Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-793/2024 03.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı pul tələbinə dair (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(075)-1328/2024 nömrəli qərardadından İddiaçı İB tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı İB Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.. Şəki Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(075)-1328/2024 nömrəli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, İddiaçı İB tərəfindən verilmiş şikayətin təmin olunmasını, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1328/2024 saylı qərardadının ləğv edilərək İddiaçı İB-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata götürülməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli, 2(075)-1328/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(075)- 1329/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci insansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh Laçın rayonu, Bozdoğan kəndində qeydiyyatdadır. Hazırkı iddia “pul tələbi” ilə bağlıdır. İddia ərizəsinin müstəsna aidiyyət və ya iddiaçının seçməsinə görə aidiyyət qaydasında verilməsi üçün əsaslar da mövcud deyil. Bütün bunlara görə də iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıa göstərilənlərə əməl etməklə yenidən aidiyyəti məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şikayətdə göstərilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi Cavabdeh faktiki yaşayış ünvanı Şəki rayonu Yeni Çələbixan qəsəbəsi 363 ünvanıdır və tərəflər arasında təbii qazın alqı-satqısına dair müqavilə onun icra yeri olan Şəki rayonunda bağlanılmışdır. Beləliklə tərəflər arasında bağlanmış müqavilənin ünvanının Şəki Rayon Məhkəməsinin yurisdiksiyasına daxil olduğu görünür, çünki Cavabdeh qeydiyyat ünvanı ünvan 4 ünvan Şəki rayonu Yeni Çələbixan qəsəbəsi 363 ünvanıdır. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Hazırki iş üzrə iddiaçının istinad etdiyi müqvilədə icra yeri ilə bağlı hər hansı razılaşma nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçının şikayətinin dəlilləri əsassızdır və qanuni və əsaslı qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(075)-1328/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(075)-1328/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı İB tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(075)-1328/2024 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-793/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-793/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver