Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-803/2025 01.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əsədоv Veys Məcid оğlunun cavabdeh Kərimоv Laçın Alim оğluna qarşı «vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər şikayətin geri qaytarılması, qüvvə) X5 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(046)-978/2013 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 Məhəmməd oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-978/2013 saylı qərardadına əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(046)- 978/2013 nömrəli qətnaməsindən iş üzrə cəlb edilməyən Əsədоv Şövqi Məcid oğlunun nümayəndəsi (vəkili) Dadaşоv Adil Qadir оğlu tərəfindən verilmiş apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan İddiaçı nümayəndəsi vəkili Nümayəndə2 tərəfindən şikayət verilmişdir. Göyçay Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(046)-978/2013 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 Məhəmməd oğlunun Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(046)-978/2013 nömrəli qərardadından verdiyi şikayət geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 Məhəmməd oğlu həmin qərardadla razılaşmayaraq məhkəməyə yenidən şikayət təqdim etmişdir. Göyçay Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(046)-978/2013 nömrəli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X4 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(046)- 978/2013 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, təqdim olunmuş şikayətdən görünür ki, İddiaçı nümayəndəsi vəkili Nümayəndə2 Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-978/2013 saylı qərardadından Göyçay Rayon Məhkəməsinə şikayət verməli olduğu halda, həmin qərardaddan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı nümayəndəsi vəkili Nümayəndə2 Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-978/2013 saylı qərardadından verdiyi şikayət qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasəni işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(046)-978/2013 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(046)-978/2013 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 Məhəmməd oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2(046)-978/2013 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-803/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-803/2025
01.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver