Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-798/2022 21.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Umarova (Həşimova) Adilə Sərxan qızına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi -hissəvi xitam) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X5 Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti,Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Umarova (Həşimova) Adilə Sərxan qızına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(014)-238/2022 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi. İşin halları:
1. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs2 ilə Maraqlı şəxs3 nikahlarını 22 iyul 1985-ci ildə Ağdaş rayonu qeydiyyat şöbəsində rəsmiləşdirmişlər.
2. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 Teymur Səfər oğlu ilə 10 fevral 2011-ci ildə nikahlarını rəsmiləşdirmişlər və X10 soyadını qəbul etmişdir.
3. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası Maraqlı şəxs2, anası Maraqlı şəxs3dır.
4. Ağdaş RPŞ-i tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə ərizəçinin adı Usmayıl deyil, İsmayıldır.
5. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə 0.06 hektar ölçüdə həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN- 3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, şəhadətnamədə Maraqlı şəxs2, Maraqlı şəxs3, X6, X4 və Maraqlı şəxs4 adları qeyd olunmuşdur.
6. 51 nömrəli Torpaq Qeydinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs2 verilmiş həyətyanı torpaq sahəsi 834.4 kv.m-dir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən iş üzrə ərizəçi Maraqlı şəxs2 ünvanlanmış 09 dekabr 2021-ci il tarixli **********01 №-li məktubdan görünür ki, JN- 3968A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan səhvlərin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. Ərizəçi maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Umarova (Həşimova) Adilə Sərxan qızına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir.
9. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1988-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs2 xx xxx 1956-cı ildə Ağdaş rayonunda anadan olmuşdur. Atası Maraqlı şəxs2 anası Maraqlı şəxs3 ilə 22 iyul 1985-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından o, qardaşı Maraqlı şəxs4 və bacısı Umarova (Həşimova) Adilə Sərxan qızı olmuşdur. Atası Maraqlı şəxs2, anası Maraqlı şəxs3, qardaşı Maraqlı şəxs4, bacısı Umarova (Həşimova) Adilə Sərxan qızının adına Ağdaş rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 saylı qərarına əsasən 834.4 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. Onlara qanuni verilmiş torpaq sahəsinin ölçüsü 834.4 kv.m olmasına baxmayaraq həmin JN-3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı torpaq sahəsinin ölçüsü səhvən 0.06 hektar kimi qeyd edilmişdir. Həmçinin həmin şəhadətnamədə onun adı da səhvən Usmayıl kimi qeyd edilmişdir. Hazırda həmin JN-3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə buraxılmış yalnışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Torpaq qeyd etməsinə işarələr vərəqində, həmçinin 51 nömrəli torpaq qeydi vərəqində atası Maraqlı şəxs2 verilmiş torpağın 834.4 kv.m olması açıq aşkar görünür. JN-3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə buraxılmış yalnışlıqların düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etməyinə baxmayaraq ona məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur.
10. Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) 2(014)-238/2022 saylı, 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Maraqlı şəxs2, Maraqlı şəxs3, X6, X4 və Maraqlı şəxs4 adına rəsmiləşdirilmiş JN-3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı torpaq sahəsinin 834.4 kv.m (0,08344 hektar) olması və Maraqlı şəxs2, Maraqlı şəxs3, X6, X4 və Maraqlı şəxs4 adına verilmiş JN-3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Maraqlı şəxs2, Maraqlı şəxs3, X6, Ərizəçi və Maraqlı şəxs4 məxsus olması faktının müəyyən qət edilmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1, 307.2.5, 307.2.11 və 308-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti,Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-238/2022 saylı qətnaməsi “Ərizəçi və qeyrilərinin adına rəsmiləşdirilmiş JN-3968 KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı torpaq sahəsinin 834.4 kv.m. (0.08344 hektar) faktının müəyyən olunması” hissəsində ləğv olunmalı, tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmalıdır.
14. Belə ki, ərazi idarəsinin vətəndaşa ünvanlamış olduğu **********01 saylı imtina məktubunda qeyd olunur ki, “müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə (o cümlədən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə) hər hansı bir düzəlişin və ya onun ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil.
15. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər”.
16. Eyni zamanda Aqrar İslahat Komissiyasının qərarı ilə artıq vətəndaşın və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.06 hektar torpaq sahəsi verilmişdir.
17. Məhkəmənin çıxardığı qərarı mübahisələndirilən hissəsində müəyyən etmə yox, artıq öhdəlik icraatı yaratmış olur ki, bu da Azərbaycan Respublikasının Mülki prosessual Qanunvericiliyi ilə tənzimlənən norma və qaydalarda aidiyyat baxımından qəbul edilməzdir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32-ci maddəsində qeyd olunur ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Ağdaş rayon Məhkəməsinin çıxardığı qətnamənin mübahisələndirilən hissəsində müəyyən etmə yox artıq öhdəlik icraatı yatamış olur ki, bu da Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyi ilə tənzimlənən norma və qaydalar da aidiyyət baxımından qəbul edilməzdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti,Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, ərizəçiyə məxsus torpaq şəhadətnaməsində torpaq sahəsinin ölçüçü 0.06 ha göstərilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi həmin torpağın ölçüsünün 0.834 ha olması faktını müəyyən etmişdir. X13 Komissiyasının qərarı ilə ərizəçi tərəf 0.06 ha torpaq sahəsi verilmişdir. Qalan 234 kv.m. isə ya dövlət, ya da ki bələdiyyə mülkiyyətindədir. Əgər 234 kv.m. hissə qanunvericiliklə müəyyən olunmuş qaydada öz həllini taparsa onda ərizəçiyə vahid qaydada hüquq müəyyənedici sənəd çıxarış verilə bilər. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
21. Məhkəmə iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin olunmamasını xahiş etmişdir.
22. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsi onun ata-baba yurdudur. Lakin torpaq şəhadətnaməsində səhv olaraq 0.834 ha əvəzinə, 0.06 ha qeyd edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə diər marqlı şəxslər səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
24. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. 261.0.1. maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 306.1-ci maddəsinə görə, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2. maddəsinə görə, isə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 306.4-cü maddəsinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Maddə 261.1. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 384.0 və 384.0.5-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi apellyator qətnamənin yalnız bir hissəsini, yəni “Ərizəçi və qeyrilərinin adına rəsmiləşdirilmiş JN-3968 KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı torpaq sahəsinin 834.4 kvşm (0.08344 ha) faktının müəyyən olunması” hissəsində ləğv edilərək, tələbin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Göründüyü kimi apellyator Ağdaş Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(014)-238/2022 nömrəli qətnaməsinin yalnız bir hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş üzrə təqdim olunmuş sənədlərlə birlikdə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(014)-238/2022 nömrəli qətnaməsi qismən ləğv edilərək, mübahisələndirilən hissədə iş üzrə icraata xitam verilməlidir..
29. Belə ki, hazırki tələbin ifadə tərzindən və mahiyyətindən müəyyən edilir ki, ərizəçinin tələbi iki hissədən ibarətdir. 1) Maraqlı şəxs2, Maraqlı şəxs3, X6, X4 və Maraqlı şəxs4 adına rəsmiləşdirilmiş JN- 3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı torpaq sahəsinin 834.4 kv.m (0,08344 hektar) olması; 2) Maraqlı şəxs2, Maraqlı şəxs3, X6, X4 və Maraqlı şəxs4 adına verilmiş JN-3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Maraqlı şəxs2, Maraqlı şəxs3, X6, Ərizəçi və Maraqlı şəxs4 məxsus olması faktının müəyyən edilməsi;
30. Apellyasiya instansiyası bildirir ki, ərizəyə (tələbə) mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi tələbin mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi.
31. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir.
32. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
33. Hazırki işdə işə baxmış birinci instansiya məhkəməsi ərizəni yolverilməzliyə görə qəbul etməkdən imtina etməyərək tələbə ümumi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxaraq, prosessual pozuntuya yol vermişdir.
34. Azərbaycan Respublikası MPM-in 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın.
35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi haqqında ərizəni aşağıdakı dörd şərt olduqda icraata qəbul edib xüsusi icraat qaydasında baxıla bilər; 1) əgər həmin fakt qanuna əsasən hüquqi nəticələr doğurursa; 2) faktın müəyyən edilməsi sonradan məhkəməyə aid olan hüquq haqqında mübahisənin məhkəmədə baxılması ilə əlaqəli olmamalıdır; 3) ərizəçinin hüquqi əhəmiyyəti olan faktı başqa qaydada almaq qeyri-mümkün olmalıdır; 4) konkret fakta münasibətdə mövcud qanunvericilik onun müəyyən edilməsinin digər (qeyriməhkəmə) qaydasında müəyyən etməməlidir.
36. Göründüyü kimi xüsusi icraat məhkəmədə mülki işlərə baxılmasının hüquq haqqında mübahisənin olmaması, xüsusi müdafiə üsul və vasitələrinin tətbiqi ilə xarakterizə olunan qaydasıdır.
37. Xüsusi icraat qaydasında işə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildikdə isə, hakim ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarmalı və maraqlı şəxslərə (ərizəçilərə) onların ümumi əsaslarla iddia vermək hüququnu izah edilməlidir. Deməli, iddia icraatı çərçivəsində xüsusi icraat qaydasında həll edilməli olan fakt haqqında məsələ həll oluna bildiyi halda, xüsusi icraat çərçivəsində iddia icraatında həll edilməli olan hüquq haqqında məsələ həll edilə bilməz.
38. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019- cu il tarixli, 08 saylı qərarınına əsasən : -1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. -1.5. Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. - 1.7. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. -13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır
39. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur.
40. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda.
41. Göründüyü kimi hazırki mübahisənin predmetini mübahisəli torpaq sahəsinin dolayısı ilə mülkiyyətə verilməsi təşkil etdiyindən, bu tələb hüquqi təbiətinə görə mülki mübahisələrdən fərqli olduğundan mülki icraat qaydasında baxıla bilməz. Çünki bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi aidiyyət qaydalarına riayət etməmiş və aidiyyət qaydalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
42. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə baxılmalı olmayan tələbə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsi ilə birinci instansiya məhkəməsi tərəfindən mülki prossesual qanunvericiliyin tələbləri pozulmuşdur.
43. Eyni zamanda, birinci instansiya məhkəməsi maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol vermiş, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 08 saylı qərarında verilmiş izahlara zidd qətnamə qəbul etmişdir.
44. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qismən - ərizənin təmin edilmiş “Maraqlı şəxs2, Maraqlı şəxs3, X6, X4 və Maraqlı şəxs4 adına rəsmiləşdirilmiş JN-3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı torpaq sahəsinin 834.4 kv.m (0,08344 hektar) olması” hissəsində ləğv edilməli və bu hissədə iş üzrə icraata xitam verilməlidir.
45. Kollegiya sonda qeyd edir ki, ərizəçiyə hazırki mübahisələndirilən məsələnin həlli ilə bağlı ilk növbədə aidiyyəti orqanlara müraciət etmək hüququ izah olunmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-266, 398, 399-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti,Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(014)-238/2022 nömrəli qətnaməsi qismən (mübahisələndirilən hissədə) - ərizənin təmin olunmuş “Maraqlı şəxs2, Maraqlı şəxs3, X6, X4 və Maraqlı şəxs4 adına rəsmiləşdirilmiş JN-3968A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı torpaq sahəsinin 834.4 kv.m (0,08344 hektar) olması” hissəsində ləğv edilsin və bu hissədə iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına (vəkil vasitəsilə) kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov