Məhkəmə qərarları › İş №2(107)-780/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-780/2023

20.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-780/2023 20.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarma tələbinə dair mülki iş üzrə (kompensasiya ödənilməklə yaşayış evindən çıxarılma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarma tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(033)-281/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzilə istifadə hüququna bazar qiymətinə uyğun olaraq 4000 (dörd min) manat kompensasiya ödənilməklə xitam verilməsi və Cavabdeh həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xüsusi mülkiyyətində Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında 5 nömrəli mənzili vardır. İddiaçının həmin mənzil üzərində hüquqları 22 iyul 2005-ci il tarixdə qeydiyyata alınaraq, “Qeydiyyat vəsiqəsi” ilə rəsmiləşdirilmişdir. İddiaçının hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi iş üzrə Cavabdeh Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzilə istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsini və sonuncunun mənzildən çıxarılmasını istəməsidir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzil oxşar yaşayış sahələrinin aylıq kirayə haqqı 80-100 manat təşkil edir. Hesab edir ki, iddiaçının mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzildən iş üzrə Cavabdeh istifadə hüququna bazar qiymətinə uyğun 4000 (dörd min) manat kompensasiya məbləği ödənilməklə xitam verilməsi ədalətli və qanuni olar. İddiaçı ərizə ilə müraciət edərək 5000 (beş min) manat kompensasiya verilməklə mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən mənzilə Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(033)-281/2023 saylı qətnaməsi ilə (hakim Tural Həsənov) iddanın təmin olunması, İddiaçı tərəfindən Cavabdeh 5000 (beş min) manat kompensasiya ödənilməklə Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh İddiaçı məxsus Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzildən çıxarılması, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat məbləğində pul vəsaitinin özünə aid edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 22 iyul 2005-ci il tarixli 339 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Zaqatala şəhəri Azərbaycan prospekti küçəsində yerləşən 1925-ci ildə tikilmiş, 2 (iki) otaq, ümumi sahəsi-95.0 kv.m olan mənzildən ibarət olan ev 93, mənzil 5 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Zaqatala rayon DTİ, MHQ və ŞKİ-nin xx.xx.2005-ci il tarixli 09 nömrəli sərəncamına əsasən İddiaçı adına qeydə alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2 (033)-691/2021 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia təmin edilərək, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması, fərdi yaşayış evindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması tələbinə dair ilk iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 5000 manat kompensasiya verilməklə cavabdehin onun xüsusi mülkiyyətində olan evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili cavabdehin iddia tələbini qəbul etmədiyini, 7000 manat kompensasiya verildiyi halda yaşadığı mənzildən istifadə hüququna xitam verilməsinə cavabdehin razı olduğunu bildirmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə qeyd etmişdir ki, kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddianın təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilk hal, iddiaçının həmin tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmamasının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2- ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyündən bəhs edir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə İddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Belə olan halda, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin ağlabatan həcmdə olmasının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə daha sonra təklif olunan kompensasiyanın cavabdehin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun xitamı üçün bazar qiymətlərinə uyğun, yetərli olub-olmamasını müzakirə edərək, hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh ünvan 3 ünvanında yerləşən mübahisəli evdəki istifadə hüquqlarına xitam verilməsi üçün təklif edilən 5000 manat məbləğdə kompensasiya ağlabatan olmaqla, cavabdehin mənafeyinə uyğundur. Belə ki, iş materiallarından, o cümlədən yuxarıda istinad olunan daşınmaz əmlakın real bazar qiyməti ilə bağlı 18 avqust 2022-ci il tarixli 197 nömrəli arayışdan görünür ki, Zaqatala şəhərində mübahisə predmeti olan yaşayış evinə oxşar evdə bir nəfər üçün kirayə haqqı aylıq 70-80 manatdır, 1 otaqlı evin real bazar qiyməti isə təqribən 19000-20000 manat arasındadır. Belə olan halda iddiaçı tərəfindən təklif olunan 5000 manat kompensasiya elə bir əvəzləşdirmədir ki, cavabdehin davamlı surətdə başqa yerdə (Zaqatala şəhərində) əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamasına imkan verir. Bu xüsusda təklif olunan kompensasiya bazar qiymətlərinə uyğun, ünvan 3 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququnun itirilməsi üçün yetərlidir. Hazırki iş üzrə yuxarıda qeyd olunan hallar təklif edilən 5000 manat kompensasiya məbləğinin yetərli olması qənaətinə gəlməyə əsas verir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh 5000 (beş min) manat kompensasiya verilməklə İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzilə Cavabdeh istifadə hüququna xitam verilməsi və cavabdehin həmin evdən çıxarılması barədə iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, əks hal iddiaçının öz mülkiyyətində olan mənzildən maneəsiz istifadə hüququna maneə yaratmaqla iddiaçını həddən artıq məhdudiyyət yükünə məruz qoyardı və vətəndaşların mənzillə təmin olunmasında ifadə olunan ictimai maraqla fərdi şəxsin mənzilə mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlıq prinsipini iddiaçının ziyanına pozmuş olardı. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzil 1 otaqdan ibarətdir və məhkəmə qətnaməsi ilə Cavabdeh həmin mənzilə istifadə hüquqları müddətsiz olaraq müəyyən olunmuş, yəni bu xüsusda İddiaçı həmin mənzilə mülkiyyət hüquqları müddətsiz olaraq məhdudlaşdırılmışdır. Faktiki olaraq iddiaçının öz mənzili üzərində mülkiyyət hüquqlarının bərpası müddəti qeyri müəyyəndir. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında mülkiyyətçiyə mənzildən istifadəçiyə kompensasiya verilməsi ilə mülkiyyətdən müddətsiz istifadədə ifadə olunan bu maneənin aradan qaldırılmasına və öz mülkiyyət hüquqlarının tam bərpa edilməsinə şərait yaradılmışdır. İddiaçı da mənzilə mülkiyyət hüquqlarının bərpa edilməsi üçün cavabdehə mübahisəli mənzilin bazar dəyərinin 1/4 hissəsi miqdarında-5000 manat kompensasiya ödəyir ki, bu məbləğlə də eyni şərtlər daxilində oxşar mənzildə 5 ildən artıq müddətdə yaşamaq mümkündür. Bu həm də iddiaçının pensiyaçı olması, pensiyasından başqa digər qazancının (gəlirinin) olmaması, cavabdehə 5000 manatdan artıq kompensasiya ödənilməsi üçün lazımi maddi imkana malik olmaması və başqa yaşayış sahəsinə malik olmaması, iddiaçının qadın olması, cavabdehin isə kişi olması və onların hazırda bir-birinə yad insanlar olması konteksində cəmi 1 otaqlı mənzildə birlikdə yaşamasının qeyri mümkün və qeyri-etik olması konteksində ədalətlidir. Məhkəmə hesab etmişdir ki, əslində mülkiyyət hüquqları qeyri-müəyyən müddətə məhdudlaşdırılan və bununla da bu hüquqların bərpa olunması qeyri-müəyyən müddətlə əlaqələndirilən iddiaçının cavabdehə 5 ildən artıq müddətə eyni şərtlər daxilində eyni mənzildə yaşamaq imkanı verəcək mənzilin real bazar dəyərinin 1/4 hissəsi miqdarında 5000 manat kompensasiya ödəməklə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi iddiaçının mənzilə mülkiyyət hüquqlarının tam bərpa olunması üçün qanuni və ədalətli əsasdır. İddiaçının sözügedən mənzilə mülkiyyət hüquqlarının bu faktoloji və hüquqi əsaslarla bərpa olunmasından imtina edilməsi onun mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı ki, bu da yolverilməzdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 5.000 manat kompensasiya məbləği cavabdeh üçün yetirli deyildir və həmin məbləğ mübahisəli mənzildən cavabdehin istifadə hüquqlarına xitam verilməsi üçün ağlabatan olmamaqla, işin həqiqi hallarına uyğun deyildir. Çünki, qeyd olunan normanın mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmə hər bir halda Mülki Məcəllənin 228.2-cimaddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli idi. Məhkəmə isə kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etmək üçün ən azından qiymətləndirici təyin etməklə işi tam və hərtərəfli həll etmək olardı. Lakin məhkəmə sahibkar-biznesmen X2 verdiyi 13 avqust 2022-ci il tarixli, 197 №-li Daşınmaz əmlakın real bazar qiyməti ilə bağlı arayışa istinad edərək Zaqatala şəhəri üçün kompensasiya məbləğini müəyyən etmişdir. Qeyd edilməlidir ki, Zaqatala Rayon Məhkəməsinin müəyyən etdiyi 5.000 manat kompensasiya məbləği Zaqatala şəhəri üçün açıq-aşkar bazar qiymətlərinə uyğun deyildir və mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Sözügedən arayışda Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında 5 nömrəli mənzilin (ümumi sahəsi - 34 m2) real bazar qiyməti təqribi 19.000 (on doqquz min) - 21.000 (iyirmi bir min) manat arasında olması, analoji şəraitə malik Zaqatala şəhərində yerləşən mənzilin aylıq kirayə haqqı 70 (yetmiş) - 80 (səksən) manat aralığında olması isə hazırki vəziyyətdə 2023-cü ilə görə Zaqatala şəhəri üçün mümkün olmayan qiymətlərdir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(033)-281/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(033)-281/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqrına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.2–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qərarlar: “AR MM-nin 228.2-ci maddəsinin AR MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına görə AR Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir; birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazarqiymətinə uyğun olaraqmüəyyən etməlidir; bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Həmin qərarda göstərilir ki, kompensasiya İnstitutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(033)-281/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(033)-281/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə müəyyən olunur ki, mübahisəli ev İddiaçı (bundan sonra iddiaçı) xüsusi mülkiyyətindədir, Cavabdeh (bundan sonra cavabdeh) isə həmin evdən istifadə hüququ vardır. Yuxarıda göstərilənlər zəminində, bu faktlar işin mübahisə olunmayan halları olaraq qəbul edilir. Tərəflər arasında cavabdehin evdən istifadə hüququna xitam verilməsi, habelə kompensasiyanın məbləği ilə bağlı hər hansı razılaşma yoxdur, əksinə hazırda tərəflər biribirinə qarşı barışmaz mövqedədirlər. Belə olan halda qanunun mənasına görə tərəflərin mübahisəli evdə birgə yaşamaları qeyri-mümkündür və cavabdehin həmin evə olan istifadə hüququna evin mülkiyyətçisinin, yəni iddiaçının hazırki tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Belə ki, sözügedən Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə, ilk növbədə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüququ tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. Hazırki halda iddiaçı ona məxsus olan fərdi yaşayış evindən istifadə hüququna görə cavabdehə 5.000 manat kompensasiya təklif etmişdir. Cavabdeh isə iddia ilə razılaşmır və ona 7.000 manat məbləğində kompensasiya verilməsini tələb edir və həmin məzmunlu apellyasiya şikayəti vermişdir. Yuxarıda sadalanan normaların mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə də bilər. Lakin, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidirlər. Hazırki iş üzrə Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyini əsas tutmaqla, məhkəmə kollegiyası 7.000 manat kompensasiyanın ödənilməsini daha ədalətli və ağlabatan hesab edir. Kollegiya bu qərara gələrkən onu da nəzərə alır ki, cavabdehin apellyasiya şiakyətində də göstərdiyi kimi, analoji şəraitə malik Zaqatala şəhərində yerləşən mənzilin aylıq kirayə haqqının 70 (yetmiş) - 80 (səksən) manat aralığında olması hazırki vəziyyətdə 2023-cü ilə görə Zaqatala şəhəri üçün ağlabatan deyildir. Yuxarıda sadalanan normaların mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə də bilər. Lakin, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidirlər. Eyni zamanda, bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Hazırki iş üzrə məhkəmə kollegiyası cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi 5000 manat kompensasiya məbləğini kifayət hesab etmədiyi halda, kompensasiyanın məbləğinin 7.000 manat müəyyən edilməsini təklif etmiş, iddiaçı tərəf isə məbləğin artırılması ilə razılaşmamaqla iddia tələbinin 5000 manata münasibətdə təmin olunmasını tələb etmişdir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(033)-281/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(033)-281/2023 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar