Məhkəmə qərarları › İş №2(107)-782/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-782/2022

18.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-782/2022 18.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Göyçay Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(046)-1675/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Göyçay Rayon Məhkəməsinin 2(046)- 1675/2021 saylı 16 dekabr 2021-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizə vermişdir. İddiaçı ərizəsində tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələbi təmin edilməmişdir. Qətnamədən verdiyi apellyasiya şikayəti Göyçay Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli qərardadı ilə elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Qərardadın qəbul edilməsi barədə məlumat əldə etdikdən sonra, apellyasiya şikayətini yenidən məhkəməyə göndərmiş, müddəti bitmiş şəxsiyyət vəsiqəsini dəyişmiş və Ədliyyə Nazirliyi tərəfindən Elektron Kabinetlə bağlı yaradılmış 012-880 nömrəli Qaynar Xətti ilə əlaqə saxlamışdır. Oradan elektron kabinetini aktivləşdirdilər və apellyasiya şikayətini həmin kabinet vasitəsi ilə də Göyçay Rayon Məhkəməsinə göndərmişdir. Daha sonra Şəki Apellyasiya Məhkəməsi ilə əlaqə saxlayaraq, apellyasiya şikayətinə hansı tarixdə baxılacağını soruşmuş, oradan bildirdilər ki, apellyasiya şikayəti elektron qaydada verilməmişdir. Daha sonra yenidən Ədliyyə Nazirliyi tərəfindən Elektron Kabinetlə bağlı yaradılmış 012-880 nömrəli Qaynar Xətlə əlaqə saxlamış və oradan bildirildi ki, Asan İmza olmadığı üçün sizin apellyasiya şikayətiniz imzalanmamış kimi qalmışdır. Belə olan halda Asan İmzanın hansı qaydada əldə edilməsini öyrənmiş və 25.12.2022-ci il tarixdə Asan İmza əldə etmiş, bir neçə gün sonra Asan İmzam aktivləşmişdir. Hesab edir ki, qətnamədən apellyasiya şikayəti üzrlü səbəbdən, Asan İmzası olmadığından yubanmışdır. Ona görə də müddət bərpa edilməlidir. Buna görə də ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 09 mart 2022-ci il tarixli, 2(046)- 1675/2021 saylı qərardadı ilə İddiaçı Göyçay Rayon Məhkəməsinin 2(046)-1675/2021 saylı 16 dekabr 2021-cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək Göyçay Rayon Məhkəməsinin 09 mart 2022-ci il ci il tarixli, 2(046)-1675/2021 saylı qərardadının ləğv olunmasını və iş üzrə qətnamədən ötürülmüş prosessual müddət bərpa olunmasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi 25 aprel 2022-ci il taixli qərardadı ilə şikayətin aid olduğu 09 mart 2022-ci il ci il tarixli, 2(046)-1675/2021 saylı qərardada münasibət bildirmək əvəzinə, 11 mart 2022-ci il tarixli 2(046)-1675/2021 saylı qərardada münasibət bildirmiş və sonuncunu dəyişmədən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətə hazırki vəziyyətdə apellyasiya icraatı qaydasında baxılması mümkün olmadığından qeyri-mümkün hesab edilərək, Göyçay Rayon Məhkəməsinin 09 mart 2022-ci il ci il tarixli, 2(046)- 1675/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət müzakirə edilməsi üçün mülki iş materialları şikayətlə birlikdə Göyçay Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 13.4-cü maddəsində müəyyən edilmişdir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5-ci maddəsinə əsasən belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələbləri analogiya üzrə qərardadlardan verilən şikayət ərizələrinə də şamil olunmalıdır. 269.1-ci maddəsinə görə Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. 396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Göründüyü kimi işin bu halı məhkəmə araşdırması aparmadan, ilkin mərhələdə müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Göyçay Rayon Məhkəməsinin 09 mart 2022-ci il ci il tarixli, 2(046)-1675/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə birinci instansiya məhkəməsi tərəfindən baxılmadığından şikayət qeyri-mümkün hesаb edilməli və mülki iş Göyçay Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(046)-1675/2021 saylı qərardadına hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrа аldı: Göyçay Rayon Məhkəməsinin 09 mart 2022-ci il ci il tarixli, 2(046)-1675/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş Göyçay Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(046)-1675/2021 saylı qərardadına hüquqi qiymət verilməsi üçün Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar