəlik açılması və ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində İddiaçı payı tam, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin '/2 hissəsi üzərində isə 2/7 payı müəyyən edilməsi və iddiaçının mülkiyyətinə verilməsi qət edilmişdir. Cavabdeh məhkəməyə “prosessual müddətin bərpasına dair” ərizə ilə müraciət edərək prosessual müddətin bərpa olunmasına dair ərizəni təmin edib Qax Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2(024)-33/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətini və qoşma sənədləri baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(024)-33/2021 saylı qərardadı ilə Cavabdeh tərəfindən Qax Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(024)- 33/2021 saylı qətnaməsindən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmişdir. İddiaçı Qax Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(024)-33/2021 saylı qərardadından şikayət vermişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsində “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən mərhum anası X1 mülkiyyəti olmaqla ondan miras qalmış ünvan 2 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin 1/2 hissəsinə və mərhum nənəsi X3 mülkiyyəti olmaqla ondan miras qalmış ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin 1/2 hisəsinə vərəsəliyin açılması və həmin əmlaklar üzərində onun mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia qaldırmışdır. Qax Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2(024)33-2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəf qətnaməni poçt vasitəsi ilə 30 oktyabr 2021-ci il tarixdə rəsmi qəbul etmişdir və apellyasiya şikayəti verilməsi üçün son müddət 30 noyabr 2021-ci il tarixdə bitmişdir. Cavabdeh heç bir əsas olmadan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Cavabdehin və Qax rayon Məhkəməsinin üzürlü səbəb kimi əsaslandığı hal tamamilə qanunsuz və əsasızdır. Belə ki, cavabdeh Moskva şəhərinə gəzməyə getmiş və o “ambulator” müalicə almışdır. Ambulator müalicə insana hansısa hərəkəti etməyə mane olmur. Belə ki, cavabdeh xəstəxana şəraitində müalicə almayıb. Ambulator müalicəni hamı öz gündəlik həyatında alır və bu üzürlü səbəb ola bilməz. Həmçinin bildirir ki, cavabdehin iddia etdiyi “ambulator” müalicə özünün göstərdiyi kimi 30 dekabr 2021-ci il tarixdə bitmişdir. Cavabdeh sonradan 04 fevral 2022-ci il tarixədək Moskva şəhərində istirahət etmiş, 04 fevral 2022-ci il tarixdə Azərbaycana qayıtmışdır. Müddətin bərpası üçün ərizəni isə 07 aprel 2022-ci il tarixdə vermişdir. Göründüyü kimi cavabdeh müalicəni qurtardıqdan sonra 3 ay 7 gün, Azərbaycan Respublikasına qayıtdıqdan sonra isə 2 ay müddət keçmişdir. Beləliklə cavabdeh irəli sürdüyü arqumentdən sonra da qanunla apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti 2 ay 7 gün və 1 bir ay buraxmışdır. Qax Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(024)33-2022 saylı qəraradadı ona poçt vasitəsi ilə 21 aprel 2022-ci il tarixdə verilmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(024)33-2022 saylı qəraradadın ləğv edilməsi və buraxılmış müddətin bərpası ilə əlaqədar Cavabdeh tərəfindən verilmiş ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(024)-33/2021 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qax Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(024)- 33/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası iş materiallarını baxaraq müəyyən etmişdir ki, Qax Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(024)-33/2021 saylı qətnaməsi 30.10.2021-ci il tarixdə Cavabdeh rəsmi qaydada verilmişdir. İş materiallarında həmin qətnamənin Cavabdeh rəsmi qaydada verilməsini təsdiq edən sübut olsa da, o səhhətində yaranmış problemlərlə bağlı qeyd olunan qətnamədən vaxtında apellyasiya şikayəti verə bilmədiyi üçün məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən qətnamədən şikayətin verilməsi üçün buraxılmış müddət üzürlüdür. Belə ki, şikayətə əlavə edilmiş arayışdan görünür ki, 01.12.2021-ci il tarixdən 30.12.2021-ci il tarixə qədər Moskva şəhərində ambulator müalicə almışdır. Həmçinin iddiaçıya məxsus ümumvətəndaş pasportunun surətindən görünür ki, 28.11.2022-ci il tarixdən 04.02.2022-ci ilə qədər Azərbaycanda olmamışdır. İddiaçı şikayətinin dəlillərində cavabdehin ambulator müalicə etməsinin ona hansısa hərəkəti etməyə mane olmadığını və müalicə bitdikdən sonra Moskvada istirahət etdiyini bildirmişdir. Kollegiya iddiaçının dəlilləri ilə razılaşmır və o, bildirir ki, iddiaçının şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və əsassızdır. O, şikayətinə dəlillərini sübuta yetirəcək heç bir sənəd təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə şikayətin təmin edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, Qax Rayon Məhkəməsinin 15.04.2022-ci il tarixli 2(024)-33/2021 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, İddiaçı şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 15.04.2022-ci il tarixli 2(024)-33/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin 15.04.2022-ci il tarixli 2(024)-33/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-769/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-769/2022
02.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver