Məhkəmə qərarları › İş №2(107)-803/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-803/2021

01.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-803/2021 01.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı1, X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlunun cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh3 qarşı "06 aprel 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ailələrinin payına verilmiş 1.18 ha torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair" mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2(019)-696/2018 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC tərəfindən verilmiş apellyаsiyа şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçılаr Yetimоv Cаbbаr Məhəmməd оğlu, Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı və Əzizоv (Yetimоv) Аzаd Cаbbаrxаn оğlu cаvаbdehlər «xxxx» MMC-nə, Bаlаkən rаyоn Nоtаriаt Kоntоrunа və Rüstəmоv Bilаl Zаxаr оğlunа qarşı iddiа ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Bаlаkən rаyоn Nоtаriаt Kоntоrundа tərtib edilmiş 06 аprel 2008-ci il tаrixli 4Ə-135 nömrəli аlqı-sаtqı müqаviləsinin etibаrsız hesаb edilməsi və аilələrinin pаyınа verilmiş 1.18 hа pаy tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən Bаlаkən rаyоn Nоtаriаt Kоntоrunun cavabdeh qismində prosessual fəaliyyətinə xitam verilmiş, Notariat Kontoru müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlunun cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh3 qarşı 06 aprel 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ailələrinin payına verilmiş 1.18 ha torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiaları təmin edilmişdir. Həmin qətnаməyə əsаsən həm də 133 manat ekspertiza xərcinin cаvаbdehlər «xxxx» MMC və Rüstəmоv Bilаl Zаxаr оğlundan alınıb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesаbınа ödənilməsi qət edilmişdir. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(019)-696/2018 nömrəli qətnaməsindən apellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Abbasov) 03 iyun 2020-ci il tarixli, 2(107)-1033/20 nömrəli qətnaməsi ilə apellyаsiyа şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(019)-696/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən - İddiaçı1 və üçüncü şəxs Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının mülkiyyət paylarına aid hissədə təmin edilməsi, “Torpağa mülkiyyət hüququna dair JN-1009 KOD40113018 nömrəli Dövlət Aktı ilə Balakən rayonu Talalar kəndi ərazisindən İddiaçı1 və ailə üzvlərinin (cəmi 7 nəfər) ümumi mülkiyyətinə verilmiş torpaq sahəsinin 1.18 ha hissəsinin özgəninkiləşdirilməsinə dair 06 aprel 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin qismən – İddiaçı1 və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının torpaq paylarına aid hissədə etibarsız hesab edilməsi, mübahisələndirilən 1.18 ha torpaq sahəsinin 2/7 (yeddidə iki) hissəsi üzərində İddiaçı1 və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının mülkiyyət hüquqlarının bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 133 (yüz otuz üç) manat pul vəsaitinin yarısının (66 manat 50 qəpik) iddiaçılar X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlundan, qalan yarısının (66 manat 50 qəpik) cavabdehlər “xxxx” MMC və Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına keçirilməsi qət edilmişdir. Maraqlı şəxs QSC kassasiya şikayəti verərək, qətnamənin “torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair 06 aprel 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin İddiaçı1 və üçüncü şəxs Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının torpaq paylarına aid hissədə etibarsız hesab edilməsi, mübahisələndirilən 1,18 ha torpaq sahəsinin 2/7 hissəsi üzərində İddiaçı1 Əhəmməd oğlunun və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının mülkiyyət hüquqlarının bərpa edilməsi” hissəsində ləğv, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.01.2021-ci il tarixli, 2(102)-88/2021 nömrəli qərarı ilə Maraqlı şəxs QSC-nin kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1033/2020 nömrəli iş üzrə 03 iyun 2020-ci il tarixli qətnaməsi 06 aprel 2008-ci il tarixli, 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin İddiaçı1 və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının torpaq paylarına aid hissədə etibarsız hesab edilməsi, mübahisələndirilən 1.18 ha torpaq sahəsinin 2/7 (yeddidə iki) hissəsi üzərində İddiaçı1 və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yeni apellyаsiyа baxışına göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Dövlət tərəfindən torpaq islahatı aparılarkən Balakən rayon Aqrar İslahat Komissiyasının 04.02.1998-ci il tarixli 02 saylı qərarı ilə ailə üzvlərinin payına 1.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-1009 KOD40113018 nömrəli Dövlət Aktı tərtib olunmuşdur. Mülkiyyətlərinə verilmiş torpaq sahəsindən 1.18 ha sahə çöl ərazisindən, 0.48 ha sahə isə yaşadıqları evin həyətyanı sahəsinə bitişik sahədən verilmişdir. 2008-ci ildə kəndin sakini, Talalar bələdiyyəsinin sədri işləmiş Cavabdeh3 ona bildirmişdir ki, mülkiyyətlərinə verilmiş 1.18 ha pay torpaq sahəsi ilə kənd ərazisinə yaxın yerdən 0.60 ha pay torpaq sahəsinin dəyişdirilməsi mümkündür. 1.18 ha torpaq sahəsi evlərindən çox uzaqda olduğundan o, Bilalla razılaşmışdır. Həmin vaxtdan o və ailə üzvləri Bilal tərəfindən onlara göstərilmiş 0.60 ha pay torpaq sahəsindən istifadə etmişlər. Bilal torpaq sahələrinin dəyişdirilməsi ilə bağlı lazımi sənədləşmə işlərini özü həll edəcəyini bildirmişdir. Sonralar Bilaldan dəfələrlə istifadəsində olan torpağa dair sənədləri tələb etmişdir. Bilal isə narahat olmamağını və tezliklə sənədləri ona verəcəyini demişdir. Lakin buna baxmayaraq, Bilal bugünə qədər sənədləri nə ona, nə də ailə üzvlərinə verməmişdir. Hal-hazırda xəstə olduğundan müalicəsi ilə bağlı pula ehtiyacı var. Buna görə istifadəsində olan 0.60 ha pay torpaq sahəsini satmaq istəyir. Bununla bağlı Cavabdeh3 müraciət etmiş və istifadəsində olan həmin 0.60 ha pay torpaq sahəsinin ailə üzvlərinin adına rəsmiləşdirilməsi barədə sənədləri ona verməyini xahiş etmişdir. Cavabdeh3 torpaq sahəsinin sahibinin vəfat etdiyini və rəsmiləşdirmənin mümkün olmadığını ona bildirmişdir. Belə olan halda o, Dövlət tərəfindən ailəsinin mülkiyyətinə verilmiş 1.18 ha pay torpaq sahəsinin geri özlərinə qaytarılmasını Bilaldan tələb etmişdir. Həmin vaxt Bilal ona bildirmişdir ki, 1.18 ha pay torpaq sahəsi “xxxx” MMC tərəfindən “alqı-satqı müqaviləsi” əsasında ailəsindən alınmışdır. Bununla bağlı məsələnin araşdırılması məqsədi ilə o, DƏDRX Zaqatala Əİ-nin Balakən Şöbəsinə müraciət etmişdir. Orada ona 06 aprel 2008-ci il tarixli 4Ə-135 saylı Torpaq alqı-satqı müqaviləsinin surəti təqdim olunmuşdur. Müqavilə ilə tanış olmuş və həmin vaxt ona məlum olmuşdur ki, ailəsinə məxsus torpaq sahəsi onlardan xəbərsiz satılmışdır. Müqaviləni nə özü, nə də ailə üzvləri imza etməmişdirlər. Onlara müqavilədə qeyd edildiyi kimi, torpağın alqı-satqısı ilə bağlı 5900 manat məbləğində pul verilməmişdir. Müqavilə cavabdehlər Balakən rayon Dövlət Notariat Kontorunun məsul şəxsləri və Cavabdeh3 tərəfindən edilmiş saxtakarlıqla tərtib olunmuşdur. Buna görə də belə bir müqavilə etibarsız hesab olunmalıdır. Apellyаsiyа şikayətinin dəlilləri İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC-nin nümayəndəsi Cahangir Kərimov apellyаsiyа şikаyətində Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(019)- 696/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyаsiyа şikayəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 23.10.2018-ci il tarixli, 2(019)-696/2018 nömrəli qətnaməsi Maraqlı şəxs QSC-nin qanunla müəyyən olunmuş hüquqlarını pozur və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, ““xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdiriİməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar “xxxx” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında Maraqlı şəxs QSC-yə keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx” ASC-nin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli aktivlər (borclar) üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında Maraqlı şəxs QSC-yə təhvil verilmişdir. Həmin borcun qaytarılması tələbi ilə bağlı Maraqlı şəxs QSC tərəfindən “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, həmin Məhkəmənin 26.10.2016-cı il tarixli, 2-2(81)-1179/2016 saylı qətnaməsi ilə “xxxx” MMC-dən cəmi 62.877.927,49 manat borcun Maraqlı şəxs QSC-nin xeyrinə tululması; borc tələbinin “xxxx” MMC-nə məxsus olan əmlaklara (Qusar, Xaçmaz, Oğuz, Qax, Balakən, Zaqatala rayonlarında və Bakı şəhərində yerləşən qeyri-yaşayış binalarına (ictimai iaşə, ticarət və s. obyektlərinə), sex və emal müəssisələrinə, torpaq sahələrinə, nəqliyyat vasitələrinə, texnika və avadanlıqlarına) yönəldilməsi; “xxxx” MMC-nin həmin əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və Maraqlı şəxs QSC-nin mülkiyyətinə verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin və Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin üzərinə Maraqlı şəxs QSC-ni tutma yönəldilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata almaq öhdəliyinin qoyulması; borc tələbinin həmin əmlakların ”xxxx” MMC tərəfindən qiymətləndirilmiş cəmi 5.094.008,33 manat dəyəri çıxıldıqdan sonra, borcun 29.859.279,16 manat məbləğində qalan hissəsinin cavabdeh “xxxx" MMC-nin digər əmlaklarına yönəldilməsi və həmin əmlaklar hesabına borcun tutularaq Maraqlı şəxs QSC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Maraqlı şəxs QSC-nin sifarişi ilə “xxxx” MMC tərəfindən açıq hərrac təşkil edilmiş və hərracda qalib olan “xxxx” MMC tərəfindən “xxxx” MMC-nin mülkiyyətində olan daşınar və daşınmaz əmlaklar satın alınmışdır. Eyni zamanda, iddiaçıların mübahisələndiıdiyi torpaq sahəsi ilə bağlı 07.05.2018-ci il tarixdə Maraqlı şəxs QSC-nin sifarişi ilə “xxxx” MMC tərəfindən açıq hərrac təşkil olunmuş və hərrac təşkilatının X13 haqqında 01/01 saylı Protokoluna və onun 2 saylı Əlavəsinə əsasən Maraqlı şəxs QSC-nin mülkiyyətində olan Balakən rayonu Talalar və Tülü kəndində yerləşən torpaq sahələri və Balakən şəhəri C.Cabbarlı küçəsində yerləşən qeyri-yaşayış binası “xxxx” MMC-nin mülkiyyətinə keçmişdir. Qeyd olunanlara əsasən, “xxxx” MMC qanunvericiliklə nəzərdə tutulmuş qaydada ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə müraciət etmiş və yuxarıda qeyd olunan əmlaklara dair çıxarışları əldə etmişdir. “xxxx” MMC mübahisə predmeti olan Balakən rayonu Talalar kəndi ərazisində yerləşən ümumi sahəsi 1.1798 ha olan torpaq sahəsinə (reyestr nömrəsi: **********48) dair mülkiyyət hüququnu da həmin əməliyyat çərçivəsində əldə etmişdir. Hesab edir ki, iddiaçıların qanuni şəkildə özgəninkiləşdirdikləri torpaq sahəsini 10 ildən artıq müddət keçəndən sonra geri tələb etmələri və bununla bağlı qaldırdıqları iddia əsassızdır. Ona görə də hesab edir ki, apellyаsiyа şikayəti təmin edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC nümayəndəsi X11 apellyаsiyа şikayətinin dəlillərinə uyğun izahat verərək, sonda təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçılar İddiaçı1, X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlu, cavabdehlər “xxxx” MMC-nin nümayəndəsi və Cavabdeh3, mübаhisə predmeti bаrəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Balakən rayonu Notariat Kontorunun nümayəndəsi, habelə apellyаsiyа baxışı zamanı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş X10, X4, X7 və X8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılsalar da, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyаsiyа şikayəti üzrə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.01.2021-ci il tarixli, 2(102)-88/2021 nömrəli qərarı ilə Maraqlı şəxs QSC-nin kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1033/2020 nömrəli iş üzrə 03 iyun 2020-ci il tarixli qətnaməsi 06 aprel 2008-ci il tarixli, 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin İddiaçı1 və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının torpaq paylarına aid hissədə etibarsız hesab edilməsi, mübahisələndirilən 1.18 ha torpaq sahəsinin 2/7 (yeddidə iki) hissəsi üzərində İddiaçı1 və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsində ləğv edildiyindən və həmin hissədə yenidən baxılması üçün iş Şəki Apellyasiya Məhkəməsinə göndərildiyindən yeni məhkəmə araşdırması da yalnız həmin hissədə aparılmalıdır. Digər hissələr üzrə araşdırma aparılmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2(019)-696/2018 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlər: 06 aprel 2008-ci il tаrixli torpaq alqı-satqı müqaviləsinin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04.02.1998-ci il tarixli 02 saylı qərarı ilə Yetimоv Cаbbаr Məhəmməd оğlu, Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı, Əzizоv (Yetimоv) Аzаd Cаbbаrxаn оğlu, X10, X4, X7 və X2 ümumi mülkiyyətinə verilmiş 1.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini onlar etibarnamə üzrə nümayəndəsi Bazarov Məhəmməd İsmayıl oğlu tərəfindən təmsil olunan “xxxx” MMC-yə 5900 (beş min doqquz yüz) manata sаtmışlar. JN-1009 KOD40113018 saylı Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04.02.1998-ci il tarixli 02 saylı qərarı ilə Yetimоv Cаbbаr Məhəmməd оğlu, Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı, Əzizоv (Yetimоv) Аzаd Cаbbаrxаn оğlu, X10, X4, X7 və X2 (cəmi 7 nəfər) ümumi mülkiyyətinə 1.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2018-ci il tarixli 18644 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 60-cı vərəqəsində olan Cavabdeh2 06 aprel 2008-ci il tarixli, 4ə-135 saylı reyestrlə qeydiyyatdan keçmiş torpağın alqı-satqı müqaviləsinin arxa tərəfində “İmzalar” hissəsində “2” və “4” rəqəmlərinin qarşısındakı imzalar - X1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 60-cı vərəqəsində olan Cavabdeh2 06 aprel 2008-ci il tarixli, 4ə-135 saylı reyestrlə qeydiyyatdan keçmiş torpağın alqı-satqı müqaviləsinin arxa tərəfində “imzalar” hissəsində “1" rəqəminin qarşısındakı imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 60-cı vərəqəsində olan Cavabdeh2 06 aprel 2008-ci il tarixli, 4ə-135 saylı reyestrlə qeydiyyatdan keçmiş torpağın alqı-satqı müqaviləsinin arxa tərəfində “İmzalar” hissəsində “6” rəqəminin qarşısındakı imza - Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.10.2016-cı il tarixli, 2-2(81)-1179/2016 nömrəli qətnaməsi ilə “xxxx” MMC-dən Maraqlı şəxs QSC-nin xeyrinə tutulan kredit borcunun Balakən rayonu Talalar kəndində yerləşən, cəmi sahəsi 69.7592 ha torpaq sahəsinə (o cümlədən mübahisəli torpaq sahəsinə) yönəldilməsi və s. qət edilmiş, sahə hərrac vasitəsilə xxxx MMC-nin mülkiyyətinə keçmiş və ona dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilmişdir (reyestr nömrəsi **********48). . Birinci instansiya məhkəməsi mübahisə predmeti olan 1.18 ha torpaq sahəsinin Yetimоv Cаbbаr Məhəmməd оğlu, Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı, Əzizоv (Yetimоv) Аzаd Cаbbаrxаn оğlu, X10, X4, X7 və X2 ümumi birgə mülkiyyətində olmasını, Cavabdeh2 06 aprel 2008-ci il tarixli, 4ə-135 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş torpağın alqı-satqı müqaviləsində saxta imzalar olmasını, həmin müqavilə bağlanarkən qanun pozuntularına yol verilməsini, habelə iddiaçılara 5900 manat pulun verilməsinə dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apellyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən işə baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası qeyd etmişdir ki, apellyаsiyа məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğun deyil. Apellyаsiyа instansiyası məhkəməsi yenidən işə baxarkən hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. İşin həqiqi hallarından və işdə olan sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04.02.1998-ci il tarixli 02 saylı qərarı ilə Yetimоv Cаbbаr Məhəmməd оğlu, Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı, Əzizоv (Yetimоv) Аzаd Cаbbаrxаn оğlu, X10, X4, X7 və X2 ümumi birgə mülkiyyətinə 1.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 06 aprel 2008-ci il tаrixdə həmin torpaq sahəsinin 1.18 ha hissəsinin «xxxx» MMC-yə (MMC-nin etibarnamə üzrə nümayəndəsi Bazarov Məhəmməd İsmayıl oğluna) 5900 (beş min doqquz yüz) manata satılmasına dair Cavabdeh2 alqı-satqı müqaviləsi tərtib olunmuşdur. Müqavilədən onun Yetimоv Cаbbаr Məhəmməd оğlu, Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı, Əzizоv (Yetimоv) Аzаd Cаbbаrxаn оğlu, X10, X4, X7 və X8 ilə «xxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi Bazarov Məhəmməd İsmayıl oğlu arasında bağlandığı görünsə də, lakin ekspert rəyinə əsasən həmin müqaviləyə iddiaçılardan təkcə Yetimоvа Şəmsiyyət Əhmədullаh qızı imza etmiş, digər iddiaçı Yetimоv Cаbbаr Məhəmməd оğlunun və sonradan üçüncü şəxs qismində cəlb edilmiş X3 isə müqavilədə olan imzalarının onların özləri tərəfindən deyil, başqası tərəfindən icra edildiyi müəyyən olunmuşdur. İddiaçı Əzizоv (Yetimоv) Аzаd Cаbbаrxаn оğlunun, habelə sonradan üçüncü şəxs qismində cəlb edilmiş X10, X4 və X2 imza nümunələri ekspertizaya təqdim olunmadığından müqavilədə olan müvafiq imzaların onların özləri, yoxsa başqa şəxs (şəxslər) tərəfindən icra edilməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçıların bildirməsinə görə, ailənin istifadəsinə başqa sahədən torpaq sahəsi verildiyindən onların bu alqı-satqı müqaviləsindən məlumatları olmamışdır. 2018-ci ildə onlar torpaq sahəsini satmaq istədikdə məlum olmuşdur ki, mülkiyyətlərində olan torpaq sahəsinin 1.18 ha hissəsinin «xxxx» MMC-yə satılması barədə Cavabdeh2 06 aprel 2008-ci il tarixli, 4ə-135 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “torpağın alqı-satqı müqaviləsi” vardır. Bundan sonra iddiaçılar torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, İddiaçı1 və ailə üzvlərinin sözügedən müqavilədən xəbərsiz olması inandırıcı görünmür. Çünki, həmin müqaviləyə onun arvadı Şəmsiyyət Yetimovanın imza atması ekspertiza rəyi ilə təsdiqlənmişdir. Belə olan halda, digər ailə üzvlərinin bu müqavəlini bilməmələri ağlabatan dəlillərlə izah olunmalıdır. Digər tərəfdən, sözügedən alqı-satqı 2008-ci ildə aparılmışdır, iddia tələbi isə 2018-ci ildə irəli sürülmüşdür. Təsərrüfatla məşğul olan şəxsə və ailə üzvlərinə ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 10 il ərzində başqasının sahibliyində olduğu halda, bu müddətdə ümumi mülkiyyətçilərin buna etiraz etməməsi və ya hansısa iddia qaldırmaması həmin sahənin satılmasına dair müqavilənin bəyənilməsinə işarə edən mühüm dəlillərdən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar... -215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. -222.2-ci Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir -337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. -357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. - 358.1-ci maddəsinə əsasən Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. - 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Məhkəmə kollegiyası, qətnaməni apellyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsinin “xxxx” MMC-yə satılmasına dair 06.04.2008-ci il tarixli müqavilədə İddiaçı1, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Aynur Yetimovaya (Nəbiyevaya) aid hissələrdəki imza onlar tərəfindən icra edilməmişdir. Bu səbəbdən İddiaçı1 ümumi mülkiyyətçi kimi əşyaya sərəncam vermədiyinə istinad etməklə müqavilənin etibarsız sayılmasını və mülkiyyətin bərpasını tələb etmişdir. Birinci instansiya məhkəməsi həmin halı nəzərə alaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğun deyil. Ona görə ki, sözügedən müqavilədə İddiaçı1 imzasının olmaması ilkin olaraq əqdin ona münasibətdə etibarsız olmasına dəlalət etsə də, mübahisənin düzgün həlli üçün işin digər faktiki halları nəzərə alınmalıdır. Belə ki, kollegiyanın qənaətinə görə İddiaçı1 və ailə üzvlərinin bu müddət ərzində mübahisəli müqavilədən xəbərsiz olması inandırıcı və ağlabatan görünmür. Çünki, həmin müqaviləyə onun arvadı İddiaçı2 imza atması ekspertiza rəyi ilə təsdiqlənmişdir. Belə olan halda, digər ailə üzvlərinin bu müqavəlini bilməmələri ağlabatan dəlillərlə izah olunmalıdır. Digər tərəfdən, sözügedən alqı-satqı müqaviləsi 2008-ci ildə rəsmiləşdirilmiş, iddia tələbi isə 2018-ci ildə irəli sürülmüşdür. Eyni coğrafi zonadan olmaqla təsərrüfatla məşğul olan şəxsə və ailə üzvlərinə ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bu müddət ərzində (10 il) başqasının sahibliyində olduğu halda, bu müddətdə ümumi mülkiyyətçilərin buna etiraz etməməsi və ya hansısa iddia qaldırmaması həmin sahənin satılmasına dair müqavilənin bəyənilməsinə işarə edən mühüm dəlillərdən biridir Kollegiya qeyd edir ki, qanunverici əqdin bəyənməsi institutunu nəzərdə tutmaqla təsbit etmişdir ki, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. O da diqqətdən qaçırılmamalıdır ki, bəyənmə məcburi forma şərtinə tabe deyil. Yəni şəxs əqdi bəyəndiyini istənilən formada (yazılı şəkildə, hansısa davranış sərgiləməklə və s.) ifadə edə bilər Ali məhkəmənin digər göstərişinə (mübahisəli sahənin mövcud hüquqi vəziyyətin) də qiymət verən kollegiya bildirir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.10.2016-cı il tarixli, 2-2(81)-1179/2016 nömrəli qətnaməsi ilə “xxxx” MMC-dən Maraqlı şəxs QSC-nin xeyrinə tutulan kredit borcunun Balakən rayonu Talalar kəndində yerləşən, cəmi sahəsi 69.7592 ha torpaq sahəsinə (o cümlədən mübahisəli torpaq sahəsinə) yönəldilməsi və s. qət edilmiş, sahə hərrac vasitəsilə xxxx MMC-nin mülkiyyətinə keçmiş və ona dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilmişdir (reyestr nömrəsi **********48). Bu halda xüsusi ilə qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsinin reyetrdəki mövcud qeydiyyatı və onun hüquqi səbəbi etibarsız sayılmdan daşınmaz əşya üzərində iddiaçının mülkiyyət hüququnun bərpası qanunvericliyə uyğun sayıla bilməz. Çünki mübahisəli sahənin daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyətçisi daşınmaz əşyanı vicdanlı əldə edən olmaqla, onun da üstün mülkiyyət hüququnun qorunmasına önəm verilməlidir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki: “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.” Kollegiya hesab edir ki, üçüncü şəxs xxxx MMC mübahisəli torpaq sahəsini qanununvericiliklə müəyyən edilmiş qaydada aldığından vicdanlı alıcı statusunu daşıyır. Məhkəmə kollegiyası sonda onu da bildirir ki, birinci insatansiya məhkəməsi mübahisələndirilən alqı-satqı müqaviləsini ümumilikdə etibarsız hesab edərkən, ümumi mülkiyyətçilərdən Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızının iddia tələbi veribverməməsinə hüquqi qiymət verməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə iddiaçı, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış şəxs hesab edilir. Hər hansı şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etdiyi halda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyаsiyа instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC tərəfindən verilmiş apellyаsiyа şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2(019)-696/2018 nömrəli qətnaməsi - İddiaçı1 və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızına münasibətdə təmin olunmuş hissəsində ləğv edilərək, iddia tələbi ona aid hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası, həmçinin mülki prosessual qanunvericiliyin tələbləri baxımdan hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 133 (yüz otuz üç) manat pul vəsaiti iddiaçılardan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan hüquqi şəxs Maraqlı şəxs QSC tərəfindən verilmiş apellyаsiyа şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2(019)-696/2018 nömrəli qətnaməsi “İddiaçı1 və Yetimova (Nəbiyeva) Aynur Cabbarxan qızına münasibətdə” təmin olunmuş hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı1 cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh3 qarşı "06 aprel 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ailələrinin payına verilmiş 1.18 ha torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair" iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 133 (yüz otuz üç) manat pul vəsaiti iddiaçılar İddiaçı1, X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına keçirilsin. Hazırki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 03.06.2020-ci il tarixli qətnaməsinin “iddia tələbi qalan hissədə təmin edilməsin” hissəsi nəzərə alınsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar