Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-804/2022 30.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı 468 manat itirilmiş qazın həcminin silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz hesablanan borc, borcun tutulması, təbii qazdan istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı 468 manat itrilmiş qazın həcminin silinməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(046)-977/2021 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən abonent saldosuna hesablanmış 468 manat itirilmiş qazın həcminin silinməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayonu Çayarxı kəndində yaşadığı fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən küçədə quraşdırılmış sayğac vasitəsilə məişət qazı ilə təmin edilir. Hər ay istifadə etdiyi qazın dəyərin tam olaraq ödəyir. 23 noyabr 2020-ci il tarixdə Cavabdeh İB Göyçay Xidmət Sahəsinin əməkdaşları tərəfindən sözü gedən sayğac sökülərək yenisi ilə əvəz olunmuşdur. Əvəz olunmasına səbəb kimi sayğaca quraşdırılmış qaz xəttinin, havaya qaz buraxması olmuşdur. Bu zaman ona məxsus sayğaca 468 manat cərimə yazılmışdır. Qeyd etmək istəyir ki, sayğac küçədə quraşdırılmışdır. Yaşayış sahəsindən kənarda qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə heç bir cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan Cavabdeh İB daşıyır. Sayğacda baş vermiş yararsızlıqlar onun təqsiri nəticəsində baş verməmişdir. Buna görə də iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 2(046)-977/2021 saylı, 23 noyabr 2021-ci il tаrixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddianın təmin edilməsi, Cavabdeh İB-nin Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən İddiaçı məxsus abonent saldosuna hesablanmış 468 manat məbləğində borc silinməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətinə əsasən istehlakçı İddiaçı məxsus Göyçay rayonu Çayarxı kəndində yerləşən fərdi yaşayış evindən qaz sayğacı, yenisi ilə əvəz evilmişdir. Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin xx.xx.2021-ci il tarixli bildirişə əsasən abonent İddiaçı 216 manat dəyərində itirilmiş qazın həcmi hesablanmış, həmçinin 65 manat sayğacın dəyəri tərəfindən ödənilməli olduğu bildirilmişdir. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. Foto şəkillərdən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin, havaya qaz buraxdığı müəyyən edilmişdir. İddiaçı tərəfindən Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən İddiaçı fərdi yaşayış evinə quraşdırılmış sayğacın borularında boşluq olduğu barədə məlumat vermişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçının yaşayış evini təbii qazla təmin edən təbii qaz xəttinin, havaya qaz buraxıldığı müəyyən edilmişdir. Bu barədə iddiaçı tərəfindən cavabdehə müraciət edilmiş, lakin cavabdeh qeyd edilən nöqsanın aradan qaldırılması ilə bağlı heç bir tədbir görməmiş, iddiaçıya bununla bağlı rəsmi məlumat verməmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbi təmin edilməli, Cavabdeh Ağsu X4 idarəsi tərəfindən İddiaçı abonent saldosuna hesablanmış 468 manat borc silinməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 4.2, 4.8, 4.9-cu bəndləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə ”Azəriqaz” X1 RQİİ-nin Göyçay Xidmət Sahəsinin əməkdaşları Göyçay rayonu Çayarxı kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Sayğacda yoxlama zamanı heç bir qüsur aşkar edilmədiyindən abonentə heç bir itirilmiş qazın dəyəri hesablanmamışdır. Bundan sonra 23 dekabr 2020-ci il tarixdə abonentin fərdi yaşayış evinıə yeni quraşdırılmış ZENNER G4T markalı, **********1 nömrəli qaz sayğacının göstəricisi götürülmüş, bu zaman həmin sayğacın son göstəricisi 1829 m3 olmuşdur. İllik limit keçdiyindən sərfiyyat 0.20 qəpikdən hesablanaraq sərfiyyatın dəyəri olan 365.80 (üç yüz altmış beş) manat 80 qəpik məbləğ abonentin **********00000 nömrəli abonent koduna işlənmişdir. Bundan 8 gün sonra, yəni 31 dekabr 2020-ci il tarixdə həmin sayğacın göstəricisi yenidən götürülmüşdür. Bu zaman sayğacın son göstəricisi 2340 m3 olmuşdur. Əvvəlki göstərici ilə son göstəricinin arasındakı fərq 511 m3 təşkil etmişdir ki, bunun da dəyəri olan 102.20 (yüz iki) manat 20 qəpik abonentin koduna vurulmuşdur. Ümumilikdə 2020-ci ilin dekabr ayında abonent İddiaçı **********00000 nömrəli abonent koduna 2340 m3 təbii qazın dəyəri olan 468.00 (dörd yüz altmış səkkiz) manat məbləğ vurulmuşdur. İddiaçı mənzilindən açılmış qaz sayğacına görə ona heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamışdır. İddiaçı abonent koduna 2020-ci ilin dekabr ayında hesablanaraq vurulmuş 468.00 (dörd yüz altmış səkkiz) manat məbləğ onun mənzilində istifadə edilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Lakin göründüyü kimi hakim qanunsuz qətnamə çıxararaq abonentin faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi təbii qazın dəyərinin silinməsini qət etmişdir. Baxmayaraq ki, iş materiallarında silinməsi qət edilmiş məbləğin silinməsi üçün heç bir əsas və sübutedici dəlillər olmamışdır, lakin sonda hakim yenə də əsassız bir qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPMin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Cavabdeh tərəfdən etirazının əsasını təsdiq edən sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsasız olmasına dair kifayət qədər sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, xx.xx.2020-ci il tarixdə ’’Azəriqaz” X1 RQİİ-nin Göyçay Xidmət Sahəsinin əməkdaşları Göyçay rayonu Çayarxı kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bundan sonra 23 dekabr 2020-ci il tarixdə yeni quraşdırılmış ZENNER G4T markalı, **********1 nömrəli qaz sayğacının göstəricisi götürülmüş, bu zaman həmin sayğacın son göstəricisi 1829 m3 olmuşdur. İllik limit keçdiyindən sərfiyyat 0.20 qəpikdən hesablanaraq sərfiyyatın dəyəri olan 365.80 (üç yüz altmış beş) manat 80 qəpik məbləğ abonentin **********00000 nömrəli abonent koduna işlənmişdir. Bundan 8 gün sonra, yəni 31 dekabr 2020-ci il tarixdə həmin sayğacın göstəricisi yenidən götürülmüşdür. Bu zaman sayğacın son göstəricisi 2340 m3 olmuşdur. Əvvəlki göstərici ilə son göstəricinin arasındakı fərq 511 m3 təşkil etmişdir ki, bunun da dəyəri olan 102.20 (yüz iki) manat 20 qəpik abonentin koduna vurulmuşdur. Ümumilikdə 2020-ci ilin dekabr ayında abonent İddiaçı **********00000 nömrəli abonent koduna 2340 m3 təbii qazın dəyəri olan 468.00 (dörd yüz altmış səkkiz) manat məbləğ vurulmuşdur. İddiaçı fərdi yaşayış evindən açılmış qaz sayğacına görə ona heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamışdır. İddiaçı abonent koduna 2020-ci ilin dekabr ayında hesablanaraq vurulmuş 468.00 (dörd yüz altmış səkkiz) manat məbləğ onun mənzilində istifadə edilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, iddiaçının mübahisələndirdiyi borc məbləği sayğac göstəricisinə əsasən yaranmış borc olduğundan abonentin özü tərəfindən tam ödənilməlidir və bu tələb tərəfələr arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlməkdədir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Cavabdeh verdiyi apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-977/2021 saylı qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-977/2021 saylı qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanunu: Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Göyçay Rayon Məhkəməsinin 2(046)-977/2021 saylı, 23 noyabr 2021-ci il tаrixli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-977/2021 saylı, 23 noyabr 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətinə əsasən istehlakçı İddiaçı məxsus Göyçay rayonu Çayarxı kəndində yerləşən fərdi yaşayış evindən qaz sayğacı, yenisi ilə əvəz evilmişdir. Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin xx.xx.2021-ci il tarixli bildirişə əsasən abonent İddiaçı 216 manat dəyərində itirilmiş qazın həcmi hesablanmış, həmçinin 65 manat sayğacın dəyəri tərəfindən ödənilməli olduğu bildirilmişdir. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. Foto şəkillərdən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin, havaya qaz buraxdığı müəyyən edilmişdir. İddiaçı tərəfindən Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən İddiaçı fərdi yaşayış evinə quraşdırılmış sayğacın borularında boşluq olduğu barədə məlumat vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə ’’Azəriqaz” X1 RQİİ-nin Göyçay Xidmət Sahəsinin əməkdaşları Göyçay rayonu Çayarxı kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bundan sonra 23 dekabr 2020-ci il tarixdə yeni quraşdırılmış ZENNER G4T markalı, **********1 nömrəli qaz sayğacının göstəricisi götürülmüş, bu zaman həmin sayğacın son göstəricisi 1829 m3 olmuşdur. İllik limit keçdiyindən sərfiyyat 0.20 qəpikdən hesablanaraq sərfiyyatın dəyəri olan 365.80 (üç yüz altmış beş) manat 80 qəpik məbləğ abonentin **********00000 nömrəli abonent koduna işlənmişdir. Bundan 8 gün sonra, yəni 31 dekabr 2020-ci il tarixdə həmin sayğacın göstəricisi yenidən götürülmüşdür. Bu zaman sayğacın son göstəricisi 2340 m3 olmuşdur. Əvvəlki göstərici ilə son göstəricinin arasındakı fərq 511 m3 təşkil etmişdir ki, bunun da dəyəri olan 102.20 (yüz iki) manat 20 qəpik abonentin koduna vurulmuşdur. Ümumilikdə 2020-ci ilin dekabr ayında abonent İddiaçı **********00000 nömrəli abonent koduna 2340 m3 təbii qazın dəyəri olan 468.00 (dörd yüz altmış səkkiz) manat məbləğ vurulmuşdur. İddiaçı fərdi yaşayış evindən açılmış qaz sayğacına görə ona heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamışdır. İddiaçı abonent koduna 2020-ci ilin dekabr ayında hesablanaraq vurulmuş 468.00 (dörd yüz altmış səkkiz) manat məbləğ onun mənzilində istifadə edilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Kollegiya hesab edir ki, “sayğacın borularında boşluq olması” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan həyətində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə istinad etmişdir. Həmin qərara əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğacın borularında boşluq olması iddiaçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdehin etirazı o halda əsaslı sayıla bilərdi ki, cavabdeh sayğacda olan qüsurun iddiaçının hərəkətləri nəticəsində baş verdiyini sübut etsin. Lakin belə hallar müəyyən edilmir. Məhkəmə yalnız cavabdehin izahatına əsaslanaraq həmin halları müəyyən olunmuş saya bilməz, çünki cavabdeh işin nəticəsində maraqlıdır. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş təbii qazın istehlakçının hesabına işlənməsi, ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun və dəyişdirilmiş qaz sayğacının dəyərinin tələb edilməsi əsassızdır. Ona görə də birinci instansiya məhkəməsi düz nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-977/2021 saylı, 23 noyabr 2021-ci il tаrixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-977/2021 saylı, 23 noyabr 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-804/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-804/2022
30.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver