Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-785/2021 12.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2-nə, Cavabdeh3nə və İİİ şəxs Şəki rayonu 1 saylı Dövlət Notariat kontoruna qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(075)-89/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(075)-89/2021 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) İddiaçı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2014-cü il tarixli i-017/2014 saylı ipoteka müqaviləsi və 18.09.2014-cü il tarixli i-023/2014 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiаçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2014-cü il tarixli i-017/2014 saylı ipoteka müqaviləsi və 18.09.2014-cü il tarixli i023/2014 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiаçı İddiaçı birinci instansiya məhkəməsinin iclasında məhkəməyə ünvanladığı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, Cavabdeh1 təsisçilərindən biridir. Cavabdeh1 qanuni təmsilçisi-direktoru isə onun atası X15r. Cavabdeh1 direktoru, yəni atası X21 təsisçi kimi onun məlumatı və razılığı olmadan Cavabdeh2 ilə 08.07.2014-cü il tarixli K-095/2014 №-li və 18.09.2014-cü il tarixli K 136/2014№-li kredit müqavilələri bağlamış, eyni zamanda 08.07.2014-cü il tarixli i- 017/2014 saylı ipoteka müqaviləsinə və 18.09.2014-cü il tarixli i023/2014 saylı sonraki ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasını ipoteka ilə yüklü etdirmişdir. Hesab edir ki, Cavabdeh1 direktoru X21 təsisçi kimi onun məlumatı və razılığı olmadan Cavabdeh2 ilə 08.07.2014-cü il tarixli K-095/2014 №-li və 18.09.2014-cü il tarixli K-136/2014 №-li kredit müqavilələri bağlamaqla, eyni zamanda 08.07.2014-cü il tarixli i-017/2014 saylı ipoteka müqaviləsi və 18.09.2014-cü il tarixli i- 023/2014 saylı sonrakı ipoteka müqaviləsi bağlamaqla onun hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, Cavabdeh1 Nizamnaməsinin 23-cü bəndinin 2-ci abzasında qeyd edilir ki, müəssisənin əmlakı təsisçinin mülkiyyəti olub, təsərrüfatın tam idarə olunması üçün ona məxsusdur. Cavabdeh1 Nizamnaməsinin 23-cü bəndinin 2-ci abzası ilə birmənalı olaraq müəyyən olunur ki, Cavabdeh1 əmlakı olan ünvan 1 ünvanındakı 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının mülkiyyətçilərindən biri də Cavabdeh1 təsisçisi kimi odur. Yuxarıda qeyd edilən maddi hüquq normasının tələbinə əsasən Cavabdeh1 əmlakı olan ünvan 1 ünvanındakı 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası ipoteka ilə yüklü edilən zaman Cavabdeh1 təsisçisi kimi, eyni zamanda Cavabdeh1nə məxsus əmlakların mülkiyyətçilərindən biri kimi onun notariat qaydasında təsdiq olunmuş razılığı alınmalı idi. Çox təssüf ki, 08.07.2014-cü il tarixli i-017/2014 saylı ipoteka müqaviləsi və 18.09.2014-cü il tarixli i-023/2014 saylı sonrakı ipoteka müqaviləsi bağlanılarkən onun notariat qaydasında təsdiq olunmuş razılığı alınmamış və o həmin ipoteka müqavilələrini imzalamamışdır. Həmçinin məhkəmə iclasında ona ünvanlanmış suallara cavabında göstərmişdir ki, 2018-ci il tarixdə iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh1nə qarşı "08.07.2014-cü il tarixli K- 095/2014 №-li kredit müqaviləsinə əsasən 01.09.2018-ci il tarixə 69242 manat məbləğində əsas borc, 10390 manat məbləğində faiz borcu, 92098 manat məbləğində dəbbə (penya) pulu olmaqla, cəmi 171730 manat borcun, 18.09.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsinə əsasən 15.05.2018-ci il tarixə 39908 manat məbləğində əsas borc, 6433 manat məbləğində faiz borcu, 42803 manat məbləğində dəbbə (penya) pulu olmaqla, cəmi 89144 manat məbləğində borcun, hər iki müqavilə üzrə ümumilikdə 260874 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, borc tələbinin 08.07.2014-cü il tarixli İ-017/2014 №-li ipoteka müqaviləsinə və 18.09.2014-cü il tarixli İ- 023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin 140000 manat ilkin satış (likvid) qiyməti ilə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, əmlaka tutma yönəldildikdə Cavabdeh1 bu binaya mülkiyyət hüququna, bu ünvanda fəaliyyətinə və bu binadan istifadə hüququna xitam verilməsi və onun binadan bir ay ərzində çıxarılması" tələbi barədə Şəki İnzibati-İqtisadi Məhkəməsində iqtisadi işin mövcudluğundan xəbəri olmuşdur. Belə ki, dəqiq xatırlamasa da Şəki İnzibati-İqtisadi Məhkəməsinin qeyd etdiyi iqtisadi işi üzrə ilk məhkəmə bildirişini təxminən 2018-ci ilin yanvar ayında aldığını xatırlayır. Sonrakı dövrlərdə də ona məhkəmə bildirişləri gəlmiş və məhkəmədə mübahisə olmasından xəbəri olmuşdur. Belə ki, məhkəmə bildirişlərinin gəlməsi barədə atası -Cavabdeh1 qanuni təmsilçisi-direktoru X1 atası ona demişdir ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən kredit götürmüş və müəssisənin əmlakını girov qoymuşdur. Həmin vaxt səhhəti yaxşı olmadığından və narahat olduğundan heç bir məhkəmə iclaslarına getməmişdir. X26-İqtisadi Məhkəməsinin 07.02.2019-cu il tarixli, 2- 2(84)-2/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 08.07.2014-cü il tarixli K- 095/2014 №-li kredit müqaviləsinə əsasən 01.09.2018-ci il tarixə 69242 manat məbləğində əsas borc, 9812,66 manat məbləğində faiz borcu, 60000 manat məbləğində dəbbə (penya) pulu, 18.09.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsinə əsasən 15.05.2018-ci il tarixə 39908 manat məbləğində əsas borc, 5602,74 manat məbləğində faiz borcu, 30000 manat məbləğində dəbbə (penya) pulu olmaqla, ümumilikdə 214565,40 manat məbləğində pul Cavabdeh1ndən iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulmuş, həmin 214565,4 manat məbləğində borcun ödənilməsi üçün 08.07.2014-cü il tarixli İ-017/2014 №-li ipoteka müqaviləsinə və 18.09.2014-cü il tarixli İ023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binasına tutma yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 239732,50 manat müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bundan sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.02.2019-cu il tarixli, 2- 2(84)-2/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsindən də ona məhkəmə bildirişləri gəlmiş, lakin o yenə heç bir məhkəmə iclasında iştirak etməmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.12.2019-cu il tarixli, 2-2(107)-54/2019 saylı qətnaməsindən görünür ki, Şəki İnzibati- İqtisadi Məhkəməsinin 07.02.2019-cu il tarixli, 2- 2(84)-2/2019 saylı qətnaməsinin 08.07.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsi üzrə 20000 manat dəbbə (penya) pulu, 18.09.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsi üzrə 10000 manat məbləğində dəbbə (penya) pulu, cəmi 154565,4 manat məbləğində müəyyən edilməklə, ipoteka predmetinin satışından əldə edilən cəmi 154565,4 manat məbləğində borcun ödənilməsi müəyyən edilməklə dəyişdirilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.12.2019-cu il tarixli, 2-2(107)-54/2019 saylı qətnaməsindən də kassasiya şikayəti verilmiş və bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 10.06.2020-ci il tarixli, 2- 2(102)-147/2020 saylı qərarı mövcuddur. Göstərmişdir ki, bütün məhkəmə prosesləri atası X10 nəzarətində olduğundan o heç bir məhəhkəmə proseslərində iştirak etməmişdir. Bildirmişdir ki, 2014-cü il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. Hesab etmişdir ki, qeyd edilən ipoteka müqavilələri onun xəbəri olmadan ipoteka qoyulmuşdur. Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiаçı İddiaçı vəkili X19 məhkəmə iclasında göstərmişdir ki, ipoteka müqavilələri iddiaçının xəbəri olmadan atası X21 tərəfindən ipoteka ilə yüklü edilmişdir. Buna görə hesab edir ki, iddiaları əsaslıdır. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı X31 oqlu "Zaman"xxxx"Effektinvəsf' MMC (arasında bağlanmış 08 iyul 2014-cü il tarixli K-095/2014 №-li Kredit müqaviləsi üzrə 2014cü il 08 iyul tarixli İ-017/2014 saylı İpoteka müqaviləsi əsasında və 18 sentyabr 2014-cı il tarixli K-136/2014 №-li Kredit müqaviləsi üzrə 18 sentyabr tarixli İ-023/2014 saylı Sonrakı ipoteka müqaviləsi əsasında borc öhdəliklərinin təminat üsulu olan “Zaman" MKM-nin mülkiyyətində olan, ünvan 3 ünvanında 2 mərtəbəli, 741.24 kv.m ümumi, 78.14 kv.m əsas və 663.10. kv.m köməkçi sahəsindən ibarət qeyri-yaşayış binasının ipoteka ilə yüklü edi məsi zamanı onun özünün iddia ərizəsində qeyd etdiyi kimi "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən notarial qaydada razılığının olmadığını əsassız iddia etmişdir. "Kredit təşkilatı" iddia tələbinin əsassızlığı üzrə məhkəməyə təqdim etdiyi sənədli sübutlarla İddiaçı və həyat yoldaşı X8 razılıq ərizəsi və ipoteka və kredit müqavilələrində imzaları İpoteka və kredit müqavilələri üzrə bütün rəsmiləşdirilmələri aparan Səki 1 saylı dövlət notariat kontorunda Dövlət notariusu X20 oqlu tərəfindən təstiqlənmişdir. Bununla yanaşı "Zaman" MKM-nin kredit alana kimi "Kredit təşkilatlana təqdim etdiyi təsisçilərin kredit alınması barədə ümumi yıgıncaqnın 04.06.2014-cü və 17.09.2014-cü il tarixlərdə İddiaçı oqlu iştirakı ilə keçirdiyi iclaslarında o, iclasın katibi olmuşdur və iclas protokollarına imza atmışdır. Protokol notarial qaydada təstiqlə kredit təşkilarına və Şəki 1 saylı notariat kontoruna təqdim edilməklə onun və digər təsisçilərin qeyd olunan sənərlərin təstiqi ilə rəsmiləşdirilmişdir. Xüsisi tədqiqat aparmadan, adi gözlə baxdıqda belə İddiaçının imzalarınin səlist və identik (oxşar) olması heç bir şübhə doğurmur. Eyni zamanda, iddiaçı "Zaman" MKM-nin kredit alana kimi "Kredit təşkilatına təqdim etdiyi təsisçilərin kredit alınması barədə ümumi yığıncağında və notarial rəsmləşdirilmələrdə iştirakının olmamasını bildirmir. Lakin yalnız imza atdığını xatırlamadağını deyir. Qeyd olunan kredit və ipoteka müqavilərinin bağlanması üçün notorial qayda razılıqlarını bildirmiş maraqlı şəxslərin ərizələrinin və protokolların surətləri məhkəməyə təqdim edilmişdir. İddiaçı belə uydurma iddianın əsassızlığını öncədən bilərəkdən məhkəmə baxışının sonrakı 24.11.2020-ci il tarixli iclasında yeni avantyur senari ilə məhkəməyə güya 2014-cü il tarixdən Səki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində olduğunu bildirməklə xəstə olduğunu sübut etməyə çalışır. İddiaçının ipoteka müqavilələrinin etibarsızlığına dair qərəzli iddiasını əsaslandırmaq üçün təqdim etdiyi tibbi arayış şübhəli olmaqla, onu verən tibb müəssisəsində iddiaçının xəstəlik tarixçəsinin (epiqrezinin) sənədli ekspertizasının və tibbi arayış üzrə xəstəlik barədə müalicə- nəzarət funksiyasını icra etmiş həkimin gəldiyi nəticəsi üzrə “məhkəmə-tibbi ekspertizasının təyin edilməsini zəruri edir. Məhkəmənin 24 noyabr 2020-ci il tarixli iclasında məlum oldu ki, "Zaman" MKM-yə qarşı borc tələbi və bu borc tələbinin ipoteka müqavilələri əsasında ipoteka müqaviləsinə yönəldilməsini barədə “Kredit təkilatının" iddia tələbi barədə məhkəmə mübahisələləri barədə 2018-ci ilin əvvəlində ünvanlarına gələn bildirişlərdən və məhkəmə çəkişmələrindən iddiaçı xəbərdar olmuşdur. “Kredit təşkilatının “Zaman" MKM-yə qarşı “borc və bu borc tələbinin ipoteka predmetinə yönəldilməsi barədə“ iddi tələbinə məhkəmə baxışına hazırlığı yanvar 2018-ci ildən başlamaqla Səki İnzibatiiqtisad məhkəməsinin 07 fevral 2019-cu il tarixli 2-2(84)-2/2019 №-li qətnaməsi ilə birinci instansiya məhkəməsi basa çatmışdır və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli, 2-2(1021-147/2020 nömrəli yekun qərarı çıxarılmışdır. İddiaçının etirafı əsasında təstiq olunur ki, iddiaçı 2(075)-1457/2020 №-li mülki is üzrə mübahisələndirdıyi qərəzli tələbin mövcudluğunu ən azı 2018-ci ilin əvvəlində bilmişdir. Bu tarixdən etibarən iddiaçı heç bir əsasla iddia tələbi verməmişdir. Borc öhdəliyinin icrasından uzun müddət qərəzli yayınmanın davamı olaraq növbəti əsassız iddia ilə 16 sentyabr 2020-ci il tarixdə “İpoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə ilkin heç bir sübut-dəlil təqdim etmədən məhkəməyə müraciət etmişdir. "Zaman" MKM borc tələbi üzrə məhkəmə baxışının predmeti olmuş demək olar ki, bütün prosessual hərəkələri dəfələrlə əsassız mülahizələrlə bütün məhkəmə instansiyalarında mübahisələndirməklə borc öhdəliyinin icrasından uzun müddətdir yayına bilmişdir. İddiaçı və onu dəstəkləyən borc tələbini ödəməkdən qərəzli yayınanlar, hətta vəkilləri MM-nin etibarsız əqdlər üzrə müddətlər barədə 354.2.-ci maddəsinin "...maraqlı səxs...əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər" tələbinə əməl edilmədən əsassız prosessual imkanlardan sui-istifadə edərək uydurma iddia tələbi vermələri ilə məhkəmə işi açaraq vaxt qazanmaqla dövlətin güzəştli (illik 7% ödənişlə) vəsaiti hesabına aldığı krediti-özgənin əmlakını qanunsuz özlərində saxlayaraq istifadə edib əsassız faydalanmalarına şərait yaratmaq məqsədi güdmüşlər. Məhkəmənin və "Kredit təşilatı"nın əsassız iddaları cavablandırılmağa sərf etdiyi vaxt və əmək sərfi itkisinin ölçülməsi xüsusi qiymətləndirmə tələb edən haldır. Hesab edir ki, MPM-nin 120-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfin məsuliyyətə cəlb edilməsinə məhkəmənin əsası vardır. Belə ki, iddiaçı ilkin iddiada yalnız ipoteka müqaviləsini inzalamadığını, bu halın məqsədinə nail olmağı üçün prespektivsiz olmasını bildikdən sonra şübhəli tibbi arayışla vaxt uzatdığını, MM-nin etibarsız əqdlər üzrə müddətlər barədə 354.2-ci maddəsinin tələbinin pozulması ilə iddia verməklə əsassız faydalanmalarına vaxt qazanılmasına şərait yaratmaq məqsədlərini davam etdirir. İddiaçının 2(075)-1457/2020 №-li mülki iş üzrə mübahisələndirdiyi tələbi əsassızdır, uydurma olması qeyd olunanlarla sübutludur və təmin olunmamalıdır. Eyni zamanda, qeyd olunan kredit və ipoteka müqavilələlər üzrə kreditorun borc tələbi barədə iddiaçının qismən təmin olunması barədə Ali Məhkəmənin 10.06.2020ci il tarixli 2-2(102)- 147/2020 №-li qaununi qüvvəyə minmiş qərarı əsasında icra sənədi üzrə Şəki icra və probasiya şöbəsində icraat başa çatdırılmaqla 2(075)-1457/2020 №-li mülki iş üzrə mübahisələndirilən ipoteka müqaviləsinin üzrə ipoteka predmeti- Səki ş., Salman Mümtaz küçəsi ünvanında yerləşən 2 mərtəbəli. 741.24 kv.m ümumi, 78.14 kv.m əsas və 663.10. kv.m köməkçi sahəsindən ibarət qeyri-yaşayış binası inzibati bina) üzərində Bank olmayan kredit təşkilatı Cavabdeh2 artıq tam mülkiyyət hüququ əldə etmişdir və əmlak üzərində mülkiyyət hüququ DƏDRX Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq ÇİXARİŞ (reyestr № **********09-06301, gediyyat № **********, qediyyat tarixi 05.11.2020-ci il) verilmisdir. Bütün göstərilənlərə əsaən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2-nin vəkili Vəkil da Cavabdeh2nin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatı təsdiq edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1, maraqlı şəxs Cavabdeh3 və İİİ şəxs Şəki rayonu 1 saylı Dövlət Notariat kontorunun nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iddia tələbini rədd edərkən guya ki, müəyyən etmişdir ki, İddiaçı “Zaman" müstəqil kiçik müəssisəsinin payçısı, həm də Cavabdeh1 qanuni təmsilçisi-direktoru X11 övladı (oğlu) olmaqla ailənin bir üzvü olduğundan yuxanda sadalanan bütün məhkəmə proseslərindən xəbəri olmuş və bu müddət ərzində iddiaya qarşı mübahisə etmək imkanı olmuş, lakin 2018-ci ilin yanvar ayından etibarən bir il müddətində hazırkı iddia tələbi ilə məhkəməyə nə qarşılıqlı iddia ərizəsi üzrə nə də ki, müstəqil iddia tələbi üzrə müraciət etməmişdir. Məhkəmənin gəldiyi bu hüquqi yanaşma ilə razı deyil. “Zaman" müstəqil kiçik müəssisəsinin qanuni təmsilçisi-direktoru X21 onun atası olmasına baxmayaraq onlar bir ünvanda yaşamırlar. Ayrı-ayrı ünvanlarda yaşayırlar. O, ümumiyyətlə məhkəmənin qətnaməsində sadaladığı məhkəmə proseslərinin heç birində iştirak etməmişdir və həmin məhkəmə iclaslarından ümumiyyətlə xəbəri olmamışdır. Həmin dövrlərdə onun səhhəti yaxşı olmamış və sağlamlığıyla bağlı narahatlığı olmuşdur. Xəstəliyi ilə bağlı o, məhkəməyə tibbi arayış da təqdim etmişdir. Bundan əlavə o, məhkəməyə vəsatət təqdim edərək həmin ipoteka müqa vilələrində olan imzanın onun tərəfindən imzalanmadığını, ümumiyyətlə onun həmin ipoteka müqavilələrindən məlumatlı olmadığımı bildirərək, mülki iş üzrə məhkəmə xəltşünaslıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etsə də məhkəmə əsassız olaraq onun təqdim etdiyi vəsatəti təmin etməmişdir. Hesab edir ki, məhkəmə tərəfindən mülki işin bu hallarının düzgün araşdırılmaması nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Qanunvericlik baxımından da hesab edir ki, məhkəmə iclasda təqdim edilmiş bütün sübutlara qərəzsiz şəkildə baxmalı və düzgün qiymətləndirməli idi. Məhkəmə həqiqətə nail olmaq üçün tərəfindən verilmiş vəsatəti təmin etməliydi. Çünki onun həqiqətən də həmin ipoteka müqavilələrindən məlumatı olmamışdır və həmin ipoteka müqavilələrində olan imzalar ona məxsus deyildir. Hesab edir ki, məhkəmə işə birtərəfli şəkildə baxmış və təqdim edilmiş sübutlara tam obyektiv şəkildə qiymət verməmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(075)-89/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı, cavabdehlər Cavabdeh1 nümayəndəsi, Cavabdeh2-nin nümayəndəsi, Cavabdeh3 nümayəndəsi və İİİ şəxs Şəki rayonu 1 saylı Dövlət Notariat kontorunun nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(075)-89/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Cavabdeh2 ilə Cavabdeh1 MKM arasında bağlanmış 08 iyul 2014-cü il tarixli İ-017/2014 nömrəli ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, 08 iyul 2014-cü il tarixli K-095/2014 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə verilən 70000 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər Şəki şəhəri, Salman Mümtaz küçəsi, ev 02, torpaq sahəsi 0,03 ha, mərtəbəsi 2, ümumi sahəsi 741,24 kv.m, əsas78,14 kv.m, köməkçi sahəsi 663,10 kv.m olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İşdə olan tərəflər arasında bağlanmış 08 iyul 2014-cü il tarixli İ-023/2014 nömrəli sonrakı ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, 08 iyul 2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsinə əsasən 60 ay müddətinə verilən 70000 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər Şəki şəhəri Salman Mümtaz küçəsi ev 02, torpaq sahəsi 0,03 ha, mərtəbəsi 2, ümumi sahəsi 741,24 kv.m, əsas 78,14 kv.m, köməkçi sahəsi 663,10 kv.m olan qeyri-yaşayış binası (inzibati bina) təkrarən ipoteka ilə yüklü edilmişdir. İşdə olan X12 11.07.2014-cü il tarixli, ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, əri X5 məxsus olan və Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən Zaman MKM-nə məxsus inzibati binanın və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdır. İpoteka qoyulmuş evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İşdə olan X611.07.2014-cü il tarixli, ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, əri X16 məxsus olan və Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən Zaman MKM-nə məxsus inzibati binanın və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdır. İpoteka qoyulmuş evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İşdə olan X9 11.07.2014-cü il tarixli, ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, əri X17 məxsus olan və Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən Zaman MKM-nə məxsus inzibati binanın və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdır. İpoteka qoyulmuş evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İşdə olan, X3, X13, X6, X14, X9 22.09.2014-cü il tarixli ərizələrinin təsdiq edilmiş surətindən görünür ki, onlar Cavabdeh1 MKM-dən X17 düşən payın satılmasına, bağışlanmasına, hər hansı bankda ipoteka (girov) qoyulmasına etirazları yoxdur. İşdə olan Şəki Rayon Psixiatriya xəstəxanası tərəfindən verilmiş 23.11.2020-ci il tarixli, 644 saylı arayışdan görünür ki, İddiaçı 2014-cü il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. D-z: Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.02.2019-cu il tarixli, 2-2(84)-2/2019 saylı qətnaməsindən görünür ki, 08.07.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsinə əsasən 01.09.2018-ci il tarixə 69242 manat məbləğində əsas borc, 9812,66 manat məbləğində faiz borcu, 60000 manat məbləğində dəbbə (penya) pulu, 18.09.2014cü il tarixli K-136/2014 №-li kredit müqaviləsinə əsasən 15.05.2018-ci il tarixə 39908 manat məbləğində əsas borc, 5602,74 manat məbləğində faiz borcu, 30000 manat məbləğində dəbbə (penya) pulu olmaqla, ümumilikdə 214565,40 manat məbləğində pul Cavabdeh1ndən iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması, həmin 214565,4 manat məbləğində borcun ödənilməsi üçün 08.07.2014-cü il tarixli İ-017/2014 №-li ipoteka müqaviləsinə və 18.09.2014-cü il tarixli İ-023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 239732,50 manat müəyyən edilməsi, iddia tələb olunan pul məbləğinin qalan 46308,6 manat hissəsində, əmlaka tutma yönəldildikdə Cavabdeh1 ipoteka qoyulmuş binaya mülkiyyət hüququna, bu ünvanda fəaliyyətinə və bu binadan istifadə hüququna xitam verilməsi və onun binadan bir ay ərzində çıxarılması hissəsində təmin edilməməsi, məhkəmə xərclərinin 143,93 manat hissəsi cavabdehə, qalan 31,07 manat hissəsi iddiaçıya aid edilsin. İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən 1,07 manat, Cavabdeh1ndən 143,93 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşdə olan şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.12.2019cu il tarixli, 2-2(107)-54/2019 saylı qətnaməsindən görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.02.2019-cu il tarixli, 2-2(84)-2/2019 saylı qətnaməsinin 08.07.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsi üzrə 20000 manat dəbbə (penya) pulu, 18.09.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsi üzrə 10000 manat məbləğində dəbbə (penya) pulu, cəmi 154565,4 manat məbləğində müəyyən edilməklə, ipoteka predmetinin satışından əldə edilən cəmi 154565,4 manat məbləğində borcun ödənilməsi müəyyən edilməklə dəyişdirilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 10.06.2020-ci il tarixli, 2-2(102)-147/2020 saylı qərarından görünür ki, Şeki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(107)-54/2019 saylı, 9 dekabr 2019-cu il tarixli qətnaməsinin cavabdehdən dəbbə pulunun tutulub iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, 8 iyul 2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsi üzrə dəbbə (penya) pulu 6.824 manat, 18 sentyabr 2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsi üzrə dəbbə (penya) pulu 3.990 manat müəyyən edilməsi, qətnamənin 08.07.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsinə əsasən 01.09.2018-ci il tarixə 69,242 manat əsas borc, 9.312,66 manat faiz borcu, 18.09.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsinə əsasən 15.05.2018-ci il tarixə 39.908 manat əsas borc, 5.602,74 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutulan borcun ödənilməsi üçün 08 07.2014-cü il tarixli 1-017/2014 №-li ipoteka müqaviləsinə və 18.99.2014-cü il tarixli 1- 023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edəmiş, cavabdehin mülkiyyətində olan ünvan 4 ünvanda 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 239.732,50 manat müəyyən edilməsi hissəsində deyişdirilmədən saxlanması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli və Penias və Ortmair Avstriyaya qarşı iş üzrə 2011-ci il 18 oktyabr tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəllənin 6cı maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13.02.2007-ci il tarixli, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” 2015-ci il 15 iyul tarixli və “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 06.06.2014-cü il tarixli qərarlarına istinad etməkdə haqlı olmuşdur. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Avropa Məhkəməsinin Penias və Ortmair Avstriyaya qarşı iş üzrə 2011-ci il 18 oktyabr tarixli qərarında qeyd olunmuşdur ki, hüququn aliliyinin fundamental əlamətlərindən biri olan hüquqi müəyyənlik prinsipi baxımından daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları mübahisələndirilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. C.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.02.2007-ci il tarixli Qərarında qeyd olunur ki, “Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Həmçinin C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06.06.2014-cü il tarixli Qərarında isə qeyd olunur ki, “Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qərarda həmçinin, qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz, bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasım yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.” Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarında qeyd olumuşdur ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı qanunla qorunan mülkiyyət hüquqlarının pozulduğunu əsas gətirərək, pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti bundan əvvəl Cavabdeh1nə qarşı "08.07.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsinə əsasən 01.09.2018-ci il tarixə 69242 manat məbləğində əsas borc, 10390 manat məbləğində faiz borcu, 92098 manat məbləğində dəbbə (penya) pulu olmaqla, cəmi 171730 manat borcun, 18.09.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsinə əsasən 15.05.2018-ci il tarixə 39908 manat məbləğində əsas borc, 6433 manat məbləğində faiz borcu, 42803 manat məbləğində dəbbə (penya) pulu olmaqla, cəmi 89144 manat məbləğində borcun, hər iki müqavilə üzrə ümumilikdə 260874 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, borc tələbinin 08.07.2014-cü il tarixli İ-017/2014 №-li ipoteka müqaviləsinə və 18.09.2014-cü il tarixli İ-023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin 140000 manat ilkin satış (likvid) qiyməti ilə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, əmlaka tutma yönəldildikdə Cavabdeh1 bu binaya mülkiyyət hüququna, bu ünvanda fəaliyyətinə və bu binadan istifadə hüququna xitam verilməsi və onun binadan bir ay ərzində çıxarılması" tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.02.2019-cu il tarixli, 2-2(84)-2/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 08.07.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsinə əsasən 01.09.2018-ci il tarixə 69242 manat məbləğində əsas borc, 9812,66 manat məbləğində faiz borcu, 60000 manat məbləğində dəbbə (penya) pulu, 18.09.2014-cü il tarixli K- 136/2014 №-li kredit müqaviləsinə əsasən 15.05.2018-ci il tarixə 39908 manat məbləğində əsas borc, 5602,74 manat məbləğində faiz borcu, 30000 manat məbləğində dəbbə (penya) pulu olmaqla, ümumilikdə 214565,40 manat məbləğində pul Cavabdeh1ndən iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulmuş, həmin 214565,4 manat məbləğində borcun ödənilməsi üçün 08.07.2014-cü il tarixli İ017/2014 №-li ipoteka müqaviləsinə və 18.09.2014-cü il tarixli İ-023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 239732,50 manat müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bundan sonra Cavabdeh1 Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.02.2019-cu il tarixli, 2-2(84)-2/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.12.2019-cu il tarixli, 2-2(107)-54/2019 saylı qətnaməsindən görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07.02.2019-cu il tarixli, 2-2(84)-2/2019 saylı qətnaməsinin 08.07.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsi üzrə 20000 manat dəbbə (penya) pulu, 18.09.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsi üzrə 10000 manat məbləğində dəbbə (penya) pulu, cəmi 154565,4 manat məbləğində müəyyən edilməklə, ipoteka predmetinin satışından əldə edilən cəmi 154565,4 manat məbləğində borcun ödənilməsi müəyyən edilməklə dəyişdirilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 09.12.2019-cu il tarixli, 2-2(107)-54/2019 saylı qətnaməsindən də kassasiya şikayəti verilmiş və bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 10.06.2020-ci il tarixli, 2-2(102)-147/2020 saylı qərarı mövcuddur.Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 10.06.2020-ci il tarixli, 2-2(102)-147/2020 saylı qərarı ilə Şeki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(107)-54/2019 saylı, 9 dekabr 2019-cu il tarixli qətnaməsinin cavabdehdən dəbbə pulunun tutulub iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, 8 iyul 2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsi üzrə dəbbə (penya) pulu 6.824 manat, 18 sentyabr 2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsi üzrə dəbbə (penya) pulu 3.990 manat müəyyən edilməsi, qətnamənin 08.07.2014-cü il tarixli K-095/2014 №-li kredit müqaviləsinə əsasən 01.09.2018-ci il tarixə 69,242 manat əsas borc, 9.312,66 manat faiz borcu, 18.09.2014-cü il tarixli K-136/2014 №-li kredit müqaviləsinə əsasən 15.05.2018-ci il tarixə 39.908 manat əsas borc, 5.602,74 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutulan borcun ödənilməsi üçün 08 07.2014-cü il tarixli 1-017/2014 №-li ipoteka müqaviləsinə və 18.99.2014-cü il tarixli 1- 023/2014 №-li sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edəmiş, cavabdehin mülkiyyətində olan ünvan 4 ünvanda 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılaraq borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 239.732,50 manat müəyyən edilməsi hissəsində deyişdirilmədən saxlanması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, yuxarıda sadalanan məhkəmə insatansiyalarında qeyd olunan mübahisə üzrə iqtisadi işlərdən ən azından 2018-ci ilin yanvar ayında xəbəri olmuşdur. Belə ki, göstərmişdir ki, Şəki İnzibatiİqtisadi Məhkəməsinin qeyd edilən iqtisadi işi üzrə ilk məhkəmə bildirişini təxminən 2018-ci ilin yanvar ayında almışdır. Lakin həmin vaxt səhhəti yaxşı olmadığından və narahat olduğundan heç bir məhkəmə iclaslarına getməmişdir. Digər məhkəmə instansiyalarından da ona məhkəmə bildirişləri gəlmiş, yenə də heç bir məhkəmə proseslərinə getməmişdir. Göstərmişdir ki, bütün məhkəmə prosesləri atası X10 nəzarətində olduğundan o heç bir məhəhkəmə proseslərində iştirak etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, , hazırkı iş üzrə İddiaçı Cavabdeh1 payçısı, həm də Cavabdeh1 qanuni təmsilçisi-direktoru X10 övladı (oğlu) olmaqla ailənin bir üzvü olduğundan yuxarıda sadalanan bütün məhkəmə proseslərindən xəbəri olmuş və bu müddət ərzində iddiaya qarşı mübahisə etmək imkanı olmuş, lakin 2018-ci ilin yanvar ayından etibarən bir il müddətində hazırkı iddia tələbi ilə məhkəməyə nə qarşılıqlı iddia ərizəsi üzrə nə də ki, müstəqil iddia tələbi üzrə müraciət etməmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi görə iddiaçının hazırkı tələbi artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azalda bilər. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiаçı İddiaçı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2014-cü il tarixli i-017/2014 saylı ipoteka müqaviləsi və 18.09.2014- cü il tarixli i023/2014 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının 07 aprel 2021-ci il tarixli tarixli qərardadına əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli 4/575 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, 3M-1/255 nömrəli işin 33-39-cu vərəqələrində olan 08.07.2014-cü il tarixli İ-017/2014 saylı ipoteka müqaviləsinin 2-7-ci vərəqələrində “İpoteka qoyanlar:4” qrafalarındakı imzalar, 7-ci vərəqədə isə “İddiaçı İmza” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 3M-1/255 nömrəli işin 33-39-cu vərəqələrində olan 08.07.2014-cü il tarixli İ-017/2014 saylı ipoteka müqaviləsinin 2-7-ci vərəqələrində “İpoteka qoyanlar:4” qrafalarındakı imzalar, 7-ci vərəqədə isə “İddiaçı İmza” qrafasındakı imzalarda – imzaların qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müəyyən olunmadı. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(075)-89/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(075)-89/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-785/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-785/2021
12.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver