Məhkəmə qərarları › İş №2(107)-795/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-795/2022

18.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-795/2022 18.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 İdris qızına qarşı 12 yanvar 2019-cu ildə verilmiş, 2V-21 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 08 fevral 2018-ci il tarixli reyestr nömrəsi 2V-61 olan vəsiyyətnamənin və 12 yanvar 2021-ci il tarixli reyestr nömrəsi 2V-15 olan vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vəsiyyətnamənin, vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X15, Cavabdeh1 İdris qızının nümayəndəsi X16 və vəkili Nümayəndə3 iştirakı ilə İddiaçı Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 İdris qızına qarşı 12 yanvar 2019-cu ildə verilmiş, 2V-21 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 08 fevral 2018-ci il tarixli reyestr nömrəsi 2V-61 olan vəsiyyətnamənin və 12 yanvar 2021-ci il tarixli reyestr nömrəsi 2V-15 olan vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, e-2(019)-151/2022 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. xx.xx.2018-ci il tarixli, 8i-61 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, X10 ölən günədək özünə məxsus olan bütün əmlakını, o cümlədən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini bacısı X8 vəsiyyət etmiş, vəsiyyətnamə xüsusi notarius Cavabdeh2 tərəfindən şahidlər Nümayəndə2 İdris oğlu və X1 iştirakı ilə təsdiq edilmiş, vəsiyyətnamənin mətninin vəsiyyət edən tərəfindən oxunması və onun tərəfindən imzalanması şahidlərin iştirakı ilə rəsmiləşdirilmişdir.

2. xx.xx.2018-ci il tarixli AZ-İ seriyalı 925150 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə xroniki ürək çatışmamazlığı səbəbindən ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli, 2V-21 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixli vəsiyyətnaməyə əsasən, Taman Daanova mərhum Zafta Daanovaya məxsus miras əmlakdan-ünvan 1ində yerləşən ümumi sahəsi 94.1 kv.m fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0,08 ha torpaq sahəsinin mərhuma çatası hissəsindən irs almışdır.

3. xx.xx.2021-ci il tarixli, 8i-212 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, X11 ölən günədək özünə məxsus olan bütün əmlakını, o cümlədən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini, qeyri-yaşayış binasını və həmin torpaq sahəsində yerləşən digər tikililəri və pay torpaqlarını X5 vəsiyyət etmiş, vəsiyyətnamə xüsusi notarius Cavabdeh2 tərəfindən şahidlər X12 və X1 iştirakı ilə təsdiq edilmiş, vəsiyyətnamənin mətninin vəsiyyət edən tərəfindən oxunması və onun tərəfindən imzalanması şahidlərin iştirakı ilə rəsmiləşdirilmişdir.

4. Balakən rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli 937 nömrəli arayışından görünür ki, X11 xx.xx.2021-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüşdür.

5. DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, mərhum X6 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixində qeydiyyata alınmış fərdi yaşayış evi Balakən rayon notariat ofisinin xx.xx.2019-cu il tarixli, 2V-21 saylı vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə sənədinə əsasən, X14 (həyətyanı torpaq sahəsinin 1/3 hissəsi) və X7 (fərdi yaşayış evi tam, həyətyanı torpaq sahəsinin 2/3 hissəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində təkrar qeydiyyata alınmışdır. Ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən idarəyə təhvil verilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarında X10, X11 və X14 ümumi birgə mülkiyyətində (subyekt sayı-3 nəfər) ünvan 1i ünvanında JN-483 nömrəli “Torpağa mülkiyyət hüququna X33 sənədində qeyd olunan 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd olunmuşdur.

6. Balakən rayon Qeydiyyat Şöbəsinin 05 mart 2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, X10 ilə X21 arasında bağlanmış nikah 16 mart 1972-ci il tarixdə pozulmuş, həmin nikahdan onların iki övladı-16 mart 1958-ci il təvəllüdlü X17 və 01 oktyabr 1960-cı il təvəllüdlü X18 dünyaya gəlmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

7. Daanov X2 regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh1 İdris qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X28 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən 12 yanvar 2019-cu ildə verilmiş, 2V-21 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 08 fevral 2018-ci il tarixli reyestr nömrəsi 2V-61 olan vəsiyyətnamənin, 12 yanvar 2021-ci iltarixli reyestr nömrəsi 2V-15 olan vəsiyyətnamənin etibarsız hesab edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-ni 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2018-ci ildə verilmiş reyestr nömrəsi **********2310301 olan qeydiyyat nömrəsi ********** RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və qeydiyyat nömrəsi ********** olan 08 aprel 2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı və onun nümaynədəsi-vəkili iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər qismində əlavə olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X3, Balakən rayonu Talalar kəndində yaşayan X4 işə cəlb edilməsini, cavabdeh Balakən rayon Notarit Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən 12 yanvar 2019-cu il tarixdə verilmiş 2V-21 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 08 fevral 2018-ci il tarixli reyestr nömrəsi 2V-61 olan vəsiyyətnamənin və 12 yanvar 2021-ci il tarixli reyestr nömrəsi 2V-15 olan vəsiyyətnamənin etibarsız hesab edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2018-ci ildə verilmiş reyestr nömrəsi **********2310301 olan qeydiyyat nömrəsi ********** RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehlər qismində əlavə olaraq Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2, Balakən rayonu Talalar kəndində yaşayan X4 işə cəlb edilməsini, cavabdeh Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən 12 yanvar 2019-cu ildə verilmiş 2V-21 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 08 fevral 2018-ci il tarixli reyestr nömrəsi 2V-61 olan vəsiyyətnamənin və 12 yanvar 2021-ci il tarixli reyestr nömrəsi 2V-15 olan vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.

11. Məhkəmə tərəfindən Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 İdris qızı cavabdeh qismində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi, X6 uşaqları X17 və X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 və X11 onun bibiləri olmuşlar. Zafta Daanova 21 fevral 2018-cl tarixdə, Taman Daanova isə 09 sentyabr 2021-cl il tarixdə vəfat etmişdir. O, mərhum bibisi Taman Daanova vəfat etdikdən ondan qalmış mirasa dair vərəsəlik işinin açılması üçün notariat kontoruna müraciət etdiyi zaman ona məlum olmuşdur ki, Taman Daanova ölməzdən əvvəl bütün əmlakını, o cümlədən ünvan 1ində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini, qeyri-yaşayış binasını və həmin torpaq sahəsindəki tikililəri və pay torpaq sahəsini X5 vəsiyyət etmişdir. Halbuki bibisi Taman Daanova 12 yanvar 2020-ci ildə ağır xəstə olmuş, şüuru özündə olmamışdır. Həm şəkər, həm də ürək xəstəsi olmuş, öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmamışdır. Onun notariusa gedərək vəsiyyətnamə yazdırmasi və həmin vəsiyyətnaməyə imza etməsi inandırıcı deyildir.

13. Rəsmiyyə Tüməliyeva notariat əməkdaşını bibisinin evinə aparmiş, vəsiyyətnaməni isə mərhum bibisi özü imza etməmişdir. Bundan başqa, mərhum X31nın 2 övladı olmuş, buna baxmayaraq o, özünə məxsus bütün əmlakını övladlarının razılığı olmadan bacısı Taman Daanovaya vəsiyyət etmişdir. X31 xəstə olarkən o, anası Pərizad Daanova ilə birgə ona baş çəkmək üçün yaşadığı evə gəlmiş, həmin zaman bibisinin huşunun özündə olmadığının şahidi olmuşlar. Belə ki, mərhum bibisi onları tanımamış, koma vəziyyətində olmuşdur. Onun xəstələnməsi və ölümü çox qısa müddətdə baş vermişdir. Həmin müddətdə onun hüquqları dövlət qeydiyyatına alınmış, halbuki, o, öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətində olmamışdır. Əks təqdirdə o, öz əmlakını bacısına deyil, öz övladlarına vəsiyyət edərdi. Taman Daanovanın da öz əmlakını kənar şəxsə bağışlaması da təsdiq edir ki, sonuncunun huşu özündə olmamışdır. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

14. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 22 aprel 2022-ci il tarixli, e-2(019)- 151/2022 nömrəli qətnaməsi ilə iddia təmin olunmamışdır.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X10 ilə X21 arasında rəsmi nikah bağlanmış,həmin nikah 16 mart 1972-ci il tarixdə pozulmuş, həmin nikahdan onların iki övladı-16 mart 1958- ci il təvəllüdlü X17 və 01 oktyabr 1960-cı il təvəllüdlü X18 dünyaya gəlmişdir. X10, xx.xx.2021-ci il tarixdə bütün əmlakını bacısı X8 vəsiyyət etmiş, xx.xx.2021-ci il tarixdə xroniki ürək çatışmamazlığı səbəbindən ölmüş, onun vəfatından sonra birinci növbə vərəsələri olan övladları X17 və X9 olmuşlar.

16. Bununla yanaşı, iddiaçı hazırki iddianı irəli sürərkən X10 və X7 onun bibisi olmasını iddia etsə də, sonuncularla qohumluq münasibətini təsdiq edən sənədi və onların qanun üzrə vərəsəsi olmasını təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir.

17. Məhkəmə hesab etmişdir ki, X10 vəfat etdiyi zaman onun birinci növbə vərəsələri, övladları sağ olduğundan və bu hal sonrakı növbənin vərəsəliyini istisna etdiyindən, habelə mərhum X10 və X11 ilə qohumluq münasibətində olmasını və vərəsəsi olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən onun mübahisə predmeti olan miras əmlaka hər hansı hüquqlarının müəyyən edilməsi istisna edilir. Belə olan halda qeyd olunan miras əmlakın üçüncü şəxsə və ya digər şəxslərə vəsiyyət edilməsi, bağışlanılması və ya həmin əmlak üzərində başqa üsulla sərəncam verilməsi nəticəsində iddiaçının hər hansı subyektiv hüququnun və qanuni mənafelərinin pozulması mümkün deyildir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

18. X10 ölən günədək özünə məxsus olan bütün əmlakını, o cümlədən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini xx.xx.2018-ci il tarixli vəsiyyətnamə ilə bacısı X8 vəsiyyət etmiş, vəsiyyətnamə texniki vasitənin köməyi ilə tərtib olunaraq notarius tərəfindən, şahidlər Nümayəndə2 İdris oğlu və X1 iştirakı ilə təsdiq edilmiş, vəsiyyətnamənin mətninin vəsiyyət edən tərəfindən oxunması və onun tərəfindən imzalanması şahidlərin iştirakı ilə rəsmiləşdirilmişdir.

19. Mərhumun ölümündən sonra, Taman Daanova mərhum Zafta Daanovaya məxsus miras əmlakdan-ümumi sahəsi 94.1 kv.m olan fərdi yaşayış evindən tam və onun yerləşdiyi ümumi sahəsi 0,08 ha torpaq sahəsinin mərhuma çatası hissəsindən irs almış, həmin əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmış, xx.xx.2021-ci il tarixli vəsiyyətnamə əsasında bütün əmlakını X5 vəsiyyət etmiş, vəsiyyətnamə texniki vasitənin köməyi ilə tərtib olunaraq notarius tərəfindən şahidlər X12 və X1 iştirakı ilə təsdiq edilmiş, vəsiyyətnamənin mətninin vəsiyyət edən tərəfindən oxunması və onun tərəfindən imzalanması şahidlərin iştirakı ilə rəsmiləşdirilmişdir.

20. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 346.1, 346.2, 346.3, 354.1, 354.2, 1133.1, 1133.2 1134.1 1159.1.1, 1159.2, 1160, 1166, 1167, 1168, 1179.1, 1179.2, 1180.1, 1180.2, 1184, 1188, 1190, 1225.1, 1225.2, 1225.3 və 1230cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MM-nin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad(ər), valideynləri( övladlığa götürülənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynlər sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə vərəsə ola bilməzlər. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onları uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Dördüncü növbədə- xalalar və bibilər,dayılar və əmilər. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası MM-nin 1225-ci maddəsinə əsasən vəsiyyətnamə, ümümiyyətlə əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları habelə aydın olmayan və ya bir - birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasın başa düşmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası MM-nin 1226 -cı maddəsinə əsasən mirasda olmayan əşyaya vərəsəliyə çağırmağa əsas verən vəsiyyət sərəncamı etibarsızdır. Əgər kiməsə miras əmlakda olmayan pul məbləği vəsiyyət edilmişdirsə, vəsiyyətnamənin bu cür sənrəncamı etibarsızdır. Vərəsənin mirası müəyyən dövr üçün və ya miras qoyanın öldüyü gündən deyil, sonralar alacağı barədə, habelə vərəsənin ölümündən sonra mirasın kimə keçməli olduğu barədə, habelə vərəsənin ölümündən sonra mirasın kimə keçməli olduğu barədə vəsiyyət sərəncamı etibarsızdır. Azərbaycan Respublikası MM-nin 1231-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki ilərzində irəli sürülə bilər. Qeyd edilənlərə əsasən cavabdeh Balakən rayon Notariat Ofisi tərəfindən verilmiş, 08 fevral 2018-ci il tarixli reyestr 2V-61 nömrəli, 12 yanvar 2019-cu il tarixli reyestr 2V-21 nömrəli, 12 yanvar 2021-ci il tarixli reyestr 2V-15 nömrəli vəsiyyətnamələrin etibarsız hesab edilməsi, və onlardan əmələ gələn sənədlərin (qeydiyyat nömrəsi ********** olan 08 aprel 2019-cu il tarixli çıxarışın) ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 İdris qızının nümayəndəsi X16 apellyasiya şikayətinə etiraz edərək sonda şikayətin təmin olunmamasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 İdris qızının vəkili Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə tam və ətraflı araşdırma apararaq yekun qərar qəbul etmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır. Ona görə də şikayətin təmin olunmamasını xahiş edir.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı və iş üzrə digər tərəflər səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişlər.

26. Daşınmaz Əmlakın DK və Reyestri Publik hüquqi şəxsin 18 saylı Əİ məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

27. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.

29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları;

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar 1243-cü maddəsinə əsasən Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170.2-ci maddəsinin tələbinə görə əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, e-2(019)-151/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, e- 2(019)-151/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. İddia tələbinin ifadə tərzindən və mahiyyətindən görünür ki, iddiaçının tələbi iki hissədən-vəsiyyətnamələrin etibarsız hesab edilməsi və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsindən ibarətdir.

36. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir.

37. Məhkəmə kollegiyasının tədqiqi zamanı cavabdeh tərəfin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, xx.xx.2018-ci il tarixdə mərhum X6 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə fərdi yaşayış evi tam, fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi 2/3 hissədə tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmış,ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə təhvil verilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarında X10, X11 və X14 ümumi birgə mülkiyyətində (subyekt sayı-3 nəfər) ünvan 1i ünvanında JN-483 nömrəli Torpağa Mülkiyyət Hüququna X33 sənədində qeyd olunan 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd olunmuşdur.

38. İşin faktiki halları ilə müəyyən edilir ki, X10 ilə X21 arasında rəsmi nikah bağlanmış, həmin nikah 16 mart 1972-ci il tarixdə pozulmuş, həmin nikahdan onların iki övladı-16 mart 1958- ci il təvəllüdlü X17 və 01 oktyabr 1960-cı il təvəllüdlü X18 dünyaya gəlmişdir. X10, xx.xx.2021-ci il tarixdə bütün əmlakını bacısı X8 vəsiyyət etmiş, xx.xx.2021-ci il tarixdə xroniki ürək çatışmamazlığı səbəbindən ölmüş, onun vəfatından sonra birinci növbə vərəsələri olan övladları X17 və X9 olmuşlar.

39. xx.xx.2018-ci il tarixli, 8i-61 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, X10 ölən günədək özünə məxsus olan bütün əmlakını, o cümlədən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini bacısı X8 vəsiyyət etmiş, vəsiyyətnamə xüsusi notarius Cavabdeh2 tərəfindən şahidlər Nümayəndə2 İdris oğlu və X1 iştirakı ilə təsdiq edilmiş, vəsiyyətnamənin mətninin vəsiyyət edən tərəfindən oxunması və onun tərəfindən imzalanması şahidlərin iştirakı ilə rəsmiləşdirilmişdir.

40. xx.xx.2021-ci il tarixli, 8i-212 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, X11 ölən günədək özünə məxsus olan bütün əmlakını, o cümlədən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini, qeyri-yaşayış binasını və həmin torpaq sahəsində yerləşən digər tikililəri və pay torpaqlarını X5 vəsiyyət etmiş, vəsiyyətnamə xüsusi notarius Cavabdeh2 tərəfindən şahidlər X12 və X1 iştirakı ilə təsdiq edilmiş, vəsiyyətnamənin mətninin vəsiyyət edən tərəfindən oxunması və onun tərəfindən imzalanması şahidlərin iştirakı ilə rəsmiləşdirilmişdir.

41. İşin mübahisə olunmayan hallarından müəyyən edilir ki, DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, mərhum X6 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixində qeydiyyata alınmış fərdi yaşayış evi Balakən rayon notariat ofisinin xx.xx.2019-cu il tarixli, 2V-21 saylı vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə sənədinə əsasən, X14 (həyətyanı torpaq sahəsinin 1/3 hissəsi) və X7 (fərdi yaşayış evi tam, həyətyanı torpaq sahəsinin 2/3 hissəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində təkrar qeydiyyata alınmışdır. Ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən idarəyə təhvil verilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarında X10, X11 və X14 ümumi birgə mülkiyyətində (subyekt sayı-3 nəfər) ünvan 1i ünvanında JN-483 nömrəli “Torpağa mülkiyyət hüququna X33 sənədində qeyd olunan 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd olunmuşdur.

42. xx.xx.2019-cu il tarixli, 2V-21 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixli vəsiyyətnaməyə əsasən, Taman Daanova mərhum Zafta Daanovaya məxsus miras əmlakdan-ünvan 1ində yerləşən ümumi sahəsi 94.1 kv.m fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0,08 ha torpaq sahəsinin mərhuma çatası hissəsindən irs almışdır.

43. Apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, apellyator vəsiyyət üzrə vərəsəyə məcburi payın verilməsini mübahisələndirmişdir.

44. Şikayətin bu dəlili ilə bağlı kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin məcəllənin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd edilən maddi hüquq normalarının tələbinə görə, miras qoyan vəsiyyətnamə qoymadıqda, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayıldığı halda qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) qüvvədə olur ki, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X10 və X11 ilə qohumluq münasibətində olmasını və vərəsəsi olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən onun mübahisə predmeti olan miras əmlaka hər hansı hüquqlarının müəyyən edilməsi istisna edilir. Belə olan halda qeyd olunan miras əmlakın üçüncü şəxsə və ya digər şəxslərə vəsiyyət edilməsi, bağışlanılması və ya həmin əmlak üzərində başqa üsulla sərəncam verilməsi nəticəsində iddiaçının hər hansı subyektiv hüququnun və qanuni mənafelərinin pozulması mümkün deyildir.

46. Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir

47. Apellyasiya şikayətinin digər dəlilində, apellyator həmçinin 08 fevral 2018-ci il tarixli reyestr nömrəsi 2V-61 olan vəsiyyətnamənin və 12 yanvar 2021-ci il tarixli reyestr nömrəsi 2V-15 olan vəsiyyətnamələrin etibarsız hesab edilməsini mübahisələndirmişdir

48. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 8i-61 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, X10 ölən günədək özünə məxsus olan bütün əmlakını, o cümlədən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini bacısı X8 vəsiyyət etmiş, vəsiyyətnamə xüsusi notarius Cavabdeh2 tərəfindən şahidlər Nümayəndə2 İdris oğlu və X1 iştirakı ilə təsdiq edilmiş, vəsiyyətnamənin mətninin vəsiyyət edən tərəfindən oxunması və onun tərəfindən imzalanması şahidlərin iştirakı ilə rəsmiləşdirilmişdir.

49. xx.xx.2021-ci il tarixli, 8i-212 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, X11 ölən günədək özünə məxsus olan bütün əmlakını, o cümlədən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini, qeyri-yaşayış binasını və həmin torpaq sahəsində yerləşən digər tikililəri və pay torpaqlarını X5 vəsiyyət etmiş, vəsiyyətnamə xüsusi notarius Cavabdeh2 tərəfindən şahidlər X12 və X1 iştirakı ilə təsdiq edilmiş, vəsiyyətnamənin mətninin vəsiyyət edən tərəfindən oxunması və onun tərəfindən imzalanması şahidlərin iştirakı ilə rəsmiləşdirilmişdir.

50. Göründüyü kimi, həmin vəsiyyətnamələr tərtib və təsdiq edilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə riayət edilmiş, həmin zaman vəsiyyətnamənin, habelə əqdlərin etibarsızlığına səbəb olacaq hala yol verilməmişdir.

51. Həmçinin o da qeyd edilməlidir ki, yuxarıda sadalanan maddi hüquq normalarınıda vəsiyyət edənin fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə yalnız onun bağladığı əqdi özünün və ya əqdin bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla biləcəyi nəzərdə tutulmuşdur ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçı hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulmasını sübut edə bilmədiyindən o, hazırki iddianı irəli sürə bilmək üçün ixtiyarlı şəxs hesab oluna bilməz.

52. Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərinin, o cümlədən vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks etdirən əqdlərə əsaslanır. Vəsiyyətnamə yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. Vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir.

53. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 1225.1.,1225.2. və 1225.3. maddələri).

54. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinin tələbinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.

55. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

56. Kollegiya apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir.

57. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, e-2(019)-151/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar