Məhkəmə qərarları › İş №2(107)-784/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-784/2022

21.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-784/2022 21.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin Cavabdeh2 alınaraq ona qaytarılması tələbi barədə iddiası, Cavabdeh2 İddiaçı qarşı borc məbləğlərinin ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair (Açar sözlər: əqdin etibarsız hesab edilməsi, borcun ödənilməsi- prosessual pozuntu-ərazi aidiyyəti ) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X3, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2, onun və digər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin Cavabdeh2 alınaraq ona qaytarılması tələbi barədə iddiası, Cavabdeh2 İddiaçı qarşı borc məbləğlərinin ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(054)-3/2022 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli AA 012425 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında hazırki iş üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

2. 2020-ci ildə tərtib edilmiş bölgü planının surətindən görünür ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan 0,5708 hektar torpaq sahəsinin şimal-qərb tərəfindən 0,10 hektardan ibarət hissəsinə dair özgəninkiləşdiriləcək torpaq sahəsi kimi bölgü planı tərtib edilmişdir.

3. xx.xx.2018-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, dəyişdirmək, bu barədə adından ərizələr vermək, müqavilələr bağlamaq, imza etmək, ona çatası pulu almaq, daşınmaz əmlakın üzərində məhdudiyyətin olub-olmaması barədə arayış almaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi Cavabdeh2 etibar etmiş, etribarnamə 3 il müddətinə verilmişdir.

4. xx.xx.2002-ci il tarixli AZ-İ 015292 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin və xx.xx.2018-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizənin surətlərindən görünür ki, İddiaçı arvadı Günay Əbdürəhimova iddiaçının xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsinin satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirmişdir.

5. xx.xx.2020-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizələrin, daşınmaz əmlaka dair həmin tarixli arayışın və xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin tarixli mədaxil orderinin surətlərindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsinin satılması ilə bağlı İddiaçıla (müqaviləni onun adından etibarnamə əsasında imzalayan şəxs Cavabdeh2) Cavabdeh1 arasında alqı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 38 saylı Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmiş, alqı-satqı predmeti olan torpaq sahəsi müqavilədə 17.000 manat miqdarında qiymətləndirilmişdir.

6. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin surətindən müəyyən edilir ki, mübahisə predmetinə aid olan 0,5708 hektar torpaq sahəsi xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinin bağlanması və Çıxarış sənədinin verilməsi üçün əsas olmuş sənədlərin surətlərindən müəyyən edilir ki, Cavabdeh1 satılmış 0,5708 hektar torpaq sahəsi xx.xx.2011-ci il tarixdə İddiaçı tərəfindən 30.000 manata satın alınmışdır.

7. xx.xx.2018-ci il tarixdə elanlar saytına yerləşdirilmiş elanın mətnində iddiaçı tərəfindən Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 58 sot torpaq sahəsinin 1 (bir) sotu 1500 manat olmaqla, cəmi 90.000 manat həddində (real alıcıyla razılaşmaq olar) qiymətləndirilərək satış üçün elan verildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, elanlar saytına yerləşdirilmiş və hazırda vaxtı bitmiş kimi qeyd edilən digər elanlardan birinin mətnində iddiaçı tərəfindən Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 60 sot torpaq sahəsinin 15.000 manat həddində, digərində isə 60 sot torpaq sahəsinin hər sotu 1300 ABŞ dolları olmaqla 128.330 manat həddində qiymətləndirilərək satış üçün elan verildiyi qeyd edilmişdir.

8. Oğuz rayonu Xalxal Bələdiyyəsi tərəfindən Cavabdeh1 şifahi müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli 01 nömrəli məktubda Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən torpaq sahəsinin 1 (bir) sot üçün bazar dəyərinin 2020-ci ildə 400 manat təşkil etdiyi qeyd edilmişdir.

9. Şəki Regional Ədliyyə İdarəsi tərəfindən Oğuz rayonu Xalxal Bələdiyyəsinə ünvanlanmış, bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılmasının nəticəsi barədə xx.xx.2020-ci il tarixli 1980 nömrəli müraciətdə bələdiyyənin satışa çıxardığı torpaq sahələrinin bazar məzənnəsinin 1 (bir) sot üçün ***-**** manatdan az olmamaqla müəyyən edilməli olduğu qeyd edilmişdir.

10. Oğuz rayon Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 246 nömrəli sorğuya cavab məktubunda Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən həyətyanı torpaq sahələrinin 1 (bir) sotunun 2018-2020-ci illər ərzində 500 - 1500 manat həddində qiymətləndirildiyi qeyd edilmişdir.

11. İkram Nəbiyev adlı fiziki şəxs (VÖEN 6********) tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, daşınmaz əmlak bazarında aparılmış araşdırma nəticəsində Oğuz rayonu Xalxal kəndi ərazisində daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahələrinin bazar qiymətləri, yerləşməsindən asılı olaraq, təxminən, 1700 - 2200 manat həddində müəyyən edilir.

12. “X1” MMC-dən verilmiş xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubu və məktuba əlavə edilmiş mütəxəssis rəyində aparılmış araşdırma və hesablamalar əsasında 0,5708 hektar torpaq sahəsinin hazırki bazar dəyərinin, yol mövcud olduqda 91.200 manat, yol mövcud olmadıqda isə 72.960 manat miqdarında müəyyən olunduğu qeyd edilmişdir.

13. Cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, "xxxx" MMC (Qiymətləndirmə xidməti) tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təəsiri nəticəsində yararnan dəyəri, yol infrastrukturu mövcud olduqda 39.956 manat, yol infrastrukturu mövcud olmadıqda isə 22.832 manat miqdarında müəyyən edilir.

14. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verilmiş xx.xx.2021-ci il tarixli 9/6463 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan məlumatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 05/8147-7 nömrəli məlumatına, internet saytlarında olan, habelə, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxslərdən şifahi sorğu əsasında əldə edilmiş məlumatlara əsasən Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətdə olan 0,5708 hektar həyətyanı torpaq sahəsinin nəzəri qaydada orta bazar qiyməti 85.620 manat (1 sot 1500 manat), likvid orta bazar qiyməti 68.496 manat (1 sot 1500 manat - 20% = 1200 manat) miqdarında müəyyən edilir. Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən torpaq sahələrinə mövcud olan tələb və təklifdən asılı olaraq hazırda müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. 0,5708 hektar həyətyanı torpaq sahəsinin qiyməti nəzəri qaydada müəyyən edildiyindən həmin torpaq sahəsinə gediş-gəliş yolunun mövcudluğunun olub-olmaması nəzərə alınmamışdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/6463 nömrəli ekspert rəyinə əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 05/8147-7 nömrəli məlumatında qeyd edilmişdir ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən həyətyanı torpaq sahələrinin alqı-satqısına dair 2019- 2021-ci illərə aid müqavilələrdə tərəflər arasında razılaşdırılmış qiymətlər 0,01 hektara görə 500 - 1500 manat arasında həddində qiymətləndirildiyi qeyd edilmişdir.

15. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə xx.xx.2021-ci il tarixli 9/6463 nömrəli ekspert rəyini vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X5 cavabdeh tərəfinin vəsatətinə əsasən məhkəmə iclasına dəvət edilmişdir.

16. X5 qeyd olunan ekspert rəyinin məzmununa və nəticələrinə şərh verərək rəydə qeyd edilən faktları təsdiq etməklə yanaşı bildirmişdir ki, məhkəmənin qərardadı əsasında Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətdə olan 0,5708 hektar həyətyanı torpaq sahəsinin orta bazar qiyməti və likvid dəyəri ilə bağlı nəzəri qaydada hesablama yolu ilə rəy verilmişdir. Rəy verilərkən mübahisə predmetinə aid olan torpaq sahəsinə yerində baxış keçirilməsinə zərurət qalmamışdır. Belə ki, iş materiallarında ekspert qarşısında qoyulmuş suallara cavab vermək üçün zəruri materiallar olmuş, həmin sənədlərdə kifayət məlumatlar öz əksini tapmışdır. Eyni zamanda, əmlakın qiymətləndirilməsi üçün uyğun dövrə aid alqı-satqı müqavilələri üzrə orta göstəricini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə də sorğu göndərilmişdir. Həmin idarənin xx.xx.2021-ci il tarixli 05/8147-7 nömrəli məlumatında qeyd olunan ərazidə 0,01 hektar torpaq sahəsinin alqısatqı müqavilələri üzrə ***-**** manat miqdarında olduğu qeyd edilmişdir. Bundan əlavə iş materiallarında müstəqil qiymətləndiricilər tərəfindən əraziyə yerində baxış keçirilməklə verilmiş mütəxəssis rəyləri, habelə, daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olan şəxs tərəfindən verilmiş arayış da mövcuddur. Həmin sənədlərin ümumi və müqayisəli məzmununa əsasən qeyd olunan ərazidə 0,01 hektar torpaq sahəsi 500 manatdan 2200 manatadək qiymətləndirilir. Ekspertizaya təqdim edilmiş mövcud sübutlara, internet saytlarında olan, habelə, daşınmaz əmlakın alqısatqısı ilə məşğul olan şəxslərdən şifahi sorğu əsasında əldə edilmiş məlumatlara əsasən qeyd olunan ərazidə 0,01 hektar torpaq sahəsinin orta bazar qiyməti ekspertiza vasitəsilə 1500 manat, likvid orta bazar qiyməti isə 1200 manat miqdarında müəyyən edilmişdir. Həmçinin, tələb və təklifdən asılı olaraq həmin qiymətlərdə dəyişiklik olması istisna edilmir. Ekspert rəyi verilərkən əsas məsələ xüsusi mülkiyyətdə olan əmlakın dəyərinin müəyyən edilməsindən ibarətdir, digər məsələlər isə az əhəmiyyətli olan ikinci dərəcəli məsələlərdir. Belə ki, torpaq sahəsi daşınmaz əmlak kimi xüsusi mülkiyyət hüququ əsasında müvafiq orqanda qeydiyyata alındığı halda, onun sənəd üzrə yolunun mövcudluğu da istisna edilmir. Torpaq sahəsinə yolun faktiki olaraq mövcud olmaması, habelə, yol mövcud olub-olmaması şəraitində qiymət fərqinin müəyyən edilməsi hazırki ekspertizanın səlahiyyətləri dairəsində deyildir. Bununla yanaşı qeyd edir ki, yolun faktiki olaraq mövcud olmaması şəraitində daşınmaz əmlakın qiymətində əhəmiyyətli dərəcədə dəyişiklik baş verməz.

17. xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin və xx.xx.2018-ci il tarixli qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, “MERCEDESBENZ SPRİNTER” markalı ** MN *** dövlət qeydiyyat nişanlı “VAQON 5+1 YER” tiplli minik avtomobili xx.xx.2018-ci il tarixdə Nümayəndə tərəfindən dövlət gömrük nəzarətindən keçirilməklə ölkəyə idxal edilmiş, həmin avtomobil xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

18. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli arayışın və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, İddiaçı ona məxsus olan “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması ilə əlaqədar şikayət ərizəsi ilə polisə müraciət etmiş, həmin müraciət əsasında polis orqanlarında araşdırma aparılaraq müraciətin mahiyyəti mülki xarakterli olduğundan iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

19. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, o, Oğuz rayonu Xalxal Bələdiyyəsinin sədr müavini vəzifəsində işləyir və hazırda bələdiyyənin sədrini əvəz edir. Şəki Regional Ədliyyə İdarəsi tərəfindən Oğuz rayonu Xalxal Bələdiyyəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 1980 nömrəli məktubda bələdiyyənin satışa çıxardığı torpaq sahələrinin bazar məzənnəsinin 1 (bir) sot üçün ***- **** manatdan az olmamaqla müəyyən edilməli olduğu qeyd edilmişdir. O vaxtdan sonra bələdiyyə torpaqları qeyd olunan göstəricilər nəzərə alınmaqla satışa çıxarılmışdır. Həmin vaxtadək isə bələdiyyə torpaqlarının dəyəri 1 (bir) sot üçün 120 manatdan başlamaqla müəyyən edilirdi. Məhkəməyə təqdim edilmiş arayışda da o, 2020-ci il üzrə Şəki Regional Ədliyyə İdarəsi tərəfindən bələdiyyəyə məktub daxil olmazdan əvvəlki dövr üçün olan qiymətləri nəzərə almaqla torpaq sahəsinin dəyərinin 1 (bir) sot üçün 400 manat olduğunu qeyd etmişdir.

20. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş:

21. X2 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, o, Oğuz rayonu Xalxal kəndində yaşayır, yaşadığı kənddə və yaxın ərazidə daşınmaz əmlakların alqı-satqısı üzrə vasitəçi kimi fəaliyyət göstərir. İddiaçı da Xalxal kəndinin keçmiş sakini kimi tanıyır. 2018-2019-cu illərdə Ramin ona müraciət edərək özünün Xalxal kəndindəki torpaq sahəsini Cavabdeh2 adlı dostuna satdığını bildirmiş, həmin dostunun kəndə gələcəyini deyərək torpaq sahəsini ona göstərməsini ondan xahiş etmişdir. O da torpaq sahəsini Cavabdeh2 göstərmiş, eyni zamanda, torpaq sahəsinin problemləri olduğunu Raminə deyərək kəndə gəlib həmin problemləri birlikdə həll etmələrini təklif etmişdir. Ancaq Ramin gələ bilməyəcəyini, həmçinin, Nizaminin də həmin torpaq sahəsini başqa şəxsə satmaq istədiyini deyərək bu işdə Nizamiyə kömək etməsini ondan xahiş etmişdir. O da Nizami ilə danışmış və Nizami torpaq sahəsini istəmədiyini, uyğun qiymətə satmaq istədiyini demişdir. O, cəmi 0,5708 hektar torpaq sahəsini əvvəlcə 30.000-40.000 manata, sonralar isə 20.000 manata bir neçə şəxsə təklif etmiş, ancaq həmin torpaq sahəsi ilə bağlı Raminin qohumları ilə aralarında mübahisə olduğundan və faktiki olaraq torpaq sahəsinin yolu mövcud olmadığından torpaq sahəsini almaq istəyən olmamışdır. Torpaq sahəsinə əvvəlcə 30.000- 40.000 manat, son olaraq isə 20.000 manat qiymət qoyulmasını ona Ramin özü deyil, Nizami demişdir. Eyni zamanda, bildirir ki, Oğuz rayonu Xalxal kəndində yerləşməsindən asılı olaraq bir sotu 800 manata da, 1500-1600 manata da torpaq sahəsi satılır.

22. X4 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, o, Oğuz rayonu Xalxal kəndində yaşayır və həmin kənddə Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə onun ailə üzvlərinə məxsus olan 1,79 hektar torpaq sahəsi vardır. Onlar həmin torpaq sahəsini bir sotu 300 manatdan olmaqla satmaq istəyirlər. Həmin torpaq sahəsindən 60 sota qədər hissəni ayırıb satmağa da razıdırlar. Qeyd olunan torpaq sahəsi kəndin aşağı hissəsində yerləşməklə içərisində fındıq bağı da vardır. Lakin həmin torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə icazə verilib-verilməyəcəyini dəqiq deyə bilmir.

23. Şahid2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Cavabdeh2 onun dostudur. İddiaçı da Nizaminin vasitəsilə tanımışdır. 2018-ci ilin yaz-yay aylarında Nizaminin xahişi ilə ona 14.000 ABŞ dolları pul vermişdir. Belə ki, Nizami Raminlə birgə iş qurmaq niyyətində olduğunu ona deyərək işə başlamaq üçün ondan borc pul istəmişdir. Həmin vaxtlarda onun bankda istiqraz şəklində 14.000 ABŞ dolları miqdarında pul vəsaiti olmuş və bu məbləğin bankda qalmasına görə bank tərəfindən ona faiz ödənilmişdir. Nizami ondan həmin məbləği bankdan götürüb ona verməsini xahiş etmiş, bank tərəfindən ona ödənilən faizi özü ödəyəcəyini vəd etmişdir. O da Nizami ilə razılaşmış və 14.000 ABŞ dolları miqdarında pul vəsaitini bankdan götürərək ona vermişdir. Nizami həmin məbləği onun yanında sayıb Raminə verməmiş, ancaq o, uzaqdan, təxminən, 20-30 metr məsafədən Nizaminin pulu Raminə verməsini görmüşdür. Həmin vaxt onların yanında başqa heç kim olmamışdır. Sonradan Nizami onun borcunu qaytara bilmədikdə, Oğuz rayonu Xalxal kəndində torpaq sahəsi olduğunu və 25.000 manata satdığını deyərək həmin torpaq sahəsini borcun əvəzində almasını ona təklif etmiş, lakin o, torpaq sahəsinə ehtiyacı olmadığını bildirmişdir. Bundan sonra Nizami ondan aldığı borcu hissə-hissə ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

24. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

25. Cavabdeh2 da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 25.000 manat və 14.000 ABŞ dolları məbləğində borc pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir.

26. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olduğundan və onlara birlikdə baxılması mübahisəyə daha tez və düzgün baxmaqla nəticələndiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1.3-cü maddəsinə əsasən məhkəmə həmin iddiaya İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddiası ilə birlikdə baxılmasını qərara almışdır.

27. Mülki iş məhkəmənin icraatında olduğu müddət ərzində İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizələr təqdim edərək ilk iddia ərizəsində göstərilən tələblərdən başqa 0,5708 hektar torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi, həmçinin, Cavabdeh2 ona məxsus olan, 2010- cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin alınaraq ona qaytarılmasını da tələb etdiyini bildirmişdir.

28. İlk iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2la 2012-ci ildə özünün sahibkarlıq fəaliyyəti ilə bağlı tanış olmuşdur. Bu tanışlıq sonradan səmimi münasibətlərin və işgüzar əlaqələrin yaranmasına səbəb olmuş, eləcə də, onların bir-birinə olan inam va etibarını artırmışdır. O, 2012-ci ildən xüsusi mülkiyyətində Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsinin olması barədə cavabdehə bildirdikdə, cavabdeh həmin torpaq sahəsini ona satmasını xahiş etmişdir. Həmin torpaq sahəsinin 1 sotu 1200 manat olmaqla, cəmi 69.000 manat təşkil etmişdir. Cavabdeh torpaq sahəsinə görə 40.000 manat ödəniş edəcəyini demiş və qalan 29.000 manatın ödənilməsi üçün vaxt istəmişdir. O da cavabdehin səmimiyyətinə inanaraq və tanışlıq münasibətlərini nəzərə alaraq cavabdehə o şərtlə etibarnamə verməyə razlaşmışdır ki, pulun qalan hissəsini ödədikdən sonra torpaq sahəsini öz adına rəsmləşdirsin. Bir müddət sonra cavabdeh həmin torpaq sahəsini istəmədiyini bildirmiş və verdiyi 40.000 manatı qaytarmasını xahiş etmişdir. O, cavabdehə 20.000 manat pul vermiş və bildirmişdir ki, qalan pulu torpaq sahəsini satdıqdan sonra verəcəkdir. Həmin razılaşmadan sonra cavabdehlə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlamağa və onunla görüşmək istəməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə onunla görüşməkdən yayınmışdır. Nəhayət, xx.xx.2020-ci il tarixdə cavabdehlə görüşərək torpaq sahəsinin sənədlərini geri qaytarmasını tələb etdikdə o, sənədləri verməkdən imtina etmişdir. Ertəsi gün o, notariat kontoruna gedərək 2018-ci il tarixdə cavabdehə verdiyi etibarnaməni ləğv etdirmiş, lakin sonrada məlum olmuşdur ki, cavabdeh onun mülkiyyətində olan 0,5708 hektar torpaq sahəsini ondan xəbərsiz həmin etibarnamə ilə Bakı şəhəri 38 saylı natoriat kontorunda öz anası Cavabdeh1 17.000 manata satmışdır. Beləliklə cavabdeh ona qarşı olan səmimi münasibətdən və onun etibarından sui-istifadə etməklə onu aldatmış, onun xüsusi mülkiyyətində olan 0,5708 hektar torpaq sahəsini onun razılığı və məlumatı olmadan ələ keçirib xx.xx.2020-ci il tarixdə anası Cavabdeh1 satmışdır. Bununla da cavabdehlər onun xüsusi mülkiyətində olan 0,5708 hektar torpaq sahəsini dələduzluq yolu ilə öz mülkiyyətlərinə keçirmiş, nəticədə onun mülkiyyət huquqları kobudcasına pozulmuşdur. Eyni zamanda, alqı-satqı müqaviləsinə görə torpaq sahəsi onun adından 17.000 manat məbləğində satılmışdır. 0,5708 hektar torpaq sahəsinin bazar dəyəri 17.000 manat deyil, hazırda 1 sotu, təxminən, 1500 manatdan başlayır. Belə olan halda Cavabdeh2 0,5708 hektar torpaq sahəsinin onun razılığı va məlumatı olmadan 17.000 manata satılması qanunvericiliyə əsasən həmin əqdin etibarsızlığına səbəb olur. Eyni zamanda, o, özünə məxsus olan torpaq sahəsini heç kimə satmamış və satmaq fikrində də olmamış, Cavabdeh2 etibarnamə versə də, torpaq sahəsinin satılması ilə əlaqədar ona heç bir tapşırıq verməmiş, belə bir iradə ifadəsi olmamışdır. Qeyd olunan etibarnaməni və torpaq sahəsinin sənədlərini Cavabdeh2 ona olan borcunun təminatı kimi vermişdir. Əgər onun xüsusi mülkiyyətində olan torpaq sahəsini satmaq fikri olsaydı, alqı-satqıda özü şəxsən iştirak edərdi. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış olduğundan isə özünə məxsus avtomobillə bağlı cavabdehlə aralarında mübahisə yarandıqdan sonra məlumatı olmuşdur. Hesab edir ki, Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsinə dair baglanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibardan sui-istifadə və aldatma nəticəsində bağlandığından etibarsızdır. Ona görə də Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-1 N-0861021 nömrəli alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir.

29. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə İddiaçı 2018-ci ilin mart ayında ona 42.000 manat məbləğində, 2018-ci ilin sonunda isə əlavə olaraq 14.000 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı borcunu bir dəfəyə ödəyə bilməcəyini bildirmiş və borcun bir qismini özünə məxsus torpaq sahəsinin hesabına ödənilməsini təklif etmişdir. Aralarında əldə olunmuş razılığa əsasən İddiaçı borcun əvəzində xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyata alınmış etibarnamə verərək xüsusi mülkiyyətində olan, Oğuz rayonunun Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, ipoteka ilə yüklü etmək və özgəninkiləşdirməklə bağlı sair səlahiyyətləri ona etibar etmişdir. İddiaçı arvadı Günay Əbdürəhimova da həmin torpaq sahəsinin özgəninkilləşdirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə notariat qaydasında razılıq ərizəsi vermişdir. O, bir müddət borcun ödənilməsini gözləmiş, lakin iddiaçı ona olan borcunu qaytarmamışdır. İddiaçı özü torpaq sahəsini sataraq satış nəticəsində əldə olunan pul vəsaitini borc besabına götürməsini ona təkidlə demişdir. O, həmin torpaq sahəsinə sərfəli qiymət təklif edən alıcılar tapa bilmədiyi üçün qardaşı Nümayəndə bu işdə ona kömək etməsini xahiş etmişdir. Qardaşı isə ona həmin torpaq sahəsini alıb anaları Cavabdeh1 hədiyyə etmək istədiyini demiş, bunun üçün ona 17.000 manat pul təklif etmişdir. Torpaq sahəsinə daha artıq qiymət verən digər alıcılar olmadığından o, qardaşının təklifini qəbul etmiş və həmin torpaq sahəsini anası Cavabdeh1 17.000 manata satmışdır. Bakı şəhəri 38 saylı Notariat Ofisində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün bütün zəruri sənədlərin qaydasında olduğu müəyyən edildikdən sonra müvafiq alqı-satqı müqaviləsi qeydiyyata alınaraq notariat qaydasında təsdiq edilmişdir. İddiaçı isə onun adına verdiyi etibarnamənin ləğv olunması barədə hazırkı iddiaya qədər ona hər hansı məlumat bildirməmişdir. O, alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinin 17.000 manat dəyərində olduğunu İddiaçı bildirmiş, borcun qalan hissəsinin - 25.000 manat və 14.000 ABŞ dolları məbləğlərinin də ödənilməsini xahiş etmişdir. İddiaçı ona olan borcunun qalan hissəsini ödəyəcəyini vəd etsə də, sonradan borcun ödənilməsindən yayınmağa başlamış, bununla bağlı aralarında mübahisə yaranmış və münasibətləri pozulmuşdur. Hətta İddiaçı torpaq sahəsini onlardan geri alacağını, əvəzində isə heç bir məbləğ verməyəcəyini demiş, sonradan da bu barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda da İddiaçı ona borclu olduğu məbləğin qalan hissəsini ödəməkdən imtina edir. Ona görə də o, borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

30. Oğuz Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 11 mart 2022-ci il tarixli, 2(054)-3/2022 nömrəli qətnaməsi ilə İddiaçı ilk iddia tələbinin qismən təmin edilməsi, Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsinə dair İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; 0,5708 hektar torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi; 0,5708 hektar torpaq sahəsinin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması; torpaq sahəsinin dəyəri kimi ödənilmiş 17.000 manat İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi, İddiaçı iddia tələbinin digər hissədə təmin edilməməsi; Qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 11.000 manat tutularaq Cavabdeh2 ödənilməsi; Cavabdeh2 qarşılıqlı iddia tələbi 25.000 manat məbləğin qalan 14.000 manatdan ibarət hissəsi və 14.000 ABŞ dolları məbləğində borc pulun İddiaçı tutulmasına dair hissədə təmin edilməməsi; ödənilmiş dövlət rüsumlarının müvafiq olaraq iddiaçıların özünə aid edilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qətnamənin hər iki iddia tələbinə aid hissələrdə eyni vaxtda icra edilməsi qət edilmişdir.

31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh2 olan borcunun ödənilməsini təmin etmək üçün özünə məxsus 0,5708 hektar torpaq sahəsinə dair etibarnamə vermiş və həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əslini, həmçinin, torpaq sahəsinin satılmasına iddiaçının arvadının da etiraz etmədiyi barədə ərizəni də Cavabdeh2 təqdim etmişdir. Hətta iddiaçı özü də borcunun ödənilməsini təmin etmək məqsədi ilə uzun müddət Cavabdeh2la birgə qeyd olunan torpaq sahəsini münasib qiymətə alacaq müştəri tapmağa çalışmış, lakin bu və ya digər səbəblərdən onlar buna nail ola bilməmişlər. Cavabdeh2 iddiaçının borcun ödənilməsi ilə əlaqədar çətin vəziyyətdə olduğunu və belə bir vəziyyətdən çıxmaq üçün özünə məxsus əmlakı (torpaq sahəsini) dəyər-dəyməz qiymətə satmaq məcburiyyəti ilə üzləşdiyini əminliklə bildiyi halda, bu vəziyyətdən istifadə edib iddiaçının nümayəndəsi olaraq həmin torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar qarşı tərəflə pis niyyətlə razılğa gəlmişdir. Belə ki, Cavabdeh2 iddiaçının xəbəri olmadan, əmlakın satış qiyməti barədə qabaqcadan ona məlumat vermədən alqı-satqı müqaviləsi ilə həmin əmlakı real dəyərindən əhəmiyyətli dərəcədə fərqlənən ucuz qiymətə alıcı tərəf kimi öz anasına hazırki iş üzrə digər cavabdehə satmış və həmin torpaq sahəsinin öz ailə üzvünün mülkiyyətinə keçməsinə nail olmuşdur. Bununla da, Cavabdeh2 etibarnamə ilə ona verilən hüquqlardan iddiaçının mənafeyi ziddinə sui-istifadə etməklə, həmin əmlakı iddiaçının mülkiyyətindən çıxarmışdır. Hazırki məhkəmə araşdırması zamanı Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən uyğun növlü torpaq sahələrinin dəyəri ilə bağlı verilmiş ekspert rəyi, müstəqil qiymətləndiricilər tərəfindən verilmiş arayışlar, daşınmaz əmlak bazarında aparılmış araşdırmalar və işin digər faktiki halları nəzərə alınmaqla, 0,5708 hektar torpaq sahəsinin real dəyərinin alqı-satqı müqaviləsində qeyd edildiyindən dəfələrlə artıq olduğu müəyyən edilmişdir.

32. Hətta, cavabdehlərin özü tərəfindən məhkəməyə təqdim edilmiş, "xxxx" MMC (Qiymətləndirmə xidməti) tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində də mübahisə predmetinə aid olan 0,5708 hektar torpaq sahəsi yol infrastrukturu mövcud olmadıqda belə, cəmi 22.832 manat miqdarında, yəni hər sotu 395 manat olmaqla qiymətləndirilmişdir ki, bu da xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsində qeyd edilmiş cəmi 17.000 manat, yəni hər sot üçün, təxminən, 295 manat miqdarından xeyli artıq (təxminən, 34 %) olduğu müəyyən edilir. Eyni zamanda, iş materiallarında olan alqı-satqı müqaviləsindən də görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 satılmış 0,5708 hektar torpaq sahəsi xx.xx.2011-ci il tarixdə İddiaçı tərəfindən 30.000 manata satın alınmışdır. Belə olan halda, həmin vaxtdan 9 (doqquz) ildən daha artıq müddət keçəndən sonra iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsinin 17.000 manata satılmasına razılıq verilməsi inandırıcı deyildir və işin faktiki halları ilə təzad təşkil edir. Cavabdeh2 isə torpaq sahəsinin alqı-satqı müqaviləsində qeyd olunan dəyərini müqavilə bağlanmazdan əvvəl iddiaçı ilə razılaşdırmamış, hətta müqavilə bağlanandan sonra da bu barədə iddiaçıya məlumat verməmiş, sonradan iddiaçı özü müvafiq notariat orqanlarından araşdırma apararaq müqavilənin bağlanmasından xəbərdar olmuşdur. Eyni zamanda, Cavabdeh2 alqı-satqı müqaviləsi bağlanması nəticəsində əldə etdiyi məbləği də iddiaçıya verməmiş, həmin məbləği iddiaçının ona olan borcunun əvəzi kimi qəbul etmişdir.

33. Cavabdeh2 iddiaçının ona etibar etdiyi əmlakı həmin əmlakın mülkiyyətçisinin mənafeyi naminə idarə etməmiş, ona verilən etibarnamədən həmin etibarnaməyə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız öz niyyətini həyata keçirmək üçün istifadə edib əmlakı özgəninkiləşdirmişdir. Cavabdeh2 təmsilçi kimi təmsil edilənin adından öz ailə üzvü (anası) ilə və öz mənafeyi üçün əqd bağlamışdır. Cavabdeh2 bunu etməkdə niyyəti, özünün də qeyd etdiyi kimi, iddiaçının ona olan borcunun ödənilməsini təmin etmək olmuş və iddiaçıya məxsus əmlakı da məhz digər şəxsə olan borcunun miqdarına uyğun olaraq öz istəyi ilə 17.000 manat miqdarında qiymətləndirmişdir.

34. İddiaçının Cavabdeh2 verdiyi etibarnamədə 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, ipoteka ilə yüklü etmək və özgəninkiləşdirməklə bağlı sair səlahiyyətlərin sonuncuya etibar edildiyi qeyd olunsa da, məhkəmə iclasında tərəflərin izahatlarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, həmin etibarnamənin verilməsində məqsəd məhz torpaq sahəsinin satılması ilə əlaqədar hüquqların Cavabdeh2 həvalə edilməsi olmuşdur.

35. Eyni zamanda, iddiaçının niyyəti özünə məxsus olan torpaq sahəsini istənilən qiymətə deyil, torpaq sahəsinin real dəyərinə uyğun bir qiymətə satmaqla borcunun ödənilməsini təmin etməkdən ibarət olmuşdur. İddiaçı 0,5708 hektar torpaq sahəsinin mülkiyyətçisi olaraq həmin əmlakı digər şəxsin adına özgəninkiləşdirməyə, əmlakın satış qiymətini müəyyən etməyə tam hüquqlu şəxs olsa da, Cavabdeh2 onun verdiyi etibarnamədə nəzərdə tutulan hüquqlarından yalnız öz mənafeyi naminə sui-istifadə etməklə həmin əmlakın satışı ilə bağlı iddiaçının həqiqi iradəsinin ifadəsi olmayan bir əməliyyatı həyata keçirmişdir.

36. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, Cavabdeh2 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsinə dair iddiaçının adından Cavabdeh1 ilə bağlamış olduğu xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız hesab edilməlidir. Mübahisə predmetinə aid olan 0,5708 hektar torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi də xx.xx.2020ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında verildiyindən həmin Çıxarış sənədi də ləğv edilməlidir.

37. Qeyd olunan əsaslara görə məhkəmə hesab etmişdir ki, 0,5708 hektar torpaq sahəsi Cavabdeh1 alınaraq İddiaçı qaytarılmalıdır. Qanunvericiliyə əsasən bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətinə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır. xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin nəticəsi olaraq əldə edilmiş 17.000 manat vəsait hazırki iş üzrə iddiaçıya verilməsə də, iddiaçı etibarnamə verdiyi nümayəndəsinin (Cavabdeh2) həmin müqavilə üzrə əldə etdiyi məbləğə görə mülki hüquq və vəzifələr daşıyır. Həmin əsaslara görə məhkəmə hesab edir ki, hazırda 0,5708 hektar torpaq sahəsinin Cavabdeh1 alınaraq iddiaçıya qaytarılması qərara alındığına görə, Cavabdeh1 torpaq sahəsini əldə etmək üçün həmin torpaq sahəsinin dəyəri kimi sərf etdiyi 17.000 manat vəsait də iddiaçıdan tutularaq Cavabdeh1 ödənilməlidir.

38. Məhkəmə ilk iddia tələbinin 2010-cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmasına dair hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin avtomobili lombarda girov qoymaqla və avtomobili lombardın işçisinin adına rəsmiləşdirməklə həmin lombarddan borc pul götürmüşdür. İddiaçı ona məxsus olmuş avtomobilin Cavabdeh2 tərəfindən əldə olunması, bununla da özünün hüquqlarının pozulması ilə bağlı məhkəməyə hər hansı mötəbər və əsaslı sübut təqdim etməmişdir. Bu səbəbdən Cavabdeh2 qeyd olunan avtomobilin iddiaçıya qaytarılmasına cavabdeh olan şəxs hesab edilə bilməz.

39. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ilk iddia tələbinin 2010-cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmasına dair hissəsi Cavabdeh2 iddiaçının hazırki iddia tələbinin həmin hissəsinə cavab verməli olan şəxs olmaması əsası ilə təmin edilməməlidir. Məhkəmə Cavabdeh2 qarşılıqlı iddia tələbinin 25.000 manat borc məbləğinin iddiaçıdan tutularaq ona ödənilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 iddiaçı üçün Almaniyadan “MERCEDES-BENZ SPRİNTER” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin gətirilməsi ilə əlaqədar iddiaçının ona 42.000 manat borcu yarandığını iddia etsə də, hazırki məhkəmə iclasında qeyd olunan avtomobillə bağlı iddiaçının borcunun avtomobilin dəyəri və digər xərclər də daxil olmaqla 40.000 manat olduğu müəyyən edilmiş, Cavabdeh2 da həmin məbləğlə razı olduğunu bildirmişdir. İddiaçı qeyd olunan məbləğdən Cavabdeh2 20.000 manat ödədiyini iddia etsə də, Cavabdeh2 ayrıayrı vaxtlarda hissəhissə ona qaytarılan məbləğin cəmi 12.000 manat olduğunu bildirmişdir. Borcdan ödənilən məbləğin 12.000 manatdan daha artıq olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmin əsaslara görə məhkəmə “MERCEDES-BENZ SPRİNTER” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilə görə iddiaçının cavabdehə olan 40.000 manat borcunun cəmi 12.000 manatdan ibarət hissəsinin qaytarıldığının sübuta yetirildiyini qəbul edir və hesab edir ki, həmin məbləğ borcun ümumi miqdarından azaldılmalıdır. Eyni zamanda, Cavabdeh2 özü qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərkən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi nəticəsində iddiaçıya məxsus torpaq sahəsini satmaq yolu ilə əldə etdiyi 17.000 manat məbləği borcun ümumi miqdarından azaldıb həmin məbləği borcun bir hissəsinin əvəzi kimi nəzərə alaraq iddiaçıya alqı-satqı müqaviləsinin nəticəsi olaraq əldə edilən vəsaitdən hər hansı məbləğ ödəməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 qarşılıqlı iddia tələbinin 25.000 manat borc məbləğinin iddiaçıdan tutularaq ona ödənilməsinə dair hissəsi 11.000 manat həddində (40.000 manat – 12.000manat – 17.000 manat = 11.000 manat) təmin edilməlidir.

40. Məhkəmə Cavabdeh2 qarşılıqlı iddia tələbinin 14.000 ABŞ dolları borc məbləğinin iddiaçıdan tutularaq ona ödənilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 iddia tələbinin həmin hissəsinin əsası kimi yalnız Şahid2 ifadəsinə istinad etmiş, bununla bağlı məhkəməyə digər hər hansı sübut təqdim etməmişdir. Cavabdeh2 iddiaçıya 14.000 ABŞ dolları verdiyini təsdiq edən yegənə Şahid2 isə Cavabdeh2 iddiaçıya pul verərkən bilavasitə onların yanında olmadığını, bunu 25-30 metr məsafədən uzaqdan seyr etdiyini, Cavabdeh2 iddiaçıya pulu sayıb verməsini də şəxsən müşahidə etmədiyini bildirmişdir. İddiaçı isə Cavabdeh2 14.000 ABŞ dolları borc pul aldığını qətiyyətlə inkar etmişdir. Şahid2 ifadəsi konkret faktlara əsaslanmadan, pulun miqdarı və verilmə şəraiti ilə bağlı qeyri-müəyyən əsaslarla əhatə olunduğundan mötəbər sübut kimi qəbul edilə və Cavabdeh2 qarşılıqlı iddia tələbinin 14.000 ABŞ dolları borc məbləği ilə bağlı hissəsinin təsdiqi üçün yetərli sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 qarşılıqlı iddia tələbinin 14.000 ABŞ dolları borc məbləğinin iddiaçıdan tutularaq ona ödənilməsinə dair hissəsi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələblərinin, həmin iddia tələbləri üzrə təmin edilmiş hissələrin bir-biri ilə əlaqədar olması nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinin tələbinə əsasən qətnamə hər iki iddia tələbi üzrə eyni vaxtda icra edilməlidir.

41. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, ilk iddia tələbi qismən təmin edilsə də, iddiaçı məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu məbləğini tələb etmədiyinə görə ilk iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu məbləği onun özünə aid edilməlidir. Cavabdehin qarşılıqlı iddia tələbi də qismən təmin edilsə də, o da məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu məbləğini tələb etmədiyinə görə cavabdeh tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu məbləği də onun özünə aid edilməlidir. Eyni zamanda, məhkəmə iş üzrə ekspert rəyi verilməsi zərurətinin mübahisə predmetinə aid olan torpaq sahəsinin dəyərinin müəyyən edilməsi ilə əlaqədar yarandığını, ilk iddia tələbinin torpaq sahəsi ilə bağlı hissəsinin təmin edildiyini, habelə, işin digər faktiki hallarını nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iş üzrə cəmi 100 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutulmasını qanunauyğun hesab edir.

42. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1, 359.3, 362.1, 337.1, 337.2, 337.4, 339.1 və 337.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 54.1, 54.2, 77.1, 78.1, 119.1, 220.6-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

43. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oğuz Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(054)-3/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.

44. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsi mülki qanunvericiliyin müvafiq normasını mübahisəyə tədbiq edərkən, işin obyektiv hallarını hərtərəfli araşdırmamışdır. Belə ki, iddiaçının qeyd etdiyi məqamlarda ziddiyyətləri məhkəmənin nəzərinə çatdırmaq istəyir. İlk növbədə, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “cavabdehlər onun xüsusi mülkiyətində olan 0,5708 hektar torpaq sahəsini dələduzluq yolu ilə öz mülkiyyətlərinə keçirmiş, nəticədə onun mülkiyyət huquqları kobudcasına pozulmuşdur. Eyni zamanda, o, özünə məxsus olan torpaq sahəsini heç kimə satmamış və satmaq fikrində də olmamış, Cavabdeh2 etibarnamə versə də, torpaq sahəsinin satılması ilə əlaqədar ona heç bir tapşırıq verməmiş, belə bir iradə ifadəsi olmamışdır. Qeyd olunan etibarnaməni və torpaq sahəsinin sənədlərini Cavabdeh2 ona olan borcunun təminatı kimi vermişdir.”

45. Daha sonra isə iddiaçı bildirir ki, onlar Nizami ilə birlikdə torpaq sahəsinə uzun müddət müştəri axtarmış, hətta onun yəni İddiaçı Novxanı qəsəbəsində yaşayan tanışı Şahid3 da yanına birgə gedib torpaq sahəsini satmaq istədiklərini demişlər. Şahid3 torpaq sahəsini satın almaq istəmədiyini dedikdə, o, Nizamiyə olan borcunu ödəmək üçün Kahindən borc olaraq 25.000 manat pul istəmiş, əvəzində borcun təminatı olaraq özünə məxsus torpaq sahəsinin sənədlərini Kahinə təqdim etmişdir. Nizami borcunu ondan təkidlə tələb etdiyinə, hətta qardaşı Nəsimi ona təsir və təzyiq göstərdiyinə görə Nizaminin borcunu verib, Kahindən aldığı pulu sonradan hssə-hissə qaytarmaqla torpaq sahəsinin sənədlərini geri almaq niyyətində olmuşdur. Sənədlər bir neçə gün Kahində qalsa da, Kahin pul tapıb ona verə bilməmiş, sonradan sənədləri ona qaytarmışdır. Həmin vaxtdan sonra da torpaq sahəsinin sənədləri bir müddət Nizamidə olmuşdur. Nizami ilə aralarında olan etibarlı münasibətə güvənərək, o, Nizamiyə öz adından etibarnamə də vermiş, həmçinin arvadı Günay Əbdürəhimovanın adından notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi də tərtib edilmişdir. Eyni zamanda,sonrakı vaxtlarda pandemiya dövrü ilə əlaqədar Nizaminin dövlət müəssisəs ilan "xxxx" ASC-də işləyən şəxs kimi Oğuz rayonuna gəlib getmək imkanlarının daha çox olması səbəbindən torpaq sahəsini uyğun qiymətə satmaq üçün münasib müştəri tapmaq məsələsini də Nizamiyə həvalə etmişdir.

46. İddiaçının tələbləri və fikrləri tamamilə ziddir. İlk öncə iddia tələbində torpaq sahəsinin dəyərinin 69.000 manat olduğunu bildirsə də, sonradan torpaq sahəsinə 25.000 manata Kahin adlı şəxsə satmaq niyyəti ilə torpaq sahəsinin sənədlərini həmin şəxsə təqdim etmişdir. Əgər Raminin torpaq sahəsinin dəyəri 69.000 manat idisə birdən birə 44.000 manat necə güzəşt edilə bilərdi? Göründüyü kimi reallıqda həmin torpaq sahəsinin dəyəri 17.000 manata olmuşdur ki, onu o yəni Cavabdeh1 almışdır. İddiaçı hazırki iş üzrə qərəzli olduğunu, bilərkdən hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etdiyini hər iclasda biruzə verməklə məhkmə iclaslarında verdiyi izahatlarda fərqli-fərqlidir. Belə ki, məhkəmə qətnaməsinin 2-ci səhifəsinin 2-ci abzasında göstərir ki, “O, 2012-ci ildən xüsusi mülkiyyətində Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsinin olması barədə cavabdehə bildirdikdə, cavabdeh həmin torpaq sahəsini ona satmasını xahiş etmişdir. Həmin torpaq sahəsinin 1 sotu 1200 manat olmaqla, cəmi 69.000 manat təşkil etmişdir. Cavabdeh torpaq sahəsinə görə 40.000 manat ödəniş edəcəyini demiş və qalan 29.000 manatın ödənilməsi üçün vaxt istəmişdir. O da cavabdehin səmimiyyətinə inanaraq və tanışlıq münasibətlərini nəzərə alaraq cavabdehə o şərtlə etibarnamə verməyə razlaşmışdır ki, pulun qalan hissəsini ödədikdən sonra torpaq sahəsini öz adına rəsmləşdirsin. Bir müddət sonra cavabdeh həmin torpaq sahəsini istəmədiyini bildirmiş və verdiyi 40.000 manatı qaytarmasını xahiş etmişdir. O, cavabdehə 20.000 manat pul vermiş və bildirmişdir ki, qalan pulu torpaq sahəsini satdıqdan sonra verəcəkdir. Məhkəmə qətnaməsinin 3-cü səhifəsinin 2-ci abzasında isə iddiaçı izahatında göstərir ki, onunla Cavabdeh2 arasında olan borc məsələsi torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar deyil, cavabdehin qardaşı Nümayəndə tərəfindən Almaniyadan avtomobil gətirilməsi ilə əlaqədar yaranmışdır. Belə ki, onlar Nizami ilə birlikdə biznes fəaliyyəti ilə məşğul olmaları üçün avtomobil satın almışlar. Nizami ona torpaq sahəsinin dəyəri kimi hər hansı məbləğdə pul verməmiş, bununla bağlı onlar arasında heç bir razılaşma olmamışdır. Ancaq Nizaminin xahişi ilə 2018-ci ilin əvvəllərində Nəsiminin Almaniyadan ona “MERCEDES-BENZ SPRİNTER” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil gətirməsi ilə əlaqədar onun Nizamiyə həmin avtomobilin dəyəri kimi 31.500 manat miqdarında borcu yaranmışdır. Sonuncu məhkəmə iclasında İddiaçı bildirmişdir ki, Kahinə sənədləri torpağı satmaq niyyəti ilə vermişdir. Sədrlik edənin sualına cavab olaraq isə bildirmişdir ki, əgər torpaq sahəsini satmış olsaydı Nizaminin yox öz borclarını ödəyəcəkdi. (Deyilənlər audiovideo yazı vasitəsi ilə qeydə alınmışdır). Göründüyü kimi, iddiaçı ilk əvvəl torpaq sahəsinin satılması ilə bağlı hər hansı bir niyyətinin və iradə ifadəsinin olmadığını bildirsə də, da sonra onunla birlikdə müştəri axtardığını və sonra müştəri tapmaq məsələsini ona həvalə etdiyini bildirmişdir.

47. İddiaçının qeyd etdiyi məqamlar bir-birilə ziddiyət təşkil edərək, bir-birini təkzib edir. Əqdin etibarsız sayılması üçün əqdin qanunla müəyyən edilmiş şərtəri pozmaqla bağlanması zərurəti vardır. Lakin, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması İddiaçı razılığı nəticəsində baş tutmuşdur. Çünki, etibarnamə daxil olmaqla, mübahisəli torpaq sahəsinin sənədləri onun tərəfindən verilmişdir. Əgər həmin sənədlər yalnız borcun təminatı kimi verilmişdirsə, nə üçün iddiaçı həmin topraq sahəsini satmaq niyyətində idi. Qeyd olunan hallara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməyərək, alqı-satqı müqaviləsinin etibarsızlığı nəticəsinə gəlinmişdir. İddiaçı verdiyi etibarnamə və onun arvadının razılıq ərizəsi əsasında qanuni əsaslarla bağlanaraq notariat qaydasında təsdiq edilmişdir və həmin müqavilənin etibarsız hesab edilməsinə hər hansı əsaslar mövcud deyildir. Belə ki, aldatma nəticəsində bağlanmış əqdə münasibətdə-aldatma əməli+aldatma qəsdi+aldatma ilə müqavilənin bağlanması arasında səbəbli əlaqə mövcudluğunu məhkəmə tərəfindən müəyyən olunmalı idi. Lakin məhkəmə aydınlaşdırmamışdır ki, burda hansı hədə-qorxu və ya aldatma halları olmuşdur. Əksinə İddiaçı əsl niyyətini gizlədərək onu yəni Cavabdeh1 çıxılmaz vəziyyətə salmışdır. Çünki həmin torpaq sahəsində 2020-ci ilin may ayında ərazidə təmizlik, həmin ilin avqust ayında isə tikinti işləri aparılan zaman Əbdürəhimov X8 öz etirazını bildirməmişdir. Ərazidə tikinti işləri başa çatdırılıb, istirahət zonası istifadəyə verildikdən iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan sənədlərdən və işin faktiki hallarından göründüyü kimi iddiaçının tələbi və mübahisələndirdiyi hal ancaq torpaq sahəsinin dəyəri ilə bağlı olmuşdur. Bu halda hansı aldadılmadan və etibardan suiistifadədən söhbət gedə bilər?.

48. İş materiallarına nəzər saldıqda görünür ki,xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyata alınmış etibarnamə verərək xüsusi mülkiyyətində olan, Oğuz rayonunun Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, ipoteka ilə yüklü etmək və özgəninkiləşdirməklə bağlı sair səlahiyyətləri ona etibar etmişdir. İddiaçı arvadı Günay Əbdürəhimova da həmin torpaq sahəsinin özgəninkilləşdirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə notariat qaydasındarazılıq ərizəsi vermişdir. Belə ki,0,5708 ha torpaq sahəsinə dair verilmiş etibarnamədə həmin əmlakı satmaq da daxil olmaqla, bir sıra hüquqlar etibar edilmişdir. Alğı-satqı müqaviləsi bağlanan zaman etibarnamə qüvvədə olmuş və alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsas yoxdur.

49. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş materiallarına əlavə edilmiş, xx.xx.2018-ci il tarixdə elanlar saytına yerləşdirilmiş elanın mətnində iddiaçı tərəfindən Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 58 sot torpaq sahəsinin 1 (bir) sotu 1500 manat olmaqla, cəmi 90.000 manat həddində (real alıcıyla razılaşmaq olar) qiymətləndirilərək satış üçün elan verildiyi qeyd edilmişdir. Elanlar saytına yerləşdirilmiş və hazırda vaxtı bitmiş kimi qeyd edilən digər elanlardan birinin mətnində iddiaçı tərəfindən Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 60 sot torpaq sahəsinin 15.000 manat həddində, digərində isə 60 sot torpaq sahəsinin hər sotu 1300 ABŞ dolları olmaqla 128.330 manat həddində qiymətləndirilərək satış üçün elan verildiyi qeyd edilmişdir. Qeyd olunan elanlar sübut kimi qəbul edilə bilməzdi. Çünki elan yerləşən sayt pulsuz elanlar saytı olmaqla saytda elanlar istifadəçilər tərəfindən yerləşdilir və elan yerləşdirən şəxs istənilən vaxt dəyişiklik edə bilər. Görəsən 25 000 manata satıla bilməyən torpaq sahəsi hansı məqsədlə 128.330 manata satışa çıxarılırdı. Məhkəməyə təqdim olunmuş Elanlar saytının 01 mart 2022-ci il tarixli məktubu deyilənləri bir daha təsdiq etmiş olur.

50. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərdə tutulan maddi və prosessual hüquq normalarının düzgün tədbiq edilməməsi məhkəmənin qanunsuz və əsassız qətnamə çıxarması ilə nəticələnmişdir.

51. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

52. Qeyd edilənlərə əsasən Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-3/2022 saylı qətnaməsinin ləğv edilərək, ilkin iddia tələblərinin rədd edilməsi və qarşılıqlı iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

54. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətinin təmin olunmasını xahiş etmişdir.

55. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər (qarşılıqlı iddiaçı) Cavabdeh2 və digər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki işə mahiyyəti üzrə baxmaqla ərazi aidiyəti qaydalarını pozmuşdur. Belə ki, həm cavabdehlər, həm də iddiaçı Bakı şəhərində qeydiyyatdadırlar. Mübahisələr yalnız əqdin etibarsızlığı və pul tələbindən ibarətdir. Ona görə də mülki işi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

56. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı tərəf (qarşılıqlı iddia üzrə cavabdeh) və Bakı şəhəri 38 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin iddiaçı məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını, notariat ofisi isə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

57. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

58. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2-ci maddəsinə əsasən (iddiaçının seçməsinə görə aidiyyət) rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 36.13-cü maddəsinin tələbinə görə həmin Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 384.0 və 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. 402.2 və 402.2.5-ci maddələrinin tələbinə görə bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

60. Apellyasiya şikayətindən görünür ki, apellyator Oğuz Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(054)-3/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

61. Ona görə də kollegiya Oğuz Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(054)-3/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası işin hallarına dair cavabdeh (qarşılıqlı iddiaçı) tərəfin izahatını dinləyib, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(054)-3/2022 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir.

63. Belə ki, iddia ərizəsinin ifadə tərzindən və mahiyyətindən müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi 3-cü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini;

64. Cavabdeh2 da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 25.000 manat və 14.000 ABŞ dolları məbləğində borc pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi də iddia ərizələrini icraata qəbul edərək, işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə qətnaməsi qəbul etmişdir.

65. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi hazırki iddia tələblərinə mahiyyəti üzrə baxmaqla ərazi aidiyyəti qaydalarını pozmuşdur.

66. Belə ki, işin müəyyən edilmiş hallarından, həmçinin məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh1 ünvan 2 ünvanda, Cavabdeh2 ünvan 3 ünvanda, iddiaçı (qarşılıqlı tələb üzrə cavabdeh) isə ünvan 4ömrəli mənzildə qeydiyyatdadırlar.

67. İlk iddia tələbinin mahiyyətindən də göründüyü kimi tərəflər arasındakı mübahisənin predmeti heç də Oğuz rayonu, Xalxal kəndində yerləşən torpaq sahəsi deyil, həmin torpaq sahəsi ilə bağlı notariat qaydada rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin etibarsızlığı və bu mübahisədən irəli gələn pul tələbidir. Yəni Oğuz rayonu, Xalxal kəndində yerləşən torpaq sahəsi hazırki mübahisənin predmeti deyildir.

68. Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur.

69. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur.

70. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.

71. Maddənin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; -sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan).

72. Göründüyü kimi, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir ki, hazırki iddia tələbi həmin maddənin təsiri dairəsinə düşmür.

73. Məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinin predmetini təşkil edən torpaq sahəsi Oğuz rayonu, Xalxal kəndində yerləşsə də, həmin torpaqla bağlı yerində müayinə aparılması, sübutların toplanması, şahidlərin izahatlarının alınması və s. bu kimi prosessual hərəkətlərin yerinə yetirilməsinə ehtiyac olmadığından işə baxılması ilə əlaqədar maksimum dərəcədə əlverişli şərait yaradılması, işin hərtərəfli və obyektiv həll edilməsi üçün iddia tələbinə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində baxılması daha məqsədəmüvafiqdir.

74. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyəti qaydaları ilə bağlı tələbləri pozulduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(054)-3/2022 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir.

75. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(054)-3/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması” tələbinə dair ilk; Cavabdeh2 İddiaçı qarşı “borc məbləğlərinin ödənilməsi” tələbinə dair qarşılqılı iddiaları üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Ayaz Mahmudov

.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar